Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraqulaq
Qaraqulaq (lat. Caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Qaraqulax
Qaraqulax - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20 km məsafədə, Qalaçayın sahilində, Səlimçayının sol qolunun üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri, geniş» mənasında işlənən qara sözü ilə türk dilində «dərə, təpə, təpəlik, hündür yer, yayla, təpələr arasında düzənlik», «arxın ayrıldığı yer» mənasında işlənən qulak //kulak sözündən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. Burada ermənilərdən başqa 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . İndi ermənilər yaşayır.
Qaraqulaq ağ Bim (film, 1977)
Qaraqulaq ağ Bim — 1977-ci ildə istehsal olunmuş SSRİ filmi. Ssenari müəllifi : Stanislav Rostoski Rejissor : Stanislav Rostoski Operator : Vyaçeslav Şumski Rəssam : Sergey Serebrennikov Bəstəkar : Andrey Petrov Vyaçeslav Tixonov – İvan İvanoviç Valentina Vladimirova – qonşu Mixail Dadıko İvan Rıjov – Pal Titıç İrina Şevçuk – Daşa Mixail Zimin – Semyon Petroviç Gennadi Koçkojarov – Alyoşanın atası Rimma Manukovskaya – Tolikin anası Mariya Skvorsova – Stepanovna Anatoli Baransev – Nikolay Vitali Leonov Lyubov Sokolova Aleksey Çernov – Trofimıç Dmitri Barkov – Aleksandr Petroviç Raisa Ryazanova – Alyoşanın anası Georgi Svetlani Vladimir Sergienko – Klim Vasili Vorobyov – Tolik Anya Rıbnikova – Lüsya Seryoja Şevlyakov – Alyoşa İvan Jevaqo Bronislava Zaxarova – tibb bacısı Zoya Tolbuzina Svetlana Xaritonova – Anna Pavlovna Fyodr Yekateriniçyev Aleksey Mironov Fyodr Korçagin Nikolay Poqodin Qalina Komarova Andrey Martınov Vladimir Razumovski Rodion Aleksandrov Aleksandr Paşutin Vitali Ponomaryov Vyaçeslav Syupa Boris Gitin Yuri Qriqoryev Manefa Sobolevskaya Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 291.
Qaraqullar
Qaraqullar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd. Kəndin ilkin adı Ballıca olmuşdur. Sonralar kəndin əsasını qoymuş üç qardaşdan ən böyüyünün — Qaraqulunun adı ilə (hazırda kənddə qardaşların adını daşıyan üç nəsil vardır) adlanmışdır. Kəndin əsl adı Qaraqululardır. Yerli məlumata görə, yaşayış məntəqəsini Türkiyədən köçüb gəlmiş üç qardaş (Qaraqulu, Əfkar və Həsən) salmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sahilində, Qoşqar dağının (Kiçik Qafqaz) şimal-şərq yamacında yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Qaraqullar kənd kitabxana filialı, Qaraqullar kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Qaraqullar kənd tam orta məktəbi fəaliyyət göstərir.
Qaraqullar bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türkmən qaraqulağı
Türkmən qaraqulağı (lat. Caracal caracal michaelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinin adi qaraqulaq növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. Başqa altnövlərindən fərqli olaraq ölçüləri iridir. Bədəninin uzunluğu( 5 nüsxəsinin Türkmənistanda keçirilən ölçülməsinə görə) erkəklərdə 730-820, orta 782; dişilərdə 690-810, orta 766. Peysərdə hündürlüyü 450–500 mm. Açıq-qum rəngdədir. İranın və Əfqanıstanın şimal ərazilərində, Orta Asiyanın cənub-qərbində yayılıblar. Qərb sərhədi Xəzər dənizinin şərq sahili boyunca Buzaçi yarımadasına qədərdi. Buradan sərhədi Üstyurtdan Aral dənizinə qədər və şərq sərhədi Aral dənizinin qərb sahili boyu və Amudərya çayı boyu gedir.
Türkmənistan qaraqulağı
Adi qaraqulaq
Adi qaraqulaq (lat. Caracal caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinə aid heyvan növü.
