Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır. 3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir. 2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Lalla Salma
Lalla Salma — Mərakeş Krallığının birinci xanımı Lalla Salma 1978-ci ildə mayın 10-da Mərakeşin Fəs şəhərində dünyaya gəlib. Salma Mərakeş kralı VI Məhəmmədlə 2002-ci ildə ailə həyatı qurub. Onların Moulay Həsən və Lalla Xədicə adında iki övladı var. Kraliça Rabat şəhərində təhsil alıb. ONA Group şirkətində informasiya xidmətləri sahəsində mühəndis vəzifəsində çalışıb. O, HİV-QİÇS və xərçəng xəstəliklərinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrə səfərlər edib. Məhz bu məsələləri müzakirə etmək üçün Salma xüsusi səfir kimi Tunis və Səudiyyə Ərəbistanı olub. Birinci xanımlar fotolarda – Lalla Salma.
Cistanche salsa
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Nijnyaya Salda
Nijnyaya Salda — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Phelipaea salsa
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Phelypaea salsa
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Qızılhacılı (Salka)
Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Barmaqsız bələdiyyəsidə etnik azərbaycanlı kəndi. Qızılhacılı kəndi Qaraxaç silsiləsinin şərq ətəklərində dəniz səviyyəsindən 1220–1240 m. yüksəklikdə yerləşir. Qonşu kəndləri Aşağı Qarabulaq, Böyük Qomaret, Saca, Kirovis və sairədir.
Salda gölü
Salda gölü (türk. Salda Gölü) ― Türkiyənin Burdur ili Yeşilova ilçəsində, ilçə mərkəzindən 4 km məsafədə, meşəli təpələr, qayalı ərazi və kiçik allüvial düzənliklərlə əhatə olunan bir az duzlu karst gölü. Gölun yerləşdiri bölgə axını olmayan qapalı bir hövzəyə malikdir. Sahəsi təxminən 44 km²-dir. 184 metrə qədər dərinliyi ilə Türkiyənin ən dərin 3-cü gölüdür. Göldə əmələ gələn hidromaqnezit mineralı “bioloji minerallaşma”-nın ən gözəl və müvafiq nümunələrindən biridir. Türkiyə Prezidentin 3 mart 2019-cu il tarixli və 824 nömrəli qərarı ilə Salda gölü xüsusi qorunma sahəsi olaraq elan edilir. 15 mart 2013-cü il tarixində rəsmi qəzetdə 30715 nömrəli elan dərc edilir. Salda gölü və ətrafındakı yerlərdə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta temperatur 15 ° C-dir.
Salka bələdiyyəsi
Salka bələdiyyəsi, Barmaqsız bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salka şəhəridir. Tsalka rayoyu 1930-cu ildə təşkil edilmişdir. Buna qədər əraziləri 1921-1929-cu illərdə Tiflis qəzasına daxil idi. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Tsalka rayonu 1.060 km² ərazini, bu ərazidə yerləşən 7 kənd sovetliyinə daxil olan toplam 44 kəndi və bu kəndlərdə yaşayan 35.163 nəfər əhalini əhatə edirdi, rayonun inzibati mərkəzi Güney Qala kəndi idi. 22 dekabr 1932-ci ildə Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırıldı. Yeni inzibati bölgüyə əsasən Tsalka qəsəbəsi Tsalka rayonunun inzibati mərkəzi oldu. Barmaqsız bələdiyyəsi sıx hidroşəbəkəyə malikdir. Bələdiyyə ərazisində çoxlu sayda iri və xırda çaylar axır. Ən böyük çayı Borjomi ərazisində mənbəyini götürən Anaxatır çayıdır.
Salma Hayek
Salma Hayek (isp. Salma Valgarma Hayek Jiménez-Pinault, ərəb. سلمى حايك‎; 2 sentyabr 1966[…]) — Meksika və Amerika kino aktrisası, rejissor və prodüserdir. Salma Hayek 2 sentyabr 1966-cı ildə Meksikanın Verakruz ştatının Koatsakoalkos şəhərində doğulmuşdur. Onun anası ispan əsilli, atası isə livan əsillidir. Uşaqlıqda disleksiya xəstəliyinə tutulmuş və bu səbəbdən bir çox problemlər yaşayıb. Salma Hayek kino karyerasına Meksikada yayımlanan "Tereza" adlı telenovella ilə addım atmışdır. Daha sonra "Düşülən sevgi" filminə görə "Ariel Award" nominasiyasına layiq görülmüşdür. 1991-ci ildən başlayaraq Hollivud filmlərində iştirak edir və böyük şöhrətlər əldə edir. 9 mart 2007-ci ildə Hayek, fransız milyarder və Kering şirkətinin direktoru François-Henri Pinault ilə əlaqəli olduğunu və hamiləliyini təsdiqlədi.
Salpa (Anadolu)
Salpuva və Salpa — təxminən e.ə. XVIII əsrdə Anadoluda tunc dövrünə aid şəhər. Onun yeri hələ müəyyən edilməmişdir. Şəhər haqqında məlumat əsasən het mənbələrindən məlumdur. Tarixçilər 2020-ci ildə apardıqları arxeoloji tədqiqatlardan sonra şəhərin Tavr dağlarının cənubundakı Qarasu çayının vadisində yerləşən Tilmən Höyük olduğuna inanırlar. История Древнего Востока: Тексты и док.: Учеб. пособие для студентов вузов… / Под ред. В. И. Кузищина. — М. Высш. шк., 2002.
Salsa rəqsi
Salsanın yaranması haqqında çoxsaylı rəvayətlər yayılmışdır. Bir sözlə bu variantların çoxu bir – biri ilə uzlaşır və salsa Kuba yuxusu adlandırılır. Onun daxilindəki ritmlər XIX əsrin sonunda Kubada meydana gəlmişdir. Salsanın daxilindəki afro Kuba musiqisi özünəməxsus tarixə malikdir, çünki bu musiqi iki mədəniyyətin birləşməsi nəticəsində meydana gəlmişdir. Bura Avropa yəni ispan - ərəb qarışığı ilə afrikanların qatılmasından meydana gəlmişdir. Mövzudan kənarlaşmamaq üçün deyə bilərəm ki, ispanlar afro – kubalılardan çalğı alətlərini mənimsəmişlər, musiqi və poetik forma da afrikalıların kölələrindən barbarlardan və digər xalqlardan əldə edilmişdir. Müxtəlif zərb alətləri, müğənnilər və xorun da özünəməxsus olan üsulu vardır. Beləliklə bir neçə dəfə estribillo hissəsini təkrarlamaq lazımdır. Bu onlarda nəıqarət mənasını kəsb edir. Əcdadları olan əhali, hindlər, musiqiyə heç bir təsir göstərmədilər, bütövlükdə Kuba mahnılarına öyrəşdilər.
Verxnyaya Salda
Verxnyaya Salda — Rusiya Federasiyasında şəhər. Sverdlovsk vilayətində yerləşir.
Anabasis salsa
Şoranı öldürgən (lat. Anabasis salsa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd+ 3cd. Azərbaycanın nadir növüdür. Gövdəsiz, aşağıdan ağacvari, 5-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları ətlidir, alt və orta yarpaqları inkişaflıdır, 2-5 mm uzunluqdadır, yarımsilindrik, yuxarı hissədə azca genişlənmiş, kütvari, çox qısa, tez qopan, iynəli, qövsvari arxaya əyilmişdir; təpə hissədə yarpaqlar zəif inkişaf edir. Çiçəkləri tək-təkdir, yandan geniş yumurtavari, otvari, kütdür. Çiçək yarpaqcıqları qanadvari, kütdür, onlardan 3-ü dairəvi, 2 –si uzunsov-ovaldır. Meyvə şirəli, qırmızı, giləmeyvəşəkillidir. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-sentyabr aylarına təsadüf edir.
Gücdən salma taktikası
Gücdən salma (de-escalation— de-eskalasiya) — gərginlik, intensivlik və ziddiyyətlərin artmasının qarşısını almaq üçün nəzərdə tutulmuş bir davranışdır. Həmçinin münaqişə həllində də istifadə olunan bir yanaşmadır. Bəzi insanlar münaqişəni böyütməyə meyilli davranışlara mənsub olduğundan, bu cür böyümənin qarşısını almaq üçün xüsusi tədbirlər görülməlidir. De-eskalasiyaya bir çox yanaşmalar mövcuddur. Rusiya 2014-cü il Milli Müdafiə Strategiyasını (National Defense Strategy) yayımladıqdan və xüsusilə Amerikanın 2018 Nüvə Duruş İncələməsinin (Nuclear Posture Review) nəşrindən sonra ABŞ rəsmiləri, mütəxəssislər və Milli Təhlükəsizlik vizaları "eskalasiyadan de-eskalasiyaya" ifadəsini ya Rusiyanın strategiyasını təsvir etmək üçün, ya da bu təsviri tənqid etmək üçün istifadə etdilər. "Eskalasiyadan de-eskalasiyaya" kimi ifadələr paylaşıldıqları qədər səhv başa düşülən və sui-istifadə edildikləri məqamlarda daha tez yayılan ifadələrdəndir. Bu ifadə ilə bağlı problem, Rusiyanın bir münaqişəni dayandırmaq və ya dayandırmaq üçün müəyyən olunmuş eskalasiyadan (nüvə və ya başqa) istifadə etmək imkanına və ya planına malik olmaması demək deyil. Bu cür eskalasiya daha böyük bir strateji yanaşmanın yalnız bir hissəsidir, həmçinin Moskvanın Nüvə Astanasına diqqəti artırması ağaclar üçün meşəni itirmək riskini daşıyırdı. Rusiyanın bu münaqişəyə yanaşmasını, Soyuq Müharibənin sonuna qədər Amerikanın stategiyasının bir hissəsi olan "eskalasiya nəzarəti" kimi təsvir etmək olar. Soyuq Müharibədən sonrakı münaqişələrdə müəyyən çətinliklərlə qarşılaşan ABŞ, düşmənin bacardığı istənilən qarşıdurma səviyyəsində rəqiblərinə hakim ola bildi.
Salka su anbarı
Tsalka su anbarı (gürc. წალკის წყალსაცავი) — Gürcüstanın ən böyük su anbarı. Salka bələdiyyəsinin Xrami dərəsində, dəniz səviyyəsindən 1506 metr yüksəklikdə yerləşir. Güzgü sahəsi 33.7 km², ümumi sahəsi 1060 km²-ə qədərdir. Suyun həcmi 312 mln. m³. Maksimum dərinlik 25 m, orta dərinlik isə 9,3 m. Qərbdən şərqə uzanır. Bölgənin əksər hissələrində sahil aşağıdır, cənub-şərq hissəsinin sahili isə - dik və yüksəkdir. Anaxatır və digər kiçik çaylar, yeraltı, qar və yağış sularıyla qidalanır.
Sala-i-Qomes
Salas-i-Qomes və ya Sala-i-Qomes (isp. Isla Sala y Gómez) — Sakit okeanda yerləşən vulkanik ada. Çiliyə məxsus olan ada, Polineziyanın ən şərq nöqtəsi hesab edilir. Ada iki qyanın zirvəsini təşkil edir. Bu qayalar ensiz bərzəxlə birləşir. Adanın sahəsi 15 ha-dır. 30 metr dəniz səviyyəsindən hündürlüyə sahibdir. Adanın uzunluğu 800 metrdir. Adada şirin su mənbəyi yoxdur. Sala-i-Qomes Şilinin qərb sahillərindən 3220 km qərbdə, Pasxa adasından isə 391 km şərqdə yerləşir.
Şalya
Şalya (slovak. Šaľa, alm. Schelle‎, mac. Vágsellye) — Slovakiyanın cənubunda, Vaq çayının sahilində şəhər. Əhalisi 25 min nəfərə yaxındır. Şalyanın adı ilk dəfə 1002-ci ildə qeyd olunur. 1252-ci ildə Şalyanı monqol-tatar ordusu talan edərək yandırır. Elə həmin ildə də macar kralı IV Bela Şalyaya şəhər statusu verir. XVI-XVII əsrlərdə şəhəri bir neçə dəfə Osmanlı ordusu ələ keçirmək istəyir, lakin buna nail ola bilmir. XVII əsrdə burada qala tikilir.
Cistanche salsa var. albiflora
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Cistanche salsa var. longidens
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Reys 112 SALSA d'Haïti
Reys 112 SALSA d'Haïti (h.kreol Beechcraft 99 dezas tou pre Milot) — Aviasiya qəzası, baş vermiş 20 sentyabr 2011-ci il marşrut boyunca SO112 sərnişin reysi edərkən Port-o-Prens—Cap-Aitien. Gəmidəki 3 nəfərin hamısı öldü. Fəlakət axşam saatlarında yaxınlıqdakı su basmış qamış tarlasında baş verib Milota, Haiti.
