Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. == Tarixçə == Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. == Söz açımı == "Nağara" ərəbcə "vurmaq" deməkdir " == Quruluşu == Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Allar mağarası
Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir. Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6).
Alməmməd mağarası
Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır.
Altamira mağarası
Altamira (isp. Cueva de Altamira) — İspaniyada Üst paleolit dövrünə aid mağara kompleksi. Mağaranın daxili uzunluğu 296 metrdir. Mağara 1868-ci ildə kəşf edilmişdir. İlk dəfə mağaranı və ətraf əraziləri 1876 və 1879-cu illərdə ispan arxeoloqu M.Sautuola tərəfindən tədqiq edilmişdir. Mağaranın divarlarında müxtəlif rəngli boyalarla çəkilmiş, həmçinin oyma üsulu ilə həkk olunmuş çoxsaylı heyvan təsvirləri vardır. Salonlardan birinin tavanında çəkilmiş yarıminsan-yarımheyvan təsvirlərinin makalanmış cadugərlər olduğu ehtimal edilir. Altamiradakı təsvirlər və müxtəlif rəsmlər Madlen mədəniyyətinə aiddir. Altamirada təsvirlərin kəşf edilməsi ilə Paleolit dövrü incəsənətinin öyrənilməsinin başlanğıcı qoyulmuşdur. Bu rəsmlərin bir qismi Madrid Milli Arxeologiya Muzeyində və Santander şəhərindəki qədim tarix və arxeologiya müzeyində saxlanılır.
Altınbeşik mağarası
Altınbeşik (türk. Altınbeşik), Düdənsuyu — Türkiyə ərazisində, Antaliya ilində karst mağarası. Mağara Manavqat şəhərinin 55 km-də yerləşir. Mağaranın məlum olan uzunluğu 4 500 metrdir. Mağara daxilində olan göl dünyada böyüklüyünə görə üçüncü, ölkədə isə birincidir. Dəniz səviyyəsindən 450 metr yüksəklikdə yerləşən mağara "Altınbeşik mağara" Milli Parkının ərazisindədir. Milli Park 1994-cü ildə yaradılmış. == Tarixi == Mağara 1966-cı ildə geoloq, professor Temuçin Aygen tərəfindən kəşf olunub. Mağara öz adını yerləşdiyi Altınbeşik dağından götürmüş. Mağaranı 1955-ci ildə çex, 1966-1967-ci illərdə britaniya, fransız, 1986-cı ildə isə yapon mütəxəsisləri tədqiq etmişlər.
Askin mağarası
Askin mağarası (başq. Аҫҡын боҙ мәмерйәһе) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan karst mağarası. Cənubi Uralda çanta formasında olan böyük bir boşluqda yerləşir. Bu, bütün Rusiya üçün əhəmiyyəti təbiət abidəsidir. Ufa platosunun ətəklərində Devon yaşlı əhəngdaşılarda əmələ gəlmişdir. Dəhlizlərinin ümumi uzunluğu 206 metr, dərinliyi 34 metrdir. Tağvarı girişi (hünd. 9 m, eni 22 m) 260 metr hündürlüyündədir. Döşəməsi – demək olar ki, tamamilə çoxillik buzla örtülmüş zal (uz. 104 m, eni 40–60 m, hünd.
Atlantida mağarası
Atlantida — Ukrayna ərazisində yerləşən karst mağarası. Mağara Zbruç çayının vadisində, Zavale-Kamenes kəndinin yaxınlığında yerləşir. 1975-ci ildən mağara geoloji təbiət abidəsi kimi qorunur. Qorunma ərazisi 10 hektardır. Əraziyə Xmelnis vilayətinin turizm və ekskursiya birliyi nəzarət edir. == Ümumi məlumat == Atlantida Podolye ərazisində yerləşən mağaralardan yeganə üç mərtəbəli qurluşa malik mağaradır. Alt mərtəbə (birinci) hündür və geniş zala malikdir. İkinci mərtəbə alçaq olub 1-1,5 metrdir. Üçüncü mərtəbə isə hündürlüyü 5 metr olan iki girişə malikdir. Birinci və ikinci mərtəbələrin kəsişdiyi ərazidə böyük zal mövcuddur (12 metr).
