Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rockstar North
North American Aviation
North American Aviation (NAA), mərkəzi qərargahı ABŞ-də yerləşən təyyarə istehsalı ilə məşğul olan şirkət idi. 1928-ci ildə yaradılıb, 1967-ci ildə North American Rockwell şirkətinin bir parçası olmuşdur. Hal-hazırda Boeing şirkətinin bir parçasıdır.
North Bay Nugget
"North Bay Nugget" — Kanadanın Ontario ştatının Nort-Bey şəhərində nəşr olunan qəzetdir. Qəzet hal-hazırda "Postmedia"ya məxsusdur. "Southam Newspapers" 1996-cı ildə "Thomson Newspapers" şəbəkəsini satın alaraq "Nugget və Star"ı ümumi mülkiyyət altında birləşdirmişdir. Qəzetlər 2001-ci ildə "Osprey Media"ya və 2007-ci ildə "Sun Media"ya satılmışdır. "Postmedia" 2015-ci ildə "Sun Media"nı satın almışdır.
North West Construction
Flora of North America
Şimali Amerikanın Florası (həmçinin ŞAF adlanır)ABŞ, Kanada, Müqəddəs Pierre və Mikelon və Qrenlandiya da daxil olmaqla Şimali Amerikanın yerli bitkilərini və təbiiləşdirilmiş bitkilərini təsvir edən çoxcildli əsərdir. Buraya briofitlər və damar bitkiləri daxildir. Bütün taksonlar təsvir edilir və dixotom açarlara daxil edilir, bütün növlərin və infraspesifik taksonların paylanması xəritələnir və növlərin təxminən 20%-i haqqında üçün xüsusi hazırlanmış xətt təsvirləri ilə təsvir olunur. Tamamlandıqda 30 cildi dolduracağı və Meksikanın şimalındakı bütün məlum floranın müalicəsi üçün ilk iş olacağı gözlənilir. Cildlərin iyirmi biri nəşr edilmişdir. Dərcdən qısa müddət sonra məzmunlar onlayn olaraq əlçatan olur. ŞAF dünyanın hər yerindən 1000-ə yaxın müəllif, rəssam, rəyçi və redaktorun əməkdaşlığıdır. == İstinadlar == "Flora of North America" eFloras.org 2012-11-05 ŞAF rəsmi saytı.
North American A-27
North American A-27 (Azərbaycanca: Şimali Amerika A-27), North American T-6 Texan döyüş təyyarəsinin hücum versiyasıdır, Taylandda yüngül hücum təyyarəsi kimi istifadə edilmişdir.
North American X-10
North American X-10, Bell X-9 Shrikedən sonra əldə edilən uçuş məlumatlarından sonra davam edən test proqramı. Proqramın məqsədi pilotsuz uçuş texnologiyası, müasir döyüş raketi köməkçisi proqramı və texnologiyasını inkişaf etdirməkdir.
North American X-15
X-15 A, çox yüksək hündürlüklərdə işləyə bilən, pilotlu, raketlə işləyən, hipersonik bir tədqiqat vasitəsidir. Bu vasitə; Boeing B-52 Stratofortress təyyarəsindən havada buraxılır və eniş nöqtəsinə göndərilir. Onun sürəti təqribən 6.7 Max (7200 km/saat) təşkil edir. NASA, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri (USAF), ABŞ Hərbi Dəniz Qüvvələri və North American Aviation aviasiya şirkətinin birgə proqramı nəticəsində çox yüksək sürətlə və çox yüksək yüksəkliklərdə insan və maddi amillər haqqında məlumat toplamaq üçün hazırlanmışdır. İlk uçuşunu 8 iyun 1959-cu ildə (B-52 daşıyıcı təyyarəsindən buraxılıb süzülərək) motorsuz etdi və motorlu olaraq ilk uçuşunu 17 sentyabr 1959-cu ildə həyata keçirmişdir. Cəmi 3 ədəd istehsal edilən bu təyyarə 22 avqust 1963-cü ildə yerdən 107 kilometr yüksəklikdə uçaraq hündürlük; 3 oktyabr 1967-ci ildə səs sürətini 6,7 dəfə (7200 km/ saat) üstələyərək sürət rekordlarını qırmışdır. 2004-cü ildə onun rekordunu NASA X-43 təzələmişdir. X-15 proqramı, Gemini layihəsi, Merkuri layihəsi, Apollon proqramı və kosmik servis kimi idarə olunan kosmik uçuş proqramları üçün hipersonik hava axını, aerodinamik istiləşmə, hipersonik sürətdə nəzarət və sabitlik, atmosferə nəzarət kimi mövzularda çox əhəmiyyətli məlumatlar verdi. Proqram 24 oktyabr 1968-ci ildə son uçuşu ilə başa çatdı. Təyyarəni idarə etmiş 12 pilot arasında Neil Armstrong kimi astronavtlar olmuşdur.
