Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nquyen
Nquyen — soyad. Nquyen Khan — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və dövlət xadimi. Nquyen Thi Din — Vyetnam inqilabçısı, Cənubi Vyetnamın milli azadlıq hərəkatının lideri. Nquyen Hıyu An — Vyetnam hərbçisi, Vyetnam Xalq Ordusunun generalı. Nquyen Nqok Tho — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət və siyasi xadimi.
Nquyen Khan
Nquyen Khan (vyet. Nguyễn Khánh; 8 noyabr 1927 – 11 yanvar 2013, San-Xose, Kaliforniya) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və dövlət xadimi, Cənubi Vyetnamın prezidenti və baş naziri (1964). Nquyen Khan 8 noyabr 1927-ci ildə Fransa Hind-Çininin Çavin vilayətində varlı ailədə anadan olmuşdur. O, Sayqonda elit fransız məktəbində oxumuşdur. Nquyen Khan gəncliyində Fransa müstəmləkəçilərinə qarşı mübarizə aparan kommunist hərəkatına qoşulmuş, lakin 15 aydan sonra Ho Şi Minin tərəfdarları sıralarını tərk etmişdir. Buna müxtəlif səbəblər ortaya atılmışdır. İddialara görə, o, Fransanın təklif etdiyi məbləğə görə tərəf dəyişdirmişdi, lakin özü qeyd etmişdir ki, bunda səbəb özünün kommunist yox, milliyətçi olması idi. 1960-cı ildə dövlət çevrilişinə cəhddən sonra tutduğu mübahisəli vəzifəyə görə rütbəsi aşağı salınaraq korpus rəisi vəzifəsinə təyin edilmişdir. 1963-cü ildə general Zıonq Van Minin başçılıq etdiyi hərbi çevrilişdə iştirak etdi. O, buna baxmayaraq, bundan siyasi divident götürməmişdir.
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Gəyən
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Əbyən
Abya mühafazası — Abya mühafazasının ərazisi 21 939 km2-dır. 2013-cü ilə olan məlumatlara əsasən Abya mühafazasının əhalisi 658 824 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Günən
Günən — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən «güney» sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Ermənistan SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Nguyen Dinh Txi
Nyugen dinh thi (vyet. Nguyễn Đinh Thi; 20 dekabr 1924, Luanqpxabanq[d] – 18 aprel 2003, Hanoy) — tanınmış vietnamlı yazıçı, ədəbiyyatşünas, musiqiçisidir. Laosun şimalındakı keçmiş kral şəhəri Luang Prabang yaxınlığında Phong Saly-da anadan olub. Bu ərazi o zaman Fransnın Hind-Çin kaloniyası hesab edilirdi.Nüfuzlu bir zadəgan nəslinin nümayəndəsi kimi fransız mətəbində akademik təhsil aldı. Milli azadlıq hərəkatında kommunistlərin tərəfində xidmət etdi.Fransızlara qarşı müqavimət hərəkatının qabaqcıl sənətkarlar nəslinə aid idi. Fəlsəfi traktatlar, yazı, şeirlər, musiqi, dram, tənqidi nəzəriyyə yazmışdır. Uzun illər ölkəsinin yazıçılar ittifaqının sədri oldu.Bir müddət əsərlərinə , pyeslərinə qadağalar qoyuldu.Bəstələdiyi mahnılar milli azadlıq hərəkatı zamanı tərəfdarları tərəfindən ağızdan -ağıza ötürülürdü.1940-cı illərdə Milli Qurtuluş Mədəniyyət Qrupuna üzv oldu. 1945-ci ildə Tan Trao Milli Konfransına qatıldı və daha sonra Vyetnam Birinci Milli Məclisinin üzvü seçildi Avqust inqilabından sonra Nguyen Dinh Thi Milli Qurtuluş Mədəniyyət Dərnəyinin baş katibi oldu. 1996-cı ildə o, ədəbiyyat Ho Chi Minh mükafatı aldı. 1995-ci ildən Vyetnam Ədəbiyyat və İncəsənət Birliyinin sədri idi.
