Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərəstun
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…], Stagir[d], Makedoniya İmperiyası[d][…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Ərəstun Axundov
Axundov Ərəstun Həmzə oğlu (d. 1924 — ö. 1990) — Azərbaycan iqtisadçısı. 1962-ci ildə Kiyev şəhərində namizədlik, 1977-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1979-cu ildə professor elmi adını almışdır. Keçmiş SSRİ məkanında "vaxta qənaət qanunu"nun tanınmış tədqiqatçılarından biri hesab olunurdu.Bu mövzuda maraqlı tədqiqatların müəllifidir. 1982-1990-cı illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, professor kimi fəaliyyət göstərmişdir. == Mənbə == Böyük İqtisadi Ensiklopediya. Bakı 2012.
Ərəstun Cavadov
Ərəstun Nurəddin oğlu Cavadov (20 oktyabr 1948, Ərəbmehdibəy, Ağsu rayonu – 29 mart 2023) — Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı == Həyatı == 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. Evlidir, 1 övladı var. 29 mart 2023-cü il tarixində dünyasını dəyişmişdir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. III çağırışda Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
Ərəstun Həsənov
Ərəstun Əfşan oğlu Həsənov (10 sentyabr 1990; Beyləqan rayonu, Azərbaycan SSR — 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərəstun Həsənov 1990-cı il sentyabrın 10-da Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Ərəstun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ərəstun Həsənov noyabrın 3-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ərəstun Həsənov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ərəstun Kərimov
Ərəstun Əhməd oğlu Kərimov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Ərəstun Əhməd oğlu Kərimov 3 may 1956-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirdikdən sonra Azərbaycan Neft-Kimya İnstitutuna daxil olaraq mühəndis-elektromexanik ixtisasına yiyələnib. Qarabağ müharibəsinə qədər "Azərelektroterm" Elm İstehsalat Birliyinin Bakı Elektroterm avadanlıqları zavodunda işləyib. Savadlı mütəxəssis, vətənpərvər bir igid olan Ərəstun Kərimov 1992-ci ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin müdavimi olub. Baş leytenant xidmət etdiyi poliqonda olarkən taqım komandiri vəzifəsini daşıyıb. Öz taqımının şəxsi heyətinin döyüş hazırlığının artırılması uğrunda daim səy göstərib. Axı erməni qəsbkarlarına qarşı səfərbərliyə nail olmaq ən ümdə vəzifə idi. Ərəstunun komandirlik etdiyi taqım ilk dəfə 1993-cü il martın 10-da taborun başqa bölmələri ilə birlikdə döyüş zonasına göndərildi. Martın 15-də Ərəstun öz taqımı ilə ilk döyüşdə iştirak etdi.
Ərəstun Mahmudov
Ərəstun Mahmudov (tam adı: Ərəstun İspəndi oğlu Mahmudov ; d. 1957, İsmayıllı, Azərbaycan SSR - ö. 1992, Ağdam-Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi. == Döyüşlərdə iştirakı == Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.
Ərəstun Məmmədov
Ərəstun Məmmədov (10 sentyabr 1922, Xırmandalı, Biləsuvar rayonu – 6 aprel 2015, Xırmandalı, Biləsuvar rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü. == Həyatı == 1922-ci ildə Biləsuvarın Xırmandalı kəndində ziyalı ailəsində dünyaya gəlib. Çox gənc yaşlarından əmək fəaliyyətinə başlayıb. 1988-ci ilə kimi pambıqçılıq briqadasına başçılıq edib. Qazandığı yüksək nailiyyətlərə görə 1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ərəstun Məmmədov ümumilikdə 5 orden və 15-ə yaxın müxtəlif medallarla təltif olunub. 2004-cü ilə kimi zəngin təcrübəsini rayonda taxılçılığın inkişafına həsr edib. Göstərdiyi xidmətlərə görə ona Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü təyin olunmuşdu.
Ərəstun Əliyev
Ərəstun Cəfər oğlu Əliyev - Azərbaycanın tanınmış xanəndəsi. == Həyatı == Ərəstun Əliyev 1957-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. Xanəndəlik ona atasından keçmişdir. Atası, Cəfər Adıgözəl oğlu Əliyev hələ 1939-cu ildə Bakıda Azərbaycan Dövlət Radiosunda Qarabağ şikəstəsinin ilk ifaçılarından olmuşdur, Xan Şuşinski, Şövkət Ələkbərova və Tükazban İsmayılova ilə birlikdə oxuyurdu. İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Bərdə rayonuna qayıtmışdır. Ərəstun Əliyevin 5 qardaşı (Zöhrab, Möhnət, Adıgözəl, Ələddin, Cavanşir) və 4 bacısı (Sücayət, Həqiqət, Ədalət, Narınc) var. == Fəaliyyəti == Qarabağ el məclislərində Şahmalı Kürdoğlu, Arif Babayev, Könül Xasıyeva ve digərləri ilə birlikdə dəfələrlə iştirak etmişdir. Hal-hazırda xanəndəlik peşəsini davam etdirir. == Ailəsi == Həyat yoldaşı - Tahirə Əliyeva. 4 qız atasıdır - Günel, Lalə, Sevinc, Səidə.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Ərəstun Xıdırov
Ərəstun Arif oğlu Xıdırov (18 mart 1998, Bərdə – 15 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — MAXE-çavuş, Vətən Müharibəsi şəhidi. == Həyatı == Ərəstun Xıdırov 1998-ci ilin martın 18-də Bərdədə anadan olub. 2005-ci ildə Bərdə şəhər Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbə getmiş, 2015-ci ildə orta təhsilini bitirmişdir. === Ailəsi === Ərəstun subay, həm də ailənin iki övladından biri idi. == Hərbi xidməti == 2016-cı ildə Naxçıvan şəhərindəki 515 nömrəli hərbi hissədə xidmət etmiş, 2017-ci ildə xidmətini bitirmişdir. 08.09.2020-ci ildə hərbidə MAXE kimi fəaliyyətə başlayıb. Ərəstun Xıdırov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan İkinci Qarabağ müharibəsində Suqovuşanın azad edilməsində aktiv şəkildə iştirak edib. 14 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətindəki döyüşlərdə şəhid olub. Oktyabrın 16-da isə nəşi Bərdəyə gətirilərək, Bərdə Şəhidlər Xiyabanında polkovnik-leytenant Elzamin Təhməzovla bir sırada dəfn olunub.
Neptun
Neptun (planet) — Günəş sistemində 8-ci planet. Neptun (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 93-cü element. Neptun (mifologiya) — Roma mifologiyasında dəniz allahı.
Preston
Preston (ing. Preston) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Restit
Restit — qalıq anatektit süxur; tərkibcə prosesdə anatektik ərinməmiş kristallik qalıqdan: biotit ± hornblend + qranat ± kordiyerit + filiz mineralı + (bəzən) kvarsdan ibarət süxur. Anatektik temperaturda yenidən ərinməmiş metamorfik süxurlarla (amfibolitlər, mərmərlər, kvarsitlər və b.) birlikdə olur. Restit termini melanosom, kinsigit, skialit, relikt süxurlar anlayışlarına yaxındır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Weston
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: == Əsərləri == Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir:: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770—1777. Flora Anglicana... — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774.
Zeytun
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Məlikov Əvəzağa Ərəstun
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989). == Həyatı == 1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır. Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəli idi, iki övladı var. == Fəaliyyəti == === Erkən illəri === Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır. Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir.
Esten
Esten (kanton)
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
07 Vestur
07 Vestur — Farer adalarını təmsil edən futbol klubu. 2007-ci ildə qurulmuşdur. Sandavóavur və Servoavur (Voar adası) şəhərlərini təmsil edir. == Tarixi == Klubun tarixi 1993-cü il dekabrın 18-də "Mivoavur" və "Sandavoavur" klublarının birləşməsi nəticəsində "Vaqar" klubunun yarandığı vaxtdan başlayır. 1998-ci ildə "Servoavur" klubuda onlara qoşuldu, nəticədə Voar adasında vahid komanda formalaşdı və tezliklə Farer çempionatının yüksək divizionuna yüksələ bildi, amma klub uzun müddət yüksək liqalarda yer tuta bilmədi və tezliklə oradan aşağı liqaya düşdu. Uğursuzluqlar nəticəsində klubdaxili parçalanmalar kəskinləşdi və 2004-cü ildə onlar, əvəllər olduğu kimi ayrı-ayrı komandalara ayrıldı. Buna baxmayaraq, Voar adasında vahid güclü klub yaratmaq ideyası ölmədi və 8 noyabr 2004-cü ildə vahid "Vagar 2004" klubu yenidən yaradıldı və 2007-ci ildə "Servoavur" klubu yenidən ona qoşuldu. Bu birləşmə nəticəsində klub indiki adı "07 Vestur" qəbul etdi və 6 noyabr 2007-ci il klubun rəsmi yaranma tarixi oldu.2008-ci ildə klub birinci liqanın qalibi oldu və Farer adalarının yüksək divizionu olan Vodafondaildində oynamaq hüququ qazandı. Yüksək Liqadakı ilk mövsümündən sonra klub birinci liqaya düşdü, lakin yenidən qalib gələrək 2011-ci ildə yenidən Yüksək Liqada oynamaq hüququ qazandı. 2011-ci il mövsümünün sonunda çempionatda 9-cu yeri tutdu və yenidən birinci liqaya düşdu.
Baba zeytun
Baba zeytun - Nardaran kəndində Abşeron yarımadasında ən qoca zeytun ağacı. Bəzi ehtimallara görə bu ağacın 500 yaşı var.
Armudu zeytun
Armudu zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 7,0 m-ə çatır. Çətirin diametri 7,5 m-dir. Dağınıq çətirə malikdir. Budaqları bir qədər yuxarı qalxmış vəziyyətdədir. Yarpaqları tünd yaşıl rəngdədir. Yaıpağm orta ölçüsü (sm); saplağm uzunluğu 0,6; eni 1,1. Meyvələri tünd bənövşəyi rənglidir. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir.
Ceytun mədəniyyəti
Ceytun — Aşqabaddan (Türkmənistan) 25 km. şimal-qərbdə Neolit dövrünə aid məskən (e.ə. VI minilliyin əvvəlləri) və onun materialları əsasında Cənubi Türkmənistan və şimal-şərqi İranda müəyyənləşdirilmiş erkən əkinçilik mədəniyyəti (e.ə. VI minillik). Ceytun yaşayış məskəni 1940-cı illərdə A.A.Maruşşenko tərəfindən aşkar edilmiş, qazıntılar V.A.Kuftin (1952), V.M.Masson (1955–1959), (1962–1963), sovet-ingilis arxeoloji ekspedisiyası (V.M.Masson, D.Harris; 1989–1992) tərəfindən aparılmışdır. Ərazidə 150–200 nəfərin yaşaya biləcəyi 30 ev yeri aşkar edilmişdi. == Antropologiyası == Türkmənistanın cənubundakı Ceytun mədəniyyətinə aid ilk əkinçilər irqi nöqteyi-nəzərdən Ön Asiya və Şərqi Aralıq dənizi əhalisinə yaxındır. == Səciyyəvi xüsusiyyətləri və əsas mərhələləri == Ceytun arxeoloji abidəsi təqribən 1 hektar ərazini əhatə edir və 5 inşaat təbəqəsindən (3,5 metr) ibarətdir. Samanlı kərpicdən tikilmiş birotaqlı evlər səciyyəvidir; evlərin interyeri standartdır: təsərrüfat bölməsi evə girişin sağ tərəfində, böyük "buxarı" sağ divarın ortasında, çıxıntılı taxça isə qarşı tərəfdə yerləşir, döşəmə ağ gəclə suvanır və çox vaxt qırmızı boya ilə rənglənir, yaxud həsirlə örtülürdü. Evlərin ətrafında yardımçı binalar və bir neçə paralel divardan ibarət tikililərin (ehtimal ki, taxıl anbarları) olduğu həyətlər yerləşirdi.