North Atlantic Treaty Organization
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
North American A-36 Apache
North American A-36 Apache/Invader (az: Şimali Amerika A-36 Apaçi/İşğalçı), North American Aviation şirkəti tərəfindən istehsal olunan North American P-51 Mustang qırıcı təyyarəsinin yer hücumları üçün nəzərdə tutulan versiyası; şığıyıcı bombardmançı versiyası. Düzbucaqlı şəklində mövcud idilər, İkinci dünya müharibəsinin Şimali Afrika, Aralıq dənizi, İtaliya və Çin-Myanma-Hindistan cəbhələrində cəmi 500 A-36 şığıyıcı bombardmançı təyyarəsindən istifadə edilmişdir. Vahidinin dəyəri 49.000 ABŞ dolları təşkil etmişdir. 1994-cü ildə A36, P51 və P51A versiyalarından ibarət Allison Motorlu Mustang seriyası buraxıldı. Bu seriyanı plastik modellər hazırlayan bir qrup şəxs tərəfindən yaradılan kiçik bir şirkət olan “Accurate Miniatures” (“Dəqiq miniatürlər”) şirkəti istehsal etmişdir.
North American B-25 Mitchell
North American B-25 Mitchell (North American NA-62), İkinci dünya müharibəsi dövründə ABŞ Silahlı Qüvvələrinin quru qoşunları, hərbi hava qüvvələri donanmasının hava qüvvələri tərəfindən Üçüncü Reyx və Yaponiyaya qarşı istifadə etdiyi cüt motorlu, North American Aviation tərəfindən istehsal olunan bombardmançı təyyarə. Təyyarənin adı general Billy Mitchelldən gəlir. B-25 Mitchell, xüsusi bir insan adı daşıyan hava qüvvələrinin yeganə təyyarəsidir. Mitchell, Birləşmiş Ştatların hava qüvvələrinin qurulması və inkişafında mühüm xidmətləri olmuş öncül bir əsgərdir. İstehsalı başa çatana qədər təxminən 10,000 B-25 səmaya qalxa bilmişdir. Bunların içərisində ondan ilhamlanaraq hazırlanmış bəzi versiyaları da vardır. Məsələn, Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi PBJ-1 bombardmançı təyyarəsi və Hərbi Hava Qüvvələrinin istifadə etdiyi F-10 fotoqrafik kəşfiyyat təyyarəsi kimi. Yaponiyanın Pearl Harbor hücumundan sonra, qisas hücumu olaraq planlaşdırılan “Doolittle Raid” (komandir: podpolkovnik Jimmy Doolittle) adlı hücumda istifadə edildi və daha çox B-25 adını buradan dünyaya tanıtdırmışdır. 28 iyul 1945-ci il, səhər saat 9:49-da bir ədəd B-25 Empayr Steyt Bildinq binasının şimal fasadına çırpılmışdır. 79 və 80-ci mərtəbələrə tuş gələn bu qəza nəticəsində 14 nəfər ölüb.
North American F-86 Sabre
F-86 Sabre (az: Qılınc), "North American" şirkəti tərəfindən istehsal olunan transonik qırıcı təyyarəsidir. İlk uçuşunu 1947-ci ildə həyata keçirmiş və təxmini olaraq bu qırıcıdan 9860 ədəd istehsal edilmişdir. Müasir F-15 təyyarələri meydana çıxana qədər ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmiş olan ilk havada üstünlüyü təmin edən təyyarə olmuşdur. Öz dövrünün ən üstün performansına malik olan təyyarələrindən biri olmuşdur və bunu rəqibi olan SSRİ mənşəli MiQ-15 təyyarələrinin qarşısında sübut etmişdir. Kanada tərəfindən də, lisenziya altında istehsal edilmişdir. Yer kürəsində uçan sonuncu F-86 Sabre hərbi təyyarəsi 1994-cü ildə Boliviya Hərbi Hava Qüvvələrindən istefaya göndərilmişdir. Uzun müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələrində də, xidmət etmişdir. Bu təyyarə bir ədəd General Electric J47-GE-27 turbojet motoru (Kanada istehsalı olan təyyarələr də daxil olmaqla) istifadə etmişdir. Müşahidə bucağı yüksək kanopi, hava-hava döyüşlərində atış avantajı təmin edən radarı, etibarlı və daşıdığı altı ədəd M3 Browning pulemyotu ilə üstünlüyünü sübut etmiş bu təyyarə Koreya müharibəsində də uçmuşdur. F-86 ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) ilk arxaya doğru əyilmiş reaktiv qırıcısıdır, ilk uçuşunu 1 oktyabr 1947-ci ildə həyata keçirmişdir.
