Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rüştü Paşa
Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti – 13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi.
Rüştü Reçber
Rüştü Rəcbər (10 may 1973) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. == Karyerası == Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub. Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir. Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.
Rüştü Rəcbər

Fatin Rüştü Zorlu
Fatin Rüştü Zorlu (20 aprel 1910, Konstantinopol – 16 sentyabr 1961, İmralı, Bursa vilayəti) , Türk siyasətçisi və diplomatı. 27 may hadisələrindən sonra Yassıda məhkəmləri keçilirən zaman dönəmin baş naziri Adnan Menderes, maliyyə naziri Həsən Polatkan ilə birgə edam edildi. == Həyatı == Fatin Rüştü Zorlunun babası Rus İbrahim Paşa Osmanlı dövlətinə sığınaraq Əsənkaya- köhnə adıyla Zor kəndinə gəlir və burada kəndin bəylərindən olan Əli Paşanın qızıyla evlənir. Zorlu soyadının mənşəyi də bu kəndin adına söykənir. O, 20 aprel 1910-cu ildə İstanbulda anadan olmuşdur. 1936-cı ildə o illər xarici işlər naziri olan Tövfiq Rüştü Arasın qızı Əməl xanımla ailə həyatı qurur. 1936-cı ildə Sevin adındı bir qızı dünyaya gəlir. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Qalatasaray liseyində oxuduqdan sonra Paris Universitetinin siyasi elmlər fakültəsinə daxil olur. Bundan başqa Cenevrə Universitetində hüquq təhsili alır. Təshilini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq 1932-ci ildə Siyasi işlər idarəsində təcrübəçi kimi işə başlayır.
Rüşdü Onur
Rüşdü Onur ( 3 Avqust 1920 Devrək – 2 Dekabr 1942 İstanbul) İyirmi iki yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Özü kimi gənç yaşında vərəmdən vəfat edən dostu Müzəffər Tayyib Uslu ilə birlikdə ölümlərindən sonra ki illərdə dərc olunan hər şeir antologiyasında qısa həyat hekayələri və şeirləri “Zonquldağ şairləri” olaraq dərc olunmuşdur. Müzəffər Tayyib Uslu kimi o da Behcət Necatigilin tələbəsidir. Həyatı “Kəpənəyin Yuxusu” adlı filmə çəkilmişdir. == Həyatı == 3 Avqust 1920 ci ildə Devrəkdə anadan olmuşdur. Atası , kənd müəllimi olan Məmməd Əmin Onur, anası isə Fikriyyə xanımdır. Ailənin ən böyük övladı olan Rüşdü Onurun, Hüseyin və Saffət adlarında iki oğlan qardaşı var idi. Ilk təhsilini 1933 cü ildə Devrəkdə bitirdikdən sonra Kastamonuda başladığı orta məktəbi Zonquldağda, Zonquldağ Məmmd Çəlikəl Liseyində dəvam etdirdi. Vərəmə yoluxduğu üçün 1938 ci ildə təhsilinə bir il fasilə vermək məcburiyyətində oldu. Sonraki il təkrar məktəbə başlasa da artıq məktəb mühitindən uzaqlaşdığı üçün təhsilinə dəvam edə bilmədi.
Rüşdü bəy
Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti – 13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi.
Salman Rüşdü
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. == Həyatı == Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. == Yaradıcılığı == İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Mehmed Rüşdü Paşa
Mehmed Rüşdü Paşa Mehmed Rüşdi Paşa (türk. Mehmet Rüşdi Paşa və ya Mütercim Rüşdi Paşa, 1811 Ayancik, 27 mart 1882 Manisa) Osmanlı islahatçısı və dövlət xadimi idi. Beş ayrı müddət ərzində Osmanlı İmperiyasının Böyük Vəziri olmuşdur. Ondan əvvəl bu vəzifəni Midhat Paşa yerinə yetirmişdir. Mehmed Rüşdi Paşa Tanzimatın qızğın tərəfdarı idi. Özünü modernləşdirməyə cəhd edilmədiyi təqdirdə imperiyanın Qərbdən geri qalacağına inanırdı. Gəncliyində Hərbi Mətnlərin Tərcüməçisi, habelə hərbi polkovnik kimi xidmət etmişdir. == Həyatı == Mehmed Rüşdi Paşa, 1811-ci ildə Ayancık mahalında bir kasıb bir ailədə anadan olmuşdur. Üç yaşında olanda ailəsi 1814-cü ildə İstanbula köçdü. İstanbulda Rüşdie Paşa yerli məktəb sistemində oxudu.
