Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sədrəddin
Sədrəddin — ad. Sədrəddin Xiyavi — Azərbaycan türklərindən olan məşhur xəlvəti şeyxlərindən biri və sufi alimi. Şeyx Sədrəddin Ərdəbili — Səfəviyyə təriqəti şeyxi. Sədrəddin mirzə Qovanlı-Qacar — polkovnik. Sədrəddin Ayni — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. Sədrəddin Ələsgərov — Sosialist Əməyi Qəhrəmanı Muhəmməd Əmin ibn Sədrəddin Şirvani —Yaşayış məntəqələriSədrəddin (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Sədrəddin (Çaldıran)
Sədrəddin (fars. صدرالدين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (14 ailə).
Sədrəddin Ayni
Sədrəddin Ayni (tac. Садриддин Айнӣ; əsl adı Sədrəddin Səid-Murodzoda; 1878—1954) — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. İkinci dərəcəli Stalin mükafatı laureatı (1950). == Haqqında == Sədrəddin Səid-Murodzoda (Sədrəddin Ayni) 1878-ci il aprel ayının 15-də (bəzi mənbələrdə 27-də) Özbəkistanın Buxara vilayətinin Soktare kəndində anadan olmuşdur. İlk təhsilini Buxara mədrəsələrində almışdır. Tacik sovet ədəbiyyatının banisi və tacik ədəbiyyatının yaradıcılarından biridir. İlk əsəri “Qardaşımın ölümünə” elegiyası əmir hakimiyyətinin devrilməsinə çağırış kimi səslənmişdir. Böyük Oktyabr Sosialist İnqilabını sevinclə qarşılayan Ayni cədidizmdən uzaqlaşaraq, 1920-ci il Buxara xalq inqilabında iştirak etmişdir. 1920-ci ildə yazdığı “Buxara cəlladları” ilk nəsr əsəri, “Odina” povesti, “Doxunda” və “Qullar” romanlarından ibarət trilogiyası tacik xalqının inqilabdan əvvəlki ağır həyatının və sovet hakimiyyəti uğrunda mübarizəsinin epik salnaməsidir. Böyük Vətən müharibəsi illərində faşizm əleyhinə kəskin publisist məqalələr və tarixi-bədii oçerklər yazmışdır.
Sədrəddin Konəvi
Sədrəddin Konəvi (1210-1274)- Malatyada anadan olub. Türk-İslam fəlsəfəsində xüsusi yer və dəyərə sahib alim. Sədrəddin Konəvinin atası Şeyx Mecduddin İsak Malatyalıdır. Mecduddin İshak Bağdatda fütüvvet təşkilatında xidmət etmiş bir alimdir. Sədrəddin uşaq olarkən atası ölmüş, anası ünlü sufi və filosof alim İbn əl-Ərəbi ilə evlənməsi rəvayət edilir. O, Konyada yaşadığı və orada şöhrət qazandığı üçün Konevi kimi tanınır. Sədrəddin ilk dini və sufizm təhsilini ögey atası Muhyiddin ibn əl Ərəbidən aldı. Bir gün Şama getdi və dövlətin əhəmiyyətli dini rəhbərləri və sufiləri ilə görüşdü. Xüsusilə Evhadüddin Kirmanin Sədrəddinin üzərində təsir xüsusi əməyi olmuşdur. Çox yaxşı var-dövləti olduğu üçün Konyanın din və elm adamlarını tez-tez evində topladı və o dövrdə Şərqdəki ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən biri olan şəhərdə xüsusi bir akademiya qurdu.
Sədrəddin Xiyavi
Sədrəddin Xiyavi - mənşəcə Azərbaycan türklərindən olan məşhur xəlvəti şeyxlərindən biri və sufi alimidir. Xiyav və ya Müşəkkə kəndində doğulmuşdur. Mənbələr hansı kənddə doğulması haqqında ziddiyyətli məlumat verir. Ləmazatda isə Xiyavın qəza, Müşəkkənin isə kənd olduğu bildirilir. Həsən Krımi də Xiyavın Şirvanın kəndlərindən biri olduğunu, digər adının isə Cənaim olduğunu qeyd edir. Mehmet Rıhtım isə Xiyavın Şirvanda yer adı olduğunu qeyd edir. Şeyx Sədrəddin çoxlu fəhlə işlədərək yundan paltar tikdirib satan zəngin və səxavətli bir tacir olmuşdur. Şeyx İzzəddin Xəlvəti ilə Xiyavda görüşdükdən sonra təsirlənmiş və onun müridi olmuşdur. Bir müddət sonra seyri-sülukunu tamamladıqdan sonra Xiyava gələrək ətraf ərazilərdə irşada başlamışdır. Şeyx Sədrəddin kçik qızın Seyid Yəhya Bakuviyə ərə vermişdi.
