Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nilufər Rəhmani
Nilufər Rəhmani (fars. نیلوفر رحمانی‎; d. 1992) — 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu. == Həyatı == Uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib. 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan Hərbi Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub. Qadın olduğu üçün ona ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib. Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb.Nilufər Rəhmani 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Özü və ailəsi bir neçə dəfə "Taliban"dan ölüm təhdidləri alsa da hazırda Əfqanıstan Hərbi Hava Qüvvələrində çalışır. == Mükafatları == ABŞ Dövlət Departamenti tərəfindən "Beynəlxalq Qadın Cəsarət Mükafatı"na (ing. International Women of Courage Award) layiq görülüb.
Rəhman Rəhmanov
Rəhman Rəhmanov (tam adı: Rəhman Tofiq oğlu Rəhmanov; 29 aprel 1957, Bakı) — Azərbaycan aktyoru, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakultəsində təhsil alıb. Televiziyanın yumor verilişdərindən tamaşaçılara yaxşı tanış olan Rəhman Tofiq oğlu Rəhmanov 1974-cü ildən bu günə qədər öz həyatını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. Rəhman Rəhmanov koloritli, duzlu və məzəli aktyordur. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olub. Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında Təkgöz kişi, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında Səfər, Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında Oğru, Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında Qoca zənci, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Canavar, Nicat Kazımovun «Ələddin» tamaşasında Şah, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Şah, Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» mono tamaşanıda bütün rolları ifa edib. Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak etmiş və «Qızıl Dərviş» mükafatı laureatı olmuşdur. Aparıcı səhnə ustasıdır.
Asi Rəhbani
Asi Rəhbani (ərəb. عاصي الرحباني‎; 3 may 1923, Əntilyas, Böyük Livan – 21 iyun 1986, Beyrut) — Livan bəstəkarı. Mənsur və İlyas Rəhbaninin qardaşı idi. Feyruz onun həyat yoldaşı idi.
Mənsur Rəhbani
Mənsur Rəhbani (ərəb. منصور الرحباني‎; 1925[…], Əntilyas, Böyük Livan – 13 yanvar 2009, Beyrut) — Livan bəstəkarı. Asi və İlyas Rəhbaninin qardaşı idi.
Əmir Rrəhmani
Əmir Rrəhmani (24 fevral 1994, Priştina) — Kosovalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Kosovo milli futbol komandasının mərkəz müdafiəçisi və Kosovo milli futbol komandasının kapitanı. == Karyera == Əmir Rrahmani futbolçu karyerasına Kosovo Superliqasında çıxış edən "Drenica" klubunda başlayıb. Buradakı gözəl oyunundan sonra bir sıra Alban klubları onunla maraqlanıb, nəticədə Rrahmani 2013-cü ilin iyulunda Tirananın "Partizani" klubu ilə müqavilə imzalayıb. 2014–2015 mövsümundə "Albaniya Superliqası"nda mövsümun istedadlı oyunçusu seçilir.Albaniyada 2 mövsüm oynadıqdan sonra Rrahmani 2015-ci ilin yayında Xorvatiyanın "Split" klubuna keçdi.2016-cı ildə futbolçu Xorvatiyanın digər klubu "Dinamo Zaqreb" klubuna keçir. "Dinamo Zaqreb"in bu transfer üçun 1,6 milyon avro transfer haqqı ödədiyi bildirilir. "Dinamo Zaqreb"ə transfer olunduqdan səkkiz gün sonra Rrahmani bir mövsümlük icarə əsasında Xorvatiyanın Birinci Futbol Liqasının digər komandası "Lokomotiva" klubuna qoşuldu.26 iyun 2019-cu ildə Rrahmani, 2 milyon avroya, dörd illik müqavilə əsasında İtaliyanın "Hellas Verona" komandasına qoşuldu.20 yanvar 2020-ci ildə Rrahmani 14 milyon avroya "Napoli"yə transfer olunur.