North American P-51 Mustang
North American P-51 Mustang (Masteng), Böyük Britaniya-ABŞ ortaqlığı əsasında yaradılmış olan İkinci dünya müharibəsi qırıcı təyyarə modelidir. Yüksək hündürlükdə uçan ağır bombardmançıları müşayiət etmək üçün hazırlanmışdır. İkinci dünya müharibəsinin ən uğurlu təyyarələrindən biridir. Növü: Qırıcı təyyarə Mənşə: ABŞ İstehsalçı: North American Aviation İlk uçuş :26 oktyabr 1940 Xidmətə qəbul ili: 1942 Xidmətdən kənarlaşdırılması: 1984 Mövcud vəziyyəti: Xidmətdən kənarlaşdırılmışdır. Akrobatik nümayişlərdə hələ də istifadə olunur. Əsas istifadəçi: ABŞ Hərbi Hava Qüvvələri Digər istifadəçilər: 1) Kral Hərbi Hava Qüvvələri 2) Çin Respublikası Hərbi Hava Qüvvələri İstehsal sayı :15,000 ədəddən çox Vahidinin dəyəri: 50,985 US$ (1945) (2018-ci ildə 570,000 US$-a bərabərdir) Baza modelləri: 1) North American F-82 Twin Mustang 2) Piper PA-48 Enforcer 3) Rolls-Royce Mustang Mk.X Dəyişdirilmiş versiyaları: 1) North American A-36 Apache 2) Rolls-Royce Mustang Mk.X 3) Cavalier Mustang İkinci dünya müharibəsindən əvvəl və müharibənin əvvəlində bombardmançı fəlsəfəsi yalnız sürü halında və sıx nizam vəziyyətində bombardmançı basqının təsirli olacağını proqnozlaşdırmışdı. Bu təyyarələrin müdafiə silahları daha sonra inkişaf etdirilsə də, atəş gücünün bu qədər artırılması belə bir müddət sonra kifayət etməyəcəkdir. P-51 bu vəziyyətə bir həll yolu məqsədilə hazırlanmışdır. Yüksək hündürlükdə uçan uzun məsafəli Amerikan bombardmançılarını qorumaq P-51-lərin əsas vəzifəsi olmuşdur. Bu hədəf əsnasında yüksək hündürlükdə uçmaq üçün hazırlanmışdırlar.
North American XB-70 Valkyrie
North American XB-70 “Valkyrie”, USAF Strateji Hava Komandanlığı tərəfindən 1950-ci illərdə istənilən səs sürətinin (Mach 3) 3 qatında uçacaq bir nüvə bombardmançısının tələbi ilə hazırlanmışdır. Bu təyyarənin yaradılmasının Sovet İttifaqında yaratdığı təlaş nəticəsində MiG-25 Foxbat proqramı başladılmışdır. Layihənin təklif olunan dəyəri 1960-cı illərdə istehsal olunan iki prototipin uğurlu uçuşlarına baxmayaraq proqramın ləğvi ilə nəticələndi. Prototiplərdən biri 1966-cı ildə hava qəzası nəticəsində məhv olmuş, digər prototip isə nümayiş üçün ABŞ Hərbi Hava Qüvvələri Milli Muzeyinə yerləşdirilmişdir. Vahidinin dəyəri 1.5 milyard ABŞ dolları təşkil etmişdir.
North American XF-108 Rapier
XF-108 Rapier, North American Aviation aviasiya şirkəti tərəfindən SSRİ mənşəli supersonik kəşfiyyat və qırıcı təyyarələrinə qarşı (MiG-25 Foxbat) ABŞ və Kanadanı qorumaq üçün hazırlanması dizayn mərhələsində ikən dayandırılmış hərbi təyyarə. Layihənin proqram qiyməti 141.9 milyon ABŞ dolları təşkil etmişdir.
