Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Təbaşir
Tabaşir — ovulan, ağ, bəzən sarımtıl yaxud bozumtul orqanik mənşəli əhəng daşı. Əsasən protozoyların (əsasən foraminifer) kiçicik, diametri 0,095-dən — 0,0047-dək mm diametrdə, balıqqulağılarından ibarətdir. Daha yaxın araşdırmalardan sonra məlum oldu ki balıqqulağıları əsasən Textularia və Rotalia və nisbətən daha az Globigerinaya aiddir. Təbaşir dövrünə aid, dərin dəniz çöküntüsü sayılır. Təbaşirin ən yaxın bənzəri qlobigerin lildir, lakin təbaşir adətən tamamilə foraminifer baluqqulağılarından ibarət deyil; onun daxilində tez tez xırda ovulmuş, lakin kristalik karbonat əhəngi tapırlar. Əsasən yazmaq üçün və tikintidə istifadə olunur.
Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Səbuhi
Səbuhi — kişi adı. Səbuhi Musayev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. Səbuhi Əliyev — Səbuhi Məmmədov Səbuhi Məmmədov (gizir) — Azərbaycan hərbçisi. Səbuhi Məmmədov (baş nazir) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. Səbuhi Əhmədov Səbuhi Əhmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səbuhi Hacıyev – 20 yanvar şəhidi. Səbuhi Rəhimli — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Səbuhi Əzizov — Səbuhi Cəfərov Səbuhi Hüseynli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Səbuhi Qarayev — Azərbaycanlı idman idarəçisi və məşqçi Səbuhi Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. == Həyatı == Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Hoşyar Zəbari
Hoşyar Mahmud Məhəmməd Zəbari (kürd. Hişyar Zêbarî; 2 dekabr 1953, Akra[d]) — İraq kürd siyasətçisi. O, İraqın xarici işlər naziri, maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışmışdır. == Həyatı == Hoşyar Mahmud Məhəmməd Zəbari 2 dekabr 1953-cü ildə İraqın Akra şəhərində, kürd əsilli ailədə anadan olmuşdur. O, İordaniyada siyasət üzrə bakalavr dərəcəsini bitirdikdən sonra Birləşmiş Krallığın Esseks Universitetində sosiologiya üzrə magistr dərəcəsi almışdır. Zəbari 1990-cı illərdə Kürdüstan Demokrat Partiyasının xarici əlaqələr üzrə sözçüsü olmuş, partiyanı təmsil etmək məqsədilə Birləşmiş Krallıq və ABŞ-da olmuşdur. Zəbari 2003-cü ildə İraq Hökumət Şurası tərəfindən İraqın Xarici İşlər naziri təyin edilmişdir. O, 2014–2016-cı illərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində də çalışmışdır. == Şəxsi həyatı == Zebari İraq kürdü və sünni müsəlmandır. Onun atası Zəbari tayfasının başçısı Mahmud Ağa Zəbari idi və 1981-ci ildə İraq kəşfiyyatı tərəfindən qətlə yetirilmişdir.
Kyara Tabani
Kyara Tabani (d. 27 avqust 1994) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Kyara Tabani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Məsud Pənahi
Məsud Pənahi (10 yanvar 1943, Zəncan) — Azərbaycan və Almaniya animasiya rejissoru, kino rəssamı, animatoru və ssenari müəllifi. Məsud Pənahi 10 yanvar 1943-cü ildə doğulub. 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib. 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışmışdır. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir. Məsud Pənahi "Tıq-tıq xanım" ("Pıspısa xanım və Siçan bəy") animasiya filminin müəllifidir. 1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib. M. Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmidir. 2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub.
