Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Semantik veb
Semantik veb və ya Veb 3.0 — Ümumdünya Hörümçək Toru Konsorsiumu (W3C) tərəfindən müəyyən edilmiş standartlar vasitəsilə Ümumdünya hörümçək torunun genişlənməsidir. Semantik vebin məqsədi internet məlumatlarını maşın tərəfindən oxunabilən etməkdir. Semantikanın verilənlərlə kodlaşdırılmasını təmin etmək üçün Resurs Təsvir Çərçivəsi (ing. Resource Description Framework; RDF) və Veb Ontologiya Dili (ing. Web Ontology Language) kimi texnologiyalardan istifadə olunur. Bu texnologiyalar metaməlumatı formal şəkildə təmsil etmək üçün istifadə olunur. Məsələn, ontologiya anlayışları, varlıqlar arasındakı əlaqələri və əşyaların kateqoriyalarını təsvir edir. Bu daxil edilmiş semantika verilənlər üzərində əsaslandırma və müxtəlifnövlü məlumat mənbələri ilə işləmək kimi əhəmiyyətli üstünlüklər də təklif edir. Bu standartlar internetdə, əsasən RDF-də olduğu kimi ümumi məlumat formatlarını və mübadilə protokollarını təşviq edir. W3C-yə görə, "Semantik veb məlumatların proqram, şirkət və cəmiyyət sərhədləri arasında paylaşılmasına və təkrar istifadə edilməsinə imkan verən ümumi bir çərçivəni təmin edir." Buna görə də Semantik veb müxtəlif məzmun və məlumat tətbiqləri arasında birləşdirici kimi qiymətləndirilir.
Semantik viki
Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki. Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazası kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir. Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır. 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir. "Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur. Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006). 2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.
Forik əlaqələr
Forik əlaqələr — bioloji aləmdə bir növün digər növün yayılmasında iştirakı. Hər hansı bioloji növün toxumlarının daşınması rolunda heyvanlar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Bitki növlərinin daşınması adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə baş verir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla daşıyırlar. Passiv üsul — heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) ilişərək aparılır. Aktiv üsul – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə müxtəlif yerlərə daşıyırlar. Bu üsulla bitki növləri 100 kilometrlərlə uzağa yayıla bilirlər.
Funksional əlaqələr
== Hidrometeoroloji amillər == Hidrometeoroloji hadisə və proseslər çoxsaylı amillərin təsiri altında formalaşır. Bu hadisə və prosesləri öyrəndikdə, onlarla müxtəlif amillər arasındakı əlaqələr təhlil olunur. Ararılan tədqiqatlar iki tip məsləni həll etməyi imkan verir: Funksional əlaqələr Staxastik əlaqələr == Funksional əlaqələr == Birinci tip məsələ, hidrometeoroloji hadisə və ona təsir edən amillərin ərazi üzrə və zamana görə dəyişmə səbəblərinin müəyyən edilməsi ilə əlaqədardır İkinci tip məsələ isə, baxılan və ya prosesin inkişaf tendensiyası və ya onların konkret kəmiyyət göstəricisinin təyini ilə bağlıdır. Y və X təsadüfi kəmiyyətlər arasındakı əlaqələr və onların sıxlığından asılı olaraq iki qrupa bölünür: funksional və Staxastik əlaqələr. Funksional asılıqlarda perdiktorun, x, hər bir qiymətinə, predikdiktantın, y, yalnız bir qiyməti uyğun olur, yəni bütün müşahidə nöqtələri əlaqə xətti üzərində yerləşir.
Mədəni əlaqələr
Mədəni əlaqələr — mədəni və vətəndaş cəmiyyəti məkanında həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən həyata keçirilən bir sıra fəaliyyətləri əhatə edən, iki və ya daha çox mədəniyyət arasında qarşılıqlı, məcburi olmayan transmilli qarşılıqlı əlaqələrdir. Mədəni əlaqələrin ümumi nəticələri daha çox əlaqə, daha yaxşı qarşılıqlı anlaşma, daha çox və daha dərin əlaqələr, qarşılıqlı faydalı əməliyyatlar və dövlətlər, xalqlar, qeyri-dövlət subyektləri və mədəniyyətlər arasında davamlı dialoqun gücləndirilməsidir. İctimai diplomatiya və mədəni diplomatiya (dövlətlə insanlar arasında münasibətlər), strateji ünsiyyət və şərtilik (kütləvi inandırma və təbliğat siyasəti də daxil olmaqla ), ölkələr və dövlət tərəfindən maliyyələşdirilən qurumlar qeyri-dövlət aktyorlarına və mədəniyyətə güvənir. Mədəni əlaqələri ictimai diplomatiya kimi dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərdən fərqləndirmək olar; mədəni diplomatiya və millət brendinqi çünki onlar yalnız dövlət aktyorlarının siyasətindən qaynaqlanmır; bir sıra institutlar və qeyri-dövlət aktorları vasitəsilə transmilli aktorlar kimi öz məqsədlərinə nail olmaq və onların qarşılıqlılığı ilə. Bununla belə, onlar Beynəlxalq Münasibətlərin maddi komponentidir, o mənada ki, geniş spektrli qeyri-dövlət aktyorların mədəniyyətlərarası dialoqun təşviqində iştirak etdiyi məkanı əhatə edir. dövlət aktyorların milli maraqlarının ya lehinə, ya da əleyhinə olmalıdır. Bu tərif Chrisine Silvester-in tənqidi təxəyyüllər konsepsiyasını izləyir (bax: “Critical Imaginations in International Relations”, 2016), çünki o, ənənəvi Beynəlxalq Münasibətlərin dünyaları daha çox anlayışların və ya məlumat nöqtələrinin əlaqələndirilməsi yolu ilə təsəvvür etdiyini və bu sahədə müəyyən sosial boşluq buraxdığını iddia edir. kanonun özəyi, həyatlarını yaşayaraq və beynəlxalq münasibətlərə təsir edən insanların olması lazım olan bir boşluqdur. O iddia edir ki, Beynəlxalq Münasibətlərin çoxunda özünü insanların dünyasında yerləşdirmək üçün lazım olan yaradıcılıq yoxdur. Mədəni əlaqələr anlayışı bu boşluğu doldurur.Mədəni əlaqələr cazibə və müraciət yolu ilə başqalarının üstünlüklərinin formalaşması ilə məşğul olduğundan bu fərqli sahə Jozef Nay-ın Soft Power məşhur nəzəri konsepsiyasına uyğun gəlir (bax: Rəhbərliyə Bağlı: Dəyişən Təbiət American Power, 1990) məcbur etməkdən daha çox (gücdən istifadə etmək və ya inandırmaq vasitəsi kimi pul vermək) cəlb etmək və birgə seçim etmək qabiliyyətini ifadə edir.
Sintaktik əlaqələr
Sintaktik əlaqələr — sintaktik (yun. sintaksisə aid olan), əlaqə (ərəb. qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq‎) deməkdir. Söz birləşməsi və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar: Məna(semantik) cəhətdən; Qrammatik (morfoloji və sintaktik) cəhətdən. Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar: Subyekt əlaqəsi: Əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Buna predikativ əlaqə də deyilir: O gəlir. Tələbə yazır. Obyekt əlaqəsi: Obyektlə hərəkət arasındakı əlaqə nəzərdə tutulur: kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq.Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi. Atributiv əlaqə: Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur: ağ divar; həmin adam; Həyatın əzəli, əbədi qanunları var.
Sosial əlaqələr
Qarşılıqlı təsir sabit sosial münasibətlərin yaranmasına gətirib çıxarır. Bu qədər çoxmənalı məfhum altında nəyi nəzərdə tutacağımızı müəyyənləşdirməkdən başlamaq daha yaxşı olardı. Bu söz başqa elmlərdə və məişətdə istifadə olunmasının təsiri altında sosiologiyada da müxtəlif mənalarda işlədilir. Məsələn, əgər A-nın cəmiyyətdə tutduğu yer onun B-dən asılı olduğunu bildirirsə, onda deyirlər ki, A-nın B ilə müəyyən münasibətləri vardır. Bəzən deyirlər ki, A B-yə müəyyən münasibət bəsləyir, məsələn A B-yə qərəzlə yanaşır. "Münasibət" sözü həmçinin "nisbət" istilahı ilə eyni mənalı söz kimi də işlədilir. Məsələn, qüvvələrin qeyri-bərabər münasibəti (nisbəti). "İstehsal münasibətləri" ifadəsində "münasibət" sözü fərdin əmək bölgüsünə əsaslanan istehsal prosesinə cəlb edildiyi və fərddən asılı olmayan mürəkkəb və obyektiv asılılıqlar sistemini bildirir. Bir çox digər misallar da gətirərək göstərmək olar ki, "münasibət" sözünün başqa mənaları da vardır. Lakin belə hesab edirlər ki, bu sözün iki ən mühüm mənası vardır: "Münasibət" istilahı A ilə B-nin müəyyən vəziyyətini (mövqeyini), onların şüurlu səylərinin və subyektiv niyyətlərinin iştirakı olmadan yaranan qarşılıqlı asılılıqlar vəziyyətini bildirir; Bu istilah A-nın B-yə nisbətən şüurlu və subyektiv müəyyənliyi olan hərəkəti, dərk edilən və subyektiv müəyyənliyə malik asılılıqdan yaranan hərəkətidir.
Staxastik əlaqələr
Hidrometeoroloji hadisə və proseslər çoxsaylı amillərin təsiri altında formalaşır. Bu hadisə və prosesləri öyrəndikdə, onlarla müxtəlif amillər arasındakı əlaqələr təhlil olunur. Ararılan tədqiqatlar iki tip məsləni həll etməyi imkan verir: Funksional əlaqələr Staxastik əlaqələr Hidrometeoroloji praktikada y=f(x) əlaqəsinin xarakteri adətən fərqli olur. Bu hadisələrə təsir göstərən çoxsaylı amillərin hamısını nəzərə almaq qeyri-mümkündür və buna hec ehtiyac da yoxdur. Belə ki, çox zaman yalnız bir-iki amilin təsiri həlledici olur və onlarda pediktor kimi istifadə olunur. Belə hallarda ölçmələrin dəqiqliyindən asılı olmayaraq müşahidə nöqtələri əlaqə xətti ətrafında səpələnir və bunlara stoxastik (ehtimallı) asılılıqlar deyilir. Bəzən ola bilər ki, Y və X kimi kəmiyyətləri arasında əlaqə olmasın.
İctimaiyyətlə əlaqələr
İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır. Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.
İctmaiyyətlə əlaqələr
İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır. Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.
Əlaqələr cəbri
Əlaqələr cəbri və ya relyasiyalı cəbr (ing. Relational algebra) — verilənlər bazalarının idarə olunmasında: əlaqələri (cədvəlləri) emal etməyə imkan verən qaydalar və deyimlər toplusu. Əlaqələr cəbrində, adətən, aşağıdakı deyimlərdən istifadə olunur: SELECT, PROJECT, PRODUCT, UNION, INTERSEC, DIFFERENCE, JOIN (yaxud INNER JOIN) və DIVIDE; onların köməyilə verilənlər bazasında olan əlaqələrə əsaslanan yeni əlaqələr qurmaq üçün prosedurlar işlənib hazırlanır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqələr sistemi
Telekommunikasiya sahəsində kommunikasiya sistemi və ya kommunikasiya sistemi fərdi kommunikasiya şəbəkələrinin, transmissiya sistemlərinin, ötürücü stansiyalarının, şaquli stansiyaların və məlumatsal terminal qurğunun (DTE) birləşməsidir. Bir rabitə sisteminin komponentləri ümumi məqsədə xidmət edir, texniki cəhətdən uyğun, ümumi üsullardan istifadə edir, nəzarətə cavab verir və birliyin içində fəaliyyət göstərir. Telekommunikasiya telekommunikasiya üsuludur (məsələn, idman yayımı, kütləvi informasiya vasitələri, jurnalistika və s.). Əlaqə, qarşılıqlı anlaşılmış əlamətlər və semiotik qaydalar istifadə etməklə bir şəxsdən və ya qrupdan digərinə nəzərdə tutulan mənaları çatdırmaq aktidir Optik rabitə sistemi transmissiya vasitəsi kimi yüngül istifadə edən hər hansı bir telekommunikasiya növüdür. Təchizat optik siqnal daxilində bir mesajı, hədəfinə siqnal aparan bir əlaqə kanalını və alınan optik siqnaldan gələn mesajı əks etdirən bir ötürücüyü kodlayan bir transmitterdən ibarətdir. Fiber optik ünsiyyət sistemləri optik fiber vasitəsilə işıq göndərərək məlumatı bir yerdən digərinə ötürür. İşıq məlumat daşımaq üçün modullaşdırılmış bir daşıyıcı siqnal təşkil edir. Radio rabitə sistemi xarici rabitə imkanları verən bir sıra kommunikasiya alt sistemlərindən ibarətdir. Radio rabitə sistemi bir elektrik enerjisi salınması və ya cərəyanların çıxarıldığı və bu cür cərəyanlar və ya salınımların bir yerdən azad sahəyə qədər yayılmasına səbəb olan bir ötürücü şüa [4] uzaqdan uzaq bir uzaq məsafədə və ötürücüdən yayılmış salındıqları və ya cərəyanlar tərəfindən həyəcanlandıracaq adaptasiya edilmiş uzaq nöqtədə. Enerji xəttinin rabitə sistemləri elektrik kabellərində modulyasiya edilmiş bir daşıyıcı siqnalını təəccübləndirərək fəaliyyət göstərir.
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi
Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeçiliyində olan struktur təşkilatdır. == Tarix == Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 07.02.1994-cü il tarixli 13 saylı əmrinə əsasən 1 mart 1994-cü il tarixində Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikamızın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) "Aztelekom İB"-nin tərkibində struktur vahidi kimi yaradılmışdır. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 17.01.1995-ci il tarixli 05 saylı əmrinə əsasən BHM "Aztelekom İB"-nin tərkibindən çıxarılmış və birbaşa RN-ə tabe edilmişdir. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 06.12.1996-cı il tarixli 140 saylı əmrinin 1-ci bəndinə əsasən 01.01.1997-ci il tarixindən BHM — Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi (BƏHM) adlandırıldı. 2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdir. 2005-ci ilin sentyabr ayında Nizamnamənin bir neçə bölməsində dəyişiklik edilərək yeni redaktə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış və müəssisə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi adlandırılmışdır. 2015-ci ilin iyun ayında Mərkəzin təşkilati-hüquqi forması dəyişdirilərək "Azerbaijan International Telecom (AzInTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir. == Əsas vəzifələri == Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqaviləüzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılması; Dünya ölkələrinin rabitə operatorları ilə beynəlxalq telekommunikasiya və poçt xidmətləri üçün tətbiq olunanhesablaşma qiymətlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının və Ümumdünya Poçt İttifaqının tövsiyəvə qaydaları əsasında birja qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilməsi və razılaşdırılması; Beynəlxalq telekommunikasiya operatorları və poçt təşkilatları arasında əlaqələrin koordinasiya edilməsi; Azərbaycan Respublikası ilə dünya ölkələri arasında birbaşa peyk və fiber-optik rabitə kanallarınınyaradılması üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanması; Mövcud rabitə kanallarından səmərəli istifadə edilməsi üçün beynəlxalq çıxış telefon trafikininmarşrutlandırılması üzrə Trafik Marşrutlandırma Planının (TMP) hazırlanması və S-12 beynəlxalqstansiyasında tətbiq edilməsi üçün tədbirlərin görulməsi; Xarici ölkələrdən və respublikada fəaliyyət göstərən xarici ölkələrin səfirliklərindən Rabitəvə Yüksək Texnologiyalar Nazirliyinə gələn qonaqlarla Nazirlikdə və ya BƏHM-də keçirilən görüşlərinprotokol və təşkilatı məsələlərin həlli; Beynəlxalq rabitə kanallarından səmərəli istifadə edilməsi üçün Avtomatlaşdırılmış İş Yerindən (AİY) trafikmübadiləsinə gündəlik nəzarətin edilməsi; Azərbaycan Respublikası ilə dünya dövlətləri arasında birbaşa istiqamətlər üzrə mübadilə olunmuş terminalgiriş-çıxış və tranzit telefon trafiki məlumatlarının ayrıntılı analizinin aparılması; Birbaşa və tranzit ölkələrdən aylıq trafik məlumatların alınması, Azərbaycanın S-12 beynəlxalq stansiyasınıntrafik məlumatları ilə hər ay üzrə müqayisə olunması.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası — diplomatik nümayəndəliklərin statusunu və funksiyalarını müəyyən edən əsas beynəlxalq hüquqi sənəddir. O, giriş hissədən və 53 maddədən ibarətdir. == Tarixi == BMT-nin Beynəlxalq Hüquq Komissiyası onun vəzifəsinin "beynəlxalq hüququn proqressiv inkişafı və məcəllələşdirilməsi" olduğunu əsas götürərək 1949-cu ildə özünün birinci sessiyasında məcəllələşdirilməsi lazım olan məsələlər arasında diplomatiya və konsulluq əlaqələrinə aid məsələlərin adını çəkdi. 1958-ci ildə isə komissiya diplomatik əlaqələr və immunitetlər haqqında da konvensiya layihəsini hazırladı və üzv dövlətlərin irad və təklifləri üçün onlara təqdim etdi. Diplomatik əlaqələr haqqında Konvensiya 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olundu. Azərbaycan Respublikası Milli Məclisin 228 N-li qərarına əsasən 1992-ci il 21 iyul tarixində Vyana Konvensiyasına qoşulmuşdur. == Müqavilənin müddəaları == Konvensiyanın giriş hissəsində BMT Nizamnaməsinin prinsip və məqsədlərinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək məqsədləri qeyd olunur, həmin sazişdə nəzərdə tutulan üstünlüklərin və immunitetlərin ayrı-ayrı şəxslərin faydalanması üçün deyil, dövləti təmsil edən orqan kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etmək üçün verildiyi göstərilir. Preambula funksional zərurət nəzəriyyəsini və qismən də təmsilçilik nəzəriyyəsini təsdiqləyir. Konvensiyanın 1-ci maddəsi konvensiyada rast gəlinən terminlər və onların açıqlanmasına həsr olunmuşdur. Belə ki, "nümayəndəliyin başçısı" dedikdə, akkreditiv dövlət tərəfindən bu keyfiyyətdə fəaliyyət göstərməyə öhdələndirilmiş şəxs başa düşülür.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (Türkiyə)
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (türk. İletişim Başkanlığı) - 24 iyul 2018-ci il tarixində və 30488 saylı Rəsmi Qəzetdə nəşr olunan 14 nömrəli Prezident Fərmanı ilə yaradılmışdır. Mətbuat və İnformasiya Ümumi Müdirliyinin yerinə açılmışdır və birbaşa Türkiyə prezidentinə bağlıdır. Vəzifələri; ölkənin xaricdə tanıdılma fəaliyyətlərini istiqamətləndirmək, dövlətin tanıdılmasını idarə etmək.
Semantika
Semantika — linqvistik mənanın öyrənilməsi. Bu, mənanın nə olduğunu, sözlərin mənasını necə aldığını və mürəkkəb ifadənin mənasının onun hissələrinə necə bağlı olduğunu tədqiq edir. Bu prosesin bir hissəsi hiss və istinad arasındakı fərqi əhatə edir. Hiss ifadə ilə əlaqəli fikir və anlayışlarla verilir, istinad isə ifadənin işarə etdiyi obyektdir. Semantika qrammatik cəhətdən düzgün cümlələr yaratmağı diktə edən qaydaları öyrənən sintaksis və insanların ünsiyyətdə dildən necə istifadə etdiyini araşdıran praqmatika ilə ziddiyyət təşkil edir. Semantik hadisələrin öyrənilməsi antik dövrdə başlamış, lakin XIX əsrə qədər müstəqil tədqiqat sahəsi kimi tanınmamışdır. Semantika formal məntiq, informatika və psixologiya sahələrinə aiddir.
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi — Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Nazirlər Kabinetinin 1989-cu il 6 mart tarixli qərarı ilə yaradılıb. == Tarixi == Mərkəzin ilk sədri tanınmış türkoloq alim Aydın Məmmədov olub. 1991–2014-cü illərdə Mərkəzə yazıçı Afaq Məsud rəhbərlik edib və 1989–2014-cü illərdə onun baş redaktorluğu ilə Mərkəzin rüblük nəşri olan "Xəzər" jurnalı işıq üzü görüb. 2014-cü ildən 2021-ci ilədək Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə şair, tərcüməçi, esseist Səlim Babullaoğlu rəhbərlik edib . Mərkəz 1991–2007-ci illər ərzində 70-ə yaxın tərcümə əsərini ayrıca kitab kimi çap edib. 2014-cü ildən "Dünya ədəbiyyatı" Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri kimi dərc edilib. 2021-ci ilin iyul ayından Bədii Tərcümə və Ədəbi Əlaqlər Mərkəzinin sədri tərcüməçi, dramaturq Vaqif Əlixanlıdır. Dərginin qurucusu və ilk baş redaktoru Səlim Babullaoğlu, hazırkı baş redaktoru ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Dərginin 2014–2017-ci illər ərzində Ukrayna, Rusiya, Oman, İran, İngiltərə ədəbiyyatları xüsusi sayı, "Dünya dramaturgiyası xüsusi buraxılışı" işıq üzü görüb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 2014–2017-ci illərdə Ukraynanın "Vsesvti" jurnalı, Omanın Mədəniyyət Assosiasiyası, İranın Mədəniyyət Mərkəzi, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi, Serbiya və Moldova Yazıçılar İttifaqları, başqa təşkilatlarla əməkdaşlıq barədə Memorandum imzalayıb.
Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Ümumittifaq Cəmiyyəti
Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Ümumittifaq Cəmiyyəti (rus. Всесою́зное о́бщество культу́рной свя́зи с заграницей, ВОКС) — SSRİ-də 1925-ci ildə yaradılmış ictimai təşkilat. 1958-ci ildə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqına çevrilmişdir. Təşkilatın vəzifələrinə rəsmi olaraq "SSRİ ictimaiyyətini xarici ölkələrin mədəniyyətinin nailiyyətləri ilə tanış etmək və Sovet İttifaqı xalqlarının mədəniyyətini xaricdə təbliğ etmək, SSRİ və digər ölkələr arasında dostluğun və qarşılıqlı anlaşmanın inkişafına və möhkəmlənməsinə kömək etmək" daxildir. 1925–1931-ci illərdə cəmiyyətin ofisi Moskvada Malaya Nikitskaya, ev 6 ünvanında yerləşirdi. Buna baxmayaraq, malikanə SSRİ-yə yenicə qayıtmış yazıçı Maksim Qorkinin (1868–1936) sərəncamına verilmişdir. 1948–1994-cü illərdə küçə 1914-1919-cu illərdə orada yaşamış teatr aktyoru V. İ. Kaçalovun xatirəsinə Kaçalov adlandırılmışdır. 1938-ci ildə Böyük təmizləmə dövründə VOKS-un əcnəbilərin qəbulu və dəvət edilməsi üzrə fəaliyyətinə faktiki son qoyulmuşdur. 1958-ci ildə VOKS Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqına çevrilmişdir. Дорогами дружбы и сотрудничества.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti — Sovet dövründə və müstəqilliyinin ilk illərində Azərbaycanda fəaliyyət göstərmiş təşkilat. == Tarixi == Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 1946-cı ildə Bakıda yaradılmışdır. Həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında gərgin fəaliyyət göstərən qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlaqəsinin qurulması idi. Ona görə də cəmiyyətin xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun formalaşmasında mühüm rolu olmuşdur. Həmin illərdə Azərbaycan diasporunun formalaşmasında Azərbaycanın görkəmli ziyalılarının böyük fəaliyyətləri olmuşdur. Belə ki, Sovet rejimin ən sərt qaydalarının hökm sürdüyü vaxtlarda belə xaricdə yaşayan azərbaycanlılar öz Vətənləri ilə əlaqələrini davam etdirmişdirlər. 1948-ci ildə cəmiyyətin Rəyasət Heyətinin sədri vəzifəsinə təyin edilmiş ictimai xadim Rza Quliyev, düz 27 il bu vəzifədə işləmiş və beynəlxalq mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfə vermişdir. Moskvada yaxşı əlaqələri olan, xarici ölkələrlə mədəni əlaqələri bacarıqla nizamlayan Rza Quliyev çalışırdı ki, Azərbaycanı hər yerdə çox tanısınlar, dünyanın qədim xalqlarından birinin mədəniyyəti və incəsənəti haqqında həqiqəti bilsinlər. Bir sıra ölkələrdə səfərlər zamanı o, öz ictimai işini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi, özü ilə respublikanın həyatı, Azərbaycan xalqının mədəniyyəti, tarixi haqqında materiallar aparırdı. Həmin materialları bu ölkələrin kütləvi informasiya vasitələrinə təqdim edir, orada dərc etdirir, beləliklə, Azərbaycanı bütün dünyada populyarlaşdırır və təbliğ edirdi.
Semantika (informatika)
Semantika (ing. semantics, rus. семантика, türk. anlambilim) — proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur. Beləliklə, proqramda deyim düzgün tərtib olunmuşsa, ancaq onun mənası yoxdursa, semantik yanlışlıq yaranır. Məsələn, linesTillPageEnd = numElephants * massSun (səhifənin sonunadək sətirlərin sayı = fillərin sayı * Günəşin kütləsi) deyimi sintaktik cəhətdən düzgündür, ancaq semantika baxımından mənasızdır. Semantik yanlışlıqlar proqramın düzgün işləməməsinə səbəb olsalar da, yanlışlıqlara nəzərət altproqramları çox zaman onlar haqqında məlumat vermir. Konseptual səviyyədə semantika süni intellektin tədqiqat sahələrindən biridir. Məsələn, insanlar arasındakı münasibətlər kimi, obyektlər, ideyalar, yaxud situasiyalar arasındakı qarşılıqlı əlaqələr də semantik şəbəkələr vasitəsilə göstərilir.
İran Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Media Mərkəzi
İran Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Media Mərkəzinin rəhbəri
Marketinq əlaqələri
Marketinq əlaqələri — məhsul haqqında məlumatın hədəf auditoriyaya çatdırılması prosesidir. Marketinq kommunikasiyaları hər proses ola bilər: reklam, şəxsi satış, birbaşa marketinq, sponsorluq, kommunikasiya və ictimaiyyətlə əlaqələr. Marketinq kommunikasiyaları marketinq qarışığından ibarətdir, yəni 4P: Qiymət, Tanıtım, Məkan və Məhsul, ticarət biznesi və 7P: Qiymət, Tanıtım, Yer, Məhsul, İnsanlar, Sübut və Proses, xidmət üçün əsaslanan biznes. == Ümumi baxış == Reklam marketinq kommunikasiyalarının kiçik, lakin vacib hissəsidir; Marketinq kommunikasiyaları qarışığı hədəf auditoriyaya aydın və ardıcıl məlumat çatdırmaq üçün istifadə edilə bilən alətlər toplusudur. Buna adətən reklam qarışığı da deyilir. Krozye (1990) iddia edir ki, bütün terminlər 4ps kontekstində eyni məna daşıyır: məhsul, qiymət, yer və təşviq. Qiymət hədəf auditoriyaya mesaj göndərə bilər. Məsələn, 50 dollarlıq çantanı 10 dollarlıq çanta ilə müqayisə edərkən, birincisinə lüks və ya daha davamlı bir əşya kimi baxmaq olar. Marketinq planı əsas imkanları, təhdidləri, zəif və güclü tərəfləri müəyyən edir, hədəflər qoyur və marketinq məqsədlərinə çatmaq üçün fəaliyyət planı hazırlayır. Hər 4P bölməsi öz obyektini qurur; məsələn, qiymət müəyyən bir coğrafi bazarda öz məhsul və ya xidmətinizin qiymətini rəqiblərininkindən aşağı müəyyən etməklə satışları artıra bilər.
Maliyyə əlaqələri
Maliyyə əlaqələri — bunlar dövlətin, müəssisələrin (təşkilatların, idarələrin) və vətəndaşların ehtiyaclarını ödəmək üçün vəsaitlərin formalaşdırılması, bölüşdürülməsi və istifadəsi ilə bağlı subyektlər arasında iqtisadi münasibətlərdir. Maliyyə münasibətlərinin xarakteri və məzmunu pul münasibətlərinin xarakteri ilə müəyyən edilir. Təsərrüfat subyektləri yaradılarkən, fəaliyyət göstərərkən və ləğv edilərkən onların təşkilati-hüquqi statusunun xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif maliyyə münasibətlərinə girirlər. == Maliyyə münasibətlərinin təsnifatı == Maliyyə münasibətlərini aşağıdakı əsas qruplara bölmək olar: Müxtəlif mülkiyyət formalı digər müstəqil təsərrüfat subyektləri ilə gəlirlərin əldə edilməsi və bölüşdürülməsi və qeyri-əməliyyat əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə yaranmış münasibətlər, o cümlədən. Səhmlər, istiqrazlar və digər qiymətli kağızlar vasitəsilə fərdi sahibkarlarla fiziki şəxslər arasında münasibətlər. Müəssisənin hüquqi şəxs və işçi heyəti kimi münasibətləri. Müəssisə daxilində əmək münasibətlərinə əsaslanan münasibətlər. Baş müəssisənin (holdinqin) onun törəmə cəmiyyətləri və filialları ilə münasibətləri. Vergilərin və icbari ödənişlərin ödənilməsində müəssisənin büdcə və büdcədənkənar fondlarla, habelə fiskal (vergi) orqanları ilə münasibətləri. Müəssisənin maliyyə-kredit təşkilatları (banklar, investisiya şirkətləri, fondlar) ilə münasibətləri.
Mədəniyyət əlaqələri
Mədəni əlaqələr — mədəni və vətəndaş cəmiyyəti məkanında həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən həyata keçirilən bir sıra fəaliyyətləri əhatə edən, iki və ya daha çox mədəniyyət arasında qarşılıqlı, məcburi olmayan transmilli qarşılıqlı əlaqələrdir. Mədəni əlaqələrin ümumi nəticələri daha çox əlaqə, daha yaxşı qarşılıqlı anlaşma, daha çox və daha dərin əlaqələr, qarşılıqlı faydalı əməliyyatlar və dövlətlər, xalqlar, qeyri-dövlət subyektləri və mədəniyyətlər arasında davamlı dialoqun gücləndirilməsidir. İctimai diplomatiya və mədəni diplomatiya (dövlətlə insanlar arasında münasibətlər), strateji ünsiyyət və şərtilik (kütləvi inandırma və təbliğat siyasəti də daxil olmaqla ), ölkələr və dövlət tərəfindən maliyyələşdirilən qurumlar qeyri-dövlət aktyorlarına və mədəniyyətə güvənir. Mədəni əlaqələri ictimai diplomatiya kimi dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərdən fərqləndirmək olar; mədəni diplomatiya və millət brendinqi çünki onlar yalnız dövlət aktyorlarının siyasətindən qaynaqlanmır; bir sıra institutlar və qeyri-dövlət aktorları vasitəsilə transmilli aktorlar kimi öz məqsədlərinə nail olmaq və onların qarşılıqlılığı ilə. Bununla belə, onlar Beynəlxalq Münasibətlərin maddi komponentidir, o mənada ki, geniş spektrli qeyri-dövlət aktyorların mədəniyyətlərarası dialoqun təşviqində iştirak etdiyi məkanı əhatə edir. dövlət aktyorların milli maraqlarının ya lehinə, ya da əleyhinə olmalıdır. Bu tərif Chrisine Silvester-in tənqidi təxəyyüllər konsepsiyasını izləyir (bax: “Critical Imaginations in International Relations”, 2016), çünki o, ənənəvi Beynəlxalq Münasibətlərin dünyaları daha çox anlayışların və ya məlumat nöqtələrinin əlaqələndirilməsi yolu ilə təsəvvür etdiyini və bu sahədə müəyyən sosial boşluq buraxdığını iddia edir. kanonun özəyi, həyatlarını yaşayaraq və beynəlxalq münasibətlərə təsir edən insanların olması lazım olan bir boşluqdur. O iddia edir ki, Beynəlxalq Münasibətlərin çoxunda özünü insanların dünyasında yerləşdirmək üçün lazım olan yaradıcılıq yoxdur. Mədəni əlaqələr anlayışı bu boşluğu doldurur.Mədəni əlaqələr cazibə və müraciət yolu ilə başqalarının üstünlüklərinin formalaşması ilə məşğul olduğundan bu fərqli sahə Jozef Nay-ın Soft Power məşhur nəzəri konsepsiyasına uyğun gəlir (bax: Rəhbərliyə Bağlı: Dəyişən Təbiət American Power, 1990) məcbur etməkdən daha çox (gücdən istifadə etmək və ya inandırmaq vasitəsi kimi pul vermək) cəlb etmək və birgə seçim etmək qabiliyyətini ifadə edir.
ASEAN–Yaponiya əlaqələri
AXC-Gürcüstan əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar problemlərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Rusiya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi. Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə getməklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəhbərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mülkiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu. == Diplomatik nümayəndəliklər == Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə diplomatik nümayəndəsi təyin etdi.
Səfəvi-Dekkan əlaqələri
Səfəvi-Dəkkən əlaqələri — Səfəvi dövləti ilə Dəkkən sultanlıqları arasında ikitərəfli münasibətlər nəzərdə tutulur. Dəkkən sultanlıqlarının çoxu elə şiə sülalər tərəfindən idarə edilirdilər. Bu sülalələrdən ən aktivi və ən güclüsü olan Qütbşahlar və ya digər adları ilə Adilşahlar elə Qaraqoyunlular nəslindən gəlməkdə idilər və bunu öz məktublarında da xüsusi fəxr mənbəyi kimi bildirmişdilər. Dəkkəndə bir neçə şiə dövlətinin yaradılması ilə Səfəvi imperiyası özünü şiə dünyasının ortasında olduğunun fərqinə vardı. Səfəvi sarayına digər şiə dövlətləri tərəfindən dövlətçilik sahəsində bələdçi kimi yanaşır və ondan "qəzəbli sünni dünyası"na qarşı qorunma istəyirdilər. Bu sultanlıqlar müasir mərkəzi və qərbi Hindistanda XVI əsrdə Bəhməni sultanlığının parçalanmasından sonra meydana çıxmışdı və əsas sahil xəttlərinə nəzarət etməkdə idilər. Bu sultanlıqlardan ikisi Əhmədnaqar və Qolkonda sultanlıqları I Şah İsmayılın müvafiq addımından sonra onlar da şiəliyi dövlətin rəsmi məzhəbi elan etdilər. Lakin buna baxmayaraq, Qaraqoyunlu sülaləsindən olan Sultanqulu Baharlu babaları olan Qara Məhəmmədlə Qara Yusifin şiəliyi Şah İsmayıldan daha əvvəl qəbul etməsi ilə fəxr edirdi. O, deyirdi: İsmayılın keçmiş tərəfdarı, Hindistanda yaşayan Şah Tahir Hüseyni bu torpaqlarda şiəliyin güclənməsinə kömək etdi. Başqa bir sultanlığın hökmdarları, Bicapur sultanlığının Adili şahları növbə ilə özlərini ya sünni, ya da şiə elan etsələr də, tez-tez xütbələri Moğal imperatorlarının deyil, Səfəvi şahlarının adlarına oxumağı əmr etdilər.
Səfəvi-Moğol əlaqələri
Səfəvi-Moğol əlaqələri — XVI əsrin əvvəlindən başlamış, XVII əsrə qədər davam etmiş əsasən sülh və dostluqla müşayiət olunmuş əlaqələrdir. Səfəvi dövləti ilə Hindistan arasında yaradılan ilk əlaqələri Topal Teymurun nəvəsi və Əmir Şeyx ibn Əbu Səidin oğlu Zuhəyrəddin Babur Qorqani ilə əlaqələndirmək olar. O, bir vaxtlar Orta Asiyada hökmranlıq etmiş və özbəklərin qüdrət əldə etməsi ilə dəfələrlə amansız hücumlara məruz qalmışdır. Belə ki, özbəklər həmin dövrlərdə həm Xorasana, həm də Baburun nəzarəti altında olan məntəqələrə vaxtaşırı hücum edirdi. Şah İsmayıla məğlub olduqdan sonra isə onun Səfəvi dövləti ilə birləşməsinə münasib şərait yaranır. Şah İsmayıl ona kömək etməyə hazır olduğunu bildirir, bir şərtlə ki, şiə məzhəbini qəbul edib on iki imamın adına sikkə vurdurmuş olsun. Orta Asiyada bir o qədər də uğur qazana bilməyən Babur qızılbaşların himayəsi ilə Kabulda hakimiyyəti ələ keçirir və sonra Qəndəhar uğrunda mübarizə aparıb, oranı da işğal etməyə nail olur. Babur Şah İsmayılın hakimiyyətdə olduğu bütün dövrlərdə onunla əlaqələrini kəsmir. Tarixi mənbələrə əsaslanaraq qətiyyətlə deyə bilərik ki, Babur şiə məzhəbini qəbul etmiş, hətta qızılbaşların paltarını geyərək Səmərqənddə on iki imamın adına xütbə də oxutmuşdur. Babur şah Təhmasibin hakimiyyətinin ilk illərində Dehli və Akra şəhərlərini ələ keçirib özünü Hindistanın imperatoru elan edir.
Səfəvi-Osmanlı əlaqələri
Səfəvi–Osmanlı münasibətləri — Səfəvi və Osmanlı dövlətlərinin münasibətləri. Qərbi Avropa dövlətlərinin səyi və qızışdırıcı siyasəti nəticəsində fasilərlə 100 il Səfəvi – Osmanlı müharibələri baş vermiş, bu müharibələrdə iki qüdrətli müsəlman dövləti xeyli zəifləmişdir. Hərbi əməliyyatlar 1514–1555, 1578–1590, 1603–1612, 1616–1618, 1623–1639, 1723–1727, 1730–1732, 1733–1736-cı illərdə getmiş və Amasiya (29 may 1555), İstanbul (21 mart 1590), İstanbul (20 noyabr 1612), Sərab (26 sentyabr 1618), Qəsri-Şirin (17 may 1639), Həmədan (4 oktyabr 1727), Kirmanşah (16 yanvar 1732), İstanbul (17 oktyabr 1736) müqavilələri ilə başa çatmışdır. Səfəvilərlə Osmanlılar arasında 1730–1736-cı illərdə baş vermiş müharibə zamanı Cənubi Qafqaz ərazisi 1732-ci il Kirmanşah sazişinə görə Osmanlıların əlinə keçmiş, lakin 1736-cı ildə yenə də İstanbulda bağlanmış sazişlə İrana geri qaytarılmışdır. 1743-cü ildə İranla Türkiyə arasında yenidən müharibə başlamışdır. 1770-ci illərdə yenidən davam etmişdir. Araşdırmalar göstərir ki, osmanlıların hücumlarından ehtiyat edən Səfəvi hökmdarları dövlətin paytaxtını 1555-ci ildə Təbrizdən Qəzvinə, 1598-ci ildə isə İranın daxilində yerləşən İsfahana köçürməyə məcbur olsalar da, sarayda, orduda, ümumiyyətlə, dövlətdə Azərbaycan türkcəsi kifayət qədər işlək bir dil olub. 1684–1685-ci illərdə Səfəvilər dövlətində olmuş alman səyyahı Engelbert Kempfer türk dilinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat verib. Digər Avropa səyyahlarından Rafael dü Man XVII əsrdə Azərbaycan türkcəsinin yalnız İranda deyil, Gürcüstan və Rusiyada da ticarətdə mühüm bir vasitə olduğunu söyləyib, A. Olearı bu dövrdə ölkədə türkcənin ümumi bir dil olduğunu və yalnız türklərin deyil, farsların, ermənilərin, gürcülərin də aralarında bu dildə danışdıqlarını bildirib. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahlarının — Petra della Valle, Adam Oleari, Şevalye Jan Şardən, Sanson, Rafael dü Man və Engelbert Kempferin əsərlərini, Şah Səfinin Avstriya — Macarıstan imperatoru II Ferdinanda və Şah Sultan Hüseynin Saksoniya hersoqu və Polşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu sübut edir.
Səfəvi-Şeybani əlaqələri
Səfəvi-Şeybani əlaqələri — XVI əsrin əvvəlindən sonuna qədər davam etmiş əsasən müharibələrlə müşayət olunmuş əlaqələr. Şeybanilər Teymurilər sülaləsinə qarşı mübarizə apardıqları zaman Şah İsmayıl İranı birləşdirib vahid dövlətə çevirməyə can atır və eyni zamanda Xorasanda baş verənləri də nəzarət altında saxlayırdı. O, özbəklərin Kermana, Astarabad və Xorasana etdikləri hücumları və Şeybanilərin təhlükə törədə biləcəklərini nəzərə alaraq ciddi tədbirlərə əl atmalı olduğunu başa düşür. Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şe’r ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir. Şerin məzmunu: (Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tutmuşdur). Hicrətin 916-cı ilində İranın mərkəzində artıq heç bir çətinlik qalmamışdı. Fəzl Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı. O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..." Belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi.
Azərbaycan–İƏT əlaqələri
Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı — Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olmuşdur. İKT, ölkənin daxil olduğu ilk təşkilat oldu. İslam Əməkdaşlıq Təşkilatı (2011-ci ilə qədər İslam Konfransı Təşkilatı) - 1969-cu ildə Mərakeşdə təsis edilmiş bir hökumətlərarası təşkilatdır. Təşkilata 57 dövlət daxildir. == Tarixi == === Dakar sammiti === 8 oktyabr 1991-ci ildə Azərbaycan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"-nı qəbul etdi və bununla dövlət müstəqilliyini bərpa etdi. Bundan sonra Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün ərizə verdi. 1991-ci ildə Dakarda keçirilən zirvə toplantısında Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (sonra İslam Konfransı Təşkilatına) müraciət etdi. Eyni ildə təşkilatın nümayəndə heyəti Azərbaycana səfər edərək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli imkanlarını öyrənmək üçün səfər edib. == Ölkənin təşkilat ilə əməkdaşlığı == 1994-cü ilin mayında Heydər Əliyevin müvafiq sərəncamına əsasən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İƏT-in Baş Katibi Daimi Nümayəndəsi səlahiyyətini alıb. === VII İƏT sammiti === 12 dekabr 1994-cü ildə İslam Konfransı Təşkilatının 7-ci sammiti Mərakeşdə keçirilmişdir.
Valyuta-kredit əlaqələri
Valyuta-kredit əlaqələri — müxtəlif ölkələrin subyektləri, yəni rezidentləri və qeyri-rezidentləri arasında maliyyə münasibətləri və ya predmeti valyuta sərvətlərinə mülkiyyət hüququnun və valyuta sərvətləri ilə bağlı digər mülkiyyət hüquqlarının ötürülməsi olan bir ölkənin hüquq subyektləri arasında münasibətlər. Dövlətlər və hökumət təşkilatları Beynəlxalq təşkilatlar Müxtəlif təşkilati-hüquqi forma və fəaliyyət növləri olan müəssisə və təşkilatlar: Banklar Müəssisələr (istehsal, ticarət, xidmət sənayesi və s.) Maliyyə təşkilatları (sığorta şirkətləri, investisiya fondları, bank olmayan maliyyə təşkilatları və s.) Qeyri-kommersiya təşkilatları Digər təşkilatlar Sahibkarlar Vətəndaşlar Международные экономические отношения. Учебное пособие под ред. проф.
Romantik
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Selanik
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki , translit. Saloniki) ya da Səlanik (osman. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Əlcələr
Ölcələr (əvvəlki adı: Kuybışev) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun Kuybışev kəndi Ölcələr kəndi adlandırılmışdır. Kənd əhalisinin sayı 546 nəfərdir ki, onun da 281 nəfəri kişi, 265 nəfəri isə qadındır.
Romantik eşq
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Romantik film
Romantik film — kino janrlarından biridir. Filmin əsas süjet xətti romantik münasibətlər üzərində qurulur.
Romantik məhəbbət
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Romantik sevgi
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Romantik komediya
Romantik komediya filmi əsl sevgi, məhəbbət kimi romantik idealların mərkəzdə olduğu, eyni zamanda səmimi, yumoristik bir süjet formasında bu ideyaların ətrafında əksər maneələrin aşıldığı ifadə edilən film janrıdır. Lüğəvi mənasında isə; xoşbəxt sonluqla bitən məzəli sevgi hekayəsinə əsaslanan film, teatr və ya televiziya şousudur. Başqa bir ölkədəki tərifinə görə isə; İki bir-birlərinə simpatiyası olan, bir-birlərini sevən, fərqləndirici xüsusiyyətləri mövcud olan, ahəngdar və bir-birlərini bağışlaya bilən eşqləri olan aşiqlər arasındakı ziddiyyətlər ifadə edir. Romantik komediya filmləri komediya filmləri və romantik filmlər kimi fərqləndirilə və təsnif oluna bilərlər. Həmçinin, Screwball komediyası və Stoner komediyasında da (həmçinin də Stoner filmi olaraq tanınır) eyni elementlər mövcuddur. Bəzi televiziya serialları da romantik komediya kimi təsnif edilə bilərlər. Belə filmlərə nümunə olaraq tənqidçilər tərəfindən janrın ən yaxşı filmlərindən biri hesab edilən Gözəlçə filmini göstərmək mümkündür.
Şeqaftik
Aşağı Şeqaftik (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şeqaftik (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.