Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kuin
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkyuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rok və hevi metal tərzlərindən ilham alsa da, daha sonra radio yayım formatlı pop rok və arena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər. Queen 1970-ci ildə Mey və Teylorun Smile qrupunu qurması ilə başlamışdır. Merkyuri Smile qrupunun pərəstişkarı olmuş və onları daha mürəkkəb səhnələşdirmə və səsyazma üsullarını sınamağa təşviq etmişdir. 1970-ci ildə o qrupa qoşulmuş və "Queen" adını təklif etmişdir. Qrup 1973-cü ildə "Queen" adlı ilk debüt albomunu buraxmazdan əvvəl Dikon 1971-ci ildə qrupa qoşulmuşdur. Queen 1974-cü ildə "Queen II" adlı ikinci debüt albomu ilə Böyük Britaniyanın hit-paradlarına daxil olmuşdur. Onlar eyni ildə "Sheer Heart Attack" və 1975-ci ildə "A Night At The Opera" albomu ilə beynəlxalq uğur qazanmışdır.
Ruan
Ruan — Fransanın şimalında şəhər və liman. Şəhər Sena çayı sahilində yerləşir və dənizkənarı Sena departamentinin inzibati mərkəzidir. Əhalisi 541 410 (2007) nəfərdir. Ruan XI əsrdən toxuculuq, XVI əsrdən isə manufaktura sənayesi mərkəzi idi. Memarlıq abidələri: Notr-Dam, Sent-Uen, Sen-Maklu kilsələri, Burteruld oteli (1501-1537), Ədliyyə sarayı (1508-1509), ağacdan yaşayış evləri (XVI əsr) və s. Şəhərdə zərif sənətlər və keramika muzeyi var. Ruan qallara məxsus qədim yaşayış məskəninin yerində salınmışdır. E.ə. I əsrdə romalılar, V əsrin sonunda isə franklar şəhəri işğal etmişlər. 911-ci ildə Normandiya hersoqluğunun paytaxtı olmuş, 1150-ci ildə isə özünüidarə hüququ almışdır.
RİİN
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Kuin-Aleksandra
Kuin-Aleksandra (ing. Queen Alexandra Range) — Transantarktika dağları sisteminə malik olan silsilə. Silsilənin buzlaq qatı üzərinə çıxan hissələri pikləri xartırladır. Silsilənin uzunluğu 200 km-dir. Ən hündür zirvəsi Kerkpatrik dağıdır (4528 m). Silsilə ilk dəfə 1908-ci ildə təşkil olunan Ernest Şekltonun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Silsilə İngiltərə kraliçası Aleksandranın şərəfinə adlandırılmışdır.
Kuin Latifa
Kuin Latifa (ing. Queen Latifah) — ABŞ müğənnisi və aktrisası. == Həyatı == Dana Eleyn Ouens 18 mart 1970-ci ildə Nyu Cersi ştatının Nyuark şəhərində müəllim və polis ailəsində doğulmuşdur. 8 yaşında ikən "yumşaq", "incə" mənalarına gələn "Latifa" (ərəb. لطيفة‎) ləqəbini götürmüşdür. Kuin Latifanın 10 yaşı tamam olan zaman onun valideynləri ayrılmışdır. 1988-ci ildə Latifa musiqi karyerasına başlamış və 1989-cu ildə ilk "Salamlayıram Kraliça" (ing. All Hail the Queen) adlı albomunu çıxarmışdır. 1995-ci ildə çıxardığı "Qara hakimiyyət" (ing. Black Reign) albomuna daxil olan "U. N. I. T. Y." mahnısına görə Qremmi mükafatına layiq görülmüşdür.