Sədrəddin Şirazi
Sədrəddin Şirazi və ya Molla Sadra (1571, Şiraz – 1641, Bəsrə) — müsəlman filosofu. == Həyatı == Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sadra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Şihabəddin Yəhya Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü marağı bəzi ortodoksal əhval–ruhiyyəli qüdrətli siyasi hakimiyyətə malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu İsfahanı tərk edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır. == Molla Sadra fəlsəfəsinin əhəmiyyəti == Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində mühüm yer tutur.
Sədrəddin Ələsgərov
Sədrəddin Ələsgərov (21 mart 1929, Quzanlı – 14 iyun 2019) — Sosialist Əməyi Qəhrəmanı, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri. == Həyatı == Ələsgərov Sədrəddin Fərrux oğlu 1929-cu ildə Ağdam rayonun Quzanlı kəndində anadan olub. 1936-cı ildə Quzanlı kənd məktəbinin I sinfinə daxil olub. 1945-ci ildə kolxozda su cuvarı işləyib. 1947-ci ildən kolxozda yaxşı işlədiyinə görə kolxoz sədri Əkbər Bağırov onu "anbardar-xəzinadar" vəzifəsinə təyin edib. Əsgəri xidmətdən sonra kolxozda heyvandarlıqla məşğul olmağa başlayıb. Heyvandarlıqda əldə etdiyi yüksək nəaliyyətlərə görə 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı və "Lenin Ordeni"ilə təltif olunub. 1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri işləmişdir. 1981-ci ildən Sədrəddin Ələsgərov kolxozda sədr muavini vəzifəsinə irəli çəkilib. Sədrəddin Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 oktyabr 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.Sədrəddin Fərrux oğlu Ələsgərov ömrünün sonuna qədər Ağdam Rayon Ağsaqqallar Şurasının sədri kimi çalışıb.
Sədrəddin Mirzə Qacar
Sədrəddin Mirzə Qacar — hərbi xadim. == Haqqında == Azərbaycan Qacarlar sülaləsindən olan Sədrəddin Mirzə Qacar Şahzadə Əmir Kazım Qacarın nəvəsi Azərbaycan SSR xalq artisti Sürəyya Qacarın atasıdır. O, Orenburqda hərbi məktəb bitirmişdir. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Sədrəddin Mirzə yaxşı skripka şalmış, sonralar musiqi müsabiqəsində qızıl medala layiq görülmüşdür. Hərbi xidmətini Sədrəddin Mirzə Qacar Vladivostokda kecirmişdi. Rusiyada baş verən Fevral inqilabından sonra (1917) Tiflisdə, daha sonra Gəncədə yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli ordu sıralarında xidmətə başlamış, 1919-cu ilin sonlarınadək Bakı qəzasının hərbi rəisi, həmin vaxtdan isə hərbi nazirliyin dəftərxana rəisi olmuşdur. Aprel inqilabından sonra (1920) Sədrəddin Mirzə bolşeviklər tərəfindən həbs edilərək Arxangelskə sürgün olunmuş, bir ildən sonra isə Ryazan şəhərində güllələnmişdir. == Mənbə == Azərbaycan Xalq Cumhuriyyəti. II cild.
Şeyx Sədrəddin Ərdəbili
Şeyx Sədrəddin Ərdəbili (1334-1391) — Səfəviyyə təriqəti şeyxi. == Həyatı == Şeyx Sədrəddin Musa ibn Şeyx Səfiəddin İshaq 1334-cü ildə Ərdəbil şəhəri yaxınlığında yerləşən Kəlxoran kəndində anadan olmuşdur. 1334-1391-ci illərdə şeyxlik etmişdir. Bu dövrdə şeyxliyin gəlirləri və müridləri artmışdır. Tələbələrin arasında moğollar da var idi. 1391-ci ildə Ərdəbildə vəfat etmişdir.XIV əsrdə Əxi Mühibşahın oğlu Əxi Mirmir, Şeyx Səfiəddinin oğlu Şeyx Sədrəddinin vəkili idi. Onun adı “Şeyx Səfi təzkirəsi”ndə dəfələrlə qeyd olunmuşdur == Fəaliyyəti == Şeyx Hüseyn ibn Şeyx Abdal Zahidinin sözlərinə görə Şeyx Səfiəddin İshaq sağlığında xələflərindən özünə naib təyin etidyi Şeyx Sədrəddin qısa müddət ərzində çox ciddi çalışaraq ağır zəhmətlə kamil ustad mərtəbəsinə yüksəlmişdi. Ərdəbil vilayətindən olan Mövlanə Şəmsəddin deyir ki, Marağa – Təbriz yolu ilə üç ay ərzində Həzrəti şeyxin ziyarətinə gələn talebanların (zərvar və müridlərin) sayı 30 min nəfər olmuşdu. İsgəndər bəy Münşi isə yazır ki, Şeyx Sədrəddinin səadət qapısı hörmətli şahların və əyanların müraciət etdiyi yer oldu. Moğol əmirləri (Elxanilər) və əyanları irşad xəzinələrinin sahiblərinə böyük etiqad bəsləyirdilər.
