ƏYYAR
ƏYYUBƏ
OBASTAN VİKİ
Məhəmməd Əyyub
Məhəmməd Əyyub (d. 1942) — Miçiqan Dövlət Universitetinin James Madison kollecinin beynəlxalq münasibətlər departamentinin fəxri professorudur. O, həmçinin Miçiqan Dövlət Universitetində Müsəlman Tədqiqatları Programının koordinatorudur. O, beynəlxalq münasibətlər nəzəriyyəsində "Subaltern realism" nəzeriyyəsi ilə tanınir. == "Subaltern" realism == Əyyub öz nəzəriyyəsi olan "Subaltern realism"i ilk dəfə 1980-ci illərdə təklif etmiş və 1990-cı illərdə daha da inkişaf etdirmişdir. Bu nəzəriyyə Kenneth Waltz və başqalarınin neorealism idealarını sərt sekildə tənqid etməklə yanaşı, dövlətin daxilində olan amillərin önəmliyinidə vurğulamışdır. Bu nəzəriyyənin əsas meqsədi üçüncü dünya ölkələrinin hərəkətlərinin başlıca səbəblərini, üçüncü dünya ölkələrinin liderlərinin əsas narahatçılıqlarını, və həmin ölkələrdə münaqişələrin başlıca səbəblərini öyrənmək üçün analitik bir vasitə olmaqdır. Bu nəzəriyyə üçüncü dünya ölkələrində vəziyyətlərin sənayələşmiş və ya inkişaf etmiş ölkələrdən tamamilə ferqli olduğunu vurğulayır, və əsas beynəlxalq münasibətlər nezəriyyələrinin üçüncü dünya ölkələrini nəzərə almadıqları üçün tənqid edir. O təhlükəsizlik anlayışı üçün alternativ bir konsept irəli sürür və beynəlxalq münasiblərdə nəzəriyyələşdirmədə bərabərsizliyin olduğunu vurğulayır. === Prinsiplər === Subaltern realism nəzəriyyəsi üçüncü dünya ölkələrinin, adətən, zəif və tez-tez iqtisadi və hərbi cəhətdən xarici havadarlardan, əsasəndə inkişaf etmiş ölkələrdən asılı olduğunu irəli sürür.
Vurğun Əyyub
Vurğun Əliş oğlu Əyyub (25 oktyabr 1957, Aşağı Quşçu, Tovuz rayonu – 24 sentyabr 2019, Bakı) — filologiya üzrə fəlsəfə doktoru, Müsavat başqanının I müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri (1992–1993), Xəzər Universiteti Dillər və ədəbiyyatlar kafedrasının müdiri(2009–2010; 2012–2019), Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini (2015–2019). == Həyatı == Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1977–1984-cü illərdə Sabirabad və Tovuz rayonlarında, 1985–1993-cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. 1988-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı — "Çənlibel" elmi-ədəbi birliyinin yaradıcılarından biri və sədri, Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın baş katibi olub.
Əyyub Qiyas
Əyyub Qiyas (Qi Or El) (Tam adı: Əyyub Qiyas oğlu Abasov; 14 dekabr 1968, Lənkəran, Azərbaycan SSR) — nasir, tərcüməçi, dramaturq, şair, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü. == Həyatı == Əyyub Qiyas 1968-ci il 14 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. 1986–1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib. 1991–1993-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır. == Fəaliyyəti == 1988–1990-cı illərdə Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1990–1991-cı illərdə "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru, 1991–1992-ci illərdə "168 saat" qəzetinin baş redaktorunun müavini, 1992–1993-cü illərdə "Xəzər" jurnalının redaktoru olub. 1993–1997-ci illərdə Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb. 1997–2012-ci illərdə Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub.
Əyyub Quliyev
Əyyub Quliyev (astronom) — Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA müxbir üzvü. Əyyub Quliyev (dirijor) — Azərbaycan musiqiçisi, dirijor.
Məhəmməd Əyyub Xan
Məhəmməd Əyyub Xan (urdu محمد ایوب خان) (14 may 1907[…] – 19 aprel 1974[…], Ravalpindi, Pəncab) — Pakistan dövlət xadimi, 1960–1969-cu illərdə Pakistan Prezidenti, 1963–1969-cu illərdə Müsəlman Liqasının lideri. O, 1951–1954-cü və 1956–1958-ci illərdə Pakistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuşdur. Əyyub Xan 1958-ci ildə dövlət çevrilişindən sonra hərbi rejimin başçısı olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Khan, Muhammad Ayub. Diaries of Field Marshal Mohammad Ayub Khan. Oxford University, Karachi. 1966. 599. ISBN 9780195474428. Khan, Muhammad Ayub.
Əyyub
Əyyub peyğəmbər (təq. e.ə. 2180 – təq. e.ə. 1945) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub.
Əyyub Abbasov
Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası – 18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954). == Həyatı == İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. Uşaq yaşlarından yetim qalmış, 1920 ildən Naxçıvanda, qohumlarının yanında yaşamışdır. Burada orta təhsil almış, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləmişdir. Əyyub Abbasov 1957-ci ilin dekabrında vəfat etmişdir. == Fəaliyyəti == 1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932–33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933–34-cü illərdə Kommunist qəzeti redaksiyasında çalışmışdır. Ə. Abbasov 1934–37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937–39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939–41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943–47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947–48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949–57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir. == Yaradıcılığı == İlk şerləri Şərq qapısı qəzetində çıxmış (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunmuşdur.
Əyyub Abdullayev
Əyyub Abdullayev (tam adı: Əyyub Mahmud oğlu Abdullayev; 17 iyun 1967, Şidli, Vedi rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Əyyub Abdullayev 1967-ci il avqustun 17-də Ermənistan SSR-in Vedi rayonunun Şidli kəndində anadan olmuşdur.1987-ci ildə əsgərlikdən qayıtmışdır. 1988-ci ilin noyabrında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Bakı soyuducular zavodunda fəhlə işləmişdir.Subay idi. == Qanlı Yanvar faciəsi == Gecə saat 12.30-da evdən çıxmışdır. Üzərində qara palto, cibində vəsiqəsi və 27 manat 60 qəpik pul olmuşdur. Həmin gecə "Naxçıvan" mehmanxanasının yanında həlak olmuşdur. Yanvarın 22-də naməlum şəxs kimi Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qohumları onun itkin düşdüyünü və ya tutularaq saxlanılan insanların arasında olduğuna inanmışdılar. Martın 11-də naməlum şəhidlərin şəkillərini televiziya ilə göstərərkən qohumları Əyyubun artıq dəfn edildiyindən xəbər tutmuşdur.
Əyyub Bəşirov
Əyyub Ramiz oğlu Bəşirov (24 noyabr 1998; Yevlax rayonu, Azərbaycan - 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Əyyub Bəşirov 1998-ci il noyabrın 24-də Yevlax rayonunun Ərəş kəndində anadan olub. == Hərbi xidməti == Əyyub Bəşirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əyyub Bəşirov oktyabr 16-da Suqovuşan ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Bəşirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əyyub Fətəliyev
Əyyub Cəfər oğlu Fətəliyev (7 noyabr 1925, İrəvan – 21 aprel 2000, Bakı) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). == Həyatı == Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ilin 7 noyabr tarixində İrəvan şəhərində anadan olub. Rəssamlığa gənc yaşlarından etibarən maraq göstərməyə başlayıb. İlk təhsilini 1944-cü ildə bitirdiyi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. Bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskva şəhərinə getmiş və burada Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul edilmişdir. 1952-ci ildə Fətəliyev Azərbaycanın tanınmış bəstəkarı Soltan Hacıbəyovun Gülşən baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək, İnstitutun Teatr rəssamlığı fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Əsəri müsabiqədə müvəffəqiyyət qazanan Əyyub Fətəliyev 1952-1955-ci illərdə Moskvada yerləşən SSRİ məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəlcə təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti olaraq çalışmışdır. Rəssam Böyük teatrda rejissorlar Pokrovski, Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə önəmli yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin incə mətləblərini mənimsəyib. Əyyub Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi Cüzeppe Verdinin Traviata, Nikolay Rimski-Korsakov Qar qız, Dmitri Kabalevskinin Nikita Verşinin, Anton Rubinşteynin Demon tamaşalarının bədii tərtibatının hazırlanmasında iştirak edib.1955-ci ildə rəssam Bakıya qayıdaraq, ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. O, teatrda əvvəlcə quruluşçu rəssam, 1957-ci ildən isə teatrın baş rəssamı kimi bir çox məşhur opera tamaşalarına bədii tərtibat vermişdir.
Əyyub Haqverdiyev
Əyyub Haqverdiyev Məmmədəli oğlu (15 mart 1911, Naxçıvan – 12 iyun 1996, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti (1964). == Həyatı == Əyyub Məmmədəli oğlu Haqverdiyev 15 mart 1911-ci ildə Naxçıvanda anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. 1930-1996 illərdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir. Komik rollar ifaçısı kimi tanınmış, lakin dramatik və faciəvi obrazlar da yaradıb. 1948-50- ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub. == Fəaliyyəti == Əyyub Haqverdiyev Məşədi İbad, Vəli ("O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyov), Dursun ("Durna", S.Rüstəm), Mirzə Səməndər, Aqşin ("Almaz", "Od gəlini", C.Cabbarlı), Surxay ("Toy", Sabit Rəhman) və s. rolları oynamışdır.Onun Ü. Hacıbəyovun "O olmasın bu olsun" komediyasında oynadığı Məşədi İbad rolu təkcə tamaşaçılar deyil, o cümlədən Xalq artisti, gülüş ustası Lütfəli Abdullayev tərəfindən də yüksək qiymətləndirlib. Lütfəli Abdullayev Naxçıvan teatrında Məşədi İbadı obrazını oynayandan sonra xatirə və ehtiram olaraq öz parik və saqqalını ona hədiyyə edib. Hazırda bu yadigar aksesuarlar Əyyub Haqverdiyevin oğlu, Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdədir.
Əyyub Hüseynov
Əyyub Müseyib oğlu Hüseynov (2 sentyabr 1916, Xok, Şərur rayonu – 17 aprel 1998, Bakı) — azərbaycanlı rəssam, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1980), Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Əyyub Hüseynov 2 sentyabr 1916-cı ildə Xok kəndində anadan olmuşdur. İlk ixtisas təhsilini 1930–1935-ci illərdə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda almışdır. 1935–1941-ci illərdə Tiflis Rəssamlıq Akademiyasında təhsil almışdır.Ali təhsilini bitirdikdən sonra o, Naxçıvana qayıdaraq bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləmişdir.Ə. Hüseynov 1948-ci ildə Naxçıvandan Bakıya köçür. Burada bir vaxtlar təhsil aldığı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olur. Belə ki, 1948-ci ildən ömrünün sonunadək burada dərs deyən Əyyub Hüseynov 1956–1965-ci illərdə məktəbin direktoru vəzifəsində çalışmışdır.1949-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuş, uzun müddət ittifaqın partiya komitəsinin sədri seçilmşdir. Üç çağırışda rayon deputatı olmuşdur. Uzun illər Azərbaycan Rəssamlıq Fondunun nəzdində bədii şuranın üzvü və sədri seçilmişdir. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının fondunda, şəxsi kolleksiyalar və özünün emalatxanasında saxlanılır. Əyyub Hüseynov 17 aprel 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əyyub Kərimov
Əyyub Zakir oğlu Kərimov (1958, İlisu, Qax rayonu – 2 mart 2018, Bakı) — azərbaycanlı yazıçı, jurnalist, hüquqşünas. == Həyatı == Kərimov Əyyub Zakir oğlu 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. O, 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil almış, 1992-ci ildən etibarən "Femida" qəzetinin təsisçisi və baş redaktoru olmmuşdur.Əyyub Kərimov uzun illər peşəkar hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuşdur. O, daha çox mülki işlərdə vəkil kimi iştirak edib. Əyyub Kərimov Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət Mətbuat Şurasında hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.Əyub Kərimov 2 mart 2018-ci il tarixində öz mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Əyyub Məmmədov
Əyyub Məmmədov (aktyor) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1974). Əyyub Məmmədov (rəssam) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).
