Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suxan Babayev
Suxan Babayev (rus. Суха́н Баба́евич Баба́ев; 25 dekabr 1910, Zakaspiysk vilayəti, Rusiya Türkistanı general-qubernatorluğu – 28 noyabr 1995, Aşqabad) — Sovet dövlət xadimi və partiya lideri. 1937-ci ildən bəri Sov.İKP (b) üzvü. == Həyatı == Rusiya İmperiyasının Transxəzər bölgəsindəki Yüzbaşı kəndində kəndli ailəsində anadan olub. Türkmən, Əlili qəbiləsinə mənsub idi. Atası oğlu dünyaya gələn ildə öldü və 40 il daha dul qalan ana 1950-ci ildə vəfat etdi. 1923-cü ildən Kaaxki və Aşqabaddakı internat məktəblərində böyüdü. Daşkənddəki Orta Asiya su təsərrüfatı texnikumunu bitirdikdən sonra ("hidravlik mühəndisliyi" ixtisası, 1931) — iqtisadi, sovet və partiya işlərində. 1931–1937-ci illərdə Marıy vilayətinin Stalin rayonu rayon su idarəsinin rəisi idi. 1937-ci ildən — Murqab suvarma sisteminin başçısı, sonra Məryəm regional su idarəsinin başçısı.
Sulxan-Saba Orbeliani
Sulxan-Saba Orbeliani (gürcücə: სულხან-საბა ორბელიანი) (1658-1725) – Gürcü yazıçısı, monax və siyasətçi. == Həyatı == Knyaz nəslindən olan Sulxan-Saba Orbeliani Borçalının İndiki Bolnisi rayonunun tabeçiliyində olan Tanziya kəndində anadan olmuşdur. 1689-cu ildən David Qaraca monastrında Saba ləqəbi ilə monax olmuş, 1692-ci ildən buranı katolik kilsəsinə çevirmişdir. 1703-cü ildən Kartli çarlığında diplomatik xidmətlə məşğul olmuşdur. Orbelianinin ictimai fəaliyyətinin əsas qayəsini cəmiyyətin ali zümrəsini katolikləşdirmək olmuşdur. 1713-16-cı illərdə o, gürcü çarı VI Vaxtanqın timsalında buna xeyli dərəcədə nail ola bilmişdir. O, bu kimi fəaliyyətinə görə Gürcü Ortodoks Apostol Kilsəsinin təhdidləri ilə üzbəüz qalmışdır. 1719-cu ildə ortodoks kilsənin iclasında məruz qaldığı ittihamlardan sonra cəmiyyətdən izolə edilən və uğursuzluqlara düçar olan Orbeliani 1724-cü ildə çar Vaxtanqla birlikdə Rusiyaya mühacirət etmiş, ömrünün sonunadək orada yaşamışdır.
Şulxan Arux
Şulxan Arux (ivr. ‏שולחן ערוך‏‎) – yəhudi məcəlləsi Arоn Briman 1885-ci il iyulun 6-da saxtakarlıqda günahlandırılaraq Vyana məhkəməsi tərəfindən ikiaylıq həbs cəzasına məhkum оlunmuş və sоnra Avstriya ərazisindən qоvulmuşdur. Səbəb оnun 1883-cü ildə "Yustus" təxəllüsü ilə yəhudi məcəlləsi sayılan "Şulxan Arux"un uydurma vеrsiyasını nəşr еtməsi idi. Qısa müddət ərzində kitab antisеmit dairələrdə məşhurlaşmış və böyük əks-səda dоğurmuşdur. Vəziyyət qanun kеşikçilərini əsərlə bağlı istintaq aparmağa vadar еtmişdir. Aparılan araşdırma zamanı müəllifin şəxsiyyəti müəyyənləşmiş və maraqlı faktlar оrtaya çıxmışdır. Məlum оlmuşdur ki, kitabı yazan rumıniyalı yəhudidir. О, dinini dəyişərək, prоtеstantlığı, sоnra isə katоlisizmi qəbul еtmiş və antisеmit qruplarla əlaqə saxlamışdır. Əsərin müəllifi iddia еdirdi ki, İudaizmin mühüm kitablarından оlan "Şulxan Arux"da yəhudilərin üstünlüyündən bəhs еdən, digər millət və dinlərin nümayəndələrini, xüsusilə xristianları aşağılayan, оnları öldürməyə, aldatmağa, əmlaklarını оğurlamağa və qəsb еtməyə icazə vеrən 100 hökm var. Bu qaydalarda yəhudi оlmayanlar "akum" adlandırılır və hеyvan səviyyəsinə еndirilirlər.
Alaxan Sultan
Alaxan Sultan, Alya xan Sultan Abil oğlu (uyğ. Alahan Sultan) — İli bölgəsindəki 1864-cü il Uyğur üsyanının liderlərindən biri və hazırda ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunda, tarixi Şərqi Türkistan ərazisində mövcud olan dövlət olan İli sultanlığının hökmdarı. == Həyatı == Alaxan Sultan Külçədə, Uyğur məmurların ailəsində anadan olub. İli bölgəsində 1864-cü il uyğurlar və dunqanların üsyanının fəal iştirakçısı olub. Əbdürəsul bəy və Sadır Pəlvanla birlikdə üsyanın əsas təşkilatçılarından sayılırdı. 1865-ci ildə dövlətin hökmdarı olan Məzəmzət bəy tərəfindən Əbdürəsul bəyin öldürülməsindən sonra müxtəlif uyğur qrupları arasında qarşıdurma başladı. Bu qarşıdurmalar dunqanlarla münasibətdə daha ağır formada baş qaldırmışdı. 2 fevral 1865-ci ildə Çin qalası Bayandayın Alaxan və Sadır Pəlvan qüvvələri tərəfindən ələ keçirildikdən sonra onların qruplaşması daha da gücləndi. Bir sıra sui-qəsdlər və qətllər nəticəsində Molla Şövkət Axund hakimiyyətə gəlir. 1866-cı ilin yayında İli diyarı ərazisi üsyançıların əlinə keçir.Əvvəllər Çin hökumətinə qarşı birlikdə mübarizə aparan uyğurlarla dunqanlar arasında döyüşlər baş verir.
Əmir Ağaxan sultan Müqəddəm
Əmir Ağaxan sultan Müqəddəm - Qızılbaş sərkərdəsi, vilayət hakimi, elbəyi == Həyatı == Əmir Ağaxan sultan XVI yüzilin sonu, XVII yüzilin önlərində yaşamışdı. Otuziki elinin Müqəddəm oymağındandır. Arazbar qəzasının Xanarxı kəndinə doğulmuşdu. I Şah Abbas Qarabağda olarkən Otuziki elinin başçısı Əmir Ağaxan sultan Müqəddəmi Marağaya hakim təyin edib, oranı basqınçı kürdlərdən təmizləməsini istədi. Əmir Ağaxan sultan Müqəddəm doğma oymağı ilə Marağaya köçdü. Oranı kürdlərdən təmizləyəndən sonra özü Marağaya hakim, oymağı isə vilayətin axar-baxarlı yurdlarına sakin oldi. Şah bütün oymağı çobanbəyi, çöpbaşı vergilərindən azad etdi. Əmir Ağaxan sultanın Hüseynqulu xan adlı oğlu vardı. Onun soyu Rza şah Pəhləvinin hakimiyyətinə qədər Marağanı idarə etdi. == Mənbə == Ənvər Çingizoğlu, Müqəddəm eli, "Soy" dərgisi, 5 (25), 2008.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Abaxan
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Muaran
Muaran (fr. Moirans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38239. Kommunanın 2006-cı il üçün əhalisi 7860 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Ruayan
Ruayan - Fransanın cənub qərbində bələdiyyə (kommün).
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Sarxan
Sarxan — türk, altay və macar mifologiyasında əjdaha ilahı. Sarhan şəklində də deyilir. Sarıqan Xan, Sarıxan (Saruhan) və ya Sarıq Xan olaraq da bilinər. Əjdahaları idarə edər. Əlində mis bir dəyənəklə yeraltının doqquzuncu qatında yaşayır. Macar mifologiyasındakı əjdahanın adı Sarkanydır. == Macar mədəniyyətində == Çox başlı əjdaha (Sarkany) macar xalq əhvalatlarında mənfi xüsusiyyətlər daşıyan bir varlıqdır. (Avropa və İran mifologiyasında da əjdaha insanlara düşmən ikən Çin mədəniyyətində ejderhalar, ümumiyyətlə yaxşı xasiyyətli varlıqlardır.) Xristian mədəniyyətində ejderhalar Satan (Şeytan) və ya onun xidmətçiləri kimi görünür. "Sarkany" sözü macar nağıllarında qasırğa mənasını da saxlayır çünki "Sarkany" tez-tez qasırğalarla (və ya qasırğa kimi) gəlir. Bu xüsus qıpçaq qəbilələri vasitəsilə gələn və digər türk dillərində də bənzər söyleyişlerle iştirak edən kimi sözlərdə də görülməkdədir və "Sarkany" sözünün yağış, fırtına, qasırğa mənalarını ağıla gətirir.
Sudcan
Sudcan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Laran bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,415 nəfər və 1,214 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Sufyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Sulpan
Sulpan (Auırqazı)
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. == Mənası == Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. == Tarixi == == Əhalisi == 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
İsaxan
İsa xan Gürcü — Şəki hakimi (1574-1580)
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). == Bioqrafiya == Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. == Diskoqrafiya == Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Turxan Xədicə Sultan
Turxan Xədicə Sultan (1627 – 4 avqust 1683, Konstantinopol) — 18. Osmanlı sultanı Sultan İbrahimin hasəkisi və 19. Osmanlı sultanı Sultan Mehmedin anasıdır. 1651-ci ildə taxt naibəsi Kösəm Sultanın öldürülməsindən sonra taxt naibəsi olaraq dövlət işlərini oğlu adına idarə etməyə başladı. == Həyatı == Rus əsilli olub, 1627-ci ildə dünyaya gəlmiş və 12 yaşında tatar hücumları ilə ələ keçirilərək Kor Süleyman Paşa tərəfindən dövrün validə sultanı Kösəm Sultana hədiyyə edilmişdir. Saray hərəmxanasına alındıqdan sonra adı dəyişdirilərək Turxan Xədicə qoyuldu. Hərəmxana tərbiyəsi alan və Sultan İbrahimə təqdim edilən ilk kəniz olan Turxan Sultan 15 yaşında 2 yanvar 1642-ci ildə Şahzadə Mehmedi dünyaya gətirdi və hasəki sultan oldu. Şahzadə Mehmedin dünyaya gəlişi Osmanlı sülaləsinin kəsilmə təhlükəsinin qarşısını almış, bu səbəblə həm Turxan Sultan, həm də oğlu sarayda xüsusi dərəcəyə gətirildi. Saraydakı təlimiylə xüsusi olaraq Sultan Əhmədin qızı Atikə Sultan vəzifələndirilmişdir. Hasəki sultanlıq dövrü o qədər də yaxşı keçmədi.
Validə Turxan Sultan türbəsi
Validə Turxan Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVII əsrdə inşa olunan Yeni Məscid külliyəsinə aid türbə. == Haqqında == Türbə 1663-cü ildə memar Mustafa ağa tərəfindən inşa olunmuşdur. Osmanlı sultanlarından beşi bu türbədə dəfn olunmuşdur. Safiyə Sultanın 1598-ci ildə inşasına başladığı Yeni Məscid külliyəsi Xədicə Turxan Sultan tərəfindən tamamlanmışdı. Külliyənin cənub cəbhəsində yerləşən türbə memarlıq xüsusiyyətləri baxımından Sultan Əhməd türbəsinə bənzəyir. Kvadrat planlı olan türbənin daxili interyeri çini və xəttatlıq işləmələriylə bəzədilmişdir. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Validə Turxan Xədicə Sultan IV Mehmed II Mustafa III Əhməd I Mahmud III Osman Sultan Əhmədin oğlu Şahzadə Mehmed (d. 1 mart 1697 — ö. iyun 1703) Sultan Mehmedin qızı Fatma Sultan (d. 1680 — ö.
Saman
Saman və ya Sahman— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,777 nəfər və 3,961 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Aliyə Sultan
Aliyə Sultan (24 avqust 1880, Çırağan sarayı – 19 sentyabr 1903, Konstantinopol) — 33. Osmanlı sultanı V Muradın qızı. == Həyatı == Aliyə Sultan 24 avqust 1880-ci ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Uşaqlıq illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Aliyə Sultanın sağlamlığı olduqca həssas idi. 1903-cü ildə tutulduğu soyuqdəymənin ardından səhhəti bir daha düzəlmədi. Sahilsarayı olan Çırağan sarayının rütubətli divarları arasında getdikcə zəifləyən Aliyə Sultan, əmisi Sultan Əbdülhəmidə yazılan xahiş məktubunun ardından Ulduz sarayına aparıldı. Burada bir müddət müalicə olunsa da, çox keçmədən 19 sentyabr 1903-cü ildə burada vəfat etdi. Cənazəsi atasının bibisi Adilə Sultanın Əyyubsultandakı türbəsinə dəfn edildi. == Mənbə == Adra, Jamil (2005).
Atış-Sumqan
Atış-Sumqan şəlaləsi (başq. Атышсумған) — Başqırdıstanın Beloret rayonu ərazisində yerləşən yeraltı şəlalə. Cənubi Uralın turistik ərazilərindən hesab edilir. Hündürlüyü 6 metrdir. == Coğrafiyası == Atış çayı üzərində yerləşir. Başqırd dilindən tərcümədə «Atış daldı» və ya «Atış çökdü» mənasını verir. Atış çayı kiçik bir arx şəklində 276 m hündürlükdə yerin dərinliyinə axır. Bura Atış-Sumqan şəlaləsi adlanır. Artıq 174 m hündürlükdə isə Atış şəlaləsi olaraq üzə çıxır. Bu hissəni də bəzən Atış-Sumqan adlandırırlar.
Sürxab
Sürxab (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Sürxab (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Şeyxan
Şeyxan qəzası
Şualar
"Şualar" — Səid Nursinin əsəri. Risale-i Nur Külliyatını təşkil edən ən önəmli əsərlərdən biridir. Əsasən 1936–1949 illər arasında Eskişehirdə yazılmışdır.
Şurtan
Aşağı Şurtan