Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Qaşqa
Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Vaşaq
Vaşaq (lat. Lynx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Geniş yayılmış, bəzi yerlərdə adi, lakin antropogen təsir altında sayı azalan həssas növdür. Bədəninin uzunluğu 82-109 sm, quyruğunun uzunluğu 20-24 sm, çəkisi 8-21 kq olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçayabənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur. Avropa, Qafqaz, Sibir, Orta Asiya, Uzaq Şərq, Şimali Himalayda yayılmışdır. Azərbaycanda tarixi arealı bütün dağların meşə qurşağını, dağətəyi alçaqdağlı silsilələri, Naxçıvanı və Zuvand yaylasını əhatə edirdı.
Kürən vaşaq
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Mitral qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Qab-qacaq
Qab-qacaq — məişətdə, əsasən də mətbəxdə yemək hazırlığı, ərzağın saxlanmsı və emalı üçün işlədilən əşyaların ümumi adı. Qab-qacaq aşağıdakı kateqoriyalara bölünür: Stol süfrəsinə düzülməsi üçün: boşqab, dayaz boşqab, dərin boşqab, salat qabı, fincan, nəlbəki, piyalə, stəkan, rumka, bokal, kiçik stəkan, stəkanaltı; Yeməyin hazırlanması üçün: qazan, tava Köməkçi əşyalar — bıçaq, qaşıq, çəngəl Yeməyin saxlanması üçün qablar. Son əsrlərdə qablar adətən saxsı qablar, daş qablar, çini və ya çini kimi keramika materiallarından hazırlanır. Qab-qacaq, ağac, metallar (məsələn, qalay), temperli şüşə, akril və melamindən də hazırlana bilər. Birdəfəlik qablara kağız və plastik kimi birdəfəlik qablar daxildir. Ətraf mühitlə bağlı narahatlıqlara görə, 2023-cü ilin oktyabrından İngiltərədə birdəfəlik plastik qablar və bıçaqlar qadağan ediləcəkdir. Oxşar qadağa Aİ-də 2021-ci ilin iyul ayından etibarən tətbiq edilir.
Qabaq sukatı
Qabaq sukatı - Qabaqdan hazırlanmış quru mürəbbə Tərkibinə qabaq, şəkər tozu, vanil daxildir. Qabaq sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaq nizamlama
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalaq sıralaması
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qasıq dağcığı
Qasıq dağcığı (lat. mons pubis, Veneris — BNA) — qasıq bitişməsi nahiyəsində olan hündürlüyə deyilir. Qadınlarda bu hündürlük üçbucaq şəklindədir. Bu üçbucağın əsası yuxarı, zirvəsi isə aşağı baxır. Yuxarıdan qasıq şırımı (lat. sulcus pubis) yantərəflərdən isə çanaq-bud şırımı (lat. sulcus pelvicofemoralis) vasitəsilə əhatə olunmuşdur. Qasıq dağcığında dərialtı piy təbəqə yaxşı inkişaf etmiş, qalınlığı 2-3 sm-ə çatır. Kök qadınlarda isə 5-8 sm-ə çata bilir. Buradakı piy təbəqəsi birləşdirici toxuma arakəsmələri ilə paycıqlara bölünmüşdür.
Qasıq kurqanı
İnsan vücudunda və əsasən məməlilərdə qasıq kurqanı, yuvarlaq şəkildə olan bir yağ kütləsidir və qasıq sümüklərinin qasıq simptomunun üzərində olan yağ mübadiləsidir. Qadınlar üçün qasıq kurqanı, vulvanın ön hissəsini formalaşdırır. Böyük dodaqlar, klitor, üretra, vaginal bucaq və vulval vestibülün digər ətraflarını əhatə edən, pudental yarıq kimi tanınan şırımın hər iki tərəfində, kiçik dodaqlara (sözün əsl mənasında “böyük dodaqlar”) ayrılır. Yetkinlik yaşına çatmayan qızlarda qasıq tükləri yoxdur. Yetkinlik dövrünün başlanmasından sonra (12-14 yaşa qədər), qasıq əsasən təxminən böyük dodaqlara gedə bilən qasıq tükü ilə örtülü olur . Qasıq tez-tez Veneranın tüberküli (Latınca: Mons veneris ) adlanır. Bu sahədə sinir sonları vardır və toxunma və ya azacıq təzyiq, yaxud qıcıqlanma cinsi oyanışa səbəb ola bilər. Yetkin qadınlarda, çanaq üfüqi bir üst sərhədi olan tüklə örtülmüşdür - buna qadın tipli tük örtüyü deyilir. Yaşlı qadınlarda, menstruasiya dayandıqdan sonra, qasıq tüklənməsi azalır. Göstərilən qasıq tüklənməsi yumurtalıqların işləməsi ilə əlaqələndirilir.
Qasıq sümüyü
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Qaçaq Fərzalı
Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Qaçaq Gülsüm
Qaçaq Gülsüm — Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz canişinliyində böyük marağa səbəb olmuşdur. Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı.
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.
Qaçaq Kərəm
Qaçaq Kərəm (1860, Qıraq Kəsəmən – 1909, Tehran) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qan düşməni olmuşdur. On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin (Molla Zalın qardaşı) qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir, lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür. Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M. Qorki haqlı olaraq yazırdı; "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir". Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; "Kərəm körpüsü", "Kərəm payası", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm payı", "Kərəm bulağı", "Kərəm meydanı" və s.
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki üzvü, Həmdulla əfəndi Əfəndizadənin ən yaxın adamlarından, ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan şəxslərdən biri. Quba üsyanın rəhbərlərindən biridir. 1865-ci ildə Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər). 1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndizadənin xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib.
Qaçaq Mehdiqulu
Qaçaq Məmmədqasım
Qaçaq Məmmədqasım (1897 – 1967, Türkiyə) — Gəncə üsyanının təşkilatçılarından biri. 1897-ci ildə Gəncə quberniyası Samux nahiyyəsinin Tomulu kəndində anadan olub. Qaçaq Məmmədqasım yazırdı:”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı.Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi. Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Qaçaq Nəcəf
Qaçaq Nəcəf - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Qazax rayonunun Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. Qaçaq Nəcəf 19-cu əsrin 10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Masal
Masal — İranın Gilan ostanında yerləşən şəhər. Masal əhalisinin əksəriyyətini talışlar təşkil edir. Bu şəhərin əhalisi talış olduqları üçün talış dilində danışırlar. Masal, "Mazal" və ya "Məzal" sözünün transliterasiya edilmiş formasıdır. Təpəlik və ya dağlıq mənasındadır.
Masao
Masao — ad. Masao Uçino — Yaponiya futbolçusu.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qafan
Qafan (erm. Կապան; Kapan) — Ermənistan Respublikasının cənubunda yerləşən və Sünik mərzinin mərkəzi olan şəhər. Qafan rayonunun mərkəzi. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında yaşayış məntəqəsi. 1938-ci ildən respublika tabeliyində şəhərdir. Şəhərin adı keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ sahilində yerləşmiş Qapan (Qafan) kəndinin adı ilə bağlıdır. Erməni mənbələrində Qapan formasında qeyd edilir. Toponim peçeneq türk tayfasına mənsub qapan etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qahab
Qahab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Qahabçayın adından yaranmışdır. Bu toponim fars dilindəki gah (düzən) və ab (su) sözlərindən ibarət olub "düzən çayı" mənasını bildirir. Qahab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. Qahab körpüsü Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qahab kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə bünövrəsi XX əsrin əvvəllərində qoyulmuş Qahab kənd məscidi yerləşir. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qalat
Qalat (Qəzvin)
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Dəymədağlı (Qafan)
Dəymədağlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Toponim kəbirli türk tayfasına mənsub dəymədağıldılar etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Şrvenants qoyulmuşdur.
Eila Qacar
Şahzadə Eila Qacar-Hamuda (Princess Eylah Kadjar-Hamouda) - Qacarlar dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın nəvəsi, Firudin mirzə Qovanlı-Qacarın qızıdır. Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Hasan Adıgüzel
Hasan Adıgüzel (4 aprel 2000-ci ildə Manisada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Akhisar Bələdiyyəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Akhisar === Adıgüzel Akhisar akademiyası vasitəsilə inkişaf etmişdir. Adigüzel öz peşəkar karyerasında debütünü 21 yanvar 2017-ci ildə Kayserispor klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Kustodionu əvəz etmişdir. Həmin görüşdə Akhisar liqa görüşündə Kayserispor ilə 0-0 hesabı ilə bərabərə olmuşdur. == Milli karyerası == 2017-ci ildə Adigüzel Türkiyənin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Adigüzel İspaniya, Xorvatiya, İtaliya, Macarıstan və İngiltərə milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 26 May 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Hasan Baydar
Hasan dağı
Hasan dağı (türk. Hasandağı) — Türkiyənin Aksaray ilində yerləşən dağ. Hündürlüyü 3268 metr olub, Mərkəzi Anadolunun ikinci ən hündür zirvəsidir. Neolit dövrünə aid rəsmlərə görə e.ə 7500-cü ildə baş vermiş püskürmə nəticəsində zirvənin ətrafında 4–5 km genişliyində kaldera əmələ gəlmişdir. Dağın yaxınlığında yerləşən qədim yaşayış məntəqəsi Çatalhöyük güman ki, digər yaşayış məntəqələri ilə mallarla alış-veriş etmişdir. Burada obsidian güzgülər və lopalar tapılmışdır. Hasan dağının Çatalhöyük əhalisinə olan əhəmiyyətini qədim divar rəsmlərində görmək olar. Bəzi alimlər buradakı rəsmləri tarixdəki "ilk peyzaj rəsmləri" adlandırırlar. Hasan dağı Bizans fənər sistemində istifadə edilən cənubdan ikinci dağ idi. Dağ Bizans tərəfindən Ərəb-Bizans müharibələri dövründə Konstantinopolu hücumlardan xəbərdar etmək üçün istifadə edilirdi.
Hasar (Qəzvin)
Hasar (Qəzvin) (fars. حصار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 440 nəfər yaşayır (149 ailə).
Aşağı Daşar
Aşağı Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Arpaçayın sahilindədir. Oykonim "Daşarx yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Kəndi keçmiş Daşarx (indiki Yuxarı Daşarx) kəndindən çıxmış ailələr kollektivləşmə illərində (XX əsrin 30-cu illəri) salmışlar. == Əhalisi == Əhalisi 641 nəfərdir.