Məhməd Rüşdü Sakarya
Mehmet Rüşdü Sakarya (türk. Mehmet Rüştü Sakarya) (d. 1877 İstanbul, Osmanlı İmperiyası – ö. 2 dekabr 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1895-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 6 iyulunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 25 mart 1934-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 2 dekabr 1951-ci ildə İstanbulda vəfat etdi.
Mehmet Rüşdü Sakarya

Tüstü
Tüstü
Bülbülün büstü
Bülbülün bürünc büstü — Şuşa şəhərində ucaldılmış bürünc büst. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılır ki, orada metal kimi satılsın. Sonralar bu büstlər Azərbaycan hakimiyyəti tərəfindən alınır.
Nefertitinin büstü
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstü. Büstün e.ə. 1345-ci ildə heykəltaraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi. Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hal-hazırda II Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir.Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi. Nefertitinin özü də bir simvola çevrildi.
Tüstü (dəqiqləşdirmə)
Tüstü
Tüstü (vergiqoyma)
Tüstü – yaşayış məntəqələrində yaşayan ailənin, evin sayını bildirmək üçün ölçü vahidi. == Ümumi məlumat == Hər hansı kənddə, qəsəbədə yaşayan ailənin, evin sayını bildirmək üçün tustu sözündən istifadə edilmişdir. Hər evdə bir ocaq qalandığına görə, bir tüstü bir ev, bir ailə demək olmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Tüstü Eskadronu
Aerial Demonstration Squadron (port. Esquadrão de Demonstração Aérea)(azərb. Hava Nümayişi Eskadronu‎) başqa adıyla Smoke Squadron (port. Esquadrilha da Fumaça)(azərb. Tüstü Eskadronu‎) kimi tanınan, Braziliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Hal-hazırda aviaşoular zamanı Embraer EMB 312 Tucano təyyarələrindən istifadə olunur. == Tarixi == Komanda ilk ictimai uçuşunu 1952-ci il 14 may tarixində T-6 Texan təyyarələri ilə həyata keçirmişdir. Həmin təyyarələr 1968-ci ildə komanda yenidən qurulana qədər istifadə olunmuşdur. Komanda 1977-ci ildə ləğv olunmuş, 1983-cü ilin 8 dekabr tarixində isə yenidən qurulmuşdur. Həmin dövrdə T-25 Universal təyyarələrindən istifadə olunmağa başladı.
Tüstü bombası
Tüstü bombası, tüstü qumbarası, duman bombası, duman qumbarası, duman şaşkası kimi də tanınan tüstü şaşkası, siqnal vermək, hədəfləri yaxud eniş zonalarını müəyyənləşdirmək və ya təyin etmək, həmçinin də bölmələrin hərəkətində tüstü pərdəsi yaratmaq üçün istifadə olunan partladıqdan sonra tüstü yayan qumbara növüdür.