Nguyen dinh thi
Nyugen dinh thi (vyet. Nguyễn Đinh Thi; 20 dekabr 1924, Luanqpxabanq[d] – 18 aprel 2003, Hanoy) — tanınmış vietnamlı yazıçı, ədəbiyyatşünas, musiqiçisidir. Laosun şimalındakı keçmiş kral şəhəri Luang Prabang yaxınlığında Phong Saly-da anadan olub. Bu ərazi o zaman Fransnın Hind-Çin kaloniyası hesab edilirdi.Nüfuzlu bir zadəgan nəslinin nümayəndəsi kimi fransız mətəbində akademik təhsil aldı. Milli azadlıq hərəkatında kommunistlərin tərəfində xidmət etdi.Fransızlara qarşı müqavimət hərəkatının qabaqcıl sənətkarlar nəslinə aid idi. Fəlsəfi traktatlar, yazı, şeirlər, musiqi, dram, tənqidi nəzəriyyə yazmışdır. Uzun illər ölkəsinin yazıçılar ittifaqının sədri oldu.Bir müddət əsərlərinə , pyeslərinə qadağalar qoyuldu.Bəstələdiyi mahnılar milli azadlıq hərəkatı zamanı tərəfdarları tərəfindən ağızdan -ağıza ötürülürdü.1940-cı illərdə Milli Qurtuluş Mədəniyyət Qrupuna üzv oldu. 1945-ci ildə Tan Trao Milli Konfransına qatıldı və daha sonra Vyetnam Birinci Milli Məclisinin üzvü seçildi Avqust inqilabından sonra Nguyen Dinh Thi Milli Qurtuluş Mədəniyyət Dərnəyinin baş katibi oldu. 1996-cı ildə o, ədəbiyyat Ho Chi Minh mükafatı aldı. 1995-ci ildən Vyetnam Ədəbiyyat və İncəsənət Birliyinin sədri idi.
Nquyen Van Binx
Nquyen Van Binx — Vyetnam Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Nquyen Kao Ki
Nquyen Kao Ki (vyet. Nguyễn Cao Kỳ, tı-nom 阮高祺) (8 sentyabr 1930[…] – 23 iyul 2011[…], Kuala Lumpur) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, aviasiya marşalı. Nquyen Kao Ki 8 sentyabr 1930-cu ildə anadan olmuşdur. O, Fransada uçuş təlimlərini bitirmiş və 1954-cü ildə Vyetnama qayıtmışdır. Ki Vyetnam Respublikası Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə çalışaraq sıravi pilotdan komandir və aviasiya marşalına qədər yüksəlmişdir. O, təxribat qruplarına zərbə endirmək üçün şəxsən Şimali Vyetnam üzərində uçmuşdur və həmçinin 1965-ci ilin fevralında VDR-yə ilk hava reydlərindən birində iştirak etdi. Ki siyasi karyerasına 1965-ci ildə mülki hökumətin könüllü istefa verməsindən sonra Vyetnam Respublikasının Baş naziri təyin edilməsilə başlamışdır. Nquyen Van Thieu Kinin çətin münasibət qurduğu prezident olmuşdu. O, vəzifəsi dövründə korrupsiyaya qarşı nümayişkaranə mübarizəsi ilə yadda qalmışdır. O, 1967-ci il prezident seçkilərində Thieyi dəstəkləmiş və seçildikdən sonra vitse-prezident təyin edilmişdir.
Nquyen Van Thieu
Nquyen Van Thieu və ya Thiyeu (vyet. Nguyễn Văn Thiệu, vyetnam: [ŋʷǐənˀ vān tʰîəwˀ] ( dinlə); 5 aprel 1923[…] – 29 sentyabr 2001[…], Nyuton[d], Massaçusets) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi xadimi və prezidenti. Əksər qeyri-Vyetnam mənbələrində sadəcə Thieu kimi xatırlanmasına baxmayaraq, bu onu soyadı deyil, adının bir hissəsidir. Dininə görə katolik idi. Kiçik bir torpaq sahibinin oğlu olmuşdur. Gəncliyində Ho Şi Minin başçılıq etdiyi antikolonialist Vyetmin hərəkatına qoşulmuş, lakin hərəkət diqqətini SSRİ-yə yaxınlaşma və kommunist idarəetmə formasına yönəltməyə başladığı üçün hərəkatdan ayrılmışdır. 1949-cu ildə əslində Fransa müstəmləkəçiləri tərəfindən elan edilmiş, lakin rəsmi hökmdarı imperator Bao-dau olan qondarma Vyetnam Dövlətinin paytaxtı Hyue şəhərində yerləşən hərbi akademiyanı bitirmiş və 2-ci leytenant rütbəsi almışdır. 1955-ci ildə Fransa qoşunlarının çıxarılması zamanı daha çox "Cənubi Vyetnam" kimi tanınan Vyetnam Respublikası yarananda polkovnik-leytenant rütbəsinə sahib idi. O, 1965–1967-ci illərdə Baş nazir Nquyen Kao Kinin dövründə rəsmi dövlət başçısı olmuşdur. 3 sentyabr 1967-ci ildə keçirilən prezident seçkilərində 38% səs toplamış və prezident seçilmişdir.
