Mirzəyev Anar Mehman oğlu — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi.[1]
Anar Mirzəyev | |
---|---|
Anar Mehman oğlu Mirzəyev | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi |
Polkovnik-leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | |
|
Əslən İsmayıllı rayonunun Basqal kəndindəndir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qəbul olmuşdur. Nizam-intizama görə bir neçə dəfə bölük birincisi dərəcəsi almışdır. Sonda ali hərbi məktəbi "motoatıcı" ixtisası üzrə bitirmişdir və hərbi vəzifəsinə başlamışdır. Rumıniyada keçirilən NATO təlimlərinin iki dəfə iştirakçısı olmuşdur.
Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, ordu üzrə ən yaxşı tabor komandiri yarışı keçirilmiş və Anar Mirzəyev birinci yeri əldə etmişdir.[2]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20.06.2017-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mirzəyev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
2024-cü il 20 iyul tarixində Cəmşid Naxçıvanski adına Hərbi Liseyə rəis təyin olunmuşdur.[1]