Nəbati ornamentlər
Nəbati ornamentlər – Gül, yarpaq, budaq kimi təbiət formalarından ibarət olan naxışlar. Bu ornamentlər həndəsi ornamentlərdən sonra ən geniş yayılmış ornamentlərdir. Nəbati ornamentlərin əsas elementi stilizə olunmuş bitki təsvirlərini təşkil etməsidir. Azərbaycanda nəbati naxışlar içərsində ən çox yayılmış naxışlar güllərdən (lalə, qızılgül, süsən, qərənfil və s.) və ağaclardan (nar, palıd, sərv və s.) ibarət olan naxışlardır. Nəbati naxışlardan Azərbaycanın sənət abidələrində geniş istifadə olunmuşdur. XV-XVIII yüzillərdə bu tipli bəzək elementləri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Nəbati ornamentlər içərisində çox yayılmış kompozisiyalardan biri “İslimi” adı ilə geniş şöhrət tapmış naxış ünsürüdür. Onun adı “buxar, buğ, istilik axını” mənasına gələn “islim” kəlməsindən qaynaqlanır. Bu nəbati bəzək motivi təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq xalqlarının ornamental sənətində də mərkəzi yer tutur. “İslimi” qəbilində olan bəzəklər adətən bəzədilən əşyanın kənarlarına haşiyə kimi vurulurdu.
Pənahi Makulu
Pənahi Makulu (tam adı:Abbas Hacı Ələkbər oğlu Pənahi Makulu; 1 may 1900, Maku, Qərbi Azərbaycan ostanı – 29 sentyabr 1971, Bakı) — azərbaycanlı yazıçı. Pənahi Makuli 1900-cü ildə Maku şəhərində anadan olub. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli Xeyriyyə məktəbində almışdır. Atası Hacı Ələkbər dövrünün mütərəqqi adamlarından biri olmuş, bədii ədəbiyyat və tarix sahəsində olan əsərləri mütaliə edən şəxs kimi tanınmış, 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmaqla Qərbi Azərbaycan ostanının Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda yaxından iştirak etmişdir. Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı olması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi Abbasa təsirsiz ötüşməmiş, onu ədəbiyyat yolunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən — on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur. Onun şeiri iştirakçıların, xüsusilə də məclisin sədri Böyükağa Talıblının xoşuna gəlir. Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayan Abbasın ilk qələm təcrübəsi uğurlu olur. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur.
Ramiz Təkani
Ramiz Təkani — şair, 1971-ci il, Sumqayıt, Azərbaycan SSR, SSRİ Ramiz Təkani (Sultanov) Mirzəxan oğlu 1971-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonu Bürzünbül kəndinin Sultanlı nəslindəndir. 1978-ci ildə Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı orta məktəbə daxil olub, 1986-cı ildə Sumqayıt şəhər Inşaatçılar qəsəbəsinin 7 saylı texniki peşə məktəbinin şagirdi olmuşdur. Orta ixtisas təhsillidir. Şeir-sənət aləminə 10 yaşda qədəm qoymuşdur. 13 yaşından hərbi xidmətə qədər Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evinin "İlkin" adına poeziya dərnəyində mərhum ustadı istedadlı satirik şair, mahir qəzəlxan Qulam Feyzullayevin rəhbərliyi altında fəaliyyət göstərmişdir. 1992-ci ildə Sumqayıt şəhər "Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi"ndə "Vahid" adına meyxana, poeziya dərnəyinin yaradıcısı və məhsuldar rəhbəri olmuşdur. Dövrü-mətbuatda mütəmadi olaraq çıxış etmiş, şeir müsabiqələrinin dəfələrlə qalibi olmuşdur. "Bu dünyanın dərddən başqa nəyi var ki…." adlı şeirlər kitabının müəllifidir. Hal hazırda Bakı şəhəri Suraxanı rayonu Yeni Bahar qəsəbəsində yaşayır.
Səbuhi Abdullazadə
Səbuhi Mübariz oğlu Abdullazadə (18 dekabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Səbuhi Abdullazadə futbol oynamağa 2007-ci ildə, 5 yaşında, Sumqayıtın "Təhsil" İEOUGIM-də başlayıb. İlk məşqçisi Ağamusa Bağırov olub. Sumqayıt FK akademiyasının yetirməsidir. Akademiyanın 11, 13, 15 və 17 yaşa qədər yaş qruplarında çıxış edib. 2018-ci ilin iyun ayında əvəzedicilərin ("Sumqayıt-2") heyətində çıxış etməyə başlayıb və 2018/19 illər mövsümün yekunlarına əsasən, ölkə çempionatının bürünc medallarını qazanıb. 2 dekabr 2017-ci il tarixinndə, 15 yaşında olarkən, XIV turun oyunları çərçivəsində "Kəpəz"lə keçirilmiş qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olan Abdullazadə, Premyer Liqada debüt edərək, 2017/2018-ci il mövsümündə əsas heyətdə çıxış etmiş ən gənc futbolçu olaraq Azərbaycan futbolunun tarixinə düşüb. 2019-cu ilin iyul ayında Sumqayıt təmsilçisi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb. 2017-ci ilin dekabr ayında, icarə əsasında "Qarabağ"ın U-19 komandasına keçib və bu komandanın heyətində 15 oyun keçirərək, ölkə çempionatının gümüş medallarını qazanıb. 2018-ci ilin iyun ayında komandadan ayrılaraq, yenidən Sumqayıta qayıdıb.