Əyyub Osmanov
Osmanov Əyyub Azər oğlu (15 oktyabr 1995, Şıxlı (Ağdaş), Ağdaş rayonu – 3 noyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Osmanov Əyyub Azər oğlu 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanmışdır. 2018-ci il iyul ayında ordudan tərxis olmuşdur. Ordudan tərxis olduqdan sonra Ağdaş rayonunda Azər İşıq Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb. == Döyüş yolu == 2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. Döyüşlər zamanı şəhid olub. == Təltifləri == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əyyub Osmanov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Əyyub Paşa
Əyyub Paşa (ö. 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra sarayda müxtəlif vəzifələrdə xidmət etdi. Ardından Sultan Muradın dayəsiylə nigahlanaraq divan nişançısı təyin olundu. 1631-ci ildə vəzir rütbəsi alaraq Sultan Muradın ölümünədək divanda xidmət göstərdi. Ancaq Sultan Muradın vəfatından sonra gözdən düşdü. 22 aprel 1644-cü ildə Misir bəylərbəyi təyin olundu və 5 aprel 1646-cı ilədək bu vəzifədə qaldı. Ancaq daha sonra bütün mal-mülkündən imtina edərək dərviş həyatı yaşamağa başladı. Çox keçmədən 1647-ci ildə İstanbulda vəfat etdi.
Əyyub Pirverdiyev
Əyyub Mahmud oğlu Pirverdiyev (1895, Sabunçu, Bakı qəzası – 1937) — Azərbaycan bolşevik inqilabçısı, Naxçıvan MSSR xalq daxili işlər komissarı. == Həyatı == Əyyub Mahmud oğlu Pirverdiyev 1895-ci ildə Rusiya imperiyasında, indiki Azərbaycanın Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1912-ci ildən bolşevik hərəkatına qoşulmuşdur. Pirverdiyev Balaxanı–Sabunçu rayonunda 1914-cü il fəhlə tətillərinin təşkilində iştirak etmişdir. O, 1917-ci ilin martından Sov.İKP üzvü olmuşdur. Pirverdiyev 1917-ci ildə Balaxanıda "Hümmət" təşkilat komitəsinin üzvü, Sabunçuda zavod komitəsinin və fəhlə deputatları sovetinin sədri seçilmişdir. O, 1918-ci il Bakı döyüşü nəticəsində Bakı Kommunasının suqutundan sonra həbs olunmuş, Gəncəyə aparılmışdır. Pirverdiyev 1919-cu ildə azad edilmiş, Bakıya qayıtmış, Sabunçuda "Hummət"ə təşkilatının sədri seçilmiş və fəhlələrin may ümumi tətilində iştirak etmişdir. O, Abşeronda, Xaçmazda gizli iş aparmış, Müşkür (Xudat) dairəsində partiya təbliğatçısı olmuşdur. Pirverdiyev 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Müşkür dairə inqilab komitəsinin, Azərbaycan SSR XKS-nin Naxçıvan MSSR-də müvəkkili, Naxçıvan MSSR-in xalq daxili işlər komissarı və s.
Əyyub Süleymanov
Əyyub Rasim oğlu Süleymanov (9 aprel 2001; İmişli rayonu, Azərbaycan — 1 noyabr 2020; Güləbird, Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi olmuşdur. == Həyatı == Əyyub Süleymanov 9 aprel 2001-ci ildə İmişli rayonunda Rasim Süleymanovun ailəsində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindəndir. Əyyub ailəsi ilə birgə Biləsuvar rayonuna köçmüş və orada yaşamışdır. 2007-2015-ci illərdə İsgəndər Tahirov adına Biləsuvar rayon Mehdili kənd tam orta məktəbində təhsil almışdır. 2015-2018-ci illərdə Cəbrayıl rayon 131 nömrəli Texniki Peşə Məktəbində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisası üzrə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əyyub Süleymanov 2019-cu ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl şəhəri üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əyyub Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Əyyub Xanbudaqov
Xanbudaqov Eyyub Şirin oğlu (1893, Yelizavetpol – 13 oktyabr 1937, Bakı) — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi. == Həyatı == Eyyub Xanbudaqov 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə qurultayda onu Kronştatda başlamış "əks-inqilabi" qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur.
Əyyub Yaqubov
Eyyub (Əyyub) Zəkəriyyə oğlu Yaqubov (26 aprel 1965, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2018). == Həyatı == Eyyub Yaqubov 26 aprel 1965-ci ildə Bakının Bayıl qəsəbəsində anadan olmuşdur. İlk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3 saylı musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur. Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi. Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar oxuyurdu.
