Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Magical Mystery Tour
Magical Mystery Tour — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
In a Tidal Wave of Mystery
In a Tidal Wave of Mystery — ABŞ indi-pop duosu Capital Cities-in debüt studiya albomu. 4 iyun 2013-cü ildə Capitol Records tərəfindən buraxılıb.
Missere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Mayster Ekhart
Mayster Ekhart (Meister Eckhart; 1260 – 1328, Avinyon, Arelat, Müqəddəs Roma imperiyası) — Alman ilahiyyatçısı, filosofu və mistiki. Daha çox Mayster Ekhart kimi tanınır. Xristian alimi == Həyatı == Eckhart von Hochheim, indiki Mərkəzi Almaniyanın Türingiya bölgəsindəki Gotha yaxınlığında Tambachda anadan olmuşdur. Orta əsr Avropasında dini cərəyanlar baxımından nüfuzlu bir vilayət idi. Orada anadan olan digər görkəmli din xadimləri Magdeburqdan Mechtild, Thomas Münzer və Martin Lutherdir. Eckhartın erkən həyatına dair çox etibarlı mənbə yoxdur, ancaq 15 yaşında yaxın Erfurtdakı Dominik əmrinə qoşulmaq üçün evindən ayrıldığı görünür. Sifariş 1215-ci ildə Fransanın cənubunda St. Üzvləri müəllim və natiq olmaq üçün öyrədilmiş bir vaiz kimi Dominik. 1280-ci ildə Eckhart, fəlsəfədə 5 illik təhsil və 3 ilahiyyat ilahəsini əhatə edən əsas ali təhsil almaq üçün Kölnə göndərildi. Dərslər arasında monastır xidmətlərini, gündə 3 saat Orationes Secretae duasını oxudu və uzun müddət susdu.
Misere Mani
Misere Mani – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı Era 2 albomundan olan üçüncü və sonuncu sinql. Sinql 2000-ci ildə Birləşmiş Krallıq və Avropada satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir.
Mister Harinecumi
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Mister Nidlmaus
Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu, ing. Ogilvie Maurice the Hedgehog). Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.
Mister Olimpiya
Mister Olimpiya — Bodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir. Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi. Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.. Turnir iki hissədən ibarətdir: 1.
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
ARNDT-AYSTERT reaksiyası
ARNDT-AYSTERT REAKSİYASI — karbon turşusunun ən yüksək homoloq və ya onun törəməsinə çevrilməsi. Ardıcıl üç mərhələdə həyata keçirilir: turşunun hallogenhidridin alınması, diazoketon əldə etmək, diazoketonun o ya da onun törəməsinə yenidən çevrilməsi (Volf çevrilməsi): və ya Burada X ümumiyyətlə C1, daha az Br; Y = OH, OR ', NR'R ". Arndt — Eystert reaksiyası Alifatik, alisiklik, aromatik və heterotsiklik karbin turşularına tətbiq olunur. Alifatik CH2N2 əvəzinə diazo birləşmələri 1037–51.jpg- əvəzlənmiş karbon turşuları və ya onların törəmələrinə gətirib çıxarır. Diazoketon hidrogen halogenidin aralıq birləşmə- diazonium halogeniidindən (F-la) ayrılması nəticəsində əmələ gəlir, bu da N2-dən ayrılaraq yan məhsul — xlorometil keton (II) əmələ gətirir (Nirenşteyn reaksiyası): Reaksiyadan ayrılmış hidrogenhalogenid CH2N2 və ya trietilamin birləşməsi ilə əlaqələnir. Arndt — Eystert reaksiyası, reduksiyaedici maddələrlə əlaqəli olmadığından, karbon turşusunun zəncirinin uzadılmasının digər metodlarından üstündür. Bunun sayəsində qalıq birləşmə, məsələn, nitro qrupu olan birləşmələr üçün istifadə edilə bilər. Arndt — Eystert reaksiyasının hər üç mərhələsindəki ümumi çıxım ümumiyyətlə 50–80% -dir. Metod hazırlıq məqsədləri üçün istifadə olunur. Diazoketonların sintezi metodu 1927–28-ci illərdə F. Arndt, (Volf birləşməsindən stifadə edərək) bütövlükdə1935-ci ildə F. Arndt və B. Eistert tərəfindən hazırlanmışdır.
Master of Reality
Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır. Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir. Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.
Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur. "Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir. == Tarixi == Bulqakov romanı 1928-ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930-cu ildə yandırmışdır.