Vahid Rəhbani
Vahid Rəhbani (fars. وحید رهبانی‎; 18 aprel 1979, Tehran) — iranlı aktyor, rejissor, dramaturq və tərcüməçidir. O, daha çox Gando (2019–2021) serialında oynadığı Məhəmməd rolu ilə tanınır . O, Məqsəd (2021) və My Name Is Love (2023) filmlərində göstərirdiyi performansa görə iki dəfə Kristal Simurq mükafatını qazanıb.
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Mucibur Rəhman
Şeyx Mucibur Rəhman (benq. শেখ মুজিবুর রহমান; d. 17.3.1920 — ö. 15.8.1975) — Banqladeş Respublikasının siyasi lideri və dövlətin qurucusu. Banqladeş Respublikası Müvəqqəti Hökumətin baş naziri olmuş və 1971-ci ildə Banqladeşin ilk prezidenti seçilmişdir. Xalq arasında Şeyx Mucib və ya sadəcə Mucib adlanan Mucibur Rəhman, Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür. O, həmçinin Banqladeş xaqlnını atası adlanır. Onun qızı Şeyx Hasina 2009-cu ildə ölkənin baş naziri seçilmişdi. == Həyatı == Mucibur Rəhman Britaniya Hindistanının Benqal əyaləti Gopalganc rayonu Tongipara kəndində anadan olmuşdur.
Rəhman Abdullayev
Rəhman Abdullayev (şəhid) — Birinci Qarabağ müharibəsi şəhidi. Rəhman Abdullayev (tarzən) — Azərbaycanlı tarzən.
Rəhman Atakişiyev
Rəhman Atakişiyev Müseyib oğlu (1948, Cəfərli, İmişli rayonu – 2008) — coğrafiya elmlər namizədi. == Həyatı == Atakişiyev R.M. oğlu 1948-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1963-cü ildə Cəfərli orta məktəbini, 1968-ci ildə BDU-nun geoloji coğrafiya fakultəsinin geologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1968–1970-ci illərdə Rusiya Federasiyasının Başqırdıstan respublikasında mühəndis geoloq işləmişdir. 1972–1973-cü illər ərzində AMEA Geologiya İnstitutunda işləmiş, 1973–75-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1975-ci ildən hal-hazıra qədər AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində işləyir. 2006-cı ildə "Orta Kür çökəkliyinin Üst Pliose – Pleystosendə paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, Dördüncü Dövrün paleocoğrafiyasını öyrənilməsi sahəsində fəaliyyət göstərir. Onun əsas elmi əsərləri Azərbaycanın, o, cümlədən Kür çökəkliyinin iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, təbii şəraitin bərpasına həsr edilmişdir. Atakişiyev R.M. "SSRİ-nin Üst Aliosen-Pleystosenin paleocoğrafiyası" atlasının müəlliflərindən biri olmuşdur.
Rəhman Baba
Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba (puşt. رحمان بابا; 1632, Pişəvər – 1706, Pişəvər) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı. == Həyatı == Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var.