Əyyub peyğəmbər
Əyyub peyğəmbər (təq. e.ə. 2180 – təq. e.ə. 1945) — Bibliyada Əyyubun kitabının baş qəhrəmanı. Quranda bir neçə surədə peyğəmbər kimi qeyd olunub.
Əyyub qəbiristanlığı
Əyyub qəbiristanlığı (Əyyub Sultan qəbiristanlığı olaraq da tanınır) — İstanbulun Əyyub ilçəsində, Haliç sahilində olan məzarlıq. Əyyub səmti kimi Əyyub qəbiristanlığı da adını, Əməvilərin VII əsrdə Konstantinopola (İstanbul) təşkil etdiyi müvəffəqiyyətsiz səfərində (674–678) İstanbul divarları qarşısında şəhid olan Əbu Əyyub əl-Ənsaridən alır. Əbu Əyyub əl-Ənsarinin türbəsinin burada mövcudluğu və xalqın ona yaxın basdırılma istəyi Əyyub qəbiristanlığının meydana gəlməsinə səbəb olmuşdur.İstanbuldakı ən böyük İslam qəbiristanlıqlarında biri olan Əyyub qəbiristanlığında padşahlar, sərəzəmlər, şeyhülislamlar, vəzirlər, sərkərdələr, xanım sultanlar, saray mənsubları, din, təsəvvüf, elm, fikir, sənət adamları, şairlər və xalqdan olan kəslər basdırılmışdır. Əyyub qəbiristanlığı Haliç sahillərindən, Qaryağdı çölündə, təpədəki sırtlara və oradan da Ədirnəqapı divarına çatmışdır. Ədirnəqapı ilə Alibəyköyə çatan yolların ətrafındakı məzar daşları da Əyyub qəbiristanlığının davamıdır. Haliç ətrafı ilə arxasında aparılan yol işləri və digər tikinti işləri buradakı məzarlara böyük zərər vermişdir.İstanbulun fəthindən dərhal sonra Əyyub qəbiristanlığında ölülərin basdırılması ilə məzar daşlarında cəmiyyətin düşüncə quruluşu ortaya çıxmışdır. Anadolu məzar daşlarındakı müxtəliflik, burada da diqqəti cəlb edir. Başlıbaşına bir sənət əsəri xüsusiyyətindəki bu daşlar ölünün şəxsiyyəti mövzusunda da məlumat verir. XVIII əsrin sonlarında yeni mərmər ocaqlarının ixtirasıyla Əyyub qəbiristanlığında mərmərdən daha çox yararlanmağa başlanılmışdır. Osmanlı türbə arxitekturasına məxsus plan tipləri, üslub və bəzəmə burada tətbiq olunmuşdur.
Əyyub Əsgərov
Əyyub Əsgərov - BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri == Həyatı == Əyyub İsmayıl oğlu Əsgərov 23 fevral 1913-cü ildə anadan olmuşdur. Əyyub Əsgərov 1927-ci ildə oxumaq üçün hərbi məktəbə göndərilmişdir. O, Bakı Piyada Məktəbində təhsilini başa vurduqdan sonra müxtəlif hərbi və siyasi vəzifələrdə çalışmışdır. Əyyub Əsgərov 1931-ci ildən 1938-ci ilədək, eyni zamanda hərbi intizam müəllimi işləmişdir. O, 1933-cü ildə Bakıda Kommunist Universitetini bitirmişdir. Əyyub Əsgərov 1934-cü ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1939-cu ildə oranı bitirmişdir. Ə.İ.Əsgərov 1941-ci ildən 1943-cü ilədək Azərbaycan SSR KP Şamxor (indiki Şəmkir) rayonunun birinci katibi vəzifəsində çalışmışdır. Əyyub Əsgərov 1947-ci ildən başlayaraq BDU-nun Dövlət hüququ kafedrasında müəllim işləmişdir. Ə.İ.Əsgərov 1951-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildən professordur.
Əyyub Əyyubov
Əyyub Avdın oğlu Əyyubov (20 mart 1956, İlxıçılar, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. == Həyatı == Əyyub Əyyubov 1956-cı ildə, Ağdam rayonunun İlxıcı kəndində anadan olub. Əmək fəaliyyətinə doğma İlxıcı kəndində, H. Hacıyev adına sovxozda fəhləlikdən başlayıb. Ukraynada Yol Avtomobil Institutunda "Nəqliyyatın İqtisadiyyatı və İdarəedilməsi " ixtisası üzrə ali təhsil alıb. Aspirantura və Doktoranturanı Ukraynada bitirib. İqtisad elmlər doktoru elmi dərəcəsi və professor elmi adı alıb. Ukraynada Ümumittifaq İdarəetmə İnstitutunda müəllim, Beynəlxalq İdarəetmə Biznes və Hüquq İnstitutunda prorektor vəzifəsində işləyib. 1993-cü ildən 2001-ci ilədək San-Marino Beynəlxalq Elmlər Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialının rektoru vəzifəsində çalışıb. Mingəçevir şəhər Ziyalılar Cəmiyyətinin sədri, Azərbaycan Müəllimləri Assambleyasının prezidentidir . Respublika "Bilik"cəmiyyətinin təsis etdiyi Y. Məmmədəliyev adına mükafata layiq görülüb.
