Nizami küçəsi 133 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. [1]
Yaşayış binası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Nizami küçəsi 133 |
Tikilmə tarixi | XIX əsrin II yarısı |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 3921 |
Kateqoriya | yaşayış binası |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
İki mərtəbəli tikilinin ikinci mərtəbəsində düz divar səthi pilyastrlarla hissələrə bölünmüş, onlar arasında isə fasad boyunca pəncərə yerləri yerləşdirilmişdir. Pəncərə yerlərinun yükü yarımdairəvi tağlar vasitəsiylə bölünmüşdür. Binanın aşağı mərtəbəsinin fasadı daha sadə həll edilməklə həm də yerə yaxınlığı ilə diqqət çəkir.[1]
Evin fasdının düz səthi taxtadan hazırlanmış karnizlə tamamlanır ki, bu da Gəncənin verandası olmayan bütün evləri üçün xarakterik xüsusiyyətlərdən biridir.[1] Gəncənin iqlim xüsusiyyətləri evlərdə kölgə yaradılmasını tələb edirdi ki, bu da əsasən taxta karnizlər vasitəsiylə həyata keçirilirdi. Daha sonrakı dövrə aid evlərdə isə böyük sahəli eyvanlar tikilirdi.[1]