Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rüstəmli
Rüstəmli — Azərbaycanda işlədilən soyad. Asif Rüstəmli — görkəmli Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2011)Kəndlər Rüstəmli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Rüstəmli (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Asif Rüstəmli
Asif Rüstəmli (Asif Heydər oğlu Rüstəmli; 16 fevral 1954, Qiyaməddinli, Ağcabədi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2012), professor (2018), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (2014–2018), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri (2018, 12 sentyabr), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015), Prezident təqaüdçüsü (2014–2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003–2018), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013–2018). == Həyatı == 16 fevral 1954-cü il Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Asif Rüstəmli 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru (1991–1995), Elmi nəşrlər bölməsinin (1995–1999) və Mətbuat tarixi və publisistika şöbəsinin (2014–2018) müdiri vəzifələrində işləmişdir. 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür.Asif Rüstəmlinin elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa etmiş, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görmüşdür. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni (Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2004, 45.8 ç.v.) də Asif Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər yazmışdı. O son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. A.Rüstəmlinin "Molla Nəsrəddin" Ensiklopediyası"na (Bakı, "Elm", 2020, 468 s.) 33 məqaləsi daxil edilmişdir.Asif Rüstəmli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dövrü əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtibləyərək 2000-ci ildə "Nəcib, mənəvi idealların tərənnümü" (Bakı, "Ozan", 2000, 29.25 ç.v.) sərlövhəsi ilə çap etdirmiş, ulu öndərin "Ədəbiyyatın yüksək borcu və amalı" (Bakı, "Ozan", 2000, 31 ç.v.) kitabının redaktoru olmuşdur. == Elmi fəaliyyəti == Lalə Hacıyevanın "Əhmədbəy Ağayevin publisistikası" (BDU, 2006), Aygün Həsənovanın "Azərbaycan ədəbiyyatında Şeyx Şamilin bədii obrazı" (Nizami adına Ədəbiyyat İnstitutu, 2007), Bahar Məmmədovanın (Bərdəli) "Balaş Azəroğlunun yaradıcılıq yolu" (Nizami adına Ədəbiyyat İnstitutu, 2010), Tofiq Yusifovun "Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu (1991–2004)" (BDU, 2012) və digər mövzularda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur.
Kənan Rüstəmli
Kənan Rüstəmli (tam adı: Kənan Yalçın oğlu Rüstəmli; 14 noyabr 1999; Əsgərabad, Biləsuvar rayonu — 31 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Rüstəmli 1999-cu il noyabrın 14-ü Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Saleh Babayev adına Əsgərabad kənd tam orta məktəbini bitirmişdir. Bakı Slavyan Universitetinin məzunu olmuşdur. Boks və güləşlə məşğul olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində və Suqovuşan döyüşündə iştirak etmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən əsgər Kənan Rüstəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Rüstəmli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Rüstəmli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nadir Rüstəmli
Nadir Rəşid oğlu Rüstəmli (8 iyul 1999, Salyan, Salyan rayonu) — Azərbaycanlı müğənni, Səs Azərbaycan yarışmasının qalibi və 2022-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin təmsilçisi.2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yerin qalibi olmuşdur. == Həyatı == 8 iyul 1999-cu ildə Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 2005–2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub, 2021-ci ildə həmin universitetin məzunu olmuşdur. O, uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. == Karyerası == Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub. 2019-cu ildə eyni yarışmada yenidən iştirak edərək yarışmanın qalibi olmuşdur. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yerin qalibi olmuşdur. 2021–2022-ci il Səs Azərbaycan yarışmasında iştirak etmiş və yarışmanın qalibi olmuşdur.
Rüstəmli (Sabirabad)
Rüstəmli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Rüstəmli (Yevlax)
Rüstəmli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Rüstəmli bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İbrahim Rüstəmli
İbrahim Mirzağa oğlu Rüstəmli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib. Ailəli idi, bir övladı var. == Hərbi xidməti == Aprel döyüşlərinə könüllü yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb. İlk vaxtlar topçu kimi xidmət edib. Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb. Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib.