Qaraqulaq ağ Bim (film)
Qaraqulaq ağ Bim — 1977-ci ildə istehsal olunmuş SSRİ filmi. Ssenari müəllifi : Stanislav Rostoski Rejissor : Stanislav Rostoski Operator : Vyaçeslav Şumski Rəssam : Sergey Serebrennikov Bəstəkar : Andrey Petrov Vyaçeslav Tixonov – İvan İvanoviç Valentina Vladimirova – qonşu Mixail Dadıko İvan Rıjov – Pal Titıç İrina Şevçuk – Daşa Mixail Zimin – Semyon Petroviç Gennadi Koçkojarov – Alyoşanın atası Rimma Manukovskaya – Tolikin anası Mariya Skvorsova – Stepanovna Anatoli Baransev – Nikolay Vitali Leonov Lyubov Sokolova Aleksey Çernov – Trofimıç Dmitri Barkov – Aleksandr Petroviç Raisa Ryazanova – Alyoşanın anası Georgi Svetlani Vladimir Sergienko – Klim Vasili Vorobyov – Tolik Anya Rıbnikova – Lüsya Seryoja Şevlyakov – Alyoşa İvan Jevaqo Bronislava Zaxarova – tibb bacısı Zoya Tolbuzina Svetlana Xaritonova – Anna Pavlovna Fyodr Yekateriniçyev Aleksey Mironov Fyodr Korçagin Nikolay Poqodin Qalina Komarova Andrey Martınov Vladimir Razumovski Rodion Aleksandrov Aleksandr Paşutin Vitali Ponomaryov Vyaçeslav Syupa Boris Gitin Yuri Qriqoryev Manefa Sobolevskaya Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 291.
Qarapul
Qarapul — İrəvanda qarapul adlanan mis pullar kəsilirdi. Dörd qarapul, yeddi rus mis qəpiyinə bərabər idi. İrəvan xanlığı Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Qaraqum
Qaraqum səhrası — Qaraqum səhrası. Cənub-şərqi Qaraqum — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum (Alma-ata dairəsinin cənubunda səhra) — Alma-ata dairəsinin cənubunda səhra. Qaraqum (Alma-ata dairəsinin şimalında səhra) — Alma-ata dairəsinin şimalında səhra.
Qaraquç
Qaraquç (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Qaraquç Minbaşı — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Qaraquç (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Qaraquş
Qaraquş (lat. Pandion Sav., 1809) — cinsi Quşlar (Aves) sinfinin Qaraquşlar (Pandionidae) fəsiləsinə, Qızılquşkimilər (Falconiformes) dəstəsinə aiddir. Azərbaycanda Qaraquş cinsinə 1 növ daxildir: Balıqcıl qaraquş (Pandion haliaetus Linn., 1758) Müqəddəs ibis Adi göydimdik Adi ağqaz Balıqcıl qaraquş Adi qarıldaq An osprey fishing in spectacular super slow motion | Highlands — Scotland's Wild Heart 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Mərkəzi Qaraqum
Mərkəzi Qaraqum (türkm. Merkezi Garagum) — Türkmənistan ərazisində, Qaraqum səhrasının mərkəzində səhra. Alcaq düzənliyi əhatə edir. Zaunquz Qaraqumu ilə arasında plato yerləşir. 1972-ci ildə Mərkəzi Qaraqum rus arxeoloqu Viktor İvanoviçin rəhbərlik etdiyi ekspedisiya hesabına məhşurlaşmışdır. Belə ki, ekspedisiya nəticəsində qumların altında nəhəng və qədim şəhərin qalıqları aşkarlanmışdır . Daimi əhaliyə sahib deyildir. Səbəb qrunt sularının olduqca minerallaşmasıdır. Mərkəzi Qaraqum ərazisindən eyni adlı qaz kəmərinin tikintisi planlaşdırılır.
Qaraqum kanalı
Qaraqum kanalı (türkm. Garagum kanaly) — SSRİ dönəmində inşa edilən və uzunluğu 1445 km olan kanal. Kanal Türkmənistanın cənub və cənub-qərb regionlarının su təminatına xidmət edir. Çağdaş Türmənistanda Qaraqum çayı olaraq adlandırılır. Kanal Amudəryanın Atamurat şəhərinin yuxarı hissəsindən başlayaraq Qaraqum səhrasının qumlu cənub-şərq hissəsinədək axaraq qədim Mərv vahəsinə keçir. Buradan Murqab çayı və Tecen çayı yaxınlığından axaraq Kopetdağ öndağlığına istiqamətlənir. Kanalın eni 200 metr, maksimal dərinliyi isə 7,5 m təşkil edir. Kanalın əvvəlində su sərfiyyatı 600 m³/s-dir. Kanal öz güçünə yatağı boyunca axır. Hətta 450 km məsafəfə gəmiçilik üçün yararlıdır.