North American F-100 Super Sabre
F-100 Super Sabre (Super Qılınc); ilk prototip uçuşu 25 may 1953-cü ildə reallaşdırılmış, North American firması tərəfindən yaradılmış və dizaynı North American F-86 Sabre modelinə əsaslanan bir qırıcı-bombardmançı təyyarədir. SSRİ rəqibi Mikoyan-Gurevich MiG-19 olmuşdur. F-100C modellərinə əlavə olaraq qırıcı-bombardmançı tip olan F-100D modelləri də yaradılmış və çox geniş istifadə sahəsinə malik olmuşdur. Qırıcı qabiliyyətləri inkişaf etdirilmiş, 4 ədəd AIM-9 hava-hava tipli döyüş raketi ilə təchiz edilmiş və taktiki bombardmançı təyyarə olaraq gövdə altında M-61 nüvə silahı daşıya biləcək vəziyyətə gətirilmişdir. Ayrıca olaraq iki nəfərlik təlim təyyarəsi versiyası olan F-100F modeli də, mövcuddur. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən də, bu təyyarələrdən geniş şəkildə istifadə edilmişdir. 1953–1959-cu illər arasında 2294 ədəd istehsal edilmişdir ki, bunların da 1274 ədədi F-100D modeli olmuşdur. Bu təyyarələrdə Pratt & Whitney şirkəti tərəfindən F-86 təyyarələri üçün istehsal edilmiş olan J47 reaktiv mühərriklərinin təkmilləşdirilmiş versiyası olan J57 modelləri istifadə edilmişdir. "Afterburner"li olan bu mühərriklər 10.000lb gücündə itələmə gücü istehsal edən ilk ABŞ turbojetidir. F-100 təyyarələrinin ləqəbi "Super Sabre" olmuşdur.
Duqlas Nort
Duqlas Nort (ing. Douglass Cecil North; 5 noyabr 1920[…], Kembric, Massaçusets – 23 noyabr 2015[…]) — amerikalı iqtisadçı. 1993-cü ildə Robert Fogellə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar". == Əsərləri == The Economic Growth of the United States, 1790–1860, Prentice Hall, 1961. Institutional Change and American Economic Growth, Cambridge University Press, 1971 (Lens Devislə birlikdə). The Rise of the Western World: A New Economic History, 1973 (Robert Tomasla birlikdə). Growth and Welfare in the American Past, Prentice-Hall, 1974. Structure and Change in Economic History, Norton, 1981. Institutions, Institutional Change and Economic Performance, Cambridge University Press, 1990.
Nolan Nort
Nolan Nort (ing. Nolan North; 31 oktyabr 1970, Nyu-Heyven[d], Konnektikut) — ABŞ film və səs aktyoru. Nyu-Heyvendə anadan olmuşdur. Şimali Karolina Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Təxminən bir il Nyu-Cersidə jurnalist kimi çalışmışdır. O, sonra Nyu-Yorka köçmüş və burada aktyorluq karyerasına başlamışdır. O, "Gözəl kiçik yalançılar" serialında Piter Hastinqs rolunu oynayaraq şöhrət qazanmışdır. 1999-cu ildən Cill Morrey ilə evlidir və iki oğlu var. Vikianbarda Nolan Nort ilə əlaqəli mediafayllar var.
Nort York
Nort York — keçmiş qəsəbə və şəhər, hal-hazırda isə Kanadanın Ontario əyalətinin Toronto şəhərinin altı inzibati rayonundan biridir. O, Torontonun şimal bölgəsində, mərkəzi Yanq-strit ətrafında, Ontario şossesi 401-in şimalında yerləşir. Şimaldan Stils prospektində York bölgəsi ilə, qərbdə Hamber çayı ilə, şərqdə isə Viktoriya Park prospekti ilə həmsərhəddir. Onun cənub sərhədi keçmiş Toronto bələdiyyələrinin şimal sərhədlərinə uyğundur: York, Qədim Toronto və Şərqi York. 2016-cı il siyahıyaalınmasına görə rayonun 644,685 nəfər əhalisi var. Nort York, 1922-ci ildə köhnə York qəsəbəsinin şimal hissəsindən, Qədim Torontonun qərb sərhədi boyunca yerləşən bir qəsəbə olaraq yaradılmışdır.