Mister Bin (personaj)
Mister Bin (ing. Mr. Bean) — İngiltərə istehsalı sitkom televiziya serialı Mister Bin, animasiya filmi və 2 komediya filmində olan personaj. Roven Atkinson tərəfindən yaradıldı və canlandırıldı. Personaj ilk dəfə televiziyada serialın 1 yanvar 1990-cı ildə yayımlanan "Pilot" bölümündə görünmüşdür.
Mister Bin (teleserial)
Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir. İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.
Mister Olimpiya 2014
Mister Olimpiya 2014 — Bodibilding üzrə ən populyar yarışın 50-ci, yübiley müsabiqəsi 20 sentyabr 2014-cü il də, ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirildi.
Mister Olimpiya 1965
Mister Olimpiya 1965 — Bodibildinq üzrə ən populyar yarışın birincisi. Əsası Co Veyder tərəfindən qoyulmuş bu yarış 1965-ci ilin 18 sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Bu yarışda Mister Kainat yarışının qalibləri iştirak edə bilərdi. 19 yaşlı Harold Pul Larri Skotu məğlub edərək 1963-cü ildə Mr. Kainat turnirində qalib gəlmişdi. Skot növbəti Mr. Kainat, Pul isə Mr. Amerika titulunu qazandı. 1965-ci ilin Mister Kainat yarışının qalibi isə Erl Meynard olmuşdu. Yekunda 26 yaşlı Lari Skot ilk Mister Olimpiya yarışının qalibi oldu.
Mister Olimpiya 1966
Mister Olimpiya 1966 — Bodibildinq üzrə ən populyar yarışın sayca ikincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1966-cı ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarışda "Mister Amerika", "Mister Kainat" və "Mister Dünya" yarışlarının qalibləri və mövcud "Mister Olimpiya" Larri Skot iştirak edirdi. Gərgin keçən mübarizədə Larri Skot hakimlərin uzun sürən müzakirəsi nəticəsində növbəti dəfə qalib elan olundu. Skota 1000 dollar pul mükafatı və ikinci dəfə Yevgeni Sandovun bürünc büstü təqdim olundu. Bununla Larri Skot peşəkar idmandan getdiyi açıqladı. Baxmayaraq ki, yarışa yeni qatılan kubalı Serjio Oliva 4-cü yerə layiq görüldü, ancaq azarkeşlərin və mütəxəssilərin böyük rəğbətini qazanmışdır. Mr.
Mister Olimpiya 1967
Mister Olimpiya 1967 — Bodibildinq üzrə ən populyar yarışın sayca üçüncüsü. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1967-ci ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. İki əvvəlki yarışdan fərqli olaraq bu yarışmada idmançılara musiqi ilə çıxış etməyə icazə verilmişdi. El Muto ləqəbli kubalı, Serjio Oliva digər üç iştirakçını geridə qoyaraq yarışın qalibi seçildi. Serjio Oliva bu yarışı qazanan ilk və hələlik yeganə latın amerkalı idmançı oldu. Serjio Olivaya IFBB-nin prezidenti Co Veyder tərəfindən 1000 dollar pul mükafatı və bürünc büst təqdim olundu. Mr.
Mister Olimpiya 1968
Mister Olimpiya 1968 — Bodibildinq üzrə ən populyar yarışın sayca dördüncüsü. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1968-ci ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Bu dəfə ki, yarış Mister Olimpiya tarixində yeganə iştirakşının olması ilə fərqlənir. Yarışda iştirak hüququ olan Harold Pul işində vəzifə yüksəlişinə görə yarışdan imtina etdi. Deyp Dreyper isə Hollivudda kino çəkilişləri səbəbindən yaxşı formada deyildi və yarışdan çəkildi. Çak Sayps isə yarış günü digər bir turnirin, Mister Dünyanın qalibi olmuş və son anda Co Veyderi məsləhəti ilə yarışda iştirak etmədi. Yekunda tək iştirakçı olan Serjio Oliva Mister Olimpiya 1968-in qalibi elan olundu. Bu onun bu yarışdakı sayca ikinc qələbəsi idi. Mr.
Mister Olimpiya 1969
Mister Olimpiya 1969 — Bodibildinq üzrə ən populyar yarışın sayca beşincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1969-cu ilin 13 sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Bu dəfəki yarışda iki qat Mister Olimpiyanın qalibi Serjio Olivanın rəqibi heç kimin tanımadığı Arnold Şvartsnegger idi. O zamanın mütəxəssilərin fikrinə görə bu yarışma "bodibildinq tarixinin ən böyük qarşılaşması" idi. Yarış Olivanın qələbəsi ilə yekunlaşdı. Bununlada o bu yarışı ardıcıl 3 dəfə qazanan ilk, eyni zamanda Arnold Şvartseneggerə qalib gəlmiş yeganə idmançı oldu. Arnoldun söylədiklərinə görə o yarışdan sonra özünə söz vermişdir ki, bir daha Serjio Olivaya məğlub olmayacaq və sözünü də tutmuşdur: Növbəti üç qarşılaşmanın hamısında o Serjio Olivaya qalib gəlmişdir. Mr.
Mister Olimpiya 1970
Mister Olimpiya 1970 — Bodibildinq üzrə ən populyar yarışın sayca altıncısı. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1970-ci ilin sentyabrında Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Bu dəfə ki, yarışmada artıq 23 yaşlı avstriyalı Arnold Şvartsenegger üç qat Mister Olimiyanın qalibi Serjio Olivia üçün ciddi rəqib idi. Gərgin keçən yarışmada hakimlər yekun qərar verməkdə çətinlik çəkirdi. Sonda Arnold Serjioyaya dönərək dedi: — «Serjio biz ikimiz də yorulmuşuq, artıq bəsdir». Serjio onunla razılaşdı və əlini yelləyərək səhnəni tərk etdi. Arnold isə özünü qalib kimi göstərərək səhnədə dayandı. Bu durum hakimlərə yekun qərar çıxarmaq üçün bir növ əsas verdi ki qələbəni Arnold Şvartseneggerə versinlər. Arnold Şvartsneggerin bu yarışdakı ilk qələbəsi idi və o ardıcıl beş Mr. Olimpiyanı (1971-1975), daha sonra 1980-cı ildə yeddinci Mr.
Mister Olimpiya 1971
Mister Olimpiya 1971 — Bodibildinq üzrə ən populyar yarışın sayca yeddincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1971-ci ilin 25 sentyabrında, ilk dəfə ABŞ-dan kənarda Fransada, Paris şəhərində keçirilmişdir. Bu ilki yarış bütün bodibildinq həvəskarlarını təəssüfləndirdi və ən maraqsız yarışlardan biri oldu. Buna səbəb yarışda iştirak edəcək dörd iştirakçıdan üçünün diskvalifasiya olunması oldu. Səbəb isə Arnoldun ən güclü rəqibi Serjio Olivanın, eləcə də Franko Kolombo və Roy Kalendarın qeyri-rəsmi federasiya olan NABBA-nın keçirdiyi "Mister Kainat və eyni gündə İFBB-nin keçirdiyi "Mister Kainat" yarışlarında iştirak etmələri oldu. Bu hal bodibildinq tarixində bir ilk idi. İFBB bodibildinqin 1976-cı ildə keçiriləcək 1976 Yay Olimpiya Oyunlarına salınmasını əldə etmək üçün bu qaydanı tədbiq etmişdir. Bu Arnold Şvartseneggerinin Mister Olimpiyadada sayca ikinci qələbəsi idi. Baxmayaraq ki, Arnold bu qələbəni çox asanlıqla əldə etdi, ancaq bütün mütəxəssislərin fikirinə görə Arnold əslində özünün ən yaxşı formasında idi. Yarışdan sonra Franko Kolomboya və Serjio Olivaya səhnəyə çıxaraq özlərini nümayiş etdirməyə icazə verilmişdir.
Mister Olimpiya 1972
Mister Olimpiya 1972 — Bodibildinq üzrə ən populyar yarışın sayca səkkizincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1972-ci ilin oktyabrında, Almaniyanın Essen şəhərində keçirilmişdir. Bu dəfəki yarış iştirakçı sayının çoxluğuna və gərgin keçən mübarizəyə görə əvvəlki yarışlardan fərqlənirdi. Əsas rəqabət yenə də Arnold Şvartseneggerlə Serjio Oliva arasında baş tutdu. Yekun olaraq Arnold Şvartsenegger yeddi hakimdən dördünün səsini qazanmaqla üçüncü dəfə Mister Olimpiya tituluna layiq görüldü. Mr.
