Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Nizar Məmmədov
Nizar Sakit oğlu Məmmədov (18 iyun 1986, Bakı) — Azərbaycanlı rəssam, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü, Respublika və Beynəlxalq müsabiqələr qalibi, Vera kubokunun qalibi, İlin ən yaxşı rəssamı (2019). Məmmədov Nizar Sakit oğlu 18 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil almışdır. Nizar Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı Sakit Məmmədovun oğludur. İlk əsərini 12 yaşında çəkib. Sinqapur, Kipr, Manej, Luvr muzeylərində, Şanxayda, ümumiyyətlə dünyanın 57-dən çox yerlərində sərgiləri təşkil olunub. Rəssamlıqda müəllimi Böyükağa Mirzəzadə və Davud Kazımov olub, ən böyük müəllimi isə özünün dediyinə görə atası, məşhur rəssam Sakit Məmmədovdur. O, həmçinin Sonun Başlanğıcı serialında baş rol "Mənsur" obrazını canlandırıb. 2004-cü ildə Türkiyədə "Yoxsulluğa qarşı" adlı beynəlxalq sərgi 2005-ci ildə Qalereya "1969"-da "İtaliya Azərbaycan rəssamlarının gözü ilə" sərgisi 2006-cı ildə Türkiyədə, Dəniz muzeyində "Beynəlxalq sərgi" 2007-ci ildə "Türkiyə-Azərbaycan rəssamlarının gözü ilə" sərgisi Qalereya "1969"-da "Gənc rəssamların sərgisi" 5 il "Azərbaycan rəssamlarının sərgisi" nin qalibi (2004, 2005, 2006, 2007, 2008-ci illər) "Gənc rəssamların sərgisi" (2004, 2005, 2006, 2007, 2008, 2010 2005 ,2006,2007-ci illər) Qalereya "1969"-da "Novruz bayramına həsr olunmuş sərgi" 2010-cu ildə Qəbələdə "I Beynəlxalq sərgi" 2010-cu ildə Sinqapurda, "Naveo" qalereyasında "Beynəlxalq sərgi" 2010-cu ildə Muzey mərkəzində "Səttar Bəlulzadənin xatirəsinə həsr olunmuş sərgi" 2011-ci ildə Mimar Sinan Güzel Sanatlar universteti "Keçmişdən gələcəyə" adlı simpoziumun iştirakçısı 2011-ci ildə Koreyada, Koreya müharibəsindəki iştirakın 60 illiyinə həsr olunmuş Beynəlxalq İncəsənət sərgisi 2011-ci ildə Novruz bayramına həsr olunmuş sərginin qalibi (qızıl medal) 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Survive Azerbaijan" adlı sərgi 2012-ci ildə Sinqapur, Fullerton otelinin qalereyasında "Qızıl əjdahanın simfoniyası" adlı sərgi 2012-ci ildə Türkiyə, Sapancada "TURKSOY"-un təşkil etdiyi "15-ci rəssamlar görüşməsi" 2012-ci ildə Beynəlxalq İstanbul simpoziumu 2012-ci ildə Gürcüstan, Tiblisdə "Milli İncəsənət Muzeyi"-də Azərbaycan və Gürcü rəssamlarının birgə iştirak etdiyi "Xoş gəlmisən, Azərbaycan!" adlı sərgi 2012–2013-cü illərdə Hollandiyada Azərbaycan rəssamları sərgisinin qalibi 2013-cü ildə Londonda Beynəlxalq sərginin iştirakçısı 2014-cü ildə Louvrda beynəlxalq sərginin iştirakçısı 2014-cü ildə Yaponiyada sərgi 2014-cü ildə Azərbaycan rəssamlarının sərgisi "Bakının işıqları" adlı sərginin qalibi (1-ci yer, qızıl medal) 2015-ci ildə Qəbələ beynəlxalq sərgisinin iştirakçısı Heydər Əliyevin 90 illik münasibətilə "Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin memarıdır" adlı rəsm müsabiqəsinin qalibi (1-ci yer, qızıl medal) 2016-cı il Tahtakuşlar Özel Etnoqrafiya Qaleresinin Selim Turan Sanat qaleresində sərgi 2016-cı il İspaniyada beynəlxalq sərgi 2016-cı il Rusiyada beynəlxalq festival (Vera kubokunun qalibi) 2017-ci ildə Beliçkada beynəlxalq sərgi 2017-ci ildə Londonda Azərbaycan rəssamlarının sərgisi 2017-ci ildə İstanbulda Heyder Əliyevin 94-cü il dönümünə həsr olunmuş "Bir millət, iki dövlət" adlı sərginin qalibi 2017-ci ildə Sinqapurda beynəlxalq sərgi 2017-ci ildə Lüksenburqda Azərbaycan rəssamlarının sərgisi 2018-ci ildə Dubayda beynəlxalq sərgi 2018-ci ildə Böyük Britaniya kraliçası || Elizabetin 75 illik yubileyi şərəfinə "Windsor" qəsrində keçirilən "Royal Windsor Horse Show" atıcılıq tədbirinin iştirakçısı (kraliçanın qarşısında rəsm şousu) 2018-ci ildə Azərbaycan Dövlət Sərhəd qoşunlarının fəxri fərmanı adına layiq görülüb 2018-ci il Koreyada beynəlxalq sərgi 2018-ci il Portuqaliyada beynəlxalq sərgi 2018-ci il İstanbulda beynəlxalq sərginin iştirakçısı və qalibi 2019-cu ildə Türkiyə-Azərbaycan qardaşlıq ödülü 2019-cu il İlin ən yaxşı rəssamı. Rəssam Nizar Məmmədovun atasının kimliyi ilk dəfə eşidənləri təəccübləndirib.
Nizar Qəbbani
Nizar Qəbbani (ərəb. نزار قبّاني‎; 21 mart 1923[…], Dəməşq – 30 aprel 1998[…], London) — suriyalı şair, yazıçı. Ərəb dünyasının tanınmış ədəbi simalarından və siyasi xadimlərindən biridir.
Nizari-İsmaili dövləti
Nizari-İsmaili dövləti (Farsca: دولت اسماعیلیان, اسماعیلیان الموت, دولت اسماعیلیان نزاری; 1090-1256/1258) — İsmaili - Nizari - Həsən Sabbah tərəfindən qurulan və 1256/1258-ci ilə qədər mövcud olmuş Batini teokratik dövləti.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Eldar & Nigar
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Nazar (Baymak)
Nazar (başq. Наҙар, rus. Назарово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Baymak): 71 km, kənd sovetliyindən (1-ci Türkmən): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 41 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Nazar Nacaryan
Nazar Najarian (ərəb. نزار نَجَاريَان‎; təq. 24 iyul 1957, Beyrut – 4 avqust 2020, Beyrut), həmçinin Nazo — erməni əsilli Livan biznesmeni və siyasətçisi, 11 iyun 2018-ci ildən 4 avqust 2020-ci ilə qədər "Əl-Kataib" partiyasının baş katibi. Nacaryan 4 avqust 2020-ci il tarixində, Beyrut limanında baş verən partlayışlar nəticəsində aldığı yaralardan vəfat etmişdir. Keçmiş Livan Prezidenti Bəşir Cəmil Livanda vətəndaş müharibəsi zamanı ona "şəxsləri səfərbərliyə cəlb etmək" ilə vəzifələndirmişdir.
Nigar (Kirman)
Nigar — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,291 nəfər və 407 ailədən ibarət idi.
Nigar (Koroğlu)
Nigar — Azərbaycan xalq qəhrəmanı Koroğlunun həyat yoldaşı. "Koroğlu" dastanına görə sultan qızı olmuş, lakin xalq intiqamçıları tərəfinə keçmişdir. Dastanda mərd qadın kimi tərənnüm edilir. Tarixi şəxsiyyət olması müəyyən edilməmişdir.
Nigar Arpadarai
Nigar Cavid qızı Arpadarai (17 yanvar 1982, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü. O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir. Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Nigar Axundova
Nigar Axundova (sənətşünas)
Nigar Bahadırqızı
Nigar Camal
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Nigar Cəfərova
Nigar Həbibi
Nigar Həbibi — incəsənət tarixçisi. O, İsveçrənin Cenevrə Universitetində islam incəsənət tarixi üzrə lektor və Sudavar fondunun əməkdaşıdır. Onun tədqiqatları əsasən İran tarixinin erkən müasir dövrünün rəsm əsərlərinə yönəlmişdir. Onun multidissiplinar yanaşmanı mənimsəyən akademik işi rəssamların karyerasına və həyatına, imzalarının həqiqiliyinə, gender məsələlərinə və bədii himayəçiliyə əsaslanır. Həbibi XVII əsrin sonlarında İranın incəsənəti və rəssamları haqqında bir neçə məqalə dərc etmişdir. Habibi, Negar. ʿAli Qoli Jebādār et l'Occidentalisme Safavide: Une étude sur les peintures dites farangi sāzi, leurs milieux et commanditaires sous Shāh Soleimān (1666-94) (fransız). Brill. 2018. 1–157.