Sədrəddin mirzə Qovanlı-Qacar
Sədrəddin Mirzə Qacar — hərbi xadim. == Haqqında == Azərbaycan Qacarlar sülaləsindən olan Sədrəddin Mirzə Qacar Şahzadə Əmir Kazım Qacarın nəvəsi Azərbaycan SSR xalq artisti Sürəyya Qacarın atasıdır. O, Orenburqda hərbi məktəb bitirmişdir. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Sədrəddin Mirzə yaxşı skripka şalmış, sonralar musiqi müsabiqəsində qızıl medala layiq görülmüşdür. Hərbi xidmətini Sədrəddin Mirzə Qacar Vladivostokda kecirmişdi. Rusiyada baş verən Fevral inqilabından sonra (1917) Tiflisdə, daha sonra Gəncədə yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli ordu sıralarında xidmətə başlamış, 1919-cu ilin sonlarınadək Bakı qəzasının hərbi rəisi, həmin vaxtdan isə hərbi nazirliyin dəftərxana rəisi olmuşdur. Aprel inqilabından sonra (1920) Sədrəddin Mirzə bolşeviklər tərəfindən həbs edilərək Arxangelskə sürgün olunmuş, bir ildən sonra isə Ryazan şəhərində güllələnmişdir. == Mənbə == Azərbaycan Xalq Cumhuriyyəti. II cild.
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani 1552-ci ildə Şamaxı yaxınlığında, Bico kəndində, din xadimi ailəsində anadan olmuşdur. Böyük mütəfəkkir kimi tanınır. Şamaxı dini mədrəsəsində təhsil aldıqdan sonra, İstanbula getmişdir. Atası onun qayıdıb gəlməsini və ailə qurmasını tələb etsə də, o, İstanbulda ömrünü elmə sərf etməyə üstünlük vermişdir. İstanbulda "Əhmədiyyə" məscidinin valisi olmuşdur. "Fəvadiul xaqaniyyə" (Xaqanlığın qaydaları), "Həşiyyətüşşərhi Şəmsiyyə" (Şəmsiyyənin şərhinə haşiyə), "Şərhü qavaid əl-Əqaid li-l-Qəzali" (Qəzali əqidələrinin qaydalarına şərh), "Təliqat ilə təfsir əl-Beyzavi" (Beyzavinin təfsirinə təliqə), "Məsahib əl-muxtəlifə li təvaif və vəluməm" (Tayfaların və xalqların müxtəlif məzhəbləri), "Cihət əl-vədlə" (Birlik yönü) və s. kimi məşhur əsərlərin müəllifidir. Bir çox əsərlərinin əlyazmaları Bakı, İstanbul, Qahirə, Berlin, Sankt-Peterburq və Vyana kitabxanalarında saxlanılır.
Məhəmməd Əmin ibn Sədrəddin Şirvani
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani 1552-ci ildə Şamaxı yaxınlığında, Bico kəndində, din xadimi ailəsində anadan olmuşdur. Böyük mütəfəkkir kimi tanınır. Şamaxı dini mədrəsəsində təhsil aldıqdan sonra, İstanbula getmişdir. Atası onun qayıdıb gəlməsini və ailə qurmasını tələb etsə də, o, İstanbulda ömrünü elmə sərf etməyə üstünlük vermişdir. İstanbulda "Əhmədiyyə" məscidinin valisi olmuşdur. "Fəvadiul xaqaniyyə" (Xaqanlığın qaydaları), "Həşiyyətüşşərhi Şəmsiyyə" (Şəmsiyyənin şərhinə haşiyə), "Şərhü qavaid əl-Əqaid li-l-Qəzali" (Qəzali əqidələrinin qaydalarına şərh), "Təliqat ilə təfsir əl-Beyzavi" (Beyzavinin təfsirinə təliqə), "Məsahib əl-muxtəlifə li təvaif və vəluməm" (Tayfaların və xalqların müxtəlif məzhəbləri), "Cihət əl-vədlə" (Birlik yönü) və s. kimi məşhur əsərlərin müəllifidir. Bir çox əsərlərinin əlyazmaları Bakı, İstanbul, Qahirə, Berlin, Sankt-Peterburq və Vyana kitabxanalarında saxlanılır.
Sədrəddin Sultan İbrahim əl- Əmini
Sədrəddin Sultan İbrahim əl- Əmini (?-?) - tarixçi. == Həyatı == == Fəaliyyəti == I Şah İsmayılın yürüşlərinin tarixi olan "Fütuhatişahi" ("Şahın qələbələri") adlanan əsərin müəllifidir. Bu əsərin tam nüsxəsi Tacikistan Respublikası Elmlər Akademiyasının Şərq Əlyazmaları fondunda saxlanılır3. Tacik şərqşünası A.M.Mirzoyev tərəfindən ("Şahənşahnamə"4 adlı tarixi əsərin müəllifini müəyyən etmək xidməti də ona məxsusdur) aşkar edilmiş və siyahıya alınmışdır. Sonuncu əsərin müəllifliyini B.A.Dorn səhvən Herat şairi Kamaləddin Binainin adına çıxırdı. A.M.Mirzoyev "Şahənşahnamə"nin və "Fütuhati-Şahi"nin mətnlərini tutuşduraraq sübut etdi ki, hər iki əsər bir müəllifin – Sədrəddin Sultan İbrahim əl- Əmininin qələminin məhsuludur, həm də "Şahənşahnamə" "Fütuhati-Şahi"nin ikinci cildidir5. A.M.Mirzoyevin nəticələrini təsdiq edən bir sıra cəhətləri göstərək. Səfəvi tarixşünasları öz əsərlərinin mətnlərində məlumatlarından faydalandıqları əsas mənbələrin adlarını çəkirlər. Dövrün bir sıra mənbələrində "FütuhatiŞahi" və yaxud "Fütuhati-Əmini"nin adları çəkilir. Xondəmir "Həbib əssiyər", Qazi Əhməd Qumi "Xülasət ət – təvarix", İsgəndər bəy Münşi "Tarix-i aləm aray-i Abbasi" əsərlərində bu əsəri özlərinin ilk mənbələrisırasında göstərirlər.
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti (tac. Донишгоҳи давлатии омӯзгории Тоҷикистон ба номи С. Айнӣ) — Tacikistan Respublikasının ali təhsil müəssisəsi. Düşənbədə yerləşir. Tacikistan Respublikasının dövlət ali təhsil peşə qurumu statusuna malikdir. Sədrəddin Ayni adına Tacikistan Respublikası Təhsil Nazirliyinin səlahiyyətindədir. Universitet Tacikistan Respublikasının, əsasən təhsil sistemi üçün müəllim və tərbiyəçilər hazırlayan aparıcı universitetlərdən biridir. Universitetdə tələbələrin təhsili 34 ixtisas üzrə aparılır. 2012-ci ildə TDPU-da 8000-dən çox tələbə təhsil almışdır və 585 müəllim çalışmışdır. == Tarixi == 1931-ci ildə qurulmuşdur. Universitetin keçmiş adları — Stalinabad Pedaqoji İnstitutu, T.Q.Şevçenko adına Düşənbə Pedaqoji İnstitutudur.
Mürsəl bəy Sədrəddinbəyov
Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov (Şəki)— Nuxa Qəza Polis İdarəsinin rəisi, Nuxa qubernatoru, Müsavat Partiyasının üzvü. == Həyatı == Mürsəl bəy Sədrəddinbəyov Şəkidə anadan olmuşdur. Hacı Çələbi xanın nəslindəndir. Müsavat Partiyasının Şəki özəyinin üzvü olmuşdur. O, partiyaya cəlb etdiyi polis idarəsinin əməkdaşları Əhmədağa Yusifbəyov və Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl bəyin qurduğu təbliğat sisteminin təsir dairəsi Şəkinin hüdudlarını aşaraq Qəbələ və Ərəş nahiyələrini də əhatə edirdi. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında Şəkidən Şirəli bəy Əmircanov, Mürsəl bəy Sədrəddinbəyov iştirak edirdilər. == Ailəsi == Yazıçı Bəhram Çələbinin atası Nütvəli bəyin ata bir, ana ayrı qardaşıdır. Mürsəl bəyin atası Həsən bəy bir neçə dəfə evlənmişdir. Sonuncu izdivacından üç oğul: Nütvəli, Ələkbər, Niyazi və bir qız Təhminə xanım dünyaya göz açmışlar.
Rafiq Sədrəddinov
Rafiq Sədrəddinov — Azərbaycanlı jurnalist. == Həyatı == Rafiq Niyazi oğlu Sədrəddinov 1945-ci il avqustun 14-də Şəki şəhərində doğulub. Jurnalistikaya 1969-cu ildə “Kimyaçı” qəzetinin məsul katibi olaraq qədəm qoyub. Bir il sonra “Kommunist Sumqaita” qəzetinə ədəbi işçi vəzifəsinə qəbul olunub, sonra redaktor kimi fəaliyyət göstərib. Rafiq Sədrəddinov idman jurnalistikasında da çalışıb. Müxtəlif illərdə sovet dövrünün məşhur yerli mətbu orqanları olan “İdman”, “Bakinski raboçi” qəzetlərində çalışıb, habelə Moskvada çıxan “Sovetski sport”, “Qudok” kimi məşhur nəşrlərin Azərbaycan üzrə xüsusi müxbiri işləyib. 1987-ci ildə “Pravda” qəzetinin Azərbaycan bölməsinə baş müfəttiş təyin edilib. 1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Son iş yeri “Kaspi” qəzeti olub. 13 sentyabr 2013-cü ildə vəfat edib.
