Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Renaj
Renaj (fr. Renage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38332. Kommunanın 2012-ci il üçün əhalisi 3647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 464 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 25 km şimal-qərbdə yerləşir.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Dənizkənarı Sena
Dənizkənarı Sena və ya Dənizsahili Sena (fr. və norm. Seine-Maritime) — Fransanın şimal-qərbində yerləşən, Normandiya regionunun departamenti . 18 yanvar 1955-ci ilə qədər departament «Aşağı Sena» (fr. Seine-Inférieure) adlanırdı. Sıra nömrəsi — 76. İnzibati mərkəzi — Ruan şəhəri. Əhalisi — 1 257 920 nəfər (departamentlər arasında 15-ci yer, 2014-ci ilin məlumatları). == Coğrafiyası == Dənizkənarı Sena departamenti Er, Uaza, Somma və Kalvados departamentləri ilə sərhəddir. Sahəsi — 6278 km².
Sena çayı
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Taksa-Sena
Taksa-Sena (fr. Taxat-Senat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03278. 2008-ci ildə əhalinin sayı 227 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 120 nəfər (15–64 yaş) arasında 96 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 80,0%, 1999-cu ildə 63,4%) idi. Fəal olan 96 nəfərdən 92 nəfər (49 kişi və 43 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi. Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir Fransa rayonlarının siyahısı "Milli Statistika İnstitutu — Taksa-Sena" (fransız).
Balasahebanchi Shiv Sena
Balasahebanchi Shiv Sena — mühafizəkar Hindistan siyasi partiyası.
Sena və Marna
Sena və Marna - Fransa departamentidir. İl-de-Fransda yerləşən departamentdir. Adminstrasiyanın mərkəzi Melyondir. Əhalisi 1347008 nəfərdir (2010). Departamentinin sahəsi 5915 km²-dir. Buraya 5 əyalət (Mo, Melun, Provans, Fontenblo, Torsi), 43 katon və 514 kommun daxildir. Sena və Marna ilk yaranan departamentlərdən biridir. Departament 1970-ci ildə Böyük Fransa inqilabı zamanı yaranıb. Sena və Marna çaylarının şərəfinə belə adlanıb.
Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Məcdud Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Sənan Musayev
Sənan Hüseynoviç Musayev (13 aprel 1923, Qusar, Quba qəzası – 1983) — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1957–1962). Sənan Hüseynoviç Musayev 1923-cü ildə Qusar şəhərində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1941–1942-ci illərdə istehsalatda işləmiş, 1942–1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1949-cu ildə oranı bitirmişdir. 1949–1951-ci illərdə Azərbaycan Dövlət Universitetində elmi katib və mülki hüquq kafedrasının baş müəllimi vəzifələrində işləmişdir. Sənan Musayev 1951–52-ci illərdə Azərbaycan KP MK-nın mühazirəçilər qrupunun rəhbəri, 1952–1954-cü illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. 1954–57-ci illərdə Azərbaycan Respublikası Prokurorunun müavini, 1957–1962-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri, 1974–1980-ci illərdə isə Bakı şəhər Nərimanov rayon xalq məhkəməsinin sədri vəzifələrində işləmişdir. 1962–1974-cü illərdə Sənan Musayev Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır. Dəfələrlə Bakı şəhər Sovetinə, Bakı Vilayət Sovetinə, Nərimanov rayon Sovetinə deputat seçilmişdir. Sənan Musayev məhkəmə ekspertizasının təşkili və metodikası sahəsində çoxsaylı elmi məqalə və məcmuələrin müəllifidir.
Sənan Mustafayev
Sənan Məmmədəmin oğlu Mustafayev (1929, İsmayıllı – 8 yanvar 2016) — Azərbaycan alimi, professor (1971), Azərbaycan SSR əməkdar elm xadimi (1990). Sənan Məmmədəmin oğlu Mustafayev 1929-cu ildə İsmayıllıda müəllim ailəsində anadan olub. 1946-cı ildə Tibilisi Dəmir yol Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub, 1951-ci ildə tərkibinə birləşdirilmiş Azərbaycan Politexnik İnstitutu fərqlənmə diplomu ilə bitirərək institutda saxlanılıb, baş lobarant, assistent vəzifəsində işləyib. 1953-cü ildə Azərbaycan Neft və Kimya institutunun aspiranturasına daxil olub və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1971-ci ildə professor elmi adını alıb. S. Mustafayev 1961–1963-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirliyində elm idarəsinin rəisi, 1963–1964-cü illərdə Ali məktəblər idarəsinin rəisi, 1964–1974-cü illərdə nazirin birinci müavini, 1975-ci ildə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru,1978–1983-cü illərdə Əfqanıstanda təhsil məsələləri üzrə müşavirlər qrupunun rəhbəri, 1983–1984-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirinin beynəlxalq əlaqələr üzrə müavini, 1984-cü ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının "Materialşünaslıq və materialların texnologiyası" kafedrasının müdiri olub. 1 fevral 1990-cı ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb, 14 dekabr 2000-ci ildə "Şöhrət" ordeni, SSRİ medalları və Əfqanıstanın "Dostluq" ordeni ilə təltif edilib.
Sənan Məmmədli
Sənan Məmmədov
Sənan Quliyev
Sənan Qurbanov
Sənan Qurbanov (rus. Курбанов, Санан Шамиль оглы; azərb. Sənan Şamil oğlu Qurbanov‎; 12 avqust 1938, Bakı – 24 dekabr 1999, Bakı) — Azərbaycanlı heykəltaraş və qrafika ustası, Azərbaycan və SSRİ Rəssamlar İttifaqlarının üzvü. Sənan Qurbanov eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanmış tamaşaların səhnə tərtibatı ilə də məşğul olmuşdur. Sənan Qurbanov 1938-ci ilin 12 avqust tarixində Bakı şəhərində anadan olub. 1955 - 1959-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin heykəltaraşlıq faklütəsi üzrə təhsil almışdır. 1960 - 1963-cü illərdə təhsilini Sankt-Peterburq şəhərində yerləşən Rəssamlıq məktəbində davam etdirmişdir. 1963-cü ildə təhsil aldığı dövrdə qərb burjua mədəniyyətini ali təhsil müəssisəsində yayması ittihamı ilə universitetdən xaric edilmişdir. 1963-1967-ci illərdə geridə qalan təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tamamlamışdır. 1992-ci ildə Vyana şəhərində yerləşən Arik Brauer Qalereyasında sərgi.
Sənan Rüstəmov
Sənan Seyfullayev
Sənan Sultanov
Sənan Sultanov (rejissor) — rejissor, Qızıl dərviş mükafatı laureatı (2012) Sənan Sultanov (memar) — Azərbaycanın mühəndis-memarı.
Sənan Syuqirov
Sənan Syuqirov (rus. Сюгиров Санан Вячеславович, 31 dekabr 1993, Elista, Rusiya) — rusiyalı şahmatçı, qrosmeyster (2009). 2003-cü ildə 10 yaşadək oğlanlar arasında Dünya Çempionu olmuşdur. 2007-ci ildə 14 yaşadək gənclər arasında Dünya Çempionu olmuşdur. 2008-ci ildə o, Budapeştdə Birinci Şənbə Qrosmeyster turnirinin qalibi olmuşdur. 2009-cu il Dünya Kubokunda iştirak etmiş, lakin ilk raundda rəqibi Laurent Fressinet tərəfindən məğlub edilmişdir. 2011-ci ildə Taqanroqda keçirilən Yüksək Liqa Rusiya Çempionatında 4–12 yerləri bölüşdürmüşdür. Sanan Sjugirov. Chess-DB.com Arxivləşdirilib 2016-09-16 at the Wayback Machine (ing.) Sanan Sjugirov. 365chess.com (ing.) Sanan Sjugirov.
Sənan Səlimov
Sənan Səmədli
Sənan Səmədov
Sənan Səmədov (tam adı:Sənan Sabir oğlu Səmədov) — Azərbaycan rəssamı. Sənan Sabir oğlu https://www.saatchiart.com/sanan. https://artnow.ru/ru/gallery/0/6744.html Səmədov 1961-ci il aprel ayının 29 Quba rayonunda anadan olmuşdur. 1978-80-ci illərdə rəssamlıq məktəbində tərtibatçı-rəssam ixtisasına yiyələnmişdir. 1982-87-ci illərdə Azərbaycan Pedaqoji İnstitutu Bədii-qrafika fakültəsini bitirmişdir. Sənan Səmədov təhsil aldığı illərdən irimiqyaslı sərgilərin iştirakçısı olmuşdur. Bir sıra respublika miqyaslı və ümumiittifaq (keçmiş SSRİ) sərgilərinin iştirakçısı olmuşdur. Aktiv yaradıcılıq fəaliyyət göstərdiyinə görə 1986-ci ildə SSRİ Rəssamlar İttifaqı Gənclər birliyinə tələbə ikən qəbul edilmişdir. Hal-hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Uşaqlıqdan Səttar Bəhlulzadə kimi bir rəssamla ünsiyyəti onun gələcək yaradıcılıq həyatının başlanğıcını qoyur.
Sənan Zamanov
Sənan İbrahimov
Sənan İbrahimov (tam adı:Sənan Məmmədəli oğlu İbrahimov; 18 aprel 1959, Culfa, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Filologiya elmləri doktoru, professor, filoloq, şərqşünas, mətnşünas, yazıçı-dramaturq, nizamişünas. 18 aprel 1959-cu ildə Naxçıvan MSSR-in Culfa rayonunda anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirmişdir. 1977-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Aviasiya məktəbində oxumuşdur. "Mİ-8" vertolyotları üzrə aviamexanik-pilotdur. 1980-1985-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində oxumuşdur. 1979-cu ildə hərbi xidmətini bitirmişdir. 1985-1987-ci illərdə Əfqanıstanda hərbi müşavir-tərcüməçi olmuşdur. 1992-1994-cü illərdə Milli Orduda olmuş: Bakı Ali Birləşmiş Komandirlər Məktəbində dosent vəzifəsində çalışmışdır. Hərbi əməliyyatlarda göstərdiyi rəşadətə görə 2 döyüş ordeni, 3 medalla təltif olunmuş və hərbi bacarığına görə iki dəfə xüsusi təltifata layiq görülmüşdür.
Sənan Süleymanov
Sənan Əmrah oğlu Süleymanov (15 dekabr 1996; Dmanisi, Gürcüstan) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2020-ci il Avropa Çempionatının qalibi. Sənan Süleymanov 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatının və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatının gümüş medallarına sahib oldu. 2016-cı ildə isə Sənan Süleymanov Rumıniyada gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. 2017-ci ildə Sənan Süleymanov əvvəlcə Macarıstanda U23 Avropa Çempionatını 7-ci, sonra isə Serbiyada Avropa Çempionatını 11-ci pillədə başa vurdu. 2019-cu ildə Kiyev şəhərində baş tutan beynəlxalq turnirin qalibi olan Sənan Süleymanov, Qazaxıstanda Dünya Çempionatını 8-ci pillədə, Macarıstanda U23 Dünya Çempionatını isə gümüş medalla başa vurdu. 2020-ci ildə isə Sənan Süleymanov Roma şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə Macarıstan nümayəndəsi Zoltan Levai üzərində qələbə qazanaraq Avropa Çempionatının qalibi oldu. 2021-ci ildə Fransada Fransa Qran-Prisini və Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin bürünc medallarına sahib olan Sənan Süleymanov, Varşava şəhərində (Polşa) Avropa Çempionatını bürünc, Oslo şəhərində (Norveç) Dünya Çempionatını isə gümüş medallarla başa vurdu. 2022-ci ilin fevralında İstanbul şəhərində Vəhbi Əmrənin xatirəsinə həsr olunan beynəlxalq turniri gümüş medalla başa vuran Sənan Süleymanov, martda Budapeşt şəhərində Avropa Çempionatının bürünc, avqustda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının isə gümüş medalına sahib oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatında isə uğursuzluqla üzləşdi və turniri 20-ci pillədə başa vurdu. 2023-cü ildə Sənan Süleymanov əvvəl Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirini 28-ci pillədə, sonra da apreldə Avropa Çempionatını 20-ci pillədə başa vurdu.
Sənan Qəhrəmanov
Sənan Hacıyev
Sənan Firudin oğlu Hacıyev (1978) — azərbaycanlı hüquqşünas; Azərbaycan Ali Məhkəməsinin hakimi (2018—h/h). Sənan Firudin oğlu Hacıyev 1978-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetindən, 2001-ci ildə isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq bölməsindən (qiyabi) məzun olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi magistr dərəcəsi alıb. 2001-2006-cı illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun elmi işçisi olub. 2006-2010-cu illərdə Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq İdarəsində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Nərimanov Rayon Məhkəməsinin hakimi olub. 2013-2018-ci illərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub. 2 noyabr 2018-ci ildə Azərbaycan Prezidentinin təqdimatına, Azərbaycan Milli Məclisinin razılığına əsasən Azərbaycan Ali Məhkəməsinin hakimi təyin olunub. 6 may 2020-ci ildə isə Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsinə təyin olunub.
Sənan Əlizadə
Sənan Əliəşrəf oğlu Əlizadə (6 may 1943, Bakı – 31 yanvar 2008, Bakı) — Azərbaycan dövlət xadimi, "Azərineft" Dövlət Konserninin prezidenti (1991–1992), Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1990–1991).
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Drenaj
Drenaj (ing. drain), qurutmaq - Torpağı, yeri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılmasıdır. Açıq drenaj arxlarla, qapalı drenaj isə yeraltından çəkilən borularla suyun arxlara, yaxud kanallara buraxılmasıdır. == Drenajın əhəmiyyəti == Torpaqların qurudulması zamanı qurutma drenajı, quraqlıq rayonlarda torpağın şorlaşmasına qarşı mübarizə məqsədilə ilə duzsuzlaşdırma drenajı, ağır gilli torpaqlarda qaz mübadiləsini qüvvətləndirmək üçün areasiya drenajından istifadə edilir. Kənd təsərrüfatında iki cür drenaj aparılır: Üfuqi drenaj - bu drenaj özü iki cür olur: Açıq drenaj - kanallar sadəcə elə yerləşdirilir ki, tarlada kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsinə və müvəqqəti suvarma arxlarının çəkilməsinə maneçilik törətməsin. Qapalı drenaj - Torpaq itkisinə yol verməmək üçün istifadə olunur. Kanalların dərinliyi 2,5–3 m, drenaj arasında məsafəsi 200–800 m olur Şaquli drenaj Drenajlardan binaları və tikililəri qrunt sularının təsirindən qorumaq üçün də istifadə olunur. Bunlar suları toplayan və kənara axıdan mühəndis (kəhriz, quyu, yeraltı lağımlar və s.) ibarətdir. Tikinti ərazisində yeraltı suların ümumi səviyyəsinin aşağı salınması (adətən yer səthindən 3-3,5 m dərinlikdə olmalıdır) lazımı effekt vermədikdə yerli drenaj sistemləri, yəni lay drenaji, divaryanı drenaj və dairəvi drenaj tətbir olunur. == Süni drenajın səbəbləri == Sulu torpaqlar kənd təsərrüfatında istifadə üçün drenaja ehtiyac duya bilər.
Mesaj
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Sasnaj
Sasnaj və ya Sassenaj (fr. Sassenage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38474. Kommunanın 2007-ci il üçün əhalisi 10631 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 199 ilə 1649 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 6 km şimal-qərbdə yerləşir.
Seans
Seans (film, 1988)
Secan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Segah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan) və yeddi əsas muğam dəstgahlarından biri. Mənası "Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: Kiçik oktavadakı "si" mayəli (Xaric Segah) Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah) Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı) Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı) Birinci oktavadakı "sol" mayəli (Haşım Segah) Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur. "Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır.
Senaki
Senaki (gürc. სენაკი) – Gürcüstanın şimal-qərbində, Sameqrelo-Yuxarı Svaneti bölgəsində yerləşən şəhərdir. Şəhərdə yaşayan 21.596 nəfər əhalinin (2014-ci il) böyük əksəriyyəti gürcülərdən və meqrellərdən ibarətdir. Senaki bələdiyyəsində yerləşir.
Sencan
Sencan — İranın Mərkəzi ostanının Ərak şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,592 nəfər və 2,897 ailədən ibarət idi.Bu şəhərin qədimki əhalisi yəhudilərdən ibarət idi ki hamısı İsrailə köçüblər.
Senday
Senday (yap. 仙台市) — Yaponiyanın Tohoku regionunda yerləşən Miyaqi prefekturasının paytaxtı.
Senari
Ssenari 1) improvizasiyaya əsaslanan pyesin teatrda qısa (dialoq və monoloqsuz) məzmunu, baletdə və operada tamaşanın süjet sxemi, librettosu. 2) Kino sənətinin və televiziyanın ifadə vasitələrinin köməyi ilə təcəssüm etdirilmək üçün nəzərdə tutulan ədəbi əsər. Maraqlı və diqqətçəkici olması mütləq olan ssenari mövzusunun əsas qaynaqları bunlardır: Müəllifin həyat təcrübələri Roman, hekayə, dram və ya qəzet xəbərləri Tarixi hadisələr Yaşadığımız cəmiyyət İctimai hadisələr və s.
Ernest Renan
Yozef Ernest Renan (fr. Joseph Ernest Renan; 28 fevral 1823[…] – 2 oktyabr 1892[…], V arondisman) — fransız yazıçısı, tarixçi və filoloqu. == Həyatı == Jozef Ernest Renan 1823-cü il fevral ayının 28-də Fransada Bretani şəhərciyində anadan olmuşdur. Atası dənizçi idi və Ernest Renanın 5 yaşı olanda dünyasını dəyişib. Renana böyük bacısı Genrietta daha çox təsir göstərmişdir. O, ölümünə qədər bacısı ilə həm də dost olmuşdur. Onun həyatını kilsəyə həsr etməsini istəyən anası 1838-ci ildə Ernesti ruhani seminariyaya qoymuşdur. O, yerli ruhani seminariyadan daha sonra təhsilini Müqəddəs Nikolay adına Paris Seminarında davam etdirir. Məhz həmin seminariyada dünyəvi ədəbiyyatla tanış olmuşdur. Mişle, Viktor Hüqo, Lamartinin əsərləri onda dərin iz qoymuşdur.
Frederik Renal
Frederik Renal (fr. Frédérick Raynal; 15 mart 1966, Briv-la-Qayard[d]) — Fransa geymdizayneri və proqramçısı. O, "Infogrames", "Adeline Software International" və "No Cliché" şirkətlərindəki fəaliyyəti ilə tanınır, videooyun sənayesində 1990-cı və 2000-ci illərin öncül şəxslərindən biri hesab edilir. Renal "İncəsənət və Ədəbiyyat" ordeninin kavaleridir. Renal proqramlaşdırma karyerasına 1980-ci illərin axırlarında start vermiş, ancaq 1992-ci ildə "Infogrames" tərəfindən satışa çıxarılan "Alone in the Dark" survival horror videooyununun rejissoru olduqdan sonra populyarlaşmışdır. Renal "Infogrames" şirkətindən ayrılandan sonra "Adeline Software International" studiyasında çalışmış, "Little Big Adventure" (1994), "Little Big Adventure 2" (1997), və "Time Commando" (1997) kimi videooyunların üzərində işləmişdir. "Adeline" studiyası "Sega" korporasiyası tərəfindən satın alındıqdan sonra onun adı "No Cliché" olaraq dəyişdirilmişdir, ancaq studiya 2004-cü ildə bağlanmışdır. Renal videooyun sənayesinə geri dönmüş və müxtəlif studiyalarla çalışmışdır. Onun üzərində işlədəyi axırıncı layihə "2Dark" (2017) videooyunudur. == Həyatı == Frederik Rünal 15 mart 1966-cı il tarixində Fransanın Briv-la-Qayard şəhərində anadan olmuşdur.
Kameciro Senaqa
Kameciro Senaqa (瀬長 亀次郎, Senaqa Kameciro, 10 iyun 1907, Tomiqusuku[d], Okinava prefekturası – 5 oktyabr 2001, Naha) – Yaponiya siyasətçisi və Okinavada sosial hərəkat lideri. Yaponiya Kommunist Partiyasının vitse-sədri olmuşdur. == Həyatı == Kameciro Senaqa 1907-ci ildə Yaponiyanın Okinava prefekturasında doğulmuşdur. Kaqoşimada yerləşən Yeddinci liseydə təhsil alarkən marksizm-leninizm ilə tanış olmuşdur. Solçu fəaliyyətlərinə görə liseydən xaric edilmiş və bir neçə fabrikdə işləmişdir. İşçi tətillərinin birindəki iştirakına görə saxlanılmış və üç il həbsdə olmuşdur. 1935-ci ildə azadlığa çıxdıqdan sonra hərbi xidmət üçün Çinə göndərilmiş və 1940-cı ildə Okinavaya qayıtmışdır. İkinci dünya müharibəsindən sonra Okinavada başlayan ABŞ rejimi dövründə Senaqa aktiv siyasətçi olmuşdur. O, Okinava Xalq Partiyasının lideri olmuş və sədri seçilmişdir. Okinavada ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmışdır.
Kenay yarımadası
Kenay — (ing. Kenai Peninsula) — Alyaska ştatının cənub sahillərində yerləşir. Yarımada öz adını. Kuk körfəzinin rus variantı olan Kenay körfəzindən göTürmüşdür. Yarımada 240 km uzunluğa malikdir. Qərbdən Kuk körfəzi, şərqdən isə Şahzadə Vilhelm boğazı onun sahillərini yuyur. Yarımada haqqında ilk məlumatı 1789-cı ildə rus araşdırmaçısı Qerasim İzmaylov vermişdir. Yarınadanın daxili ilə şimaldan cənuba Kenay sıra dağları uzanır. Ərazini əhəmiyyətli hissəsi Milli par ərazisi olaraq qorunur. Yarımadada bir necə yaşayış məntəqəsi vardır ki, onlardan ən irisi Kenaydır.
Menay boğazı
Menay boğazı - (ing. Menai Strait) Dar və dayaz boğaz olub uzunluğu təqribi 14 dəniz mili (23 km) təşkil edir. Anqlsi adasını Uelsin əsas hissəsini ayırır. Ən dar yeri 200 m, ən dauaz yeri isə 0,5 m təşkil edir. Boğaz üzərində iki körpü vardır:Britaniya və Menay asma körpüsü.