Qaraqum səhrası
Qaraqum səhrası (Türkmən dilində mənası - "Kara-Kum" və ya "Qara Kum", Rus dilində isə, "Karakumy" ) — Mərkəzi Asiyanın cənubunda yerləşən, dünyanın sahəsinə görə ən böyük 12-ci səhrası. Türkmənistan ərazisinin təqribən, 70%-ni əhatə edir. Səhranın Qazaxıstan ərazisində yerləşən və Aral gölününün sahillərini təşkil edən hissəsi "Aral Qaraqumu" adlanır. Sahəsi təqribən 350 000 km² (135.000 mil²) -a yaxın olan Qaraqum səhrası şərqdən qərbə 800 km, şimaldan cənuba 500 km məsafədə uzanır. Şimaldan Sarıqamış gölünün hövzəsi ilə, şimal-şərq və şərqdən Amudərya çayı ilə, cənub-şərqdən Qarabil təpəlikləri və Badxız çöllü-təpəli (steplər) regionu ilə, cənub və cənub-qərbdən Kopetdağ silsilələri ilə, qərb və şimal-qərbdən isə qədim Uzboy çayının vadisi ilə sərhədlənir. Səhra üç hissədən ibarətdir : səhranın şimal, şimal-qərb hissələri Zaunquz Qaraqumu, mərkəzi hissəsi Mərkəzi Qaraqum, cənub, cənub-şərq və şərq hissələri isə duz bataqlıqları ilə zəngin olan Cənub-Şərq Qaraqumu adlandırılır. Səhranın şimal-qərb hissəsində eol mənşəli (küləyin yaradıcı fəaliyyəti nəticəsində yaranan təbii landşaft) təpəciklər və tirələr vardır. . Zaunquz Qaraqumu güclü küləklərin denudasiya proseslərinə məruz qalaraq, səth hissəsi kəskin aşınmaya və eroziyaya uğramışdır. Mərkəzi Qaraqum Xəzər dənizi sahillərindən, Amudərya çayının vadisinə qədər olan hamar səthi əhatə edir. Burada, küləyin landşafta təsiri daha böyük olub, səthdə 75-90 metr hündürlükdə dyunlar əmələ gətirmişdir.
Qaraqut dağı
Qaraqut dağı — Şərur rayonu ərazisində dağ (hünd. 2527 m). Dərələyəz silsiləsinin suayırıcında zirvə. Yerli sakinlər dağı "Qaraqurd" da adlandırırlar.
Qaraquç (Germi)
Qaraquç (fars. قره قوچ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 216 nəfər yaşayır (43 ailə).
Qaraquç (Xudafərin)
Qaraquç (fars. قره قوچ‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (16 ailə).
Qaraquç Minbaşı
Qaraquç Minbaşı (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (5 ailə).
Qaragöl
Azərbaycanda Qaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd. İşıqlı Qaragöl — Laçın rayonu ilə Gorus rayonu sərhəddində yerləşən göl.
Balıqcıl qaraquş
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Qaraquş (dəqiqləşdirmə)
Qaraquş Qaraquş xan Qaraquş (dırnaq mayası) Toponimlər Qaraquş-i Ülya (Xoy) Qaraquş-i Süfla (Xoy) Dağlar Qaraquş dağı — Kəngərli rayonu ərazisində dağ (hünd. 2600,5 m). Qaraquş — Babək rayonu ərazisində dağ. Hündürlüyü 2596 m. Qaraquş — Göyçay rayonu ərazisində dağ. Qaraquş — Şamaxı rayonu ərazisində dağ.