Rəhman Bayramov
Rəhman Dilcan oğlu Bayramov (20 avqust 1993, Gəncə – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhman Bayramov 20 avqust 1993-cu ildə Gəncə şəhərində Dilcan Bayramovun ailəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Göygöl rayon 8 mart qəsəbə tam orta məktəbində təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Rəhman Bayramov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Rəhman Bayramov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəhman Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəhman Bayramov 9 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Rəhman Bəşirov
Rəhman Eyvaz oğlu Bəşirov (20 mart 2002; Salyan, Azərbaycan — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhman Bəşirov 2002-ci ilin mart ayında Salyan rayonunda doğulub. R.Bəşirov ailənin beş övladından biri olub. 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəhman Bəşirov Murov döyüşlərində savaşıb. 1 oktyabr 2020-ci ildə Tap Qaraqoyunlu istiqamətində gedən döyüşlərdə şəhid olub. Salyanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşirov Rəhman ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəhman Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəhman Bəşirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəhman Hacıyev
Rəhman Hacıyev (jurnalist)
Rəhman Hətəmov
Rəhman Süleyman oğlu Hətəmov — Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Əməkdar məşqçi", 5-ci dan qara kəmər sahibi == Həyatı == Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == Rəhman Hətəmov ilk təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, ikinci təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, magistr təhsilini isə Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetində alıb. == Karyerası == 10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır. İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır. 1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür. 1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır. 2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həmdə komanda tərkibində qızıl medal qazanıb. Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi. 2007-ci ildə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, 2008-ci ildə isə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi olmuşdur. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında milli komanda 4 qızıl (Firdovsi Fərzəliyev, Rəfael Ağayev, İrina Zaretska, Ayxan Mamayev) və 2 bürünc medal (İlahə Qasımova, Niyazi Əliyev) qazandı.2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında komandanın qalibiyyəti haqqında Rəhman Hətəmov qeyd etmişdir: “Çempionat nəticəsində əldə etdiyimiz nailiyyətlər - 2 qızıl və 1 bürünc medal göstərdi ki, Azərbaycan karatesi Avropada ən güclü karate məktəblərindəndir.
Rəhman Musayev
Musayev Rəhman Elxan oğlu (7 fevral 1997; Qırılı Ağstafa rayonu — 14 avqust 2017; Murovdağ Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, Şəhid == Həyatı == Musayev Rəhman Elxan oğlu 1997-ci il 7 fevral tarixində Ağstafa rayonu Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. 2002–2013-cü illərdə Qırılı kəndi Sirac Əliyev adına tam orta məktəbdə təhsil almışdır. 2015-ci ilin Yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən imzalanmış qərara əsasən hərbi xidmətə yollanmış 2016-cı ildə isə könüllü Azərbaycan Sülhməramlı Qüvvələri-nin tərkibinə qatılaraq Əfqanıstanda xidmətini davam etdirmişdir. 2017-ci ilin Fevral ayında yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına qayıdaraq "Müddətdən Artıq Hərbi Qulluqçu" kimi top komandiri vəzifəsində çalışmağa başlamışdır. Elə həmin il avqustun 14-də iş vaxtı Murovdağ istiqamətində baş vermiş qəzada şəhid olmuşdur.
Rəhman Mustafayev
Rəhman Mustafayev (polkovnik) — polkovnik Rəhman Mustafayev (diplomat) — Azərbaycan diplomatı.
Rəhman Məmmədov
Rəhman Məmmədov (nazir) — dövlət xadimi. Rəhman Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Rəhman Orxan
Rəhman Orxan — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı. == Həyatı == Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982-83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y.Məmmədəliyev adına Azər­baycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb. 1971-1979-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan «Metallurq» qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə «Vışka» qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər «Vışka» qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib. Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra məqalələrlə respublika qəzetlərində çıxış edib. 1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin «Zaman» qəzetində çap olunub. 1992-ci ilin iyul ayından 2001-ci ilədək missiyası erməni təbliğatına qarşı ideoloji mübarizə aparmaq olan, Azərbaycanın məşhur ictimai-siyasi xadimi, keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakovun və Kosmik uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimovun fəxri redkollegiya üzvləri olduğu, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Baltikyanı ölkələrdə, həmçinin İsrail və Bolqarıstanda, qismən isə ABŞ, Kanada və Monqolustanda da yayılan Beynəlxalq ictimai-siyasi «Bakinets» qəzetinin təsisçisi və baş redaktoru olub.
Rəhman Quliyev
Rəhman Quliyev — «Əməkdar mədəniyyət işçisi», Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. == Həyatı == Rəhman Ağarəhim oğlu Quliyev 26 iyul 1954-cü ildə Bakıda doğulub. 1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. == Fəaliyyəti == 1978-1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981-1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984-1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 16 may 2006-cı il tarixli sərəncamına əsasən, «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb. O, 2010-cu il aprelin 7-də axşam saatlarında elə iş yerində dünyasını dəyişib.