Əyyub Əzizov
Əzizov Əyyub Teymur oğlu (12 avqust 1934, Şöllü Mehmandar) — kimya elmləri namizədi, professor, kafedra müdiri, Respublikanın əməkdar müəllimi. == Həyatı == Əyyub Əzizov 12 avqust 1934-cü ildə Ermənistanın Zəngibasar rayonu Mehmandar kəndində anadan olub. 1948-ci ildən Azərbaycanın Ağcabədi rayonuna departasiya olunub. 1953-1957-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində Təbiət və Kimya fakultəsində tələbə olmuşdur.1957-1961-ci illərdə Ağcabədi rayonu Xəlfərəddin orta məktəbində müəllim işləmişdir.1961-1964-ci illərdə BDU-da aspirant olmuşdur.1961-1969-illərdə AMEA Qeyri-üzvi və Fiziki kimya institutunda baş elmi işçi işləmişdir. 1969-cu ildə BDU-da Qeyri-üzvi kimya kafedrasında müəllim. 1971-1987,BDU Qeyri-üzvi kimya kafedrası, dosent. 1987-ci ildən BDU "Kimyanın tədrisi metodikası" kafedrasına k.e.n., prof. Ə.T.Əzizov rəhbərlik edir. == Tədqiqat sahəsi == Kimyanın tədrisi metodikasının aktual problemləri == Seçilmiş əsərləri == Əzizov Ə.T., Haqverdiyev K.N. Kimyaçı bakalavr ixtisası üzröə dövlət universitetləri üçün fənn proqramları, 2003. Ə.T.Əzizov, R.Ə. Azadəliyev, Ə.V.Məhərrəmov, T.N. Abdullayeva, Kimya tədrisinin müasir problemləri, “Renessans” elmi-istehsalat mərkəzi.
Bəylər Əyyubov
Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) —Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini (2003–2020), general-polkovnik. "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Bəylər Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olmuşdur. == Karyerası == Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir.16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. == Mükafatları == 26.12.1998 — "Azərbaycan Bayrağı" ordeni. 21.08.2010 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.
Ceyhun Əyyubov
Ceyhun Savalan oğlu Əyyubov (16 avqust 1992, Yevlax rayonu – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Əyyubov 1992-ci il avqustun 16-da Yevlax şəhərində anadan olub. Yevlax şəhərində Q. Məmmədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) motoatıcı ixtisası üzrə ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ceyhun Əyyubov 2015-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2018-2020-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib, 2020-ci ildə isə yenidən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam edib. Həmlə bölüyünün Komandiri idi. Azərbaycan Ordusunun baş leytenantı olan Ceyhun Əyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Əyyubov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub, nəşi isə neytral ərazidə qalıb.
El adamı. Əyyub İsgəndərov (film, 2009)
== Məzmunu == Taleyinə el yükünü çəkmək qisməti düşən hər kəsin həyatı uşaqlıqdan qəribəliklərlə dolu olur. O, El üçün yaşadı. Xeyirxahlıq, səxavət və cəsarət simvoluna çevrildi. Əməlləri ona əbədilik, müdriklik və ağsaqqallıq bəxş etdi. O, görkəmli alim kimi keçmiş SSRİ-nin böyük elm xadimlərinin yaddaşında iz buraxdı, vətənini ləyaqətlə təmsil etdi. Haqsızlığa, ədalətsizliyə qarşı sərt, azadfikirliliyə görə uca, sadə xalqla sakit və şəffaf münasibəti onu El adamına çevirdi. Kənd təsərrüfatı elmləri doktoru, professor Əyyub İskəndərov haqqında çəkilmiş "El adamı. Əyyub İskəndərov" adlı sənədli televiziya filmi bu ali şəxsiyyətin hamıya nümunə ola biləcək fəaliyyətindən bəhs edir. == Film haqqında == Film Lənkəran, Lerik, Neftçala rayonlarında və Bakı, Gəncə, Moskva şəhərlərində lentə alınıb. Professor Əyyub İskəndərovun əhatəli fəaliyyəti onu həm elm sahəsində, həm də cəmiyyətdə nüfuzlu şəxsiyyətə çevirib.
Mircəfər Əyyubov
Mircəfər Əyubov — Təzə Pir məscidinin axundu (2015—h.h.).
Mələkxanım Əyyubova
Mələkxanım Eyubova (5 noyabr 1962, Şamaxı) — xanəndə, muğam ifaçısı, Azərbaycanın xalq artisti. == Həyatı == Mələkxanım Eyubova 5 noyabr 1962-ci ildə Şamaxıda anadan olmuşdur. 1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı ota məktəbdə təhsil almışdır. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişdir. Ə. Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşdur. 1979-cu ildən 1984-cü ilə kimi M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil almışdır. 1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışmışdır. Dünyanın bir çox ölkələrində — ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış etmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşdur.
Məşədi Əyyub Baki
Sadıqov Məşədi Əyyub Hacı Sadıq oğlu (Məşədi Əyyub Baki) — Azərbaycan şairi. == Həyatı == Məşədi Əyyub Baki 1866-cı ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Bir müddət Şiraz şəhərində yaşamışdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firudin bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Qardaşı Məşədi Nəsir Lövhi də şair idi. Məşədi Əyyub Baki 1900-cü ildə vəfat edib.Məşədi Əyyub Balış xanım Mehdi bəy qızı Vəzirova ilə həyat qurmuşdu.
Nizami Əyyubov
Nizami Hacı oğlu Əyyubov — alim, coğrafiya elmləri namizədi, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda Əhali coğrafiyası şöbəsinin müdiri (1986-cı ildən). == Həyatı və elmi fəaliyyəti == Nizami Əyyubov 1950-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. İkinci Şıxlı Kənd orta məktəbini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya fakültəsini bitirmişdir.1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1977-1981-ci illərdə həmin institutun qiyabi aspiranturasında təhsil almış və 1983-cü ildə Tbilisi Dövlət Universitetində "Azərbaycanın Kiçik Qafqaz hissəsində əhalinin məskunlaşmasının təkmilləşdirilməsinin sosial-coğrafi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır.1986-cı ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda Əhali coğrafiyası şöbəsinin rəhbəridir. 80-dən çox elmi məqalənin, bir monoqrafiyanın, bir dərsliyin, bir coğrafi kitabın, coğrafiya proqramının müəllifi və bir sıra əsərlərin elmi redaktorudur. Nizami Əyyubovun rəhbərliyi ilə iki nəfər namizədlik dissertasiyasını müdafiə etmişdir. == İstinadlar == == Mənbə == Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı.
Nəcməddin Əyyubi
Necmeddin Eyyub (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) — "əl-Məlik əl-Əfdal Nəcməddin Əyyub ibn Şadi ibn Mərvan"; (d.? – ö. 9 avqust 1173). Əyyubi sülaləsinin əcdadı. == Həyatı == Atası Şadi, Bağdad şəhərinin hakimi olan Bəhruzun yaxın dostu idi. Bəhruz nüfuzundan yararlanaraq kullanarak Nəcməddin Əyyubinin Tikritin komandanlığına keçməsinə köməklik etdi. Beləliklə Böyük Səlcuq sultanı Məhəmməd Təpər Şadini ailəsi ilə birlikdə Tikrit ətrafına yerləşdirdi. I İmadəddin Zənginin ordusu 1131-ci ildə Qaraca əl-Saki tərəfindan məğlup edildi və Zəngi, Tikritə sığındı. Səlahaddinin atası Nəcməddin Əyyubi ve əmisi Əsədüdüddin Şirkuh (fars.
Qışlaq-i Əyyubgikəli (Pərsabad)
Qışlaq-i Əyyubgikəli (fars. قشلاق ايوب گيكلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 47 nəfər yaşayır (13 ailə).
Rəhim Hüseynov (Əyyub oğlu)
Rəhim Hüseynov (tam adı: Rəhim Əyyub oğlu Hüseynov; d. 9 sentyabr 1924, Şuşa, Azərbaycan SSR, SSRİ – ö. 21 avqust 2012) — tanınmış azərbaycanlı alim, astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü, əməkdar müəllim, professor. == Həyatı == Rəhim Əyyub oğlu Hüseynov 9 sentyabr 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Hələ uşaqlıq yaşlarından XX əsrin 30-cu illərinin - o amansız aclıq dövrünün yaratdığı problemlərlə üz-üzə qalan Rəhim Hüseynov həm orta, həm də ali təhsili almaq üçün, sözün həqiqi mənasında, böyük çətinliklərə sinə gərməli olub. Vaxtında məktəbə getmək imkanı olmadığı üçün balaca Rəhim ondan 3 yaş böyük qardaşının kitablarından istifadə etməklə təhsilini evdə aldı, "biliyini" isə evdə böyüklər yoxlayıblar. 1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə köçüb və xalq arasında böyük nüfuza malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli natamam orta məktəbin yüksək hazırlığına görə birbaşa IV sinfinə qəbul olub. 1937-ci ildə bu məktəbin VII sinfini əla qiymətlərlə bitirərək təhsilini Bakıda davam etdirib. 1940-cı ildə orta məktəbi əla qiymətlə bitirərək, həmin il imtahansız Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
Səlahəddin Əyyubi
Səlahəddin Əyyubi (1138, Tikrit – 4 mart 1193, Dəməşq) — Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı. == Həyatı == Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Ailəsinin kurd əsilli olduğu güman olunur. Əyyubilər sülaləsindən idi. == Ailəsi və mənşəyi == əl-Məlik əl-Mənsur Əsəd əd-Din Əbül-Haris Şirkuh ibn Şadi ibn Mərvan əl-Məlik əl-Əfdal Nəcm əd-Din Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) və Məsudə Xatun binti Tokuş un övladları:əl-Məlik əl-Müəzzəm Şəms əd-Dövlə Fəxr əd-Din Turanşah ibn Əyyub ibn Şadi ibn Mərvan əl-Məlik ən-Nasir Saləh əd-Dünya və-d-Din Əbül-Müzəffər Yusif ibn Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك الناصر أبو المظفر يوسف بن أيوب بن شاﺬي بن مروان‎)Arvadı: İsmət əd-Din Xatun (ərəb. عصمة الدين خاتون‎) === İlk illəri === Səlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi.
Zu-n-Nun Əyyub
Zu-n-Nun Əyyub (ərəb. ذو النون أيوب‎) (1908, Mosul – 1988, Avstriya) — İraq yazıçısı və publisisti. == Həyatı == Zu-n-Nun Əyyub 1908-ci ildə o vaxtlar Osmanlı imperiyasının bir hissəsi olan Mosulda, tacir ailəsində anadan olmuşdur. O, 1933-cü ildə nəşrə başlamışdır. Əyyub milli ədəbiyyatda realist hekayə janrının banilərindən biridir. O, "Dostum" (1937), "Babil qalası" (1939), "İbrahim həkim" (1940), "Əl, torpaq, su" (1948), "Unudulmuş adlar" (1959) romanlarının, eləcə də çoxlu ictimai-siyasi məqalələr, ədəbiyyat və incəsənətə aid əsərlərin müəllifidir. Əyyub 1939–1946-cı illərdə ərəb hekayələrinin inkişafında mühüm rol oynayan "əl-Məcəllə" jurnalını nəşr etdirmişdir. Onun əsərləri süjet sadəliyi, dəqiqliyi, dilin aforizmi ilə səciyyələnir, ərəb nəsrinə xas olan tərbiyəçilik meyli ilə birləşir. Əyyubun yaradıcı şəxsiyyəti Anton Çexovun, Maksim Qorkinin və Misir yazıçıları Mahmud Teymur və Taha Hüseynin təsiri altında formalaşmışdır. O, Nikolay Qoqolun, Fyodor Dostoyevskinin, İvan Turgenevin, Maksim Qorkinin əsərlərini ərəb dilinə tərcümə etmişdir.
İradə Əyyubova
Əyyubova İradə Hafiz qızı (13 iyul 1971, Bakı) — Tatarıstan Respublikasının mədəniyyət naziri. == Həyatı və təhsili == 13 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-riyaziyyatçı ixtisası üzrə bitirib. Daha sonra Tatarıstana köçərək orada Tatar Biznesə Təşviq İnstitutunda hüquqşünas təhsilini alıb. == Fəaliyyəti == 10.1994–06.1998 — "Nijnekamskşina" ASC — mühəndis proqramist 06.1998–07.2000 — "Nijnekamsk" Kommersiya Mərkəzi — baş mütəxəsis 07.2000–04.2004 — Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi — şöbə müdiri, komitə sədrinin müavini 04.2004–09.2005 — Kazan şəhər administrasiyasının kadrlar şöbəsinin müdiri 09.2005–08.2006 — Biznesə Dəstək Komitəsinin Kazan şəhər şöbəsi — sədr 08.2006–07.2008 — Tatarıstan Respublikası İqtisadiyyat Nazirliyi — şöbə müdiri 07.07.2008–22.05.2011 — Tatarıstan Respublikası Mədəniyyət nazirinin müavini 23.05.2011–21.11.2015 — Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini 22.11.2015–30.05.2016 — Tatarıstan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi 31.05.2016–03.05.2018 — Tatarıstan Respublikasının Dövlət Arxiv İşləri Komitəsinin sədri 03.05.2018 — hazırda — Tatarıstan Respublikasının mədəniyyət naziri == Ailəsi == Ailəlidir bir qızı var. == Mükafatları == 2014-cü ildən Tatarıstan Respublikasının əməkdar iqtisadçısıdır.
Şirzad Əyyubov
Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin 1-ci və 2-ci çağırış üzvü; Şamaxı rayonunun icra başçısı (1992–1993). == Həyatı == Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. Rus dilini bilir. 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib.1996-cı il fevralın 4-də baş tutan Parlament seçimlərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 98 saylı Şamaxı-Ağsu dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 2-ci çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.2000-ci ildə Müsavat Partiyası İdarə Heyətinin qərarına əsasən Şirzad Əyyubov, Müsavat Partiyasının mövqeyinə zidd olaraq deputat mandatını qəbul elədiyinə görə Müsavat Partiyasının sıralarından xaric edildi.
Şəmistan Əyyubov
Şəmistan Mahmud oğlu Əyyubov – Azərbaycan Kommunist Partiyasının fəalı, inqilabçı-bolşevik. Xalq arasında Sarı Şəmistan adı ilə məşhur olmuşdur. == Həyatı == Şəmistan Mahmud oğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlib. 1918-ci ilin oktyabr ayında 23 yaşlı Şəmistan Əyyubov bolşevik partiyasının üzvü olub. 1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı kimi tanınıb. İnqilabın məzlum xalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan Şəmistan Əyyubov könüllü olaraq Qızıl Ordu sıralarına qoşulub. Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak edib. 30-cu illərdə Qazax rayon Partiya Komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toxucular İttifaqının sədri kimi məsul vəzifələrdə çalışıb. Şəmistan Əyyubov 20-ci illərdə ölkədə hökm sürən dərəbəylik və cinayətkar quldur dəstələrə qarşı mübarizədə aktiv iştirak edib. Sarı Şəmistanın fəallığı və cinayət törədən şəxsləri kimliyindən asılı olmayaraq həbs elətdirməsi, partiya daxilində bir çoxlarını narahat edirdi.
Əbu Əyyub əl-Ənsari
Əbu Əyyub əl-Ənsari (bilinmir, Mədinə – 674 və ya 672, Konstantinopol, ərəb. أبو أيوب الأنصاري‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Əbu Əyyub əl-Ənsari 576-cı ildə Mədinədə (Yəsrib) anadan olmuşdur. O, Xəzrəc qəbiləsinin Bənu Nəcar qolundan idi. O, mühacirlərin ilk müsəlmanlarının Mədinəyə köçürülməsindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci andın iştirakçısı olmuşdur. Məhəmməd peyğəmbər Mədinəyə gəldikdən sonra bütün Mədinəli müsəlmanlar onu öz evlərində fəxri qonaq kimi qəbul etməyi şərəf bilirdilər. Məhəmməd qarşısındakı dəvəsinin yerə oturacağı evdə qalacağını bildirir. Bundan sonra dəvəni buraxır və heyvan bir qədər yol getdikdən sonra onu birinci mərtəbə ilə təmin edən Əbu Əyyub əl-Ənsarinin evinin yanında oturur. Peyğəmbər 7 ay Əbu Əyyubun evində qalır. Əbu Əyyub ilk müsəlmanların apardıqları Bədr, Uhud, Xəndək və digər döyüşlərdə iştirak etmişdir.
Əhməd ibn Əyyub
Əhməd ibn Əyyub əl Hafiz - XIII-XIV əsrlərdə görkəmli Azərbaycan memarı. Əhməd ibn Əyyub əl Hafiz Naxçıvanın memarlıq məktəbi üslubunda abidə və tikililər yaradaraq, Naxçıvanın memarlığının inkişafında mühüm rol oynamışdır. Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) memarı Əhməd ibn Əyyub əl Hafiz hesab edilir. == Ədəbiyyat == Манучаров Е. И., Салам-заде А. В., Султанов И. Г., "Архитектура мавзолеев г. Барды, в сборнике: Архитектура Азербайджана. Эпоха Низами" Bakı, 1947.
Əhməd ibn Əyyub əl Hafiz
Əhməd ibn Əyyub əl Hafiz - XIII-XIV əsrlərdə görkəmli Azərbaycan memarı. Əhməd ibn Əyyub əl Hafiz Naxçıvanın memarlıq məktəbi üslubunda abidə və tikililər yaradaraq, Naxçıvanın memarlığının inkişafında mühüm rol oynamışdır. Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) memarı Əhməd ibn Əyyub əl Hafiz hesab edilir. == Ədəbiyyat == Манучаров Е. И., Салам-заде А. В., Султанов И. Г., "Архитектура мавзолеев г. Барды, в сборнике: Архитектура Азербайджана. Эпоха Низами" Bakı, 1947.
Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani
Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani — Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindən biri. Bu görkəmli memarın adı hicri 722-ci ildə (miladi 1322-ci il) inşasını başa çatdırdığı Bərdə türbəsinin kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur. Memar portalın kitabəsində özünü “Bənna Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin əməlidir” fikri ilə tanıtmışdır. Üzərində qalan bəzi kitabə qalıqlarına və bir sıra oxşar cəhətlərinə görə müəyyən olunmuşdur ki, Kəngərli bölgəsinin Qarabağlar kəndində XIV yüzilliyin 30-cu illərində inşa edilmiş türbə də Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin yaradıcılığının məhsuludur. İnşa etdiyi abidələrin – Bərdə və Qarabağlar türbələrinin tarixinə əsasən Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin XIII yüzilliyin son rübü – XIV yüzilliyin I yarısında yaşaması aydın olur. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Əsgər Əyyubov
Əsgər Əyyubov Cabbar oğlu (1926, Nuxa – 2000, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Coğrafiya Cəmiyyətinin Litge adına Qızıl medal laureatı. == Həyatı == Ə.C.Əyyubov Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə BDU-nu bitirib, SSRİ EA Coğrafiya institutunun aspiranturasına qəbul olunmuşdur. 1954-cü ildə həmin isntitutda iqlimşünaslıq ixtisası üzrə "Azərbaycanın kurortları və istirahət yerlərinin iqliminin müqayisəli təhlili" mövzusunda namizədlik, 1971-ci ildə isə "Azərbaycanın iqlim ehtiyatları və onlardan əkinçilikdə istifadə olunması" mövzusunda doktorluq dissertasiyasını (Bakı şəhəri) müdafiə etmişdir.Əsgər Əyyubov istedadlı və işgüzar iqlimşünas alim olmaqla yanaşı həm də, aqroiqlim və kurort iqlimi elmi istiqamətlərinin, bitki və insan biometeorologiyası üzrə elmi məktəbin banisi və inkişaf etdiricisidir. Həmmüəlliflərlə birlikdə "Azərbaycanın iqlimi" monoqrafiyasına görə Respublika Dövlət mükafatına, "Azərbaycan SSR iqliminin bonitirofkası" əsərinə görə SSRİ EA Coğrafiya cəmiyyətinin F.P.Litke adına qızıl medalına, "Azərbaycanın aqroiqlim rayonlaşdırılması" divar xəritəsinə görə SSRİ XTNS-nın bürünc medalına, "Azərbaycan Respublikasının aqroiqlim atlası"na görə Respublika "Təhsil" cəmiyyətinin birinci mükafatına layiq görülmüşdür. == Elmi fəaliyyəti == Ə.C.Əyyubov 1955-ci ildə coğrafiya elmləri namizədi kimi Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi, sonralar baş elmi işçi olmuş. 1973-cü ildən 2000-ci ilədək "Təbiəti mühafizə", "Meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı", "İqlimşünaslıq" şöbələrinin müdiri vəzifələrində işləmişdir. 1970–1990-cı illərdə YUNESKO-nun "İnsan və biosfer" (MAB) proqramı üzrə işçi qrupunun və ABƏŞ-də işçi qrrupunun rəhbəri idi.Respublika radiosunda 20 il müddətində "Təbiət" jurnalının aparıcısı olmuş, Bakı ali məktəblərində pedaqoji fəaliyyət göstərmiş, bir neçə elmi-texniki və müdafiə şuralarının üzvü, respublika prezidenti yanında Ali Attestasiya komissiyasının eksperti, bir çox monoqrafik əsərlərin redaktoru, EA "Xəbərlər" jurnalının (Yer Elmləri bölməsi üzrə) baş redaktorunun müavini olmuşdur == Elmi əsərləri == 200-dən artıq elmi əsər və 7 monoqrafiya çap etdirmişdir. Onlardan "Azərbaycanın iqlimi haqqında oçerklər" (1962), "İstisu kurortu" (Həmmüəlliflə) (1965), "İqlim və hava (1967)", "Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması (1968)", "Azərbaycan SSR iqliminin bonitirovkası (1975)", "Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi" (1987), "Azərbaycanın iqlimi" (həmmüəlliflərlə), "Azərbaycan SSR-in iqlim ehtiyatları" (1984) və s. qeyd etmək olar.
гауля́йтер надломи́ться на́шенский облага́ть обсчи́тывание побра́жничать поддёрг подряди́ть бланманже́ возвы́сить изъясни́ться па́рами переша́ривать уми́шко шестигра́нник испря чёрт esparto gloom-and-doom miscarry municipal stockkeeper прибирать чахотка яйценоский