Əli Rüstəmli
Əmrah Rüstəmli
Əmrah Natiq oğlu Rüstəmli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhid Əmrah Rüstəmov 2001-ci ilin iyulun 5-də dünyaya gəlib. O, orta məktəbi bitirdikdən sonra 2019-cu il iyulun 22-də hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda silaha sarılan Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Füzulinin Alıxanlı kəndində döyüş əməliyyatını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Fade to Black (Nadir Rüstəmli mahnısı)
Fade to Black (azərb. Soluruq‎) – Azərbaycanı 2022 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Nadir Rüstəmlinin müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri və musiqisi Andreas Stone, Anderz Wrethov, Sebastian Schub, Thomas Stengaard-ə aiddir. Nadir Rüstəmli 2022-ci ildə "Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi olmuşdur.
Ceyhun Rüstəmbəyli
Rüstəmbəyli Ceyhun Həsən oğlu (d. 7 aprel, 1963) — rəssam. == Həyatı == Ceyhun Rüstəmbəyli 7 aprel 1963-cü ildə Salyan şəhərində dünyaya gəlib. 1980-ci ildə 84 saylı Bakı şəhər texniki məktəbinə daxil olub, 1982-ci ildə "Reklam" tərtibat işləri üzrə icraçı rəssam peşəsi üzrə məktəbin tam kursunu bitirib. 1984–1998-ci illərdə Salyan şəhər "Babək" kinoteatrında rəssam vəzifəsində çalışıb. 1998-ci ildən Salyan Dövlət Kukla Teatrında baş rəssam vəzifəsində işləyir.
Fərşid Rüstəmi
Fərşid Rüstəmi (7 iyul 1985, Zəncan) – Peşəkar boksda WBCA dünya kəmərinin sahibidir. == Həyatı == Fərşid Rüstəmi 7 iyul 1985-ci ildə İranın Zəncan şəhərində anadan olub. Rio Olimpiyadasına Dünya Boks Federasiyasının (AIBA) prezidenti tərəfindən dünyanın tanınmış peşəkar bokusçular sırasında dəvət olunmuşdur. İdmana uşaqlıq illərində giminastika idman növü ilə başlamışdır. Sonradan atasının idman növü olan boksa üzv gətirilmişdir. Az vaxt ərzində İranın yeni yetmə və sonra gənclər yığmasına dahil olunmuşdur. Müxtəlif nailiyyətlər qazandıqdan sonra kişilər arasında Pakistan ölkəsində keçirilən Asiya çemiyonatının 1-ci fəxri kürsüsünə nail olunmuşdur. Azərbaycana sevgisi olduğu üçün bu ölkəyə gəlmiş və uğurlarını burada davam etdirmişdir. Yığma komandanın baş məşqçisi Nəriman Abdullayevin keçirdiyi telim,meşq toplantılarında müxtəlif beynəlxalq turinirlərdə (Türkiyyə cumhuriyyəti ve Ənvər Çodri) yaxsi nəticələr əldə etmişdir. Fərşid Azərbaycan boks yığmasında 64kq çəki dərəcəsində London Olimpiyadasına vəsiqə qazanan favoritlərdən 1-i sayılırdı.Lakin qəza nəticəsində bu şansı əldən verdi və onun çəkisində Heybətulla Hacıəliyev bu vəsiqəni qazandı.