Nquyen Van Thiyeu
Nquyen Van Thieu və ya Thiyeu (vyet. Nguyễn Văn Thiệu, vyetnam: [ŋʷǐənˀ vān tʰîəwˀ] ( dinlə); 5 aprel 1923[…] – 29 sentyabr 2001[…], Nyuton[d], Massaçusets) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi xadimi və prezidenti. Əksər qeyri-Vyetnam mənbələrində sadəcə Thieu kimi xatırlanmasına baxmayaraq, bu onu soyadı deyil, adının bir hissəsidir. Dininə görə katolik idi. Kiçik bir torpaq sahibinin oğlu olmuşdur. Gəncliyində Ho Şi Minin başçılıq etdiyi antikolonialist Vyetmin hərəkatına qoşulmuş, lakin hərəkət diqqətini SSRİ-yə yaxınlaşma və kommunist idarəetmə formasına yönəltməyə başladığı üçün hərəkatdan ayrılmışdır. 1949-cu ildə əslində Fransa müstəmləkəçiləri tərəfindən elan edilmiş, lakin rəsmi hökmdarı imperator Bao-dau olan qondarma Vyetnam Dövlətinin paytaxtı Hyue şəhərində yerləşən hərbi akademiyanı bitirmiş və 2-ci leytenant rütbəsi almışdır. 1955-ci ildə Fransa qoşunlarının çıxarılması zamanı daha çox "Cənubi Vyetnam" kimi tanınan Vyetnam Respublikası yarananda polkovnik-leytenant rütbəsinə sahib idi. O, 1965–1967-ci illərdə Baş nazir Nquyen Kao Kinin dövründə rəsmi dövlət başçısı olmuşdur. 3 sentyabr 1967-ci ildə keçirilən prezident seçkilərində 38% səs toplamış və prezident seçilmişdir.
Lürən
Lürən — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Lürən kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Lürən sözünün mənası talış dilində Lır (lür) "bataqlıq", "sucaq yer" və ən (on) isə "yer" olmaqla "Bataqlıqda salınan kənd" mənasını ehtiva edir. Kəndin adı talış dilinddə Lıron kimi tələffüs olunur. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Lürən kəndində 32 evdən ibarət 149 nəfər (78 nəfəri kişilər, 71 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi. Hazırda kənd əhalisi 1004 nəfərdən ibarətdir. Kənd əhalisi talış dili ilə yanaşı Azərbaycan dilindən də geniş istifadə edir. == Din == Kənddə "Yusifli" məscidi dini icması fəaliyyət göstərir.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Niyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Noyon
Noyon — Monqolustanda dünyəvi feodal. Noyon - Monqol ordusunda yüksək rütbəli başçı. İ.Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Nütəh
Nütəh — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Nütəh oyk., mür. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi qonşu Xaltan kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı tat dilindəki nü (təzə, yeni) və deh (kənd) sözlərindən düzəlib, “yeni, təzə kənd” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 145 nəfər əhali yaşayır. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Nütəh kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 230 000 manat vəsait ayrılmışdır.
Nüydü
Nüydü (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Nüydü (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nüydü bələdiyyəsi — Azərbaycan Respublikasının Ağsu rayonunda bələdiyyə. Nüydü abidələri — Ağsu rayonunun Nüydü kəndinin cənub-qərbində Nüydü düzündə aşkar edilmiş e.ə. III—I əsrlərə aid arxeoloji kompleks. Nüydü dəfinəsi — Ağsu rayonunun Nüydü kəndi yaxınlığında tapılmış antik dövrə aid gümüş pullar dəfinəsi.
