Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Türkman
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. == Tarix == Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
Tasmalı (Türkman)
Tasmalı (fars. خضراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərkəz bəxşinin, Türkman dehestanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (91 ailə). Əhalisi etnik azərbaycanlılardır və azərbaycanca danışırlar.
Tezxarab (Türkman)
Tezxarab (fars. تيزخراب‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (76 ailə).
Türkman (Urmiya)
Türkman (fars. تركمان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (40 ailə).
Türkman Məmmədov
Türkman Yolçu oğlu Məmmədov (azərb. Məmmədov Türkman Yolçu oğlu;‎28 sentyabr 1998 – 27 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Türkman Məmmədov 28 sentyabr 1998-ci il tarixində Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini Cəbrayıl rayonu 22 saylı orta məktəbdə almışdır. 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılıb. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi xidmət edib. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl rayonlarının və Xocavənd rayonun kəndlərinin alınmasında iştirak edib. 27 oktyabr 2020-ci il Füzuli- Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkman Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Türkman dağı
Türkman dağı, həmçinin Çəbəl-Türkman, Cəbəl-əl-Türkman (ərəb. جبل تركمان‎ türk. Türkmen Dağı) — Suriyanın şimal-qərbində, Latakiya bölgəsində, Türkiyə ilə sərhəddə yerləşən El Nusayriyə Dağlarının bir hissəsi olan dağ silsiləsi. Silsilə burada yaşayan Suriya türkmanlarınin (türklər, türkmanlar) adından götürülmüşdür. == Tarixi == Türkman dağı Suriyanın Latakiya bölgəsinin şimalında, Türkiyə sərhədi yaxınlığında türkcə Bayırbuçak adlanan ərazidə dağ silsiləsidir. Dağ silsiləsi Əl-Laziqiyyə mühafəzəsinin şərq uzunluğu boyunca uzanır. Bölgədə daha çox Suriya türkmanları yaşayır. Qeyd edək ki, Bayırbucakda 72 türkmən kəndi var. Bunlardan 54-ü muxtar statusa malikdir. Onlardan 18-i təsərrüfat statusludur.
Türkman (etnonim)
Türkmən və ya türkman — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizləri arasında yerləşən ərazidə tayfa konfederasiyası yaradan və türk dil ailəsinin oğuz qolunda danışan qərbi türk xalqı idi. Qədim və tanış olan "türk" adı, həmçinin "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları ilə yanaşı, əslən eksonim olan "türkmən" sözü son orta əsrlərə aiddir. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar. Bu, oğuz türklərinin əksəriyyəti müsəlman olduqları üçün XII əsrdə Bizans vasitəsilə Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında tədricən "türkmən" ilə əvəz edilmiş və beləliklə, eksonim endonimə çevrilmiş və bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Anadoluda son orta əsrlərdən etibarən "türkmən" sözünün yerini Osmanlı imperiyası və onun hakim sülaləsinin adından gələn "Osmanlı" termini almışdır. Bu, Azərbaycan xalqının subetnik qrupu olan tərəkəmə yarımköçəri tayfalarının endonimi kimi qalır. Bu gün Azərbaycan, Qaqauziya, Türkiyə və Türkmənistan sakinlərinin əhəmiyyətli qismi oğuz türklərinin törəmələridir və danışdıqları dillər türk dil ailəsinin oğuz qrupuna aiddir.
Türkman soyqırımı
Türkman soyqırımı — İŞİD tərəfindən İraqda yaşayan türkmanlara qarşı törədilən sistematik qətl, təcavüz, edam, qovulma və cinsi köləliyə cəlb olunma halları. Bu, İŞİD-in türkmanların yaşadıqları əraziləri ələ keçirməsi ilə başlamış, onların İraqdakı bütün torpaqlarını itirməsinə qədər davam etmişdir. 2017-ci ildə soyqırım kimi tanınıb, 2018-ci ildə isə İraq türkmən qız və qadınlarının cinsi köləliyi Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb. Bəzi türkman milli azlıq və insan haqları təşkilatları repressiyanın türkofob xarakteri daşıdığını bildirmişdir. == Zəmin == Türkmanlar İraqda üçüncü ən böyük etnik qrupdur. Onlar türk mənşəlidirlər və cənubdan ərəblər, şimaldan isə kürdlərlə əhatə olunmuş tarixi Türkməneli regionunda yaşayırlar. Onların əhalisi məzhəb baxımından sünni və şiə arasında demək olar ki, bərabər bölünür və bu, repressiyada rol oynayan əsas amillərdəndir. Həm sünni türkmənlər, həm də şiə türkmənlər İŞİD-in hədəfinə çevrilib. Türkmanlar əvvəllər Altınkörpü qətliamı, Gavurbağı qətliamı, 1924-cü il Kərkük qətliamı və 1959-cü il Kərkük qətliamı kimi repressiv hadisələrin hədəfi olmuşdular. İŞİD-in 2014-cü ilin iyununda Şimali İraqa hücumu zamanı əhalisinin mühüm bir qismi türkman olan Mosul, Təlafər, Tikrit şəhərləri, Kərkük və Diyalə mühafəzələrinin bir hissəsi kimi bir çox ərazini ələ keçirmişdir.
