Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Keçid (2005)
== Məzmun == Filmdə Azərbaycanın ucqar bölgələrinin adət-ənənələrindən, dünya və bəşəriyyətin yaranmasından söhbət açılır. == Film haqqında == Film sözsüzdür. Yusif Quliyev: Mən öz yuxularımı göstərirəm. "Keçid" filminin bir çox hissələrini yuxuda görmüşdüm. Necə görmüşdümsə, olduğu kimi də çəkmişəm. == Festivallar və mükafatlar == 1)2006-cı ildə Kino Günündə "Qızıl Çıraq" nominasiyası Film "Ən yaxşı qısametrajlı film", "Ən yaxşı operator işi"nə görə Mükafatlara layiq görüldü.2)2006-cı ildə Buxarestdə(Rumıniya) UNESCO-nun keçirdiyi "Eko-Etno" beynəlxalq film festivalı Film Baş mükafata layiq görülmüşdür.3)2007-ci ildə Amsterdamda(Niderland) keçirilən "Şadof film" festivalı Film Azərbaycanı təmsil etmişdir.4)2007-ci ildə Qırğızıstanda "Dağ İncisi" beynəlxalq film festivalı Film festivalın baş mükafatını-"Qran-pri"sini almışdır.5)2007-ci ildə Qazaxıstanda keçirilən "Şakin Ulduzları" beynəlxalq film festivalı Film "Ən yaxşı qısametrajlı film" mükafatına layiq görülmüşdür.6)2007-ci ildə Kislovodskda(Rusiya) "Zolotoy vityaz" ("Qızıl Pəhləvan") festivalı Film "Xalqların mədəniyyətinin ən yaxşı bədii həlli" nominasiyası üzrə Xüsusi Mükafat almışdır.7)2008-ci ildə "Novoye kino. XXI vek" ("Yeni kino. XXI əsr") V Beynəlxalq festivalı Film Azərbaycanı təmsil etmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yusif Quliyev Ssenari müəllifi: Yavər Rzayev == İstinadlar == == Mənbə == İntiqam. “"Keçid" filmi” //Mədəniyyət.-2009.- 11 mart .- səh.
Keçid dövrü
=== Keçid dövrünün mahiyyəti və zəruriliyi === İnsan cəmiyyəti meydana gəldiyi vaxtdan etibarən tədriclə inkişaf edir. Inkişafın bir mərhələsindən, digərinə keçir, cəmiyyətin bir forması başqasını, daha mütərəqqi formasını əvəz edir. Bu zaman cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə mövcud sosial-iqtisadi münasibətlər sistemi də dəyişir və yeniləri ilə əvəz olunur. Bu dəyişikliklər prosesi həm tədriclə, təkamül yolu ilə, həm də sıçrayışla, inqilabi yolla baş verir. Iqtisadi münasibətlər sisteminin əsasında xüsusi mülkiyyətin durduğu cəmiyyətlərin birinin digərini əvəz etməsi təkamül yolu ilə baş verir. Buna misal olaraq, feodalizmdən kapitalizmə keçilməsi prosesini gostərmək olar. Hər iki cəmiyyət xüsusi mülkiyyətə əsaslanır və bu da imkan verdi ki, kapitalist təsərrüfat formaları, kapitalist münasibətləri feodalizmin içərilərində yaransın və feodal təsərrüfat formaları ilə eyni vaxtda mövcud olsun. Hər iki təsərrüfat formasının eyni vaxta mövcud olduğu bir şəraitdə iqtisadiyyat, qarışıq iqtisadiyyat kimi fəaliyyət göstərsə də getdikcə feodal münasibətləri sistemi zəifləyir, kapitalist münasibətləri sistemi genişlənərək hakim uklad forması alır. Belə bir şəraitdə iqtisadiyyat keçid vəziyyətində olur və tədriclə kapitalist təsərrüfat formasına keçid baş verir və yeni iqtisadi sistem bərqərar olur. ==== Keçid iqtisadiyyatı ==== Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər “Keçid iqtisadiyyatı” adlandırırlar.
Keçid komandası
Keçid komandası — Komandaların icra ardıcıllığını pozan prossesor komandası. Komanda yarı-proqramlarla əlaqəyə girmək üçün şərti bəyanatları, dövrələri təşkil edir. == Həmçinin bax == IF deyimi (şərt deyimi) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Keçid metallar
Keçid metalları Bu elementləri kimyada keçid adlandırmalarını bir çox səbəbi var. Ən əsas səbəbi isə bu elementlərin d- yarımsəviyyəsində boş orbitallar (elektronların hərəkət etdiyi trayektoriya) var. Onlar reaksiyalarda bu boş orbitalların hesabına elektron qəbul edə və öz elektronlarını itirə bilir. Yəni metallar kimi reaksiyalarda ya elektron itirir, ya da qeyri-metallar kimi elektron qəbul edir. Bu xassələrinə görə onlara ikili təbiətli elementlər və ya amfoterlər (ikili xassəli) deyilir. == Keçid metalları == Keçid metalları 40 ədəddir; 21-30, 39-48, 71-80 və 103-112-ci elementlər. == Xassələri == Keçid metalları yüksək sıxlığa, qaynama və ərimə temperaturuna malikdir. Bu xassələr d- orbitallara görə olub.
Keçid qutusu
== Keçid qutusu == Keçid qutusu-iki qurğunun arasına (kompüterlə modem və ya kompüterlərlə printer arasına) siqnalları yoxlamaq və lazım gələrsə, kabelin ayrı-ayrı naqilləri ilə verilən siqnalları dəyişdirmək məqsədilə qoşulan kiçik cihazdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Keçid Şahmatı
Keçid şahmatı ( həmçinin dəli, əcaib, 4 nəfərlik, mübadilə, dəyişmiş və çapraz şahmatı adlanan)- 4 nəfərlə 2 komanda şəklində 2 şahmat lövhəsində oynanan şahmat növüdür. Standart şahmat qaydaları tətbiq edilir lakin, oyunçu komanda yoldaşının qazandığı fiqurları götürərək öz lövhəsində istifadə etmək imkanına malikdir. == Qaydalar == Keçid şahmatı iki oyunda dörd oyunçu tərəfindən oynanan bir şahmat növüdür. Hər bir komanda üzvü digər komandanın bir rəqibinə üzləşir. Partnyorlar bir-birinin yanında otururlar və bir oyunçu qara, ikincisi isə ağdır. Hər bir oyunçu rəqibini standart şahmat oyununda olduğu kimi, aşağıda göstərilən qaydalar istisna olmaqla oynayır. Ehtiyat Fiqurlar Oyunçu fiquru qazandıqdan sonra komanda yoldaşına verir. Partnyoru bu fiquru öz istəyindən asılı olaraq ehtiyatda saxlaya və ya lövhəyə qoya bilər. Qazanılan fiqurlar lövhənin istənilə boş nöqtəsinə qoyula bilər lakin, piayadaların lövhənin 1-ci və sonuncu sırasına qoyulması istisnadır. Sonuncu sıraya çıxmış piyada standart şahmatda olduğu kimi vəzirə çıxmış sayılmır və ehtiyat piyada kimi istifadə olunur.