Şalva Amiranaşvili
Şalva Amiranaşvili (gürc. შალვა ამირანაშვილი; 26 mart (7 aprel) 1899, Kutaisi quberniyası – 9 fevral 1975, Tbilisi) gürcü sənət tarixçisi, Gürcüstan sənətinin sistematik şəkildə elmi müalicəsi ilə məşğul olanlardan biri idi. 1991-ci ildə ölümündən sonra, adını 1939–1975-ci illərdə 36 il rəhbərlik etdiyi Gürcüstan İncəsənət Muzeyinə verdilər. Amiranaşvili, kiçik dağlıq Gürcüstanın Oni şəhərində (o vaxtlar Kutais qubernatorluğunun, Rusiya imperiyasının bir hissəsi) yerli müəllim ailəsində anadan olub. 1922-ci ildə yeni qurulmuş Tbilisi Dövlət Universitetinin (TDU) ilk məzunlarından biri idi. İki il Moskva və Leninqradda yaşadıqdan sonra, Rus və Bizans sənətləri üzrə ixtisaslaşmış Amiranaşvili TDU və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1925-ci ildə TDU-da Tarix və İncəsənət Nəzəriyyəsi şöbəsinə rəhbərlik etmiş və 1936-cı ildə professor elmi dərəcəsi qazanmışdır. 1939–1975-ci illərdə Gürcüstan İncəsənət Muzeyinin direktoru idi. 1921-ci ildə Bolşevik Sovet hökuməti tərəfindən Gürcüstan ələ keçirildikdən sonra 1945-ci ildə Fransaya köçürülmüş gürcü antikalarının geri qaytarılmasına nəzarət etmək üçün Parisə göndərilmişdir. Amiranaşvili 1943-cü ildə Sovet Elmlər Akademiyasının müxbir üzvü, 1955-ci ildə Gürcüstan Elmlər Akademiyasının üzvü, 1957-ci ildə Sovet Muzeyləri Milli Komitəsi və Beynəlxalq Muzeylər Şurasının üzvü seçildi.
Şalva Dadiani
Şalva Nikolayeviç Dadiani (1874 - 1959) — gürcü aktyor, yazıçı və dramaturq, ictimai xadim, tərcüməçisi. Gürcüstan Xalq artisti (1923). 9 may (21), 1874-cü ildə Zestafoni şəhərində anadan olub. Məşhur gürcü knyaz nəsli Dadiani sülaləsinin üzvü Georgi Lipartianinin oğlu Manuçarın nəslindəndir. Atası - məşhur gürcü şairi, nasir və tərcüməçi Knyaz N.T.Dadiani (1844-1896), anası - knyaginya Lidia Antonovna Sulukidzedir. Şalva Dadiani ədəbi və ictimai fəaliyyətə 1890-cı illərdə başlamışdır. Teatr fəaliyyətinin başlanğıcı da eyni vaxta təsadüf edir. Ş.Dadiani 1893-1923-cü illərdə aktyor və Gürcüstan teatrlarının rejissoru idi. Bu müddət ərzində o, teatrda aktyor kimi 200-dən çox rol ifa etmişdir. 1905-ci il inqilabının təsiri altında Sovet dövründə Gürcüstanın akademik teatrlarında səhnələşdirilən bir sıra inqilabi pyeslər yazmışdır.
Şalva Eliava
Şalva Eliava (gürc. შალვა ელიავა; rus. Шалва Зурабович Элиава; 30 sentyabr 1883 – 3 dekabr 1937, Tbilisi) — Sovet partiya və dövlət xadimi. Şalva Eliava, 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına üzv oldu. Çar rejiminə qarşı aktiv fəaliyyətinə görə bir neçə dəfə sürgün edilmiş və həbsə məruz qalmışdır. 1917-ci ilin mart-dekabr aylarında Voloqda quberniyası İşçi və Əsgər deputatları Sovetliyinin birinci sədri, 1918-ci ilin yanvar-aprel aylarında isə Voloqda quberniyası İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edildi. 1920-ci ildən etibarən 1 il müddətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Türkiyə və İran üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Daha sonra Gürcüstan Sovet Sosialist Respublikasının Hərbi Dəniz məsələləri üzrə Xalq Komissarı təyin edilir. 1923-cü ildən etibarən Gürcüstan SSR Xalq Komissarları Sovetinin, 1927-ci ildən isə Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədri təyin edilir. Daha sonralar 1931–1937-ci illər arasında SSRİ-nin Xarici Ticarət məsələləri üzrə xalq komissarının müavini və Yüngül Sənaye məsələləri üzrə xalq komissarının müavini vəzifələrini üstələyir.
Şalva Kikodze
Şalva Qerasimoviç Kikodze (gürc. შალვა ქიქოძე; 27 may 1894 – 7 noyabr 1921, Frayburq-im-Braysqau, Veymar Respublikası) — Gürcüstan ekspressionist rəssam, qrafika rəssamı, karikaturaçı və teatr dekoratoru, Paris məktəbinin nümayəndəsi. Şalva Kikodze Gürcü zadəganları üçün gimnaziyada oxumuşdur. 1914-cü ildə Şalva Moskvaya getdi və Moskva Universitetinin hüquq fakültəsinə daxil oldu. 1916-cı ildə Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində oxumağa başladı. Lakin 1918-ci ildəki inqilabi hadisələrdən sonra Gürcüstana qayıtdı. 1916-cı ildən — Gürcüstan Rəssamlar Cəmiyyətinin üzvü seçilmişdir. Cəmiyyətin təşkil etdiyi sərgilərin fəal iştirakçısı olmuşdur. Elə həmin il yerli kilsədə XV əsrə aid fresklərin surətlərini hazırlayaraq Gürcüstanın Nabakhtevi kəndinə ekspedisiyada iştirak etdi. 1918-ci ildə Tiflisdəki Georgi Jabadari Studio Teatrında quruluşçu rəssam və dekorator olaraq çalışmışdır.
Şalva Loladze
Şalva Loladze (gürc. შალვა ლოლაძე; alm. Schalwa Loladse‎; nid. Sjalwa Loladze; 16 aprel 1916, Tiflis – 25 aprel 1945, Teksel, Şimali Hollandiya) - keçmiş SSRİ əsgəri. Üçüncü Reyx tərəfindən yaradılmış Gürcüstan legionuna rəhbərlərindən biri. Loladze 1945-ci ilin 5 aprel tarixində Niderlandın Teksel adasında Reyxə qarşı başladılmış üsyan hərəkatına rəhbərlik etmişdir. Loladze İkinci dünya müharibəsindən əvvəl və müharibə başlayan zaman SSRİ ordusunda xidmət etmişdir. Sovet Hava Qüvvələrində kapitan rütbəsinə yüksəlməsinin ardından döyüş təyyarələrinin pilotu kimi döyüş əməliyyatlarında iştirak edir. Loladzenin içərisində olduğu təyyarə 1942-ci ildə Ukrayna səmalarında olarkən almanlar tərəfindən vurulur. Reyx tərəfindən əsir alındıqdan sonra Gürcüstan legionuna qoşulmaq qərarı verən Loladze legionun tərkibində yaradılmış Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonuna rəhbərlik edir.
Şalva Mşvelidze
Şalva Mixayloviç Mşvelidze (gürc. შალვა მიხეილის ძე მშველიძე; 1904–1984) — sovet gürcü bəstəkarı və musiqi müəllimi. Gürcüstan SSR xalq artisti (1958). İki İkinci dərəcəli Stalin mükafatı laureatı (1942, 1947). 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. Şalva Mşvelidze 1904-cü il iyulun 15-də (28) Tiflisdə (indiki Tbilisi, Gürcüstan) anadan olmuşdur. 1930-cu ildə Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasına daxil olmuş, burada M.M.Baqrinovskinin yanında bəstəkarlıq təhsili almışdır. Aspirantura təhsilini N. A. Rimski-Korsakov adına Dövlət Konservatoriyasında və Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında (V. V. Şerbaçovun qrupunda təhsil alıb) davam etdirib. Şalva Mşvelidze ilk gürcü klassik musiqisinin pionerlərindən sayılır. Onun yaradıcılığına altı simfoniya və simfonik poema daxildir.
Şalva Natelaşvili
Şalva Natelaşvili (gürc. შალვა ნათელაშვილი; 17 fevral 1958, Tbilisi) — Gürcü siyasətçi. Müxalifətçi Gürcüstan Əmək Partiyasının lideri (1995-ci ildən). Gürcüstanın prezidentliyə keçmiş namizədi (nəticə — 6.49% səs) 1981-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, müstəntiq, prokuror və Gürcüstan prokurorluğunun beynəlxalq əlaqələr şöbəsinin müdiri işləyib. 1989-cu ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının aspiranturasını bitirib. 1992-1995-ci illərdə Gürcüstan Parlamenti Hüquq Komitəsinin sədri 1994-1995-ci illərdə ölkə Parlamentində, parlament fraksiyalarında, parlamentin müvəqqəti və daimi komissiyalarında, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu ilə bağlı Redaksiya-Konstitusiya Komissiyasının rəhbəri. Onun təşəbbüsü ilə Gürcüstan insan hüquqları paktlarına və beynəlxalq hüququn əsas konvensiyalarına qoşuldu. 1992-ci ildə Gürcüstan Parlamentinə deputat seçildi. 1995-ci ildən parlamentdəki "Seçici" və "Majoritar" fraksiyalarına, 1997 -ci ildən "Əmək" fraksiyasına rəhbərlik etdi.
Şalva Nutsubidze
Şalva İsakoviç Nutsubidze (gürc. შალვა ისაკის ძე ნუცუბიძე; 14 dekabr 1888 və ya 1888 – 6 yanvar 1969[…] və ya 1969, Tbilisi) — Gürcü və sovet filosofu, ədəbiyyatşünas, mədəniyyət tarixçisi. Aletoloji realizm (həqiqət doktrinası) cərəyanının banisi. Gürcü fəlsəfəsi tarixinin ən böyük tədqiqatçısı. Fəlsəfə elmləri doktoru (1926). 14 dekabr 1888-ci ildə Tsxaltubski rayonunun (Gürcüstan) Partsxanakanebi kəndində anadan olub. 1910-cu ildə Sankt-Peterburq Universitetinin Tarix və Filologiya fakültəsini bitirib. A. İ. Vvedenski, N. O. Losski, İ. İ. Lapşinin seminarlarına qatılmışdır. 1911–1914-cü illərdə xaricdə oxumuş və çalışıb, Leypsiqdə Vilhelm Vundt, Volkelt və Bartın rəhbərliyi altında təhsil alıb. Tbilisi Dövlət Universitetinin qurucularından biri olub.
Şalva Vardidze
Şalva Vardidze (gürc. შალვა ვარდიძე) — gürcü mənşəli yazıçı və tərcüməçi. O, dini və siyasi fəaliyyətlə də məşğul olmuşdur. İstanbul Gürcü Katolik kilsəsində işlədiyi dövrdə Gürcüstanın müstəqilliyi üçün aparılan mübarizəyə dəstək vermişdir. Gürcü mədəniyyətinin tanınması istiqamətində bir sıra məqalələr yazmış və tərcümələr etmişdir. Şalva Vardidzenin ailəsi rusların Mesxeti-Cavaxeti bölgəsini ələ keçirməsindən və ərazidə yaşayan gürcüləri oradan sürgün etməsindən sonra Adıgün bölgəsinin Arali kəndinə köç etmiş və Vardidze özü də həmin kənddə anadan olmuşdur. 1885-ci ildə dini təhsil almaq üçün İstanbul şəhərindəki Gürcü Katolik kilsəsinə getmişdir. Təhsilini bitirdikdən sonra Gürcüstana geri qayıtmamışdır. 1911-ci ildə onun tərəfindən İstanbulda Gürcü klubu adlı cəmiyyət qurmuşdur. İstanbulda yaşayan müsəlman gürcülərin də qatıldığı cəmiyyətə, 1914-cü ildə gürcü məktəbi açmaq icazəsi verilmişdir.
Şalva Qadabadze
Şalva Qadabadze (30 may 1984, Tbilisi) — 2000–2006-cı illərdə Gürcüstanı, 2008–2016-cı ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Şalva Qadabadze 2000-ci ildə Bratislava şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2002 və 2004-cü illərdə yeniyetmələr arasında Avropa Çempionatlarında altıncı pillələrdə qərarlaşan Şalva Qadabadze 2005-ci ildə İzmir şəhərində Universiada Oyunlarının qalibi oldu. 2006-cı ildə Rusiyada Avropa Çempionatını 8-ci pillədə başa vuran Şalva Qadabadze həmin ilin iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirin bürünc medalına sahib oldu. Şalva Qadabadzenin çıxışından razı qalan Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri onu Azərbaycan yığmasının heyətinə cəlb elədi. Şalva Qadabadze 2008-ci ildə əvvəlcə İtaliyada 1-ci Dünya Olimpiya Təsnifat Turnirində uğursuz çıxış eləsə də, daha sonra Serbiyada 2-ci Dünya Olimpiya Təsnifat Turnirin qalibi olmaqla olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl Şalva Qadabadze iyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. Avqustda isə Şalva Qadabadze Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 14-də 84 Kq.
Balba
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.
Balva
Calea
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Dalğa
Dalğa bu mənaları ifadə edə bilər: Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.
Halva
Halva — Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur. Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur. Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur.
Janza
Janza (fr. Jenzat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03133. 2008-ci ildə əhalinin sayı 508 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 287 nəfər arasında (15-64 yaş arasında) 219 nəfər iqtisadi cəhətdən fəal, 68 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,3%, 1999-cu ildə 69.5%) olmuşdur. 219 fəal şəxsdən 198 nəfər (105 kişi və 93 qadın), 21 nəfər işsiz (7 kişi və 14 qadın) idi. 68 hərəkətsiz 21 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kalka
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Kalta
Sunərgizi (lat. Caltha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Kalva
Kalva — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Qədim türk kökənli kəndidir. Kəndin adı türkcəmizdəki "kalafa" sözündəndir ki, ("kalafa" sözündəki "kala" dilimizdəki "çala" sözüdür) bu da "çala, çökək, dərə yer" anlamındadır. Qədim Kalva dərəyaxasında yerləşdiyinə görə kəndə bu ad verilib. Kəndin adı haqqında bir çox rəvayətlər mövcuddur. Ümumiyyətlə, kəndə qıraqdan baxanda onun coğrafi mövqeyinə görə çalada, çökəkdə yerləşdiyi aydınca görünür. Bəzi məlumatlara görə Kalvanın ən azı 8–10 əsrlik tarixi var. Belə ki, əvvəllər Şamaxı rayonunun tərkibində olmuş Kalva kəndində hələ xanlıqlar, bəyliklər dövründə yaşayış olub. Bundan başqa Kalvada yerləşən qədim məzarlıqdakı qəbirlərin 200–250 il bundan əvvələ, hətta daha qədim dövrlərə də aid olması aşkarlanıb.
Daloa
Daloa Kot-d'İvuar Respublikasının paytaxtı Yamusukronun qərbində yerləşir. Kot-d'İvuar Respublikasının ən böyük 3-cü şəhəridir. Daloa özəlliklə kakao ticarəti üçün önəmli mərkəzdir. Daloa Kot-d'İvuarın qərbində yerləşən bir şəhərdir. Həm Sassandra-Marahoué bölgəsinin həm də Haut-Sassandra bölgəsinin mərkəzidir. Eyni zamanda Daloa departmanının mərkəzi və bir alt vilayətidir. Daloa eyni zamanda bir kommunadır. 2014-cü il əhalinin siyahıya alınmasına görə 245.360 əhalisi ilə ölkənin 3-cü böyük şəhəridir. Şəhərə Daloa hava limanı xidmət edir və Cathédrale du Christ-Roi'dəki katedralla Roma Katolik yepiskopluğuna ev sahibliyi edir. Şəhər 2002-dən 2004-ə qədər davam edən Kot-d'İvuar vətəndaş müharibəsində dəfələrlə əl dəyişdirib.16 oktyabr 2002-ci ildə hökumət qüvvələrinin şəhəri ələ keçirməsindən sonra şimaldan 50 sivilin hökumət qüvvələri tərəfindən öldürüldüyü iddia edildi.Beynəlxalq Amnistisya Təşkilatı bu hadisəni bir qətliam olaraq adlandırdı və hərbi üniformalı şəxslərin Kot-d'İvuar Yurtsevər hərəkatını dəstəklədiyindən şüphələnilən insanları öldürdüyünü bəyan etti.Qurbanların müsəlman adlarına dayandırıldığı və ya Mali,Burkina-Faso və Qvineya mənşəli olduğu iddia edildi.