Rəhman Qurbanov
Qurbanov Rəhman Əlisgəndər oğlu (1946, Bakı) — neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə sabiq vitse-prezident (2010-2016), "Azərbaycan Respublikası əməkdar mühəndisi", "Şöhrət" ordeni laureatı, Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Qurbanov Rəhman Əlisgəndər oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili və karyerası == 1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) “Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. 1968-1986 illərdə “Xəzərdənizneft” Birliyinin Serebrovski adına (indiki “Qum adası”) neft və qazçıxarma idarəsində müxtəlif vəzifələrdə (usta, şöbə rəisi, sex rəisi, baş mühəndis) işləmişdir. 1986-1994-cü illərdə “Xəzərdənizneftqazsənaye” İB-nin “Qum adası” neft və qazçıxarma idarəsinin rəisi, 1994-2003-cu illər ərzində ARDNŞ-nin “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin baş direktoru, 2006-2010-cu illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini, Neft və qaz İdarəsinin rəisi, 2010-2016-cı illərdə isə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Texnika elmləri namizədidir. 6 monoqrafiya, onlarla elmi məqalə, patent və ixtiranın müəllifidir. 1986-cı ildə “Xalqlar dostluğu” ordeni ilə təltif edilmiş, 1988-ci ildə “Azərbaycan neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülmüşdür. Müstəqillik illərində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Respublikası əməkdar mühəndisi” adına layiq görülmüş və "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Rəhman Rasimoğlu
Ələsgərov Rəhman Rasim oğlu (Rəhman Rasimoğlu) — azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. == Həyatı == Rəhman Rasimoğlu 4 may 1971-ci ildə Şamaxı rayonunun Məlhəm kəndində anadan olub. Tanınmış qara zurna, balaban ifacısı, əməkdar mədəniyyət işcisi Rasim Ələsgərovun oğludur. Azərbaycanın xalq musiqi alətlərində — qara zurnada, balabanda, tütəkdə, sazda, qoşanağarada, nağarada, çubuq nağarasında və davulda musiqi ifa edir. 1981-ci ildən atası və müəllimi Rasim Ələsgərovun yaratdığı "Şirvan" folklor ansamblının (1977) üzvü kimi dövlət tədbirlərində, konsertlərdə, eləcə də xarici ölkələrdə - Rusiyada, İranda, Türkiyədə, Rumıniyada, İsveçrədə, Fransada və s. Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edir. "Şirvan" folklor ansamblıyla yanaşı, 2003-2008-ci illərdə əməkdar artist, nağara ifaçısı Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunda solo qara zurna-balaban ifacısı olub. "Natiq" ritm qrupuyla Tayvanda, Rusiyada qastrollarla yanaşı, Azərbaycanda bir cox dövlət tədbirlərində çıxışlar edib. Bundan başqa Olimpiya komplekslərinin və 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsinin açılışında çıxış edib. 2014-cü ildə Rasim Ələsgərovun 25 nəfər yetirmələrindən ibarət "Rasimlər" folklor qrupunu yaradıb.
Rəhman Surəsi
55-ci surə
Rəhman Səfərəliyev
Rəhman Səfərəliyev — Azərbaycan həkimi, tibb elmləri doktoru, professor. == Həyatı == Rəhman Salah oğlu Səfərəliyev 3 iyun 1935-ci ildə Laçın rayonunun Minkənd kəndində mühəndis ailəsində anadan olub. Kiçik yaşlarındaikən Minkənd orta məktəbində təhsil almışdır. Sonradan Bakı şəhəri Balaxanı kənd orta məktəbində təhsilini davam etdirmiş, 1951-ci ildə həmin məktəbi "qızıl medalla" bitirmiş və 1951-ci ildə Azərbayacan Tibb İnstitunun Müalicə profilaktikası fakultəsinə daxil olmuşdur. 1958-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən R.Səfərəliyev 1960-cı ildə aspiranturaya qəbul olur və Moskva şəhərinə göndərilmişdi. 1962-ci ildə aspiranturanı bitirmiş, 1963-cü ildə müdafiə edərək tibb elmləri alimlik dərəcəsi almışdır. 1992-cı ildə Bakı şəhərində doktorluq işini müvəffəüiyyətlə müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1963-cü ildən başlayaraq əvvəlcə parazitologiya institutunda -klinik şöbədə həkim, -baş elmi işçi, sonralar Epidemologiya, gigiyena və peşə xəstəlikləri Elmi Tətqiqat institutunda 1996-cı ilədək mədə-bağırsaq Protozooları laborotoriyasının şöbə müdiri və sonralar professoru vəzifəsində çalışmışdır. Rəhman Səfərəliyev tibb elmləri doktoru, professordur. 125-ə qədər elmi işin müəllifidir.