Ferbanks-Nort-Star
Ferbanks-Nort-Star Amerika Birləşmiş Ştatlarına bağlı olan Alyaska əyalətinin Daxili Alyaska bölgəsində Alyaska atabasklarının məskunlaşdığı boro (inzibati ərazi vahidi). == Coğrafiyası == Ümumi ərazisi 19.280 km² olub, 19.078 km² quru və 201 km² isə sudan ibarətdir. == Əhalisi == ABŞ Siyahıyaalma Bürosunun 2016-cı ildə açıqladığı məlumata əsasən əhlinin sayı 100,605 nəfər təşkil edir.
Nort-Kent adası
Nort-Kent ing. Lougheed Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Adada hazırda yaşayış yoxdur (2012). Ada Devon adasının şimal-qərbindəki Kolin Arçer yarımadası ilə Elsmir adasının cənub-qərbindəki Simmons yarımadası arasında yerləşir. Şimali Kent Elsmir adasından 6 kilometrlik Xell-Qeyt boğazı (ingilis dilindən tərcümədə - "Cəhənnəm Qapıları"), Devon adasından 7,5 km eni olan Kardiqan boğazı ilə ayrılır. Nort-Kent adasının sahəsi 590 km², sahil xəttinin uzunluğu 122 km-dir. Adanın demək olar ki, üçbucaqlı forması var, uzunluğu 41 km, eni şimalda 22 km-dən cənubda 10,5 km-ə qədərdir. Adanın sahilləri əsasən dənizə sıldırım şəkildə kəsilir. Sahil qayalarının hündürlüyü 50-100 metrdir. Relyefi şimalda hündürlüyü təqribən 400 metr, cənubda isə dəniz səviyyəsindən 600 metrdən yuxarı olan daxili dağlıq əraziyə bölünür.
Nort-Minç boğazı
Nort-Minç boğazı (ing. The Minch) — Şotlandiyanın şimal-qərbində Haylend, Ayois və Harris adalarını ayırır (Daxili Hebrid adaları). Litl-Minç boğazı isə cənubda Skay adasını digər Herbrid adalarından ayırır. Bu adalar qrupuna Nort-Mist, Benbekyula, Sout-Uist, Barra daxildir. Cənubda Hebrid dənizi yerləşir. Eni 30–70 km, uzunluğu 110 km, Litl-Minc boğazının eni 25 km, dərinliyi 129 m təşkil edir. Boğazın ekologiyası gərgindir. Belə ki, yarım millyon ton dəniz yükü boğazdan daşınır.
Nort Texas FK
Nort Texas FK — Amerika futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış edən peşəkar ABŞ futbol klubu. Klub MLS təmsilçilərindən olan "Dallas" klubunun ehtiyat komandası kimi fəaliyyət göstərir. Əsas komanda Texas ştatının Frisko şəhərində oynasa da, bu klub 2020-ci ildən etibarən Arlinqton şəhərində öz oyunlarını keçirir. Klub ev oyunlarını bir zamanlar "Texas Reyncers" beyzbol klubunun ev sahibliyi etdiyi Qloub Layf Park in Arlinqton stadionunda keçirir. Klub 2 noyabr 2018-ci ildə Birincli Liqanın qurucu üzvlərindən biri olaraq yaradılmışdır. 2 noyabr 2018-ci ildə "Dallas" klubu 2019-cu ildə yeni yaradılacaq futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış etmək üçün bu klubu yaratdıqlarını açıqlamışdır. 6 dekabr 2018-ci ildə klub öz adının Nort Texas olacağını açıqlamış və klubun loqosunu təqdim etmişdir. Klub ilk mövsümündə heyətində "Dallas" klubunun gənc akademiya futbolçularının oynamasına baxmayaraq, liqanı çempion olaraq başa vurmuşdur. Həmçinin klub oktyabr ayında növbəti mövsümdə artıq "Dallas" klubunun ev oyunlarını keçirtdiyi Toyota stadionunda oynamayacaqlarını açıqlamışdır. Hal-hazırda klub amerikan futbolu komandası olan "Dallas Reneceyds" komandasının stadionu olan Qloub Layf Park in Arlinqton stadionunda ev oyunlarını keçirir.