Zəif keçid
Zəif keçid — proqramlaşdırmada zəif istinad zibil toplanması və ya istinadların hesablanması ilə sistemlərdə dinamik şəkildə yaradılmış obyektlərə xüsusi istinad növüdür. Güclü istinadlardan onunla fərqlənir ki, zibil toplayıcı silinəcək obyektləri müəyyən edərkən istinadla obyektin əlaqəsini nəzərə almır. Beləliklə, zəif istinad güclü istinad kimi obyektlə işləməyə imkan verir, lakin lazım gələrsə, ona zəif istinad olsa belə, obyekt silinəcəkdir. Adi istinadlar bəzən zibil yığımı kontekstində "güclü" istinadlar adlandırılır. == Konsepsiyanın məzmunu == Zəif istinad anlayışı zibil yığılmasını dəstəkləyən sistemlərdə və proqramlaşdırma dillərində mövcuddur — istifadəsi dayandırılmış və artıq bərpa edilməyəcək obyektlərin yaddaşdan avtomatik çıxarılması. Zibilin toplanmasına məruz qalan obyektləri müəyyən etmək üçün əlçatanlıq alqoritminin bu və ya digər versiyası istifadə olunur — proqramda ən azı bir istinad olduqda obyekt əlçatan sayılır. Proqramda obyektə bir dənə də olsun istinad qalmadıqda, yəni obyektin istifadəsi dayandırıldıqda, belə obyekt növbəti uyğun anda silinə bilər. Yaddaşın boşaldılması üçün təsvir edilən mexanizm bəzi hallarda "unudulmuş" istinadlara görə yaddaş sızması yarada bilər, yaradılmış obyektlərə istinadlar bir neçə yerdə saxlandıqda və obyekt artıq istifadə edilmədikdə proqramçı onların hamısını silmir. Problemlərin qarşısını almaq üçün proqramçı bağlantıların istifadəsində kifayət qədər sərt nizam-intizama riayət etmək məcburiyyətində qalır ki, bu da həmişə əlverişli deyil. Belə problemlərin qarşısını almaq üçün proqramlaşdırma dili və ya mühiti zəif istinadlar adlandırılanları dəstəkləyə bilər.
Mağara rəsmi
Mağara rəsmi (həmçinin qayaüstü rəsm adlandırırlar) — paleolit ​​dövrünə aid insanlar tərəfindən hazırlanmış mağaralarda olan görüntülər, ibtidai sənət növlərindən biridir. Bu obyektlərin əksəriyyəti Avropada aşkar edilmişdi, çünki qədim insanların soyuq havadan qaçaraq mağaralarda və qrottolarda yaşamağa məcbur olduqları idi. Ancaq Asiyada belə mağaralar mövcuddur, məsələn, Malayziyanın Kalimantan adasında Neah Mağaraları. == Araşdırma tarixi == Uzun illərdir müasir sivilizasiyanın qədim rəsm əsərləri haqqında heç bir fikri yoxdur. Yalnız 1879-cu ildə ispan həvəskar arxeoloq Marselino Sans de Sautuola 9 yaşındakı qızının yanına təsadüfən Altamira mağarasına qışqırdı, arxaları isə qədim insanların bir çox təsvirləri ilə bəzədilib. Görülən bir görünüş tədqiqatçını şok etdi və onu yaxından öyrənməyə təşviq etdi. Bir il sonra, Sautuolanın dostu Madrid Universitetinindən Xuan Vilanov-i-Pyer ilə birgə, paleolit dövrünün rəsmlərinin icrası ilə əlaqədar araşdırmalarının nəticələrini nəşr etdi. Bir çox alim bu mesajı son dərəcə mürəkkəb hiss etməmiş, Sautuol tapıntıları saxtalaşdırmaqda ittiham edilmişdi, lakin sonradan oxşar mağara dünyanın bir çox yerlərində açılmışdır. XIX əsrdə kəşf etdikdən sonra dünyanın alimlərinin mağara rəsmləri böyük maraqla qarşılanmışdır. İlk tapıntılar İspaniyada edildi, lakin sonradan dünyanın müxtəlif bölgələrində, Avropa və Afrika ölkələrindən Malayziya və Avstraliyaya, eləcə də Şimali və Cənubi Amerikada qaya rəsmləri aşkar edilmişdir.
Rəsmi Cəbrayılov
Rəsmi Cəbrayılov (8 dekabr 1932, Qasımkənd, Dağıstan MSSR – 22 yanvar 2022, Moskva) — Aktyor. == Həyatı == Milliyətcə ləzgi olan Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub. Rusiyanın Mayakovski adına Moskva Akademik Teatrında çalışır. Azərbaycan kinosunda "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm… bağışla" filmlərində maraqlı obrazlar yaradıb.Aktyor 22 yanvar 2022-ci ildə 89 yaşında vəfat etmişdir. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) De ki, məni sevirsən! (film, 1977) İşgüzar səfər (film, 1982) Nizami (film, 1982) Bəyin oğurlanması (film, 1985) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: Burantikov Ölsəm...
Rəsmi dil
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. == Dövlət dili == Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər. == Dövlət dili ilə rəsmi dil arasında fərq == UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi: Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir. Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. == Azərbaycan Respublikasının Dövlət dili == Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Rəsmi din
Dövlət dini həmçinin rəsmi din — rəsmi statusu müvafiq dövlət tərəfindən təsdiq edilmiş din. Dövlət dini olmayan dövlətləri dünyəvi və ya sekulyar dövlətlər adlandırırlar. == Dövlət dininin atributları == == Müasir dövrdə vəziyyət == Harvard Universitetinin 2000-ci ilə olan məlumatlarına görə 188 dövlətdən 75-i bu və ya digər dini özlərinin rəsmi dini elan etmiş, 113 ölkənin isə rəsmi dini olmamışdır. == Rəsmi dini olan dövlətlər == === Xristianlıq === ==== Katoliklik ==== Argentina Vatikan (teokratiya) Dominikan Respublikası Kosta-Rika Lixtenşteyn Malta Monako Salvador San-Marino İsveçrə (bəzi kantonları) ==== Protestantlıq ==== ===== Kalvinizm ===== Şotlandiya. İngilis monarxı bu kilsənin başçısı yox, yalnız üzvüdür. İsveçrə (bəzi kantonları) ===== Lüteranlıq ===== Danimarka İslandiya NorveçFinlandiyada kilsə və dövlət arasında münasibətlər xüsusi razılaşmalar ilə tənzimlənir. Kilsənin fəaliyyətinə dair xüsusi qanunvericilik mövcuddur. Kilsə xüsusi kilsə vergisi yığmaq hüququna malikdir (dövlət strukturlarının köməkliyi ilə könüllülük prinsipi əsasında toplanır). Amma hüquqi baxımdan Finlandiya Kilsəsi dövlət kilsəsi deyil. İsveçdə İsveç Kilsəsinin rəhbərinin kral olmasına baxmayaraq 2000-ci ildən kilsə dövlətdən ayrı fəaliyyət göstərir.
Keçid (film, 2005)
== Məzmun == Filmdə Azərbaycanın ucqar bölgələrinin adət-ənənələrindən, dünya və bəşəriyyətin yaranmasından söhbət açılır. == Film haqqında == Film sözsüzdür. Yusif Quliyev: Mən öz yuxularımı göstərirəm. "Keçid" filminin bir çox hissələrini yuxuda görmüşdüm. Necə görmüşdümsə, olduğu kimi də çəkmişəm. == Festivallar və mükafatlar == 1)2006-cı ildə Kino Günündə "Qızıl Çıraq" nominasiyası Film "Ən yaxşı qısametrajlı film", "Ən yaxşı operator işi"nə görə Mükafatlara layiq görüldü.2)2006-cı ildə Buxarestdə(Rumıniya) UNESCO-nun keçirdiyi "Eko-Etno" beynəlxalq film festivalı Film Baş mükafata layiq görülmüşdür.3)2007-ci ildə Amsterdamda(Niderland) keçirilən "Şadof film" festivalı Film Azərbaycanı təmsil etmişdir.4)2007-ci ildə Qırğızıstanda "Dağ İncisi" beynəlxalq film festivalı Film festivalın baş mükafatını-"Qran-pri"sini almışdır.5)2007-ci ildə Qazaxıstanda keçirilən "Şakin Ulduzları" beynəlxalq film festivalı Film "Ən yaxşı qısametrajlı film" mükafatına layiq görülmüşdür.6)2007-ci ildə Kislovodskda(Rusiya) "Zolotoy vityaz" ("Qızıl Pəhləvan") festivalı Film "Xalqların mədəniyyətinin ən yaxşı bədii həlli" nominasiyası üzrə Xüsusi Mükafat almışdır.7)2008-ci ildə "Novoye kino. XXI vek" ("Yeni kino. XXI əsr") V Beynəlxalq festivalı Film Azərbaycanı təmsil etmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yusif Quliyev Ssenari müəllifi: Yavər Rzayev == İstinadlar == == Mənbə == İntiqam. “"Keçid" filmi” //Mədəniyyət.-2009.- 11 mart .- səh.
Keçid piyadası (şahmat)
Keçid piyadası — Şahmat termini Qarşısında rəqibin maneə törədən piyadası olmayan piyada. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2.Af3 Af6 3.d4 ed 4.e5 Кe4 5.V:d4 d5 (diaqrama bax) 6.ed.
Kiril qrafikasına keçid
Kiril qrafikasına keçid (rus. Кириллизация) — 1930—1940-cı illərdə SSRİ, Monqolustan və Tuva xalq Respublikasında yaşayan xalqların əlifbalarının latın qrafikasında yenidən kiril qrafikalı əlifbaya keçid prosesi.
Qeyri-rəsmi iqtisadiyyat
Qeyri-rəsmi iqtisadiyyat — iqtisadiyyatın sektoru, insan fəaliyyətinin üstünlük əldə etməyə yönəlmiş, əsas tənzimlənməsi üstünlük təşkil edən qeyri-rəsmi normaların köməyi ilə baş verən sahəsi, müxtəlif səbəblərə görə (qeyri-pul dövriyyəsi, yüksək vergilər, qanunvericilik qadağaları və s.) rəsmi statistika ilə nəzərə alınan və ÜDM-ə daxil edilməyənTermin özü “mənfi” tərifin nümunəsidir, yəni əksinə olan tərifdir, iqtisadçılar arasında qeyri-formal iqtisadiyyat kimi nəyin sayılacağına dair konsensus yoxdur. İqtisadi motivli hər hansı bir fəaliyyətin qeyri-formal iqtisadiyyatın elementi sayıla bilməyəcəyi, ilk növbədə, qanunlarla müəyyən edilir.Eyni zamanda, sosial normalar və əxlaq həlledici deyil: məsələn, oğurluq və quldurluq qeyri-formal iqtisadiyyatın elementləridir, lakin müsadirə deyil. Qeyri-formal iqtisadiyyat geniş mənada müşahidə olunmayanlarla eynidir , ona qeyri-müntəzəm , "qara" və kölgə iqtisadiyyatları, eləcə də bir çox başqaları daxildir. Qeyri-formal iqtisadiyyat bütövlükdə bütün iqtisadiyyata xas olan münasibətlər məcmusu kimi və ya iqtisadi və sosioloji yanaşma çərçivəsində iqtisadi subyektlərin xüsusi strategiyası (məntiqi) kimi müəyyən edilə bilər . görülən hərəkətlərin qanunauyğunluğundan asılı olmayaraq insanların tələbatının ödənilməsinə yönəldilmiş pul vəsaiti, digər tərəfdən isə təsərrüfat subyektlərinin qanunlar çərçivəsində mövcud olandan daha məqbul şəraitdə öz məqsədlərini həyata keçirə bilməsi. Belə geniş mənaya əlavə olaraq, “qeyri-rəsmi iqtisadiyyat” “qara” iqtisadiyyat kimi müəyyən edilir: gəlirlər və onları əldə etmək üsulları dövlət qurumlarının idarə edilməsi çərçivəsindən kənarda qaldıqda, eyni zamanda, fayda əldə etmək məqsədi ilə fəaliyyət. fəaliyyətləri onlar tərəfindən tənzimlənir. “Qara” iqtisadiyyat gizli fəaliyyətdir, onu göstərmək olar, lakin onu həyata keçirənlər üçün tənzimləyici orqanların lazımsız diqqətindən yayınmaq daha sərfəli görünür. Bu daha dar tərif kölgə iqtisadiyyatının gizlətmək qanuni fəaliyyətini (onun cinayət növləri istisna olmaqla, qara bazara baxın) əhatə edir və cəhd etməsələr belə, hesablanması çətin olan sosial iqtisadiyyatı (o cümlədən məişət, ictimai və mənəvi) əhatə etmir. Rusiya Federasiyasının Federal Dövlət Statistika Xidmətinin tənzimləyici sənədlərində qeyri-formal iqtisadi fəaliyyət daha dar mənada, əslində məişət və ya kommunal iqtisadiyyat kimi müəyyən edilir: əsasən qanuni əsaslarla həyata keçirilən fəaliyyət kimi.
Rəsmi dövlət maşını
Rəsmi dövlət avtomobili — hökumət tərəfindən dövlət başçısının və ya hökumət başçısının daşınması və zaman zaman digər dövlət məmurların və digər ölkələrdəki vəzifə sahiblərinə baş çəkmək üçün qanuni səlahiyyətlər ilə istifadə edilən nəqliyyat vasitəsi. Rəsmi ziyarət zamanı avtomobil dövlət başçısı tərəfindən rəsmi istifadə üçün olduğu yerə aparıla bilər. Dövlət avtomobilləri həm də prezidentin və onun ölkəsinin simvolu rolunu oynaya bilər. Rəsmi dövlət avtomobillərinin bəzi meyarlarından biri də kifayət qədər təhlükəsiz, qabiliyyətli və vəzifələrinə görə cəlbedici olmalarıdır. Limuzin, yüksək səviyyəli avtomobillər və SUV kateqoriyalı avtomobillər ən çox seçilən sinifdir. Vəzifəli şəxslərin yüksək təhlükəsizlik riskinə görə bu nəqliyyat vasitələri tez-tez yüksək dərəcədə təhlükəsiz və müdafiəli olurlar. Nəqliyyat vasitələri istehsalçı və ya səlahiyyətli şirkətlər tərəfindən zirehləndirilə bilər. Vəzifəli şəxs daşınarkən nəqliyyat vasitəsi polis və ya hərbçilərdən ibarət konvoy ilə müşayiət altında ola bilər. Avtomobilin sürücüsü də polis və ya hərbi təşkilatdan ola bilər. Yerli avtomobil istehsalçılarına sahib olan ölkələrdə hökumət yerli istehsalçılardan birinə rəsmi avtomobil sifariş edir və ya bir neçə şirkətə rəsmi bir nəqliyyat vasitəsi parkı təmin etməyə icazə verir.
Dilucu sərhəd keçid məntəqəsi
Dilucu sərhəd keçid məntəqəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən və Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsi. Keçid məntəqəsinin digər tərəfi Türkiyə Respublikasının İğdır vilayətinin Aralıq ilçəsidir. Dilucu sərhəd keçid məntəqəsi İğdır vilayətində mövcud olan 3 keçid məntəqəsindən biri olsa da, hal-hazırda fəaliyyət göstərən yeganə məntəqədir, həmçinin bu məntəqə Türkiyə ilə Azərbaycan arasındakı yeganə sərhəd keçid nöqtəsidir.Məntəqə 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Bu məntəqənin də yardımı ilə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. == Haqqında == === Yaradılması === Keçid məntəqəsi 28 may 1992-ci ildə Araz çayı üzərində "Ümid", "Həsrət" və ya "Könül" körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verildikdən sonra fəaliyyətə başlamışdır. Məntəqə Aralıq ilçə mərkəzinə 38 km, İğdır il mərkəzinə 85 km uzaqlıqda yerləşir və 36.857 m2'lik bir sahəyə sahibdir. === Fəaliyyəti === 2015-ci ildə məntəqə əsaslı təmir edilmişdir. təmirdən sonra məntəqədə piyadalar üçün 6 giriş və 3 çıxış yolu mövcuddur. Maşınlarla giriş-çıxış üçün isə ümumi olaraq 1 giriş-çıxış yolu vardır.
Liviya Milli Keçid Şurası
Liviya Milli Keçid Şurası (ərəb dilindən dəqiq tərcümə — Milli Keçid Şurası; ərəb. المجلس الوطني الانتقالي‎ — al-majlis al-waṭanī al-intiqālī); - Liviyada Müəmmər Qəzzafi rejiminin əleyhdarları tərəfindən 27 fevral 2011-ci ildə, vətəndaş muharibəsinin qızğın çağında yaradılıb.
Yeraltı keçid (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
BMT-nin rəsmi dilləri
BMT-nin rəsmi dilləri — Birləşmiş Millətlər Təşkilatının iclaslarında istifadə edilən və bütün rəsmi BMT sənədlərinin tərtib olunduğu altı rəsmi dil. Əlifba sırası ilə bunlara daxildir: Çin dili (Sadələşdirilmiş Çincə Mandarin Çin dili) Ərəb dili (ərəb ədəbi dili) Fransız dili İngilis dili (İngilis dilinin Britaniya variantı Oksford orfoqrafiyası ilə) İspan dili Rus dili == Haqqında == Yuxarıda qeyd edilən dillərdən müxtəlif BMT qurumlarının, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin (Prosedur qaydaların 51-ci maddəsinə müvafiq olaraq), İqtisadi və Sosial Şuranın və Təhlükəsizlik Şurasının (Prosedur qaydaların 41-ci maddəsinə müvafiq olaraq) iclaslarında istifadə olunur. Hər dövlətin nümayəndəsi bu altı dildən hər hansı birində çıxış edə bilər; digər dildə çıxış etdiyi halda, onun çıxışı qeyd edilən altı dildən birinə tərcümə olunur. BMT özünün tərcümə xidmətləri vasitəsilə bir rəsmi dildən digər beş rəsmi dilə sinxron tərcüməni təmin edir. Rəsmi dillərdən, həmçinin rəsmi sənədlərin yayımlanması zamanı da istifadə olunur. Altı dildə olan mətnlərin hər biri, adətən, eyni hüquqi qüvvəyə malik olmaqla autentik hesab edilirlər. Birləşmiş Millətlər Təşkilatının Katibliyində işçi dillər aşağıdakılardır: ingilis və fransız dili.BMT beş rəsmi dilə kifayət qədər yer vermədiyinə, ingilis dilindən daha çox istifadə etdiyinə görə zaman-zaman tənqidlərə məruz qalırdı. İspandilli üzv dövlətlər 2001-ci ildə bu məsələni rəsmi olaraq Baş katibin diqqətinə çatdırdılar. Məsələ ilə bağlı Baş katib Kofi Annan altı rəsmi dilin tam bərabərliyini mövcud büdcə ilə təmin edə bilməyəcəklərini söyləsə də, dillər arasındakı balansı qorumağın əhəmiyyətli olduğunu da vurğulamışdı. Baş Məclisin 2008 və 2009-cu illərdə qəbul etdiyi qərarlar Katibliyi, xüsusən də ictimai məlumatların yayımlanması zamanı altı rəsmi dilin bərabərliyinə hörmət etməyə çağırırdı.Baş Məclis BMT-də insan resurslarının idarə edilməsinə dair 8 iyun 2007-ci il tarixli qərarlarında "Birləşmiş Millətlər Təşkilatının altı rəsmi dilinin bərabərliyinin vacibliyini" vurğulamış və Baş katibdən tələb etmişdi ki, "müvafiq vəzifə üçün xüsusi işçi dil tələb edilmədiyi təqdirdə vakansiya elanlarında Katibliyin işçi dillərindən hər hansı birinə ehtiyacın müəyyənləşdirilməsini təmin etsin".
Elxan Məmmədov (rəsmi şəxs)
Elxan Məmmədov (18 iyun 1979, Bakı) — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi (2007–2022), UEFA Avropa Liqası Finalı-nın 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici, 2020-ci ildə UEFA Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi üzrə Yerli Təşkilat Komitəsinin sədr müavini, FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsi Arxivləşdirilib 2019-10-29 at the Wayback Machine nin üzvü, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsi nin vitse-prezidenti, 29 may, 2019-cu ildən isə həmin komitənin sədridir. == Həyatı == Elxan Məmmədov 18 iyun, 1979-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1999-cu ildə Amerika InterContinental Universitetində (London, Böyük Britaniya) Biznesin İdarəedilməsi və Korporativ İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2011-ci ildə Liverpul Universiteti tərəfindən təşkil edilən Futbol Klubları və Assosiasiyaların İdarəçiliyi üzrə Təlimdə iştirak etmişdir. O, həmçinin 2012-ci ildə Salford Universitetində (Mançester, Böyük Britaniya) İdarəetmə Planlaşdırması ixtisası üzrə aspirantura təhsilini başa vurmuşdur.2016-cı ildə Parisdə Sciences Po İnstitutunun əməkdaşlığı ilə təşkil edilən Avropa İdman İdarəetmə (European Sport Governance (MESGO)) proqramını bitirmişdir. === İş təcrübəsi === 1996–1997-ci illərdə Baku Investment Ltd-də maddi-texniki əməliyyatlar üzrə nəzarətçi köməkçisi işləmişdir. American InterContinental Universitetini bitirdikdən sonra 2000–2008-ci illərdə Natavan Biznes Mərkəzində direktor müavini, Natavan şirkətinin və Baku Investment Ltd-nin icraçı direktoru vəzifələrində işləmişdir. ==== AFFA ==== Elxan Məmmədov 2007–2022-ci illərdə AFFA-nın baş katibi çalışmışdır Hazırda E. Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti (2008-ci ildən) və FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür. O, 2009–2012-ci illər ərzində UEFA nümayəndəsi kimi də fəaliyyət göstərmişdir. E. Məmmədov beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi üzrə müxtəlif komitələrin üzvü və sədri olmuşdur.
Hindistanda rəsmi statuslu dillər
Hindistandа etnik, dil, din amilləri bir-birinin daxilinə elə nüfuz edib ki, əksər hallarda etno-mədəni proseslərdə bu faktorlar ayrı təsnifatlaşdırılmır. Dil, dialekt, ləhcə, şivələrin sayına görə, Hindistan dünyanın ən zəngin ölkələrindən biridir. Hindistanda əhаlinin 73,4 %-i hindi, 24,5 %-i drаvid, 0,7 %-i Tibеt-Birmа dillərində dаnışır. Ölkənin şimalında və mərkəzi hissələrində əhalinin əksəriyyəti hind-ari dil ailəsinə, cənubda, cənub-şərqdə isə dravid dil ailəsinə mənsubdur. == Hindistanda rəsmi statuslu dillər == Hindistan Konstitusiyasında hər hansı bir dil “milli dil” statusu daşımır, lakin burada rəsmi dil devanaqari əlifbası ilə hindi dili və ingilis dili sayılır. Bu ölkədə 28 ştatın hər birində hindi dili (bəzilərində ingilis dili də) ilə yanaşı, yerli bir və ya iki dil rəsmi dil statusu daşıyır. Bundan başqa, dövlətin rəsmən tаnıdığı milli dillərdən (Konstitusiyanın 8-ci bölməsi) 13-ü hind-аri dillərinə, 3-ü drаvid dillərinə, 1-i Tibеt dillərinə və s. аiddir. Hindistan Konstitusiyasının tanıdığı 22 milli dili (national languages) və dörd milli regional dil (state languages) təsnifatlaşdırılmışdır. Milli dillər aşağıdakılardır: assam (Assam), benqali (Qərbi Benqal və Tripura), bodo (Assam), doqri (Cammu və Kəşmir), qondi (Çattisqarh, Madha-Pradeş, Orissa, Andha-Pradeş ştatlarında yaşayan qondi tayfasının dili), qucarati (Qucarat ştatı, Dadra və Naqar Haveli, Daman və Diu ittifaq əraziləri), kannada (Karnataka), kəşmiri (Cammu-Kəşmir), konkani (Qoa), malayalam (Kerala, Lakşadvir, Pondişeri), maythili (Bihar), manipuri (Manipur), marathi (Maharaştra), nepali (Siqqim), oriya (Orissa), pencabi (Çandiqarh, Delhi, Haryana), santali (Carkhand, Bihar, Orissa, Çattisqarh ştatlarında yaşayan santal xalqı), sinhi (sinhi icması), tamili (Tamilnad və Pondişeri), teluqu (Andhra Pradeş), urdu (Cammu və Kəşmir, Andhra Pradeş, Delhi, Uttar Pradeş), sanskrit.
Ramiz Mirzəyev (rəsmi şəxs)
Mirzəyev Ramiz Şəmşəd oğlu (27 oktyabr 1954, Tovuz – 30 oktyabr 2007 və ya 2007) — AFFA-nın keçmiş prezidenti. == Həyatı == Ramiz Mirzəyev 1954-cü il okyabrın 27-də Azərbaycan Respublikasının Tovuz şəhərində anadan olub. 1972-ci ildə Tovuz şəhər orta məktəbini bitirib və həmin il Azərbaycan Politexnik İnstitutunun "Radiotexnika və radiorabitə" fakültəsinin əyani şöbəsinə daxil olub. 1977-ci ildə institutu bitirərək radio rabitəsi və radio verilişi üzrə mühəndis ixtisası alıb. 1977-ci ilin sentyabr ayından 1980-ci ilin yanvar ayınadək Respublika Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ilin yanvar ayından 1986-cı ilin aprel ayına qədər SSRİ Qaz Sənayesi Nazirliyinin "Azqaznəql" istehsalat birliyində böyük mühəndis, böyük mühəndis qrup rəhbəri, mənzil-məişət və kadrlar şöbəsinin rəisi vəzifələrində, 1986-cı ilin aprel ayından 1988-ci ilin may ayına kimi Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsi "Azqaztəmirtikinti" ixtisaslaşdırılmış təmir-tikinti trestinin "istehsal-texnoloji komplektləşdirmə" idarəsində baş mühəndis, rəis vəzifələrində, 1988-ci ilin may ayından 1997-ci ilin iyun ayına qədər Azərbaycan Dövlət Qazlaşdırma Komitəsi, 2 yanvar 1989-cu il tarixindən Azərbaycan SSR Dövlət Yanacaq Komitəsi, 3 sentyabr 1992-ci il tarixindən "Azəriqaz" Dövlət Şirkəti maye qazın istehsalı və ixracı üzrə istehsalat birliyində rəis müavini, rəis, 5 may 1995-ci il tarixindən isə maye qaz üzrə istehsalat birliyinin baş direktoru vəzifələrində işləyib. 1997-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, 31 mart 2003-cü il tarixindən 26 avqust 2006-cı il tarixinə qədər "Azərneftyağ" neft emalı zavodunun direktoru vəzifəsində işləyib. 2006-cı ilin avqust ayından etibarən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin müavini vəzifəsində çalışırdı. 29 dekabr 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. 1993-cü il fevralın 23-dən Yeni Azərbaycan Partiyasının üzvü olub.
Rəsmi Erməni Hesabatı (kitab)
Hüquqşünas Məmməd Pərinçəyin rus-Sovet dövlət arxivlərində etdiyi uzun işləri nəticəsində hazırladığı, dünyada ilk dəfə Türkcə olaraq nəşr olunan bu kitab, I Dünya Müharibəsi illərində Rusiyanın Qafqaz Orduları Qərargah Başçısı olan Tuğgeneral L. M. Bolhovitinovun hesabatının tərcüməsidir. Türk tezisinə yaxın dayanan bu hesabat tərcüməsinin əhəmiyyəti, üst səviyyə vəzifəli Rus komandirinin qaynaqlıq və bəzən şahidlik etməsi, daha əhəmiyyətlisi hesabat ən üst səviyyə Çar mövqelərinə istiqamətli yazılmış olduğundan etibarlı tapılmasıdır. Osmanlı ilə döyüş halında olan Rusiyanın bir generalının, həm Türk cəbhə gerisindəki, həm Rus Ordusu yanında iştirak edən Ermənilər əleyhinə bu qədər məlumat təqdim etməsi hesabatı diqqət çəkici edir. == General Bolhovitinovun Hesabatının Nəticələri == 1. Erməni məsələsi 19. əsrdə çıxarılmışdır və Ermənilərin həyat şərtləri Türklər və Kürdlərə görə çox daha yaxşıdır. 2. Erməni məsələsi, süni olaraq İngilislər tərəfindən çıxarılmışdır. Beləcə Türkiyə ilə Rusiyanın axtarsının açılaraq rus-Türk ittifaqı önlənmək istənmişdir. Osmanlının zəifləməsindən sonra isə müstəqil bir Ermənistan ilə Türkiyə və Rusiya arasında bir tampon ölkə hədəflənmişdir.
Cənubi Koreyada rəsmi istirahət günləri
Cənubi Koreyada bütün əhaliyə şamil olunan rəsmi istirahət günlərinə dair qanun yoxdur, Prezident fərmanı olan "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə" də dövlət müəssisələri və ya yerli hökumət və s. üçün rəsmi istirahət günləri müəyyən edilmişdir. Dövlət idarələrinə dövlət və ictimai məktəblər daxil olsa da, dövlət şirkətləri daxil deyil. Bu səbəbdən özəl şirkətlər və ya özəl təşkilatlar işçi və idarəçi arasındakı razılıq (əsasən "kollektiv müqavilələr" və ya "məşğulluğun tənzimlənməsi") vasitəsilə özləri istirahət günlərini müəyyən edə bildikləri üçün dövlət idarələrinin rəsmi istirahət günlərində istirahət etmək kimi hüquqi vəzifələri yoxdur, lakin təcrübəyə əsasən "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə"yə zəruri olaraq müraciət edib istirahət günlərini tətbiq edirlər. İllik rəsmi istirahət günləri bazar günü, seçki günü, tələblərə uyğun olaraq müyyən edilən günləri çıxmaqla, 15 gündür. Alternativ istirahət günləri sisteminin tətbiq edilib edilməməsi ilə bağlı müxtəlif dəyişikliklər olsa da, şənbə gününü də daxil etdikdə istirahət günlərinin sayı Yaponiya(119 gün)dan azdır, Amerika(114 gün), Almaniya(114 gün), Fransa(115 gün) və s. kimi ölkələrlə isə eynilik təşkil edir. Bundan əlavə Cümə axşamı ilə başlayan uzun il və cümə günü ilə başlayan adi illərdə (1 Mart bazar günü olduğu təqdirdə) rəsmi istirahət günləri azlıq təşkil edir. == Tarix == Qoryo və Coson sülaləsi dövründə ay təqvimi ilə 1, 7, 15 və 23-cü günlərdə dövlət idarələrində iş olmurdu. Həmçinin fəsillərin dəyişdiyi mövsümlərdə də işləmirdilər.
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Bolan keçidi
Bolan keçidi (urdu: درہ بولان Dharaa Bolan) — Pakistanla Əfqanıstan arasında dağ keçidi. Keçid, Əfqanıstan sərhədindən təxminən 120 kilometr məsafədə Bəlucistan əyalətinin Kvetta şəhərinin yaxınlığında yerləşir. O Toba karkər silsiləsi ilə 1793 metr hündürlükdə kəsişir.
Daryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Dünənki keçdi
Dünənki keçdi — 1983-ci il Çingiz Mustafayevin və "Ozan" qrupunun mahnısı. Mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə aiddir. Mahnı Azərbaycan dilində ilk rep mahnısı kimi tarixə düşmüşdür.
Dəryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Faza keçidi
Faza keçidləri - termodinamikanın daxili vəziyyətin dəyişməsi ilə əlaqələnən maddənin bir termodinamik fazadan digər fazaya keçididir. Real qazla maye arasındakı aralıq vəziyyət buxar şəkilli və ya buxar adlanır. Mayenin buxara çevrilməsi, yəni bir aqreqat vəziyyətindən digərinə çevrilməsi faza keçidi adlanır. Faza keçidində maddənin fiziki tərkibinin sıçrayışla dəyişməsi müşahidə olunur. Faza keçidlərinin bir çoxunda aqreqat vəziyyəti dəyişmir. Aqreqat vəziyyətinin dəyişməsində isə faza keçidi mövcuddur. == Faza keçidlərinə misallar == - ərimə (və onun əksi olan bərkimə); - buxarlanma (və əks proses-kondensasiya) ; - sublimasiya (qazın birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); - ferromaqnitin paramaqnitə keçməsi; - ifratkeçirici metalın normal keçirici hala keçməsi; - bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi; - T≈2K temperaturunda heliumun normal Helium-I halından ifrataxıcı Helium-II halına keçməsi; - amorf maddələrin şüşəvari hala keçməsi və s. Tədrici gedən faza keçidlərində sistemin hər iki fazasında temperatur (T), təzyiq (P) və kimyəvi potensial (μ) eyni olur. Digər termik və kalorik kəmiyyətlərə gəldikdə onların bəzisi kəsilməz, bəziləri isə sıçrayışla dəyişir. [2] (Termik kəmiyyətlər dedikdə temperatur-T, təzyiq- P, həcm-V; kalorik kəmiyyətlər dedikdə enerji vahidlərində olan kəmiyyətlər: daxili enerji-U, entropiya-S, entalpiya-W və b.
Gün keçdi
Gün keçdi — kinorejissor Arif Babayevin bədii filmi. Gün keçdi — bəstəkar Emin Sabitoğlu haqqında çəkilmiş sənədli film.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Hindistan keçidi
Hindistan keçidi — XX əsrdə Hindistanda, Mumbayda inşa edilən memarlıq abidəsidir. Bu abidə 1911-ci ildə kral V Georq və kraliça Mariya Tekin Apollo Bunderinindən Hindistanı ziyarət etmələrini əbədiləşdirmək məqsədilə inşa edilmişdir. Hind-Sarakenik üslubda tikilmiş Hindistan keçidinin təməl daşı 1911-ci il martın 31-də atılmışdır. Tağın strukturu bazalt daşındandır və hündürlüyü 26 metrdir. Corc Vittetin təqdim etdiyi son dizaynı 1914-cü ildə qəbul edilir və abidənin inşası 1924-cü ildə tamamlanır. Keçid sonralar Vitse krallıq və Mumbay rəhbərliyi üçün simvolik giriş mərasimi üçün istifadə edilir. Keçid Hindistana daxil olmaq üçün istifadəyə verilmişdir.Hindistan keçidi Mumbayın cənubundakı Çatrapati Şivaci Marqın sonunda yerləşən Apollo Bunderinin sahilindədir və Ərəbistan dənizinə tərəf baxır. Abidə həmçinin Mumbayın Tac Mahalı adlandırılır və şəhərin turistlər tərəfindən ən çox ziyarət edilən hissəsidir. == Tarix == Hindistan keçidinin tikilmə səbəbi 1911-ci ilin dekabrında kral V Georq və kraliça Mariya Tekin Dehli Darbardan öncə Mumbayı ziyarət etmələri idi. Abidənin təməl daşı 1913-cü il martın 31-də Mumbay qubernatoru cənab Corc Sidenham Klark tərəfindən atıldı və Corc Vittet tərəfindən hazırlanan dizayn 1914-ci il martın 31-də təsdiq edildi.
Nəhənglər keçidi
Kozvey-Kost (irl. Causeway Coast) və ya Nəhənglər keçidi — İrlandiyanın şimalında Antrim qraflığında, Başmills qəsəbəsindən təqribən 3 km şimalda yerləşən və İrlandiyanın şimal-şərqi sahili boyunca yayılmış olan vulkanik mənşəli bazalt geoloji quruluş. == Haqqında == Vulkanik püskürmələr nəticəsində yaranmış olan, bir-birinə bağlı 40.000 bazalt sütununun yan-yana düzüldüyü bir yerdir. Bölgənin ən xarakteristik xüsusuyyəti olan bazalt sütunlar, 50–60 milyon il əvvəlki vulkanik fəaliyyətlərin nəticəsidir. Antrim tavası, təxminən 3800 km²-lik sahəsi ilə Avropanın ən böyük lava tavasıdır. Dənizdən yüksəkliyi orta hesabla 100 metr olan bu qayalıq bölgə, geoloji dönəmdən qalma bir neçə lava hərəkəti səbəbi ilə pilləkənli bir görünüşə sahibdir. Bazalt sütunlardan ən yüksəyi 12 metrdir. Sütunların üst hissəsi pilləkən şəklində olarkən, alt hissəsi isə dənizin altına enməkdədir. Böyük hissəsi altıbucaqlı şəklində olsa da bəzıları yeddi ya da səkkiz bucaqlıdır. Lavalar 28 metr qalınlığa çata bilməkdədir.
Piyada keçidi
Piyada keçidi — piyadaların yolun və ya küçənin digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzəri ilə müəyyən edilmiş və ya yeraltı və yerüstü tikilmiş yer. Yol hərəkəti haqqına qanuna əsasən, piyada keçidi xüsusi yol nişanları ilə göstərilməlidir. Piyada keçidləri əsasən, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin, piyada axınının intensiv olduğu yerlərdə piyadaların hərəkətini tənzimləmək üçün qurulur. Qanunvericiliyə əsasən yolda istənilən hərəkətin təhlükəsizliyi yol-müfəttişi tərəfindən tənzimlənir. == Piyada keçidlərinin təsnifatı == === Yolun üzərində === Yolun üzərində olan piyada keçidi (zebr) — yolun (və ya dəmiryolun), piyadaların keçidi üçün nəzərə alınmış hissəsi. Yol üzərində zolaqlarla çəkildiyi üçün zebr da adlandırılır. ==== Nizamlanmayan ==== Nizamlanmayan piyada keçidi — ən sadə piyada keçididir. Belə keçidlərdə avtomobil və digər nəqliyyat vasitələrinin sürücüləri piyadalara yol verməlidir. Nizamlanmayan piyada keçidləri hərəkət intensivliyi nisbətən zəif olan yollarda (və ya küçələrdə) salınır. Bu cür keçidlər Azərbaycan Respublikası yol nişanlarına əsasən 5.16.1, 5.16.2 və 5.17.1, 5.17.2 "Piyada keçidi" nişanları ilə göstərilir.
Rəsm
Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsər. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır. == Xarici keçidlər == Leone Battista Alberti, De Pictura (On Painting), 1435.
Kecin
Kecin (fars. كجين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Redmi
Redmi — Çin istehsalı olan bir smartfon və Çin elektronika şirkəti Xiaomi-ə məxsus alt markadır. Xiaomi tərəfindən ilk dəfə 2013-cü ilin iyul ayında elan edilmiş bir büdcə smartfon xətti olaraq təqdim edildi. 2019-cu ildə Xiaomi-nin yalnız giriş səviyyəsində və orta mənzilli cihazlara yönəldilmiş ayrı bir alt markası halına gəldi. Xiaomi-nin özü isə ən yüksək səviyyəli və flaqmanı Mi lineup'a yönəldi. Redmi telefonları Android-in üstündəki Xiaomi MIUI istifadəçi interfeysindən istifadə edir. Modelləri ümumiyyətlə 6 "ekrana sahib olan giriş səviyyəli Redmi telefonlara və 5" -dən çox ekranlara sahib orta mənzilli Redmi Note seriyasına bölmək olar və daha yüksək xüsusiyyətlərə malikdir. Aşağı dərəcəli Redmi A seriyası və Redmi Go bir sıra Asiya və Avropa ölkələrində satılmışdır. Digər Xiaomi smartfonlarından ən əhəmiyyətli fərq, daha az bahalı komponentlərdən istifadə etmələri və buna görə daha qənaətcil olmasıdır. 2014-cü ilin avqustunda, The Wall Street Journal, 2014 maliyyə ilinin ikinci rübündə Xiaomi'nin Çində smartfon göndərmə sıralamasında 14% bazar payına sahib olduğunu bildirdi. Redmi satışları daşınma reytinqində bu qazancın əldə olunmasına töhfə verən bir amil olaraq qiymətləndirildi.
Qara Keşiş nəsli
Qara keşiş nəsli — 19-cu əsrdə tərtib olunmuş Şəki xanlarının nəsil şəcərələrində Şəki xanlarının soy kökü ənənəvi olaraq Qara keşişə aparılıb çıxarılmış və Qara Keşişin oğlu Candarın 1444-cü ildə islam dinini qəbul edərək Şəki xanı olması göstərilmişdir. Lakin bu şəcərələrdə adları çəkilən ilk 4 nəfərin (Qara keşiş, Əlican xan, Qutul xan və Zəki xanın) adlarına digər tarixi ədəbiyyatda təsadüf edilmir. Əvəzində Həsən bəy Rumlu, Əli inaq və Əbdülqafar adlı Şəki hakimlərinin, bir ermənicə mənbə isə Şah Hüseyn adlı Şəki hakiminin adını çəkir. İsgəndər bəy Münşi isə Həsən sultanın Şirvanşahlar xanədanından olduğunu vurğulayır.
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Başqırdlar (rəsm)
Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır. == Çəkilişi == Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi: 1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi: Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir". Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir. Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi.
Gernika (rəsm)
Gernika (isp. Guernica) - İspan rəssam Pablo Pikassonun 1937-ci il 26 aprel İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 250 ilə 1.600 arasında insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
Kupidon (rəsm)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Mahnı (rəsm)
"Mahnı" — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1970-ci ildə çəkdiyi rəsm əsəri. == Təsvir == Əsərin mərkəzində açıq sarı fonda çiçək açan ağacın qarşısında stullarda əyləşmiş qırmızı, ağ və göy rəngli paltar geyinmiş, başlarına papaq taxmış və alətlərdə (nağara, klarnet, tütək) ifa edən üç musiqiçi təsvir edilmişdir. Onlarla üzbəüz ağ süfrə ilə örtülmüş stolun üstündə kiçik vazada qızılgüllər, çaynik, nazik stəkan, içki şüşəsi və təndir çörəyi təsvir edilmişdir. Şəklin aşağı sağ küncündə uzanmış quzu görürük. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəkil boyu daha çox açıq rənglərdən istifadə olunduğunu görürük. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. İşıq və qaranlıq tarazlığı yaxşı vurğulanıb. Şəkildə şaquli, üfüqi və diaqonal xətlərdən istifadə olunub. Şəkildəki musiqiçilərin arxasında çiçək açan ağacın təsvirindən bahar olduğunu anlamaq mümkündür.
Muğam (rəsm)
"Muğam", bəzən Muğam üçlüyü — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Nərimanbəyovun 1965-ci ildə sənətinin ilk çağlarında çəkdiyi “Muğam” kompozisiyası Azərbaycan rəssamlığının ən mühüm əsərlərindən sayılır, eyni zamanda Nərimanbəyovun ən məşhur rəsm əsərlərindən biridir. Əsər hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. == Təsvir == Rəsmdə tünd kostyum geyinmiş və xalq çalğı alətlərində ( dəf , tar və kamança ) ifa edən muğam ifaçıları təsvir edilmişdir. Onların ayaqları altında milli naxışlarla işlənmiş Azərbaycan xalçası var. Rəsmin aşağı sol küncündə milli geyimli, əlində nar olan balaca qız uşağı görürük. Bu şəkil Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında məqaləyə illüstrasiya kimi verilmişdir. Arxa fonda qara və mavi rənglərlə məkan görünüşü yaratmağa çalışan Nərimanbəyov musiqiçiləri xalçadan bir qədər yüksəkdə təsvir edərək, Azərbaycan incəsənətində muğamın daha yüksək olması fikrini müdafiə edib. Rəssamın ənənəvi geyimli, əlində nar tutan balaca qız uşağı təsvir etməklə ifadə etmək istədiyi fəlsəfi ideya ondan ibarətdir ki, milli folklorda sirr, bolluq, bərəkət və birlik rəmzi sayılan nar, həm də uşaqların əlində təmizlik simvoludur. Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qaleryasının rəhbəri Qalib Qasımov bu əsəri belə şərh edir: Biz rəsmə baxan zaman muğam üçlüyü, onların ayağının altındakı xalçalar və küncdə dayanan qızı görürük.
Rəsm proqramı
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Suzanbağıları (rəsm)
Suzanbağıları (Frː Les Nymphéas, Enː Water Lilies), — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-ə yaxın yağlıboya tablodan ibarət olan rəsm əsəri. Bu tablolar bir çiçək baxçasının, xüsusilə K. Monenin Parisdəki evinin baxçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsimləridir. K. Mone daha əvvəl Parisdəki Sen-Lazar vağzalı adlı stansiyanın gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmi çəkməsindən ibarət olan "Vağzal Sen-Lazar Seriyasının" və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman Yığınları" seriyası hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri hazırlamaqla məşğul olarkən gözlərində yaranan kataraktan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi, vb. formalı) və ölçüləri çox fərqli olaraq, (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində hazırlanıb. == Xronologiya == Noyabr 1890: Monenin Givernydəki evini satın alması və baxçasının dəyişdirilərək yenidən hazırlanması. May 1895: Monenin "suzanbağıları" tabloları seriyasını hazırlamaya başlaması. Noyabr 1901: Monenin Givernydə baxçada yetişdirilən eqzotik bitkilərin su ehtiyacını qarşılayıb onların yetişdirilib böyümələrinin təmin edilməsi üçün yaxında olan Epte suyunun axışını dəyişdirib bu axarsuyun baxçadan axmasını təmin edilməsi.
Dəşti-Kəbir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Kəsbi Ərəşi
Kəsbi Ərəşi XVIII əsri şair Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşa­dı­ğını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Ab­bas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olun­muşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, və­ziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şair­lə­rindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali de­yil­dir.
Mirzə Kərim xan Rəşti
Əbdülkərim xan Əkbər, Mirzə Kərim xan Rəşti adıyla tanınan , Hacı Məhəmmədkazım Vəkilürrüaya Əmşənin (Hacı Vəkil) oğlu, Əkbər xan Bəylərbəyinin qardaşı oğlu, Fəthulla xan Əkbər və Sadıq xan Əkbərin əmoğlusu idi.Qardaşı Sərdar Möhyi ilə birlikdə Məşrutə hərəkatında əhəmiyyətli rolları var idi.Hər iki qardaş Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə bağlı idilər və Gilanda təşkil edilən sirri Səttar komitəsinin üzvlərindən idilər ki hədəfi məşrutənin bərpa olunması idi.1944-cü ildə Tehranda vəfat edib. == Mənbə == Gilanın adları və Adlıları.Cahangir Sərtippur. Ata və Oğul.Mahmud Tuluyi. Gilan Məşrutə Hərəkatında.İbrahim Fəxrayi.