Rəhman Xəlilov
Rəhman Xəlilov (13 sentyabr 1977, Bakı) – Rusiya və Azərbaycanlı iş adamı və xeyriyyəçisidir. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olmuşdur. Azərbaycanın Qış İdman Növləri Federasiyasının prezidentidir (2013-2015). == Bioqrafiya == 1977-ci il sentyabr ayının 13-də Bakı şəhərində anadan olmuş və Moskva şəhərində böyümüşdür. 1998-ci ildə Cenevrədə (İsveçrə) Avropa Universitetini bitirmişdir. 2001-ci ildə isə Cenevrə Beynəlxalq Universitetinin “Beynəlxalq Biznes” fakültəsini bitirərək diplom almışdır. == Karyera == 1997-2007-ci illərdə “Lukoil PSC”-nin strukturuna daxil olan Lukoil-Türkiyə və Litasko S.A (İsveçrə) şirkətlərində müxtəlif vəzifələrdə, həmçinin RIROIL (İsveçrə) neft ticarət şirkətinin rəhbəri vəzifəsində çalışmışdır. 2008-ci ildə neft və neft məhsullarının daşınması üzrə iri biznes olan REILGO (əvvəllər ISR Trans brendi altında) şirkətini təsis etmişdir. Şirkət dəmir yolu və su nəqliyyatı ilə xam neftin, mayeləşdirilmiş karbohidrogen qazlarının, neft məhsullarının və neft-kimya məhsullarının daşınması üzrə nəqliyyat-ekspeditor xidmətləri sahəsində ixtisaslaşıb. Xəlilovun rəhbərliyi ilə şirkət yükdaşımalar bazarında liderlər sırasına daxil olaraq, Rusiyada ən böyük vaqon-sistern sahiblərindən birinə çevrilmişdir (3-cü yer).
Rəhmanlı (Əcəbşir)
Rəhmanlı (fars. رحمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 363 nəfər yaşayır (84 ailə).
Dehqani
Dehqani — XIII əsr Anadolu şairi. == Həyatı == == Yaradıcılığı == *** Əcəb bu dərdimin dərmanı yoxmu? Ya bu səbir etməyin oranı yoxmu? Yanaram mumlayın başdan ayağa Nədir bu yanmağın payanı yoxmu? Gülər düşmən mənim ağlamağıma Əcəb, şol kafirin imanı yoxmu? Dəlibdir ciyərimi qəmzən oxu Ara, ürəkdə gər peykanı yoxmu? Su kimi qanımı torpağa qardın Nə sanırsan qəribin qanı yoxmu? Cəmali-hüsnünə məğrur olursan Kəmali-hüsnünün nöqsanı yoxmu? Bəyim, Dehqaniyə ölməzdən öncə Tapuna irməyin imkanı yoxmu?
Kehlani
Kehlani Eşli Perriş (ing. Kehlani Ashley Parrish; 24 aprel 1995, Oklend, Kaliforniya) — amerikalı müğənni, bəstəkar və rəqqasə.
Mehmana
Mehmana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar (rus. "qreki") olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi. == Tarixi == Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Mehmanə
Mehmana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar (rus. "qreki") olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi. == Tarixi == Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Rehmannia
Remanniya (lat. Rehmannia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.