Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İşbara Yabqu
İşbara Yabqu (阿史那烏濕波; v. 705) — Toxaristanın ikinci yabqusu. Atası Tarduş şadı öldürərək hakimiyyətə gəlmişdi. Hakimiyyətə gəlişi 645-ci ildə Kuhistanda sikkə buraxılmasıyla başlamışdı. Pul zərb etdirən ilk Göytürk hökmdarıdır. 653-cü ildə Çin imperatoru tərəfindən təsdiq olunmuşdur. Ərəb sərkərdəsi Abdullah ibn Amirin hücumlarına tab gətirə bilməmiş, hakimiyyəti Bədəxşanla sərhədlənmişdi. Bununla belə Əlinin xəlifəliyi dövründə Nişapur və Sistanı ələ keçirən yabqu III Yezdəgirdin oğlu III Firuzu Sasani şahı kimi hakimiyyətə gətirdi.
İşbara xaqan
İşbara xaqan (581-587) — Aşina sülaləsindən Göytürk xaqanı. Atası Qara İssıq xaqan idi. İşbara xaqan əvvəlcə Amrak xaqanı müdafiə etsə də, daha sonra özü də xaqanlığa iddia etməyə başladı. Həmçinin Taspar xaqanın həyat yoldaşı şahzadə Kiancin ilə evləndi. İmperatriça Çjou sülaləsindən idi deyə dövləti məhv edən Suy sülaləsində nifrət edirdi. İşbara xaqan onun təhriki ilə Çinə yağmalar həyata keçirirdi. 583-cü ildə vətəndaş müharibəsindən istifadə edən imperator Ven qardaşı Yanq Şuanqı İşbaraya qarşı göndərdi. Apa xaqana qarşı mübarizə edə bilməcəyini görən xaqan 584-cü ildə Suy sülaləsinə boyun əymişdi. Bundan istifadə edən İşbara Göytürk imperiyasının şərqini öz əlində saxlamışdı. Çen sülaləsindən gələn qaçqınları qəbul etmişdi.
İşbara Teriş xaqan
İşbara Teriş Tunqa xaqan (əsl adı Aşina Tunqa 阿史那同俄, taxt adı İşbara Teriş xaqan 沙钵罗咥利失可汗) — Göytürk xaqanı. Qardaşı Nişa Tulu xaqandan sonra taxta gəlmişdi. Hakimiyyətə gəldikdən sonra ilk işi Tan sülaləsi ilə dost əlaqələri qurmaq oldu. Nuşibilər Tulular arasındakı mübarizədən bezən xaqan 635-ci ildə onların hərəsini 5 aymaka böldü. Lakin bu yenilik güclənməkdən çox zəifləməyə apardı. Tun Tudunun başçılıq etdiyi həmin tayfalar üsyan etdi və xaqanı devirdilər. Qardaşı Böri şadla Qaraşəhərə qaçan xaqan tezliklə nuşibilərin başçısı Assık Kül-Erkin tərəfindən hakimiyyətə qaytarıldı. Assık Kül-Erkinin vasitəçiliyi ilə İli çayı sülhünü imzalayan tayfalar faktiki olaraq xaqanlığı iki yerə böldülər. Qərbdə Tuluların dəstəklədiyi əslən Şərqi Göytürk xaqanlığından olan İllig xaqanın oğlu Yükük şad hakimiyyətə gəldi, İşbara isə İli çayından şərqdə hakimiyyətdə qalmağa davam etdi. 659-cu ildə Tan sülaləsinin Yeddisunu işğalı nəticəsində İşbara xaqan öldürüldü.
Bilgə İşbara Tamqan Tarxan
Bilgə İşbara Tamqan Tarxan — Göytürk şahzadəsi, şad. == Hakimiyyəti == Atasının ölümündən sonra əmisioğlu Bilgə xaqan tərəfindən şad kimi təsdiq olunmuşdu. Atasının öldürülməsinə baxmayaraq xaqana sadiq olmuş, Tan sülaləsinə axınlarda iştirak etmişdir. 719-cu ilin iyulunda vəfat etmişdir.
Xallıq İşbara Yabqu xaqan
Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır. Atası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi. 651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi: Asiqi Küyü Tegin Qeşu Küye Tegin Basayqan Dunşibo Tegin Asiqi Nişu Tegin Qeşu Çoban Tegin Tulu aymaklarına isə çorlar təyin etmişdi: Çumuqun Çor Xuluvu Kyüe Çor Neşetidun Çor Tuçişi Xeloşi Çor Şunişi Çoban Çor. Xaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə — indiki Sincan və Qansuya hücuma keçdi.
İrbis İşbara Yabqu xaqan
İrbis İşbara Yabqu xaqan (əsl adı Aşina Baobu 阿史那薄布) — Göytürk xaqanı. İl Külüg şadın oğlu idi. Nuşibilərin dəstəyi ilə hakimiyyətə gəlmiş, cəmi 1 il taxtda qalmasına baxmayaq Kuça, Çaç və Səmərqənd kimi əsas şəhərləri əlində saxlamışdı. 641-ci ildə öldürülmüşdür.
Tısbağa
Tısbağalar (lat. Testudines) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Su tısbağalarının ayaq pəncələrində barmaqlarının arasında pərdə vardır. Bu, suda üzməyi asanlaşdırır, sürəti artırır. Bu pərdə quru tısbağalarında olmur. Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz tısbağaları quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzunluğu 2 m, kütləsi 900 kq. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.
Şıxbaba
Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır. Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır.
Conatan (tısbağa)
Conatan ləqəbli tısbağa (1832 - 2014) — dünyanın ən yaşlı tısbağası. İlk dəfə 1882-ci ildə onu ev heyvanı kimi götürmüşdülər. Tısbağaların yetişkin olmağı üçün 50 il vaxt lazımdır. O planetin ən yaşlı canlısı kimi rekord yaratmışdır. Deyilənlərə görə Hindistanda 250 il yaşayan tısbağalar olmuşdur.
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. == Təsviri == Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.
Nəhəng tısbağa
Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea) — quru tısbağalarına daxil olan növ. Aldabra adasına endemik canlıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150–250 il srası olması ehtimal edilir. Olduqca iri olan tısbağanın böyük ayaqları olsa da kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır, Ancaq adəti üzrə 105 sm-dir. Quru tısbağalarına daxil olan iki iri növdən biridir.
Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata mata) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir. Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var. Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır.
Timoti (tısbağa)
Timoti (ing. Timothy; 1839 — 3 aprel 2004) — Böyük Britaniya Krallıq donanması gəmilərinin maskotu. Dişi bir Aralıqdənizi tısbağası. Krım müharibəsinin son şahidi. Timoti 1854-cü ildə Kurtene nəslindən olan kapitan Con Everard tərəfindən portuqaliyalı bir pirat gəmisində tapılır. Krım müharibəsində Sevastopolun bombalanmasına qatılan HMS Queen gəmisinin, daha sonra HMS Princess Charlotte və Nankin yelkənli gəmilərinin maskotu olur. 1892-ci ildə quruya gətirildikdən sonra Timoti Devon qraflığında, Poudereme qəsrində yaşayır. Yalnız 1926-cı ilədə sahibləri Timotinin erkək deyil, dişi olduğunu müəyyən edirlər. Tısbağa 3 aprel 2004-cü il tarixində 165 yaşında ölür və qalada basdırılır. Timotinin ölümü, İngiltərənin ən yaşlı sakininin öldüyünü elan edən əsas ingilis mediasında böyük bir xəbərə səbəb olur.
Tısbağa gölü
Tısbağa gölü (gürc. კუს ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin cənub-qərbində, Mtatsminda dağının şimal yamacında yerləşən göl. Dəniz səviyyəsindən 686.7 metr yüksəklikdə yerləşir. Sahəsi 0,034 km²-dir. Uzunluğu 180 metr, eni isə 50 metrdir. Ekzotektonik sürüşmə (əsasən qayalı sürüşmə) yaradır. Varazisxevinin suyu gölə atılır. Gölün əsas qida mənbəyi yağış və yeraltı sulardır. Balıq azdır. Gölün ətrafında Vake parkı və Mtatsminda parkı yerləşir.
Tısbağa tərbiyəçisi
Tısbağa tərbiyəçisi (türk. Kaplumbağa Terbiyecisi) — Osman Hamdi Beyin 1 may 1906-cı ildə Parisdə Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün çəkdiyi rəsm əsəri. Bu əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılmışdır. Əsəri Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün satın almışlar. Parisin Böyük Sarayında ilk dəfə sərgiyə çıxarılan bu əsər öncə "Tısbağalar və adam" kimi adlandırılmışdır. Rəsm üzərində yazılmış 1906-cı il yazısı deməyə imkan veriri ki, əsər ilin əvvəllərində çəkilmişdir. Bir il sonra Osman Hamdi Bəy nisbətən kiçik və bəzi fərqlər olmaqla ikinci bir əsəridə çəkmişdir. İkinci əsərdə rəssamın qohumu olan "Salih Münir Paşaya itihaf olunur" yazısı var. Əsərin çəkilməsi ilə bağlı iki əsas fikir mövcuddur: 1. Bu əsərin çəkilməsindən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən Tour de Monde jurnalının bir nüxsəsini maraqla oxuduğunu söyləyir.
Tısbağa şorbası
Tısbağa şorbası — əsasən Yaşıl tısbağa, Kaymanabənzər tısbağası, Qrifəbənzər tısbağa və Uzaqşərq tısbağası ətindən hazırlanır. Hüquqi baxımdan tısbağa supunun hazırlanması qadağandır. Səbəb isə tısbağa şorbasında istifadə edilən tısbağaların böyük əksəriyyətinin qırmızı kitaba düşməsi və nəslinin kəsilmə ethimalının böyük olmasıdır. Qatı qəhvəyi rəngdə olan şorbadır. Tısbağanın əti hissələrə bölünərək 3–4 saat yarımduzlu suda qaynadılır. Şorbaya qatılıq vermək məqsədi ilə ona kartof qatılır.. Bir çox Asiya ölkələrində, xüsusi ilə Sinqapurda çin mətbəxinin delikatesi hesab edilir. Ona çoxlu sayda ədva qatılır. Bu isə onun dadını artırır. İngilis dilli ölkələrdə saxta tısbağa şorbası hazırlanır.
Yaşıl tısbağa
Yaşıl tısbağa və ya yaşıl dəniz tısbağası (lat. Chelónia mýdas) — Dəniz tısbaları fəsiləsinə aid canlı. Yaşıl tısbağalar (Chelonia Brongniart, 1800) cinsinin yeganə nümayəndəsidir. Əvvəllər isə Avstraliya yaşıl tısbağası bu cinsə daxil olsa da, hazırda Natator cinsinə daxildir. Yaşıl tısbağalar əsasən Dünya okeanın sularında, Atlantik okean və Sakit okeanının tropik və subtropik qurşağın sahil sularında yayılmışlar. Yaşıl tısbağa 80–150 sm arası olan çanağa sahibdir. Çəkisi isə 70–200 kq arasında dəyişir. Ancaq nadir hallarda uzunluğu 200 sm və çəkisi 400–500 kq olan fərdlər müşahidə edilir. Adının yaşıl tısbağa olmasına baxmayaraq, rəngi zeytuni yaşıl rəngdən tutmuş, qəhvəyi rəngdə olan fərdlərə rast gəlinir. Onların üzərində sarı və ağ ləkələr müşahidə edilir İlk illər yaşıl tısbağa açıq dənizdə yaşayır.
Şıxbaba (dəqiqləşdirmə)
Şıx Baba türbəsi (Cəbrayıl) - Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Şıx Baba piri (Qəbələ) - Qəbələnin Həmzəli kəndi ərazisində yerləşən pir. Şıxbabalı - Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd. Şıxbabalı türbəsi (Ağdam) - Ağdam bölgəsinin Şıxbabalı kəndində yerləşən türbə Şeyx Babı türbəsi - Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə. Şıxbaba ocağı - Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah.
Şıxbaba ocağı
Şıxbaba ocağı — Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah. Pir son zamanlar bərpa olunmuş, lakin Araz çayının daşması ilə yenidən dağılmışdır. Pir binasının qalıqları dördkünc formalıdır. Binanın yaxınlığında bir-birinin üzərinə yığılmış qara daşlar var. Ziyarətçilər dilək tutaraq həmin daşların arasında şam yandırırlar. Xalq arasında olan rəvayətə görə Püsyan kəndinə gələn və özünü heç kəsə bəlli etməyən Şıxbaba burada qeyb olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatı tapılmışdır. Pirdə toplanan qara daşlar Erkən tunc dövrünə aid əmək alətləridir. Belə hesab etmək olar ki, pir qədim yaşayış yerinin ərazisində yaranmışdır. Piri e.ə.
Pavlo Vışebaba
Pavlo Aleksandroviç Vışebaba (ukr. Павло Олександрович Вишебаба; 28 mart 1986, Kramatorsk, Donetsk vilayəti) — Ukrayna ekoloji fəalı, musiqiçisi və yazıçısı. "Edina planeta" QHT-nin həmtəsisçisi və rəhbəri, BMT-nin İnkişaf Proqramının Ukraynadakı tolerantlıq üzrə nümayəndəsi. Pavlo Aleksandroviç Vışebaba Kramatorskda anadan olmuşdur. O, Kramatorsk musiqi məktəbinə müraciət etsə də, heç bir musiqi qabiliyyətinin olmadığı qeyd edilərək müraciəti qəbul edilməmişdir. Donbass Maşınqayırma Akademiyasında mühəndislik təhsili almağa başlamışdır. Buna baxmayaraq, Vışebaba üçüncü kursdan sonra sənədlərini geri götürmüş və Mariupol Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. O, oxuduğu müddətdə üç il "Priazovski raboçi" qəzetində çalışmışdır. Vışebaba 2012-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və ardınca Kiyevə köçmüşdür. O, Ləyaqət inqilabında, xüsusilə Milli Müqavimət Ştabının mətbuat mərkəzinin işində fəal iştirak etmişdir.
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Tısbaga ağır hücum tankı
Tısbağa ağır hücum tankı (A39) — İkinci Dünya müharibəsi əsnasında inkişaf etdirilmiş bir ingilis mənşəli ağır hücum silahı konstrukturunda idi, lakin heç vaxt kütləvi istehsal edilməmişdir. Bu tank Ziqfrid xətti kimi güclü möhkəmləndirilmiş əraziləri təmizləmək üçün hazırlanmışdır və nəticə olaraq tankın sürətli və çevik olması yerinə zireh qorunmasına üstünlük verilmişdir. Ağır olsa da, 78 ton ağırlığında və asanlıqla daşınmasa belə, etibarlı və yaxşı silah platforması hesab olunurdu. Müharibənin sonuna qədər tısbağanın yalnız bir neçə prototipi istehsal edilmişdir. Transmissiya sistemi 6 pilləli olub, irəli və geri prinsipinə əsaslanıb. Asqı sistemi burulma çubuğudur. Əməliyyat mənzili 87 mil (140 km) idi. 1943-cü ilin əvvəllərində, Müttəfiq qüvvələr, gələcəkdəki Avropa istilasına qarşı almanların şiddətli müqavimət göstərəcəyini zənn edirdilər, lakin Üçüncü Reyx ordusu Ziqfrid xətti kimi olduqca güclü şəkildə möhkəmləndirilmiş mövqelərdən müharibə aparırdı. Nəticədə hücum tankları şəklində yeni bir vasitə sinfi meydana çıxdı ki, bu da hərəkətliliyə nisbətən daha yüksək zireh müdafiəsini özündə ehtiva edirdi. Əvvəlcə iş Cromwell tankına əsaslanan Excelsior tankında (A33) cəmləşdi.