Puştu
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dari dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Puştu dili

Tüstü siqnalı
Tüstü siqnalı uzun məsafəli rabitənin ən qədim formalarından biridir. Bu, uzaq məsafədə istifadə olunan vizual ünsiyyət formasıdır. Ümumiyyətlə, tüstü siqnalları xəbərləri ötürmək, təhlükə siqnalı vermək və ya insanları ümumi əraziyə toplamaq üçün istifadə olunur. == Tarixi və istifadəsi == Qədim Çində Böyük sədd boyunca əsgərlər bir-birlərini düşmən basqını barədə xəbərdar etmək üçün onun mayak qüllələrinə tüstü siqnalları göndərirdilər. Tüstünün rəngi hücum edən düşmən tərəfinin ölçüsünü bildirirdi. Mayak qüllələrini müntəzəm olaraq yerləşdirməklə və hər qüllədə bir əsgər yerləşdirməklə ismarıclar səddin bütün 7300 kilometrinə ötürülə bilərdi. Tüstü siqnalları həmçinin hücum barədə daxili qalaları xəbərdar edərək, müdafiə və qarnizonu dəstəkləyən qoşunları əlaqələndirməyə imkan verirdi.Qədim Şri-Lankada dağ zirvələrində yerləşən əsgərlər zirvədən zirvəyə işarə edərək bir-birlərini yaxınlaşan düşmən hücumu (ingilislər, hollandlar və ya portuqallar) barədə xəbərdar edirdilər. Bu yolla onlar bir neçə saat ərzində Krala mesaj ötürə bildilər.Tüstü siqnalından sui-istifadənin eramızdan əvvəl 8-ci əsrdə Qərbi Çjou sülaləsinin süqutuna səbəb olduğu məlumdur. Belə ki, Çjou kralı Yu, cariyəsi Bao Sini əyləndirmək üçün sərkərdələrini yalançı xəbərdarlıq siqnalları ilə aldatmaq vərdişi var idi. Yunan tarixçisi Polibi eramızdan əvvəl 150-ci ildə yunan əlifbası simvollarını ədədi simvollara çevirən daha mürəkkəb əlifba tüstü siqnalları sistemi hazırladı.
Tüstü testi
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
İbn Rusta
İbn Rüstə; Əbu Əli Əhməd ibn Ömər ibn Rüstə — IX əsrin 2-ci yarısı – X əsrin əvvəllərində yaşamış ərəb alimi, coğrafiyaşünas. Uzun müddət elmi ədəbiyyatda səhvən İbn Dasta kimi tanınmışdır. Mənşəcə farsdır. == Həyatı == İbn-Rüsta "Qiymətli incilər" əsərinin müəllifidir. Bu əsərdə о, hətta Şərqi Avropa haqqında və burada yaşayan xalqların adət-ənənələri barədə məlumatlar verir. Əsərdə Volqa-Kama türkdilli xalqlara İslam dininin IX əsrdə ərəblərin gətirdiyi qeyd olunur. İbn-Rusta bulqarları səciyyələndirərək yazır: "Bulqarlar Xəzər dənizinə tökülən çayın sahilində məskunlaşmışlar. Onların ölkələri bataqlıq və meşəliklərdən ibarətdir". Daha sonra Kuyab (Kiyev) haqqında məlumat verərək yazır: "Bu slavyan ölkəsi düzənlik və meşəliklərdən ibarətdir". == İstinadlar == == Mənbə == Sayyid Maqbul Ahmad.
İbn Rüstə

Üstü Xure
Üstü-Xure (Tuv. Үстүү-Хүрээ - Yuxarı Xure (monastır)) Tıvada ən böyük və ən məşhur Buddist monastırlarından biridir. Çadan çayının sağ sahilindəki Çaylaq-Alak təbii sərhəddində, Çadan şəhərindən 7 km cənub-şərqdə, Bajın-Alak kəndinə aparan yoldan 1,5 km cənub-şərqdə yerləşir. Üstü-Xure Daa-kojun ərazisində yerləşən iki ən böyük məbəd komplekslərindən biridir. Tuvanın mənəviyyat və dövlətçilik mərkəzidir. Tuva əlifbasının təməli Xure ərazisində qoyuldu, Tuva Xalq Respublikasının ilk sikkəsi vuruldu. == Tarixi == Üstü-Xure Manastırı 1905-1907-ci illərdə noyon Haydıp tərəfindən qurulmuşdur. İnşaat, xüsusi olaraq dəvət edilmiş Tibet laması Kuntan Rimpoçenin rəhbərliyi və dizaynı həmçinin Çin ustalarının iştirakı ilə həyata keçirildi. Tibet monastırının layihəsini 1905-ci ildə Kuntan Rimpoçe gətirmişdir, lakin bəziləri bunun Tibet və Çinin memarlıq texnikalarını özündə birləşdirən tipik monqol binası olduğunu iddia edirlər: meylli dib Tibet binaları üçün tipikdir, ikinci dərəcəli yüngül taxta pavilyon isə Çinlilər üçündür. 1930-cu ildə xüsusi bir fərman qəbul edildikdən sonra monastır bağlandı.