Cəfər bəy Rüstəmbəyli
Cəfər bəy Rüstəmbəyli (1890, Aydınqışlaq, Nuxa qəzası – 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət, sənaye və ərzaq nazirinin müavini, Azərbaycan Xalq Cümhuriyyətinin Kuban Don hökumətlərindəki diplomatik nümayəndəsi. == Həyatı == Cəfər bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1890-cı ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulmuşdu. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1909-cu ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1905–1910-cu illərdə Sosialist İnqilabçılar Partiyası üzvü olmuş, 1911-ci ildə hərbi həkim kimi səfərbər edilmişdir. Cəfər bəy Rüstəmbəyli I Dünya müharibəsinin başlanması ilə əlaqədar xidmətə çağırılmış, əvvəlcə 58-ci piyada polkunda, sonra isə 1917-ci ilə qədər lazaretdə (hərbi xəstəxanada) həkim işləmişdir. 1917-ci ildən 18 fevral 1918-ci ilədək Krımda şəhər lazaretində həkim vəzifəsində çalışmışdır. === Həbsi === 1931-ci il, 5 sentyabr tarixdə Azərbaycan Milli Mərkəzinin 53 nəfər üzvünə qarşı ittiham irəli sürülmüşdür. Cəfər bəy Rüstəmbəyli 1938-ci ildə güllələnmişdir. == Diplomatik fəaliyyəti == Cəfər bəy Rüstəmbəyli "Əksinqilab, spekulyasiya, sabotaj və vəzifə cinayətləri ilə mübarizə" üzrə Azərbaycan Fövqəladə Komissiyasında yazdığı izahatnamədə qeyd edir ki, almanlar 1919-cu ilin yanvarında Krımı tərk etdikdən sonra Denikinin qoşunları dərhal oranı zəbt edərək, səfərbərlik elan etmişdir. Denikinin basqınlarından sonra Cəfər bəy Rüstəmbəyli də daxil olmaqla, Krımın müsəlman ziyalıları könüllülər ordusuna və onun elan etdiyi səfərbərliyə qarşı təşviqata başlamışdılar.
Şəfi bəy Rüstəmbəyli
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini. == Həyatı == Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. === Mühacirət === 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir.
Fərşid Rüstəmi (idmançı)
Fərşid Rüstəmi (7 iyul 1985, Zəncan) – Peşəkar boksda WBCA dünya kəmərinin sahibidir. == Həyatı == Fərşid Rüstəmi 7 iyul 1985-ci ildə İranın Zəncan şəhərində anadan olub. Rio Olimpiyadasına Dünya Boks Federasiyasının (AIBA) prezidenti tərəfindən dünyanın tanınmış peşəkar bokusçular sırasında dəvət olunmuşdur. İdmana uşaqlıq illərində giminastika idman növü ilə başlamışdır. Sonradan atasının idman növü olan boksa üzv gətirilmişdir. Az vaxt ərzində İranın yeni yetmə və sonra gənclər yığmasına dahil olunmuşdur. Müxtəlif nailiyyətlər qazandıqdan sonra kişilər arasında Pakistan ölkəsində keçirilən Asiya çemiyonatının 1-ci fəxri kürsüsünə nail olunmuşdur. Azərbaycana sevgisi olduğu üçün bu ölkəyə gəlmiş və uğurlarını burada davam etdirmişdir. Yığma komandanın baş məşqçisi Nəriman Abdullayevin keçirdiyi telim,meşq toplantılarında müxtəlif beynəlxalq turinirlərdə (Türkiyyə cumhuriyyəti ve Ənvər Çodri) yaxsi nəticələr əldə etmişdir. Fərşid Azərbaycan boks yığmasında 64kq çəki dərəcəsində London Olimpiyadasına vəsiqə qazanan favoritlərdən 1-i sayılırdı.Lakin qəza nəticəsində bu şansı əldən verdi və onun çəkisində Heybətulla Hacıəliyev bu vəsiqəni qazandı.
Rustəpəsi
Rustəpəsi yaşayış yeri Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeniabad kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri kənddən şimal-şərqdə yerləşir. Planda oval formalı, diametri 70 m, hündürlüyü 4 m olan təpədən ibarətdir. Arxeoloji qazıntı ilə bu təpədə qalınlığı 1,4 m-ə çatan eneolit dövrünə aid mədəni təbəqənin varlığı müəyyənləşdirilib. Dən daşları, dişəklənmiş obsidian lövhələr, üzəri cilalanmış kərkişəkilli daş alət, maral buynuzundan əşya, sümük bizlər, sapand daşları, saxsı qab qırıqları tapılmışdır. Saxsı qab fraqmentlərindən birində daraqvarı alətlə üzərinin işlənməsi müəyyənləşdirilib.
Rustaveli Teatrı
Rustaveli Milli Teatrı (gür: შოთა რუსთაველის სახელობის აკადემიური თეატრი) Gürcüstanın ən böyük və ən qədim teatrlarından biri olan Rustaveli prospektində Tbilisidə yerləşir. Rokoko üslubunda tikilmiş binada yerləşən teatr 1887-ci ildə təsis edilib və 1921-ci ildən Gürcüstanın milli şairi Rustavelinin adını daşıyır. == Tarixi və Memarlığı == Bina 1887-ci ildə "Rəssamlar Birliyi" kimi yaradılıb. Rəssamlar Cəmiyyətinin tələbi ilə bir neçə tanınmış rəssama zirzəminin divarları və tavanlarına fresklərin rənglənməsi üçün istifadəyə verilmişdir. Bu sənətçilər arasında görkəmli Gürcüstan rəssamları Lado Qudiaşvili və David Kakabadze, həmçinin Rus Balet və Metropoliten Opera Teatrındaki işləri ilə məşhur olmuş dizayner Serge Sudeikin də var idi. Digər iki mühüm gürcü rəssam Mose və Iracly Toidze də layihəyə qoşulmuşdu. Bir zamanlar Rustaveli Teatrı Sovet Hakimiyyəti dövründə aşağı səviyyəli insanlar tərəfindən ağardıldı və fresklərin yalnız bir hissəsi bərpa edildi. 1921-ci ildə binanın adı Rustaveli teatrına çevrildi. Teatrın tikintisi Aleksandr Mantaşev tərəfindən maliyyələşdirilib və dizaynı isə Tbilisi şəhər memarı Kornel K. Tatişçev və Aleksandr Szymkiewicz tərəfindən hazırlanıb. 2002-ci ildən 2005-ci ilədək teatr tamamilə yenilənmişdir.
Rustaveli prospekti
Rustaveli prospekti (gürc. რუსთაველის გამზირი) — keçmişdə Qolovin küçəsi kimi bilinən, daha sonralar isə orta əsr gürcü şairi olmuş Şota Rustavelinin xatirəsinə adlandırılan Tbilisinin mərkəzi prospektidir. Prospekt Azadlıq meydanından başlayır və təxminən 1.5 km Kostava küçəsinə kimi uzanır. Rustaveli tez-tez Tbilisinin bir çox hökumət, ictimai, mədəni və biznes binalarının yerləşdiyi hissəyə çıxış üçün əlverişli ara yol hesab edilir. Gürcüstanın keçmiş Parlament binası, Gürcüstan milli Opera Teatrı, Rustaveli teatrı, Gürcüstan milli Elmlər Akademiyası, Kaşveti kilsəsi, Gürcüstan dövlət muzeyi (Gürcüstan milli muzeyinin bir hissəsi) və Tbilisi Biltmor oteli məhz Rustavelidə yerləşir. 1989-cu ildə on minlərlə gürcü parlament binasından öncə məhz Rustavelidə toplandı. Sovet spetsnaz qüvvələri tərəfindən hücuma məruz qalmış etirazçıların bir hissəsi 9 Aprel faciəsində burada qətlə yetirilmişdir. 2007 və 2011-ci illərdə prospekt anti-hökumət etirazlarının mərkəzi olmuşdur. == Yaxınlaşma == Tiflis metropoliteni və avtobuslarla buraya gəlmək mümkündür. Bura Tbilisinin ikinci tarixi hissəsi sayılan - Aqmaşenebeli prospektindən sadəcə 1 metro stansiya aralıda yerləşir.
Şota Rustaveli
Şota Rustaveli (gürc. შოთა რუსთაველი; 1172[…] – 1216[…], Qüds, Əyyubilər sülaləsi) — XII əsr gürcü xalqının dahi şairi, Gürcüstan ədəbiyyatının böyük yazıçılarından birdir. Onun yazdığı "Pələng dərili cəngavər" (gürc. ვეფხისტყაოსანი — Vepkhistkaosani) dünya poeziyasının ən parlaq nümunələrindəndir. == Həyatı == Rustavelinin həyatı haqqında təxmini məlumatdan bəllidir ki, o, Mesxeti yaxınlığındakı Rustavidə anadan olub, XII əsrin ikinci yarısı, XIII əsrin əvvəllərində yaşamış, təhsilini Zərzəm monastrında, sonra da Kaxetiya ruhani akademiyası İkaltoda almışdır. Şotaya çariça Tamara özü hamilik etmişdir. O, bir qrup gürcü gəncləri ilə bərabər Ş.Rustavelini də Bizansa göndərmişdir. Bəzi təxmini mülahizələrə görə Ş.Rustaveli Bizansdan qayıdandan sonra Tamaranın rəğbətini daha da qazanmış və onun sarayında yaşamışdır. "Pələng dərisi geymiş pəhləvan" poemasının ithaf hissəsində Ş.Rustavelinin Tamaranı vəsf etməsi onun hakimiyyətinə açıq pərəstişindən irəli gəlir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Xəlilov Pənah İmran oğlu - SSRİ xalqları ədəbiyyatı.
Rustəpəsi yaşayış yeri
Rustəpəsi yaşayış yeri Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeniabad kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri kənddən şimal-şərqdə yerləşir. Planda oval formalı, diametri 70 m, hündürlüyü 4 m olan təpədən ibarətdir. Arxeoloji qazıntı ilə bu təpədə qalınlığı 1,4 m-ə çatan eneolit dövrünə aid mədəni təbəqənin varlığı müəyyənləşdirilib. Dən daşları, dişəklənmiş obsidian lövhələr, üzəri cilalanmış kərkişəkilli daş alət, maral buynuzundan əşya, sümük bizlər, sapand daşları, saxsı qab qırıqları tapılmışdır. Saxsı qab fraqmentlərindən birində daraqvarı alətlə üzərinin işlənməsi müəyyənləşdirilib.
Şota Rustaveli heykəli (Tbilisi)
Şota Rustaveli heykəli (gürc. შოთა რუსთაველი) – Gürcü ədəbiyyatının klassiki və ictimai-siyasi xadim Şota Rustavelinin şərəfinə, Tbilisi şəhərində onun adını daşıyan prospektin başlanğıcında ucaldılmış heykəlidir. Abidənin müəllifi heykəltaraş Konstantin Merabaşvilidir. == Tarixi == Heykəl 1942-ci ildə şairin adını daşıyan prospektdə ucaldılmışdır. Heykəlin postamenti mərmərdən, özü üsə bürüncdən hazırlanmışdır. == Təsviri == Şota Rustaveli ayaq üstə dayanmış vəziyyətdə və milli gürcü geyimində təsvir edilmişdir. Şair bir əlində bükülmüş kağız tutmuş, digər əlini isə sinəsinin üstünə qaldırmışdır. Postamentin aşağısında yerləşdirilmiş qabartma barelyefldə “Pələng dərisi geymiş pəhləvan” poemasından səhnə təsvir edilmişdir.
Şota Rustaveli adına Batumi Dövlət Universiteti
Şota Rustaveli adına Batum Dövlət Universiteti (gürc. ბათუმის შოთა რუსთაველის სახელობის სახელმწიფო უნივერსიტეტი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə yerləşən ali təhsil müəssisəsi. Universitetə orta əsr gürcü şairi Şota Rustavelinin adı verilmişdir. == Tarixi == Acarıstanda təhsil sisteminin qurulması və inkişafı Gürcüstan cəmiyyətinin uzun müddətdir məşğul olduğu məsələ idi. 1893-cü ildə bölgədə Kişi Gimnaziyası fəaliyyətə başlamışdır. 26–27 iyun 1893-cü il tarixində şəhər bələdiyyəsi tərəfindən Kişi Gimnaziyasına 2.623.95 kvadrat metr ərazi verildi. Layihə hərbi mühəndis Sedelnikov tərəfindən dizayn edilmişdir. Binanın birinci mərtəbəsində idman zalı, ikinci mərtəbəsində kilsə, akt zalı, səkkiz sinif otağı, sənət dərsi, fizika iş otağı, laboratoriya və kitabxana fəaliyyət göstərirdi. Kişi Gimnaziyasında dərslər 1897-ci ilin iyul ayında başlandı. Həmçinin 26 sentyabr 1900-cü il tarixində bölgədə Qız Gimnaziyasının da açılışı baş tutdu.