Destin Votford
Destin Votford (ing. Destiny Watford) — Amerikalı ekoloq və ətraf mühit fəalı. 2016-cı ildə Goldman Ətraf Mühit Mükafatını almışdır. == Bioqrafiya == Destin Votford Merilend ştatının Kertis Bey şəhərində, əhəmiyyətli hava çirkliliyi olan bir ərazidə böyüyür. Orta məktəbdə o, şəhər və əyalət tərəfindən təsdiqlənmiş və gündə 4000 ton zibil yandıra bilən yandırma zavodu layihəsinə qarşı təbliğat kampaniyasına başlayır. Dörd ildən artıqdır ki, o, yerli əhali arasında astmanın yayılması da daxil olmaqla, ərazidə daha çox hava çirklənməsinin sağlamlığa təsirləri ilə bağlı narahatlıqlar əsasında Benjamin Franklin Liseyində digər tələbələrlə təbliğat aparır. Onların işinə torpaqdan istifadə və rayonlaşdırma siyasəti ilə bağlı araşdırmalar, həmçinin məktəblər və hökumət rəsmiləri ilə bağlı lobbiçilik daxildir. 2016-cı ildə onunda sayəsində Merilend Ətraf Mühit Departamenti yandırma zavodu layihəsini ləğv edir. Touson Universitetində təhsil alır. 2018-ci ildə Facing Race konfransında çıxış edir.
Edmon Rostan
Edmon Rostan (fr. Edmond Eugène Alexis Rostand; 1 aprel 1868[…], Marsel, İkinci Fransa İmperiyası – 2 dekabr 1918[…], Paris) — Fransa şairi və dramaturqu. Daha çox teatr tamaşaları üçün yazdığı əsərləri ilə tanınmışdır. Neo-romantizm cərəyanına bağlı olmuşdur. Ən tanınmış pyesi "Sirano de Berjerak"dır. Rostanın XIX əsrdəki romantizm teatr baxışı naturalist teatrdan xeyli fərqlənirdi. == Həyatı == Edmon Rostan 1868-ci ildə Fransanın Marsel şəhərində provanslı bir ailənin oğlu kimi anadan oldu. Atası həm iqtisadçı, həm də Marsel Fransa İncəsənət Akademiyası və İnstitutunun üzvü olan şair idi. Rostan ədəbiyyatı, tarixi və fəlsəfəni Paris şəhərindəki Paris Stanislas Kollecində öyrəndi. == Karyerası == İlk pyesi olan "Les romanesques" 21 may 1894-cü ildə Fransa teatrında göstərildi.
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Jestin tanınması
Jestin tanınması (ing. gesture recognition; rus. распознавание жестов) — istifadəçinin başının, bədəninin, əllərinin vəziyyəti və hərəkəti vasitəsilə kompüterə komandaların daxil edilməsi texnikası. == Jestin mənaları == Ünsiyyət zamanı məlumatın 50 faizi jest və mimikaların köməyi ilə çatdırılır. Bununla belə çox ifadəli işlətdiyimiz sözlər - yalnız 10 faiz fikrimizi çatdırmaqda bizə yardımçı olur. Səsin tembri və intonasiyanın vasitəsilə isə məlumatın cəmi 40 faizini ötürməyə müvəffəq oluruq. Söhbət zamanı əsas diqqət maksimum həmsöhbətimizin jest və mimikalarına yönəlməlidir. Tanışlığınızın ilk dəqiqələrindən Siz göstərməlisiniz ki, ünsiyyətə hazırsınız və əməkdaşlıq əlaqələri qurmaqda maraqlısınız. Təcrübəli psixoloqlar sizə dialoqlar zamanı daha çox istifadə olunan bəzi jest və mimikaların mənasını açıqlayırlar. Amma unutmayın ki, ünsiyyətdə əsas mövqe səmimilikdir.
Kelli Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Kelly Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Neptun (element)
Neptunium (Np) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Neptun (mifologiya)
Neptun (lat. Neptunus) — Qədim Roma mifologiyasında dəniz və sel tanrısı. Ən qədim Roma tanrılarından biri sayılır. Sonralar yunan tanrısı Poseydon ilə eyniləşdirilmişdir. Saturnun və Opanın oğlu, Yupiterin, Plutonun, Sereranın, Yunonanın və Vestanın qardaşıdır. Tanrıça Salasiya (Fetida, Amfitrita) Neptunun arvadı idi. 23 iyulda qeyd olunan Neptunalilər bayramı Neptunun adı ilə bağlı idi. Bayram quraqlığın qarşısının alınması məqsədi ilə təşkil olunurdu. Bu bayram zamanı yarpaqlardan komalar tikilirdi. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Neptun (planet)
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır. Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı.