Qaraquş Xan
Qaraquş Xan - türk və altay mifologiyasında quşlar tanrısı. Karaguş və ya Harahus olaraq da xatırlanır. Karağuş şəklində də deyilər. Quşlara hökm edər. Tanrı Ülgənin oğludur. Karakuş (Qaraquş) Anadoluda türklərdə böyük və yırtıcı quşları təyin etməkdə istifadə edilən ortaq bir təbirdir. Bundan başqa, kamın ayin əsnasında etdiyi hərəkətlərin, bəzi bölgələrdə rast gəlinən qartal oyunu ilə təmsil edildiyi görülməkdədir. Qartal oyunu Siirtdə "Harahusta", Urfa və Adıyamanda "Karakustana" şəklində deyilir. Hınısda isə "Yarkusta" oyunu deyilir. Bu oyunun Qaraquş Xana bir hörmət ehtiva etməsi də olabiləcəkdir.Türk şamanları qara quşlara köməkçi ruhlar gözüylə baxardılar.
Qaraquş dağı
Qaraquş dağı — Kəngərli rayonu ərazisində dağ (hünd. 2600,5 m). Dərələyəz silsiləsinin suayrıcısında zirvə. Çalxanqala kəndindən 8 km-dək şimal-qərbdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
Qaraquş zəngçiçəyi
Qaraquş zəngçiçəyi (lat. Campanula karakuschensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd + 3c. Azərbaycanın nadir növüdür. Çoxillik, hündürlüyü 5-10 sm olan bitkidir. Kökümsovlardan yarpaq və gövdə inkişaf edir. Gövdəsi kələ-kötür, dağınıq qövsşəkilli əyilən, yuxarıdan budaqlanandır, kökətrafı yarpaqları çoxsaylıdır, budaqlanandır, kökətrafı köhnə yarpaqlar bitkini bürüyür, yataq əmələ gətirir. Rozet yarpaqları kürəkvari və ya yumurtavaridir, kənarları iti dişcikli və ya təpəciklidir. Çiçəklərinin rəngi tünd–göydür. Tacı qıfvari-boruşəkillidir, xaricdən seyrək tükcüklərlə örtülmüşdür.
Cənub-şərqi Qaraqum
Cənub-şərqi Qaraqum (türkm. Günorta-Gündogar Garagum) — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum səhrasının tərkibinə daxildir. == Coğrafiyası == Səhra Amudərya və Tecen çayları arasənda qərarlaşır. Cənub-şərqi Qaraqum ilə Mərkəzi Qaraqumun sərhədindən Tecen Çarcou dəmir yolu keçir. Cənub-şərqi Qaraqum kifayət qədər düzəngahdır. Hündürlük 50–200 m arasında dəyişir. Qum silsilələri 3–30 m hündürlüyə, 150-200 metr uzunluğa malik olur. Burada barxanlara, şoranlıqlara və takırlara rast gəlmək olur. Cənub-şərqi Qaraqum səhrasında qədim çayın yadağı yerləşir ki, hazırda Qaraqum kanalı axarlar hərəkət edir.
Qaraquş (dırnaq mayası)
Qaraquş (lat. reduvial)- dırnaq büküşünün dərisinin cırılması. Adətən yan (lateral) büküşdə görünür, çünki bu yerdə dəri tez-tez mexaniki təsirə məruz qalır, lakin, arxa büküşdə də baş verə bilər. Əllərinizin dərisi nə qədər qurudursa, qaraquşun əmələ gəlmə ehtimalı da o qədər yüksəkdir. Quruluq səbəbdən çox incə dırnaq büküşü elastikliyi itirir və mexaniki təsir zamanı asanlıqla yırtılır. Əlbəttə, barmaqlara intensiv təsir həmçinin qaraquşun yaranmasının riskini artırır. Qaraquş altına infeksiya düşə bilər, hansı kı dırnaq büküşünün irinli iltihabına gətirib çıxara bilər. Qaraquşlar manikürlü qayçı və ya dırnaqtutan ilə diqqətlə kəsilməlidir, sonra zədələnmiş dırnaq büküşünü dezinfeksiya maddələri ilə təmizlənməlidir. Qaraquşu qopartmaq lazım deyil, çünki tez-tez o zamanda dərinin böyük bir hissəsi ayrılır və yaranın yoluxma riskini artırır.
Qaraquş (Neynəvə mühafəzəsi)
Bəqdidə və ya Bet-Xudidə (süry. ܒܝܬ ܟܘܕܝܕܐ; ərəb. بغديدا‎ və ya ərəb. بخديدا‎), həmçinin Qaraquş (süry. ܩܪܩܘ݂ܫ) və ya Əl-Həmdaniyyə adlanır — İraqın Neynəvə mühafəzəsində şəhər. Əhalisi aysorlardan ibarətdir. Mosul şəhərindən təxminən 32 kilometr (20 mil) cənub-şərqdə və Ərbilin 60 kilometr (37 mil) qərbində yerləşir. Qədim Assuriya şəhərləri Nimrud və Nineviyanın xarabalıqlarına yaxındır. 6 avqust 2014-cü ildə İŞİD-in işğalından sonra onun bütün aysor sakinləri Kürdüstan regionuna qaçmalı olmuşdular. Şəhər 19 oktyabr 2016-cı il tarixinə qədər İŞİD-in nəzarətində qalmış, Mosul döyüşünün bir hissəsi kimi azad edilmiş, sonra isə sakinlər geri qayıtmağa başlamışdır.
Qaraquş Müdafiə Komitəsi
Qaraquş Mühafizə Komitəsi və ya Neynəvə Düzü Təhlükəsizlik Qüvvələri — İraqın Neynəvə mühafəzəsinin Bəqdidə şəhərində yaşayan aysorlar tərəfindən yaradılmış silahlı milis. 2004-cü ildə yaradılan komitə yerli kilsələr vasitəsilə təşkil olunmuşdu və nəzarət-buraxılış məntəqələri yaratmağa başlamışdır, lakin tezliklə İraq polisi ilə əməkdaşlıq etməyə başlamışdır.
Qaraquş-i Süfla (Xoy)
Qaraquş-i Süfla (fars. قره قوش سفلي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qaraquş-i Ülya (Xoy)
Qaraquş-i Ülya (fars. قره قوش عليا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qaragül qoyunu
Qaragül qoyunu — qabayunlu qoyun cinsi. Əsasən dərisindən və südündən istifadə edilir.. Qaragül qoyunu əsasən Türkmənistan və İranda saxlanılır. Qaraqul xəzinə müxtəlif cins qoyun qurularının dərilərinə aid edilir və bunlar da özlərinin ilkin tük örtüyünün burulma quruluşuna görə fərqlənirlər. Qaraqul xəzi aşağıdakı kimi fərqlənir: təmizcinsli qara rəngli qaraqul; təmizcinsli rəngli qaraqul; təmizcinsli boz rəngli qaraqul; metis (quyruqlu) qara rəngli qaraqul; metis (quyruqlu) rəngli qaraqul; metis cinsdən olan qara rəngli qaraqul; metis müxtəlif cinsdən olan rəngli qaraqul; Doğulmayan, qaraqul cinsli quzu dərisi qaragülçə Bunlar yaş fərqinə görə (hətta bir aya qədər günlərin sayına görə) və tük örtüyünün inkişaf dərəcəsinə görə üç yerə ayrılır: qolyak-lütcə (cox zəif tük örtüyü olan) Muar-cox qısa parlaq, iynəyəbənzər dalğavari tük örtüklü (qaragülçə ölü) Klyam zahılığın axırıncı mərhələsindəki embrion dərisi və doğulmuş 1–2 günlük quzu dərisi; tük örtüyü müardan çoxdur və burulma təzə başlayır(buna qaragül-qaragülçəsi deyilir) Sumuşka- doğlmuş, 2–4 günlük quzu dərisi: Yaxobob-doğuluş 1-aya qədər qaraqul cinsli quzu dərisi. Merluşka:-30 günlük quzu dərisi (qara palıdı və ağ rəngli) Qaragül xəzi müxtəlif qoyunların quzu dərilərindən ibarətdir. Qara, boz və çal rəngli təmiz cinsli qaragül dərisi, qara və əlvan rəngli müxtəlif cinslərin (zərif yunlu qoyunlardan başqa) qarışığından olan qaragül dəri saf və qarışıq cinsli qaragülçə (doğulmamış quzu), təbii və boyanmış krım dərisi, təbii və boyanmış güllü dəri, Rusiya və səhra müarının dərisi , güllü və safcinsli yaxobab dərisi bu qrupa daxildir. Bunlardan başqa sənayedə şiraz, Xorason, Əfqan, Tehran, Qərbi Cin və Monqolustan quzu dəriləri də emalı edilir. Qaraqul quzu dərisi qoyunların tükü yaşına görə çox dəyişilir. Dəriyə qiymət verilməsində bu halın çox böyük əhəmiyyəti vardır.
Qaraqum (Almatı dairəsinin cənubunda səhra)
Qaraqum (Almatı dairəsinin cənubunda səhra) — Almatı vilayətinin cənub-şərqində yerləşən qumlu səhra. İli çayının vadisinin şimal hissəsində qərarlaşır. Usek çayı qərbdən, Xorqos çayı ilə şərqdən və cənubdan isə İli çayı ilə əhatələnir. Orta hündürlüyü 350–400 m təşkil edir. Maksimal hündürlüyü isə 657 metrdir. Qumlu səhranın sahəsi 800 km² təşkil edir. Əraziyə qumlar çay ətrafı vadilərdən gəlir. Səhra ətrafında Eltay, Ulken, şıqan və digər yaşayış məntəqələri vardır. Ərazisindən Хоrqos çayı axır.
Qaraqum (Almatı dairəsinin şimalında səhra)
Qaraqum (Almatı dairəsinin şimalında səhra) — Almatı vilayətinin şimalında yerləşən qumlu səhra. Balxaş gölü ilə Sasınkol arasında yerləşən ərazini əhatə edir. Şimaldan elə də hündür olmayan Arkalı silsiləsi ilə əhatələnir. Cənuba doğru isə qumluqlar Lepsı və Teken çaylarının hövzəsindən Andreevka yaşayış məntəqəsinə qədər uzanır. Ətraf ərazilərində Akbalık, Kuraksu, Eltay, Jarsuat və Uçaral yaşayış məntəqələri yerləşir. Şimal hissəsindən quruyan Ayaquz çayı mövcuddur.
Qaraqum (Alma-ata dairəsinin cənubunda səhra)
Qaraqum (Almatı dairəsinin cənubunda səhra) — Almatı vilayətinin cənub-şərqində yerləşən qumlu səhra. İli çayının vadisinin şimal hissəsində qərarlaşır. Usek çayı qərbdən, Xorqos çayı ilə şərqdən və cənubdan isə İli çayı ilə əhatələnir. Orta hündürlüyü 350–400 m təşkil edir. Maksimal hündürlüyü isə 657 metrdir. Qumlu səhranın sahəsi 800 km² təşkil edir. Əraziyə qumlar çay ətrafı vadilərdən gəlir. Səhra ətrafında Eltay, Ulken, şıqan və digər yaşayış məntəqələri vardır. Ərazisindən Хоrqos çayı axır.
Qaranqu
Qaranqu çayı, İranın Şərqi Azərbaycan ostanında çay. Çay Səhənd dağ sistemindən qaynaqlanır, cənub-şərqə tərəf axaraq Miyana yanında Qızılüzən çayına qovuşur.
Qaranquş
Qaranquşlar (lat. Hirundinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Köçəri quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünür.Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. İldə 2–3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma (balaçıxarma yatışı) müddəti 13–19 gündür. 19 gün müddətinə tüklənir.Büzdüm və alt tərəfi ağ olan quş yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır.
Qaraqala
Kəndlər Qaraqala (Babək) — Babək rayonunda kənd. Qaraqala (Loru) — Tiflis quberniyasının Loru - Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Qaraqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qaraqala (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Qaraqala (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Qaraqala (Qars) Digər Qaraqala yaşayış yeri — Qaraqala nekropolu — Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaraqala — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ.
Qaraqan
Elxan Aqşın oğlu Zeynallı, (3 aprel 1987, Bakı) və ya səhnə adı ilə Qaraqan, — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Qaraqar
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Qaraçuq
Qaraçuq (əvvəlki adı: Cavidabad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cavidabad kənd inzibati-ərazi vahidi tərkibindəki Cavidabad kəndi Qaracuq kəndi, Cavidabad kənd inzibati-ərazi vahidi Qaracuq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qaraçuq kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. Arazboyu düzənlikdədir. 1963-1964-cü illərdə burada Araz çayı üzərində su qovşağı tikilərkən Babək rayonunun Qaraçuq və Bulqan kəndləri öz əvvəlki yerlərindən o vaxta qədər əkin sahələri olan indiki əraziyə köçürülmüş və qəsəbə tipli kənd salınmışdır. Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin şərəfinə kəndə Cavidabad adı verilmişdir. Azərbaycanın dağ və dağətəyi rayonlarında əhali tərəfindən "Qaraçuxa", "Qaraçuxababa" ifadələri işlədilir. Qaraçuxa heyvanların, xüsusilə ev heyvanlarının pənahı kimi səciyyələndirilir və ona dini rəng verilir. Qaraçuxa "Kitabi-Dədə Qorqud"da adı çəkilən Qaraçuq çobanın prototipidir. Qaraçay hövzəsində eyniadlı (Qaraçuxa) dağı vardır.
Qarovul
Qarovul (ümumtürk) — döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin, hauptvaxtada və intizam batalyonlarında saxlanılan şəxslərin keşiyi və qorunması, eləcə də hərbi mərasimlər üçün nəzərdə tutulan silahlı bölük. Həm qarnizonlu(düşərgə), həm də daxili(gəmi) qarovulu ola bilər; hər ikisi daimi, həm də müvəqqəti ola bilər. Xüsusi hallar üçün fəxri qarovullar təşkil olunur. Fəxri qarovul — Əsgəri ehtiram göstərmək üçün ayrılmış bölmə Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Qarqulu
Qarqulu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə Naxçıvanda mövcud olmuş Qarqulu kəndindən gələn ailələr salmışlar. Kəndin adı çox güman ki, qarqu (qamış) sözü ilə bağlıdır. Kənd Mehri silsiləsinin ətəyində yerləşir.
Qaragöl (Arxangel)
Qaragöl (başq. Ҡаракүл, rus. Каракул) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Irnıkşı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel):22 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 28 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (98%) üstünlük təşkil edir.
Qaragöl (Askın)
Qaragöl (başq. Ҡаракүл, rus. Чёрное Озеро) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Yaybulək kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 11 km, kənd sovetliyindən (Yaybulək): 8 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 122 km.
Qaragöl (Ağdərə)
Qaragöl - Ağdərə r-nunda Turağaycayın yuxarı axınında Gamişdağın ətəyində (2500 m) göl adı. Böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 min 388,6 hektarı - Bəsitçay və Qaragöl dövlət Təbiət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilir. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su mənbələri çirkləndirilir, dağıdılır və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.
Qaragöl (Bukan)
Qaragöl (fars. قره گل‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayır (91 ailə).
Qaragöl (Laçın)
Qaragöl — Azərbaycan Respublikasının Laçın rayonu ərazisində yerləşir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər. Gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır.
Qaragöl (Meşkinşəhr)
Qaragöl (fars. قره گل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (87 ailə).
Qaragöl (Məlikan)
Qaragöl (fars. قره گل‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 654 nəfər yaşayır (157 ailə).
Qaragöl (Qürvə)
Qaragöl (fars. قراغل‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (62 ailə). Əhalisini kürdlər təşkil edir.
Qaragöl (Tatarıstan)
Qara Göl — Tatarıstanın Baltasin rayonu ərazisində yerləşən göl. Rəvayətə görə göl əvvəllər sıx meşənin içində olmuşdur. Səbəbdən qara olaraq görünmüş və bu cür adlandırılmışdır. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir Qara Göl gölü karst məşhəllidir. Sahilləri hamardır. Tatarıstanın Baltasin rayonunda, Bolşıe Lızi kəndindən 1,2 km çimal-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 200 metr, maksimal eni isə 130 metrdir. Su səthinin sahəsi 1,6 ha-dır. Orta dərinliyi 8 m, maksimal dərinliyi isə 28 m təşkil edir.
Qaragöl (Zəngilan)
Qaragöl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Qaragöl kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dərzili tayfasına məxsus keçmiş Qaragöl adlı qışlaq yerində salinmişdir. Qışlaq isə Keçaldağın şimal yamacındaki Qaragölün adi ilə adlanmışdır. Hidronimin tərkibindəki qara komponenti göl tin şimal istiqamətində yerləşməsi ilə bağlıdır.