Nort Vest Keyp
Nort Vest Keyp yarımadası (ing. North West Cape) — Avstraliyanın qərbində yerləşən yarımada. Yarımada şərq hissədən Eksmut körfəzi, digər iki hissədən isə Hind okeanı ilə əhatələnir. yarımadadan şimaı-qərbdə Myuron adası qərarlaşır. İqlimi istidir. Yarımsəhradır. İllik yağıntının miqdarı illərdən asılı olaraq dəyişir:2007-ci ildə 259 mm, 2003-cü ildə 51 mm. Minimal yağıntı sentyabr-deklabr ayları arası düşür. Maksimal temperatur: yanvar — 38 °C, iyul — 24,1 °C. Ağır iqlim şərtlərinə baxmayaraq burada 630 növdən artıq flora nümuməsi aşkarlanmışdır. Sahil sularında mərcan rifi yayılmışdır.
Uaythed Alfred Nort
Vaythed Alfred Nort (15 fevral 1861[…], Ramsheyt, Kent qraflığı – 30 dekabr 1947[…], Kembric, Massaçusets) — ingilis-amerikan riyaziyyatçısı, məntiqçisi və filosofu O, ekologiya, ilahiyyat, təhsil, fizika, biologiya, iqtisadiyyat və psixologiya kimi müxtəlif sahələrdə öz tətbiqini tapan proses fəlsəfəsi olaraq bilinən fəlsəfi məktəbin müəyyənedici siması kimi tanınır. Keşiş ailəsində doğulan Vaythed 1880-cı ildə Kembric universitetinin Triniti kollecini bitirmiş, 1884-cü ildən bu kollecin riyaziyyat müəllimi, 1911-ci ildən 1923-cü illərədək isə Universitet kollecində və elm və texnologiya İmperial kollecində (London) tətbiqi riyaziyyat professoru vəzifəsində fəaliyyət göstərmişdir. 1924-cü ildə Vaythed Harvard Universitetinə fəlsəfə professoru vəzifəsinə dəvət almış, bu vəzifəni 1937-ci ilə qədər tutmuşdu. Vaythedin keçdiyi fəlsəfi yolu iki dövrə – ingilis və amerikan dövrlərinə ayırmaq olar. İngiltərədə Vaythed əsasən riyaziyyat, məntiq, fizika ilə məşğul olmuşdu. Öz şagirdi Bertran Rassel ilə birlikdə o, riyaziyyatın fundamental anlayış və prinsiplərinin formal məntiqdən çıxarılmasından bəhs edən “Principia Mathematica” adlı əsəri hazırlamışdır. Bu əsər XX əsrdə riyazi məntiqin inkişafına güclü təkan vermişdir. I dünya müharibəsinin sonuna yaxın Vaythed özü üçün yeni olan bir sahəyə – təbiət fəlsəfəsinə və dünyanın fiziki mənzərəsinin işlənib-hazırlanması məsələlərinə üz tutdu. “Təbiətin dərki prinsipləri” və “Təbiət anlayışı” əsərlərində o, sadiq qalaraq heç bir metafizik mühakimələri qəbul etmədən təbiəti hissi təcrübədə müşahidə olunan hadisələr kimi şərh edirdi. Onun tənqid obyekti “təbiətin ikiqat artırılması”, yəni bilavasitə təcrübədə (rəngdə, səslərdə və s.) verilən təbiətlə kauzal, yəni elmin mücərrəd anlayışlarla (atomlar, hərəkətdə olan hissəciklər və s.) təsvir olunan təbiətin bir-birindən fərqləndirilməsi idi.