Səbuhi Atababayev
Səbuhi Zahid oğlu Atababayev (3 aprel 1987, Bakı) — Azərbaycanlı rəssam, quruluşçu kino rəssamı. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir. Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri ölkədə və ölkədən kənarda şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Fəal Sənətçilər Birliyinin (türk. Uluslararası Aktivist Sanatçılar Birliği) üzvüdür. "New York Film School"un və Moskva Ümumittifaq Kinomatoqrafiya İnistitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır. 2012-ci ildən peşəkar quruluşçu rəssam və art direktor kimi də fəaliyyət göstərir. Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır. Səbuhi Atababayev 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
Səbuhi Bayramov
Qayınana (teleserial, 2011)
Səməd Sabahi
Səməd Sabahi (1914, Bakı – 1978, Tehran) — Azərbaycan və İran rejissoru, aktyoru və ssenaristi. Səməd Sabahi 1914-cü il Bakıda zəhmətkeş ailəsində doğulub. Bu vaxt ailə yaşadığı Mərənd şəhərinin Miab kəndindən yenicə köçmüşdü. Səmədin böyük qardaşı Gəncəli Sabahi bu ailənin hekayəsini "Mənim günlərim" əsərində yazıb. Bu əsərdə minlərlə köçkün ailənin həyat və taleyi əks olunub. Birinci Dünya Müharibəsi və Böyük Rusiya inqilabı dövründə Səməd hələ uşaq ikən Bakı Konservatoriyasına daxil olur. Bura getməsinə səbəb teatr aşiqi və aktivisti olan böyük qardaşı idi. Oranı uğurla bitirən Səməd öz yolunu Bakı Rəssamlıq Məktəbində davam etdirir. Qısa zaman ərzində şəhərin gənc aktyorları arasında tanınmağa başlayır və Bakı, Gəncə səhnələrində yer alır. İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə hələ sovet vətəndaşlığını qəbul etməmiş iranlı mühacirlərin həyatında da dəyişiklik baş verir.
Səbuhi Tağıyev
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Səbuhi (film)
"Səbuhi" — rejissorlar Amo Bek-Nazarov və Rza Təhmasibin (ikinci rejissor) filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. Film Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundovun həyat və fəaliyyətindən bəhs edir. Burada Mirzə Fətəli öz xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilmişdir. Film Axundovun həyatının vacib detallarını göstərir: əlifba islahatı üçün Türkiyəyə səfəri, ilk tamaşa, xalqın maariflənməsi üçün verdiyi çabalar, mübarizə... Filmin əsas məziyyətlərindən biri budur: müəlliflər Axundov vasitəsilə xalqı ətalətdən, kədərdən, bədbinlikdən çırpılıb hərəkətə, mübarizəyə səsləyir. Film bəstəkar Tofiq Quliyevin kinoda ilk işidir. Film rejissor Rza Təhmasibin kinoda ilk işidir. Filmdə Axundovla Tubu xanımın toyunda Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasından bir musiqi səslənir. Halbuki bəstəkar bu əsəri dramaturqun ölümündən 32 il sonra 1910-cu ildə yazıb.
Səbuhi Cəfərov
Səbuhi Hacıyev
Səbuhi Hüseynli
Səbuhi Hüseynov
Səbuhi Həsənquliyev
Səbuhi Musayev
Telavi
Telavi (gürc. თელავი, azərb. Qaracalar‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı. Əhalisi — 19 629 nəfər (2014). Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir. Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur.