Neptun fəvvarəsi
Neptun fəvvarəsi (rus. Фонтан Нептун) «Peterhof» saray-park kompleksində yerləşən fəvvarələrdən biridir. == Tarixi == 1736-cı ildə Yuxarı parkın mərkəzi basseynində "Neptun arabası" adlı heykəl-fəvvarə kompozisiyası quraşdırılmışdır. Heykəllər qurğuşundan hazırlanmış və qızıl suyuna çəkilmişdir. Kompozisiyanın mərkəzində Neptun öz arabası ilə, həmçinin delfin və atlılar göstərilmişdir. Fəvvarənin mərkəzi hissəsindən püskürən su təzyiqlə qızılı-mis topu yuxarı qaldırdı. Çoxsaylı bərpa işlərindən sonra, "Neptun arabası" 1797-ci ildə öz yerindən çıxarılmışdır. Onun əvəzində yeni, bu günə kimi qorunub saxlanılan "Neptun" fəvvarə-qrupu yaradılmışdır. Orijinal fəvvarə fiqurları Nürnberqdə (Almaniya) yaradılmışdır. 1660-cı ildə Georq Xristof Şvayger və zərgər Ritter əsas fəvvarə modelinin tərkib hissələrini cəmiyyətə təqdim etmişdilər.
Neptun planeti
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır. Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı.
Neptun əməliyyatı
Neptun əməliyyatı (ingl. Operation Neptune) - 6 iyun 1944-cü ildə İkinci Dünya müharibəsi ərəfələrində Böyük Britaniya, ABŞ, Kanada və onların müttəfiqləri tərəfindən Almaniyaya qarşı keçirilən dəniz desant əməliyyatıdır. Şimal-qərb Fransasını ələ keçirmək üçün keçirilən <<Overlord>> əməliyyatının bir hissəsi idi. Müttəfiqçilərin Avropaya soxulması 6 iyun 1944 ildə (D günü) 156 000 əsgərin Normandiya sahillərinə buraxılması ilə başladı və 2 əsas hissəyə bölündü. Birinci hissə hava-desant quvvələrinin: 24 000 britan, amerikan, kanada və fransız paraşutistlərinin gecəyarısından sonra keçirəcəkləri əməliyyatdan ibarət idi. İkinci hissə isə dəniz-desant əməliyyatindan ibarət idi, səhər 6:30-da başlayan əməliyyat <<Qimler>> və <<Taksbal>> kod altında həmdə desinfarmasiya əməliyyatı idi, bu əməliyyatın məqsədi almanları hazırkı soxulma istiqamətindən yayındırmaq idi.Dəniz pexotasının buraxılması sahilin 80 km sahəsində aparılırdı, həmin sahə 5 əsas soxulma hissəsinə bölünmüşdü: <<Yuta>>,<<Omaxa>>,<<Qold>>,<<Djuno>> və <<Qılınc>>.Hərbi hissələrin fransız sahillərinə soxulmaları fərqli dərəcəli nailiyyətlərlə baş verirdi. Əksər səngərlərdə müttəfiqlərin nailiyyətləri kifayət qədər olsada, desantın isə düşman sahillərinə soxulması anından ilk dəqiqələrdən üstünlüyü ələ alıb və səngərlər qurub yerləşsədə, <<Omaxa> > hissəsində vəziyyət kontroldan çıxdı. Almanların nizamlı müqavimətinnən qarşılaşan amerikalılar ilk dəqiqələrdən ciddi itki verməyə başladılar və demək olar ki vəziyyəti öz xeyirlərinə çevirmək bacarığını tam itirdilər. Birinci amerikan ordusunun komandanı general Omar Bredli elə bir dərəcəyə çatmışdı ki, ordunun daha irəli gedişini ləğv etsin və geri çağırsın. Elə başlanğıcdan <Neptun> əməliyyatının nailiyyəti təhlükə altında qalmışdı.
Ər-Rəstən döyüşü (may 2012)
Ər-Rəstən döyüşü — Suriyada vətəndaş müharibəsi zamanı Suriya hökumət qüvvələri ilə silahlı müxalifət qüvvələri arasında hərbi toqquşmalar. Döyüş BMT-nin elan etdiyi atəşkəs razılaşmasını pozmuş, 14 may 2012-ci ildə başlamışdır. Şəhər hökumət qoşunları tərəfindən bombalanmış və bu, şəhərdə yerləşən üsyançı qüvvələrə ciddi itkilər vermişdir. Öz növbəsində yaraqlılar hökumətyönümlü qüvvələrin daşındığı bir neçə piyada döyüş maşınını məhv etməyə müvəffəq olmuşdular. Nəticədə şəhər ASO yaraqlılarının nəzarətinə keçmiş və nizami ordunun bir hissəsi üsyançıların tərəfinə keçmişdir. Hüquq müdafiəçilərinin məlumatına görə, toqquşmalarda Suriya Silahlı Qüvvələrinin azı 23 üzvü, həmçinin yerli komandirlərindən biri Əhməd Əyyub da daxil olmaqla azı 9 üsyançı həlak olmuşdur. == Zəmin == Ər-Rəstan yaxınlığındakı ərazi 2011-ci ilə qədər üsyançılarla Suriya ordusu arasında ilk və ən ciddi silahlı toqquşmalara səhnə olmuşdur. Suriya ordusu bir neçə dəfə şəhərə nəzarəti ələ keçirsə də, şəhər yenidən üsyançıların əlinə keçmişdir. Onun paytaxt Dəməşqi ölkənin şimalı ilə birləşdirən magistral yol boyunca strateji yerləşməsi və ərazi ayrı-ayrı bölmələrdən qaçanlara Suriya ordusunun kolonnoları, hərbi ləşfiyyat və hökumətyönlü milislər tərəfindən idarə olunan yol maneələrinə hücumlar qurmağa kömək etmişdir. == Döyüş == Suriya İnsan Haqları Monitorinq mərkəzinin məlumatına görə, 14 mayda Rəstən şəhərində üsyançılarla şiddətli toqquşmalarda iyirmi üç suriyalı hərbçi həlak olmuş, onlar üç zirehli maşını məhv etmişdilər.
Rştuni
Rştuni (erm. Ռշտունի) — Rştunik bölgəsini idarə edən qədim erməni zadəgan sülaləsi. == Mənşə == İddiaya görə, sülalə Urartu hakimi I Rusasın nəslindən gəlirdi, lakin Movses Xorenlinin "Ermənistan tarixi" əsərinə görə, Rştuni Süni sülaləsinin bir qolu idi. == Tarixi == Sülalənin ilk bilinən üzvü təxminən 330-cu ildə anadan olan Mənuçöhr Rştuni idi. Qardaşı Zora və şahzadə Vaçe Artsruni ilə birlikdə Ermənistan çarı Tirana qarşı üsyan qaldırmışdır. Çar iki ailənin də məhv edilməsini əmr etmiş, lakin Savasp Artsruni və Tacat Rştuni sağ qalmışdır.VII əsrin əvvəllərində sülalənin ən əhəmiyyətli üzvü və aparıcı siması Feodor Rştuni idi. O, 638-ci ildən 655-ci ilə qədər Ermənistan mərzbanı və sonradan çarı idi. O, Ermənistanı Bizans və ərəblərdən qorumağa çalışırdı. Sasani imperatorluğunun süquta uğramasından sonra 642-ci ildə müsəlmanların Ermənistana hücumları başlamışdır. Nəticədə, Feodor xəlifə tərəfindən Dəməşq şəhərinə sürgün edilmişdir.
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Ərəstu
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…], Stagir[d], Makedoniya İmperiyası[d][…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Əstup
Əstup[mənbə göstərin] (sanskr. स्तूप, stūpa, "yığın, topa", q.türk Estup[mənbə göstərin]), bardaş qurub oturmaq üçün dağcıq və yarımkürəyə bənzər şəkildə bir tapınaqdır. Maraqlı memarlıq stilində qurulan bu tikinti ibadət və dualar üçün istifadə olunur.