Leonid Azqaldyanın büstü
Leonid Azqaldiyanın büstü (erm. Լեոնիդ Ազգալդյանի կիսանդրի), həmçinin Leonid Azqaldiyanın abidəsi (erm. Լեոնիդ Ազգալդյանի հուշաքար) Ermənistanın paytaxtı İrəvan şəhərində, Xorenatsi küçəsinin kəsişməsində Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı Leonid Azqaldyanı təsvir edən büst. Abidə 11 dekabr 2002-ci ildə ucaldılmışdır. Abidənin heykəltəraşı Tiqran Arzumanyandır. Abidə qranitdən hazırlanmışdır və ümumi hündürlüyü 2,2 metrdir.2022-ci ilin aprelində Leonid Azqaldyanın büstü vandalizmə məruz qalmışdır. İrəvan sakini Karen Xaçatryan Leonid Azqaldiyanın büstünün burun hissəsini sındırmışdır. Xaçatryanın sözlərinə görə, o, bu addımı ona görə atıb ki, onun fikrincə, 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsinin günahkarı Leonid Azqaldiyandır.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Məhəmmədəli Rüşdi
Məhəmmədəli Rüşdi - Təbriz tamaşaçılarının xüsusi rəğbət bəslədikləri sənətkar olub. Populyar və şöhrətli aktyor realist oyun üslubunda istifadə etdiyi ifadə vasitələrinin təbiiliyi, cazibədarlığı və səmimiyyəti ilə geniş kütlənin rəğbətini qazanıb. Səhnədə 25 ildən çox aktyorluq edib və Təbrizdə milli teatrın inkişafında hər cür məhrumiyyət və əzablara mətanətlə sinə gərib. == Həyatı == Məhəmmədəli Rüşdi 1906-cı ildə Təbrizdə dünyaya göz açıb. Atası müəllim idi və buna görə də oğlunu ziyalı görmək üçün ona mükəmməl təhsil verib. O, Təbrizdə darülmüəllimi bitirdikdən sonra müxtəlif təhsil ocaqlarında dərs verib. Müəllimlik edə-edə həm məktəblərdə hazırlanan tamaşalarda, həm də şəhərin müxtəlif həvəskar teatr dəstələrində kiçik rollar oynamağa başlayıb. Əvvəlcə qız rollarında səhnəyə çıxıb. Tədricən qabiliyyəti və bacarığı, səhnədə sərbəst və inamla davranması ilə maraq doğuran aktyora daha sanballı rollar tapşırılıb. Məhəmmədəli Rüşdi dramatik rollarda, realist səpkili psixoloji obrazların ifasında daha uğurla, daha inamla çıxış edib.
Riştə Xoşkar
Riştə Xoşkar (fars. رشته‌خشکار‎)‏ — Gilan ostanında hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Riştə Xətayi
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Riştə xətai
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Salman Rüşdi
Salman Rüşdi (19 iyun 1947[…], Bombey, Britaniya Hindistanı) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı. == Həyatı == Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib. == Yaradıcılığı == İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir. 1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab Hindistan və Cənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.
Arxüstü
Arxüstü — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Yuxarı Kirətaq kəndinin yaxınlığında yerləşirdi. Kənd arxın üstündə salındığı üçün Arxüstü adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1897-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvələrində, 1905–1906-cı illərdə azərbaycanlılar deportasiya olunaraq kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Düstur
Düstur və ya beynəlxalq aləmdə Formul (lat.
Lüstr
Lüstr, çilçıraq , qəndil və ya avizə — şaxələnmiş, dekorativ tavandan quraşdırılmış işıq qurğu. Çilçıraqlar ümumiyyətlə təmtəraqlıdırlar və onlarla lampa, kompleks şüşə serialları və ya kristal prizmalardan istifadə edərək işığın sınması ilə otağı işıqlandırırlar.
Murtu
Murtu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi Ermənistanın İcevan rayonunda) kənd adı. == Tarixi == XIX əsrdə Yelizavetpol qəzasında Mürut, İndi Ağsu rayonunda Murtı kənd adları ilə mənşəcə eynidir. XIX əsrin II yarısında Mil- Qarabağ düzlərində yaşamış Təklə tayfasının Murtulu qolunun adı ilə eynidir. == Əhalisi == 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.