Vaythed Alfred Nort
Vaythed Alfred Nort (15 fevral 1861[…], Ramsheyt, Kent qraflığı – 30 dekabr 1947[…], Kembric, Massaçusets) — ingilis-amerikan riyaziyyatçısı, məntiqçisi və filosofu O, ekologiya, ilahiyyat, təhsil, fizika, biologiya, iqtisadiyyat və psixologiya kimi müxtəlif sahələrdə öz tətbiqini tapan proses fəlsəfəsi olaraq bilinən fəlsəfi məktəbin müəyyənedici siması kimi tanınır. Keşiş ailəsində doğulan Vaythed 1880-cı ildə Kembric universitetinin Triniti kollecini bitirmiş, 1884-cü ildən bu kollecin riyaziyyat müəllimi, 1911-ci ildən 1923-cü illərədək isə Universitet kollecində və elm və texnologiya İmperial kollecində (London) tətbiqi riyaziyyat professoru vəzifəsində fəaliyyət göstərmişdir. 1924-cü ildə Vaythed Harvard Universitetinə fəlsəfə professoru vəzifəsinə dəvət almış, bu vəzifəni 1937-ci ilə qədər tutmuşdu. Vaythedin keçdiyi fəlsəfi yolu iki dövrə – ingilis və amerikan dövrlərinə ayırmaq olar. İngiltərədə Vaythed əsasən riyaziyyat, məntiq, fizika ilə məşğul olmuşdu. Öz şagirdi Bertran Rassel ilə birlikdə o, riyaziyyatın fundamental anlayış və prinsiplərinin formal məntiqdən çıxarılmasından bəhs edən “Principia Mathematica” adlı əsəri hazırlamışdır. Bu əsər XX əsrdə riyazi məntiqin inkişafına güclü təkan vermişdir. I dünya müharibəsinin sonuna yaxın Vaythed özü üçün yeni olan bir sahəyə – təbiət fəlsəfəsinə və dünyanın fiziki mənzərəsinin işlənib-hazırlanması məsələlərinə üz tutdu. “Təbiətin dərki prinsipləri” və “Təbiət anlayışı” əsərlərində o, sadiq qalaraq heç bir metafizik mühakimələri qəbul etmədən təbiəti hissi təcrübədə müşahidə olunan hadisələr kimi şərh edirdi. Onun tənqid obyekti “təbiətin ikiqat artırılması”, yəni bilavasitə təcrübədə (rəngdə, səslərdə və s.) verilən təbiətlə kauzal, yəni elmin mücərrəd anlayışlarla (atomlar, hərəkətdə olan hissəciklər və s.) təsvir olunan təbiətin bir-birindən fərqləndirilməsi idi.
Wetware Kompüter
Wetware Kompüter, "canlı" neyronlar kimi üzvi materialdan, "wetware" -dən ibarət üzvi kompüterdir (həmçinin süni üzvi beyin və ya neyrokompüter kimi də tanınır). Neyronlardan ibarət olan Wetware Kompüterləri ənənəvi kompüterlərdən fərqlənir, çünki onlar bioloji materiallardan istifadə edirlər və daha çox enerjiyə qənaət edən hesablamalar təklif edirlər. Wetware Kompüteri hələ də əsasən konseptual olsa da, konseptin gələcəkdə kompüterlərə real şəkildə tətbiq oluna biləcəyini sübut edən tikinti və prototipləşdirmədə məhdud uğur əldə edildi. Ən diqqətəlayiq prototiplər Corciya Texnologiya İnstitutunda işlədiyi müddətdə biologiya mühəndisi Uilyam Dittonun tamamladığı tədqiqatın nəticəsidir. 1999-cu ildə zəli neyronlarından əsas əlavələr edə bilən sadə neyrokompüter yaratmaq səyi konsepsiyada əhəmiyyətli bir irəliləyiş oldu. Bu tədqiqat suni şəkildə qurulmuş, lakin hələ də üzvi beyinlərin yaradılmasına marağın əsas nümunəsi idi. Wetware konsepsiyası kompüter istehsalı sahəsində xüsusi maraq doğuran bir təcrübədir. Silikon çipə yerləşdirilə bilən tranzistorların sayının təxminən hər iki ildən bir iki dəfə artdığını bildirən Mur qanunu, onilliklər ərzində sənaye üçün bir hədəf rolunu oynadı, lakin kompüterlər ölçüsündə kiçilməyə davam etdikcə, bu hədəflərə çatmaq qabiliyyəti artır. Bu məqsəd çətinləşdi və bazara çıxmaq təhlükəsi yarandı. Tranzistorların və inteqral sxemlərin ölçü məhdudiyyətlərinə görə kompüterlərin ölçüsünü azaltmaq çətinliyinə görə, wetware qeyri-adi alternativ təklif edir.
Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır.
Noreg
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Norge
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Noric
Noric və ya Norviç (ing. Norwich) — Böyük Britaniyada, İngiltərədə şəhər. Norfolk qraflığında yerləşir və regionun inzibati mərkəzidir. XI əsr ərzində Norviç İngiltərədə Londondan sonra ikinci ən böyük şəhər idi. Sənaye inqilabına qədər Noric İngiltərənin ən sıx məskunlaşmış qraflığının paytaxtı olmuşdur. 2011-ci il siyahıyaalınmasına görə Noric 213,166 nəfər əhalisi var. 2012-ci ilin mayında Noric İngiltərənin ilk YUNESKO Ədəbiyyat Şəhəri seçilmişdir.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Norma
Norma (lat. norma — hərfi tərcümə "bucaqlıq", mənaca "qayda") — fəaliyyət sahəsinin sərhədlərini göstərən tənzimləyici qayda. Norma anlayışı həmişə şərtidir, məqsəddən asılı olaraq norma həddi müxtəlif ola bilər. Norma hərəkət, inam və hissdir. Hər bir fəaliyyətin və qaydanın norması olmalıdır.
