Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi — informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Sənəd dövriyyəsi
Sənəd dövriyyəsi — hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədlərə sənəd dövriyyəsi deyilir. Sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.
Xartiya (sənəd)
Xartiya (yunanca, chartes — kağız, fərman) — orta əsrlərdə, eləcə də indiki zəmanəmizdə kütləvi-hüquqi xarakterli sənədlərə verilən ümumi addır. Xartiyalara misal olaraq Şəhərin Xartiyası, Kommunal Xartiyalar, 1838-ci il Xalq Xartiyası, Konstitusiya Xartiyaları və s. göstərmək olar.
Etok abidəsi
Etok abidəsi və ya Duka-bek (Davoqo) abidəsi hündürlüyü 2,65 m olan, naxışlarla və oyma yazılarla örtülmüş qranit abidədir. Hazırlanmasının dəqiq vaxtı müəyyən edilməsə də, bəzi hesablamalara görə eramızın IV əsrinə məxsusdur. Mənbələrə görə isə, XII əsr və ya XV əsrin sonu — XVI əsrin əvvəllərinə məxsusdur. Abidə 1773-cü ildə I Guldenştedt tərəfindən Nalçik-Pyatiqorsk yolunun sağında, indiki Etoka kəndi yaxınlığında aşkar edilmişdir. 1881-ci ildə abidə Moskvaya, o vaxtdan bəri nümayiş etdirildiyi Tarix Muzeyinin XII zalına köçürülmüşdür. Abidə ilk dəfə 1771–1773-cü illərdə Qafqazı gəzdikdən sonra alman səyyahı və təbiətşünası İohan Quldenştedt tərəfindən qeyd edilmişdir. 1773-cü ilin may-iyun aylarında Kabardaya səfəri zamanı Podkumka çayının sağ qolu olan Etoko çayının sahilində bir abidə görmüşdür. Bir kurqanın üstündə bir döyüşçü heykəli dayanmışdı və onun yaxınlığından bulaq axırdı və yol keçirdi. Abidənin şəkli ətraflı təsviri ilə birlikdə onun "Reisen durch Russland und im Caucasischen Gebürge" kitabında dərc edilmişdir. I Guldenştedt Etok heykəlinin runik yazısını çoxaltmış və abidənin ətraflı təsvirini vermişdir.
Füzuli abidəsi
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir. Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.
Güvənpark abidəsi
Güvənpark abidəsi — Ankara Qızılay Meydanında Güvənparkda yerləşən, Türk millətinin polis və jandarmeriya olan güvənini, Atatürkün istiqlaliyyət müharibəsində və inqilab hərəkətlərində birlikdə olduğu dostlarını təmsil edən və insan zəkasını, fermerin əkinçilik işlərini əks etdirən çıxıntılı abidədir. Respublika rəhbərliyinin ictimai binalarını, evlərini və ətrafını planlaşdıran Avstriyalı memar Clemens Holzmeister, Qızılay Meydanında bir park və bir abidə təklifi ilə tikintisinə başladı. Bürüncdən hazırlanan heykəllər Avstriyada Vyanadakı Erdberg tökmə zavodunda hazırlandı. Mamak daşı üzərində istifadə edilən daş çıxıntılar Türkiyə istehsalıdır. Abidənin daş hissələrində Franz Wirt, Triberer və Anton Hanakın tələbələri ilə türk ustaları işləmişdir. Anton Hanak tərəfindən inşasına başlanan abidə onun vəfatı səbəbi ilə Josef Thorak tərəfindən 1935-ci ildə tamamlanmışdır. Abidənin uzunluğu 37 metr, orta blok 8 metr, yan qanadlar 2 metr, tunc fiqurlar 6 metr uzunluqdadır. Abidə, 2013-cü il Gəzi parkı etirazları hökumət əleyhinə qraffiti və 2016-cı ildə hökumət əleyhinə nümayişlərdə hərbi çevriliş zamanı silah izləri ilə zərər görüb. Bu zərərlərə görə eyni illərdə Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən qayğıya götürülmüşdür.
Kennedi abidəsi
Kennedi abidəsi (ivr. ‏יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir. Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir. İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm" Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir.
Konstitusiya abidəsi
Konstitusiya abidəsi — Türkmənistanın paytaxtı Aşqabadda abidə. Türkmənistanın paytaxtı Aşqabadda tikilmiş, 185 metr hündürlüyündə olan “Konstitusiya abidəsi” 18 may 2011-ci ildə açılıb. Abidə Konstitusiya Günü və türkmən şairi Məhtimqulunun doğum günü açılıb. Aşqabadın ən hündür abidəsi olan bu abidə 45 milyon avroya başa gəlib. Abidəni Türkiyənin “Polimeks” şirkəti hazırlayıb.
Kültigin abidəsi
Kül Tiğin kitabələri —Monqolustanda Orxon Yenisey Muzeyində ziyarətçilərə sərgilənməktədir. Kül Tigin abidəsi Kül Tiginin qardaşı və Göktürklərin xaqanı Bilgə Xaqan tərəfindən 732 ci ildə qardaşı adına, qardaşının xidmətlərindən dolayı ona duyduğu minnəti göstərmək məqsədiylə tikilmişdir. Bu kitabədə Bilgə Xaqan danışır. Türkologların Orhun abidələri olarak adlandırdıqları yazıtlardan biri olan Kültigin kitabəsi Türk dilinin ən köhnə nümunələrindəndir. Monqolıstanda köhnə Moğol başşəhəri Qaraqorumun 32 km. güneyində, köhnə Uyğur paytaxtı Karabalasagunun 28 km güneyindədir. Boz bir qranit qaya üzərində duran dörd üzlü bir yazıttır. Üç üzü (Kök) türkcə mətinden; bir üzü (qərb üzü) isə Çincə mətinden ibarətdir. 18 iyul 1889-da rus etnoqraf Nikolay Yadrintsev tərəfindən tapılmış ve Danimarkalı filoloq Vilhelm Thomsen tərəfindən Danimarka Krallıq Akademiyasının Kopenhagendəki 15 dekabr 1893-cü ildə ilk dəfə oxunmuşdur. İki hissədən ibarətdir: birinci hissə 13, ikinci hissə 53 sətirdən ibarət olmaqla, Kültigin abidəsi ümumilikdə 66 sətirdən ibarətdir.
Ləm abidəsi
Ləm abidəsi — Lənkəran rayonunun Boladi kəndində yerləşir. XIX əsrdə yayda istidən qorunmaq və istirahət etmək üçün inşa edilmişdir. Dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Bura hətta yay evi də deyirlər. Ləmlər ümumən cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmışdır. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi - sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə, ləmlər respublikanın cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir. Lənkəran ləmləri.
Qağayı abidəsi
"Qağayı" abidəsi və ya "Qağayı" heykəli — Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir. Abidə 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. İlk əvvəllər abidə 15 daş blokdan ibarət idi. Bu isə memarın şəhərin 15 illiyi münasibətilə sumqayıtlılara ərmağanı olmuşdur. Abidənin üzərində əvvəllər Sumqayıt yazısı olmuşdur. Sonrakı illərdə aparılan dəyişikliklər zamanı isə 15 daş blok prinsipinə əməl edilməmişdir. Üstəlik abidə alüminium konstruksiyalı bloklarla əvəzlənmişdir. Hazırda abidənin hündürlüyü 13 metr təşkil edir. Blokların sayı isə 24 ədədə çatdırılmışdır.
Qeysəriyyə abidəsi
Qeysəriyyə və ya Ordubad zorxanası — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən 17-ci əsrin tarixi və memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzi bazar meydanında yerləşən abidə Naxçıvanın Türk-İslam abidələrindən biridir. Qeysəriyyənin ümumi sahəsi 540 m²-dir. Böyük bir günbəzdən və ona bitişik 16 kiçik qübbədən ibarətdir. Abidə 10x10 m² olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini örtən dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunmuşdur. Divarının qalınlığı isə 80 sm-dir. Abidənin mərkəzi günbəzi də daxil olmaqla ümumi hündürlüyü 8,5 m-dir. Tarixi binanın pəncərələri şəbəkə metodu ilə hazırlanmışdır. "Qeysəriyyə" sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü "Şərq bazarı" deməkdir.
Qoşundaş abidəsi
Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları. Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar. Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir. Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər.
Qırxpillə abidəsi
Qırxpillə abidəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində kəhriz sistemləri üzərində inşa edilən tarixi abidə. Bişmiş kərpicdən və ya yerli materialdan inşa olunmuşdur. Belə abidələr Şahtaxtı, Qarabağlar, Naxçıvan və digər yerlərdə də var. Yaşayış məntəqələrində daha çox rast gəlinir. Hazırda Ordubad və Əylis məntəqələrində bu abidələr xalq tərəfindən mühafizə olun maqdadır. Tədqiqatçılar Ordubad, Əylis kəhriz sistemləri üzərində inşa olunmuş Qırxpillələri Azərbaycanın qədim irs abidələrindən biri hesab edirlər. Dərinlikdən asılı olaraq Qırxpillələrdə pillələrin sayı müxtəlif olur, yəni “40 pillə” sözü şərtidir. Riyazi məntiqdə isə 40 pillədə hər pillənin hün dürlüyü 20 sm hesablanarsa (40 x 0,2 m = 8 m), onda Ordubaddakı kəhrizlərin orta dərinliyinin 8 metrə yaxın olması həqiqəti təsdiq edilər. Pillələrin düzülüşü həyətin şəraitinə və kəhrizin dərinliyinə görə birbaşa enən və ya döngəli, yəni 10-15 pillədən bir istiqamətini dəyişərək dolanan pilləli olur. Qırxpillələrdə həmişə sabit tem peratur (+8-100C) olduğun dan ilin fəslindən asılı olmayaraq, oraya qoyulmuş ərzaq xarab olmur.
Qələbə abidəsi
Qələbə abidəsi (Xankəndi)
Vikipediya abidəsi
Vikipediyaya abidə (pol. Pomnik Wikipedii) — Polşanın Slubitse şəhərində yerləşən və dünyada vikipediyaya həsr edilmiş ilk abidə. Açılışı 22 oktyabr 2014-cü il tarixində olmuşdur.
Tonyukuk abidəsi
Tonyukuk abidəsi və ya beynəlxalq ədəbiyyatdakı Bain Tsokto kitabələri 8-ci əsrdə Orxon çayı vadisində yazılmış yazılmış olan Göytürk kitabələrindən biridir. Tonyukuk abidəsi Tonyukukun özü tərəfindən 720–725-ci illərdə qoyulmuşdur. Bu abidədə türklərin müharibə strategiyaları, müstəqillik uğrunda gedən döyüşlər, Tonyukukun türk milləti üçün apardığı mübarizələr nəzərə çarpır. Türk tarixinin ən qədim yazılı sənədlərindən biri olan Tonyukuk abidəsi İkinci Göytürk xaqanlığı dövrünün böyük vəziri, komandanı və məsləhətçisi Tonyukukun ölümündən əvvəl özü tərəfindən qoyulmuş iki dört tərəfli kitabələrdən ibarətdir. Bilgə xaqan abidəsi və Kültigin abidəsindən 360 km şərqdə yerləşir. 1897-ci ildə botanik Yelizaveta Klements tərəfindən kəşf edilmişdir. Açıq ərazidə olduğundan və lazımi səviyyədə qorunmadığı üçün zərər görmüşdür. Baykal gölünün cənubunda, Monqolustanda Orxon çayı vadisində Koşo Saydam gölünün yaxınlığında yerləşir.
Vaşinqton abidəsi
Washington abidəsi dünyanın ən yüksək obeliskidir. Uzunluğu 169.35 metrdir. ABŞ-nin Vaşinqton şəhərində yerləşərək şəhərin ən vacib simvollarından birinə çevrilmişdir. Bu abidə ölkənin qurucusu Corc Vaşinqtonun xatirəsinə inşa edilmişdir. Abidə, Misir obeliskinə oxşar şəkildə 1840-cı illərdə Robert Mills adlı bir memar tərəfindən tərtib edilmişdir, inşasına 1844-ci ildə başlanmışdır; 6 ildən sonra inşası dayandırılmış və uzun bir fasilədən sonra inşası 1885 ildə başa çatmış və rəsmi açılışı 9 oktyabr 1888-ci ildə baş tutmuşdur. Mərmərdən hazırlanmış obelisk, tamamlandığı zaman dünyanın ən yüksək tikilis idi. O, bu adı Köln kafedralından götürmüş və 1889-cu ildə Eyfel qülləsi tikilənə qədər daşımışdır. Abidənin inşası zamanı hər bir dövlətdən və dünyanın müxtəlif yerlərindən 193 xatirə daşları daxili divarlara qoyulmuşdur. Abidədə 1854-cü ildə ABŞ və Osmanlı dövlətlərinin dostluğunun rəmzi olaraq qoyulmuş bir Osmanlı dilində kitabə də mövcuddur; Üzərində Zivər Əfəndinin bir beyti yazılmışdır.
Viktoriya abidəsi
Viktoriya abidəsi (ing. Viktoria Memorial) — İngiltərənin paytaxtı London şəhərində yerləşən abidə və ya heykəl. Bukingem sarayının ön cəbhəsində yerləşir. Abidənin tikilməsinə 1901-ci ildə başlanmışdır. Memarı Tomas Brokdur. Abidə 1911-ci ildə tamamlanmış və 16 aprel tarixində açılmışdır. Ətrafı memar Aston Ueb tərəfindən 2.300 ton ağ mərmərdən hazırlanmışdır. Abidə kraliça Viktoriyanın üzü şimal-qərbə baxan ageniş heykəlini ehtiva edir. Abidənin bir tərəfində şimal-qərbdəki Yaşıl parka baxan ədalət mələyi yerləşir. Dürüstlük mələyi isə cənub-şərqdəki Bukinqem sarayına baxır.
Xanağa abidəsi
Xanağa abidəsi — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində orta əsrlərə aid arxeoloji abidə. Yaşayış yeri Xanəgah kəndinin tikinti ləri altında qalmış dır. Buradakı binaların və memarlıq abidə lərinin qalıqları müasir dövrədək qalmaqdadır. Mədəni təbəqənin qalınlığı 4 metrdir. Tədqiqatlar nəticəsində toplanmış yerüstü materiallar müxtəlif növ şirsiz və şirli saxsı məmulatından ibarətdir. Şirsiz qablar küp, küpə, qazan, aftafa tipli qab sınıqları ilə təmsil olunmuşdur. Dulus çarxında hazırlan mış bu qablar qazanlar istisna olmaqla yaxşı bişirilmişdir. Qazanlar boz, digər qablar isə çəhrayı rəngdə bişirilmişdir. Şirsiz qabların səthi anqob təbəqəsi ilə örtülmüşdür. Onların xarici səthi cızma həndəsi xətlərlə bəzədilmişdir.
Çoyr abidəsi
Çoyr abidəsi, Çöyr abidəsi və ya Çoyren abidəsi (ing. The Choir monument) — Monqolustandakı Sansar-Ula dağının cənub ətəklərindəki kurqanlıqda yerləşən, İkinci Göytürk xaqanlığı dövrünə aid məzar daşı olaraq salınmış türkcə abidə. 682–691-ci illərə aid olduğu düşünülür. Bəzi fikirlərə görə Çöyr abidəsi türklərə aid ən qədim türkcə mətnlər olaraq qəbul edilən Kül tigin, Bilgə xaqan və Tonyukuk abidələrindən daha qədim olub, türkcənin bilinən ən qədim abidəsidir. Abidə Monqolustanda, Çoyrda yerləşən dəmiryolu xəttinin Dornoqovi stansiyasından 15 km uzaqlıqda olan Sansar təpəliklərində aşkar edilmişdir. Abidənin hündürlüyü 153 sm, eni isə 39 sm, qalınlığı isə 46 sm olan insan bədəni şəklində bir daşın ön tərəfinə oyulmuş altı sətirdən ibarətdir. Orxon abidələrinin ən cənubda yerləşənidir. Mütəxəssislərə görə, heykəl daha qədim zamana aiddir və abidə üçün tikili daş olaraq istifadə edilmişdir. Sətirlər insan bədəninin ön qismində, boyunla qarının alt qismi arasında oyulmuşdur. 6 sətirdən 4-ü yuxarıdan aşağı, ikisi isə aşağıdan yuxarıya doğru keçir.
Elektron kitab (sənəd)
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Yorçi abidəsi
Yorçi abidəsi və ya Çağan Obuqa abidəsi – 1998-ci ildə Çin sərhədləri daxilində olan İç Monqolustan Muxtar Bölgəsində Baotou şəhərinə bağlı Darhan Moominqqan məntəqəsinin Çağan Obuqa kəndində Holbuqatu adlanan yerdə çoban tərəfindən aşkarlanmış Göytürk abidəsidir. Abidənin olduğu bölgədə edilən araşdırma və incələmələr buranın İkinci Göytürk xaqanlığının önəmli inzibati mərkəzlərindən biri olduğunu göstərməkdədir. İkinci Göytürk xaqanlığı dövrünə aid xaqanlıq sarayı (Qar Qum sarayı) qalıntılar, kurqanlar, məzar abidələri, heykəllər və Yorçi abidəsinin üzərindəki damğa və təsvirlər də bu düşüncəni dəstəkləməkdədir. Abidə üzərində ilk incələmələr 2004-cü ildə Baotoudakı yerli tarix araşdırmaçıları tərəfindən edilmişdir. Yorçi abidəsi qranitdən qurulmuş blokdur. Kəski vasitəsiylə daşa işlənilən xarakterlər geridə qalan tarixi prosesdə açıq sahədə örtüksüz və qorunaqsız vəziyyətdə qaldığından original görüntülərini və dərinliklərini itirmiş, abidənin ilk sənədləşdirilməsini edənlər tərəfindən də xarakterlərin içləri qara boya ilə rəngləndirilmişdir. Bu rəngləndirmə prosesində hər şey aydın şəkildə izah edilmişdir. 61 sm-lik sahəni əhatə edən abidədə xarakterlərin boyları 4-6 sm, aralıqları 2-4 sm-dır. Yorçi abidəsinin digər ölçüləri isə belədir: Cənub kənarı: 190 sm Şimal kənarı: 155 sm Şimal kənarının genişliyi: 50 sm Alt tərəfinin genişliyi: 70 sm Sol tərəfinin yüksəkliyi: 105 sm Sağ tərəfinin genişliyi: 45-65 sm Sağ kənar yüksəkliyi: 85 sm. Abidənin 7-10-cu hərflərinin üst bölməsini əhatə edən sahədə damğa vardır.
Bununis abidəsi
Bununis abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Bununis kəndində yerləşən qəbirüstü daş abidədir. Abidə 1321-ci ildə knyaz Orbelianın xatirəsinə ucaldılmışdır.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Sənəb
Sənəb - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Sənət
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Senec
Senec — Misirin ikinci sülaləsi dövründə 20 il hakimiyyətdə olan firon.
Senet
Senet, (ing. senet, bəzən senat) — Qədim Misir masaüstü oyun. Bizim eradan 3.500 il əvvəl icad edildiyi ehtimal edilir. Rəvayətlərdə və "Qədim Misir ölülər kitabı"nda adı çəkilir. Bildirilir ki, Qədim Misir bilik tanrısı Tot tərəfindən yaradılıb.
Senez
Senez (fr. Senez, oks. Seneç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04204. 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15–64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47,4%, 1999-cu ildə 66,0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Seqed
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.