Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərdarlı
Sərdarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidliyində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Sərdarlı oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilində, Mil düzündədir. == Əhalisi == === Tanınmışları === İslam Rzayev Əziz Xələfov Fəridə Vəzirova Məmməd Orucov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Sərdar Sərdarov
Sərdar Sərdarov (1912, Qaryagin – mart 1993) — Azərbaycan SSR əməkdar arxitektoru (14.04.1975), Azərbaycan Dövlət Sənaye Müəssisələrini Layihələşdirmə Baş İnstitunun direktoru == Həyatı == Sərdar Bünyad oğlu 1912-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdur. 1926-cı ildə Qarğabazar kənd məktəbini bitirmiş və elə həmin ildə Nərimanov sənaye texnukumuna daxil olmuşdür. О, 1931-ci ildə ildə oranı bitirmişdir. 1931-ci ildən 1937-ci ilə qədər Azərbaycan sənayə institutunda oxumuş və inşaatçı-mühəndis ixtisasını qurtarmışdır. 1937-ci ildən 1942-ci ilə qədər Narkomxoz sistemində Azstroy-un mühəndis-inspekturu, sonra isə Qadanh və Quba tikinti sagələrində texniki rəhbər, "Azneftkosviyyat" kontorunda baş mühəndis vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsinin başlanmasından 1942-ci ilə qədər tranda Sovet ordusunun tərkibində idi. 1942-ci ilin fevralından Azərbaycan MK KP (b) apartında təlimatçı, sektor müdiri, sonra isə Azərbaycan BK KP (b) şəhər təsərrüfatının şöbə müdiri olmuşdur. 1947-ci ildən 1953-cü ilə qədər Azərbaycanın yüngül sənaye nazirinin müavini işləmişdir. 1953-cü ildən 40 il ərzində S. B. Sərdarov respublikanın qabaqcıl layihə sahəst "Azqospromproekt"-ə rəhbərlik edirdi. Onun iştirakı və rəhbərliyi altında Azərbaycanın iqtisadi potensial müəyyən edən və bizim ölkənin müstəqillik əldə etməsinin ilk günlərindən iqtisadi cəhətdən öz sərflərini tam ödəyə bilən dövlət olmağa imkan verən demək olar ki, bütün əsas sənayə obyektləri layihələndirilmiş və tikilmişdir.
Sərdari xalçaları
Sərdari xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Rahim Sərdarlı
Rahim Rafik oğlu Sərdarlı (3 avqust 1996, Canaxır, Xaçmaz, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahim Sərdarlı 13 avqust 1996-cı ildə Xaçmaz rayon Canaxir kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 2014–2016-cı illərdə müddətli hərbi xidmət çəkib. == Hərbi xidmətləri == Rahim Sərdarlı 2016-cı il Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahim Sərdarlı, Cəbrayıl, Hadrut, Şuşanın azad edilməsində savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Rahim Sərdarlı Xaçmazda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahim Sərdarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamı ilə Rahim Sərdarlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rauf Sərdarlı
Rauf Sərdarlı Mədət oğlu — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Sərdarlı Rauf Mədət oğlu 8 yanvar 1949-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun «Seqnetoelektriklərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professordur. == Elmi fəaliyyəti == Rauf Sərdarlı rezonans və anharmonik qarşılıqlı əlaqənin, anizotropiyanın və qəfəs fonon spektrlərində qanunauyğunluqları təyin etmişdir. A3B6 və A3B3C62 tipli birləşmələrin qəfəsinin temperatur qeyri stabilliyinin tədqiqatları faza keçidlərin mövcudluğu aşkar edilmiş və hərtərəfli tədqiq etmişdir. Onun tərəfindən ilk dəfə olaraq təyin edilmişdir ki, faza keçidləri ifrat strukturlu inkommensurate temperatur oblastları ilə müşahidə olunur. Həmçinin, tədqiq olunan obyektlərin qəfəs dinamikasını xüsusiyyətlərindən tam və dolğun informasiya əldə etməkdən ötrü Raman, infraqırmızı və neytron spektroskopiya üzrə eksperimentlər aparılmışdır. R.Sərdarlı elmi fəaliyyət istiqamətlərindən biri də qamma şüaların və Yan-Teylor tipli aşkarların A3B6 и A3B3C62 birləşmələrin energetik spektrə təsirini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqatların nəticəsi kimi təyin edilmişdir ki, bəzi şərtlər çərçivəsində, laylı və zəncirvarı quruluşlu kristallar aşağı ölçülü sistemlər kimi özlərini göstərir.
Ağbulaq (Sərdar)
Ağbulaq-Sərdar - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan şəhərindən 28 km cənub-qərbdədir.
Sərdar Hacıyev
Sərdar Hacıyev — Kimya elimləri doktoru, professor. == Həyatı == Sərdar Hacıyev Qubadlı rayonunun Xanlıq kəndində 22 aprel 1940-cı ildə anadan olub. 1957-ci ildə Xanlıq orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakkultəsinə daxil olub. 1962-ci ildə oranı bitirərək Leninqrad Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə "Kükürd və selenin oksigenli birləşmələrinin termodinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi adına layiq görülmüş, Bakı Dövlət Universitetinin fiziki və kolloid kimya kafedrasına assisent vəzifəsinə qəbul edilmişdir.1966-1969-cu illərdə həmin kafedrada baş müəllim, 1969-1989-cuillərdə isə dosent vəzifəsində çalışmışdır. 1987-ci ildə Tbilisi Universitetində "IIIa və Va qrup elementlərinin xalkohalogenidlərin sintezinin fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-1976-cı illərdə Əlcəzairdə Yüngül Sənaye İnistitutunda fransız dilində elmi pedoqoji fəaliyyətdə olmuş, 1990-cı ildən fiziki və kolloid kimya kafedrasının professoru elmi pedoqoji fəaliyyətdədir. Onun apardığı elmi tədqiqat işləri 11-ə qədər müəlliflik şəhadətnaməsi, patentdə öz əksini tapmışdır. == Təhsili, elmi dərəcə və elmi adları == 1962,kimya fakültəsi,BDU. 1966,k.e.n., „Qeyri-üzvi kimya“ ixtisası . 1987,k.e.d., „Fiziki kimya“ ixtisası .
Sərdar Həmidov
Sərdar Məcid oğlu Həmidov (2 yanvar 1950, Kəlbəcər – 29 fevral 2016, Bakı) — Azərbaycan siyasətçisi və hərbçisi. O, Tərtər ərazi özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuşdur. == Erkən illəri və ailəsi == Sərdar Məcid oğlu Həmidov 1950-ci ildə Kəlbəcərdə anadan olmuşdur. Onun atası Xalq Daxili İşlər Komissarlığı zabiti idi. Həmidovun qardaşı keçmiş daxili işlər naziri İsgəndər Həmidovdur. Sədar Həmidovun oğlu Şəhriyar Məcidzadə jurnalistdir."İstiqlal" qəzeti kimi bəzi mənbədə Həmidovun mənşəcə kürd olduğu iddia edilsə də, qardaşı İsgəndər Həmidov bunu təkzib etmiş və türk əsilli Kolanı tayfasından olduğunu bildirmişdir. == Fəaliyyəti == === Birinci Qarabağ müharibəsi === Sərdar Həmidov Azərbaycan Xalq Cəbhəsinin (AXC) may ayında prezident Ayaz Mütəllibovu devirməsindən sonra Tərtər rayonunun icra başçısı təyin edilmişdir. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır.
Sərdar Həsənov
Sərdar Həsənov (12 may 1985, Bakı) — Azərbaycanlı ağır atletdir. Azərbaycanı 2008 və 2012-ci illərdə Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Sərdar Həsənov 12 may 1985-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Bakı şəhərində anadan olmuşdur. == Karyerası == Sərdar Həsənov karyerası ərzində böyük uğur qazanmasada dəfələr ilə Azərbaycanı Dünya və Avropa Çempionatlarında təmsil etdi. 2012-ci ildə Yay Olimpiya Oyunlarında 8-ci yeri tutdu.
Sərdar Kərimov
Sərdar İsa oğlu Kərimov (5 dekabr 1954, Kəsəmən, Basarkeçər rayonu – 23 dekabr 2003, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini (1999–2003). == Həyatı == Sərdar Kərimli 1954-cü il Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açmışdı. 1971-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N. Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir. == Karyerası == 1978–1980-ci illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir. O, 1980–1983-cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi kimi işini davam etdirmişdir. 1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsinə göndərilmiş, 1989-cu ilə qədər burada təlimatçı kimi çalışmış rayon səhiyyəsinin kuratoru olmuşdur. Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssisələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin 2 noyabr tarixli sərəncamı ilə Sərdar Kərimov Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Sərdar Mehdiyev
Sərdar Dadaş oğlu Mehdiyev — jurnalist. == Həyatı == Sərdar Mehdiyev 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, 1953-1958 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. Sərdar Mehdiyev 1967-1969 illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. Sərdar Mehdiyev 2002-ci ildə Bakıda vəfat etmişdir. == Jurnalistlik fəaliyyəti == Sərdar Mehdiyev uzun illər müxtəlif rayon qəzetlərində jurnalist işləmişdir. O, "Qırmizi bayraq" (Zaqatala) qəzetinin məsul katibi (1958-1962), "Sürət" (Ağcəbədi) qəzetinin redaktoru (1962-1966), "Lenin yolu" (Ağdam) qəzetinin məsul katibi (1970-1989), "Qarabağ" qəzetinin məsul katibi (1989-1991), "Xocalının səsi" qəzetinin redaktoru (1991-2001) işləmişdir. Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı olmuşdur. == Mənbə == Orxan Zakiroğlu (Baharlı). Cabbar bəy Vəlibəyov və davamçıları.
Sərdar Möhyi
Əbdülhüsyn xan Müizüssultan, Sərdar Möhyi adıyla tanınan, Hacı Məhəmmədkazım Vəkilürrüayanın (Hacı Vəkil) oğlu, qardaşı Mirzə Kərim xan Rəşti ilə birlikdə Məşrutə hərəkatında əhəmiyyətli rolları var idi.Hər iki qardaş Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə bağlı idilər. Sərdar Möhyi Mirzə Kiçik xanla bərabər Qacarlar dövlətinə qarşı çıxmışdı. 1920-ci ildə Düşənbəbazar ətrafında bolşeviklər və İran Kazak diviziyasının döyüşçüləri arasında gedən vuruşmada yaralanmışdı. Sərdar Möhyi 50 yaşında Bakı şəhərində vəfat edib. == Qalereya == == Mənbə == Ziyalıların Rolu İranın Müasir Tarixində.Qədr mədəni institutu.Tehran:2008.1-ci cild; Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Sərdar Məmmədov
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd. == Həyatı == Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir. Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir. Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir. == Siyasi fəaliyyəti == Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır.
Sərdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. == Ailəsi == Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərdar Rüstəmov
Sərdar Mənsur oğlu Rüstəmov (20 avqust 1980) — azərbaycanlı aktyor. == Həyatı == Sərdar Rüstəmov 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbə vaxtlarından Akademik Milli Dram teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. 1999-cu ildə teatrın aktyor truppasına götürülüb, bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. S. Rüstəmov bir neçə bədii filmə çəkilib.
Sərdar Səfərov
Sərdar Mədəd oğlu Səfərov (12 avqust 1960, Kəlbəcər rayonu – 25 sentyabr 1991, Əsgəran rayonu, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır. == Xilaskar qəhrəman == 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.
Sərdar Vəliyev
Sərdar Novruz oğlu Vəliyev (d. 14 aprel 1939) — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). Prezident təqaüdçüsü. == Həyatı == Sərdar Novruz oğlu Vəliyev 14 aprel 1939-cu ildə Cəlilabadda anadan olub. Orta məktəbi burada bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasına operator assistenti kimi işə düzəlib. 1984-cü ildə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakultəsini bitirib. == Fəaliyyəti == Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyir. 130-a yaxın bədii və sənədli filmlərin operatorudur.Prezident təqaüdçüsüdür. (2006) == Ad == Azərbaycanın əməkdar mədəniyyət işçisi (18 dekabr 2000) == Filmoqrafiya == Operator assistenti kimi Zirvə (film, 1964)(qısametrajlı bədii film) Dağlarda döyüş (film, 1967)(tammetrajlı bədii film) İnsan məskən salır (film, 1967)(tammetrajlı bədii film) Uşaqlığın son gecəsi (film, 1968)(tammetrajlı bədii film) Gilas ağacı (film, 1972)(qısametrajlı bədii film)Operator kimi Çəmənlik və otlaqların yaxşılaşdırılması (film, 1969) (qısametrajlı sənədli film) Azərbaycanın faunası (film, 1970) (qısametrajlı sənədli film) Azərbaycanın florası (film, 1970) (qısametrajlı sənədli film) Kəndimizin qəhrəmanı (film, 1971) (qısametrajlı sənədli film) Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974) (qısametrajlı sənədli film) Üzümlüklərin salınması və becərilməsi (film, 1974) (qısametrajlı sənədli film) Azərbaycan mənzərələri (film, 1975) (qısametrajlı sənədli film) Qızıl balıqlar (film, 1975) (qısametrajlı sənədli film) Azərbaycan məktəbində rus dili (film, 1976) (qısametrajlı sənədli film) Neftayırmanın yeni kompleksi fəaliyyətdədir (film, 1976) (qısametrajlı sənədli film) Nizami Gəncəvi (film, 1976) (qısametrajlı sənədli film) Odlu burulğanın ram edilməsi (film, 1976) (qısametrajlı sənədli film) Süleyman Rüstəm (film, 1976) (qısametrajlı sənədli film) 1990-cı ilin adamı (film, 1977) (qısametrajlı sənədli film) (qısametrajlı sənədli film) Şirvan qoruğu (film, 1977) (qısametrajlı sənədli film) Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978) (qısametrajlı sənədli film) Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979) (qısametrajlı sənədli film) Yaşıl möcüzə (film, 1979) (qısametrajlı sənədli film) Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film) Dostlar görüşəndə (film, 1980) (qısametrajlı sənədli film) Günəşli salxımlar (film, 1980) (qısametrajlı sənədli film) Həyat naminə (film, 1980) (qısametrajlı sənədli film) 60 il keşikdə (film, 1981)(qısametrajlı sənədli film) Bakıda "Mosfilm" günləri (film, 1981) (qısametrajlı sənədli film) Belə bir kənd var (film, 1981) (qısametrajlı sənədli film) Böyük anda sadiqik (film, 1981) (qısametrajlı sənədli film) Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981) (qısametrajlı sənədli film) Qan qohumluğundan irəli (film, 1981) (qısametrajlı sənədli film) Qəhrəmanlara eşq olsun! (film, 1981) (qısametrajlı sənədli film) Nailiyyətlər estafeti (film, 1981) (qısametrajlı sənədli film) Ev dirəyi-el dirəyi (film, 1982) (qısametrajlı sənədli film) Odu qoru (film, 1982) (qısametrajlı sənədli film) Cəh-cəh həsrətində (film, 1983) (qısametrajlı sənədli film) Xəzər: İnsanlar və neft (film, 1983) (qısametrajlı sənədli film) Saatlı eksperimenti (film, 1983) (qısametrajlı sənədli film) "Azərbaycan" dünyanı gəzir (film, 1984) (qısametrajlı sənədli film) İkinci həyat (film, 1984) (qısametrajlı sənədli film) Təhlükəsizlik keşiyində (film, 1984) (qısametrajlı sənədli film) Ulu diyar (film, 1984) (qısametrajlı sənədli film) Xəzər gəmiçiliyi-60 (film, 1985) (qısametrajlı sənədli film) Yürüşün sonu varmı?
Sərdar Zeynalov
Zeynalov Sərdar Bahadur oğlu (2 fevral, 1952, Bakı) — kimya elmləri doktoru, professor. Kimya Problemləri İnstitutunun Bioloji aktiv maddələr sektorunun müdiri. == Həyatı == Sərdar Bahadur oğlu 2 fevral 1952-ci ildə Bakı şəhərində anadan olub. V.İ.Lenin adına Azerbaycan Müəllimlər İnstitutunu bitirib. Kimyaçıdır. == Əsas elmi nailiyyətləri == Alitsiklik sırasının sadə-mürəkkəb və gilcidil efirlərin alınma prosesi işlənmişdir. Onların alınma mexanizmi və kinetikası tədqiq edilmişdir. sintez edilmiş maddələr sintetik yağların aşkarlar, plastifikatorlar ətirli maddələr, lak boyalar və yapışqan kompoziya kimi istifadə olunmuşdur. Epixlorhidridlərin aromatik turşularla oksiturşularla, aminlərlə və aminoturşularla reaksiyasının mexanizmi və kinetikası tədqiq olunmuşdur. Bioaktiv maddələrin və maye kristalların xassələrinə malik olan çoxfunksional birləşmələr sintez edilmişdir.
Sərdar Zülfüqarov
Sərdar Zülfüqarov (Zülfüqarov Sərdar Baba oğlu; d. 1929, Zöhrəmi, Dəvəçi rayonu) — Dövlət mükafatı laureatı. == Həyatı == Sərdar Zülfüqarov 1929-cu il avqust ayının 10-da Şabran (Dəvəçi) rayonunun Zöhrəmi kəndində anadan olmuşdur. Zülfüqarov Sərdar Baba oğlu 2002–ci ilin sentyabr ayının 28-də Bakı şəhərində ürək çatışmamazlığından vəfat etmişdir. == Təhsili == Sərdar Zülfüqarov 1946-cı ildə M.S.Rəsulzadə adına ADU-nun geoloji coğrafiya fakultəsinə daxil olmuş və 1951 ci ildə geoloq ixtisası alaraq universiteti bitirmişdir. == Elmi fəaliyyəti == 1969 cu ildə “Filizçay yataqlarının əmələ gəlməsinin struktur şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. Bir monoqrafiyanın və 10 elmi əsərin müəllifidir. 1981 ci ildən respublika ərazisində radiaktiv elementlərin öyrənilməsində və ekologiyanın tədqiqi işlərinə rəhbərlik etmişdir. == Əmək fəaliyyəti == 1950-ci ildən Azərbaycan Geologiya idarəsinin Naxçıvan Muxtar Respublikasının Ordubad geoloji kəşfiyyat partiyasinda kollektor, icraçı geoloq, böyük geoloq və sahə rəisi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Ordubad geoloji kəşfiyyat partiyasının texniki rəhbəri vəzifəsində işləmişdir.
Sərdar bağı
== Parklar == Xan bağı (Gəncə) — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən tarixi park. Xan bağı (Bakı) — İçərişəhərdə yerləşən tarixi park. Xan bağı (İrəvan) — İrəvan şəhərinin tarixi mərkəzində yerləşən bağ. Xan bağı (Qarabağ) — Xankəndi şəhərinin tarixi mərkəzində yerləşən yer. == Toponim == Xanbağı — Azərbaycanda yayılmış tarixi toponim.
Sərdar məscidi
Sərdar məscidi (İrəvan)
Sərdar sarayı
Sərdar sarayı (Xan sarayı) — İrəvan qalasının şimal-şərqində yerləşən keçmiş xan sarayı. == Tarixi == Azərbaycan memarlığının şah əsərlərindən olan Xan sarayı, yaxud Sərdar sarayı 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikdirilmiş və qala ilə üzbəüz, Zəngi çayının sağ sahilində iri bağ salınmışdı.1760–1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762–1783) tərəfindən təkmilləşdirilmişdir. 1827-ci ildə rusların İrəvanı işğal etməsindən sonra saray ciddi dağıntılara məruz qalmışdı. 1837-ci ildə tərtib edilmiş planda sarayın təqribən 1 hektar ərazini əhatə etdiyi aydın olmuşdur. Sarayda 19-cu əsrin ortalarında təmir-bərpa işləri aparılmışdır. 1867–1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim İrəvani həyata keçirmişdir. XX əsrin əvvəllərindən etibarən Xan sarayı sürətli şəkildə dağıdılmağa başlanılmışdır. Saray hələ 1913-cü ildə erməni millətçilərinin təcavüzünə məruz qalaraq qismən dağıdılmışdı. 1918-ci ildə ermənilər sarayın binasını yerlə-yeksan etdilər. Səfəvi və Qacar dövrünə məxsus olan saray memarlığının gözəl bir nümunəsi yer üzündən silindi == Haqqında == Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797–1834), Abbas Mirzənin (1784–1833) Rüstəm və Söhrabın portretləri vardı.
Sərdar Ünsal
Sərdar Ünsal (türk. Serdar Ünsal; 24 fevral 1956, İğdır) — köşə yazarı, jurnalist, müəllim və İğdır Azərbaycan Evinin rəhbəri. == Bioqrafiyası == 1956-cı ildə İğdırda anadan olmuşdur. İlk orta təhsilini İğdırda almışdır. Daha sonra Balıkesir Necatı bəy Təhsil İnistitutunun Türkcə bölümünü bitirmişdir. Sonra Əskişəhər Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı bölümündən məzun olmuşdur. Konya və İğdırda müxtəlif məktəblərdə müəllimlik və idarəçilik etmişdir. 1973-cü ildən etibarən müxbirlik, jurnalistlik və köşə yazarlığı ilə də məşğuldur. Keçmişdə Sabah, Akşam, Tərcüman, Anadolu Ajansının İğdır müxbirliyini etmişdir. Hal-hazırda da TRT İğdır bölgə təmsilçisidir.
Sərdar İmrəliyev
Sərdar İmrəliyev (azərb. Sərdar Məmməd oğlu İmrəliyev‎; d. 15 dekabr, 1930) — Sosialist Əməyi Qəhrəmanı == Həyatı == Sərdar İmrəliyev Cəbrayıl rayonun Horovlu kəndində anadan olub. 12 övladi var == Mükafatları == Sosialist Əməyi Qəhrəmanı (30.04.1966), Azərbaycan SSR əməkdar mexanizatoru(1966), Azərbaycan SSR əməkdar pambıqçısı (1975), SSRİ Dövlət mükafatı laureatı (1975). Beyləqan rayonunun Bahar 3 nömrəli sovxoz qəsəbəsində traktorçu köməkçisi (1943-1945), mexanizator (1945-1960), həmin sovxozda pambıqçılıq üzrə kompleks mexanikləşdirilmiş briqadanın briqadiri olmuşdur (1960-1987). İttifaq miqyasında tanınan Sərdar İmrəliyevin iş təcrübəsini öyrənmək üçün işlədiyi sovxozda “Sərdar məktəbi” yaradılmışdır. 1964-cü ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. ASE elmi şuranın üzvü (1976), SSRİ Ali Sovetinin deputatı olmuşdur (6,7,8,9,10 çağırış). 4 dəfə “Lenin” (16.02.1963; 30.04.1966; 08.04.1971; 16.12.1972;) və “Oktyabr inqilabı” (23.02.1978) ordenləri ilə təltif edilmişdir. Sov.İKP-nın 25-31 qurultaylarının nümayəndələsi olmuşdur.
Sərdar İsmayılov
Sərdar Sərvər oğlu İsmayılov (31 iyul 1995; Suraxanı rayonu, Azərbaycan — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərdar İsmayılov 1995-ci il iyulun 31-də Suraxanı rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərdar İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərdar İsmayılov oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərdar İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərdar İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əbdül Hüseyn Sərdari
Əbdül Hüseyn Sərdari (fars. عبدالحسین سرداری‎; 1914, Tehran – 1981, Nottinqem, Nottinqemşir[d]) – əslən azərbaycanlı olan İran diplomatı. İkinci dünya müharibəsi zamanı bir çox yəhudini Holokostdan xilas etdiyinə görə "İranlı Şindler" ləqəbi ilə tanınır. Paris konsulluğunun rəhbəri olmuşdur. == Bioqrafiya == İkinci dünya müharibəsi zamanı Paris nasistlər tərəfindən işğal olunandan sonra orada yaşayan İran yəhudilərin həyatı təhlükə altına düşmüşdü. Bunun qarşısını almaq üçün konsulluğun rəhbəri Əbdül Hüseyn Sərdari yəhudilərə İran pasportları paylayırdı. Bu, onların İran vətəndaşı kimi xilas olmaları demək idi. Çünki o zaman Almaniya ilə İran arasında nasistlərin heç bir İran vətəndaşına toxunmaması barədə razılaşma mövcud idi.Bu zaman Sərdari öz əlaqələrindən istifadə edərək, 2 mindən çox iranlı yəhudini xilas edə bildi.1941-ci ildə SSRİ və Böyük Britaniya İrana hücum edən zaman Sərdarinin diplomatik fəaliyyəti üçün təhlükə yarandı. İranla müttəfiqlər arasında müqavilə imzalandıqdan sonra Sərdariyə mümkün qədər tez bir zamanda evə dönməyi əmr etdilər. Buna baxmayaraq, o, Parisdə qalmağa qərar verdi və yenə də öz yəhudilərə kömək etməyə davam etdi.
Serdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. == Ailəsi == Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sərkarlı
Sərkarlı (Göygöl) — Göygöl rayonunda kənd. Sərkarlı (Xaçmaz) — Xaçmaz rayonunda kənd.
Sərdabə
Sərdabə — farsca sərdab – zirzəmi, yeraltı otaq deməkdir. Daxilində bir və ya bir neçə məzarın olduğu memarlıq abidəsi, tikilidir. Belə sərdabələrdə əsasən yüksək rütbəli şəxslər və onların ailə üzvüləri dəfn olunurdu.
Ferrari
Skuderiya Ferrari—Yarışda məşğul olan avtomobil şirkəti Ferrari (İtalyan Gestione Sportiva) bir bölümü olan İtalyan yarış komandası. Bu birim, çox sayda Ferrari müştərisinin və xüsusi qrupların yarış fəaliyyətlərində iştirak etməsinə baxmayaraq, əsas işlərini və maliyyələrini Formula 1 komandası olan Scuderia Ferrari'ye yönəldir. Burada "Motorsporlarda Ferrari" tələbi yönəldilir. Bu mövzuda ayrı bir məqalə lazımdır. Bu müddət də başqa mənaları daşıyır, bax Ferrari. Komandanın 1950-ci ildən bu günədək Formula 1 yarışında iştirak edir və çempionatda ən qədim və ən uğurlu komandadır. Komanda çoxsaylı italyan azarkeşləri tez-tez "tifosi" (İtalyanca tifosi) adlanır. Scuderia Ferrari İtaliyadan "Stabil Ferrari" kimi tərcümə edir, Scuderia da bəzən Formula 1-in digər qrupları kimi istinad edilir, məsələn Scuderia Toro Rosso. == Komandanın tərkibi == | Sebastyan Fettel - 2015-ci ildən etibarən komanda üçün dayanır. Dörd dəfə dünya çempionu (2010 - 2013).
Zərdabi
Zərdabi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbədə tam orta məktəb, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbi, uşaq bağçası, xəstəxana, ruhi əsəb xəstələri üçün dispanser fəaliyyət göstərir. Həmçinin qəsəbədə yay və qış klubları, istirahət parkı, 1941-1945-ci il müharibəsinin iştirakçılarının şərəfinə ucaldılmış abidə və park yerləşir. == Əhali == Əhalisi 11256 nəfərdir. == Elm == Qəsəbədə 1964-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir.
Herbari
Herbari qurudulmuş bitki Kolleksiyasıdır. Latın dilində "herba" ot, "herbari" otluq deməkdir. Herbarinin hazırlanması:bitki yarpağını bir kitabın və ya dəftərin içinə qoyulur. Bir müddət sonra bitki quru olur.