Tenhi
Tenhi — 1996-cı ildə Finlandiyada qurulmuş melanxolik, neofolk/ambient musiqi qrupudur. Qrupun bəzi mahnılarında jazz və blues janrlarının təsiri hiss olunur. Digər folk qruplarından fərqli olaraq mümkün qədər elektrikli alətlərdən istifadəni məhdudlaşdırmağa çalışır. Finlandiyaya xas yerli musiqini ucaltdığı təbiətlə xarmanlayaraq insanı dərin yalnızlığa qərq edir. Xüsusən soyuq havalarda dinləniləcək qruplardandı.Vokalist Tyko Saarikko mahnıların sözlərini Suomicə (Finlandiya dili, bataqlıq ərazisi) ifa edir. 'Tenhi' sözü qədim fin sözü olub kəndin yaşlısı, müdrik yaşlı və ya kahin mənasına gəlir. Tyko Saarikko – vokal, gitara, harmonium, piano, zərb alətləri, sintezator, tütək. İlmari Issakainen – gitara, baraban, piano, bass, ikinci vokal. Paula Rantamäk – skripka (live).
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil. Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir.
Qaracalar (Telavi)
Qaracalar (gürc. ყარაჯალა) — Gürcüstanın Telavi bələdiyyəsində, Alazan-Həftəran vadisində yerləşən kənd. Əhalisi 4,891 nəfərdir (2014). Əhalinin çox hissəsi azərbaycanlı və müsəlmandır (əsasən Sünni). Kənddə bir məktəb, bir uşaq bağçası və bir məscid var. Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq (böyük və kiçik buynuz), üzümçülük və ən çox ticarətlə məşğul olur. Sovet İttifaqının dağılmasından sonra, kənd sakinlərinin əksəriyyəti Tiflisə, Türkiyəyə, Qazaxıstana, Ukraynaya, Rusiyaya köç etmişlər.
Reynald Temari
Reynald Temari (d. 1967) — Taiti Futbol Federasiyasının rəhbəri. FİFA Nizam İntizam Komitəsi tərəfindən etik kodekslərə əməl etmədiyi üçün 2015-ci ilin may ayında 8 il müddətinə cəzalanıb. Bu müddətdə onun bütün daxili və beynəlxalq yarışlarda futbolla hər hansı bir əlaqəsi qadağan olunub. Cəzaya səbəb onun 2010-cu ildə Asiya Futbol Federasiyaları Konfederasiyasının o zamankı prezidenti Muhammed bin Hammamdan külli miqdarda pul alaraq bəzi uyğunsuzluqları ört-basdır etməsi olub.
Mətbəx debatı
Mətbəx debatı (ing. Kitchen Debate) — ABŞ-ın vitse-prezidenti Riçard Nikson və SSRİ Nazirlər Şurasının sədri Nikita Xruşşov arasında 24 iyul 1959-cu ildə Moskvada "Sokolniki" parkının sərgi mərkəzində Amerika Milli Sərgisinin "ABŞ Sənaye Məhsulları"nın açılışında keçirilən bir sıra ekspromt dialoqlar. Sərgi, təşkilatçılarının fikrincə, istənilən amerikalının əldə edə biləcəyi bir evi nümayiş etdirdi. Ev Amerika istehlak bazarının məhsullarını nümayiş etdirən yeni məişət texnikası ilə dolu idi. == Debatlar == Mətbəx debatı 1955-ci ildə Cenevrədə keçirilən görüşdən sonra ABŞ və SSRİ liderləri arasında ilk yüksək səviyyəli görüş idi. Sərgidə mətbuat agenti kimi iştirak edən Uilyam Lyuis Safirin dediyinə görə, dialoqlar sərginin müxtəlif yerlərində, lakin əsasən şəhərətrafı evin nümunəvi mətbəxinin ərazisində aparılıb. Nikson və Xruşşov kapitalizm və sosializmin üstünlüklərini müzakirə etdilər. Müzakirələr 1957-ci ildə “Sputnik”in buraxılması ilə 1962-ci ildəki Kuba raket böhranı arasında dünya siyasi sistemləri arasında qarşıdurma fonunda baş tutmuşdu. Əksər amerikalılar belə hesab edirdilər ki, Niksonun ölkədəki populyarlığını artıran debatda qalib gəlməsi oldu. Müzakirə ABŞ-ın liderlik etdiyi yeni texnologiya olan rəngli videolentdə qeydə alınıb; debat zamanı Nikson bunu Amerikanın çoxsaylı texnoloji nailiyyətlərindən biri kimi göstərdi.