Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqus Səlim
Aqus Səlim (8 oktyabr 1884, Bukittinqqi[d], Qərbi Sumatra – 4 noyabr 1954, Cakarta) — İndoneziyanın milli qəhrəmanı, İndoneziya siyasi xadimi. İndoneziyanın müstəqillik uğrunda mübarizənin fəal iştirakçısıdır. 1945-ci ildə İndoneziya Konstitusiyasının hazırlanmasında iştirak etmiş, 1947-ci ildən 1949-cu ilədək İndoneziyanın xarici işlər naziri vəzifəsində çalışmışdır. Sarekat İslam partiyasının liderlərindəndir.
Ağcaqala (Səlim)
Ağcaqala — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 48 km, Səlim ilçəsinin inzibati mərkəzi Səlim qəsəbəsindən 18 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 859 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Çıldır şöbəsinin Cəli kənd cəmiyyətinin Ağcaqala kəndində 178 nəfər əhali yaşayırdı, onların hamısını etnik qarapapaqlar təşkil edirdi.
Dilarə Səlim
Dilarə Hamlet qızı Səlim (15 avqust 1968, Bakı) — Azərbaycan Televiziyasında proqram müəllifi və telejurnalist. == Həyatı == Dilarə Səlim 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib.
III Səlim
III Səlim (Osmanlı türkcəsi: سليم ثالث Səlim-i Salis) (24 dekabr 1761[…], Konstantinopol, Osmanlı imperiyası – 29 iyul 1808, Konstantinopol) — 28-ci Osmanlı sultanı və 107-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 24 dekabr 1761-ci ildə dünyaya gəlmişdir. Atası 26. Osmanlı sultanı III Mustafa, anası isə Mihrişah Sultandır. Əslən gürcü olan anası, dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. III Əhməddən sonra taxta çıxan I Mahmud və III Osmanın övladları olmamış və aradan keçən 40 il müddətində Osmanlı sülaləsində oğlan övladı dünyaya gəlməmişdi. Məhz bu səbəblə Səlimin dünyaya gəlişi bir həftə davam edən şənliklərlə qeyd edilmişdir. 5 yaşında ilk təhsilini almağa başlayan Səlimin təhsil həyatına, xüsusilə atasının səltənətində xüsusi diqqət göstərilmişdir. Kiçik yaşlarından etibarən dövlət mərasimlərində və rəsmi görüşlərdə iştirak edən Səlim, atasının sahil tərsanələrinə etdiyi təftişlərə tez-tez qatılırdı. Atasının vəfatının ardından (21 yanvar 1774) taxta əmisi I Əbdülhəmid çıxdı və 13 yaşlarındakı qardaşı oğluna yaxşı davrandı.
II Səlim
II Səlim və ya Sarı Səlim və ya Sərxoş Səlim (osm. سليم ثانى‎ — Selîm-i sânî, türk. İkinci Selim; (28 may 1524, İstanbul – 15 dekabr 1574, İstanbul) — 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi, Sultan Süleyman Qanuni və Xürrəm Sultanın oğlu. Qardaşı Şahzadə Bəyazidlə taxt uğrunda mübarizədə atasının dəstəyi ilə qalib gəlmişdir. Atasının vəfatından sonra 1566-cı ildə taxta çıxmışdır. Hakimiyyətə gələn kimi ilk səfərini qərb istiqamətinə etmiş və ölkə sərhədlərini Mərkəzi Avropaya qədər genişlətmişdir. Kipr adasının və Tunisin fəthi ilə Osmanlı İmperiyası Aralıq dənizində güclü mövqe sahib olmuşdur. Turqut Rəis kimi dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbus-Səud Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən şanslı Osmanlı sultanlarından biri olmuşdur. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır.
I Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir.Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi. Yavuz Sultan Səlimin türbəsi İstanbulun Fateh səmtindədir.
Sultan Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir.Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi. Yavuz Sultan Səlimin türbəsi İstanbulun Fateh səmtindədir.
Səlim (Urmiya)
Səlim kəndi (fars. سليم كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (16 ailə).
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Səlim Babullaoğlu
Səlim Babullaoğlu (10 dekabr 1972, Əli-Bayramlı) — şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi. == Həyatı == Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) ziyalı ailəsində anadan olub. Əli Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra (1979-1989) M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (1990-1995) ali təhsil alıb. İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub. Universitet illərindən müxtəlif qəzetlərlə ("Bakı Universiteti", "Dədəm Qorqud", "İstiqlal", "Yeni Quruluş", "Biznes-press", "Aydınlıq", "Zaman" (Türkiyə), "7 gün", "Xalq qəzeti", "Azadlıq" qəzeti ("Ədəbi Azadlıq" əlavəsi), "Yeni Azərbaycan", "525-ci qəzet") əməkdaşlıq edib. Şeirləri və tərcümələri dövri ədəbi mətbuatda çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xəzər" redaksiyasında (1997-2000) müxbir və redaktor kimi çalışıb, "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru olub. "Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013-2016) olub. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ədəbiyyatla peşəkar məşğul olmağa başlayıb. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə (türk, alman, polyak, ingilis, gürcü, ukrain, rus, yapon, fransız, macar, ərəb, fars, özbək, qırğız, serb, monteneqro, makedon, fin, rumın, ispan, italyan, türkmən və s.) tərcümə edilib, müxtəlif nüfuzlu qəzet, jurnal və saytlarda ("Türk edebiyatı", "Kültür-Sanat", "Cumhuriyet", "Hece" — Türkiyə; "Literaturnaya qazeta", "Drujba narodov", Knijnoye obozrenie, "Vavilon/Text only" — Rusiya; "Odra", "Kultura liberalna" — Polşa; "La Traductiere" — Fransa; "Kultura", "Kiyevskaya Rus", "Vsesvit" — Ukrayna; "Kitob dünyosi", "Jaxon odobiyyatı" — Özbəkistan; "Revista Literara" — Moldova, "Sveske", "Knijne novine" — Serbiya; "Convorbırı literare" — Rumıniya, "Современи диjалози" — Makedoniya, "Alternativa", "New Saunje" — Gürcüstan; "Publisher Weekly-Arabian" — BƏƏ, "Nizwa" — Oman və s.) dərc edilib, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan, Rumıniya, Macarıstan, İran və Serbiyada kitabları nəşr olunub.
Səlim Cabbarov
Səlim Qılman oğlu Cabbarov (6 fevral 2002; Şirinbəyli, Saatlı rayonu, Azərbaycan — 2 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səlim Cabbarov 6 fevral 2002-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində anadan olub. Əslən axısqa türkü idi. 2008-2019-cu illərdə Saatlı rayon Şirinbəyli kənd tam orta məktəbində orta təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Səlim Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səlim Hassun
Səlim Hassun - iraqlı jurnalist. == Haqqında == Səlim Hassun Mosul şəhərində anadan olub. O, bir çox vəzifələrdə çalışıb. O, 1918-ci ildə “Mosul” qəzetinin baş redaktoru, “Əl Aləm Əl Ərəbi”nin isə məsul redaktoru, Osmanlı idarəsindəki Mosulda alman kitabxanasında müdir işləyib. Daha sonra təhsil sahəsində fəaliyyət göstərib, ingilis işğalı dövründə Mosulda maarif müfəttişi, 1919-cu ildə “Nadi Əl İlmi”nin baş redaktoru işləyib. Səlim Hassun Bağdada getdikdən sonra milli hökumət dövründə “Əl Aləm Əl Ərəbi” nəşrini çap etdirib.
Səlim Musayev
Səlim Hüseynpaşa oğlu Musayev (29 may 1937[…], Yuxarı Oruzman, Başkeçid rayonu – 7 aprel 2010) — Azərbaycanda biologiya sahəsində tanınmış aqrostoloq, Milli Elmlər Akademiyasının müxbir üzvi, botanik. İnstitutunun laboratoriya müdiri, biologiya elmlər doktoru. == Həyatı == Səlim Musayev 1937-ci ildə may ayının 29-da Gürcüstan Respublikasının Başkeçid (indiki Dmanisi) rayonunun Yuxarı Oruzman kəndində anadan olmuşdur. 1951-ci ildə Yuxarı Oruzman kənd 8-illik məktəbini, 1954-cü ildə isə Hamamlı kənd 11-illik məktəbini bitirmişdir. Üç il təsərrüfatda işlədikdən sonra 1957-1960-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1961-ci ildə Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, burada institutun ictimai həyatında yaxından iştirak edərək Ali bitkilərin sistematikası sahəsinə xüsusi maraq göstərmiş, institutun tələbə elmi cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur. 1966-cı ildə həmin institutun biologiyaa fakültəsini biologiya və kənd təsərrüfatının əsasları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi-pedoqoji fəaliyyətləri == 1966-cı ilin avqust ayından 1967-ci ilin noyabr ayının 17-nə kimi Azərbaycan Respublikasının Balakən rayonunun Meşəşambul kənd 8-illik məktəbində kimya-biologiya müəllimi işləmişdir. Ali bitkilərə, xüsusən onların sistematikasına olan marağı S.Musayevi Azərbaycan Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına gətirib çıxarmışdır. O, çox böyük həvəs və inadkarlıqla bitki sistematikasının sirlərini öyrənməyə başlamış, bu sahədə geniş elmi-tədqiqat işləri aparmışdır.
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. == Etimologiya == Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . == Tərkibi == === İnkişaf === Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. == Mənşəyi == Selomun təkamül mənşəyi aydın deyil.
Aralıq seçim
Aralıq seçim nəzəriyyəsi — istehlakçı seçimini təsvir edərkən zaman amilinin açıq şəkildə nəzərə alınması lazım olduğu nəzəriyyəsi. Gəlirlərin bölüşdürülməsinə qərar verərkən istehlakçı yalnız mövcud dəyərini deyil, həyatı boyu alacağı bütün gəliri də nəzərə alır. Müvəqqəti seçim nəzəriyyəsində istehlakçı indi nə qədər istehlak edəcəyinə və daha sonra istehlak etmək üçün nə qədər qənaət edəcəyinə qərar verir. Onun qərarına gözlənilən gəlir və bazarda faiz dərəcələri təsir göstərir. Nəzəriyyə istehlakçı davranışını təsvir etmək üçün makroiqtisadi modellərdə istifadə olunur. Bənzər bir problem investisiya qərarları verərkən ortaya çıxır. İnvestorun fərqli investisiya variantları arasında seçim etməsi lazımdır. Layihələrin dəyərini müqayisə edərkən zaman amilinin nəzərə alınmasını tələb etdiyi üçün maliyyə riyaziyyatında ən yaxşı investor seçimi qaydaları nəzərə alınır. == Tarixi == Bu nəzəriyyə Irving Fisher tərəfindən irəli sürülmüş və sonradan makroiqtisadi modelləri əsaslandırmaq üçün istifadə edilmişdir. 20-ci əsrin ortalarında iqtisadiyyatda Keynes baxışları üstünlük təşkil etdiyi üçün o qədər də populyar deyildi.
Cevat Selam
Cavad İslam Əli oğlu Salamov (türk. Cevat Selam) — Azərbaycan və Türkiyə alimi. == Həyatı == Cavad Salamov (Cevad Selam)12 oktyabr 1946-cı ildə Bakı şəhərində doğulmuşdur. 1964 cü ildə Bakıdakı 199 saylı orta məktəbi bitirmiş, Həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 2-ci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakultəsinə oxumağa göndərilmişdir. 1971 ci ildə həmin Universiteti bitirən Cavad Salamov Moskva şəhərinin Dubna Qəsəbəsində yerləşən Atom Nüvə Araşdırmaları İnstitutunda aspiranturaya başlamış və 1971-ci ildə "Deformasiyalı Nüvələrdə Maqnetik Dupol Təsirləri" mövzusunda elmi işini müdafiə etmiş və 1977-ci ildə "Atom Nüvələrində İzovektor Təsirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda işləmişdir. 1988-ci ildə başlayan Azərbaycanın Milli Azadlıq Hərəkatında ön sıralarda yer almış, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olmuşdur. 1996-cı ildə Kütahya Dumlupınar Universitetinə dəvət edilərək Fizika bölməsində Professor olaraq 2002-ci ilə qədər fəaliyyət göstərmişdir. 2002-2011-ci illərdə Eskişehir Anadolu Universitetində elmi fəaliyyətini davam etdirmişdir.
Fəxrəddin Salim
Fəxrəddin Salim (Fəxrəddin Elşad oğlu Baxşəliyev; 10 sentyabr 1969, Kükü, Şahbuz rayonu) — Azərbaycanlı alim, musiqişünas, ələsgərşünas, aşıq, şair, sufi, dərviş; filologiya üzrə fəlsəfə doktoru, musiqi müəllimi, Azərbaycan Milli Konservatoriyasının dosenti. == Həyatı == Fəxrəddin Salim 1969-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 1984-cü ildə 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna (indiki Naxçıvan Musiqi Kolleci) daxil olub. 1988-ci ilə qədər orada tarzən, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. 1988-ci ildə hərbi xidmətə gedib və 1990-cı ildə xidmətini başa vurub. Elə həmin ildə də Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri fakultəsinin tar sinfinə daxil olub. Bakı Musiqi Akademiyasını 1996-cı ildə bitirib. == Ailəsi == Ailəlidir, bir qızı var. == Elmi-pedaqoji fəaliyyəti == Tələbəlik illərində bir neçə yerli və beynəlxalq müsabiqələrin qalibi olub.
Salim Sürünool
Salim Sürünool (tuvaca: Салим Сазыгович Сүрүң-оол d. 15 aprel 1924 – ö. 10 aprel 1995) – Tuvanın Qərbi Xemçik bölgəsindəki Akka kəndində anadan olan tuvalı şair, nasir və tərcüməçi. Tuva millətinin milli yazıçılarından biri və müasir Tuva ədəbiyyatında tanınmış şəxslərdən biri olmuşdur. == Həyatı == Sürünool 1924-cü ilin 15 aprelində Tuva Respublikasının Barıın-Hemçik kojuunun Akka kəndində anadan olmuşdur. Qızıl Majalık ibtidai məktəbini, Qızıl şəhərindəki müəllim məktəbini, sovet partiya məktəbini və sonra da Dövlət Müəllim İnistitutunu bitirmişdir. == Yaradıcılığı == Süürünool ədəbi fəaliyyətinə 1946-cı ildə başlamışdır. “Baştayqı Nom” (İlk kitab) adlı şerlərinin antologiyası 1952-ci ildə nəşr edilmişdir. Çox sayda dərs kitabını, rusca-tuvac, tuvaca-rusca və Tuva dilinin izahlı lüğətinin hazırlanmasında iştirak etmişdir. Tuva dilinə Puşkinin 3 əsərini, Lermontovun mənzumələrini, Erşovun mənzum nağılını, Lu Sinnin romanını və başqa bir çox ədəbi əsərləri tərcümə etmişdir.
Selin (Əbyəlil)
Selin kəndi (başq. Сиҙәм) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 49 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 3 km. Maqnitaqorsk:60 km ən yaxın şəhər Sibay: 40 km.Dəniz səviyyəsindən hündürlüyü: 372 m. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Selin Dion
Selin Dion (fr. Céline Marie Claudette Dion; 30 mart 1968[…]) — Kanada pop müğənnisi. 1988-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi. O, musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur.
