Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəcəb Təyyub Ərdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d], İstanbul ili və ya Bəyoğlu, İstanbul ili) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). == Həyatı == Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. == Siyasi fəaliyyəti == Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Əyyub
Əyyub peyğəmbər (təq. e.ə. 2180 – bilinmir) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub.
Fəxrəddin Teyyub
Fəxrəddin Teyyub (23 aprel 1950, Şıxakəran, Lənkəran rayonu) — tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010). == Həyatı == Fəxrəddin Teyyub 23 aprel 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub. 1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə gedib, 10 illiyi isə qonşu Xolmili kənd orta məktəbində bitirib. 1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna qiyabi daxil olub, 1980-ci ildə həmin ali məktəbi bitirir. 1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olur. 1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını qiyabı olaraq bitirir. Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Polis polkovniki rütbəsinə qədər yüksəlib. 2005–ci ilin aprel ayından təqaüddədir. == Yaradıcılığı == Orta məktəb illərindən bədii yaradıcılığıa başlayıb.
Teyyub Abbasov
Teyyub Aslanov
Teyyub Şueyib oğlu Aslanov (d. 6 fevral 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı xanəndə, Azərbaycanın xalq artisti (2018), "Qədim Musiqi alətləri” Dövlət ansamblının solisti. == Həyat və yaradıcılığı == Aslanov Teyyub Şueyib oğlu 6 fevral 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-1984–cü illərdə 96 saylı orta məktəbdə təhsil almışdır. 1984-1989-cu illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Neft-mədən fakültəsində təhsil almışdır. 1985-1987-ci illərdə ordu sıralarında qulluq etmişdir. Təhsilini 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu ixtisası üzrə davam etdirmişdir. 1995-ci ildən Azərbaycan Muğam üçlüyü və başqa ansambllarla bərabər bir çox xarici ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna, Belarus, Moldova, Tacikistan, İran və s.) konsert və festivallarda iştirak etmişdir. O cümlədən: 1996-cı ildə Türkiyənin Bayburt şəhərində "Dədə Qorqud" festivalında; 2000-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində "Qarabağ uşaqlarının göz yaşları"adlı tədbirdə; 2001-ci ildə Orta əsrlər "Romana" kilsələri mədəniyyəti festivalında; 2004-cü ildə Polşanın Çexoçinek şəhərində “III Çexoçinek rəssamların nümayişi” festivalında; 2004-cü ildə İngiltərənin paytaxtı London şəhərində Azərbaycan Diasporunun təşkil etdiyi 28 May Respublika gününə hesr edilmiş bayram konsertində; 2005-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində “Qəlblərin səsi” adlı festivalda; 2005-ci ildə UNESCO-da akademik Y.Məmmədəliyevin 100 illik yubileyinə həsr olunan dövlət tədbirində; 2006-ci ildə UNESCO-da Azərbaycan Respublikasının müstəqilliyinin 15 illik yubileyinə həsr olunmuş dövlət tədbirində; 2007-ci ildə Rumuniyanın paytaxtı Buxarets şəhərinin mərkəzində ulu öndər Heydər Əliyev adına parkın və heykəlinin açılış konsertində; 2010 və 2012-ci illərdə Macarıstanda Türkdilli xalqların iştirakı ilə "Hun-Türk” festivalı; 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasıbəti ilə ABŞ-in Texas və Kaliforniya ştatlarında (Hyuston, LosAngeles, San-Fransisco) və paytaxt Vaşinqtonda silsilə konsertlərdə; 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə, Azərbaycanın İsveçrədəki səfirliyinin dəvətilə, İsveçrədə keçirilmiş tədbirdə; 2014-cü il UNESCO tərəfindən Məhsəti Gəncəvi ili elan edilmişdir. Həmin il Fransanin paytaxtı Paris şəhərində və Avstriyanın paytaxti Vyana şəhərində Məhzəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilən tədbirlərdə; 2015-ci ildə Cənubi Koreyada keçirilən "Böyük İpək yolu" festivalında iştirak edib.
Teyyub Axundov
Teyyub Mirzəhəsən oğlu Axundov (30 yanvar 1920, Bakı – 3 dekabr 1991) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1991). == Həyatı == Teyyub Mirzəhəsən oğlu Axundov 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiya və kinoya böyük həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlir. O vaxt Bakı kinostudiyasında görkəmli kinodramaturq C. Cabbarlının eyniadlı əsəri əsasında "Almaz" filminin çəkilişləri aparılırdı. Sənətə meyilli gənc həvəskar da həmin filmin yaradıcı heyətinə operator assistenti kimi işə qəbul edilir. 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərir. Teyyub Axundov sevdiyi sənətdə püxtələşmək üçün kinostudiyada çəkilən filmlərdə böyük həvəslə çalışır, peşəkar rejissor və operatorlardan sənətin sirlərini öyrənməkdən zövq alırdı. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedir. Ukrayna cəbhəsində vuruşur, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edir.
Teyyub Dəmirov
Teyyub Hacı Məmməd oğlu Dəmirov (25 aprel 1908, Bakı – 9 avqust 1970, Bakı) — Azərbaycan qarmonçusu. == Həyat və yaradıcılığı == Teyyub Dəmirov 25 aprel 1908-ci ildə Bakıda anadan olub. O, Kor Əhədin tələbəsi və davamçısı olmuş, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblı 1941-ci ildə yenidən bərpa olunanda orada qarmon ifa etmişdir. Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutur. Bundan əlavə o, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olmuşdur. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı o, bir sıra rənglər və dəramədlər də bəstələmiş, Azərbaycan qarmonunun inkişafında mühüm rol oynamışdır. Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda vəfat etmişdir. Onun ifasında səsləndirilən "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.
Teyyub Paşayev
Paşayev Teyyub Yunis oğlu (30 oktyabr 1958, Naxçıvan) — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == 1958 – ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1981 – ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya əlavə biologiya müəllimi ixtisasını bitirmişdir. == Elmi yaradıcılığı == 1986 – cı ilin mart ayından Azərbaycan Elmlər Akademiyası Naxçıvan Regional Elm Mərkəzinin Bəzək – Bağçılıq şöbəsində əmək fəaliyyətinə başlamışdır. Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun Elmi Şurasının 28 dekabr 1987 – ci il tarixli iclasının qərarı ilə “Zəfəranın və Sarıkökün müxtəlif klonlarının inkişaf biologiyasının öyrənilməsi, onların becərilməsinin elmi əsaslarının hazırlanması” mövzusunda dissertasiya işi təsdiq edilmiş və 1988 – 1991- ci illərdə dissertasiya işi uğurla yerinə yetirilmişdir. Zəfəranın Naxçıvan şəraitində öyrənilməsi ilə bağlı elmi tədqiqat işləri aparmış, əkilmə dərinliyinin, yumrusoğanaqların iriliyinin, əkin vaxtlarının, suvarma və demyə şəraitlərinin bu bitkinin bioloji inkişafına, çiçəklənməsinə və məhsuldarlığına təsirini öyrənmiş və uğurlu nəticələr əldə etmişdir. 1988 - ci ildən başlayaraq ölkəmizdə baş verən ictimai-siyasi hadisələr dissertasiya işinin vaxtında müdafiəsinə mane olmuşdur. Azərbaycan MEA Rəyasət Heyətinin 26 avqust 2002-ci iltarixli 18/1 saylı qərarına əsasən Naxçıvan Regional Elm mərkəzi ləğv edildikdən sonra tutduğu vəzifədən azad edilmiş, 17 yanvar 2003-cü ildə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Bioresurslardan istifadə şöbəsinə elmi işçi təyin edilmişdir. 2004-cü ilin yanvar ayında Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Naxçıvan Muxtar Respublikasının sibyə florası” mövzusunda dissertasiya işi təsdiq edilmiş, 05 dekabr 2008 – ci ildə dissertasiya işi müvəffəqiyyətlə müdafiə edilmişdir . Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 yanvar 2011- ci il tarixli qərarı ilə ona biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Teyyub Quliyev
Teyyub Arıx oğlu Quliyev (4 oktyabr 1976, Qoyunbinəsi, Yevlax rayonu) — Azərbaycan dilçisi, dil nəzəriyyəçisi, altayşünas, türkoloq. == Həyatı == Teyyub Quliyev 1976-cı ildə Yevlax rayonunda doğulmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin əyani aspiranturasında oxumuşdur. 2004-cü ildə "İltisaqi dillər və dil qohumluğu məsələsi (Altay dillərinin materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycanda altayşünaslığa aid ilk elmi monoqrafiyanın müəllifidir. 2012–2013-cü illərdə Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin, 2013-cü ildən 2016-cı ilə qədər Dil tarixi və dialektologiya şöbəsinin müdiri olmuşdur. 2016-cı ildən yeni yaradılmış Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi işləmişdir. Hal-hazırda həmin şöbənin müdiridir. == Pedaqoji fəaliyyəti == 2004-cü ildən Bakı Slavyan Universitetinin Türkologiya kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.
Teyyub Qurban
Qurban Teyyub Yarməmməd oğlu (18 dekabr 1934, Bülbülə – 21 fevral 2018) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan gənclərinin III Ümumrespublika festivalının laureatı (1957), Rəsul Rza mükafatı laureatı (2002). == Həyatı == Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954–1959). Hələ universiteti bitirməmişdən onu ADU-nun komsomol komitəsinin birinci katibi seçmişlər (1958–1961). Bakı Pioner və Məktəblilər Sarayının ədəbi yaradıcılıq dərnəyinin rəhbəri olmuş (1958–1976), yaxsşı işinə görə ÜİLKGİ-nin Fəxri fərmanı ilə təltif edilmişdir. ADU-nun jurnalistika kafedrasının aspirantı olmuş (1961–1963), Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçilik etmiş (1963–1976), orada komitə təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir (1976-cı ildən), həm də ictimai əsaslarla metodika kabinetinə rəhbərlik etmişdir (1976–1992). Azərbaycan Yazıçılar Birliyi "Oğuz eli" assosiasiyasının işlər müdiri (1992), Suraxanı rayon icra hakimiyyəti başçısının birinci müavini (1992–1993), Bakı və Kəndlər Birliyi Mətbuat xidmətinin rəhbəri olmuşdur (1994–1996). Hazırda fərdi yaradıcılıqla məşğuldur (1996-cı ildən). Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeri 1950-ci ildə "Pioner" jurnalının 12-ci sayında çıxmışdır.
Məhəmməd Əyyub
Məhəmməd Əyyub (d. 1942) — Miçiqan Dövlət Universitetinin James Madison kollecinin beynəlxalq münasibətlər departamentinin fəxri professorudur. O, həmçinin Miçiqan Dövlət Universitetində Müsəlman Tədqiqatları Programının koordinatorudur. O, beynəlxalq münasibətlər nəzəriyyəsində "Subaltern realism" nəzeriyyəsi ilə tanınir. == "Subaltern" realism == Əyyub öz nəzəriyyəsi olan "Subaltern realism"i ilk dəfə 1980-ci illərdə təklif etmiş və 1990-cı illərdə daha da inkişaf etdirmişdir. Bu nəzəriyyə Kenneth Waltz və başqalarınin neorealism idealarını sərt sekildə tənqid etməklə yanaşı, dövlətin daxilində olan amillərin önəmliyinidə vurğulamışdır. Bu nəzəriyyənin əsas meqsədi üçüncü dünya ölkələrinin hərəkətlərinin başlıca səbəblərini, üçüncü dünya ölkələrinin liderlərinin əsas narahatçılıqlarını, və həmin ölkələrdə münaqişələrin başlıca səbəblərini öyrənmək üçün analitik bir vasitə olmaqdır. Bu nəzəriyyə üçüncü dünya ölkələrində vəziyyətlərin sənayələşmiş və ya inkişaf etmiş ölkələrdən tamamilə ferqli olduğunu vurğulayır, və əsas beynəlxalq münasibətlər nezəriyyələrinin üçüncü dünya ölkələrini nəzərə almadıqları üçün tənqid edir. O təhlükəsizlik anlayışı üçün alternativ bir konsept irəli sürür və beynəlxalq münasiblərdə nəzəriyyələşdirmədə bərabərsizliyin olduğunu vurğulayır. === Prinsiplər === Subaltern realism nəzəriyyəsi üçüncü dünya ölkələrinin, adətən, zəif və tez-tez iqtisadi və hərbi cəhətdən xarici havadarlardan, əsasəndə inkişaf etmiş ölkələrdən asılı olduğunu irəli sürür.
Vurğun Əyyub
Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019). == Həyatı == Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N. Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1987-ci ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub.
Əyyub Abbasov
Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası – 18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954). == Həyatı == İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abbasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. Uşaq yaşlarından yetim qalmış, 1920 ildən Naxçıvanda, qohumlarının yanında yaşamışdır. Burada orta təhsil almış, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləmişdir. Əyyub Abbasov 1957-ci ilin dekabrında vəfat etmişdir. == Fəaliyyəti == 1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932–33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933–34-cü illərdə Kommunist qəzeti redaksiyasında çalışmışdır. Ə. Abbasov 1934–37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937–39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939–41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943–47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947–48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949–57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir. == Yaradıcılığı == İlk şerləri Şərq qapısı qəzetində çıxmış (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunmuşdur.
Əyyub Abdullayev
Əyyub Bəşirov
Əyyub Fətəliyev
Əyyub Cəfər oğlu Fətəliyev (7 noyabr 1925, İrəvan – 21 aprel 2000, Bakı) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). == Həyatı == Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ilin 7 noyabr tarixində İrəvan şəhərində anadan olub. Rəssamlığa gənc yaşlarından etibarən maraq göstərməyə başlayıb. İlk təhsilini 1944-cü ildə bitirdiyi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. Bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskva şəhərinə getmiş və burada Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul edilmişdir. 1952-ci ildə Fətəliyev Azərbaycanın tanınmış bəstəkarı Soltan Hacıbəyovun Gülşən baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək, İnstitutun Teatr rəssamlığı fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Əsəri müsabiqədə müvəffəqiyyət qazanan Əyyub Fətəliyev 1952-1955-ci illərdə Moskvada yerləşən SSRİ məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəlcə təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti olaraq çalışmışdır. Rəssam Böyük teatrda rejissorlar Pokrovski, Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə önəmli yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin incə mətləblərini mənimsəyib. Əyyub Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi Cüzeppe Verdinin Traviata, Nikolay Rimski-Korsakov Qar qız, Dmitri Kabalevskinin Nikita Verşinin, Anton Rubinşteynin Demon tamaşalarının bədii tərtibatının hazırlanmasında iştirak edib. 1955-ci ildə rəssam Bakıya qayıdaraq, ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.
Əyyub Haqverdiyev
Əyyub Haqverdiyev Məmmədəli oğlu (15 mart 1911, Naxçıvan – 12 iyun 1996, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti (1964). == Həyatı == Əyyub Məmmədəli oğlu Haqverdiyev 15 mart 1911-ci ildə Naxçıvanda anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. 1930–1996 illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir. Komik rollar ifaçısı kimi tanınmış, lakin dramatik və faciəvi obrazlar da yaradıb. 1948–50-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub. == Fəaliyyəti == Əyyub Haqverdiyev Məşədi İbad, Vəli ("O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyov), Dursun ("Durna", S. Rüstəm), Mirzə Səməndər, Aqşin ("Almaz", "Od gəlini", C. Cabbarlı), Surxay ("Toy", Sabit Rəhman) və s. rolları oynamışdır. Onun Ü. Hacıbəyovun "O olmasın bu olsun" komediyasında oynadığı Məşədi İbad rolu təkcə tamaşaçılar deyil, o cümlədən Xalq artisti, gülüş ustası Lütfəli Abdullayev tərəfindən də yüksək qiymətləndirlib. Lütfəli Abdullayev Naxçıvan teatrında Məşədi İbadı obrazını oynayandan sonra xatirə və ehtiram olaraq öz parik və saqqalını ona hədiyyə edib.
Əyyub Hüseynov
Əyyub Müseyib oğlu Hüseynov (2 sentyabr 1916, Xok, Şərur rayonu – 17 aprel 1998, Bakı) — azərbaycanlı rəssam, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1980), Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Əyyub Hüseynov 2 sentyabr 1916-cı ildə Xok kəndində anadan olmuşdur. İlk ixtisas təhsilini 1930–1935-ci illərdə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda almışdır. 1935–1941-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında təhsil almışdır. Ali təhsilini bitirdikdən sonra o, Naxçıvana qayıdaraq bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləmişdir. Ə. Hüseynov 1948-ci ildə Naxçıvandan Bakıya köçür. Burada bir vaxtlar təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olur. Belə ki, 1948-ci ildən ömrünün sonunadək burada dərs deyən Əyyub Hüseynov 1956–1965-ci illərdə məktəbin direktoru vəzifəsində çalışmışdır. 1949-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuş, uzun müddət ittifaqın partiya komitəsinin sədri seçilmşdir. Üç çağırışda rayon deputatı olmuşdur.
Əyyub Kərimov
Əyyub Zakir oğlu Kərimov (1958, İlisu, Qax rayonu – 2 mart 2018, Bakı) — azərbaycanlı yazıçı, jurnalist, hüquqşünas. == Həyatı == Kərimov Əyyub Zakir oğlu 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. O, 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil almış, 1992-ci ildən etibarən "Femida" qəzetinin təsisçisi və baş redaktoru olmmuşdur. Əyyub Kərimov uzun illər peşəkar hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuşdur. O, daha çox mülki işlərdə vəkil kimi iştirak edib. Əyyub Kərimov Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət Mətbuat Şurasında hüquq şöbəsinin müdiri vəzifəsini icra edib. Əyub Kərimov 2 mart 2018-ci il tarixində öz mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Əyyub Məmmədov
Əyyub Məmmədov (aktyor) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1974). Əyyub Məmmədov (rəssam) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).
Əyyub Osmanov
Əyyub Paşa
Əyyub Paşa (ö. 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra sarayda müxtəlif vəzifələrdə xidmət etdi. Ardından Sultan Muradın dayəsiylə nigahlanaraq divan nişançısı təyin olundu. 1631-ci ildə vəzir rütbəsi alaraq Sultan Muradın ölümünədək divanda xidmət göstərdi. Ancaq Sultan Muradın vəfatından sonra gözdən düşdü. 22 aprel 1644-cü ildə Misir bəylərbəyi təyin olundu və 5 aprel 1646-cı ilədək bu vəzifədə qaldı. Ancaq daha sonra bütün mal-mülkündən imtina edərək dərviş həyatı yaşamağa başladı. Çox keçmədən 1647-ci ildə İstanbulda vəfat etdi.
Əyyub Pirverdiyev
Əyyub Mahmud oğlu Pirverdiyev (1895, Sabunçu, Bakı qəzası – 1937) — Azərbaycan bolşevik inqilabçısı, Naxçıvan MSSR xalq daxili işlər komissarı. == Həyatı == Əyyub Mahmud oğlu Pirverdiyev 1895-ci ildə Rusiya imperiyasında, indiki Azərbaycanın Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1912-ci ildən bolşevik hərəkatına qoşulmuşdur. Pirverdiyev Balaxanı–Sabunçu rayonunda 1914-cü il fəhlə tətillərinin təşkilində iştirak etmişdir. O, 1917-ci ilin martından Sov.İKP üzvü olmuşdur. Pirverdiyev 1917-ci ildə Balaxanıda "Hümmət" təşkilat komitəsinin üzvü, Sabunçuda zavod komitəsinin və fəhlə deputatları sovetinin sədri seçilmişdir. O, 1918-ci il Bakı döyüşü nəticəsində Bakı Kommunasının suqutundan sonra həbs olunmuş, Gəncəyə aparılmışdır. Pirverdiyev 1919-cu ildə azad edilmiş, Bakıya qayıtmış, Sabunçuda "Hummət"ə təşkilatının sədri seçilmiş və fəhlələrin may ümumi tətilində iştirak etmişdir. O, Abşeronda, Xaçmazda gizli iş aparmış, Müşkür (Xudat) dairəsində partiya təbliğatçısı olmuşdur. Pirverdiyev 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Müşkür dairə inqilab komitəsinin, Azərbaycan SSR XKS-nin Naxçıvan MSSR-də müvəkkili, Naxçıvan MSSR-in xalq daxili işlər komissarı və s.
Əyyub Qiyas
Əyyub Qiyas (Qi Or El) (Tam adı: Əyyub Qiyas oğlu Abasov; 14 dekabr 1968, Lənkəran, Azərbaycan SSR) — nasir, tərcüməçi, dramaturq, şair, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü. == Həyatı == Əyyub Qiyas 1968-ci il 14 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. 1986–1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib. 1992–1994-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır. == Fəaliyyəti == 1988–1990-cı illərdə Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1990–1991-cı illərdə "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru, 1991–1992-ci illərdə "168 saat" qəzetinin baş redaktorunun müavini, 1992–1993-cü illərdə "Xəzər" jurnalının redaktoru olub. 1993–1997-ci illərdə Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb. 1997–2012-ci illərdə Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub.
Əyyub Quliyev
Əyyub Quliyev (astronom) — Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA müxbir üzvü. Əyyub Quliyev (dirijor) — Azərbaycan musiqiçisi, dirijor.
Rəcəb Teyyub Ərdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d], İstanbul ili və ya Bəyoğlu, İstanbul ili) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). == Həyatı == Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. == Siyasi fəaliyyəti == Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Baba Teyyu
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur. Decimadakı holland postunun rəhbəri Hendrik Doeffdən fransız dilini öyrənmiş və vaksinasiya haqqında məlumatlar əldə etmişdir. 1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir.
Teymur
Teymur — kişi adı. Teymur — görkəmli sərkərdə. Cahan Teymur — Elxanilər sülaləsindən, elxanlığa iddiaçı. Teymur Bəkirzadə — rejissor, ssenarist Teymur bəy Aşurbəyov — XX əsrin əvvəllərində yaşamış Bakı milyonçusu. Teymur Paşa xan — Maku xanlığının 5-ci xanı idi. Teymur İlyaslı Teymur Quliyev — Azərbaycan SSR-nin dövlət xadimi Teymur Bünyadov Teymur Bünyadov (akademik) — tarix elmləri doktoru, prof., AMEA-nın həqiqi üzvü. Teymur Bünyadov (general-mayor) — general-mayor (1966) Teymur Məmmədov Teymur Məmmədov (aktyor) — Aktyor. Film bələdçisi. Teymur Məmmədov (boksçu) — Azərbaycanlı boksçu, həvəskar boks üzrə dünya, avropa çempionatlarının mükafatçısı. Filmlər Topal Teymur (film, 1983) — Digər Teymur Müskanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.