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Portu
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Noren
Noren (暖簾) – otaqda və ya girişdə asılan ənənəvi yapon pərdəsi. Müxtəlif ölçüləri və formaları mövcuddur. Norenlər ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Belə ki, noren qışda istiliyi saxlamaq, yayda isə evi sərinləşdirmək üçün istifadə olunan alət idi. Muromaçi dövründən etibarən iş yerlərinin giriş hissəsini toz, topraq, pis qoxu və tüstüdən qorumaq üçün noren asılmağa başlanmışdır. Edo dövründə müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər. Noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu. Noren üzərindəki simvollarla birlikdə dükkan sahibi üçün reputasiya simvoluna çevrilmişdir. Dükkan işçisi öz dükkanını açarkən çalışırdı ki, keşmiş iş yerinin mötəbərə norenindən istifadə etsin. Dükkan sahibinin bu icazəni verməsi həm işçi üçün fəxr hesab olunurdu, həm də işçi ilə dükkan sahibi arasındakı əlaqəni təmsil edirdi.
Börte
Börtə-Fücin, Börtə-Ücjin (1161, Xentiy vilayəti – 1230) — Temuçinin baş hərəmi; Dey-Seçen (Day Noyon) və onun unqirat soyundan olan xanımı Çotanın qızı. "Mongolların Gizli Tarixinə" əsasən əvvəlcə Temuçinin atası Yesugey, öz xanımının Öelunun mənsubu olduğu olxonut tayfasından gəlin almaq istəyib.Yolda onlar Dey-Seçenə rast gəliblər. Dey-Seçen onlara "Mənim Bortə adlı gözəl bir qızım var, gedək onu sizə göstərim. Əgər bəyənsəniz qohum olarıq. Bir də ki, bu gecə yuxuda sizin nəslinizin bayrağını görmüşəm. Mənə elə gəlir ki, bu, yaxşı əlamətdir" deyir və Temuçindın bir yaş böyük olan Börtə ilə əvlənməyi təklif edir. Yesugey qızı bəyənir, və oğlunu qoyub gedir. Yesugeyin ölümdən əvvəl son istəyini yerinə yetirmək üçün onun dostu və qohumu olan Munlik, Temuçini geri götürüb və bunu Yesugeyin oğlu üçün darıxması ilə izah edib. Bir neçə il sonra tayciut əsarətindən xilas olduqdan sonra,Temuçin unqiratların düşərgəsini tapıb Börtə ilə evlənir. Börtənin anası Çotan, qızına qara samur dərisindən tikilmiş kürk cehiz vermişdi.
Börtə
Börtə-Fücin, Börtə-Ücjin (1161, Xentiy vilayəti – 1230) — Temuçinin baş hərəmi; Dey-Seçen (Day Noyon) və onun unqirat soyundan olan xanımı Çotanın qızı. "Mongolların Gizli Tarixinə" əsasən əvvəlcə Temuçinin atası Yesugey, öz xanımının Öelunun mənsubu olduğu olxonut tayfasından gəlin almaq istəyib.Yolda onlar Dey-Seçenə rast gəliblər. Dey-Seçen onlara "Mənim Bortə adlı gözəl bir qızım var, gedək onu sizə göstərim. Əgər bəyənsəniz qohum olarıq. Bir də ki, bu gecə yuxuda sizin nəslinizin bayrağını görmüşəm. Mənə elə gəlir ki, bu, yaxşı əlamətdir" deyir və Temuçindın bir yaş böyük olan Börtə ilə əvlənməyi təklif edir. Yesugey qızı bəyənir, və oğlunu qoyub gedir. Yesugeyin ölümdən əvvəl son istəyini yerinə yetirmək üçün onun dostu və qohumu olan Munlik, Temuçini geri götürüb və bunu Yesugeyin oğlu üçün darıxması ilə izah edib. Bir neçə il sonra tayciut əsarətindən xilas olduqdan sonra,Temuçin unqiratların düşərgəsini tapıb Börtə ilə evlənir. Börtənin anası Çotan, qızına qara samur dərisindən tikilmiş kürk cehiz vermişdi.
Nöqtə
Nöqtə (.) – yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün. Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər.