Arxüstü — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.[1]
Arxüstü | |
---|---|
Ölkə | Ermənistan |
Yuxarı Kirətaq kəndinin yaxınlığında yerləşirdi.
Kənd arxın üstündə salındığı üçün Arxüstü adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
1897-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır[2]. XX əsrin əvvələrində, 1905–1906-cı illərdə azərbaycanlılar deportasiya olunaraq kənd ləğv edilmişdir. İndi xaraba kənddir.