Qaragöl (Çaroymaq)
Qaragöl (fars. قره گل‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Qaragöl (Özbəkistan)
Qaragöl (özb. Qoroko'l) — Özbəkistanın Buxara vilayətində şəhər. 2010-cu ilin məlumatlarına görə Qaragöldə 24.250 nəfər yaşamaqda imiş.
Qarağıl (Azərşəhr)
Qarağıl (fars. قراغيل‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,527 nəfər yaşayır (332 ailə).
Qaraqurd
Aralıq Dənizi Qaraqurd Hörümçəyi (lat. Latrodectus tredecimguttatus) — Qaraqurd cinsinin növlərinə aid edilir. L. tredecimguttatus digər qaraqurd növlərinin çoxuna bənzər şəkildə olduğu kimi qara rəngdədir, qarnının dorsal tərəfində on üç nöqtəsi vardır (elə latınca adı on üç nöqtəli deməldir). Bu işarələr adətən qırmızı rəngdə olur lakin həmçinin sarı və ya narıncı rəngdə də ola bilər. Əks təqdirdə Latrodectus cinsinin digər növləri ilə oxşardır. Bu növ əsasən çöllərdə və digər otlaqlarda yaşayır, taxılın əllə yığıldığı ərazilərdə ciddi bir problem meydana gətirə bilir. Erkəyin zəhəri epidermisə nüfuz edə bilmir və yalnızca dişi növün sancması təhlükəlidir (insanlar və ya mal-qara üçün). Qaraqurdun zəhəri ən zəhərli ilanların zəhərindən 15 dəfə güclü təsirə malikdir. Sancılmış nahiyədə qırmızı ləkələr əmələ gəlir, tezliklə də itir. 10–15 dəqiqədən sonra qarın, bel və döş nahiyədə kəskin ağrı başlayır və ayaqlar keyləşir.
Qarasol
Qarasol (lat. Vimba vimba) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Növün daxilinə aşağıdakı növlər daxildir: Vimba vimba carinata (Pallas, 1814) — Kiçikqaradəniz qarasolu, Azov və Qara dəniz sularında yaşayır. Vimba vimba persa (Pallas, 1814) — Xəzər qarasolu, Xəzər dənizində yayılmışdır. Vimba vimba tenella (Nordmann, 1840) — Kiçik qarasol, Qara dəniz sularında yaşayır Vimba vimba vimba (Linnaeus, 1758), Şimal və Baltik dənizi sularında yayılmışdır. 60 sm uzunluğa, 3 kq çəkiyə sahib olur. Maksimal yaşam müdddəti 17 ildir. Əti ağ rəngdə olur və olduqca dadlıdır. Bu səbəbdən qiymətli sənaye balığı hesab edilir. Sürüləmə dövrü may-iyun ayları baş tutur.
Qaragav
Qaragav — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Qaragilə
Qaragilə (lat. Vaccinium) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin vacciniaceae fəsiləsinə aid bitki cinsi.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Qaranüy
Qaranüy — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində keçmiş kənd. Hal-hazırda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndinin tərkibində yaşayış massividir. Dəllər Cırdaxan bələdiyyəsinə daxildir. Azərbaycan toponimlərinı 17 oğuz etnonimi geniş əksini tapmışdır (əfşar, kayır, karıq, bayat, eymur, iva, karkin, çuvaldar, bayandur, bektili, dügər, qaranüylü, xələc, kəndli, karabotik, çepni və salur). Qaranüy, yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvəllərindən mövcud olmuşdur. 1926-ci ilə aid olan və SSRİ dövründə hazırlanmış xəritədə kənd Karaküylü adı ilə göstərilmişdir. Qaranüy yaşayış massivi rayon mərkəzindən 14 kilometr, Dəllər dəmiryolu stansiyasından 7 kilometr şimalda, Gəncə — Qazax düzənliyində Kür çayının yaxınlığında olan ərazidə yerləşir. 9 illik təhsil sisteminə aid olan T.Əliyev adına orta məktəb əhalinin xidmətindədir. Əhalisi 870 nəfərdir.[mənbə göstərin] Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qarağac
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qarağat
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Qargülü
Xədicəgülü (lat. Galanthus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Acrocorion Adans.