Avaiki mağarası
Avaiki (ing. Avaiki Cave) — Niue adasında, sahil ərazidə yerləşən mağara.
Axıştır mağarası
Axıştır mağarası. == Haqqında == Qafqazın üst paleolit dövrü düşərgələrindən biri də Axiştır mağarasıdır. Mağara Qara dənizin sahilində Soçi şəhərindən 15 km cənubda Mizimti çayının sol sahilində dəniz səviyyəsindən 300 m yüksəklikdə yerləşir. Mağara ilk dəfə 1936-cı ildə M.Z.Paniçkina tərəfindən qeydə alınmışdır. Abidədə 1937-1938-ci illərdə S.N.Zamyatnin rəhbərliyi altında qazıntı işləri aparılmışdır. Mağarada çöküntünün ümumi qalınlığı 6 m-dir. Abidənin çöküntülərində 7 mədəni təbəqə qeydə alınmışdır. III təbəqədən üst paleolit, aşağı təbəqədən isə Mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Sonrakı dövrlərin qazıntıları bu abidədə daha 2 təbəqə - mezolit və eneolit dövrü təbəqələrini üzə çıxarmışdır. Abidədən 6 minə yaxın fauna qalıqları, 4 minə yaxın daş məmulatı aşkar olunmuşdur.
Ayalon mağarası
Ayalon (ivr. ‏מערת איילון‏‎) — İsrailin Ramla (Tel-Əviv və Yerusəlim arasında) şəhəri yaxınlığında mağara. Mağaranın uzunluğu 2700 metrdir. Bu göstəriciyə görə Ayalon ölkənin ikinci ən böyük karst mağarası hesab olunur. Mağara öz adını Ayalon çayı vadisindən götürmüş. Ayalon sözü isə ilk dəfə olaraq Əhdi-Ətiq kitabında xatırlanmış. Mağara 24 aprel 2006-cı ildə sement zavaoduna məxsus karxanada iş aparılan zaman aşkarlanmış. Mağaranın unikal faunasını (6 endemik buğumayaqlıların növü) qorumaq məqsədi ilə ictimayi girişə qadağa qoyulmuşdur. == Yerləşməsi və kəşfi == Mağara Ramla şəhərinin cənub-şərqində, Aralıq dənizinin 21 km-də yerləşir. Ölkənin mərkəzi hissəsində yerləşən Ayalonun kordinatlar belədir: 31° 54′ 37″ şimal enliyi, 34° 55′ 39″ şərq uzunluğ.
Ayvaini mağarası
Ayvaini mağarası— Türkiyənin Bursa ilində Nilüfer rayonu və Mustafakemalpaşa şəhəri arasında Uluabat gölünün cənub şərqində yerləşən mağaradır. Mağara biri Ayvaköy kəndində , digəri Doğanalan and Kazanpınar kəndləri arasında yerləşən iki girişə malikdir. Mağara yaxınlıqdakı Ayvaköy kəndinin şərəfinə adlandırılıb.Mağaraya bir girişdən daxil olaraq, digər girişdən tərk etmək mümkündür. Ümumiyyətlə, mağaraya 17 metr aşağı enməklə Doğanalanıdakı giriş vasitəsilə daxil olunur. Mağara cənubi Mərmərə bölgəsinin ən uzun yeraltı keçididir. Uzunluğu 5,5 kilometr olan mağaranın içində ölçüsü 3-4 metrə çatan 60 ədəd gölməçə yer alır, mağaranın çıxışındakı gölün uzunluğu isə təxminən 400 metrə yaxındır. Gölməçələrdəki suyun səviyyəsi və göllərin müxtəlifliyi mövsümi təsirlərdən asılı olaraq dəyişir.Yer qabığının parçalanaraq ayrı-ayrı qitələrə bölünməyə başladığı Mezozoy zamanından günümüzə gələn Ayvaini mağarası, 1970-ci ildə 3 nəfərlik bir İspan qrup tərəfindən kəşf edilmişdir. Ayvaini mağarası 2008-ci ildən etibarən ictimaiyyət üçün açıqdır.
Azıx mağarası
Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur.