Sədrəddinzadə Sadiq Mehmed Əfəndi
Sədrəddinzadə Sadiq Mehmed Əfəndi (d. 21 dekabr 1630 — ö. 11 noyabr 1709) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == 21 dekabr 1630 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası IV Mehmed dönəminin üləmalarından olan Sədrəddinzadə Feyzullah Əfəndidir. İlk təhsilini Uzun Həsən Əfəndi və Kürd İshaq Əfəndidən alan Sadiq Mehmed Əfəndi ardından Qaraçələbizadə Mahmud Əfəndinin dərslərini aldı. Daha sonra 1657–1678-ci illər ərzində müxtəlif mədrəsələrdə müdərrislik etdi. Ardından 1680-ci ilin mayından 1681-ci ilin avqustunadək Hələb qazısı olaraq fəaliyyət göstərdi. 1685-ci ilin iyununda Qahirə qazısı seçildi və 1,5 il bu vəzifədə qaldı.1693-cü ilin aprelində Anadolu başqazısı, 1694-cü ilin iyununda isə Rumeli başqazısı seçildi. 22 iyun 1694-cü ildə Əbusəidzadə Feyzullah Əfəndinin yerinə şeyxülislam seçildi.
İsmayıl bəy Sədrəddinbəyov (Nakam)
İsmayıl bəy Sədrəddinbəyov (Nakam) — Azərbaycan şairi. == Həyatı == İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1829-ci ildə Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir. Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuş,bu torpaqlardan hasil olan gəlir sayəsində də Nakam 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,görüb-götürmüşdür.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir. Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmış, onu Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir. Yaradıcılığının məhsulu olan çoxlu qəzəl, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır. 1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir. == Əsərləri == "Divani-bədi", "Gəncineyi-ədəb", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Xəyalati-pərişan", "Dörd əfəndi" və "Lətifənamə" adlı əsərlərin müəllifidir.
Bədrəddin Hilali
Bədrəddin Hilali (fars. بدرالدین هلالی‎; 1470, Qorqan – 1529, Herat) — türk əsilli farsdilli şair. O, Herat şəhərində Sultan Hüseyn Bayqaranın ədəbi dairəsinin üzvü olmuşdur və Əlişir Nəvai ilə yaxın idi. == Həyatı == Bədrəddin Hilali 1470-ci ildə Astarabad şəhərində (indiki İranın Gürgan şəhəri) anadan olmuşdur. O, mənşəcə çağataylar türklərindəndir. Hilali gəncliyini Astarabadda keçirmiş, 1491-ci ildə Herata gedərək Sultan Hüseyn Baykaranın ədəbi dairəsinin üzvü olmuşdur. İstedadı və erudisiyası sayəsində ona "kiçik Cami" ləqəbi verilmişdir. Hilali müxtəlif yerlərdə hakimlik etmiş, sonra Herata qayıtmış, burada 1529-cu ildə Şeybani Übeydullah xan tərəfindən kafirlik şübhəsi ilə edam edilmişdir. Müasir alimlərə görə, edamının arxasında dayanan əsas şiəlik ittihamı olmuşdu, baxmayaraq ki, Hilali sünni idi. Ehtimal olunur ki, onun ilk növbədə Səfəvi şahı Təhmasibə yönəlmiş olduğu güman edilən, lakin sonradan Übeydullah xana yönəldiyi aşkara çıxan şeirləri ola bilər.
Bədrəddin Təbrizi
Bədrəddin Təbrizi - Mənşəcə Azərbaycan türklərindən olan, memar Təbrizli Bədrəddin 1273-1274-cü illərdə Konyada Cəlaləddin Rumi türbəsini tikdirmişdir.
Ömər Bədrəddin Uşaqlı
Ömər Bədrəddin Uşaqlı (1904–1946)—Türkiyə şairi. == Həyatı == Bütün şeir kitablarını bu dövrdə nəşr etdirdi: "Dəniz sərxoşları" (1926), "Yayla dumanı" (1934), "Sarıqız mərmərləri" (1940). Gənclik şeirlərində ümumiyyətlə "Ədəbiyyati-cədidə" və "Fəcri-ati" təsiri görünür. Məmləkət ədəbiyyatı içində isə Şərq və Qərb ədəbiyyatlarının təqlidi əvəzinə yerli, milli bir ədəbiyyat yaradılması gərəyinə inanmış, Yəhya Kamalın düşüncələrindən hərəkətlə məmləkətin içindən, türkün ruhundan doğan bir ədəbiyyatı mənimsəmişdir. Şeirlərində Anadoluya aid müxtəlif görüntüləri sanki birər tablo halında rəsm etmişdir. Məmləkətin gözəlliklərini, insanını gerçək özəlliklərilə deyil, öz duyğu dünyasına və xəyalında qurğuladığı şəklə görə təsvir edir. Məmləkət sevgisi və həsrəti üstün olan motivdir. Məmləkətin çalışdığı, müxtəlif vəsilələrlə getdiyi yörələrini, təbii gözəlliklərini sevgi ilə vəsf edir. Bu arada Türkiyənin fərqli yerlərinin folklor özəlliklərini, özünəxas mədəni zənginliklərini də poeziyasında əks etdirmişdir. Dəniz sevgisini və həsrətini qüvvətli bir şəkildə işləyən şair türk ədəbiyyatında qabaqcıl dəniz şairlərindən biridir.
Qaramanoğlu Bədrəddin İbrahim bəy
Qaramanoğlu Bədrəddin İbrahim bəy (d. 1297 - ö. 1344) — Qaramanoğulları bəyliyinin bəyi. Atası Qaramanoğlu Mahmud bəydir. Atasının 1312-ci ildə vəfatının ardından qardaşı Musa bəy taxta çıxdı. Ancaq çox keçmədən İbrahim bəy qardaşına qarşı ayaqlandı və 1318-ci ildə Məmlüklərin dəstəyiylə bəyliyi ələ keçirdi. Qardaşıyla uzun müddət taxt mübarizəsi aparsa da, 1332-ci ildə mülayim təbiətli digər qardaşı Xəlil bəyin lehinə taxtdan çəkildi. Ancaq Xəlil bəy 8 illik qısa səltənətinin ardından vəfat etmiş, nəticədə İbrahim bəy yenidən bəyliyi ələ almışdır. Ölüm tarixi dəqiq bilinməsə də, 1343-cü ildə Kilikya-Erməni çarlığına hücum etdiyi, bu səfərin ardından vəfat etdiyi ehtimal olunur. == Mənbə == Prof.
Fəxrəddin
Fəxrəddin — kişi adı. Fəxrəddin Manafov — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Fəxrəddin Cavadov — tibb elmləri doktoru Fəxrəddin Cəbrayıl Əhəri — Eldənizlilər dövlətinin əmiri.
Nəsrəddin
Nəsrəddin — kişi adı. Bu adı olan tanınmış şəxslər Molla Nəsrəddin — Şərq xalqlarının hazırcavab xalq müdriklərinin ümumiləşdirilmiş obrazı. Nəsrəddin şah Qacar — Qacar sülaləsindən olan bir şah. 65 yaşında nаmаz qılаrкən Mirzə Rza Kirmani tərəfindən öldürülüb. Nəsirəddin Tusi — XIII əsrdə Azərbaycan filosofu, astronomu, riyaziyyatçısı, tarixçisi, maliyyəçisi və hüquqşünası. Nəsrəddin bəy Səfikürdski — hüquqşünas, vəkil. Nəsrəddin Qarayev — şərqşünas alim, filologiya elmləri namizədi.Molla Nəsrəddin incəsənətdə Molla Nəsrəddin (jurnal) — satirik jurnal Nəsrəddin Buxarada (film, 1943) — Nəsrəddinin macəraları (film, 1946) — Nəsrəddin Xoca və Teymurləng (film, 1954) — Nəsrəddin Xocəntdə, yaxud Məftun olmuş Şahzadə (film, 1959) — Nəsrəddin Xocanın 12 məzarı (film, 1966) — Halva dadı (film, 1975) — Nəsrəddinin ilk məhəbbəti (film, 1977) — Daha nəşəli bax (film, 1982) — Nəsrəddin Xoca (film, 1982) — Nəsrəddin Xocanın qayıdışı (film, 1989) — Nəsrəddin Xoca və Əzrayıl (film, 2004) — Molla Nəsrəddin Xoca (film) — rejissor Arif Məhərrəmovun çəkdiyi cizgi filmi.
Fəxrəddin (tarixçi)
Fəxrəddin — XIII əsr müsəlman tarixçisi. O, 1258-ci ildə Abbasilər xilafətinin dağıdılmasına qədərki yeganə xəlifə tarixi haqqında əsər olan "Sülalələrin xronoloji tarixi"nin müəllifi olmuşdur. Bu, Fransa Milli Kitabxanasında əlyazma şəklində saxlanılır. Antuan İsaak Silvestr de Sasi ərəbdilli müntəxabatında əsərdən sitat gətimişdir. Georq Freytaq, Ogüst Şarbonno onun mühüm hissələrini tərcümə etmişdir.
Fəxrəddin Abdullayev
Fəxrəddin Abdullayev (Abdullayev Fəxrəddin Gülməmməd oğlu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Mersin Universitetinin riyaziyyat departamentinin müdiri. == Həyatı == Abdullayev Fəxrəddin Gülməmməd oğlu 1957-ci il mayın 15-də Azərbaycan Respublikasının Şamaxı rayonunun Sündü kəndində anadan olub.1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və təyinatla Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. 1980-ci ilin noyabr ayından Ukrayna EA Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun (TRMİ, Donetsk) funksiyalar nəzəriyyəsi şöbəsində təcrübə keçib (elmi rəhbər — fizika-riyaziyyat elmləri doktoru, professor V.İ.Belıy). 1984-cü ilin yanvarında Ukrayna EA TRMİ-nin "riyazi analiz" ixtisası üzrə aspiranturasına daxil olub. 1986-cı ilin iyununda Ukrayna EA TRMİdə "Kvazikonform sərhədli oblastlarda sahəcə ortoqonal polinomlar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1986–1994-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 1994-cü ilin mart ayından Türkiyə universitetlərində (Trabzon, Mersin) çalışmağa başlayıb. 2003-cü ildə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda "Sahəcə ortoqonal polinomlar və Biberbax polinomları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. F.Abdullayevin tədqiqatlarının əsas istiqamətləri: Biberbax polinomlarının, onların bəzi ümumiləşmələrinin və Furye sıralarının sahəcə ortoqonal polinomlar üzrə aproksimasiya xassələrinin öyrənilməsi; sahəcə ortoqonal polinomların və ixtiyarı cəbri polinomların kompleks müstəvinin müxtəlif oblastlarında davranışı.
Fəxrəddin Altay
Fəxrəddin Altay (20 yanvar 1880, Şkoder – 25 oktyabr 1974, İstanbul) — Türkiyə İstiqlaliyyət müharibəsi qəhrəmanlarından olan hərbçi və siyasətçi. Dumlupınar döyüşündən sonra yunan ordusunun geri çəkilməsini təmin edərək İzmirə girən ilk Türk süvarilərinin komandiridir. == Həyatı == 12 yanvar 1880 tarixində Albaniyanın Şkoder şəhərində anadan olub. Atası, Piyada zabiti İzmirli İsmayıl bəy və anası Xeyriyyə xanımdır. Əli Fikri adında kiçik qardaşı olmuşdur. ===== Təhsili ===== Atasının vəzifə təyinatları səbəbilə təhsil həyatı müxtəlif şəhərlərdə keçmişdir. İbtidai təhsilini Mardində bitirdikdən sonra Ərzincanda hərbi ibtidai, Ərzurumda hərbi orta təhsilini tamamlamışdır. 1897-ci ildə İstanbul Hərb məktəbini bitirdikdən sonra 1900-cü ildə Hərb Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini 1902-ci ildə tamamlayaraq, peşə həyatına başlamışdır. == Hərbi karyerası == İlk vəzifə yeri olan Tunceli və ətrafında 8 il xidmət etmişdir.
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. == Həyatı == 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
Fəxrəddin Atayev
Fəxrəddin Qəhrəman oğlu Atayev (31 yanvar 1972, Bakı) — azərbaycanlı dirijor, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru. == Həyatı == Fəxrəddin Atayev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. F.Atayev əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Karlar Cəmiyyətinin mədəniyyət evində musiqiçi vəzifəsində başlamışdır. 1990-1992-ci illərdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi orkestrin baş musiqiçisi vəzifəsində xidməti başa vurmuşdur. F.Atayev 1993-1999-cu illərdə Bakı Musiqi Akademiyasını magistr dərəcəsi ilə, dirijor ixtisası üzrə bitirmişdir. Onun ixtisas müəllimləri Yusif Axundzadə *[1] və Yalçın Adıgözəlov *[2] olmuşdur. 1993-cü ildən 1998-ci ilədək Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrində, valtorna alətləri qrupunun konsertmyestri vəzifəsində çalışmış və 1988-2014-cü illərdə həmin orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərmişdir. == Musiqi yaradıcılığı == Azərbaycan Dövlət Nəfəs Alətləri orkestri məsuliyyətli dövlət tədbirlərində yüksək səviyyədə çıxışlar etmişdir. Bunlardan, 2001-ci ildə dünya şöhrətli musiqiçi Mistislav Rastropoviçin atası Liyapold Rastropoviçin ev muzeyinin açılış mərasimini, 2002-ci ildə “Üzeyir Musiqi günü” zamanı Dövlət Kapellasını müşayiət edən orkestr Üzeyir Hacıbəyovun “Qalx ayağa millət”, ”Koroğlu” operasının uverturasını və M.Maqomayevin “RV-8”marşını ifa etmişdir.
Fəxrəddin Ağayev
Fəxrəddin Güləli oğlu Ağayev (16 aprel 1956, Xaçmaz rayonu) — Azərbaycan Milli Aerokosmik Agentliyi, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmləri doktoru, professor. == Həyatı == Fəxrəddin Ağayev 16 aprel 1956-cı ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunda anadan olmuşdur. 1978–1982-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsində təhsil almışdır. 1982–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1985 – 1993-cü illərdə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində elmi işçi, bölmə rəisi, baş direktorun müavini, müəssisə direktoru vəzifələrində çalışmışdır. 1993–1995-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini, 1995 – 2005-ci illərdə Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosunun direktoru, 2005 – 2007-ci illərdə elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunda direktor, 2007-ci ildən hal–hazıradək Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktorudur. Ailəlidir, 4 övladı var.
Fəxrəddin Bəşirov
Fəxrəddin Çərkəz oğlu Bəşirov - şəhid == Həyatı == Fəxrəddin Çərkəz oğlu Bəşirov 1966-cı il yanvarın 20-də Quzanlıda anadan olub. 1983-cü ildə Quzanlı kənd orta məktəbini, 1988-ci ildə Mingəçevir politexnik texnikumunu bitirib. Texnikumda oxuduğu müddətdə sovet ordusunda xidmət edib. Təhsilini bitirəndən sonra göndərişlə Rusiyanın Stavropol vilayətinə gedib. Neptun zavodunda işə düzəlib. 1989-cu ildə Fəxrəddin orada qiyabi Politexnik institutuna daxil olur, bundan bir il sonra Bakıya gəlib Xırdalan təmir-tikinti idarəsində işləməyə başlayır. 1992-ci ilin 10 avqustunda, cəbhədə döyüşlərin qızğın çağında Fəxrəddin könüllü olaraq milli orduya yazılır. Ala Yaqubun başçılıq etdiyi batalyonun tərkibində döyüşürdü. Onun döyüş yolu Xramord, Canyataq və Gülyataq kəndlərindən keçib. Fəxrəddin avqustun 24-də Mehmanə kəndi uğrunda gedən döyüşdə ürəyinə dəyən snayper gülləsindən həlak olub.
Fəxrəddin Cavadov
Fəxrəddin Gülmirzə oğlu Cavadov (21 iyun 1951, Bakı – 9 yanvar 2009, Bakı) — Azərbaycan alimi, tibb elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi. == Həyatı == Fəxrəddin Cavadov 20 aprel 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968–1974-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975–1977-ci illərdə Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1977–1979-cu illərdə 5 saylı Şəhər poliklinikasında həkim-cərrah vəzifələrində işləmişdir. 1978–1986-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun urologiya kafedrasında baş laborant, assistent və eyni zamanda institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin M. Vladimirski adına Elmi-Tədqiqat Kliniki İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə tibb elmləri doktoru ali dərəcəsi almışdır. == Fəaliyyəti == 1986-cı ildən Azərbaycan Respublikası KP MK-nın elm və təhsil müəssisələri şöbəsinin, 1989-cu ildən isə ictimai-iqtisadiyyat şöbəsinin təlimatçısı vəzifələrində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası səhiyyə nazirinin I müavini vəzifəsinə irəli çəkilmiş və 1996-cı ilədək bu vəzifədə çalışmışdır. 1993-cü ilin iyul-noyabr aylarında Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərini icra etmişdir. 1998-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru vəzifələrində işləmişdir.
Fəxrəddin Cəbrayılov
Cəbrayılov Fəxrəddin Mövsüm oğlu (12 avqust 1958, Gorus) — General-mayor, Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş zabit. == Həyatı == Fəxrəddin Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir.
Fəxrəddin Dadaşov
Fəxrəddin Əlisahib oğlu Dadaşov (d. 26 sentyabr 1950, Bakı) — musiqiçi, kamança ifaçısı, professor, dosent (2007), Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == F.Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirmişdir. O, 1977-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb. 1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olmuşdur. 69 xarici ölkədə, F.Dadaşov o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər vermişdir. C.Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Fəxrəddin Fəxrəddini
Fəxrəddin Fəxrəddini (5 mart 1933, Təbriz) — İranda portret fotoqrafiyanın qabaqcıllarından. == Həyatı == 1933-cü ildə Azərbaycanda dünyaya gəlibdir, atası Məhəmmədəli Fəxrəddini, Məhzun təxəllüsü ilə Azərbaycan şairlərindən idi, və qardaşı Fərhad Fəxrəddini tanınmış bəstəkar və musiqiçidir.
Fəxrəddin Günəş
Fəxrəddin Günəş (1966, Qıraç[d], Qars ili) — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi. == Həyatı == Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir.Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.
Seyfəddin
Seyfəddin — Kişi adı.
Şəmşəddin
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir.