Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. == Həyatı == Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Təbaşir
Təbaşir — ovulan, ağ, bəzən sarımtıl yaxud bozumtul orqanik mənşəli əhəng daşı. Əsasən protozoyların (əsasən foraminifer) kiçicik, diametri 0,095-dən — 0,0047-dək mm diametrdə, balıqqulağılarından ibarətdir. Daha yaxın araşdırmalardan sonra məlum oldu ki balıqqulağıları əsasən Textularia və Rotalia və nisbətən daha az Globigerinaya aiddir. Təbaşir dövrünə aid, dərin dəniz çöküntüsü sayılır. Təbaşirin ən yaxın bənzəri qlobigerin lildir, lakin təbaşir adətən tamamilə foraminifer baluqqulağılarından ibarət deyil; onun daxilində tez tez xırda ovulmuş, lakin kristalik karbonat əhəngi tapırlar. Əsasən yazmaq üçün və tikintidə istifadə olunur.
Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Səbuhi
Səbuhi — kişi adı. Səbuhi Xasayev — Səbuhi Musayev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. Səbuhi Əliyev — Səbuhi MəmmədovSəbuhi Məmmədov (gizir) — Azərbaycan hərbçisi. Səbuhi Məmmədov (baş nazir) — Naxçıvan Muxtar Respublikasının Baş naziri.Səbuhi ƏhmədovSəbuhi Əhmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səbuhi Əhmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziriSəbuhi Hacıyev – 20 yanvar şəhidi. Səbuhi Rəhimli — Qoroskop qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Səbuhi Tağıyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Səbuhi Əzizov — Səbuhi Rəcəb — Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu üzrə sabiq vitse-prezident və peşəkar idmançı Səbuhi Cəfərov Səbuhi Hüseynli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Səbuhi Qarayev — Azərbaycanlı idman idarəçisi və məşqçi Səbuhi Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin.
Bəhruz Pənahi
Bəhruz Pənahi (d. 23 iyul 1953, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Bəhruz Pənahi 23 iyul 1953-cü ildə Bakıda anadan olub.
Cəfər Pənahi
Cəfər Pənahi (fars. جعفر پناهی‎; 11 iyul 1960[…], Miyana, Şərqi Azərbaycan ostanı) — İran kinorejissoru və ssenaristi. İran kinematoqrafiyasının Yeni dalğa nümayəndələri arasında ən tanınmışı. == Həyatı == Cəfər Pənahi 1960-cı il iyulun 11-də İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra gənc Cəfər bir neçə qısametrajlı film çəkib, daha sonra hərbi xidmətə yollanıb. İran-İraq müharibəsində iştirak edib. Müharibədən sonra universitetə qəbul olunan Pənahi, bir neçə il sənədli filmlərlə maraqlanıb və rejissor assistenti kimi çalışıb. == Fəaliyyəti == Tehranda Rejissorluq fakültəsində oxuduğu illərdə Pənahi gizlicə böyük kino arxivinə giriş əldə edib. Demək olar ki, bütün dünya klassiklərini izləyib. 90-cı illərdə Cəfər Pənahi İran kinosundakı "Yeni dalğa" cərəyanının yaradıcılarından biri Abbas Kiarostaminin "Zeytunların arasından" filmində çalışıb.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. == Həyatı == Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Hoşyar Zəbari
Hoşyar Mahmud Məhəmməd Zəbari (kürd. Hişyar Zêbarî; 2 dekabr 1953, Akra[d]) — İraq kürd siyasətçisi. O, İraqın xarici işlər naziri, maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışmışdır. == Həyatı == Hoşyar Mahmud Məhəmməd Zəbari 2 dekabr 1953-cü ildə İraqın Akra şəhərində, kürd əsilli ailədə anadan olmuşdur. O, İordaniyada siyasət üzrə bakalavr dərəcəsini bitirdikdən sonra Birləşmiş Krallığın Esseks Universitetində sosiologiya üzrə magistr dərəcəsi almışdır. Zəbari 1990-cı illərdə Kürdüstan Demokrat Partiyasının xarici əlaqələr üzrə sözçüsü olmuş, partiyanı təmsil etmək məqsədilə Birləşmiş Krallıq və ABŞ-da olmuşdur. Zəbari 2003-cü ildə İraq Hökumət Şurası tərəfindən İraqın Xarici İşlər naziri təyin edilmişdir. O, 2014–2016-cı illərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində də çalışmışdır. == Şəxsi həyatı == Zebari İraq kürdü və sünni müsəlmandır. Onun atası Zəbari tayfasının başçısı Mahmud Ağa Zəbari idi və 1981-ci ildə İraq kəşfiyyatı tərəfindən qətlə yetirilmişdir.
Kyara Tabani
Kyara Tabani (d. 27 avqust 1994) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Kyara Tabani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Məsud Pənahi
Məsud Pənahi (10 yanvar 1943, Zəncan) — Azərbaycan və Almaniya animasiya rejissoru, kino rəssamı, animatoru və ssenari müəllifi. == Həyatı == Məsud Pənahi 10 yanvar 1943-cü ildə doğulub. 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib. 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışmışdır. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir. Məsud Pənahi "Tıq-tıq xanım" ("Pıspısa xanım və Siçan bəy") animasiya filminin müəllifidir. 1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib. M. Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmidir. 2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub.
Nəbati ornamentlər
Nəbati ornamentlər – Gül, yarpaq, budaq kimi təbiət formalarından ibarət olan naxışlar. Bu ornamentlər həndəsi ornamentlərdən sonra ən geniş yayılmış ornamentlərdir. Nəbati ornamentlərin əsas elementi stilizə olunmuş bitki təsvirlərini təşkil etməsidir. Azərbaycanda nəbati naxışlar içərsində ən çox yayılmış naxışlar güllərdən (lalə, qızılgül, süsən, qərənfil və s.) və ağaclardan (nar, palıd, sərv və s.) ibarət olan naxışlardır. Nəbati naxışlardan Azərbaycanın sənət abidələrində geniş istifadə olunmuşdur. XV-XVIII yüzillərdə bu tipli bəzək elementləri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Nəbati ornamentlər içərisində çox yayılmış kompozisiyalardan biri “İslimi” adı ilə geniş şöhrət tapmış naxış ünsürüdür. Onun adı “buxar, buğ, istilik axını” mənasına gələn “islim” kəlməsindən qaynaqlanır. Bu nəbati bəzək motivi təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq xalqlarının ornamental sənətində də mərkəzi yer tutur. “İslimi” qəbilində olan bəzəklər adətən bəzədilən əşyanın kənarlarına haşiyə kimi vurulurdu.
Pənahi Makulu
Pənahi Makulu (tam adı:Abbas Hacı Ələkbər oğlu Pənahi Makulu; 1 may 1900, Maku, Qərbi Azərbaycan ostanı – 29 sentyabr 1971, Bakı) — azərbaycanlı yazıçı. == Həyatı == Pənahi Makuli 1900-cü ildə Maku şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli Xeyriyyə məktəbində almışdır. Atası Hacı Ələkbər dövrünün mütərəqqi adamlarından biri olmuş, bədii ədəbiyyat və tarix sahəsində olan əsərləri mütaliə edən şəxs kimi tanınmış, 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmaqla Qərbi Azərbaycan ostanının Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda yaxından iştirak etmişdir. Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı olması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi Abbasa təsirsiz ötüşməmiş, onu ədəbiyyat yolunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən — on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur. Onun şeiri iştirakçıların, xüsusilə də məclisin sədri Böyükağa Talıblının xoşuna gəlir.Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayan Abbasın ilk qələm təcrübəsi uğurlu olur. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur. Bundan sonra Abbasın bədii yaradıcılığa həvəsi daha da artır.
Ramiz Təkani
Ramiz Təkani — şair, 1971-ci il, Sumqayıt, Azərbaycan SSR, SSRİ == Həyatı == Ramiz Təkani (Sultanov) Mirzəxan oğlu 1971-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonu Bürzünbül kəndinin Sultanlı nəslindəndir. 1978-ci ildə Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı orta məktəbə daxil olub, 1986-cı ildə Sumqayıt şəhər Inşaatçılar qəsəbəsinin 7 saylı texniki peşə məktəbinin şagirdi olmuşdur. Orta ixtisas təhsillidir. Şeir-sənət aləminə 10 yaşda qədəm qoymuşdur. 13 yaşından hərbi xidmətə qədər Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evinin "İlkin" adına poeziya dərnəyində mərhum ustadı istedadlı satirik şair, mahir qəzəlxan Qulam Feyzullayevin rəhbərliyi altında fəaliyyət göstərmişdir. 1992-ci ildə Sumqayıt şəhər "Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi"ndə "Vahid" adına meyxana, poeziya dərnəyinin yaradıcısı və məhsuldar rəhbəri olmuşdur. Dövrü-mətbuatda mütəmadi olaraq çıxış etmiş, şeir müsabiqələrinin dəfələrlə qalibi olmuşdur. "Bu dünyanın dərddən başqa nəyi var ki…." adlı şeirlər kitabının müəllifidir. Hal hazırda Bakı şəhəri Suraxanı rayonu Yeni Bahar qəsəbəsində yaşayır.
Səbuhi Abdullazadə
Səbuhi Mübariz oğlu Abdullazadə (18 dekabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Sumqayıt FK === Səbuhi Abdullazadə futbol oynamağa 2007-ci ildə, 5 yaşında, Sumqayıtın "Təhsil" İEOUGIM-də başlayıb. İlk məşqçisi Ağamusa Bağırov olub. Sumqayıt FK akademiyasının yetirməsidir. Akademiyanın 11, 13, 15 və 17 yaşa qədər yaş qruplarında çıxış edib. 2018-ci ilin iyun ayında əvəzedicilərin ("Sumqayıt-2") heyətində çıxış etməyə başlayıb və 2018/19 illər mövsümün yekunlarına əsasən, ölkə çempionatının bürünc medallarını qazanıb. 2 dekabr 2017-ci il tarixinndə, 15 yaşında olarkən, XIV turun oyunları çərçivəsində "Kəpəz"lə keçirilmiş qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olan Abdullazadə, Premyer Liqada debüt edərək, 2017/2018-ci il mövsümündə əsas heyətdə çıxış etmiş ən gənc futbolçu olaraq Azərbaycan futbolunun tarixinə düşüb. 2019-cu ilin iyul ayında Sumqayıt təmsilçisi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb. === Qarabağ FK === 2017-ci ilin dekabr ayında, icarə əsasında "Qarabağ"ın U-19 komandasına keçib və bu komandanın heyətində 15 oyun keçirərək, ölkə çempionatının gümüş medallarını qazanıb. 2018-ci ilin iyun ayında komandadan ayrılaraq, yenidən Sumqayıta qayıdıb.
Səbuhi Atababayev
Səbuhi Zahid oğlu Atababayev (3 aprel 1987, Bakı) — Azərbaycanlı rəssam, quruluşçu kino rəssamı. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir. Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri ölkədə və ölkədən kənarda şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Fəal Sənətçilər Birliyinin (türk. Uluslararası Aktivist Sanatçılar Birliği) üzvüdür. "New York Film School"un və Moskva Ümumittifaq Kinomatoqrafiya İnistitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır. 2012-ci ildən peşəkar quruluşçu rəssam və art direktor kimi də fəaliyyət göstərir. Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır. == Həyatı == Səbuhi Atababayev 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
Səbuhi Bayramov
== Həyatı ==
Səbuhi Cəfərov
Səbuhı Aslan oğlu Cəfərov — tarzən, Azərbaycan Respublikasının əməkdar artisti (2019), Azərbaycan Milli Konservatoriyasinin dosenti, əməkdar kollektiv S.Rüstəmov adına xalq çalqı alətləri orkestrinin konsertmeysteri-solisti, "Qızıl qələm" media mükafatı. == Həyatı == 1968-ci ildə Azərbaycan Respublikasinin Quba şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı Musiqi Akademiyasıni (1990-1995) fərqlənmə diplomu ilə bitirən Səbuhi Cəfərov həmin ildən Bakı Musiqi Akademiyasında müəllimlik fəaliyyətinə başlamışdır. Tələbələri dəfələrlə respublika müsabiqələrində laureat olmuş: 5 Beynəlxalq müsabiqədə laureat, 3 respublika müsabiqəsində "Qran Pri" mükafatına, 2 tələbəsi Rusiya səfirliyinin keçirdiyi müsabiqədə I və II yerlərə layiq görülərək laureat adını qazanmışdır. Səbuhi Cəfərov pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə "Fəxri fərman"la təltif olunmuşdur. Respublika üzrə keçirilən müsabiqələrdə münsiflər heyətinin tərkibində və eləcə də 2020-ci il 17-24 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən "World Harmony" Beynəlxalq müsabiqiəsində münsiflər heyətinin tərkibində olmuşdur. Elmi və dövrü mətbuatdakı fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Ittifaqı (AzərKİVİHİ) Rəyasət İttifaqının (1 may 2013-cü il tarixli) qərarı ilə "Qızıl qələm" media mükafatı adına layiq gorülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 yanvar 2011-ci il tarixli qərarı ilə (protokol N 02-k) dosent elmi dərəcəsi alan Səbuhi Cəfərov hal-hazırda Azərbaycan Milli Konservatoriyasında dosent vəzifəsində çalışır. 06 Noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. == Ailəsi == Ailəlidir.
Səbuhi Hacıyev
Səbuhi Hacıyev (27 fevral 1969; Xanlar – 14 yanvar 1990; Hacıkənd) – 20 yanvar şəhidi. == Həyatı == Səbuhi Hacıyev 27 fevral 1969-cu ildə Xanlar rayonunda anadan olub. === Vəfatı === Yanvarın 14-də Hacıkənd qəsəbəsində, «Beşulduz» yaxınlığında atışma getmiş, ölənlər və yaralananlar olmuşdur. Şahidlərin dediyinə görə yuxarıdan da hərbi vertolyotla atəş açılmışdır. Səbuhi növbəti terrorçuluq aktının qurbanı olmuş, 20 nömrəli vertolyotdan atılan güllədən həlak olmuşdur. == İrsi == Xanlar rayonunda küçələrin birinə Səbuhi Hacıyevin adı verilib. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992.
Səbuhi Hüseynli
Səbuhi Babək oğlu Hüseynli (2 may 1997; Maqsudkənd, Xaçmaz rayonu, Azərbaycan — 15 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Hüseynli 2 may 1997-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olmuşdur. 2003-2009-cu illərdə Xaçmaz rayon Maqsudkənd kənd Ömər Ayatov adına tam orta məktəbdə təhsil almışdır. 2009-2014-cü illərdə Xudat şəhər Texniki Fənnlər təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. Ailəli idi, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Səbuhi Hüseynli 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Ağdam və Tərtər istiqamətində xidmətini davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində Talış kəndi istiqamətində yaxından vuruşmuş, fərqlənmişdir. Nümunəvi xidmətinə görə bir çox fəxri fərmanlar ilə təltif edilmişdir. Səbuhi Hüseynli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Səbuhi Hüseynov
Səbuhi Hüseynov (18 iyul 2000, Zəngilan) — Azərbaycanlı Badmintonçu, Azərbaycan milli yığmasının üzvü (2012-ci ildən). Badminton idman növü üzrə respublika birincisi, dəfələrlə Azərbaycan qızıl mükafatçısı və 5-ci Konya Rumi Beynəlxalq Uşaq oyunlarının bürünc mükafatçısı. 2017–2018 Badminton üzrə Azərbaycan Respublikası Ali Təhsil Müəssisələrinin komandaları arasında keçirilən çempionatın qızıl mükafatçısı. == İdman fəaliyyəti == 2011-ci ildən idmanın badminton növü ilə məşğul olur. === Nəticələri === BWF World Rakings Men's Doubles with Jahid Alhasanov best — 253 (4. fevral 2020). Badminton üzrə Azərbaycan Respublikası Ali Təhsil Müəssisələrinin Komandaları Arasında Keçirilən Çempionatın Qalibi (2017–2018) Bakı. == Portret == Badminton onun üçün sadəcə, idman növü deyil. Bu oyunu həyat tərzi adlandıran Səbuhi başqa növdə özünü təsəvvür etmədiyini deyir.
Səbuhi Həsənquliyev
== Həyatı == Səbuhi Həsənquliyev 11 aprel 2002-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olmuşdur. 2008-ci ildə Sumqayıt şəhər Cəbrayıl rayonu 5N-li məktəbində birinci sinifə başlayır. 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək peşə liseyinə daxil olur. == Hərbi xidməti == 2020-ci ildə peşə liseyini bitirdikdən sonra həmin ilin aprel ayında hərbi xidmətə yollanır. Səbuhi Böyük Vətən Müharibəsi zamanı xüsusi şücayət göstərmiş və gedən döyüşlər zamanı həlak olmuşdur. == Təltifləri == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Həsənquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Həsənquliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səbuhi Musayev
Səbuhi Rəfael oğlu Musayev (1987, Mustafaağalı, Bərdə rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Səbuhi Musayev 1987-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. Səbuhi Musayev ailəli idi, Fərid adında bir oğlu yadigar qalıb. == Hərbi xidməti == Kiçik çavuş Səbuhi Musayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 7-si isə Səbuhi Musayev doğulduğu Bərdə rayonunun Mustafaağalı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Musayev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Səbuhi Musayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Səbuhi Məcidov
Səbuhi Ağalətif oğlu Məcidov (28 aprel 2002; Aşağı Güzdək, Abşeron rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səbuhi Məcidov 28 aprel 2002-ci ildə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Səmidxan Əzizov adına Abşeron rayon Aşağı Güzdək qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səbuhi Məcidov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Hərbi Komissarlığının çağırışına əsasən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi Məcidov 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məcidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məcidov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Məcidov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Telavi
Telavi (gürc. თელავი, azərb. Qaracalar‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı. Əhalisi — 19 629 nəfər (2014).Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir. == Tarixi == Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur. == Görməli yerləri == VIII—XVIII əsrlərə aid qala; 800 yaşlı çinar ağacı; Telavi Dram Teatrı;Ətrafında: Şuamta monastırlar kompleksi (V—XVI əsrlər); İkaltoy akademiyasının xarabalıqları (XI—XII əsrlər) (rəvayətə görə Şota Rustavelli burada oxumuşdur) == Tanınmış adamları == === Doğulanlar === Henrix Malyan (1925—1988) — rejissor, SSRİ xalq artisti (1982) Kaxi Asatiani (1947—2002) — gürcü əsilli sovet futbolçusu, məşqçi.
Tenhi
Tenhi — 1996-cı ildə Finlandiyada qurulmuş melanxolik, neofolk/ambient musiqi qrupudur. Qrupun bəzi mahnılarında jazz və blues janrlarının təsiri hiss olunur. Digər folk qruplarından fərqli olaraq mümkün qədər elektrikli alətlərdən istifadəni məhdudlaşdırmağa çalışır. Finlandiyaya xas yerli musiqini ucaltdığı təbiətlə xarmanlayaraq insanı dərin yalnızlığa qərq edir. Xüsusən soyuq havalarda dinləniləcək qruplardandı.Vokalist Tyko Saarikko mahnıların sözlərini Suomicə (Finlandiya dili, bataqlıq ərazisi) ifa edir. == Qrup adının mənası == 'Tenhi' sözü qədim fin sözü olub kəndin yaşlısı, müdrik yaşlı və ya kahin mənasına gəlir. == Üzvlər == Tyko Saarikko – vokal, gitara, harmonium, piano, zərb alətləri, sintezator, tütək. İlmari Issakainen – gitara, baraban, piano, bass, ikinci vokal. Paula Rantamäk – skripka (live).
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil.Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür.Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir. Qədimi mənbələr epidemiyanın ilk dəfə 165-166-cı illərdə Seleusya mühasirəsi zamanı yayıldığını qeyd edir. Bir başqa romalı tarixçi Ammianus Marcellinusa görə epidemiya Qalliya bölgəsindən Reyn çayına qədər yayılmışdır.
Qaracalar (Telavi)
Qaracalar (gürc. ყარაჯალა) — Gürcüstanın Telavi bələdiyyəsində, Alazan-Həftəran vadisində yerləşən kənd. Əhalisi 4,891 nəfərdir (2014). Əhalinin çox hissəsi azərbaycanlı və müsəlmandır (əsasən Sünni). Kənddə bir məktəb, bir uşaq bağçası və bir məscid var. Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq (böyük və kiçik buynuz), üzümçülük və ən çox ticarətlə məşğul olur. Sovet İttifaqının dağılmasından sonra, kənd sakinlərinin əksəriyyəti Tiflisə, Türkiyəyə, Qazaxıstana, Ukraynaya, Rusiyaya köç etmişlər.
Reynald Temari
Reynald Temari (d. 1967) — Taiti Futbol Federasiyasının rəhbəri.FİFA Nizam İntizam Komitəsi tərəfindən etik kodekslərə əməl etmədiyi üçün 2015-ci ilin may ayında 8 il müddətinə cəzalanıb. Bu müddətdə onun bütün daxili və beynəlxalq yarışlarda futbolla hər hansı bir əlaqəsi qadağan olunub. Cəzaya səbəb onun 2010-cu ildə Asiya Futbol Federasiyaları Konfederasiyasının o zamankı prezidenti Muhammed bin Hammamdan külli miqdarda pul alaraq bəzi uyğunsuzluqları ört-basdır etməsi olub.