Selin Dəmiratar
Selin Dəmiratar (20 mart 1983 və ya 21 mart 1983, İstanbul) — aktrisa. == Həyatı == Selin Dəmiratar 20 mart 1983-cü ildə Ərzincanda dünyaya gəlmişdir. Ən çox aktrisa kimi tanınmışdır. Selin Dəmiratar atasının işinə görə daim şəhər dəyişmək məcburiyyətində qalmışdır. Bu səbəbdən Adana, Ankara, Antalya və İstanbul kimi bir çox şəhərdə yaşamışdır. Aktyorluq karyerasına ilk olaraq "Qoçum Mənim" adlı TV serialı ilə başlayıb. Burada mükəmməl bir aktyorluq edən Selin Dəmiratar şöhrət olma yolundakı ən böyük addımını beləcə atmışdır. Lisey təhsilini bir çox şəhərdə oxuyan Gözəl aktyor Universiteti isə Memar Sinan Universitetində oxumuşdur. 1999-cu ildəki keçirilən "Miss Globe" gözəllik müsabiqəsində Türkiyə də birinci dünya da isə 3-cü Sırada yer alıb. Göstərdiyi bu uğur ilə önü açılmış, şöhrət qazanmışdır.
Selio Dias
Selio Dias (8 fevral 1993) — Portuqaliyalı cüdoçu. Selio Dias Portuqaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Selio Dias birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Beninin nümayəndəsi Seltus Dossou Yovo ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 1:100 hesabı ilə uduzdu.
Seliş dənizi
Seliş dənizi — Sakit okeanın şimal-şərqində dənizdir. Kanadanın cənub-qərbində Britaniya Kolumbiyası və ABŞ-nin Vaşinqton ştatının şimğal-qərb sahillərində yerləşir. Özündə Boğaz və körfəzləri birləşdirir. Corciya boğazı, Pyudjet-Saund, və Xuan de Fuka boğazı su tutarları daxildir. Sakit okeanın şərq sahilləri Tamuoder şəhəri və Pyudjet-Saundun cənubu,Desoleyş-Sound və Corciya boğazının şimalını əhatə edir. İlk dəfə bu adı Vaşinqton ştatının Velinshauzen şəhərindən olan dəniz bioloqu Bert Bedder 1988-ci ildə bu su hövzəsini qorumaq məqsədi ilə <<Seliş dənizi>> terminini irəli şürür. Seliş adı dənizin sahillərində yaşıyan xalqların bir ailə qrupundakı birliyidir. Seliş dil ailəsinə daxil olan qruplar hindu qəbilələrindən təşkil olunmuşlar. Seliş xalqları 5 qrupa daxildir və 23 dildə danışırlar. İlk avropalılar əraziyə XVIII əsrdə ayaq basmışlar.
Sevim Gözay
Sevim Gözay (türk. Sevim Gözay; 19 dekabr 1972, İstanbul – 14 yanvar 2021, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və televiziya proqramçısı. == Həyatı və karyerası == Gözay 19 dekabr 1972-ci ildə İstanbulda anadan olub. 1993-cü ildə media sənayesinə qədəm qoydu. Hazırlamış və təqdim etdiyi; CNN Türk-də yayımlanan "Cosmopolis" və TV8-də yayımlanan "Cinematic Portağal" aktual xəbərləri ilə tanındı. Kanal D, TV8, ATV, Show TV, Xəbərtürk, Sky 360, CNN Türk və TRT kanallarında çalışıb. 2001 və 2002-ci illərdə iki dəfə Türkiyə Jurnalistlər Cəmiyyəti Televiziya Mədəniyyət Sənət Uğur Mükafatı ilə mükafatlandırıldı. Son verilişi 2020-ci ildə Allianz Motto Music kanalında Sevim Gözay ilə Maraq Edirəm oldu. == Ölümü == Gözay, 14 yanvar 2021-ci ildə İstanbulun Kartal şəhərində, 48 yaşında limfa xərçəngi səbəbiylə öldü. Cənazəsi, Samandıra'daki Veysəl Qarani qəbiristanlığında dəfn edildi.
Sulim Yamadayev
Sulim Yamadayev (21 iyun 1973 – 28 mart 2009, Dubay əmirliyi) — Rusiya hərbi lideri, polkovnik-leytenant (2005; 2008-ci ildən ehtiyatda). 2003-2008-ci illərdə Rusiya Ordusunun 42-ci Qvardiya motoatıcı diviziyasının 291-ci motoatıcı alayının Vostok batalyonunun komandiri. Birinci (separatçıların tərəfində) və İkinci (Rusiya Federasiyası tərəfində) Çeçen və Beş günlük müharibələrin iştirakçısı. İçkeriyada briqada generalı olmuşdur. Vəhhabizmin şiddətli rəqibi. Rusiya Federasiyasının Qəhrəmanı (2005). == Bioqrafiya == Qardaşları - Ruslan Yamadayev, Cəbrayıl Yamadayev (həmçinin Rusiya Federasiyasının Qəhrəmanları), Aslan Yamadayev, İsa Yamadayev və Badrudi Yamadayev. 1992-ci ildə Yamadayev Moskvaya köçür və bizneslə məşğul olur. 1994-cü ildə Çeçenistanın ilk prezidenti general Cövhər Dudayevin böyük qardaşı Ruslan Yamadayev tərəfindən dəstəklənməsindən sonra vətəninə qayıdır. === Çeçen yaraqlılarının sıralarında === Birinci Çeçenistan müharibəsi zamanı yaraqlıların tərəfində vuruşur.
Səlim Müslümov
Səlim Müslümov (1 noyabr 1961, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan siyasətçisi. O, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət etmişdir. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir. == Həyatı == Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983–1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.
Səlim Nəsirli
Selim Nesirli (Nəsirli Səlim Əbülfət oglu; d. 1 aprel 1983, Laçın rayonu, Hoçaz kəndi, Azərbaycan ) — Azərbaycan xanəndəsi və şairi. Bəstəkar, tarzən. "Abşeron Ədəbi məclisinin" yaradıcısı və təşkilatçısı. == Həyatı == Nəsirli Səlim Əbülfət oglu - 1983-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1995-ci ildə Xırdalan şəhər musiqi məktəbinə xanəndə sinifinə daxil olub. 2000-ci ildə orta məktəbi və musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "solo oxuma, muğam" ixtisasına qəbul olmuşdur. == Yaradıcılığı == 2004-cü ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 saylı uşaq musiqi məktəbinə müəllim təyin olunmuşdur . 2006-ci ildə Dərbənd dram teatrının dəvəti ilə Dərbənd şəhərində "Dərbənd Azərbaycan dram teatrında" bəstəkar işləmişdir. Burada bir neçə tamaşanın bəstəkarı olmuşdur.
Səlim Qasımov
Səlim Qasım oğlu Qasımov (15 noyabr 1907, Ramana, Bakı qəzası – 26 iyul 1957, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR yerli sənaye komissarı və naziri (1938–1953, 1953–1956), Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri (1956–1957). == Həyatı == Səlim Qasımov 1907-ci ildə Bakı qəzasının Ramana kəndində neftçi Qasım Qasımovun ailəsində anadan olmuşdur. 1915-ci ildə kənd məktəbinə daxil olmuş, 4 ildən sonra, 12 yaşında məktəbi dayandırıb işləməyə məcbur olmuşdur. 1921-ci ildə o, Ramanada mexaniki emalatxanada tornaçı şagirdi işləməyə başlamışdır. Bu illərdə o, Lenin komsomolu sıralarına qoşulmuş, emalatxananın komsomol bürosunun üzvü seçilmişdir. 1924-cü ildə axşam növbəsi işçi fakültəsinə girmiş, burada akademik komissiyanın üzvü, qrup rəhbəri olmuşdur. İşçi fakültəsini bitirdikdən sonra o, neft mühəndisi olmaq üçün 1928-ci ildə Moskvaya gedərək akademik Qubkin adına Moskva Neft İnstitutunda təhsil almış, qrup rəhbəri və istehsalat təcrübəsi keçən qrupun başçısı olmuşdur. 1932-ci ildə institutu bitirdikdən sonra Bakıya qayıdaraq Budyonnı adına neftayırma zavodunda işə başlamış, ilk aylarda zavod laboratoriyasının mühəndisi, sonra laboratoriyanın müdiri, neftayırma qurğusunun mühəndisi və qurğunun briqadiri vəzifələrində çalışmışdır. 1935-ci ildə zavodun partiya komitəsinin və mühəndis-texniklər bölməsi bürosunun üzvü seçilmişdir.1935-ci ildə Səlim Qasımov Sovet Ordusunda hərbi xidmətə çağırılmış və Qırmızı bayraqlı Əlahiddə Uzaq Şərq ordusu sıralarına keçirilmişdir. Bir il sonra Uzaq Şərqdən Bakıya qayıdaraq yenidən Budyonnı adına zavodda işləməyə başlamışdır.
Səlim Sultanov
Səlim Sultan oğlu Sultanov (15 iyun 2002, Zərqava, Quba rayonu, Azərbaycan – 2 noyabr 2020, Çanaqçı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səlim Sultanov 15 iyun 2002-ci ildə Quba rayonunun Zərqava kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Səlim Sultanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2020-ci ilin iyulundan müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Səlim Sultanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Ağdamın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səlim Sultanov 2 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin atdığı mərmi partlaması nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Sultanov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. == İrsi və xatirəsi == 2022-ci ilin iyununda Səlim Sultanovun xatirəsini əbədiləşdirmək üçün yaşadığı kənddə Şəhid Bulağı tikilmişdir.
Səlim Səlimov
Səlim İsmayıl oğlu Səlimov (11 oktyabr 1941, Xaçınyalı, Laçın rayonu) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995). == Həyatı == Səlim Səlimov 1941-ci il oktyabrın 11-də Laçın rayonunun Xaçınyalı kəndində anadan olub.1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. 1969-cu ildə dilçi-ədəbiyyatçı, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alaraq universiteti bitirmişdir. Səlim Səlimov 1996-cı ildən təqaüdçüdür. == Siyasi fəaliyyəti == 1956-cı ildən ÜİLKGİ-nin, 1968-ci ilin yanvar ayından isə Azərbaycan KP-nın üzvü olmuşdur. 1973–1975-ci illərdə Bakı Ali Partiya Məktəbinin tam kursunu bitirmişdir. === Laçında === 1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Laçın rayon VII (1978), VIII (1980), IX (1983) partiya konfranslarının üzvü olmuşdur. 1971–1973-cü illərdə Azərbaycan ÜİLKGİ Laçın rayon Komsomolun katibi işləmişdir. 1981-ci ildə Azərbaycan SSR "Bilik" cəmiyyətinin üzvü olaraq mühazirəçi olmuşdur.
Səlim Turan
Səlim Turan (türk. Selim Turan; d. 9 iyun 1915, İstanbul, Osmanlı imperiyası - 13 oktyabr 1994, Paris, Fransa) — Osmanlı imperiyasında anadan olmuş azərbaycanlı heykəltaraş, rəssam, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi. O, Əli bəy Hüseynzadənin oğlu və Feyzavər Turanın qardaşı. == Həyatı == 1915-ci ilin 9 iyununda İstanbulda Əli bəy Hüseynzadə ilə Ədhiyyə xanımın ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist, anası isə Osmanlı süvari zabiti olan Şəmsəddin bəyin qızı olmuşdur.Atası XX əsrin əvvəllərində Osmanlı imperiyasına köçüb, əsasən orada fəaliyyət göstərdiyinə görə Səlim Turanın fəaliyyəti Türkiyə və Fransa ilə bağlıdır. 13 oktyabr 1994-cü ildə Parisdə vəfat etmişdir. Cənazəsi Türkiyəyə aparılmış və Atatürk Kültür Mərkəzində təşkil edilən mərasimdən sonra dəfn edilmişdir. === Təhsili === İlk təhsilini Əli Avni Çələbi və Malik Akselin şagirdi olaraq bitirdikdən sonra Qalatasaray Liseyində Cihad Burak və Avni Arbaşla tanış olmuşdur. Rəsm ilə ciddi mənada tanış olması Malik Ağseldən aldığı rəsm dərsləri ilə oldu.
Səlim Xazbiyeviç
Səlim Xazviyeviç (pol. Selim Chazbijewicz, d. 17 noyabr 1955, Qdansk, Polşa) — əslən Lipka tatarı olan Polşa siyasi elmlər üzrə mütəxəsisi, köşə yazarı və şairi. 2017-ci ildən o, Polşanın Qazaxıstandakı səfiri kimi çalışır. == Həyatı == Səlim Xazbiyeviç 1955-ci ildə Qdansk şəhərində Lipka tatarı olan ailədə dünyaya gəlmişdir. 1980-ci ildə o, Qdansk Universitetinin Polyak filologiyası ixtisası üzrə magistr dərəcəsi əldə etmişdir. 1991-ci ildə Poznandakı Adam Miçkieviç Universitetində XX əsrdə Polşa tatarlarının tarixi üzrə öz doktorantura mövzusunu müdafiə etmişdir. 2002-ci ildə post-doktora dərəcəsini əldə etmişdir. Onun bu mərhələdəki mövzusu Krım tatarlarının II Dünya müharibəsindən sonrakı tarixi barədə olmuşdur. O, Olsztin Varmia və Mazuri Universitetində professor köməkçisi kimi çalışmışdır.
Səlim ilçəsi
Səlim — Qars ilinin ilçəsi.
Səlim karvansarası
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. == Ümumi məlumat == Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 == Erməni saxtakarlığı == Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62). Həmin yol üzərində Zəngilan rayonunun Məmmədbəyli kəndində Yəhya İbn Məhəmməd türbəsinin (vəf.
Səlim karvansarayı
Səlim karvansarası — Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara. == Ümumi məlumat == Karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: "Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328 == Erməni saxtakarlığı == Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62). Həmin yol üzərində Zəngilan rayonunun Məmmədbəyli kəndində Yəhya İbn Məhəmməd türbəsinin (vəf.
Səlim məscidi
Səlim məscidi və ya Möhsin Səlim məscidi — Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində yerləşən tarixi-memarlıq abidəsi. == Tarixi == Möhsin Səlimov ad və soyadlı şəxs (Əmircanın neft milyonçuları olan Səlimovlar ailəsinin üzvü) Zabrat qəsəbəsində yerləşən Xanım Zeynəb məscidini yenidən bərpa etmək istəyir. Lakin Zabrat camaatı bildirir ki, işi dayandırsın və onlar özləri məscidi abadlaşdıracaqlar. Bu hadisədən sonra Möhsin Səlimov 1916-cı ildə eynilə həmin məscidin layihəsi əsasında Binə kəndində indi Möhsin Səlim adlanan məscidi inşa etdirir. Sovet hakimiyyəti dövründə məscidin fəaliyyəti dayandırılır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da yararsız olduğundan uzun müddət fəaliyyət göstərmir. Yenidən əhalinin istifadəsi üçün Heydər Əliyev Fondu 2006-ci ildə məscidi əsaslı bərpa etmişdir.
Səlim xan
Səlim xan (Şəki xanı) — Şəki xanı Səlim Xan (sənətçi) — Hind aktyor, prodüsser və ssenarist Səlim Xan (kənd) — Pakistanın, Hayber-Paxtunxva əyalətinin, Mərdan diviziyasının, Svabi rayonunda kənd Səlim xan Şəmsəddinli — Səfəvi dövlət və hərbi xadimi. I Səlim II Səlim III Səlim Süleyman xan Əmirqasımi — Fars musiqiçi və müğənni.