Süsən
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — Tümen – Sibirdə şəhər.
Viyən
Viyən (əvvəlki adı: Viyan) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Viyan kəndi Viyən kəndi adlandırılmışdır. Viyən kənd məsciti 1883-cü ildə Qədirov Qədir tərəfindən inşa etdirilib. O, Qum şəhərində oxuyarkən öz həyətyani sahəsini məscit tikmək üçün kənd camaatına verib. Eyni zamanda imkanlı şəxslərdən de pul toplayıb uzun mərhələ ilə tikintini bitirib. Hal-hazırda məscit təmir edilib ve Mədeniyyət Nazirliyi tərəfinden qorunur. 2700-dən artıq əhalisi olan kəndin gəncləri yayda əsasən Rusiyaya işləməyə gedir. Qışda isə geri gəlirlər. Azyaslilar uzun illərdir ki, bərbad gündə olan məktəbdə təhsil alər. Buna rəgmen, bu məktəb həkim, müəllim, polis, jurnalist ve digər önəmli sahələr üçün kadrlar hazırlaya bilib.
Vo Nquyen Zyap
Vo Nquyen Zyap (Vyetnam. Võ Nguyên Giáp; 25 avqust 1911[…] – 4 oktyabr 2013[…], Hanoy) — Vyetnam generalı və siyasətçisi. O, Birinci Hind-Çin və Vyetnam müharibələrində iştirak etmişdir. Həmçinin, Ho Şi Min hökumətinin daxili işlər naziri, Vyetnam Qüvvələrinin Baş Komandanı, Vyetnam Xalq Ordusunun Baş Komandanı, Müdafiə naziri və Vyetnam Kommunist Partiyasının Siyasi Büro üzvü kimi tanınır. Vo Nquyen Zyap 1911 və ya 1912-ci ildə Quanqbin əyalətinin (Mərkəzi Vyetnam) Anxa kəndində anadan olmuşdur. Atası Vo Quanq Nqiyem, əkinçi idi. 1885 və 1888-ci illərdə fransızlara qarşı üsyanlarda iştirak etmişdi. 1919-cu ildə hələ on yaşı olmayan Vo Nquyen Zyapın atası təxribatçı fəaliyyətinə görə həbs edildi. Həbsindən bir neçə həftə sonra Nqiem həbsxanada, işgəncə nəticəsində öldü. Nqiem həbsindən qısa müddət sonra Vo Nquyen Zyapın böyük bacısı da öldü.
Xoa Din Nquyen
Xoa Din Nquyen (9 oktyabr 1966) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. Xoa Din Nquyen Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Xoa Din Nquyen Birləşmiş Ştatları 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Nquyen Hıy Tho
Nquyen Hıy Tho (vyet. Nguyễn Hữu Thọ: 10 iyul 1910[…], Sayqon – 24 dekabr 1996, Hoşimin və ya Hanoy) — Vyetnam inqilabçısı, Vyetnam Sosialist Respublikasının Prezidenti (1980–1981). Məmur ailəsində anadan olmuşdur. Fransada hüquq təhsili almışdır. Birinci Hind-Çin müharibəsi illərində (1945–1954) vəkil kimi müqavimət üzvlərini müdafiə etmişdir. O, Sayqonda (1950-ci il mart) kütləvi antiamerikan nümayişinin liderlərindən biri idi. 1954-cü ildə Sülh Uğrunda Hərəkat təşkilatını yaratmışdır və onun vitse-prezidenti seçilmişdir. İki dəfə (1950–1952, 1954–1961) həbsdə olmuşdur. "Xalqlar dostluğu" ordeni (7 sentyabr 1980, SSRİ).
Nquyen Hıyu An
Nquyen Hıyu An (vyet. Nguyễn Hữu An; 1 oktyabr 1926, Gia Vien[d], Ninbin[d] – 9 aprel 1995, Hanoy) — Vyetnam hərbçisi, Vyetnam Xalq Ordusunun generalı. Nquyen Hıyu An, Vyetnamın Ninbin vilayətində anadan olmuşdur. 1945-ci ilin sentyabrında Vyetnam Xalq Ordusuna qoşulmuşdur. Birinci Hind-Çin müharibəsində An bir neçə həlledici döyüşdə iştirak etmişdir. 1949-cu ildə Bonq Lau keçidi və Lunq Fay döyüşlərində iştirak etmişdir. Növbəti il Sərhəd kampaniyasında iştirak etmiş, Donq Khe döyüşündə 174-cü alayın 251-ci batalyonunun komandiri olmuşdur. Dyenbyenfu döyüşündə 316-cı diviziyanın 174-cü alayına komandanlıq etmiş və üç dəfə A1 təpəsinə hücum keçirmişdir. Vyetnam müharibəsində Ya-Dranq döyüşündə Şimali Vyetnam qüvvələrinə komandanlıq etmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
Nquyen Nqok Tho
Nquyen Nqok Tho vyet. Nguyễn Ngọc Thơ; 26 may 1908, Lonqsyuen[d] – 12 iyun 1976, Sayqon) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət və siyasi xadimi, Cənubi Vyetnamın vitse-prezidenti (1956–1963), Cənubi Vyetnamın baş naziri (1963–1964). Nquyen Nqok Tho Varlı bir torpaq sahibinin ailəsində anadan olmuşdur. O, Lonqsyuyen Vilayət İdarəsində əmək fəaliyyətinə 1930-cu ildə başlamışdır. Nquyen Nqok Tho İkinci Dünya müharibəsindən sonra imperator Bao-dayın başçılıq etdiyi, Fransaya sadiq Vyetnam kukla dövlətində daxili işlər naziri təyin edilmişdir. Ölkə bölündükdən və Vyetnam Respublikası elan edildikdən sonra onun Yaponiyadakı ilk səfiri təyin edilmişdir. Diplomatik missiyasının böyük hissəsini ombasının sınığı səbəbindən əsasən yataqda keçirsə də, İkinci Dünya müharibəsi zamanı ölkəsinin işğalı dövrünə görə Yaponiyadan təzminat almağa nail olmuşdur.
Nquyen Thi Din
Nquyen Thi Din (vyet. Nguyễn Thị Định; 15 mart 1920 – 26 avqust 1992, Bençe) — Vyetnam inqilabçısı, Cənubi Vyetnamın milli azadlıq hərəkatının lideri. , 1976-cı il]] Nquyen Thi Din 15 mart 1920-ci ildə Fransa Hind-Çinində, Zyonqçom mahalının Lıonqhoa icmasında kəndli ailəsində anadan olmuşdur. O, 18 yaşında inqilabi mübarizəyə qoşulmuşdur. 1939-cu ildə Fransa müstəmləkəçiliyinə qarşı milli azadlıq hərəkatında iştirak etdiyinə görə həbs edilmiş və 1943-cü ilə qədər həbsdə olmuşdur. Vyetnam imperiyasına son qoyan 1945-ci il Avqust inqilabında fəal iştirak etmişdir. 1945–1954-cü illər Birinci Hind-Çin müharibəsi dövründə Vətənin Xilaskarlığı Uğrunda Qadınlar Assosiasiyasında və Vyetnam Milli Birliyində (Lyen-Vyet) rəhbər işlərdə olmuşdur. 1960-cı ilin yanvarında Mekonq deltasında partizan müharibəsinin kimi prezident Nqo Din Zyem hökumətinə qarşı üsyanın qərargahına rəhbərlik etmişdi. 1961-ci ildən Cənubi Vyetnamın Azadlığı Uğrunda Qadınlar Birliyinin sədri, Cənubi Vyetnamın Azadlığı Uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini olmuşdur. 1964-cü ildən Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi Mərkəzi Komitəsinin Rəyasət Heyətinin üzvüdür.1975-ci ildə Vyetnam müharibəsi başa çatdıqdan və ölkə birləşdirildikdən sonra Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsində işləmişdir.
Nquyen Van Lemin edamı
Nquyen Van Lem (vyet. Nguyễn Văn Lém, vyetnam: [ŋʷǐənˀ vān lɛ̌m]) və ya Bay-lop (vyet. Bảy Lốp) — Vyetnam hərbçisi, kapitan rütbəli Vyetkonq zabiti. O, Vyetnam müharibəsində Tet hücumu zamanı Vyetnam Respublikası generalı Nquen Nqok Loan tərəfindən Sayqonda edam edilmişdir. Edam şəkli 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmış və ABŞ-də müharibə əleyhinə hərəkatın güclənməsinə kömək etmişdir. Nquyen Van Lem Vyetkonqda kapitan idi və Bay-lop kod adı ilə tanınırdı. Həyat yoldaşı Nquyen Thị Lop bu kod adının onun yeddinci oğlunun adından və "təkər" mənasında olan öz qızlıq soyadından yarandığını bildirmişdir. Lem 1 fevral 1968-ci ildə Vyetkonq və Şimali Vyetnam qüvvələrinin gözlənilməz kütləvi hücumu zamanı Cənubi Vyetnam qoşunları tərəfindən Sayqonda mülki geyimdə olarkən tutulmuşdur. O, Vyetnam Respublikası Milli Polisinin rəisi, briqada generalı Nquen Nqok Loanun yanına gətirilmişdir. 36 yaşlı Lem Cənubi Vyetnamlı polkovnik-leytenant Nquyen Tuanı, onun həyat yoldaşını, altı uşağını və 80 yaşlı anasını öldürməkdə ittiham olunurdu.
Nyon
Nyon - İsveçrədə yerləşən şəhər. Nyon daha çox UEFA-nın mənzil qərargahı kimi tanınır. UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının püşk atma mərasimləri bu şəhərdə təşkil edilir.
Nüvə
Hüceyrə nüvəsi — Nüvə hüceyrənin mərkəzində yerləşən ən əsas hissəsidir. Atom nüvəsi — atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayiət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Nüvə (kompüter) — əməliyyat sisteminin mərkəzi hissəsi.
Düdən gölü
Düdən gölü (türk. Düden Gölü) və ya Kulu gölü (türk. Kulu Gölü) ― Türkiyənin Konya ilində acı göl. Düdən gölü Tuz gölünün 5 kilometr (3.1 mil) şimal-qərbində, Konyanın Kulu şəhərindən 950 metr (3,120 ft) şərqdə yerləşir. 860 hektar ərazini əhatə edən dayaz gölün suyu acıdır. Göl əsasən qərbdən Kulu və Değirmengözü krikləri ilə qidalanır. Göldən çay başlamır. Düdən gölünün qidalanmasında ətrafındakı bulaqlar da rol oynayır. Göldə doqquz adacıq var. Gölün cənubundakı "Kiçik Göl" (türk.
Düdən şəlaləsi
Düdən Şəlalələri — Türkiyənin Antalya vilayətində yerləşən şəlalələr qrupudur.Başlanğıcını Düdən çayından (cənubi Anadoluda böyük çaylarından biri) götürən şəlalə, Antalyadan 12 km şimal-şərqdə yerləşir.
Düzən meşələri
Azər­bay­ca­nın dü­zən me­şə­lə­ri­nə bir-bi­rin­dən kəs­gin fərq­lə­nən qu­ru və rü­tu­bət­li sub­tro­pik iq­lim şə­ra­i­tin­də rast gə­li­nir. Ona gö­rə də bu me­şə­lər müx­tə­lif ağac və kol cins­lə­rin­dən təş­kil olun­muş­dur. Dü­zən me­şə­lə­ri res­pub­li­ka­nın me­şə ilə ör­tü­lü sa­hə­si­nin 10%-ni təş­kil edir. Res­pub­li­ka­mı­zın dü­zən me­şə­lə­ri­nin aşa­ğı­da­kı təs­ni­fa­tı­nı tək­lif edi­rik: Rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Lən­kə­ran ova­lı­ğı); Ya­rım­rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Qa­nıx - Əyriçay va­di­si); Də­niz iq­li­mi şə­ra­i­tin­də dü­zən me­şə­lər (Sa­mur-Də­və­çi ova­lı­ğı); Qu­ru iq­lim şə­ra­i­tin­də dü­zən me­şə­lər (Kür-Araz dü­zən­li­yi); Tu­qay me­şə­lə­ri. == Lənkəran ovalığı meşələri == Lən­kə­ran ova­lı­ğı­nın spe­si­fik rü­tu­bət­li iq­li­mi və əra­zi­si­nin buz­laş­ma­ya mə­ruz qal­ma­ma­sı bu­ra­da bir çox is­ti­se­vər qə­dim re­likt ağac və kol bit­ki növ­lə­ri­nin qal­ma­sı­na im­kan ya­rat­mış­dır. Den­drof­lo­ra­sı­nın zən­gin­li­yi­nə gö­rə Lən­kə­ran ova­lı­ğı (Ta­lış) Qaf­qaz­da bi­rin­ci ye­ri tu­tub, özün­də 150-dən ar­tıq ağac və kol nö­vü cəm­ləş­di­rir, on­la­rın 36-sı en­dem nö­vü olub, tə­bii hal­da yal­nız bu əra­zi­də bi­tir. Ta­lı­şın üçün­cü döv­rə a­id olan əsas ağac və kol növ­lə­rin­dən ipək, ya­xud Lən­kə­ran aka­si­ya­sı, də­mi­ra­ğac, aza­ta­ğac, şa­ba­lıd­yar­paq pa­lıd (lat. Qucras castaneifolia), xə­zər lə­lə­yi, hir­kan pır­ka­lı (İlex Hyrcana Arxivləşdirilib 2017-01-16 at the Wayback Machine), ürək­yar­paq qı­zı­la­ğac (lat. Alnussubcordata) və s. gös­tər­mək olar.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Pasinlər, Ərzurum ili – 20 oktyabr 2024, Pensilvaniya) — Gülən hərəkatının banisi olan Türkiyə filantropu, yazıçısı, şairi, keçmiş vaizi və din adamı idi. O, 30-dan çox kitab və bir çox məqalənin müəllifi idi. O, həmçinin Türk, ərəb, fars və osmanlı dillərini bilirdi. 1999-cu ildən öldüyü tarixə qədər ABŞ-nin Pensilvaniya ştatının Saylorsburq şəhərində yaşayırdı. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Gizəm Güvən
Gizəm Güvən (türk. Gizem Güven; 31 dekabr 1993, İstanbul) — Türkiyə aktyoru.
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Kürən Erik
Kürən Erik (950, Norveç – 1003, Brattalid[d]) — Qrenlandiyanı kəşf edən Vikinq hökmdarı, Norveç mənşəli İslandiya Vikinqlərindən idi. Qrenlandiyada məskən salan ilk avropalı. 982-ci ildə öz adamları ilə qərbə üzərək tapdığı torpağı Green Land (Yaşıl torpaq,diyar) adlandırmışdır. == Qrenlandiyanın kəşfi == Torpaq üstündə düşən davaların birində adam öldürən Erik İslandiyanı tərk etdi. Bunun iki səbəbi var idi. 1) Məhkəmə qərarı ilə o İslandiyadan sürgün edilib 2) Öldürdüyü şəxsin yaxınlarının qisasından qorxaraq İslandiyanı tərk edib. 982-ci ildə İslandiyanı bir qrup köçərilərlə tərk edən Erik üzü qərbə gedərək Qrenlandiya adasını kəşf edir. 80%-i buzdan ibarət olan adanın Green Land (Yaşıl Torpaq, diyar) adlandırılmasının iki versiyası var: Birincidə 982-ci ildə Qrenlandiyanın iqlimi indikindən fərqlənirdi. İkinci versiyaya görə isə bu ad adaya daha çox insan cəlb etmək üçün verilmişdi. == İslandiyaya qayıtması == 986-cı ildə Kürən Erik yenidən İslandiyaya qayıdır.
Kürən atlanqaç
Kürən atlanqaç (lat. Elephantulus rufescens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Kürən canavar
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Amyen
Amyen (fr. Amiens) — Fransanın şimalında Somma çayı kənarında bir şəhərdir. Şəhər əsas tarixi hissəsi Pikardiya regionuna aiddir. Əhalisi 132479 nəfərdir (2014). == Tarixi == Şəhərin yaranması paleolit dövrünə aid olması haqqında məlumat vardır. 859-cu ildə normanlar tərəfindən işğal olunub. 1185-ci ildə burada karl üçün iqamətgah tikilir. O dövrlərdə Niderlandın ərazisi olan Amyen 1597-ci ildə Fransanın tərkibinə keçir. == İqtisadiyyatı == Şəhər ölkənin əsas toxuculuq mərkəzidir. Hal-hazırda maşınqayırma, yüngül və yeyinti sənayesidə inkişaf etmişdir.
Anyen
Anyen (fr. Agnin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38003. Kommunanın 2007-cu il üçün əhalisi 789 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 167 ilə 331 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənubda, Liondan 75 km qərbdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Buben
Buben — Musiqi aləti. Buben (rusca Бубен, ukraynca Бубон, slovencə boben, çexcə buben, polyakca bęben) qavala bənzər musiqi alətidir. Buben taxta və ya dəmir halqadan ibarətdir ki bununda tərəflərindən birinin üzərinə sıx şəkildə dəri çəkilmiş olur. (bəzən heçbir dəri olmur). Adətən əldə tutulur və digər ələ vuraraq və ya aləti sarsaraq səs çıxarılır. Bu alətdən adətən xalq musiqisində, orkestrlarda istifadə olunur. Səlib yürüşlərindən bəri Cənubi Avropa musiqisində və 19-cu əsrdən Qərb simfonik və mis musiqisində istifadə edilən qaval Yaxın Şərqdə və Yunan-Roma antik çağında yayılmış qədim zərb alətindən sonra modelləşdirilmişdir (bax: timpan). Toxmaq ilə döyülən oxşar dizaynlı qaval Sibir və Hindistan şamanlarının sehrli aləti kimi xidmət edir.
Buyan
Buyan adası (Krasnoyarsk diyarı)
Buyer
Buyer (nid. boeier) – 1) buz üzərində hərəkət etmək üçün xüsusi xizəklər və ya təkərlər üzərində qurulan yelkənli yüngül konstruksiya (kirşə, kabinə, platforma). Yaxşı küləkli havada Buyerin sürəti 120 km/saata çatır. 2) Birdorlu, yastıdibli yelkənli yük gəmisi; uzzunluğu 20 metrədək olurdu. XVI-XVII əsrlərdə göllərdə, dənizin sahilə yaxın yerlərində üzmək üçün istifadə edilirdi. == Mənbə == Buyer // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 135.
Büzen
Büzen (fr. Buzeins, oks. Busens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Severak-le-Şato kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12040. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 32 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 103 yaşında (15-64 yaş arasında) 74 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 62,2%).
Duayen
Duayen (fr. doyen — usta, ağsaqqal) — diplomatik korpusun rəhbəri, diplomatik təsnifata və konkret ölkədə akkreditə olunduğu müddətə görə daha yüksək olan diplomatik nümayəndə. Bir çox katolik ölkələrində diplomatik korpusun duayeni Papanın diplomatik nümayəndəsi, Afrikanın bir sıra keçmiş koloniyalarında isə keçmiş metropoliyanın səfiridir. Duayen yalnız yüksək təsnifatdan olan diplomatik nümayəndə ola bilər — səfir və ya Papa nunsisi (bəzi katolik ölkələrində — akkreditasiya vaxtından asılı olmayaraq yalnız bir nunsi, Toqoda — yalnız Almaniyanın səfiri, Burkina Fasoda — yalnız Afrika ölkələrinin səfirlərindən biri). Duayenin fəaliyyətinə, məsələn, həmkarlarına yerli diplomatik adət-ənənələrlə bağlı təlimatlandırma daxildir. Diplomatik korpusda eyni təsnifatdan olan nümayəndəlik rəhbərlərinin daha üstün olması onların öz funksiyalarını yerinə yetirməyə daxil olma tarixi və saatı ilə müəyyən edilir (müasir təcrübədə bu an etimadnamələrin təqdim edilməsi vaxtından hesablanır).
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Fucyen
Futszyan (çin. sadə. 福建, pinyin: Fújiàn ; , rəsmi olaraq: çin. sadə. 福建省, pinyin: Fújiàn Shěng) — Çin Xalq Respublikasında əyalət. Ərazisi 124015.64 km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 36.894.217 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 37.480.000 nəfər, inzibati mərkəzi Fuçjou şəhəridir.
Fumən
Fumən — İranln Gilan ostanında yerləşən şəhər, Fumən şəhristanının mərkəzi. == Əhali == Əhalisi 27,763, nəfər 7,728 ailədir.
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Çeşidləri == === Sirem kuleni === Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Queen
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rok və hevi metal tərzlərini mənimsələr də, daha sonra radio yayım formatlı pop rok və arena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albom, 18 sinql və 8 DVD-i dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır. Freddi Merkyuri – solist və pianoçu. Qrupun səsi və simvolu olması onun digər bacarıqlarını kölgədə qoymasına səbəb olmuşdur.