Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ələsgər
Ələsgər — Azərbaycanda ən çox istifadə edilən kişi adı. Aşıq Ələsgər — Azərbaycan aşığı.Ələsgər ƏləkbərovƏləsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti Ələsgər Ələkbərov (arxeoloq) — arxeoloq, etnoqraf, ölkəşünasƏləsgər MəmmədovƏləsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas.Ələsgər Əliyev — Azərbaycan jurnalisti. Ələsgər İbrahimov — azərbaycanlı aktyor. Ələsgər Məmmədoğlu — Azərbaycan teatr və kino aktyoru Ələsgər Muradxanlı — aktyor. Ələsgər Novruzov — Azərbaycanın Milli QəhrəmanıYaşayış məntəqələriƏləsgər (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Arif Ələsgər
Arif Məmmədhüseyn oğlu Ələsgərov (18 mart 1944, Bakı) — Azərbaycan rəngkarı, qrafika ustası, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakıda anadan olub. O, 1959–1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1964–1972-ci illərdə isə V.İ.Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil almışdır. Arif Ələsgərov 1972–1977-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent işləmişdir. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri işləmiş və professor elmi adını almışdır. 2008-ci ildən Trabzondakı Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir. 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq çalışır. Arif Ələsgərov 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Arif Ələsgərov yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir və fərdi dəst-xəttə və özünəməxsus qrafik üsluba malikdir. Onun dəzgah qrafikasının əsas mövzusunu Abşeron, Bakı və bakılılar əhatə edir.
Aşıq Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 və ya 1821, Ağkilsə – 7 mart 1926[…] və ya 1926, Ağkilsə, Yeni Bəyazid qəzası) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 və ya 1821, Ağkilsə – 7 mart 1926[…] və ya 1926, Ağkilsə, Yeni Bəyazid qəzası) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. == Həyatı == Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. == Xeyriyyə işləri == O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Çopur Ələsgər
Çopur Ələsgər (tam adı:Ələsgər Mikayıl oğlu Tağıyev; d. 1930, Bozalqanlı, Tovuz rayonu – ö. 23 oktyabr 2014) — Azərbaycan aşığı və şairi. == Həyatı == "Çopur Ələsgər" ləqəbi ilə tanınan Aşıq Ələsgər 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünü aşıq sənətinə həsr etmiş ustad aşıq bu sənətin sirlərini aşıqlar Hüseyn Rzayev və Əkbər Cəfərovdan öyrənib. 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanı bilən aşıq Çopur Ələsgər özü də uzun illər sənətinin sirlərini özündən sonra gələn nəslə öyrətmmişdir. 23 oktyabr 2014-cü ildə vəfat etmişdir. == Tədbirlər == 20 aprel 2013-cü ildə "Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu" İctimai Birliyin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ustad aşıq Ələsgər Tağıyevin yaradıcılıq gecəsi keçirilib. Gecədə deputat Qənirə Paşayeva, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filalofiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və başqa siyasi-ictimai xadimlər iştirak edirdilər. Tədbirin aparıcısı AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli idi.
İslam Ələsgər
İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu; 22 iyun 1925, Ağkilsə, Yeni Bəyazid qəzası – 6 oktyabr 2014, Göygöl rayonu) — filologiya elmləri namizədi, Ələsgərşünas alim. == Həyatı == İslam Ələsgər 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Diplom işi "Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi" olmuşdur. 1941-ci ildən Basarkeçər rayonunun Zod kənd orta məktəbində 48 il müəllim, direktor işləmişdir. Doğma Ağkilsə kəndində dörd il kolxoz sədri də işləmişdir. Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplamış, 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirmiş və haqqında məqalələr yazmışdır. 1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1997-ci ildə Azərbaycan Respublikası prezidenti cənab Heydər Əliyevin "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazmışdır. 6 oktyabr 2014-cü ildə Göygöl rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub.Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib.1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır. Ələsgər Abdullayev 1913–1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuşdur. O, tarzənlərdən Qurban Pirimovun, Tevosun, kamançada isə Saşa Oqanezaşvili və Moses Quliyansın müşayiətləri ilə "Çahargah", "Rast", "Mahur–Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər", "Hasar" və s.
Ələsgər Muradxanlı
Muradxanlı Ələsgər Cəlal oğlu — azərbaycanlı aktyor. == Həyatı == Ələsgər Muradxanlı 10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. 1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ələsgər Muxtarov
Ələsgər Faiq oğlu Muxtarov — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. == Hərbi xidməti == Mayor Ələsgər Muxtarov Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Ələsgər Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ələsgər Məmmədli
Məmmədli Ələsgər Əhməd oğlu (24 may 1968, Quzanlı, Ağdam rayonu) — Azərbaycanlı hüquqşünas. == Həyatı == Ələsgər Məmmədli 1968-ci ilin may ayının 24-də Ağdam rayonunun Quzanlı kəndində müəllim ailəsində anadan olub. 1985-ci ildə Ağdam rayonu Quzanlı kənd orta məkdəbini, 1996-cı ildə Türkiyə Cümhuriyyətində İstanbul Universitetinin hüquq fakültəsini bitirib və İstanbulda vəkillik fəaliyyəti ilə məşğul olub. 2001-ci ildə Türkiyənin Ankara şəhərində Türkiyə və Orta Doğu Amme İdaresi Enstitüsü Kamu Yönetimi bölümündə magistraturanı bitirib və hüquq və idarəetmə üzrə ekspert ixtisası əldə edib alıb. İstanbul Barosunda (Vəkillər Kollegiyasında) vəkillik ixtisası üzrə bir illik xüsusi təlim keçib. ABŞ-nin İnternyus və İREX təşkilatlarında hüquqşünas kimi fəaliyyət göstərib. Media hüququ, seçki hüququ, yerli özünüidarəetmə hüququ, informasiya əldə etmək hüququ, konstitusiya hüququ və insan hüquq və azadlıqları sahəsini əhatə edən onlarla kitab, broşür müəllifidir. Çoxsaylı elmi məqalələri yerli və xarici nəşrlərdə çap edilib. Hüquqşünaslar və jurnalistlər üçün yüzlərlə təlimlərin aparıcısıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın hüquqi tənzimlənməsi istiqamətində dərs deyir.
Ələsgər Məmmədov
Ələsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas.
Ələsgər Məmmədoğlu
Əsgər Məmmədoğlu, bəzən Ələsgər Məmmədoğlu kimi tanınır — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002). Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu "Azərbaycanın Çelentanosu" deyə çağırırdılar. == Həyatı == Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri), Qazı ("Sizi deyib gəlmişəm" Anar), Səfər ("Əliqulu evlənir" Sabit Rəhman), Cəllad ("Maqbet" Uilyam Şekspir), Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev), Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil), Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin), Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə), Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov), Səlim ("Aydın" Cəfər Cabbarlı), Qasımlı ("Bu dünyanın adamları" Hidayət), Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz), Məzarçı ("Hamlet" Uilyam Şekspir), Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Kürən ("Xəcalət" Hüseynbala Mirələmov) Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov) Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır.Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir. 2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir.
Ələsgər Novruzov
Ələsgər Xanlar oğlu Novruzov (1 avqust 1949, Kürdhacı, Laçın rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. == Həyatı == Ələsgər Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə. Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968–1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanmıdır. Əmək fəaliyyətinə başladığı ilk günlərdən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma işləri aparmış, uşaq və gənclərin idmana marağını artırmışdır. Ələsgər müəllim kənd camaatı arasında da dərin nüfuz sahibi olmuş, yaxşı müəllim olmaqla yanaşı kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir.
Ələsgər Qasımov
Qasımov Ələsgər Ramazan oğlu (d.23.01.1901, Bulqan kəndi, Babək rayonu) — iqtisadçı. İqtisadi elmlər namizədi (1948), professor(1961), 1948-ci ildə Moskvada "Sosializm yarışı və onun əmək məhsuldarlığının yüksəldilməsində əqli əməklə fiziki əmək arasındakı əksliyin aradan qaldırılmasında rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1929-cu ildə Tiblisidə Zaqafqaziya Kommunist Universitetini və 1932-ci ildə onun aspiranturasını bitirmiş, ali məktəblərdə dərs demişdir. Qırmızı Professura İnstitunun (Moskva) iqtisadiyyat şöbəsini bitirdikdən sonra Moskva və Bakının ali məktəblərində işləmiş, 1937-ci ilin fevral və avqust aylarında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tədris işləri üzrə prorektoru, həmin vaxtdan Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki APU), 1940-cı ildən isə Ali Kənd Təsərrüfatı Məktəbinin siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1942-ci ildə könüllü surətdə cəbhəyə getmişdir. 223-cü Azərbaycan Atıcı divizyası siyasi şöbəsi rəisinin müavini olmuşdur. Müharibədən sonra Moskva İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ələsgər Qasımov uzun müddət respublikanın ali məktəblərində müəllim, 1966-cı ildən isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu siyasi iqtisadi kafedrasının müdiri işləmişdir. Siyasi iqtisad problemlərinə dair tədqiqatların, dərs vəsaitlərinin müəlifidir. Keçmiş ümumittifaq "Voprosı ekonomiki" (Moskva) jurnalı redaksiya heyətinin, respublikanın bir sıra ali məktəbləri elmi şuralarının üzvü olmuşdur.
Ələsgər Qayıbov
Ələsgər Qayıbov (tam adı: Ələsgər Yusif oğlu Qayıbov; 15 mart 1966, Yormuğanlı, Saqareco rayonu, Kaxetiya, Gürcüstan SSR, SSRİ – 21 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1966-cı il martın 15-də Gürcüstan SSR Qaraçöp mahalının Yormuğanlı kəndində anadan olmuşdur. Şəhid olduğu ərəfədə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi.Subay idi. == Qanlı Yanvar faciəsi == Həmin gecə xeyli yaralıya kömək etmişdir. «Gənclik» metrosunun yanından neçə dəfə 5 nömrəli xəstəxanaya gedib-qayıtmışdı. Lenin adına Mərkəzi Stadionun yaxınlığında digər yaralıya kömək etmək istəyərkən yaralanmış, güllə sol qolunu qıraraq qarnını yaralamışdır. Üzərində 3 mürəkkəb cərrahiyyə əməliyyatı aparılsa da, aldığı xəsarətdən yanvarın 21-də səhər saat 7-də vəfat etmişdir. Şəhidlər xiyabanında dəfn edilmişdir.
Ələsgər Qurbanəliyev
Ələsgər Novruzəli oğlu Qurbanəliyev (23 mart 1948, Qobu – 21 aprel 2021) — aktyor. == Həyatı == Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. 23 iyun 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında aktyor işləyib. 10 aprel 1979-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. Aktyor 21 aprel 2020-ci ildə 73 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.
Ələsgər Rizvan
Ələsgər Rizvan – Təbriz teatrının aparıcı səhnə ustalarından olub. Bəzi mətbuat səhifələrində soyadı "Rizvani" kimi yazılıb. "Təbai" təxəllüsü ilə də çıxış edib. == Həyatı == Ələsgər Rizvan 1909-cu ildə Qarabağın Şuşa şəhərində doğulub. Üç-dörd yaşlarında ailəsi Ağdama köçüb. İbtidai təhsilini Ağdamda alıb. Onun ürəyəyatımlı, muğam ifaçılığına uyğun gələn səsi və güclü yumor bacarığı olub. Səhnə sənətinə marağı orta məktəbdə oxuyanda başlayıb. Şaqraq və cingiltili səsini eşidən Qaflan Muradov onu özünün aktyor işlədiyi Ağdam mədəniyyət klubunun dram dərnəyinə dəvət edib. Səhnəyə ilk dəfə Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında qız rolunda çıxıb.
Ələsgər Rüstəmov
Ələsgər Talıboğlu
Ələsgər Talıboğlu — şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı lauratı. == Həyatı və yaradıcılığı == Şair–publisist Ələsgər Talıboğlu 20 iyun 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərimbəyli kəndində doğulub. Uşaqlıq illəri Dərələyəz mahalının Çivə kəndində keçib. Hətta birinci və ikinci sinifləri o kənddə oxuyub. Sonra ata yurdu olan Şərur rayonunun Kərimbəyli kəndinə qayıdıb və təhsilini orada davam etdirib. 1970-ci ildən ailəsi ilə birgə taleyini ana kəndi olan Axaməd kəndinə bağlayıb. 1975-ci ildə doğulduğu Kərimbəyli kəndində orta təhsilini başa vurub. Sovxozda fəhlə işləməyə başlayıb. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1980–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb.
Ələsgər Tağıyev
Ələsgər Tağıyev (azərb. Tağıyev Ələsgər Soltan oğlu, rus. Тагиев, Алескер Солтанович; d. 1958-ci il, 1 iyul, Bakı ş., Azərbaycan SSR, SSRİ) - Hüquq elmləri doktoru. Beynəlxalq Hüquqşünaslar İttifaqı sədrinin birinci müavini. == Həyatı == Tağıyev Ələsgər Soltan oğlu 1958-ci il iyulun 1-də Bakıda həkim ailəsində anadan olub. 1975-ci ildə Bakıda 134 saylı rus orta məktəbini, 1980-ci ildə “hüquqşünaslıq” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirdikdən sonra Ə.Tağıyev təyinatla Azərbaycan Respublikasının ədliyyə orqanlarında işə göndərilib. 1980-1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi aparatında Məhkəmə Orqanları İdarəsində baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri işləyib. 1987-ci ildə Sov.İKP MK-nın qərarı ilə Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında rəhbər kadrların hazırlanması ilə bağlı Ə.Tağıyev SSRİ Ədliyyə Nazirliyinin mərkəzi aparatına işləməyə göndərilib.
Ələsgər İbrahimov
Ələsgər İbrahimov (30 yanvar 1943, Bakı – 10 mart 1983) — azərbaycanlı aktyor. == Həyatı == Ələsgər İbrahimov 1943-cü ilin 30 yanvar tarixində Bakıda anadan olub. İndiki Dövlət Neft Akademiyasında təhsil alıb. Oranı bitirdikdən sonra maddi çətinlikləri olan ailəni dolandırmaqdan ötrü müxtəlif yerlərdə çalışıb. Ən çox sevdiyi iş yerlərindən biri mühəndis kimi çalışdığı kinostudiyanın mexanika sexi idi. Kinoya gəlişi isə təsadüfən olmuşdu. İçərişəhərdəki evlərində görkəmli kinorejissor Arif Babayevlə qonşu idilər. Ələsgər İbrahimovun yaraşıqlı siması vardı. Hündür boyu, enli kürəyi, gözəl sifət cizgiləri ona daha da yaraşıq verirdi. Çox vaxt onu məşhur fransız aktyoru Jan Mareyə bənzədirdilər.
Ələsgər Şahbazov
Şahbazov Ələsgər Abbas oğlu (1898, Bakı – 9 may 1973, Bakı) — Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Kommunist (bolşevik) Partiyasının müxtəlif bölgələrdə məsul katibi, 1930–1932-ci illərdə Azərbaycan SSR-in Xalq Təsərrüfatı Ali Sovetinin sədri, 1932-ci ildə Azərbaycan SSR-in Yüngül sənaye üzrə xalq komissarı, 1933-cü ildə Kirovabad (Gəncə) iplik və toxuculuq kombinatının direktoru, 1933-1935-ci illərdə Azərbaycan SSR-in Maşın Traktor Stansiyasının Siyasi bölməsinin rəisi, Yardımlı Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Tağı Şahbazinin qardaşı. == Həyatı == 1898-ci ildə anadan olub. 1937-ci ilin avqust ayında həbs edilir, 1939-cu ildə 10 illiyə azadlıqdan və 5 il də hüquqlarından məhrum etmə cəzasına məhkum edilib. 1941-ci ilin fevralında cəzası 8 ilə qədər azaldılıb. 1945-ci ilin avqustunda azad edilib. 1948-ci ildə yenidən həbs edilib. 1949-ci ilin yanvarında yenidən 10 il azadlıqdan məhrum edilib, 1955-ci ildə azadlığa çıxıb. 1967-ci ildə təqaüdə çıxıb. 1973-cü il may ayının 9-da vəfat edib. == Təşkilati fəaliyyəti == 1917-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) üzvü olub.
Ələsgər Şərifov
Ələsgər Məmmədtağı oğlu Şərifov (25 dekabr 1909, Şamaxı – 9 sentyabr 1982, Bakı) — Azərbaycan rejissoru və aktyoru, Azərbaycan SSR xalq artisti (1960). == Həyatı == Azərbaycan teatrının tanınmış rejissorlarından olan Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə doğulub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və Ələsgər burada təhsil məktəbinə gedib. Həmin illərdə Bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb. Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində "İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb. Həmçinin Akademik teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər Şərifov imtahanları vaxtından əvvəl verərək Moskvaya ali təhsil almağa gedib.
Ələsgər Əliyev
Ələsgər Əliyev (azərb. Ələsgər Abdulla oğlu Əliyev‎ ; d.1883- ö.1938 )— Azərbaycan jurnalisti. == Həyatı == Ələsgər Əliyev 1883-cü ildə anadan olmuşdur. 1898-ci ildə Bakıda rus-tatar məktəbini bitirmişdir. == Fəaliyyəti == Ələsgər Əliyev məktəbi bitirdikdən sonra "Kaspi" mətbəəsində mürəttib şagirdi işləyib. O, Bakıdakı inqilabi hərakatda yaxından iştirak etmişdi. Bakı sosial-demokratlarına qatılan Ə.Əliyev 1902–1903-cü illərdə bolşeviklərin bir sıra intibahnamələrinin çap olunmasında fəallıq göstərmiş, əqidəcə sosial-demokrat kimi formalaşmışdı. 1903-cü ildə Bakıda keçirilən məşhur iyul tətilinin iştirakçılarından biri də odur. 1904-cü ildən başlayaraq Əliyev Bakıda və onun ətraf rayonlarında müəllimliklə məşğul olmuşdur. Müəllimlik fəaliyyəti dövründə bir sıra qəzet və jurnallarda məqalələrlə çıxış etmişdir.