Luis Ruiz
Luis Armando Ruiz Karmona (3 avqust 1997, Karakas) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zulia klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Həyatı == 3 avqust 1997-ci ildə anadan olub. == Milli karyerası == Luis Ruiz Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Prisis Ruiz
Rain Sultanov
Rain Sultanov — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). [1] Rain Sultanov 1965-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqdan musiqi sədaları altında böyümüş Rainin böyük sənətə gəlişində anasının və musqiçi qardaşları Raufla Raminin böyük rolu olub. Rəsmə böyük həvəs göstərdiyindən uşaq ikən rəsm dərnəyinə gedib. Qardaşlarının məsləhətilə 14 yaşında musiqi məktəbinin klarnet sinfinə yazılıb. İlk müəllimi Çingiz Babayev olub. Əla qiymətlərlə oxuduğu üçün ikinci sinifdən dördüncü sinfə keçirilib. Cazla hələ məktəbdə oxuduğu vaxtlardan maraqlanmağa başlayıb. Caz kompozisiyalarını ilk dəfə "Weater Report" qrupunun, Miles Davis-in ifasında dinləyib. Sonralar onun musiqi təfəkkürünün formalaşmasında Michael Brecker'in yüksək texniki və qeyri-adi anotal ifasının rolu böyük olub.
Ruan (rayon)
Ruan (fr. Rouen) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dənizkənarı Sena. Suprefektura — Ruan. Rayon əhalisi 2014-cı ildə 626 046 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 323 nəf / km². Rayon sahəsi — 1937 km².
Ruan Renato
Ruan Renato Bonifaço Auqusto (br-port. Ruan Renato Bonifácio Augusto; 14 yanvar 1994 və ya 19 yanvar 1999, Pauliniya, San-Paulu ştatı) — Braziliya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın müdafiəçisi. Ruan Renato Braziliya çempionatında "Yuventude"nin heyətində üçün 3 fevral 2016-cı ildə debüt etmişdir. Renato 5 avqust 2021-ci ildə Azərbaycan Premyer Liqa klubu "Qəbələ" ilə müqavilə imzalamışdır.
Rubin Karter
Rubin Karter (ing. Rubin Carter) - Amerikalı boksçu.
Ruhin Qəhrəmanov
Ruhin Xəlilov
Ruhin Xəlilov (azərb. Xəlilov Ruhin Müzəffər oğlu‎; 13 mart 1987, Məzrə, Cəbrayıl rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir. Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub.Ədliyyə kapitanı idi. İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı-Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.
Rusin dili
Rusin dili (руська бесіда, руски язик и др.) və ya rusin dilləri — müxtəlif dialekt, dialek tərkibli və ədəbi dil qrupu. Rusinlərin ənənvi yaşadığı Karpat, Qərbi Ukrayna, Şərqi Slovakiya, Serbiya, Xorvatiya, Macarıstan, Rumıniya və Polşada yaşamış və yaşayan rusinlərin və lemkaların dili. Bir hissəsi ABŞ və Kanadada yaşayır..Dünyada ümumi sayları 1,5 milyon nəfərdir.
Veronika Ruiz
Veronika Ruiz (d. 23 yanvar 1989) — İspaniyanı təmsil edən bədii gimnast. Veronika Ruiz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Veronika Ruiz, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, İsabel Paqan və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Runi Eva
Runi Eva (25 dekabr 1996, Duala) — Azərbaycan Premyer Liqasında çıxış edən Turan-Tovuzun futbolçusu.
Roin Metreveli
Roin Metreveli (gürc. როინ ვიქტორის ძე მეტრეველი, rus. Роин Викторович Метревели; 7 dekabr 1939) — gürcü orta əsr tarixçisi, akademik (1993) və Gürcüstan Elmlər Akademiyasının prezidenti (2023). 1991–2004-cü illərdə Tbilisi Dövlət Universitetinin rektoru. Abxaziyanın əməkdar elm xadimi (1996). Tbilisinin fəxri vətəndaşı (1999). 1957-ci ildə Kutaisidə orta məktəbi bitirib. Elə həmin il TDU-nun tarix fakültəsinə daxil olub, 1962-ci ildə oranı bitirib. 1965-ci ildə "XII əsrin birinci rübündə Gürcüstanda dövlət islahatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elə həmin ildən TDU-da mühazirə oxumağa başladı.
Ruhin İsmayılov
Ruhin İsmayılov (19 fevral 1987, Nərimanlı, Vardenis rayonu) — Azərbaycanlı bəstəkar, prodüser və aranjimançı. Murad Boz, Sonər Arıca, Sevtuğ və başqa tanınmış türk musiqiçilərlə işləyib. Akademik musiqi təhsili alıb, bir çox populyar və tanınmış mahnıların müəllifi, Azərbaycanda və Türkiyədə çəkilən bir neçə filmin, animasiya və teleserialın musiqilərinin bəstəkarıdır. Bundan əlavə bəstəkar bir sıra film, serial, tv proyektlər üçün musiqilər yazmışdır. Ruhin Nazir oğlu İsmayılov 1987-ci il fevralın 19-u Ermənistan SSR-in Basarkeçər (indiki Vardenis) rayonunun Nərimanlı (indiki Şatvan) kəndində anadan olub. 2005-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini bitirib. Həmin ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına qəbul olub. Müəllimi azərbaycanlı professor, xalq artisti Arif Məlikov olub. Bu illər ərzində bir çox əsərlər yazıb: 2006-cı ildə prelüdlər və skripka üçün pyeslər, 2007-ci ildə sonata, 2008-ci ildə simfonik süita, 2009-cu ildə diplom işi olaraq simfonik poema yazıb. 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin milli seçim finalının açılış musiqisinin müəllifidir.
Andrey Rubin
Andrey Rubin (latış. Andrejs Rubins‎; 26 noyabr 1978, Riqa – 1 avqust 2022) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü. == Klub karyerası == Riqa "Dauqava"sının Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1996-cı ildə, Futbol üzrə Latviya İkinci Liqasında çıxış edən "Auda" komandasında başlayıb. 1997-ci ildə İsveçə gedib və burada Yüksək Liqa təmsilçisi "Ester"də forma geyinib. 1998-ci ildə vətəninə qayıdıb və "Skonto" komandası ilə müqavilə imzalayıb. 1998–2000-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 91 oyuna çıxıb və 22 qol vurub. Komandası ilə birlikdə 3 dəfə Latviya çempionatının, 2 dəfə isə Latviya Kubokunun qalibi olub.
Muin Müsəvvər
Muin Müsəvvər (fars. معین مصوّر‎) — fars miniatürçüsü, 17-ci əsr Səfəvi dövrünün görkəmli nümayəndələrindən biri olub. Muinin şəxsi həyatı haqqında çox şey məlum deyil, yalnız o, ehtimal edilir ki, 1615-ci ildə anadan olub. 1610-1615-ci illərin aparıcı rəssamı Rza Abbasinin şagirdi olub. Ehtimallara görə, 1693-cü ildə vəfat edib. Ona aid edilən 300-dən çox miniatür və rəsm günümüzə qədər gəlib çatıb. O, Qərb rəssamlığının təsirindən qaçaraq ustadının qabaqcıl üslubunu qismən dəyişdirən mühafizəkar bir rəssam olub. Bununla belə, o, fars rəssamlığında qeyri-adi olan bir sıra sadə insanların səhnələrini çəkib. Muin İsfahanda anadan olub və ehtimal edilir ki, bütün həyatını bu şəhərdə keçirib. Təxminən 1630-cu ildən 1693-cü ilə qədər uğurlu karyerası olub.
The Rain
Jannik Tai Mosholt, Esben Toft Jacobsen və Christian Potalivo tərəfindən yaradılmış Danimarka post-apokaliptik dramıdır. 4 may 2018-ci ildə Netflix-də premyerası oldu. Serialda Lars Simonsen, Bertil De Lorenhmad, Evin Əhməd və Yohannes Bah Kuhnke tərəfindən təkrarlanan rollarla Alba August, Lucas Lynggaard Tønnesen, Mikkel Følsgaard, Lukas Løkken, Jessica Dinnage, Sonny Lindberg və Angela Bundalovic çəkilir. Son ikisi ikinci mövsümdə əsas personajlara çevrilir. İki danimarkalı qardaş Simone və Rasmus bunkerdə gizlənərkən yağışın daşıdığı virus Skandinaviyada demək olar ki, bütün insanları məhv etməyə başlayır.
Ueyn Runi
Mark Runi (ing. Wayne Mark Rooney; 24 oktyabr 1985, Liverpul) — İngiltərə futbolçusu. İngiltərənin Everton" klubunun oyunçusu və İngiltərə milli futbol komandasının kapitanıdır. Runi, futbola 10 yaşındaykən Liverpool Schoolboys adındakı yerli bir klubda başladı. 1996-cı ildən 2002-ci ilə qədər karyerasına Everton-un futbol məktəbində davam etdi. 2002-ci ildə ilk peşəkar matçına çıxdı. 17-ci doğum günündən 5 gün öncə Premyer Liqada atdığı ilk qol, onu liqa tarixində qol atan ən gənc futbolçu etdi. Qısa zamanda komandasının dəyişilməz oyunçularından oldu və klubu ilə 2 sezon keçirdi. 2004-05 sezonu başlamadan öncə Mançester Yunaytedə 25.6 milyon £ qarşılığında transfer oldu. Mançester Yunayted forması ilə beş Premyer Liqa, bir UEFA Çempionlar Liqası, iki İngiltərə Liqa Kuboku, üç FA Community Shiled və bir Dünya Klublar Kuboku çempionluğu ilə bərabər həmçinin iki dəfə Premyer Liqa və Çempionlar Liqası ikinciliyi qazandı.
Yelle Duin
Yelle Duin (27 yanvar 1999, Hemsted, Şimali Hollandiya) — Eerste Diviziya təmsilçilərindən olan Yonq AZ klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Duin AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Duin öz peşəkar karyerasında debütünü 15 avqust 2016-cı ildə etmişdir. O, Yonq Sparta klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Yonq AZ liqa görüşündə Yonq Spartaya 3-1 hesabı ilə qalib gəlmişdir. 5 yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Rin Sumida
Rin Sumida (12 yanvar 1996) — Yaponiyalı futbolçu. Mynavi Sendai və Yaponiya milli komandasında oynayır. Yaponiya milli komandasının heyətində 22 oyun keçirib.
Rin adası
Rin adası (tay เกาะริน)- Tailandın şərqində Siam körfəzi sahilində balaca insan yaşamayan bir adadır. Yerli əhali "R" səsini "L" kimi tələffüz etdikləri üçün bəzən onu Ko-Lin də adlandırırlar. Uzaq Pattayn adalar qrupuna daxildir. Bundan əlavə bu adalar qrupuna Luam-Noy, Pxay, Xu-Canq, Klanq-Badan, Man-Viçay, Kxao və Ton-May da daxildir. Adanın sahəsi-0,43 km², dəniz sahili ərazilərin uzunluğu-3300 metrdir. Materikdən 16 km, Pattayedən 21 km məsafədə yerləşir. İnzibati cəhətdən Conburi rayonuna aiddir. Ada şimaldan cənuba 1 km məsafədə uzanır. Şimal hissəsində relyef dağlıqdır, qayalı sahillərdən ibarətdir. Cənub hissəsində isə düzənliklər üstünlük təşkil edir.
Prüin
Prüin (fr. Pruines, oks. Prunas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12193. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 21 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 273 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər (15-64 yaş) arasında 107 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 71.2%).
Rumın
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
Rüi
Rüi və ya Rüi-Monso (fr. Ruy-Montceau) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. 4 avqust 2015-ci ildə kommunanın adı Ryuydan Ryuy-Monsoya dəyişilmişdir. INSEE kodu — 38348. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 244 ilə 505 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Müin lüğəti
Müin lüğəti fars dilində lüğət.Müəllifi Məhəmməd Müindir.
Rumın dili
Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.