Mister Olimpiya 1973
Mister Olimpiya 1973 — Bodibildinq üzrə ən populyar yarışın sayca doqquzuncusu. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1973-cü ilin sentyabrında, iki illik fasilədən sonra yenidən ABŞ-ın Nyu-York şəhərində, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Bu dəfəki yarışın mükafat fondu digərlərindən müqayisədə yetərincə aşağı idi. Yarışda iştirakı gözlənilən Serjio Oliva son anda yarışa buraxılmadı. Buna səbəb onun WBBG Mr. Galaxy 1972 yarışmasında iştirak etməsi oldu. Arnold Şvartsenegger ardıcıl dördüncü dəfə qalib gəlməklə Serjio Olivanı (3) titul sayına görə qabaqladı. Mr.
Mister Olimpiya 1974
Mister Olimpiya 1974 — Bodibildinq üzrə ən populyar yarışın sayca onuncusu. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1974-cü ilin 12 oktyabrında, ABŞ-ın Nyu-York şəhərində, Medison-Skver-Garden teatrının binasında keçirilmişdir. Bu yarışda ilk dəfə olaraq iki çəki kateqoriyası tətbiq olundu və bu qayda 1979-cu ilə kimi davam etdi: 200 funta qədər və 200 funtda yuxarı. 200 funta qədər olan kateqoriyada Franko Kolumbu, 200 funtdan yuxarı çəki dərəcəsində isə Arnold Şvartsenegger qalib gəldi. Mütləq çempion isə yenə də Arnold Şvartsenegger oldu. Bu onun artıq beşinci çempionluğu idi. Serj Nyubre 3-cü yerə layiq görülsə də, yarışda iştirak etməyib. Mr.
Mister Olimpiya 1975
Mister Olimpiya 1975 — Bodibildinq üzrə ən populyar yarışın sayca onbirincisi. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) təşkilatçılığı ilə 1975-ci ilin 8 noyabrında, CAR-ın Pretoriya şəhərində keçirilmişdir. Bu yarışmada 1977-ci ildə ekranlara çıxmış "Pumping Iron" sənədli filminin çəkilişləri aparılmışdır. Sənədli filimdə Arnold Şvartseneggerlə Lu Ferrino arasındakı yarış öncəsi və yarış zamanı olan rəqabət lentə alınmışdır. Ümumi mükafat fondu 2500 dollar idi. Mütləq çempionu seçmək üçün 7 hakimdən dördü Arnold Şvartseneggerə, üçü isə Franko Kolumbuya səs verdi. Bununla da Arnold Şvartsenegger 6-cı dədə Mister Olimpiya tituluna sahib oldu. O yarışın sonunda peşəkar idmandan getdiyini açıqladı. Baxmayarq ki, 1980-cı ildə yenidən yarışmalara qatılmış və 7-ci dəfə Mister Olimpiya titulunu qazanmışdır. Mr.
Müştəri
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Misdərə (Meşkinşəhr)
Misdərə (fars. مسدرق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (15 ailə).
Müştəri (dəqiqləşdirmə)
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Məsdərə kilsəsi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir.
Məsdərə məbədi
Masdərə məbədi və ya Müqəddəs Vəftizçi İohann kilsəsi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Talın rayonunun Masdərə (21. 01. 1965 – ci ildən Dalarik) kəndində Masdərə çayı kənarında V – VII yüzillərə aid qədim ərmən – türk məbədi. Günbəzli məbəd tipində inşa edilmiş məbəd öz adını Masdərə toponimindən almış, "Masdərə" toponimi isə "Masların dərəsi", "Mas dərəsi" anlamında "mas" və "dərə" sözlərindən yaranmışdır. Maslar qədim dövrlərdən (təxminən e.ə. VIII əsrdən) Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda məskunlaşmış sak tayfalarının bir qoludur. Masların adı müasir Azərbaycan respublikası və Qərbi Azərbaycan ərazisində Masallı, Masazır, Maştağa, Masis, Mesxet, Xaçmas (Xaçmaz) toponimlərində də qalmışdır. Bina xaçvari quruluşa malik olub, mərkəzi günbəzli quruluşa malikdir. Qeyri adi memarlıq quruluşuna malik olan bina bir çox özəlliklərini itirərək günümüzə çatmışdır. Məbədin pəncərələrinin ətrafı gözəl həndəsi və nəbati naxışlarla işlənmiş kəmərlə əhatələnmişdir.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898–1951)—İranın ictimai xadimi. Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Müştəri (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir. Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Mehr və Müştəri
"Mehr və Müştəri" hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi "Mehr və Müştəri" poemasının mövzusunu "Mehru-mah" adlı xalq dastanından almışdır. Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar. == Tədqiqi == Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən "Mitra"dır. O, yazır: "Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir." Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir.
Müştəri-qulluqçu arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müştəri-server arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.