Nigar Həsənzadə
Nigar Həsənzadə (aktrisa) — Azərbaycan aktrisası. Nigar Həsənzadə (şair) — Azərbaycan şairi.
Nigar Həşimzadə
Nigar Həşimzadə (d. 19 iyul, 1964, Bakı, Azərbaycan) — iqtisadçı, professor, Durham Universitetində professor. 1964-cü il iyul ayının 19-da anadan olmuşdur. Atası Firidun Məmmədəli oğlu Həşimzadə (d. 1935) Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatıdır. Anası Munirə Ənvər qızı Nizamətdinova (1932-2015) Fizika-riyaziyyat elmləri doktoru, Fizika professorudur. Babası Məmməd Əli Uğurlu oğlu Həşimzadə (1906-1980). Durham Universiteti, Maliyyə və İqtisadiyyat Departamenti, Professor. Maliyyə, İqtisadiyyat, və İslami Maliyyə, Biznes Məktəbində Beynəlxalq Sığorta Şirkəti proqramlarının İdarə Heyətinin sədri. Elmi işçi, Maliyyə Araşdırmalar İnstitutu Elmi işçi, Vergi Araşdırma Mərkəzi İşçi, CESifo Tədqiqat Şəbəkəsi Baş Redaktor, Vergi Administrasiyası jurnalı 2016-cı il oktyabr - dekabr: Könüllü araşdırmaçı CESifo Münhen, Almaniya 2009-cu il yanvar - may: Könüllü professor, Kornell Universiteti, ABŞ 1998 - 2003: Kornell Universiteti, Ithaca, Nyu York, Amerika Birləşmiş Ştatları.
Nigar Köçərli
Nigar Köçərli (15 oktyabr 1975, Bakı) — Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi. Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində ailəsində anadan olub. 138 saylı məktəbi gümüş medal ilə bitirib. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997–1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999–2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğul olmağa başlayıb. 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb. Hazırda “Əi və Nino” kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir. Fridun Köçərlinin qardaşı qızıdır. Tofiq Köçərlinin qardaşı qızıdır.
Nigar Mahmudova
Nigar Mütəllimzadə
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Nigar Rəfibəyli
Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967). Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931), "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur. "Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Nigar Usubova
Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax – 15 sentyabr 1995, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. General İbrahim ağa Usubovun qızıdır.[mənbə göstərin] Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub. 1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Niyar (Ərdəbil)
Niyar (fars. نيار‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 18,405 nəfər yaşayır (2,218 ailə).
Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant. Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib. 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
Nigar Vəliyeva
Nigar Çingiz qızı Vəliyeva (14 fevral 1971, Bakı) — Azərbaycanlı alim, German dilləri və Dil nəzəriyyəsi ixtisasları üzrə ən gənc Filologiya elmləri doktoru (33 yaş), Azərbaycan Dillər Universitetinin ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru (35 yaş), Avropa Linqvistik Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dil nəzəriyyəsi ixtisası üzrə Elmi Seminarın Sədri, Müdafiə şurasının üzvü, ADU-nun Təhsil 1 fakültəsinin Elmi-Metodik şurasının sədri. Nigar Vəliyeva 1971-ci il fevralın 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1987-ci illərdə Bakı şəhəri Səbail rayonu 189 saylı orta ümumtəhsil məktəbində oxuyub. 1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universitetinin) "ingilis-alman dilləri" fakültəsinə daxil olub və 1992-ci ildə həmin instututu fərqlənmə diplomu ilə bitirib. 1992–1995-ci illərdə ADU-nun "Ümumi Dilçilik" kafedrasının əyani aspiranturasını bitirib və 16.10.1996-cı ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Dil Nəzəriyyəsi" ixtisası üzrə namizədlik dissertasiya işini müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1996-cı ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasına gənc mütəxəssis kimi qəbul olunub. 2000-ci ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasının baş müəllimi, filologiya elmləri namizədi vəzifəsinə seçilib. 2001-ci ildə ADU-nun ingilis dilinin qrammatikası kafedrasının dosent vəzifəsinə seçilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür (Üzvlük vəsiqəsi № 174728). 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Dil Nəzəriyyəsi" və "German Dilləri" ixtisasları üzrə doktorluq dissertasiya işini müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.