RƏSSAM
RƏŞADƏT
OBASTAN VİKİ
Rəsul Səlimov
Rəsul Səlimov (26 dekabr 1981) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Rəsul Səlimov 1998-ci ilin noyabrında imza atdı. Rumıniyanın Buxarest şəhərində baş tutan U-20 Avropa Çempionatında Rəsul Səlimov turnirin bürünc medalına sahib oldu. Bir il sonra, 1999-cu ilin mayında isə Rəsul Səlimov Bratislava şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin ilin noyabrında Rəsul Səlimov həm də İtaliyanın Roma şəhərində baş tutan U-20 Avropa Çempionatında növbəti dəfə bürünc medala sahib oldu. 2000-ci ilin mayında Rəsul Səlimov Polşanın Vrotslav şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin ildə Rəsul Səlimov Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Rəsul Səlimovun olimpiadanın 1/16 final mərhələsində rəqibi Çili nümayəndəsi Qabriel Lama oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Səlimov rəqibinə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kanada cüdoçusu Keyt Morqan oldu.
Kadam Rəsul
Qadam-e-Rəsul ( ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidi ətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Qadam Rəsul
Qadam-e-Rəsul ( ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidi ətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Rəsul (Uçalı)
Rəsul (başq. Рәсүл, rus. Расулево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İmanqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 15 km, kənd sovetliyindən (İmanqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Rəsul Balayev
Rəsul Ənvər oğlu Balayev (2 avqust, 1956)— iqtisad elmləri doktoru, professor. == Həyatı və fəaliyyəti == Rəsul Balayev 1956-cı ilin avqustun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. 1973-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfaтı İnstitutunda oxumuş, institutu "İqtisadi məlumatların mexaniki üsulla işlənməsinin təşkili" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1981-ci illərdə Ümumittifaq Elmi-Тədqiqat Layihə-Тexnoloji İnstitutunun Azərbaycan filialında işləmişdir. 1981-1984-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutun əyani aspiranturasında təhsil almışdır. 1987-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 2001-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır. 1985-1989-cu illərdə D.Bünyadzadə adına AzXТİ-də elmi işçi, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent işləmişdir. Hazırda həmin universitetin professoru və "İnformatika" kafedrasının müdir əvəzidir. 4 monoqrafiyanın, bir neçə dərslik,dərs vəsaiti, kitabçanın, ölkədə və xaricdə çap olunmuş 80-dən artıq (cəmi 100 çap vərəqindən artıq həcmdə) elmi məqalənin müəllifidir.
Rəsul Bayram
Rəsul Bayram oğlu Quliyev (10 dekabr 1947, Qazançı, Culfa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının (GAP-ın) fəxri üzvü. == Həyatı == Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub. Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur. 9 yaşında atası vəfat etmişdir. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft ve Kimya İnstitutunadaxil olur. 1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır. 1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir.1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir. İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir, buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir.
Rəsul Cəfərov
Rəsul Cəfərov (17 avqust 1984, Bakı) – azərbaycanlı hüquq müdafiəçisi. Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edildi. O, Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham olundu və 2015-ci il aprelin 16-da 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Rəsul Cəfərovun həbs edilməsindən dərhal sonra yerli və beynəlxalq insan haqları qurumları tərəfindən Azərbaycan iqtidarına, onun azad edilməsi üçün çağırışlar edilməyə başlanıldı. "Freedom House" və "Amnesty International" insan haqları qurumları Rəsul Cəfərovu siyasi məhbus olaraq tanıdı. ABŞ-nin Azərbaycan Səfirliyi və Dövlət Departamenti, habelə Avropa Şurası Parlament Assambleyası (AŞPA), "Amnesty International", "Freedom House" və "Human Rights Watch" Azərbaycan iqtidarına Rəsul Cəfərovun azad edilməsi üçün dəfələrlə çağırışlar etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli Sərəncamı ilə əfv edildi. == Həyatı == Rəsul Ağahəsən oğlu Cəfərov 1984-cü il avqustun 17-də Bakı şəhərində anadan olub. 1990–2000-ci illərdə Bakı şəhərində 20 №-li məktəb-liseyi bitirən Rəsul Cəfərov, 2000–2004-cü illərdə Qərb Universitetində "beynəlxalq hüquq" ixtisası üzrə bakalavr təhsili, 2004–2006-cı illərdə isə həmin universitetdə "Avropa hüququ" ixtisası üzrə magistr təhsili alıb. 2006–2007-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olan Rəsul Cəfərov, 2018-ci ildə Mərkəzi Avropa Universitetində (CEU) "Konstitusiya hüququ" üzrə magistr təhsili alıb.
Rəsul Həmzətov
Rəsul Həmzətoviç Həmzətov (8 sentyabr 1923, Sada kəndi, Xunzax rayonu, Dağıstan — 3 noyabr 2003, Moskva, Rusiya) — tanınmış avar şairi, yazıçısı, publisist, siyasi xadim. == Həyatı == Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açmışdır. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olmuşdur. Rəsul Həmzətov özünün ilk şerini 11 yaşında yazmışdır. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmuşdur. 1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdır. Ancaq burada o, uzun müddət işləmir. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, "Bolşevik qor" qəzetində və radioda işləmişdir. 1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunur.
Rəsul Mirhəşimli
Rəsul Mirhəşimli (1968, Qubadlı rayonu) — müxbir, redaktor, araşdırmaçı-jurnalist, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri, Birinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Rəsul Mirhəşimli 1968-ci ildə Qubadlı rayonunda anadan olub. 1985-ci ildə Qara İlyasov adına Qubadlı şəhər 1 saylı orta məktəbi bitirib. 1986–88-ci illərdə sovet ordusu sıralarına hərbi xidmətdə olub. 1991-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2000-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun sıralarında Qubadlı rayonunun müdafiəsində, Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı keçirilən əməliyyatlarda iştirak edib. == İctimai fəaliyyəti == 1993-cü ildən Azərbaycan mətbuatında məqalələrlə çıxış edir. Jurnalistlik fəaliyyəti zamanı Azərbaycanda nəşr olunan müxtəlif mətbuat orqanlarında müxbir, parlament müxbiri, redaktor və baş redaktor vəzifələrində işləyib. "Qafqazinfo" saytında çalışıb. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şöbə müdirinin müavini vəzifəsində işləyib.
Rəsul Mirzayev
Rəsul Mirzayev (30 mart 1986, Qızılyar, Dağıstan MSSR) - əslən Dağıstanlı rus MMA döyüşçüsü. 1986-cı ildə Dağıstanın Qızlar şəhərində anadan olmuşdur. Dəfələrlə Pankration və Döyüş Sambosu üzrə Rusiya və beynəlxalq yarışların qalibi həmçinin Qarışıq döyüş sənəti (MMA) üzrə keçirdiyi döyüşlərdə məğlub olmamışdır. == Həbsi == 13 avqust 2011-ci ildə "QARAJ" adlanan klubda Rusiya Polis Akademiyasının tələbəsi olan İvan Aqofonov və Rəsul Mirzayev arasında baş vermiş kiçik mübahisə sonradan ikincinin boksda "bakavoya"(yandan zərbə) adlandırılan zərbə ilə İvanın çənə nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnmişdir. Boyu 190 sm olan İvan Aqofonov aldığı zəbədən yerə sərilmiş, nakaulta düşmüş bir qədər sonra isə ətrafdakıların və dostlarının köməyi ilə özünə gəlmiş və yaxınlığdakı 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin diaqnozuna görə zərərçəkmiş baş-beyin travması almışdır. Bir müddət həkim nəzarətində müalicə alan İvan onların səyinə baxmayaraq 18 avqust gecəsi düşdüyü komadan ayılmamış və vəfat etmişdir. Bu hadisədən sonra şübhəli qismində saxlanılan Mirzayev məhkəmənin qərarı "Ehtiyatsızlıqdan ölümə səbəb olma (RF CM 109-cu maddəsi)" maddəsinə əsasən 15 il müddətə azadlıqdan məhrum edilir və 100.000 rubl cərimə edilir. 27 noyabr 2012-ci ildə yenidən ekspertiza təşkil edildi və bu həbs qərarına bir daha baxıldı və bəzi qaranlıq məqamlara aydınlıq gəlir və iki il təcdirxana həyatı yaşayan Mirzayev 21 yanvar 2013-cü ildə sərbəst buraxılır.
Rəsul Qazımətov
Rəsul Kamaləddin oğlu Qazımətov (14 iyun 2001; Qusar rayonu, Azərbaycan — 14 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəsul Qazımətov 2001-ci il iyunun 14-də Qusar rayonunun Qayakənd kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2008-2019-cu illərdə Qusar şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəsul Qazımətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 14-də Hadrutun azad edilməsi zamanı bədənindən üç güllə yarası almasına baxmayaraq döyüşməyə davam edən Rəsul Qazımətov, Ermənistan tərəfinin atdığı sonuncu, dördüncü güllənin başına dəyməsi nəticəsində şəhid olub. Bir həftə nəşi neytral ərazidə qaldıqdan sonra oktyabrın 21-də Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Qazımətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Qazımətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəsul Quliyev
Rəsul Bayram oğlu Quliyev (10 dekabr 1947, Qazançı, Culfa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının (GAP-ın) fəxri üzvü. == Həyatı == Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub. Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur. 9 yaşında atası vəfat etmişdir. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft ve Kimya İnstitutunadaxil olur. 1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır. 1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir.1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir. İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir, buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir.
Rəsul Rza
Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910, Göyçay – 1 aprel 1981, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951). == Həyatı == Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. "Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində R. Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir: Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, "Molla Nəsrəddin", rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış.
Rəsul Rzayev
Rəsul Rəsulzadə
Rəsul Rəsulzadə — (1914-1938) - Repressiya qurbanı. Məhəmməd Əmin Rəsulzadənin oğlu. Rəsul ailəsiylə birgə Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki 129-cu evdə yaşayıb. O. 1926-cı ildə oxumağa başlayıb və 1933-də Bakıda 9 saylı orta məktəbi bitirib. Həmin il Maliyyə-İqtisad Texnikumuna girib və oranı 1936-da bitirib. Keçmiş maliyyə komissarı (naziri) Nəsir Tağıyev və həmin komissarlığın kadr bölümünün müdiri Abbas Sadıqovun tövsiyəsi ilə Biləsuvar Rayon Maliyyə Şöbəsinə yerli büdcə üzrə müfəttiş təyin edilib və orada işləməyə başlayıb. 1937-nin martında onu Xızı Rayon Maliyyə Şöbəsinə eyni vəzifəyə dəyişdiriblər. Noyabrda ailəsi sürgün edilib. 7 dekabrda onun həbs olunması üçün sənədlər hazırlanıb, ancaq nədənsə, bu həbs yalnız 15 yanvar 1938-ci ildə gerçəkləşdirilib. Tutuqlanmaya əsas: "Məhəmmədəmin Rəsulzadənin oğludur" və "əksinqilabi iş aparıb".
Rəsul Sultanov
Rəsul Sultanov Hacı oğlu (1899, İlisu, Zaqatala dairəsi – 1970) — coğrafiya elmləri doktoru. == Həyatı == R.H.Sultanov Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində doğulmuşdur. 1924–1929-cu illərdə indiki Neft Akademiyasının tələbəsi olmuşdur. 1939-cu ildə həmin Ali təhsil müəssisəsinin aspiranturasını bitirmişdir. == Elmi fəaliyyəti == Qafqazın ön dağlıq hissəsinin tufagen-vulkanik süxurlarının yaşı" mövzusunda, namizədlik 1955-ci ildə isə "Böyük Qafqazın Cənub yamacının tektonik və geomorfoloji quruluşu (faydalı qazıntı yataqlarının aşkar edilməsi ilə əlaqədar)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1930–1937-ci illərdə Respublika geoloji kəşfiyyat idarəsində goloji partiya rəisi, 1937–1950-ci illərdə Azərbaycan EA Geologiya institutunun böyük elmi işçisi, 1950–1952-ci illərdə Azərbaycan Pedaqoji institutunda dosent, 1952–1955-ci illərdə kafedra müdiri, 1955–1958-ci illərdə BDU-nun geologiya fakultəsində dosent vəzifəsində işləmişdir. 1958–1970-ci illərdə Azərbaycan EA Coğrafiya institutunda paleocoğrafiya şöbəsinin müdiri olmuşdur. 1946-cı ildə Azərbaycanda fosforit yatağının tapılması münasibətilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan ərazisində dördüncü dövr paleocoğrafi təkamülün elmi araşdırılması ilə ilk dəfə o məşğul olmuşdur. Bu sahədə bir neçə silsilə elmi əsərlərin müəllifi olmuşdur.
Rəsul Süleymanlı
Rəsul Kamil oğlu Süleymanlı (19 yanvar 2002, Zaqatala – 27 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəsul Süleymanlı 2002-ci il yanvarın 19-da Zaqatala şəhərində anadan olub. 2008-2017-ci illərdə Zaqatala şəhər Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rəsul Süleymanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəsul Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə snayperçi kimi iştirak edib. Rəsul Süleymanlı sentyabrın 27-də Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Oktyabrın 25-də Zaqatala şəhərində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rəsul Süleymanov
Rəsul Təvəkkül oğlu Süleymanov — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi veteranı. == Hərbi xidməti == Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovik-leytenantı olan Rəsul Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanov "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanov "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Zəngilanın azad olunmasına görə" medalı təltif edildi.
Rəsul Tağıyev
Rəsul Afiq oğlu Tağıyev (18 avqust 1976) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətlə işlər üzrə rəis müavini, Çevik Hərəkət Qüvvələrinin sabiq komandanı, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri, Vətən müharibəsi iştirakçısı. == Hərbi xidməti == Rəsul Tağıyev 1976-cı il avqustun 18-də Azərbaycan SSR-də anadan olub. Bakının Azadlıq meydanında keçirilən hərbi paradlardan 2-də Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularından ibarət parad heyətinə rəhbərlik edib — biri 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən paradda polkovnik hərbi rütbəsində, digəri isə 2020-ci il dekabrın 10-da Vətən müharibəsində əldə edilən zəfər münasibətilə keçirilən hərbi paradda general-mayor ali hərbi rütbəsində. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2004-cü il tarixli Sərəncamına əsasən kapitan Rəsul Tağıyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 86-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2005-ci il tarixli Sərəncamına əsasən mayor Rəsul Tağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2010-cu il tarixli Sərəncamına əsasən polkovnik-leytenant Rəsul Tağıyev "İgidliyə görə" medalı ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli 3099 nömrəli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2016-cı il tarixli 2274 nömrəli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2018-ci il tarixli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
Rəsul Xətibi
Rəsul Xətibi Sentyabr.22 1978 də İranının Təbriz şəhərində anadan olub. O indi bir peşəkar futbolçudur və Təbrizin Traktor Sazi klubunun baş məşqçisidir.
Rəsul Yunan
Rəsul Yunan Şair, yazıçı, tərcüməçi. Yunan 1969 ilində Urmu gölünə yaxın bir kənddə doğuldu. Rəsul Yunan əsərlərini Azərbaycan və Fars dillərində yazır. Rəsul yunan farsca dilində minimal yazıları üçün tanınmışdır. Yunanənən şe'rlərindən Tehranda Ərməni dilinə tərcümə olubdur. İndilikdə Rəsul Yunan Tehranda yaşayır. == Əsərləri == Camaka(جاماکا) (Azərbaycanca) Taksi (تاکسی)(Azərbaycanca) Sənin xoş iyin(بوی خوش تو)(Azərbaycan Respublikasının müasir şeiri-Fars dilinə tərcümə) Duel(oyun)(Azərbaycanca) == Yaradıcılığı == Sənə düşünmək Sənə düşünmək Həyata düşünməkdir Torpaq altında Dar-düdük bir qəbirdə Günəşə düşünməkdir Qarlı gecəde. Qıfıllanmamış qapılara Qaçmağa düşünməkdir həbsxanada Sənə düşünmək dəyərlidir Ən azı Adamın qəlbindən Bir bulaq coşar Bir at gələr orada su içər Bir quş gələr urada oxuyar...
Rəsul Çunayev
Rəsul Abakar oğlu Çunayev (7 yanvar 1991; Balakən rayonu, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Rəsul Çunayev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Rəsul Çunayev həmçinin 2015-ci ildə Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Rəsul Çunayev 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının qızıl medalını qazanıb. Rəsul Çunayev həmçinin 2014 və 2018-ci illərdə Avropa Çempionatının gümüş medallarına sahib oldu. 2013-cü ildə o, Kazan Universiadasının da qalibi olub. Rəsul Çunayev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Karyerası ərzində 37 beynəlxalq yarışa qatılan Rəsul Çunayev onların 13-də qızıl medal, 6-da gümüş medal, 12-də isə bürünc medal qazanıb. Rəsul Çunayev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir. == Həyatı == Rəsul Abakar oğlu Çunayev 1991-ci il yanvarın 7-də Balakən rayonunun Yeni Şərif kəndində anadan olub.
Rəsul İbrahimov
Rəsul İbrahimov (doğ. 13 avqust 1981, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq qrosmeyster (2008). O, kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində Olimpiada (2002, 2004) və Avropa (1999, 2001, 2003) çempionatlarının iştirakçısı olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Rasul Ibrahimov. Chess-DB.com Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine (ing.) Rasul Ibrahimov. Chessgames.com (ing.) Rasul Ibrahimov.
Rəsul İlyasov
Rəsul Niftalı oğlu İlyasov (12 iyul 1975, Yeni Daşkənd, Bərdə rayonu – 28 oktyabr 1995, Bakı) — Bakı şəhər metrosunda baş verən yanğın nəticəsində həlak olmuş tələbə. == Həyatı == Rəsul İlyasov 12 iyul 1975-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. Yeni Daşkənd kənd orta məktəbi ilə bərabər Bərdə şəhər 1 saylı Musiqi Məktəbində də təhsil almışdır. 1992-ci ildə orta məktəbi bitirmiş və 1993-cü ildə Bakı Ali Menecer Kollecinə daxil olmuşdur. 28 oktyabr 1995-ci ildə Bakı şəhər metrosunda baş verən yanğın nəticəsində həlak olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn edilmişdir.
Rəsul Şahverdiyev
Rəsul Şahverdiyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Rəsul Şahverdi oğlu Şahverdiyev 15 yanvar 1950-ci ildə Laçın rayonunun Uvannovu kəndində doğulub. 1957-ci ildə Laçın rayon Ağanus kənd orta məktəbinin I sinfinə getmiş, 1967-ci ildə orta təhsilini başa vurmuşdur. 1968-ci ildə ordu sıralarına çağırılan Rəsul həqiqi hərbi xidmətini Rostov şəhərində çəkib. 1971-ci ildən Laçın rayon polis şöbəsində işləyirdi. 1988-ci ildən başlayaraq şöbənin əməkdaşları ilə birgə laçın rayonunun Ermənistanla həmsərhəd kəndlərinin müdafiəsində fəal iştirak edib. Rəsul ən təhlükəli əməliyyatlara qardaşı Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevlə birlikdə gedər, döyüş tapşırıqlarını məharətlə yerinə yetirərdi. O, illərlə çətin və məsuliyyətli polis xidməti çəkərək peşəkar əməliyyatçıya çevrilmiş, ağır müharibədə igidliklə iştirak edərək cəsur kəşfiyyatçı olmuşdur. Rayonun Cicimli, Uvannovu kəndlərinin erməni quldurlarından qorunmasında şəxsi igidlik nümunısi göstərib. 1992-ci ildə Laçının süqutundan sonra Kəlbəcərlə həmsərhəd olan kəndlərin azad olunması uğrunda gedən döyüşlərin hamısında şücaət göstərib.
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu (16 dekabr 1907 – 2001) — Optika və molekulyar fizika kafedrasının professoru. == Həyatı == Abuzər Rəsulov 1907-ci ilin 16 dekabrında Şəki şəhərində dəmirçi ailəsində anadan olmuşdur. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik etmişdir. == Təhsili == 1920 və 1921-ci illərdə nümunə-zəhmət məktəbində, 1921-ci ildən 1925-ci ilə qədər isə Şəki Müəllimlər Seminariyasında oxumuş, oranı bitirdikdən sonra 10 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 1926 və 1927-ci illərdə 7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsindən yaranmış birləşmiş məktəbin müdiri vəzifəsində işləmişdir. İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır. == Elmi adları == A.M. Rəsulov 1951-ci ildə "Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması" mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə "Rezinin deformasiya və quruluşu" mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür. == Elmi Fəaliyyəti == A.M. Rəsulov 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmiş və "Azsənaye Şurası"nın Şəkidə olan "Sənaye Texnikomu"na Fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. 1934-cü ildə bu texnikom Şəki şəhərindən Bakıya köçürülmüşdür.
Azərbaycan şairi Nizami (Rəsulzadə)
"Azərbaycan şairi Nizami" (türk. Azerbaycan Şairi Nizami) — Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri. M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. == Haqqında == Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı, zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və tərcümə əsərləri irsi vardır. M.Ə.Rəsulzadənin ilk şeiri "Müxəmməs" 1903-cü ildə Tiflisdə nəşr edilən "Şərqi-rus" qəzetində çap olunmuş, yazdığı "Qaranlıqda işıqlar" adlı ilk pyesi 1908-ci ilin dekabrın 5-də tamaşaya qoyulmuşdur. M.Ə.Rəsulzadə sonradan mühacirətdə yaşadığı illərdə Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın yaradıcılığını araşdırmış, təhlil etmiş, dəyərləndirmişdir. M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr edilən "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" kitabında, 1928-ci ildə "Türk ili" məcmuəsində çap olunan "Qafqasya türkləri" əsərində Nizaminin adı qısa məlumatla verilmişdir. M.Ə.Rəsulzadənin Nizami haqqında geniş araşdırmalara əsaslanan əsərini yazması İkinci Dünya müharibəsinin başlanmasından (1939-cu il, sentyabr) sonraya təsadüf edir. Məhəmməd Əmin Rəsulzadə monoqrafiyanı 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, İkinci Dünya müharibəsi və həyatının çətinlikləri səbəbilə ilk dəfə 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada Milli Təhsil Nəşriyyatında nəşr edilib. Kitab "Müəllifdən", "Başlanğıc"dan, dörd bölümdən, "Əlavələr"dən, "Biblioqrafiya"dan, "Nizamidən mətnlər"dən, "İndeks"dən, "Mətn xarici rəsmlər"dən ibarətdir.
Ağa Rəsul Əttar
Ağa Rəsul Əttar — XIX əsrdə yaşamış şair. == Həyatı == XIX əsrdə Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi birliyinin üzvlərindən biri olmuşdur. Fəqir Ordubadi və onun oğlu Məmməd Sədi Ordubadinin əsəsrlərində Ağa Rəsul Əttar haqqında məlumat vardır. Fars dilində də əsərlər yazmışdır.Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanan cünglərdə qəzəllərindən nümunələr mühafizə olunmuşdur. Məmməd Səid Ordubadi Ağa Rəsul Əttarı "Əncüməni-şüəra"da fəaliyyət göstərən şairlər deyil, şeir maraqlıları sırasında göstərmişdir.
Ağacan Rəsulov
Ağacan Əfsər oğlu Rəsulov (10 sentyabr 1997, Xəlfəli, Sabirabad rayonu – 8 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacan Rəsulov 1997-ci il sentyabrın 10-da Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub. 2004-2015-ci illərdə Xəlfəli kənd tam orta məktəbində təhsil alıb və bitirdiyi 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağacan Rəsulov da səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Ağacan Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağacan Rəsulov noyabrın 8-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağahüseyn Rəsulzadə
Ağahüseyn Əli oğlu Rəsulzadə (1884, Bakı – 1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilmişdir. Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928–1933).
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənddir. Düz Rәsullu inzibati әrazi dairəsinin mərkəzidir. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb.
Düz Rəsullu bələdiyyəsi
== Tarixi == Düz Rəsullu bələdiyyəsi - Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisində 1999-cu ildə yaradılmış bələdiyyədir. == Əhatə dairəsi == Düz Rəsullu bələdiyyəsinin əhatə etdiyi ərazilərə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli , Şınıx , Təkyemişan və Turşsu kəndlərinin əraziləri daxildir. Düz Rəsullu bələdiyyəsi həmin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Gədəbəy rayonunun Düz Rəsullu bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır, Düz Rəsullu və Şınıx bələdiyyələrinin hüquqi varisidir. Bələdiyyənin ünvanı: Gədəbəy rayonunun Düz Rəsullu kəndidir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkilərinin nəticələrinə görə Qurbanov Ələddin Nurəddin oğlu Düz Rəsullu bələdiyyəsinin sədri seçilmişdir.
Elcan Rəsulov
Elcan Etibar oğlu Rəsulov (22 fevral 1987, Bakı) — azərbaycanlı aktyor və televiziya aparıcısı. == Həyatı və karyerası == Elcan Rəsulov 1987-ci il 22 fevral tarixində Qubadlı rayonunda anadan olub 1992-ci ildə birinci sinfə daxil olub. Məktəbdə oxuyarkən 1999-cu ildən İ. Əbilov adına mədəniyyət mərkəzinin tərkibində yerləşən, əməkdar artist Tofiq Bayramovun rəhbərlik etdiyi "Xalq Teatrı"nın, daha sonra isə elə həmin mərkəzin tərkibində fəaliyyət göstərən Mirəhməd Əsgərovun rəhbərlik etdiyi "Poeziya Teatrı"nın üzvü olub. Dəfələrlə keçirilən festival və yarışların qalibi və laeuratı olub. Məktəbdə oxuduğu müddətdə 2002-ci ildən Qüdrət Həsənovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına "Cənnət Teatrı" na daxil olub. Müxtəlif tamaşalarda çıxış edib. Elə həmin illərdə ANS telekanalında yayımlanan "Qulp" verilişində aktyor kimi çıxış edib. "Qulp" layihəsinin daxilində hazırlanmış "Qoyun Realiti ŞOU"sunda aparıcılıq edib. 2003-cü ildə Yasamal rayonu 52 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub.
Eldəniz Rəsulov
Eldəniz Qeybulla oğlu Rəsulov (30 aprel 1952, Qax)— Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Rəsulov Eldəniz Qeybulla oğlu 30 aprel 1952-ci ildə Qaxda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. 1971-ci ildən bədii filmlərə çəkilir: "Sevinc buxtası" (Seyidov), "Babək" (Azin), "Anlamaq istəyirəm" (Zeynal), "Nizami" (Maxan, Bəşir), "Gümüşgöl əfsanəsi" (Fərid), "Şeytan göz qabağında" (Zeynal), "Ovsunçu" (kəndxuda) və s. Azərbaycan Televiziyası və Lider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edir. Dramaturq Qeybulla Rəsulovun oğludur. 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Eldəniz Rəsulov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Elxan Rəsulov
Elxan Rəsulov — (doğ. 23 mart 1960) keçmiş Azərbaycanlı qapıçı. Hal hazırda Almaniyada yaşayır və Almaniyanın Xerforder futbol klubunun qapıçıların məşqçisidir. == Şəxsi həyatı == 23 mart 1960-cı ildə Bakı şəhərinda anadan olmuşdur. Rəsulov futbolla, "Neftçi" nin təlim komandasında məşqul olmağa başlayıb. 17 yaşına qədər komandanın birinciliyində çıxış etdi. Məzun olduqdan sonra avtomatik olaraq "Neftçi" nin əsas komandasında oyanmağa başladı. == Karyerası == Rəsulov 1978-ci ildə Neftçi-nin heyətində, Moskvada 1980 Olimpiya oyunlarına hazırlaşan SSRİ olimpiya futbol komandasına qarşı yoldaşlıq oyunları oynadı. Elə həmin vaxtlarda o, Rinat Dasayevlə tanış oldu. Rəsulovun "Neftçi" nin heyətində rəsmi debütü 1979-cu ildə baş tutub və Moskva "Dinamo" nun rəqibi olub.
Təbriz Rəsulzadə
Təbriz Rəsulzadə (tam adı: Təbriz Əfrayim oğlu Rəsulzadə; 1993 və ya 5 fevral 1993, Cəlayir, Qax rayonu – 2020 və ya 27 sentyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Təbriz Rəsulzadə 1993-cü il fevralın 5-də Qax rayonunun Cəlayir kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Təbriz Rəsulzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Təbriz Rəsulzadə sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Rəsulzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamı ilə Təbriz Rəsulzadə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
Xəzər Rəsulov
Xəzər Mail oğlu Rəsulov (7 oktyabr 1987; Yevlax rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəzər Rəsulov 1987-ci il oktyabrın 7-də Yevlax rayonunun Xanabad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəzər Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəzər Rəsulov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Rəsulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Çay Rəsullu
Çay Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çay Rəsullu oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Axınca çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 19-cu əsrin birinci yarısında Abşerondan və Şamaxı şəhərindən gələn köçkünlər yaratmışlar. İlk əsası Alı adlı bir qoca və onun beş oğlu tərəfindən qoyulan Cay Rəsullu və Bəydəmirli kəndləri sonralar ətraf kəndlərin məskunlaşmasında böyük rol oynamışlar. Oykonim çay və Rəsullu (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Rəsullu kəndi" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Mərhum İsmayılov Fərhad - görkəmli ziyalı; Mərhum Qəhrəmanov İlyas - müxtəlif yüksək vəzifələrdə işləmiş ziyalı; Şair Cəfər; Habil şınıxlı - görkəmli musiqiçi, bəstəkar Quliyev Cahangir - ustad aşıq Quliyev Qəzənfər Nazim Bəydəmirli — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. İqtisad elmləri namizədi.
Çingiz Rəsulov
Çingiz Rəsulov (tam adı: Çingiz Qnyaz oğlu Rəsulov; 31 avqust 1949, Ələt) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Tsikloalkilfenolların kimyası və texnologiyası" laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Çingiz Qnyaz oğlu Rəsulov — 31 avqust, 1949-cu ildə Azərbaycan Respublikası, Qazıməmməd rayonunun Ələt qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə Yevlax şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 1971–1973-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra 1974-cü ilədək Yevlax Zonal Qaz İB-də əvvəl mühəndis, sonra texniki-istehsalat şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiran-turasının ğündüz şöbəsinə daxil olub, 1977-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. Rəsulov Çingiz həmin İnstitutda əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru elmi dərəcəsini, 2012-ci ildə isə professor elmi adını almışdır.
Ümbülbanu Rəsulzadə
Ümbülbanu Rəsulzadə (1888, Rusiya imperiyası – 1940, Qazaxıstan SSR) — Azərbaycanın birinci xanımı, Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı. == Həyatı == === Ailəsi === 1908-ci il 31 yanvarda Məhəmməd Əmin Rəsulzadə ilə ailə qurub. Ümbülbanu xanım həm də onun əmisi qızı idi. Övladları: Qızı Lətifə — 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını "Müsavat" Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana –Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır.
Şeyx Rəsul ağa Nardarani
Şеyx Rəsul ağa Nardarani — == Həyatı == Şеyx Rəsul ağa Nardarani 1881-ci ildə Nardaranda anadan olmuşdur. Şеyx Rəsul Ağarəbi oğlu ilk təhsilini doğma kəndində aldıqdan sonra İranın Qum şəhərinə yollanır. Bir müddət orada təhsil aldıqdan sonra еlm mərkəzi olan Nəcəfə gеdir. Üst-üstə 25 il təhsil alan Şеyx Rəsul ağa doğma kəndi Nardarana qayıdır. O, çox hеybətli və qarayanız bir şəxs olduğuna görə еl arasında "Qara Axund" kimi tanınmışdır. Şеyx Rəsul ağa Nəcəfdə təhsil almağa gеdən zaman orada müxtəlif alimlərin dərslərində iştirak еdir, hər bir dərsdə müəllimin soruşduğu suallara hamıdan öncə cavab vеrərmiş. Onun bu cür istеdada malik olduğunu görən ustad ona bildirir ki, sən artıq təhsilini tamamlamısan. Amma Şеyx Rəsul ağa Nəcəfdə təhsil almaq arzusunu ona bildirir. Еlə bu hadisədən sonra Şеyx Rəsul ağa 12 il həmyеrliləri Şеyx Əhməd, Şеyx Həsən ağa, Şеyx Baqir ilə birlikdə Nəcəfdə təhsil alır. Şеyx Rəsul ağa dini еlmlərlə yanaşı dünyəvi еlmlərə də yiyələnmişdir.
Əsgər Rəsulov
Əsgər Adil oğlu Rəsulov (3 mart 1954, Naxçıvan) — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi (2018-ci ildən). == Həyatı == Əsgər Adil oğlu Rəsulov 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olub. O, 1960–1970-ci illərdə Naxçıvan şəhərində Əkbər Ağayev adına 1 nömrəli orta internat məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub və 1971–1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur. == Fəaliyyəti == Əsgər Rəsulov universiteti bitirdikdən sonra dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi işləyib.1980-ci ildən bu günə qədər BDU-də baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir. O, 1989–1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent vəzifəsində işləmişdir. Əsgər Rəsulov 1983-cü ildə "Türk ədəbiyyatında oçerk janrı" mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları" mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Hüseyn Rəsulov
Hüseyn Əvəz oğlu Rəsulov (21 fevral 1929, Müskürlü, Göyçay qəzası – 2 sentyabr 1986, Bakı) — Azərbaycan inşaatçı-mühəndisi, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan SSR əməkdar inşaatçısı, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Hüseyn Əvəz oğlu Rəsulov 21 fevral 1929-cu ildə Göyçay qəzasının (sonralar Göyçay rayonu) Müskürlü kəndində anadan olmuşdur. 1943-cü ildən 1949-cu ilədək Göyçay rayonundakı Lenin adına kolxozda çalışmışdır. Suvaqçılar hazırlayan fabrik-zavod şagirdliyi məktəbində təhsilini başa vurduqdan sonra Bakının müxtəlif tikinti təşkilatlarında suvaqçı işləmişdir. 1962-ci ildən Azərbaycan SSR Tikinti Nazirliyinin (1967-ci ildən Sənaye Tikintisi Nazirliyinin) 4 nömrəli tresti sistemində çalışmış, 1976-cı ildən həyatının sonunadək həmin trestin 46 nömrəli tikinti idarəsində kompleks tikinti briqadasına (suvaqçılar briqadası) başçılıq etmişdir. Hüseyn Rəsulov Bakıda asbest-şifer kombinatının tikintisində Bakı neftayırma zavodundakı koks qurğusunun ucaldılmasında, dəmiryol vağzalının inşasında, tikinti maşınları təmiri zavodunun, müxtəlif yaşayış binalarının istifadəyə verilməsində, Bakı məişət kondisionerləri zavodunun mozaik döşəmələrinin hazırlanmasında, Bakı neftayırma zavodunda neftin ilkin emalı qurğusunun — "ELOU AVT" qurğusunun tikintisində yaxından iştirak etmişdir. Onun briqadası 1970-ci ildə Azərbaycanda Moskva inşaatçısı Nikolay Zlobinin metodu ilə ilk dəfə işləyən kollektivlərdən biri olmuşdur. Hüseyn Rəsulov 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmiş, Ali Sovetin Tikinti və inşaat materialları sənayesi komissiyasının üzvü olmuşdur. Sov. İKP XXVII qurultayına (1986), Azərbaycan Kommunist Partiyasının XXX və XXXI (1981, 1986) qurultaylarına nümayəndə seçilmişdir.
Rza Rəsuli
Rza Rəsuli (d. 1898, Təbriz, Qacar imperiyası - ö. ?) — Cənubi Azərbaycandan olan siyasətçi və milli fəal. O, Seyid Cəfər Pişəvərinin rəhbərliyində qurulmuş Azərbaycan Milli Hökumətində Ticarət və İqtisadiyyat Nazirliyinin rəhbəri kimi çalışmışdır. 1946-cı ilin dekabr ayında Pəhləvi ordusunun Azərbaycan Milli Hökumətini ələ keçirməsindən sonra onun taleyi məlum deyildir. Güman edilir ki, Pəhləvi ordusunun kütləvi qətlləri zamanı o da qətlə yetirilmiş və ya edam edilmişdir. Bu hökumətin qurulmasından əvvəl o, İran Daxili İşlər Nazirliyində çalışmaqda idi. == Həmçinin bax == Azərbaycan Milli Hökuməti == İstinadlar == == Mənbə == Nosrat-ollah Jahanshahlou. We and Aliens. Tehran.
Rəsulallah məscidi (Bakı)
Rəsulallah məscidi və ya Sədərək məscidi — Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşən məscid. == Tarix == Məscid Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan Sədərək Ticarət Mərkəzinin ərazisində 2007-ci ildə tikilmişdir. Məscid əsasən işçilər üçün nəzərdə tutulmuşdur. == Arxitektura == Məscid iki-mərtəbəli, müasir səkkizbucaqlı bir tikilidir. Məscidin minarəsi yoxdur. İkinci mərtəbədə, məscidin günbəz hissəsində cəmi 14 pəncərə var. Məscidin ərazisinə daxil olan yerdə dördbucaqlı şəklində olan ikinci bir struktur var. Tikili dəstənamaz üçün nəzərdə tutulmuşdur. Məscidin ərazisi hündürlüyü iki metr olan bir çəpərlə əhatə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Координаты мечети".
Rəsulzadə (soyad)
Rəsulzadə — Azərbaycan soyadı. Məhəmməd Əmin Rəsulzadə — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Ümbülbanu Rəsulzadə — Azərbaycanın birinci xanımı Məmməd Əli Rəsulzadə — ictimai xadim, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Rəis Rəsulzadə — Azərbaycanın tanınmış rəssamı.Azərbaycan Rəssamlar İttifaqının üzvü.
Teymur Rəsulov (əsgər)
Teymur Rəsulov ( ) — Birinci Qarabağ döyüşlərində şəhid olmuşdur. == Həyatı == Rəsulov Teymur Vəliağa oğlu 05 fevral 1973-cü ildə Masallı rayonu Mololon kəndində anadan olub. Masallı rayonu Mahmudavar kəndində şəhidlərin xatirəsinə abidə ucaldılmışdır. Şəhid Teymur Rəsulov da burda yer alır. == Təhsili == 1979-cu ildə Masallı rayonu Mololon kənd 8 illik məktəbinə daxil olmuşdur. 1987-ci ildə 8 illik məktəbi bitirmişdir. Daha sonra Lənkəran Peşə məktəbinə daxil olmuş və qaynaqçı peşəsi üzrə təhsil almışdır. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılır. == Hərbi xidməti == 1992-ci ildə hərbi qulluğa Gürcüstana gedir. 7 ay burda qulluq edir.
Tərlan Rəsulov
Tərlan Aqşin oğlu Rəsulov (27 avqust 1968, Bakı) – Azərbaycan teatr rejissoru, Azərbaycanda ilk interaktiv teatr olan dOM Müstəqil Teatrının (dOM Teatrı) yaradıcısı və rəhbəri, spontan aktyorluq metodunun müəllifi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mədəniyyət Mərkəzinin müdiri, Aktyor və rejissor hazırlığı üzrə Eksperimental Teatr laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tərcüməçi, prodüser. Azərbaycan Respublikası Mədəniyyət nazirliyi yanında Ekspert Şurasının üzvü. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. Beynəlxalq teatr festivallarının iştirakçısı və laureatı. "MANIFEST XXL Teatr. Gələcəyə qayıdış"ın müəllifi. == Həyatı == Tərlan Rəsulov 27 avqust 1968-ci ildə Bakı şəhərində aktyor, vokalçı və pedaqoq Aqşin Rəsulov ailəsində anadan olub. Babası Dadaş Rəsulzadə Cənubi Azərbaycanda, Ərdəbil şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul imtahanlarından uğurla keçərək həyat təcrübəsi qazanmağa üstünlük verib. 1986–88-ci illərdə Sovet Ordusunda, Almaniyada Məhdud Sovet Kontingenti sıralarında xidmət edib.
Vüqar Rəsulov
Vüqar Ural oğlu Rəsulov (5 aprel 1991, Gəncə) — azərbaycanlı şahmatçı, qrosmeyster (2011). == Karyerası == Vüqar Rəsulov 5 aprel 1991-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şahmat məktəbinin yetirməsidir. Müxtəlif illərdə Azərbaycanı fərqli yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil edib. 2006-cı ildə Avropa çempionatında 16 yaşlı oğlanlar arasında bürünc, bir il sonra isə eyni yaş qrupunda qızıl medal qazanıb. 2006-cı ilin avqust ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənin Ağrı şəhərində keçirilmiş 5-ci Dünya Gənclər U16 Şahmat Olimpiadasında iştirak edib. 2010 və 2011-ci illərdə 20 yaşadək oğlanlar arasında şahmat üzrə Azərbaycan çempionatının, 2012-ci ildə ildə isə kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.

Значение слова в других словарях