Babadərviş mağarası
Babadərviş mağarası — Qazax rayonundan 2 km. qərbdə Ağstafaçayın sol sahilində qədim yaşayış yeri. 1958-1966-cı illərdə aparılan kompleks tədqiqat işləri nəticəsində 3 mədəni təbəqə aşkara çıxarılıb. E.ə. 5-ci minilliyə aid edilən alt təbəqədən dairəvi yarımqazma evlər, gil qablar, dən daşları, müxtəlif heyvan sümükləri, 3-cü minilliyə aid edilən orta təbəqədən çiy kərpicdən tikilən evlər, quş təsviri ilə bəzədilmiş gil qablar, nehrə, manqal, heyvan fiqurları və arpa-buğda qalıqları, 2-ci minilliyin sonu-1-ci minilliyin əvvələrinə aid edilən üst təbəqədən isə daşdan dördkünc evlər, təsərrüfat quyuları, küpələr, gil möhürlər, manqal, tunc ox ucluğu, öküz heykəlciyi və s. tapılıb. Alt təbəqə Şomutəpə mədəniyyəti, orta təbəqə Kür-Araz mədəniyyəti, üst təbəqə isə Xocalı-Gədəbəy mədəniyyəti dövrünə aid edilir. == İstinadlar == == Mənbə == Azərbaycan tarixi (7 cilddə). I cild.
Baharlı mağarası
Baharlı (Baharden) — Türkmənistan ərazisində karst mağarası. Mağara Axal vilayətinin Baharlı şəhərindən 19 km cənub-şərqdə, Aşqabad şəhərinin 120 km-də, Kopetdağ dağlarının şimal ətəklərində yerləşir. == Kəşf olunma tarixi == Mağara artıq XVIII əsrdən məlumdur. Mağara və daxilində olan göl haqqında ilk elmi məlumat 1886-cı ilə təsadüf edir. 1896-cı ildə yerli qəzetlərin birində mağara və göl haqqında geniş məlumat çap edilmiş və o vaxtdan bu ərazi aşqabadlıların sevimli məkanına çevrildi. 1976-cı ildə mağara geoloqlar tərəfindən araşdırılmış, sonralar isə Aşqabad speleoloqları mağaranı tədqiq etmiş. V.H. Dublyanski mağaranı geniş təsvir etmiş == Ümumi məlumat == Mağara Koy silsiləsində, Duqun dağı ətəyində yerləşir. Mağara girişindən 800 metr aralı, dərin dərə ilə Koy çayı axır. Bu çay mağara daxilindəki göl suyunun yer səthinə çıxışıdır. Beş girişi olan mağara əsas böyük əhəngdaşlı zaldan ibarətdir.
Ballıca mağarası
Ballıca mağarası və ya digər adıyla İndərə — Qara dəniz bölgəsində, Tokatın adını daşıyan Ballıca, Pazar kəndində yerləşən bir mağara.Təxminən 3,4 milyon il əvvəl başladığı təxmin edilən Ballıca mağarası 680 metr uzunluğunda və 90-94 metr yüksəkliyindədir. Cəmi 5 mərtəbədən və 9 zaldan ibarət olan, bəzi hissələrdə hələ də formalaşmaqda davam edən mağarada yay və qışda orta temperatur 17-24 dərəcə arasında, orta rütubət isə 55% -dən çoxdur.Makaron formalı stalaktitlər, sütunlar, təbii hovuzlar, mağara gülləri və soğan formalı stalaktitlər dünya üçün ən yaxşı nümunələrdir. Türkiyədə soğan formalı stalaktitlərin olduğu tək mağaradır. Mağaraya girdikdən sonra 19 metr qalxdıqdan sonra, 75 metr enilir.Dünyanın ən böyük mağaralarından biri olan Ballıca, 1995-ci ildən bəri ziyarətçilər üçün açıqdır. Tokat şəhər mərkəzindən 33 km və Pazar ilçəsindən 8 km məsafədədir. Mağaradan 70 metr aralıda avtodayanacağı var. Ziyarətçilərin sayı 2000-ci ildə 55 min, 2006-cı ildə 60 min, 2017-ci ildə 110 min nəfər olmuşdur.Mağara YUNESKO tərəfindən 2019-cu ildə Dünya İrsi Müvəqqəti Siyahısına əlavə edildi. Türkiyədəki 28 geoloji sahələrdən biridir. 2007-ci ildə 483 hektar ərazisi olan Təbiət Parkı elan edilmişdir. Mağarada qrup halında Pipistrellus pipistrellus yarasalarına rast gəlmək mümkündür.
Baradla mağarası
Baradla mağarası (mac. Baradla–Domica-barlangrendszer) — Macarıstanın ən uzun və tədqiq edilmiş mağaralarından biri. Aqqtelek karstının bir hissəsi olub uzunluğu 25,5 km-dən çoxdur və 5.3 km uzunluğundakı Domika mağarası ilə birlikdə Baradla-Domika mağara sistemini əmələ gətirir. Mağara stalaktitləri ilə məşhurdur. == Haqqında == Mağara sisteminin təbii girişi Aqqtelek kəndində — kəndin kənarına tərəf baxan ağ yarğanın ayağında yerləşir. Onun buğumlu və əyri-üyrü əsas kanalı daş tunel və bir neçə nəhəng mağara ilə birlikdə 10 m genişliyində və 7–8 m hündürlüyündədir. Əsas qolu bir neçə qısa və uzun qollarla əlaqələnir. Mağaranın əsas hissəsində misilsiz mənzərə yaradan, müxtəlif rəngli və ölçülü stalaktitlər yerləşir. Mağarada yerləşən yeraltı çay isə daşqınlar vasitəsilə qidalanır. Mağaraya olan təbii girişlər qədim zamanlarda açılmışdır və burada Neolitik dövrün izləri tapılmışdır.
Buzeyir mağarası
Büzeyir mağarası — Lerik rayonu ərazisində Büzeyir inzibati ərazisində yerləşən mağara. == İnzibati ərazisi == Buzeyir mağarası Lerik rayonu ərazisində, Talış dağlarının ən yüksək zirvəsində yerləşir. Düşərgə Zuvandçayın sol sahilində olub, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayın müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Buzeyir mağarasının yerləşdiyi müasir ərazi Talış dağlarının ən mənzərəli guşələrindən biri olub, ətrafları ağac örtüyü ilə əhatə olunmuşdur. Aparılan kəşfiyyat işləri nəticəsində Zuvandçay vadisində mağaralar və qaya sığınacaqları qeydə alındı. Lerik rayonu ərazisini İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, sonra isə Buravar silsiləsi əhatə edir. Talış və Peştəsər silsilələri arasında Zuvand çökəkliyi yerləşir. Ən yüksək zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m).Əsasən üçüncü geoloji dövrdə formalaşmış Talış dağları bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında vulkanik proseslər daha kəskin olmuş, ona görə də buradakı mağaralar vulkanik yolla əmələ gəlmişdir. Talış dağlarının yüksək zirvələri tamamilə çılpaqdır.
Damcılı mağarası
Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m 2-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanları isə qəlpədir.
Damladaş mağarası
Damladaş (türk. Damlataş Mağarası) — Türkiyənin Alaniya şəhəri yaxınlığında mağara. Mağara Alaniya yarımadasının qərb qurtaracağında yerləşir. Aralıq dəniz yaxınlığında yerləşən mağaranın yaxınlığında məşhur Alaniya qalası yerləşir. Alaniya şəhərinin mərkəzindən mağaraya 3 km, Antaliyaya isə 124 km-dir. Mağara öz adını iki söz birləşməsindən götürmüş:(türk. damla — damla, damcı, taş — daş). Çox zaman "cilalanmamış qiymətli daş" və ya "stalaqtit" sözü mənasında işlənilir. == Kəşf olunması == Mağara ilk dəfə 1948-ci ildə aşkar edilmiş. Sahildə liman tikintisi zamanı daş əldə etmək üçün yaxınlıqdakı qayalıq ərazi partladılmış və nəticədə mağara girişi açılmışdır.
Daşqala mağarası
Daşqala mağarası – Babək rayonu ərazisində mağara. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının qurtaracağında Sarıdağ (1725,0 m) və Qaraqaya (1438,0 m) dağları arasında uzanan və Orta Eosenin Lütet mərtəbəsinə aid qumdaşı, argillit və əhəndaşılardan təşkil olunmuş tirənin sıldırımlı cənub yamacındadır. Sirab kəndindən 4,2 km şimalda yerləşir. Mağaranın əhəndaşı karnizi altında qeyri-korbanat süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında izlənilən Göynük-Vayxır dərinlik qırılmasının enmiş cənub-qərb qanadında yerləşir.SİRAB MAĞARASI – Daşqala mağarasının yerli əhali arasında işlədilən başqa adı.
Daşsalahlı mağarası
Daş Salahlı mağarası — Aveydağ mağaraları qrupundan olan ən iri mağara. == Məzmun == Qazax rayonunun Daş Salahlı kəndindən Qərbdə vulkanik qayalıqdadır. Hündürlüyü 35 metr, uzunluğu 17 metr, eni 10 metr, sahəsi 170 kv. metrdir. Arxeoloji qazıntılar zamanı Daş Salahlı mağarasında iki mədəni təbəqə üzə çıxarılmışdır. I təbəqədən arxeoloji material tapılmamışdır. II təbəqədən Paleolit dövrünə aid materiallar tapılıb. Mağaranın girəcəyində diametri 2 metr olan böyük ocaq yeri aşkarlanıb. Ocaq külü arasından daş məmulatı və heyvan sümükləri tapılıb. Heyvan sümüklərinin əksəriyyəti parçalanıb yandırılmışdır.
Denis mağarası
Denis mağarası (altay dili. Аю-Таш) — Dağlıq Altayda, Anuy çayı (Rusiyanın Altay diyarının Ust-Kan rayonu) sahilində mağara, çoxtəbəqəli arxeoloji abidə. == Yerləşməsi == Mağara Anuy çay dərəsinin sağ sahilində, Qara Anuy kəndindən 6 km aşağıda yerləşir. Mağara dəniz səviyyəsindən 670 metr, çay yatağından isə 28 metr yüksəklikdə yerləşir. Mağaraya giriş Anuy silsiləsinin cənub-qərb və qərb ətəyindədndir. Mağara horizontal forma tipinə, geniş girişə və suya yaxın yerləşdiyindən uzun müddət qədim yaşayış məskəni olmuş. Mağaraya çatmaq asandır və o üzdən bölgədə çox məşhurdur. Sahəsi 270 m², uzunluğu 110 metr olan mağaranın arxeoloqlar üçün maraqlı hissəsi onun girişdən sonrakı (qrott) hissəsidir. Oval formasında olan giriş ortalama 32×7 metrdir, üzü cənub-qərb istiqamətə baxır. Girişdən sonra mağara daxili tədricən genişlənir və 10 -11 metrə çatır.
Dərəşam mağarası
Dərəşam mağarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndi yaxınlığında, Dərəşam dəmiryol stansiyasından şərqində, qayaların arasında arxeoloji abidə. Təbii mağara 3 salondan ibarətdir. Yaşayış əsasən birinci salonda olmuşdur. Lakin mağaranın daxilinə doğru uzanan ikinci, xüsusən üçüncü salon ən çətin hava şəraitində hər hansı təhlükədə etibarlı sığınacaqdır. Təbii mağaranın ön tərəfi əhəng məhlulundan istifadə etməklə daşdan hörülmüş hündür divarla kəsil mişdir. Vaxtilə mağaranın təbii girişi olmuşdur. Lakin hazırda divarın bir qismi və girişi tamamilə dağılmışdır. Buradakı mədəni təbəqə əsasən mağaranın divar hörülmüş qabaq hissəsində olmuşdur. Toplanmış materiallara, bitki qalıqlarına əsaslanaraq demək olar ki, mədəni təbəqənin alt hissəsi gec çürüyən tikanlı bitkilərdən-gəvən və gəngiz dən ibarət olmuşdur. Divarla mağaranın arasındakı döşəməyə müxtəlif tullantılar və bitki çürüntüləri dolmuşdur.
EQMA mağarası
EQMA (türk. Peynirlikönü Düdeni) — Türkiyənin Mersin ilində yerləşən, dərinliyinə görə ölkənin ən dərin mağarası. Dünyada isə dərinliyinə görə 2014-cü ilin statistikasına görə 16-cı yerdədir. == Ümumi məlumat == Mağara Mersinin Anamur ilçəsində, Çukurpınar yayalası ilə Peynirlik yaylasının kəsişmə hissəsində yerləşir. Dərinliyi 1429 m, uzunluğu 3118 m, girişin hündürlüyü 1900 metr yüksəklikdə yerləşir. İlk 100 metrdən sonra mağara tədricən daralır və çox hissəsi 1 metr genişliyində olan qalerilərdən ibarətdir. Mağaranın girişi çox dar olub, topraq üzərində sürünərək gediləsi bir şəkildədəir. Bir az genişləndikdən sonra yarım metrə qədər daralan mağara 20 metrlik dik enişə qədər belə davam edir. 65 metr dərinlikdə olan Gözəllik salonu yeri mağaranın diqqət çəkən yerlərindən biridir. 232 metrdə "Sahte Huzur" adlı yerdən sonra mağara genişlənir.
Evripid mağarası
Evripid mağarası (yun. Σπήλαιου του Ευριπίδη) — Yunanıstanın Salamis adasının cənubundakı Peristeria kəndi yaxınlığındakı mağara. Evripid mağarası Saronic Körfəzinə baxan bir təpənin kənarında yerləşən on kiçik otağı ilə 47 metr dərinliyində dar bir mağardır. Bu yer qədim zamanlardan bəri məşhurlaşmışdır, dramaturq Evripidin faciələrini yazdığı yer olması ehtimalına görəı mağaranın adı onun şərəfinə adlandırılmışdır. Qədim müəlliflər Filochor və Satir Evripidi cəmiyyətdən çəkinən, bir mağarada gizlənən bir misantrop kimi təsvir etdilər. İkinci əsr Roma müəllifi Aulus Gellius Afinaya gəldiyi zaman "pis və qaranlıq mağaranı" ziyarət etdiyini iddia etdirdi. == Arxeologiya == Qazıntılar 1990-cı illərdə Yunanıstan Mədəniyyət Nazirliyinin Paleoantropologiya şöbəsi ilə əməkdaşlıq edərək Yannin Universitetinin (Epirus) tarixçi arxeologiya dosenti Yannos Q. Lososun rəhbərliyi altında aparılmışdır. Tapıntılar Neolit dövrünə və ondan sonrakı dövrlərə aiddir. Bunlara daş alətlər və ox başlıqları daxildir. Miken dəfnləri, eramızdan əvvəl V əsrə aid qara şirdən hazırlanan çardaq keramikası, Roma dövrünün sikkələri və saxsı heykəlciklər; eləcə də Frank dövründən olan zərgərlik əşyaları aşkarlanmışdır.
Mağaracıq
Mağaracıq — Şörəyel mahalında kənd. == Tarixi == Şörəyel mahalının tərkib hissəsi kimi, indiki Amasiya(Hamasa) rayonu da vaxtilə Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars(Kars) vilayətinin tərkib hissəsi kimi, 1877-1878-ci illərdə Rusiya tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyəsi şəklində Rusiyanın tərkibinə qatılıb. Sovet dövründə 1930-cu ilə kimi Gümrü qəzasının Ağbaba nahiyəsi adlanmış. Daha sonralar isə Amasiya rayonu adlandırılmışdır. Yaşlı nəsillər Amasiya ya Hamasa deyərdilər. Mağaracıq rayon mərkəzindən 9 km məsafədə yerləşirdi. == Əhalisi == Mağaracıqda 1988-ci ilə qədər 250-yə yaxın azərbaycanlı ailəsi yaşayırdı.
Naqasaki
Naqasaki(yaponca |長崎|) — Yaponiyanın Küsü adasının cənubunda Naqasaki körfəzində yerləşən liman şəhəri.
Ağabacı
Ağabəyim ağa (Ağabacı; 1782, Xankəndi – 1832, Tehran) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nigaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu. == Yaradıcılığı == Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır.
Qaraçı
== Xalq ==