Bektaş xan Türkman
Bektaş xan Türkman və ya Kaxetiyalı Bektaş xan (? - ö. 1615) — Səfəvi dövlətinin hərbi xadimi və Kaxetiyanı idarə etmək üçün təyin olunmuş ilk Qızılbaş. == Həyatı == Bektaş xannı atası nüfuzlu Qızılbaş əmirlərindən olan Məhəmməd xan Türkman, anası isə Kaxetiyanın hakimi olan II Aleksandrın qızıdır. II Aleksandr eyni zamanda Konstantinin atasıdır və Konstantin də Bektaşın bacısı ilə evlənmişdir. Beləliklə, Konstantin və Bektaş həm qayın-kürəkən olmaqla yanaşı, həm də dayı-bacı oğlu olmuşdurlar. Professor Hirotake Maedaya görə, bu cür evliliklər Şah I Abbasın siyasəti nəticəsində meydana gəlmişdir. Belə ki, şahın siyasətinin məqsədi gürcü və Qızılbaş elit ailələri arasında evliliklər meydana çıxarmaqla, qan qohumluğu yaratmaq idi. Ənənəvi olaraq Təbriz hakimliyi edən Türkman tayfası mənsubu olan Bektaş Şah I Abbasın əmri ilə Kaxetiyaya göndərildi. Onu bu təyinat zamanı Şahzadə Konstantın və Türkamn tayfasından olan döyüşçülər müşayiət edirdi.
Birləşmiş Türkman Ordusu
Suriya Türkman Ordusu (türk. Suriye Türkmen Tugayları, ərəb. التركمان جيوش سورية‎), həmçinin Birləşmiş Türkman Ordusu (türk. Birleşik Türkmen Ordusu) — Suriya vətəndaş müharibəsi zamanı Suriya türkmanları tərəfindən qurulan hərbi birləşmə. Suriya Silahlı Qüvvələri, İraq Şam İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrinə qarşı vuruşan Suriya türkmanları Məclisinin hərbi qanadını təşkil edən suriyalı türkmanlərdən və türklərdən ibarət qeyri-rəsmi silahlı müxalifət quruluşudur. Suriya müxalifətinə yaxındır və artilleriya və hava dəstəyi ilə birlikdə maliyyə və hərbi təlim keçən Türkiyə tərəfindən dəstəklənir. Qruplar islamçılıqdan dünyəvi türk millətçiliyinə qədər geniş bir ideologiyanı təmsil edir. Suriyanın şimalındakı Türkman kəndlərində yaşayan insanlar vətəndas müharibəsi başlayarkən müxalifət tərəfdən döyüşlərə qatıldı. Suriya Türkman Ordusunun sayı on min nəfər civarındadır. Komandiri və qurucusu polkovnik Əbu Bəkir Məhəmməd Abbasdır.
Rüstəm xan Türkman
Rüstəm xan Pırbudaq xan oğlu Pörnək-Türkman (?-1643) — Təbriz bəylərbəyi. == Həyatı == I Pirbudaq xanın ikinci oğlu Rüstəm xan 1635-ci ildə Şah Səfi tərəfindən Azərbaycana (Təbriz bəylərbəyliyi) bəylərbəyi təyin edilmişdi. XVII yüzilin 30-cu illərinin əvvəllərində Osmanlı dövlətinin də Şərq sərhədlərində vəziyyət o qədər yaxşı deyildi. Sərhəd mahallarının hakimlərində mərkəzdənqaçma meyli olduqca güclənmişdi. Bu mahalların bəzilərində yaşayan kürdlər belə bir iç durumdan istifadə edərək Osmanlı və Səfəvi dövlətləri arasında manevr edib onların hər ikisinə zərbə vururdular. Osmanlı dövlətinə tabe olan Həkkari kürdlərinin xəyanəti və öyrətməsi ilə Azərbaycan bəylərbəyi Rüstəm xan Pörnək-Türkman Vanı mühasirəyə aldı, ancaq Diyarbəkir hakimi Murtuza paşa və Ərzurum hakimi xəlil paşanın köməyə gəlməsi ilə mühasirədən əl çəkib geri döndü. Molla Kamal yazır ki, Sipəhsalar Rüstəm xan da 1633-cü ilin iyulunda Gürcüstandan çıxıb, Vana gəlmişdi, 1633-cü ilin avqust ayının ortalarında Van qalası muhasirəyə alındı. Sipəhsalar Rüstəm xanın əmrilə Isfahan tüfəngçilərinin minbaşısı Mir Fəttahın tüfəngçiləri yayılmış atəş ilə Osmanlılardan min nəfəri yaraladılar. Ilk uğurlu zərbələrdən istifadə edən şah qoşunları Qotur qalasını ələ keçirib, oraya bir dəstə tüfəngçi yerləşdirdilər. Yüksək rütbəli əmirlər Rüstəm xan Sipəhsalar ilə birlikdə 1633-cü il dekabr ayının 21-də Təbrizdə Şah Səfəvinin yanına gəlib, yeni hərbi əməliyyat tapşırıqları aldılar.
Suriya Türkman Ordusu
Suriya Türkman Ordusu (türk. Suriye Türkmen Tugayları, ərəb. التركمان جيوش سورية‎), həmçinin Birləşmiş Türkman Ordusu (türk. Birleşik Türkmen Ordusu) — Suriya vətəndaş müharibəsi zamanı Suriya türkmanları tərəfindən qurulan hərbi birləşmə. Suriya Silahlı Qüvvələri, İraq Şam İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrinə qarşı vuruşan Suriya türkmanları Məclisinin hərbi qanadını təşkil edən suriyalı türkmanlərdən və türklərdən ibarət qeyri-rəsmi silahlı müxalifət quruluşudur. Suriya müxalifətinə yaxındır və artilleriya və hava dəstəyi ilə birlikdə maliyyə və hərbi təlim keçən Türkiyə tərəfindən dəstəklənir. Qruplar islamçılıqdan dünyəvi türk millətçiliyinə qədər geniş bir ideologiyanı təmsil edir. Suriyanın şimalındakı Türkman kəndlərində yaşayan insanlar vətəndas müharibəsi başlayarkən müxalifət tərəfdən döyüşlərə qatıldı. Suriya Türkman Ordusunun sayı on min nəfər civarındadır. Komandiri və qurucusu polkovnik Əbu Bəkir Məhəmməd Abbasdır.
Təpə Türkman (Urmiya)
Təpə Türkman (fars. تپه تركمان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 437 nəfər yaşayır (120 ailə).
İraq Türkman Cəbhəsi
İraq Türkman Cəbhəsi və ya İTC — 1995-ci ildə əsası qoyulan, İraq türkmanlarının qurduğu siyasi hərəkat.
Əbuzər İbrahim Türkman
Əbuzər İbrahim Türkman (1968, Tehran) — Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri == Həyatı == == Təhsili == O, Mofid Universitetində xüsusi hüquq sahəsi üzrə doktorluq müdafiə etmişdir.
Əbuzər İbrahimi Türkman
Əbuzər İbrahimi Türkman (1347 hicri şəmsi, Tehran) 2014 cü ilin yanvarından Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədridir. Onun həm hövzə (dini) və həm universitetdən hüquq üzrə təhsili vardır. Doktorluq dərəcəsini Müfid universitetindən almışdır. 1375 hicri şəmsi ilindən Mədəniyyət və İslami Əlaqələr Təşkilatında çalışır. İbrahimi 2014 cü ilin yanvarından mədəniyyət və irşad naziri Əli Cənnətinin əmri ilə Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri vəzifəsinə təyin olunmuşdur. == Çalışdığı vəzifələr == Onun çalışdığı vəzifələrdən biri Ali Dini Rəhbərin universitetlər üzrə nümayəndəsi (1373), İran İslam Respublikasının Ankarada Mədəniyyət nümayəndəsi(1375–1376), Beynəlxalq Mədəniyyət jurnalının idarə heyətinin üzvü, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və okeaniya ölkələri bölməsinin müavini, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və Okeaniya ölkələri bölməsinin direktoru, Rusiyada İran Mədəniyyət Mərkəzinin sədri (2008 mart −2013 sentyabr) O, 1387 və 1389 cu günəş illərində nümunəvi mədəniyyət mərkəzi sədri seçilmişdir. == Əsərləri == Onun əsərlərindən Quran lətifələri, üç şəhərin hekayələri –Böyük Xorasanın şəhərləri və şəxsiyyətləri barədə, alimlərin dastanları rus dilində əlhüda nəşriyyatı 2003, Rusiya Federasiyası 1391 Əmir Kəbir nəşriyyatı, Rusiya camaatının adət ənənələri 1391 əlhüda nəşriyyatı, Tolstoyun ayaqqabıları ilə yol getmək Elm və Mədəniyyət nəşriyyatı 1392, müasir Rusiya siyasi partiyaları Sülh Akademiyası nəşriyyatı 1392 və hal hazırda çapda olan Rusiyada islam və müsəlmanlar kitablarına işarə etmək olar. Yüzdən çox elmi məqalələri fars, ingilis, rus, türkmən və türkiyə türkcəsində daxili və xarici mətbuatda çap olunmuşdur. == İstinadlar == https://icro.ir/. "Mədəniyyət və İslami Əlaqələr Təşkilatı".
Əmir xan Türkman
Əmir xan Türkman (?-1586) — XVI yüzillik, qızılbaş sərkərdəsi, Təbrizin bəylərbəyi. == Həyatı == Məhəmmədi bəy Mosullu-Türkmanın oğlu III Əmir хan uzun illər paytaхtı Təbriz olan Azərbaycanın bəylərbəyi olmuşdu. O, Türkman elinin Mosullu oymağındandır. 1577-ci ildə II Şah İsmayıl Səfəvi vəfat etdi. Əmirlər ayaqlandılar. Araya girən Хəlil хan Avşar qızılbaşları sakitləşdirdi. Türkman tayfasının qocaman ağsaqqalı Əmir хan Mosullu ilə Ustaclı elinin cavan ağsaqqalı Pirə Məhəmməd хan arasında "ata-oğul" müqaviləsi bağlandı. Şah öləndən sonra məmləkəti müvəqqəti idarə etmək üçün "ağsaqqalar şurası" yarandı. Şuraya Ustaclı elindən, Pirə Məhəmməd хan Çavuşlu, Türkman elindən Əmir хan Mosullu, Şamlı elindən Sultan Hüseyn хan Bəydili, Təkəli elindən Müseyib хan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu хan daхil idi. Qəzvinə toplanan qızılbaş əmirləri sözü bir yerə qoyub and içdilər ki, dövlət işinə qarışan şah arvadını öldürsünlər.
İmamqulu xan Türkman
İmamqulu xan Türkman (XVI əsr)—Səfəvilər dövlətinin Rusiyaya göndərilən elçisi. == Həyatı == İmamqulu xan Türkman Qızılbaşlar ordusunda yay-ox qorçusu vəzifəsində xidmət etmişdi. I Şah Abbas Səfəvi onu Rusiyaya elçi göndərdi.
İskəndər bəy Türkman
İsgəndər bəy Münşi Türkman — Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi, şair və xəttat. == Həyatı == Tanınmış Səfəvi tarixçisi, məşhur "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsərinin müəllifi İsgəndər bəy Münşit 1560/1561-ci ildə türkman tayfasının tanınmış ailələrindən birində doğulmuşdur. Erkən yaşlarında, hələ ilkin təhsilini də bitirməmiş İsgəndər o zaman "siyaq" adlanan mühasib sənətini öyrənmək işinə girişir və sonradan buna da peşman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İsgəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir. Sonradan, professor Əbülhəsən Rəhmaninin də yazdığına görə, o, "yorucu mühasiblik sənətindən üz döndərir və dövrünün oxumuş adamlarının təsiri altında cidd -cəhdlə katiblik sənətini öyrənməyə girişir. Az sonra epistolyar ustalığın bütün incəliklərinə yiyələnir ki, Şah Abbasın dəftərxanasında xidməti işə girə bilsin. "1592–1593-cü ildə İsgəndər Münşi I Şah Abbasın sarayında "böyük katib" (münşi) vəzifəsinə götürülür və paytaxt İsfahana köçürülərkən şahla birlikdə oraya gedir. Burada ev-eşik sahibi olan İsgəndər bəy ailəsi ilə bütün ömrünü İsfahana bağlayır. Münşinin doğulduğu ailəsi barədə məlumatlar çox azdır. Özünün "Tarix"ində İsgəndər bəy yaxın qohumlarından biri Gilan vəziri olmuş qardaşı oğlu Məhəmməd Saleh barədə o dövrün ən savadlı adamlarından biri kimi bəhs edir.
Ərbil Türkman TV
Ərbil Türkman TV — türkmən dilində yayımlanan televiziya. == Məlumat == 1996-cı ildə fəaliyyətə başlayan bu kanal, əslində, İraq Türkman Cəbhəsinə bağlı olub təhlükəsizlik bölgəsində TERT adında qurulmuş bir TV kanalıdır. Ancaq 2003-cü ildən İraq Türkman Cəbhəsinin rəhbərliyinin Kərkükə köçməsi ilə bəzi türkman qruplar tərəfindən KDP (Kürdüstan Demokratik Partiyası) qüvvələri ilə razılığa gəlindi və televiziya kanalı KDP-nin idarəsinə keçdi. Ərbil və ətraf ərazilərə yayımlanan “Ərbil Türkman” TV kanalı türkmən dilində siyasi, mədəni və sosial verilişlərə yer verir. KDP əleyhinə yayım siyasəti aparır. Bəzi bölgə və ölkə əhəmiyyətli TV kanallarda müəyyən müddətdə türkcə xəbər və musiqiyə yer ayrılır. Onlardan dövlət televiziyası “İraqiyyə” TV, “Kərkük”, “Nəbə” TV, “Kürdüstan” TV, “Zaqros” TV kimi kanallardır.
Türkman Şəhidlər Günü
Türkman Şəhidlər Günü 1980-ci il yanvarın 16-da İraq türkman ziyalılarının Səddam Hüseyn rejimi tərəfindən edam edilməsini xatırlamaq üçün qeyd edilir. == Ümumi baxış == Hər il şəhid məzarlarında qeyd olunur. Türk ocaqları İraq türkmənlərinə başsağlığı verib. == Şəhid olanlar == Abdullah Əbdürrəhman 1915-ci ildə Kərkükün Bryadi rayonunda anadan olub. İbtidai, orta və hazırlıq təhsilini Kərkükdə başa vurmuşdur. 1938-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirib. O, 1961-ci ildə “Türkmən Qardaşlıq Klubu”nu yaradıb, 1963-cü ildə klubun prezidenti seçilib, milli rolu, vətən uğrunda mübarizəsi üçün gənc yazarlar, ziyalılar, elm adamları və iş adamları olan türkmən fəallarını bir araya toplayıb. Səddam Hüseyn hakimiyyətə gələn kimi 1979-cu ilin oktyabrında Türkmən Qardaşlıq Klubunun liderləri vətənə xəyanət ittihamı ilə həbs edildi. Əbdülrəhman fiziki işgəncə və işgəncələr nəticəsində görmə qabiliyyətini itirdikdən sonra 1980-ci il yanvarın 16-da edam edilib. O, çox qərəzli olduğu məlum olan İnqilab Məhkəməsində mühakimə olundu və CM-nin 157-ci və 47, 48 və 49-cu maddələrinə əsasən asılaraq ölüm cəzasına məhkum edildi və bütün əmlakı müsadirə edildi.
İraq-türkman folkloru
İraq-Türkman folkloru — İraqda toplu halında yaşayan türkmanların şifahi xalq ədəbiyyatı. İraq türkmanları tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək qədim Messopatamiya, indiki İraq ərazisinin şimalında məskunlaşan türkmənşəlli xalqdır. == Haqqında == İraq-türkman folkloru tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək İraqın şimalında, əsasən, Kərkük, Ərbil, Daquq, Tuzxurmatu vilayətində toplu halda yaşayan, azərbaycanca danışan xalqın şifahi xalq ədəbiyyatıdır., , , . Müxtəlif mənbələrdə Azərbaycanda və İraqda yaşayan türkmənşəlli xalq türkman kimi qeyd olunur, , , , , . İraq-türkman şifahi xalq yaradıcılığını hərtərəfli olaraq sistemli şəkildə ilk dəfə Əməkdar elm xadimi Qəzənfər Paşayev tədqiqata cəlb etmişdir İraq-türkman folklor nümunələri mənzum və mənsur olaraq iki qrupa bölünür. Türkman xalq ədəbiyyatının mənzum örnəkləri musiqi havalarının dilidir. Mənsur örnəklərə isə nağıllar, atalar sözü və məsəllər, tapmacalar, dastanlar aid edilir. == Janrları == İraq-türkman folklorunun janrları şərti olaraq 3 qrupa - Mərasim folkloru, Lirik janrlar, Epik janrlar bölünür == Mərasim folkloru == Xalqın düşüncə və həyat tərzini əhatə edən mərasim folkloru ilkin janrlar, xalq mərasim və nəğmələri olaraq iki hissəyə bölünür. İraq-türkman folklorunda ilkin janr örnəkləri müxtəlif illərdə çap olunmuşdur , , , . Aşağıdakı janrlar aiddir.
II Pirbudaq xan Türkman
II Pirbudaq xan Şahbəndə xan oğlu Pörnək-Türkman — Təbrizin bəylərbəyi. == Həyatı == II Pirbudaq xan Şahbəndə xan oğlu Pörnək-Türkman qohumlarının qəyyumluğu ilə üç yaşında Təbriz bəylərbəyi təyin olundu. 1635-ci ildə, 13 yaşında I Şah Səfi tərəfindən vəzifədən çıxarıldı. 1643-cü ildə, II Şah Abbas onu yenidən bəylərbəyi vəzifəsinə bərpa etdi. Şah 1649-cu ildə peşman olub Pirbudaq xanı bəylərbəyilikdən uzaqlaşdırdı. == Mənbə == Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.
I Pirbudaq xan Türkman
I Pirbudaq хan Pörnək-Türkman (?-1617) — Təbrizin bəylərbəyi. == Həyatı == Səsi aləmə çavlanan Pörnək oymağı oğullarından biri Pirbudaq хan olub. I Şah Abbas Səfəvi 1602-ci ildə Təbrizi Osmanlılardan azad edib Pirbudaq хanı Güney Azərbaycana bəylərbəyi təyin etdi. O, bir sürə Azərbaycanın başçısı oldu. Təbriz azad edildikdən sonra h.1012 (1603)-ci ildə Türkman tayfasından olan Pirbudaq xan Pornak Təbriz bəylərbəyi və ya Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Təbriz bəylərbəyi təyin edilir. Pirbudaq хanın Şahbəndə хan, Rüstəm хan və Əliqulu хan adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.
Rüstəm xan Pörnək-Türkman
Rüstəm xan Pırbudaq xan oğlu Pörnək-Türkman (?-1643) — Təbriz bəylərbəyi. == Həyatı == I Pirbudaq xanın ikinci oğlu Rüstəm xan 1635-ci ildə Şah Səfi tərəfindən Azərbaycana (Təbriz bəylərbəyliyi) bəylərbəyi təyin edilmişdi. XVII yüzilin 30-cu illərinin əvvəllərində Osmanlı dövlətinin də Şərq sərhədlərində vəziyyət o qədər yaxşı deyildi. Sərhəd mahallarının hakimlərində mərkəzdənqaçma meyli olduqca güclənmişdi. Bu mahalların bəzilərində yaşayan kürdlər belə bir iç durumdan istifadə edərək Osmanlı və Səfəvi dövlətləri arasında manevr edib onların hər ikisinə zərbə vururdular. Osmanlı dövlətinə tabe olan Həkkari kürdlərinin xəyanəti və öyrətməsi ilə Azərbaycan bəylərbəyi Rüstəm xan Pörnək-Türkman Vanı mühasirəyə aldı, ancaq Diyarbəkir hakimi Murtuza paşa və Ərzurum hakimi xəlil paşanın köməyə gəlməsi ilə mühasirədən əl çəkib geri döndü. Molla Kamal yazır ki, Sipəhsalar Rüstəm xan da 1633-cü ilin iyulunda Gürcüstandan çıxıb, Vana gəlmişdi, 1633-cü ilin avqust ayının ortalarında Van qalası muhasirəyə alındı. Sipəhsalar Rüstəm xanın əmrilə Isfahan tüfəngçilərinin minbaşısı Mir Fəttahın tüfəngçiləri yayılmış atəş ilə Osmanlılardan min nəfəri yaraladılar. Ilk uğurlu zərbələrdən istifadə edən şah qoşunları Qotur qalasını ələ keçirib, oraya bir dəstə tüfəngçi yerləşdirdilər. Yüksək rütbəli əmirlər Rüstəm xan Sipəhsalar ilə birlikdə 1633-cü il dekabr ayının 21-də Təbrizdə Şah Səfəvinin yanına gəlib, yeni hərbi əməliyyat tapşırıqları aldılar.
Turxan Allahverdiyev
Turxan Rəsul oğlu Allahverdiyev (5 aprel 1996, Gədəbəy rayonu – 12 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turxan Allahverdiyev 5 aprel 1996-cı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. 2002-ci ildə Gədəbəy rayonunun Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2013-cü ildə məktəbi bitirib. == Hərbi xidməti == Turxan 2014-cü ilin Aprel ayının 8-də Gədəbəy Rayon Hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada (XDMX — Xüsusi Dövlət Mühafizə Xidməti) göstərib. 2015-ci ilin oktyabr ayında tərxis olub. Turxan 2019-cu ilin iyul ayında MAXE (müddətdən artıq xidmət edən) hərbi qulluqçusu kimi xidmət edib. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanır.
Turxan Gənceyi
Turxan Gənceyi – filoloq alim, filologiya elmləri doktoru, professor. 1925-ci ildə Təbrizdə doğulmuşdur. Orta təhsilini Təbrizdə, ali təhsili İstanbul universitetinin ədəbiyyat fakültəsində almışdır. Əmək fəaliyyətinə Neapol universitetinin şərqşünaslıq fakültəsində dərs deməklə başlamışdır. Eyni zamanda Frankfurt na Mayne və Hamburq universitetlərinin şərqşünaslıq universitetlərində dərs demişdir. 1959-cu ildən London universitetində tələbələrə türk xalqlarının ədəbiyyatı və "Dədə Qorqud" eposu haqqında mühazirələr oxumuşdur. Kembric universitetinə dəvət alıb, burada, 1984-cü ildə Turxan üçün məxsusi olaraq fars və türk ədəbiyyatı kafedrası açılır. Turxan Gənceyi, Xətai, M. F. Axundov, C. Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov və bir sıra başqaları haqqında ədəbiyyatşünaslıq məqalələrinin müəllifidir. Azərbaycanın şair və yazıçılarının əsərlərini ingilis dilinə çevirmişdir. Turxan Gənceyi böyük Azərbaycanın şairi Xətai haqqında (I Şah İsmayıl) monoqrafiya yazarkən Britaniya muzeyində saxlanılan əlyazmalardan istifadə etmişdir.
Turxan Gəncəyi
Turxan Zeynal oğlu Gəncəyi (20 mart 1925-2005) — ədəbiyyatşünas. == Həyatı == Turxan Zeynal oğlu Gəncəyi 1925-ci il mart ayının 20-də Təbrizdə dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra on doqquz yaşında təhsilini davam etdirmək üçün İstanbula gedərək oradakı Universitetin türk və fars dilləri bölümünü bitirmişdir. Alim pedaqoji fəaliyyətə görkəmli şərqşünas Bombaçinin dəvətilə İtaliyanın Neapol Universitetinin Şərqşünaslıq İnstitutunda başlayıb. T.Gəncəyi bir sıra ölkələrdə – İtaliyada (1949- 1953, 1956-1959), Almaniyada (1953-1956), İngiltərədə (1956- 1969) elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1969- 1970-ci illərdə bir neçə aylığa İrana qayıtmış, sonradan yenə İngiltərəyə getmiş, ömrünün sonuna qədər bu ölkənin universitetlərində fəaliyyət göstərmişdir. Alim 16 aprel 2005-ci ildə Londonda vəfat etmişdir. Turxan Gəncəyi gənc yaşlarından geniş erudisiyası və istedadı ilə çalışdığı bütün elmi müəssisələrdə diqqət mərkəzində olmuşdur. O, bir çox Avropa dillərini gözəl bilir və əsərlərinin əksəriyyətini də bu dillərdə yazırdı. Mübaliğəsiz deyə bilərik ki, Lütfi Zadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, T.Gəncəyi də filologiya, türkologiya sahəsində yetişmiş genişmiqyaslı bir alim kimi Vətənimizin başını uca etmişdir.
Turxan Məmmədov
Turxan Rizvan oğlu Məmmədov (9 avqust 1998; Gəncə, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turxan Məmmədov 1998-ci il avqustun 9-da Gəncə şəhərində anadan olub. 2005-2009-cu illərdə Gəncə şəhərində 32 nömrəli tam orta məktəbdə, 2015-2016-cı illərdə isə Gəncə şəhərində N. Aydın adına 18 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Turxan Məmmədov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Turxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Turxan Məmmədov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı Gamışdağ istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Turxan Süleyman
Turxan Süleymanov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əbu Turxan
Səlahəddin Xəlilov (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Səlahəddin Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (indi, Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir. Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur. == Ailəsi == Evlidir, oğlu və 2 qızı var. == Elmi-pedaqoji fəaliyyəti == 1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini almışdır. 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir. 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir.
Uma Turman
Uma Karuna Turman (29 aprel 1970[…], Boston) — amerikalı aktrisa və keçmiş model. Ən çox rejissor Kventin Tarantinonun filmlərindəki rolları ilə tanınır. 1994-cü ildə rol aldığı "Kriminal qiraət" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. O, Kvenintin "Kill Bill" və "Kill Bill 2" filmlərində baş rolda çəkilmişdir. Bu filmlərə görə yenidən "Qızıl Qlobus" mükafatına namizədlik əldə etmişdir. == Həyatı == Uma Karuna Turman 29 aprel 1970-ci ildə Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Robert Turman Hind-Tibet Buddist Tədqiqatları professoru və yazıçı olmuşdur. Atası üç il Buddist rahibi kimi yaşamışdır. Umanın anası Nena fon Şlebrügge dəb modeli idi. Anası Nena, Mexiko şəhərində alman zadəgan və isveçli model Birgit Holmquistin ailəsində dünyaya gəlmişdir.
Türkmən
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. == Tarixi == Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Tarxan
Tarxan — Qədim türk dilində vergi və mükəlləfiyyətdən azad olunmuş rəiyyət. Ərəbcə tarxana məaf deyilir. Rəiyyət tarxanlığı sayəsində tezliklə varlanır, ağa, bəy ünvanı alırdı. == Tarix == Xəzər xaqanlığında titul, ünvan idi. Orta Asiya, Qazan, Həştərxan və Krım xanlıqlarında feodal tarxan adlanırdı.
Türban
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Türkan
Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. == Tarixi == Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Turfan
Turfan (uyğ. تۇرپان, çin. sadə. 吐鲁番, pinyin: Tulufán) — Çinin Sinzyan-Uyğur Muxtar Rayonunda şəhər dairəsi. Ərazisi — 69,3 min. km². Dairənin hökuməti Qaoçan rayonunda yerləşir. == Relyefi == Qərbində Toksun bölgəsi, şimalqərbində Urumçi şəhəri, şimalında Jimisar bölgəsi və Quçung bölgəsi, şərqində Piçan bölgəsi, şimalında Lopnur bölgəsisi ilə həmsərhəddir. == Qəsəbə və kəndləri == Turfan şəhəri, iki məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), yeddi çöl qışlağı (乡 xiāng) və üç özəl çöl qışlağı (虚拟乡) kimi məntəqələrdən ibarətdir. == Coğrafya və İqlim == Turfan şəhəri Turfan hövzəsinin şimal kənarında qurulmuş, hövzənin ən çuxur yerində Ayding gölü, dəniz seviyəsindən 154,50 metr dərinlikdə olan bölgədə yerləşir.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. İlk turanlılar Turun nəslindən gələn iranlı bir qəbilədir. Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olar. Tarixi İran-Turan müharibələrində Əfrasiyab Turan imperatoru olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. Azərbaycanda turançılıq idealogiyasının ən məşhur daşıyıcılarından biri Əli bəy Hüseynzadə olub. Həmçinin tanınmış Azərbaycan şairi və repressiya qurbanı Hüseyn Cavid bu ideologiyanın daşıyıcısı olub və təsadüfi deyil ki, öz qızına Turan (Turan Cavid) adı verib.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi. Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi.