Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Torpağın arzusu
"Torpağın arzusu" — azərbaycanlı rəssam Səttar Bəhlulzadənin 1963-ci ildə çəkdiyi rəsm əsəri.
Torpağın deqradasiyası
Torpağın deqradasiyası — təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s.) təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir. Torpaq üzərindəki istənilən dəyişiklik və ya ekoloji pozuntu ziyanlı və ya istənməyən olaraq dəyərləndirilir. Təbii təhlükələr bir səbəb olaraq dəyərləndirilmir, lakin insan fəaliyyəti sel və ya meşə yanğınları kimi təbii təhlükələrə dolayı yollarla səbəb ola bilər. Bu məsələ torpaq deqradasiyasının kənd təsərrüfatı, məhsuldarlıq, mühit və onun qida təhlükəsizliyi üzərində təsirləri səbəbindən 21-ci əsrin mühüm mövzusu seçilib. Dünyanın 40% kənd təsərrüfatı torpaqlarının ciddi şəkildə deqradasiyaya uğradığı təxmin edilir. Torpağın deqradasiyasına və onun mühitə təsirini müşahidə etməyin dörd əsas yolu var: Torpağın məhsuldarlıq tutumunun müvəqqəti və ya daimi azalması. Bu hadisə biokütlənin itkisi, potensial və ya həqiqi məhsuldarlığın itkisi, torpaq zülallarında, vegetativ örtükdə itki və ya dəyişikliyin müşahidə edilməsi hadisəsinin vasitəsilə qeydə alına bilər İnsan məskənlərini resursla təmin etmək üçün torpağın tutumu üzərində müvafiq əməliyyatlar yerinə yetirmək. Bu torpağın əvvəlki istifadəsinin ana xəttindən hesablana bilər. Biomüxtəlifliyin azalması – ekosistem mürəkkəbliyinin və ya növlərin müxtəlifliyinin azalması. Bu mühit keyfiyyətinin düşməyi deməkdir.
Torpağın humusu
Əgər, torpaq hissəciklərinə lupa altında baxmalı olsaq, orada müxtəlif bitki və heyvan qalıqlarını görmək mümkündür. Pinset vasitəsi ilə bu qalıqları torpağın mineral hissəsindən asanlıqla ayırmaq olur. Sonra kimyəvi yolla torpaqda olan humusun və yaxud çürüntünün miqdarını təyin etmək olar. Belə ki, götürülmüş torpaq nümunəsi üzərinə qələvi məhsul əlavə edilməklə, qara maddəni humusu ayırmaq mümkündür. Bütün torpaqlarda eyni iki proses gedir. Birinci prosesdə mürəkkəb üzvi birləşmələr axıra qədər parçalanır. Bu proses üzvi maddələrin minerallaşması adlanır. İkinci proses humusəmələgəlmə prosesidir. Humusəmələgəlmə prosesi çox mürəkkəb bir prosesdir. Humusun əmələgəlmə mənbəyini bitkilərin məhv olan kök və budaqları, tökülən yarpaqları (meşədə) torpaqda yaşayan və tələf olan müxtəlif heyvan və mikroorqanizmlər təşkil edir.
Torpağın münbitliyi
Torpağın münbitliyi- torpağın bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubət və s. ilə təminetmə və məhsulvermə qabiliyyəti. Torpaqşünaslıq elminin klassik tərifinə görə, münbitlik torpağın bitkinin normal inkişafı və böyüməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə və əlverişli fiziki-kimyəvi mühitlə təmin etmək qabiliyyətidir. Hələ qədim dövrlərdən insanlar torpaqlardan istifadə edərkən onları bitkilərin məhsul vermək qabiliyyəti nöqteyi-nəzərdən qiymətləndirməyə cəhd etmişlər. Ona görə də münbitlik anlayışı torpaqşünaslığın bir elm kimi yaramasından çox əvvəl insanlara məlum idi və istehsal vasitəsi kimi torpağın ən əhəmiyyətli xassəsi hesab olunurdu. Münbitlik haqqında müasir təlimin inkişafı V.R.Vilyamsın adı ilə bağlıdır. O, təbii torpaqəmələgəlmə prosesinin gedişatında torpaq münbitliyinin formalaşmasını və inkişafını hərtərəfli öyrənmiş, torpağın bir sıra xassələrindən asılı olaraq münbitliyin təzahür formalarını nəzərdən keçirmiş, həmçinin münbitliyin artırılmasının əsas prinsiplərini işləmişdir. Münbitlik-torpağı dağ süxurlarından fərqləndirən əhəmiyyətli keyfiyyət xassəsidir. Torpaq və onun münbitlik anlayışları bir-birindən ayrılmazdır. Torpağın münbitliyi təbii torpaqəmələgəlmə prosesinin inkişafının, həmçinin kənd təsərrüfatı istifadəsi zamanı mədəniləşmə prosesinin nəticəsidir.
Torpağın radioaktivliyi
Torpağın radiaktivliyi – torpağın tərkibində radiaktiv xassəli kimyəvi elementlərin olmasıdır. Torpağın radiaktivliyi uran, radium, torium və kaliumun radiaktiv izotopların miqdarından asılıdır. Torpaq əmələ gətirən süxurlardan asılı olaraq bu elementlərin tərkibi dəyişə bilər. Başqa torpaqlara nisbətən turş xassəli dağ süxurları üzərində təşəkkül tapmış torpaqlarda, ağır mexaniki və gillicəli çimli-çəmən torpaqlarında radiaktivlik yüksək olur. Torpağın radiaktivliyi təbii və süni olur. Nüvə qurğularının sınağı, qəza tullantıları və torpağa atom sənayesinin tullantılarının düşməsi nəticəsində yaranan radionuklidlərin Yer səthinə düşməsində baş verir. Torpağın radiaktivlik çirklənmə sıxlığı küri vahidinin ərazi vahidinə bərabər olması ilə, yaxud stronsi vahidi ilə ölçülür. Bu cür torpaqlarda radiaktivlik təbii növdən çoxdur.
Torpağın turşuluğu
Torpağın mübadilə turşuluğu – neytral duzların yəni qüvvətli turşularla qüvvətli əsasların birləşmələrindən əmələgələn duzların (NaCl, KCl) məhlullarının təsiri ilə uducu kompleksdən hidrogenin çıxarılması nəticəsində əmələ gələn turşuluqdur. Uducu kompleksdə hidrogen olan torpaqlara neytral duzlarla təsir etdikdə, onların kationlarda hidrogen mübadilə olur. Sonradan hidrogen KCl-un anion hissəsi ilə (xlorla) birləşib, turşu (HCl-u) əmələ gətirir. Bu turşuluq mübadilə reaksiyası nəticəsində əmələ gəldiyinə görə, bu növ turşuluğa mübadilə turşuluğu deyilir.
Torpağın yaşı
Torpaqəmələgəlmə prosesi zaman daxilində baş verir. Torpaqların mütləq və nisbi yaşı anlayışları bir-birindən fərqləndirilir. Mütləq yaş – torpağın yarandığı vaxtdan indiki zamana kimi keçmiş müddətdir. Mütləq yaş bir neçə illə milyon il arasında tərəddüd edir. Ən böyük mütləq yaş kəskin dəyişikliklərə (su eroziyası, deflyasiya və s.) məruz qalmamış tropik ərazilərin torpaqlarına məxsusdur. Nisbi yaş – torpaqəmələgəlmə prosesinin sürətini, torpağın bir inkişaf fazasının digəri ilə əvəz edilməsinin tezliyini səciyyələndirir. O, süxurun tərkib və xassələrinin, relyef şəraitinin torpaqəmələgəlmə prosesinin sürət və istiqamətinə təsiri ilə bağlıdır.
Torpağın şorlaşması
Torpağın şorlasması - quru qalıq üzrə duzlar 0,25 %-dan cox və yaxud zəhərli duzların çəkisi 0,1 %-dan çox olduqda. Bunlar su çəkimi üzrə əldə edilir. Şorlaşma genezisinə görə fərqlanir: Allüvial-çöküntülərdə torpağın şorlaşmasi - çayətrafı və gölətrafı terrasların torpaqlarında minerallaşması qrunt suların yer sathina yaxın olmasi va buxarlanma nəticəsində səthdə duzların toplanmasıdır. Dellüvial-prolüvial çöküntülərdə torpaqların şorlaşması - dağ sistemlərinin şleyflərində yayılmışdır. Göstərilən ərazida suayrıci və dağ ətəklərinə düşən atmosfer yağıntıları yer səthinə yaxın duzları həll edərək özu ilə bərabər dağətəyi düzanlik sahəlarinə aparır. Burada toplanan rnüxtalif duzlar torpaq va qruntun duzlasmasına sabab olur. Torpağın sodalı-sulaftlı şorlasması - torpağın şorlasrnası, torpaqda natrium bikarbonat va natrium karbonatın kəskin çoxalmasi ila fərqlənir (su çəkimi üzra 0,06 % HCO 3 və daha çox). Torpağın sodalı-sulfatlı şorlasması - torpağın şorlasması, torpaqda natrium bikarbonat va natrium karbonatla yanaşı, sulfatların miqdanrının üstünlüyü ilə fərqlənir. Torpağın sulfatlı şorlasması - torpağın şorlasması sulfatın miqdarı digər duzların miqdarından kəskin şəkildə üstündür. Torpağın xloridli-sulfatlı şorlasması - torpağın şorlasması, Torpaqda sulfat va xlorid digər duzlardan çox olmasına gorə fərqlənir.
Torpağın Mahnısı (1980)
Film Salyan bölgəsinin pambıqçılarından danışır.
Torpağın Rəngi (1974)
Film Qubadlı kənd əməkçilərinin həyatı və problemləri haqqındadır.
Torpağın Sahibi (1976)
Torpağın ekoloji funksiyaları
İ.A.Krupenikov, V.A.Kovda (1985), Q.V.Dobrovolski, Y.D.Nikitin (1990) və özünün (Krupenikov, 1992) elmi işlərinə və ələrinə əsaslanaraq torpağın aşağıdakı əsas ekoloji funksiyalarını göstərir. Energetik funksiya - Enerjinin çox miqdarı torpağın mineral səsində toplanır, lakin bu enerji olduqca stabil olub onun məhsuldarlığını təmin edir, maddələrin dövranı proseslərində və ekosistemlərin bioloji məhsuldarlığında isə nisbətən az iştirak edir. Digər mühüm məsələ odur ki, bitki fotosintez prosesində günəş enerjisini toplayır. Canlı maddədə onun dövranı tez (bir neçə il, on illər) başa çatır, lakin canlı maddə ölmüş, quru (bitki) halında torpağa düşdükdə qismən ilkin son məhsullara (su, CO2, azot və başqa kimyəvi maddələr) qədər parçalanır, qismən isə humusa çevrilir. Humusda böyük (əsrliklər) enerji ehtiyatı cəmləşərək hər il bioloji dövrandan kənarlaşır və beləliklə torpağın güclü enerji potensialı yaranır. Hidroloji funksiya - Əgər torpaq olmasaydı okeanla quru arasında suyun dövranı tez başa çatardı. Yer səthinə düşən atmosfer yağıntıları yamac boyu böyük sürətlə axıb çaylara, sonra isə dəniz və okeanlara axıb gedərdi. Özünün humusluluğu, strukturluğu (aqreqatlığı), məsaməliyi, sukeçiriciliyi və rütubət tutumu ilə torpaq suyun dövranını kəskin zəiflədir, müntəzəmləşdirir, quruda suyun böyük və geniş differensial ehtiyatının yaranmasına şərait yaradır. Bu sular tədricən yabanı və mədəni bitkilər tərəfindən istifadə olunur. Suyun bir hissəsi faydasız fiziki buxarlanmaya sərf olunur.
Torpağın sanitar mühafizəsi
Torpağın sanitar mühafizəsi— torpağın çirklənməsinin qarşısının alınmasına yönəldilən qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi. Zibil, peyin, çirklənmiş ərazilər və çirkab suları düzgün zərərsizləşdirilmədikdə çürüyür və torpağa qarışır. Daha sonra torpaqdan istifadə, suvarma və yağıntılar vasitəsilə bu çürüntülər su təchizatı mənbələrinə düşərək mədə-bağırsaq xəstəlikləri törədicilərinin və helmintozların, həmçinin insan və heyvanlarda xəstəlik törədiciləri daşıyıcıları olan həşəratların inkişafı üçün mənbə rolunu oynayır. Çirklənmiş torpaqlarda milçəklər, moskitlər, göyün yumurtalarını qoyur, orada gəmiricilər yaşayıb artaraq çuma, tulyaremiya kimi infeksiyanın törədicisi olurlar. Torpaq tullantıları çox çirkləndikdə öz-özünü təmizləmə qabiliyyətini itirir. Torpaqda çürümə və qıcqırma prosesləri sürətlənir. Torpağın çirklənmə dərəcəsi kimyəvi, bakterioloji və helmintoloji tədqiqatlara əsaslanaraq sanitar-epidemioloji stansiyaların işçiləri tərəfindən müəyyənləşdirilir.
Torpağın su rejimi
Torpağın su rejimi— torpaq suyunun hərəkətini, bitki tərəfindən suyun sərf edilməsi və istifadəsini təyin edən hadisə və proseslər məcmusu olaraq, torpaq münbitliyinin amillərindən biri. Torpağın su rejimi torpağın tərkibi və xassələrindən (hiqroskopikliyi, susızdırması, sututumu və s.) iqlim və hava şəraitindən, relyefdən, torpaq hazırlanmasının (şumlanması) üsulundan, becərilən bitkinin xüsusiyyətindən asılıdır. Torpağın su balansı müəyyən dövr ərzində ona daxil olan sulardan (atmosfer yağıntıları, kondensasiya olunan atmosfer suyu, qonşu sahələrdən daxil olan səthi və torpaq su axımı, suvarma suyu) və xaric olan sulardan (səthi və torpaq su axınları, bitki tərəfindən və torpaqdan buxarlanan sular) ibarətdir. Torpağın su rejimindən asılı olaraq torpağın hazırlanması üsulları, fiziki, kimyəvi və mikrobioloji proseslər, bitkinin su ilə təmin olunması dəyişir. Torpağın su rejimini təmin etmək üçün torpaq suyunu toplamaq, saxlamaq və səmərəli istifadə etmək lazımdır (qarın toplanması, qar suyunun saxlanması, torpağın düzgün hazırlığı, suvarma, qurutma və s.). Bütün bunlarla yanaşı, torpağın su rejimi hava və istilik rejimləri, həmçinin bitkinin qida rejimi ilə sıx əlaqədardır.
Torpağın udma qabiliyyəti
Torpağın udma qabiliyyəti— müxtəlif maddələrin ion və molekullarının torpaq tərəfindən udulub saxlanması, onun bərk fazası ilə təmasda olan müxtəlif maddələri torpağın özündə saxlamaq xassəsi. K. K. Hedroyss torpağın udma qabiliyyətini bioloji, mexaniki, fiziki, kimyəvi və fiziki-kimyəvi xassələrə ayırmışdır. Torpağın bioloji udma qabiliyyəti bitki köklərinin və mikroorqanizmlərin maddələri toplamaq qabiliyyətidir. Bioloji udma qabiliyyətinin torpaqmələgəlmədə böyük əhəmiyyəti vardır. Torpağın mexaniki udma qabiliyyəti torpaq məsamələrinin yüksək dispersli hissəcikləri udmasıdır. Torpağın fiziki udma qabiliyyəti torpağın çox xırda hissəciklərinin maddələri özünə cəlb etməsidir. Torpağın kimyəvi udma qabiliyyəti torpaqda gedən kimyəvi reaksiya nəticəsində pis həll olan və çöküntü verərək torpağın bərk hissəsi ilə qarışmasıdır. Torpağın fiziki-kimyəvi udma qabiliyyəti torpağın bərk hissəsi ilə torpaq məhlulu kationları arasındakı mübadilədir. Torpağın bu udma qabiliyyəti dağ süxurlarının aşınmasında, torpağın yuyulmasında əsas rol oynayır, bütün torpaq proseslərinə təsir edir, torpağın məhsuldarlığı ilə sıx əlaqədardır.
Təmiz torpağın buddizmi
Təmiz torpağın buddizmi (çin. 净土宗 цзинтуцзун; yap. 浄土宗, дзёдо-сю; vyet. Tịnh Độ Tông, Tin Do Tonq), eləcə də amidaizm, amitoizm — Mahayana buddizmin məktəbi, Uzaq şərq buddizmin qolu. Daosizmin və buddizmin bir sıra ideyalarını özünəməxsus şəkildə sintez edən Daoanın şagirdi Huey-yuan icmanı – «sanqha»nı – hökmdara və hakimiyyətə qarşı qoyaraq və transsendental kontekstdə anlaşılan, yəni dünyanın fövqündə duran şəxsiyyət kimi qəbul edilən Vahid Tanrı – Amitabha – kultunu yaratmaqla dini dünyagörüşün, daha dəqiq deyilərsə, transsendental dinin formalaşma prosesini sona çatdırdı. Amidaizm adlandırılan bu din cəmiyyətdə hakim mövqe tutduqca Çin tarixinin orta əsrçilik dövrü başlayır. Amidaizm Çində buddizmin ilk variasiyası kimi təşəkkül tapdı. Bu, icmaçı variasiya idi. Konfutsiçilik cərəyanına daxil olanlar qeyri-aristokratik mənşəli legist ideyalarla barışdıqları üçün Çinin aristokratik ruhu özünü konfusiçiliyin dilində deyil, daha çox buddizmin dilində anlaya bildi və ifadə etdi. Aristokratik buddizm çan adlandırıldı və özünü icmaçı buddizmə – amidaizmə qarşı qoydu.
Bu Torpağın Nemətləri (1979)
Torpağın Eroziyadan Qorunması (1973)
Alimlərimiz torpağın eroziyasının qarşısını almaq üçün geniş elmi-tədqiqat işləri aparırlar. Bunun üçün müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir. Elmi-kütləvi filmdə bu haqda söhbət gedir. Çəkilişlər Azərbaycanın bir çox yerlərində, Qafqaz dağlarının 3600 metr hündürlüyündə, çəmənliklərdə və eroziya nəticəsində zay olmuş sahələrdə aparılmışdır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Əli Musayev Ssenari müəllifi: Vladimir İvçenko, Xəlil Mustafayev Operator: Azər Salayev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Torpağın mahnısı (film, 1980)
Film Salyan bölgəsinin pambıqçılarından danışır.
Torpağın nəğməsi (film, 1980)
Film Salyan bölgəsinin pambıqçılarından danışır.
Torpağın rəngi (film, 1974)
Film Qubadlı kənd əməkçilərinin həyatı və problemləri haqqındadır.
Torpağın sahibi (film, 1976)
Bərdə rayonunda bir kolxoz var. Bu kolxoz təşkil olunandan yerli camaat iki sədr tanıyır-ata və oğul. Ata kolxozu təşkil edib, ayağa qaldırıb. Oğul isə bu gün yaxşı qurulmuş kolxoza rəhbərlik edir. Ata və oğul Ağayevlər xalq inamı və əmək şöhrəti estafetini bir-birinə təhvil vermişlər. Film oğul Hüseyn Ağayevə həsr olunmuşdur. Artıq 25 ildir ki, o çoxsahəli təsərrüfata rəhbərlik edir Torpaq da bu müdrik və təcrübəli insana özünün bütün varını bəxş edir.
Bu torpağın nemətləri (film, 1979)
Torpağın element və faza tərkibi
Torpaqda baş verən bütün proseslər mürəkkəb olmaqla kompleks xarakter daşıyır və bu onun təbii-tarixi cisim olmasını bir daha sübut edir. Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən prosesləri bu cür adlandırmaq olar: Polikimyalaşma. Torpaqda çox böyük miqdarda kimyəvi elementlər və maddələr mövcuddur. Qanunauyğun olaraq hər bir elementin bir neçə birləşmələri olur ki, bunlar da torpaqda həm kristal, həm də amorf formasında olurlar. Heterogenlik və polidisperslilik. Torpaq çox fazalı sistem olmaqla üzvi və mineral komponentlərin inkişaf etmiş, müxtəlif cinsli üst qatında sorbsiya və desorbsiya (xemosorbsiya daxil olmaqla) prosesləri baş verir. Üzvi-minerallı qarşılıqlı təsir – spesifik torpaq xüsusiyyətləri olmaqla torpaqəmələgəlmə prosesinin əlamətidir. Belə ki, torpaqda ancaq sadə və kompleks duzlar formalaşmır, həm də mineral və üzvi maddələrdən ibarət olan mürəkkəb adsorbsiyalı komplekslər (simplek-slər) yaranır. Torpaq proseslərinin dinamikliyi. Təbii torpaq üçün bir günlük (sutkalıq), mövsümü, illik və əsrlik dinamika xarakterikdir.Torpaqda bu dəyişiklik daima baş verir.
Torpağın eroziyadan qorunması (film, 1973)
Alimlərimiz torpağın eroziyasının qarşısını almaq üçün geniş elmi-tədqiqat işləri aparırlar. Bunun üçün müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir. Elmi-kütləvi filmdə bu haqda söhbət gedir. Çəkilişlər Azərbaycanın bir çox yerlərində, Qafqaz dağlarının 3600 metr hündürlüyündə, çəmənliklərdə və eroziya nəticəsində zay olmuş sahələrdə aparılmışdır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Əli Musayev Ssenari müəllifi: Vladimir İvçenko, Xəlil Mustafayev Operator: Azər Salayev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Elsuort Torpağı
Elsuort Torpağı, (ing. "Ellsworth Land") (əvvəllər Elsuort Dağlıq Bölgəsi), Antarktidada Antarktik yarımadasının quru hissəsinə yaxın bir yerdə yerləşən bölgəsidir. Meri Berd Torpağının şərqində, Ronni buzluğu ilə Bellinshauzen dənizi arasındadır. Bölgədə bir neçə sıradağları görmək olar. Bunlardan Elsuort dağlarındakı Vinson massiv (5.140 m) Antarktidanın ən yüksək nöqtəsidir. Kələ-kötür və buzla örtülü olan bölgə 1935-ci ildə amerikalı səyyah Linkoln Elsuort və pilotu Herbert Hollik-Kenyon tərəfindən, qitənin üzərindən təyyarə ilə keçərkən tapılmışdır. Argentina, Çili və ABŞ-nin, üzərində haqq iddia etdiyi Elsuort Torpağı hələ tam olaraq kəşf edilməmişdir.
Enderbi Torpağı
Enderbi Torpağı (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır. == Coğrafiya == Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır. Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.
Georq torpağı
Qeorq Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan Rusiyaya məxsus olan ada. Şimal Buzlu okeanın suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. == Coğrafiyası == Adanın uzunluğu 115 km, sahəsi — 2821 km² təşkil edir. Qeorq Torpağı arxipelaqın ən böyük adasıdır. Ən hündür zirvəsi Brusilov kupol buzlağıdır (416 m). Ada buxta və fiodlarla parçalanmışdır. Qeorq Torpağı ilə Aleksandra Torpağı arasında Kembricski boğazı yerləşir. == Tarixi == Ada britaniyalı qütb araşdırmaçısı Benjamin Li Smit Kral V Georqun şərəfinə adlandırmışdır.
Kemp Torpağı
Kemp Torpağı — Kemp dənizi sahili boyunca uzanan ərazi. == Ədəbiyyat == William J. Mills: Exploring Polar Frontiers: A Historical Encyclopedia. ABC-Clio, Santa Barbara 2003, S. 342, ISBN 978-1-57607-422-0.
Kots Torpağı
Kots Torpağı (ing. Coats Land) — Şərqi Antarktidada 20° və 36° qərb uzunluqları arasında yerləşir. Şərqdən Kraliça Mod Torpağı, qərbdən isə Filhnera şelf buzlağı əhatələnir. Dəniz kənarı bölgədə Luitpold və Kerd sahilləri ərazisi daxildir. == Coğrafiyası == Kots Torpağının böyük hissəsi materik buzlağından ibarətdir. Buzlağın qalınlığı 500—1000 metr təşkil edir. Buzlaq şelfə doğru uzanır. Sahillərini Ueddell dənizi yuyur. Qərb hissədə Teron dağı buzlağın üzərinə çıxır. == Tarixi == Torpaq 1904-ci ildə Şotlandiya Milli Antarktika ekspedisiyasının rəhbəri Vilyam Bryus tərəfindən Ceyms və Endryu Kots qardaşlarının şərəfinə adlandlrılmımdır.
Kusov Torpağı
Kusov Torpağı — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Arxipelaqın cənubunda yerləşir. Adadan cənubda yalnız kiçik adsız adalar vardır. Vayqaç adasından Kara darvazası boğazı ilə ayrılır. Adadan bir qədər aralıda Prokofev və Persey bankələri yerləşir. 59 metrə malik olan ən hündür zirvə adanın cənub-şərqində yerləşir. İkinci zirvə isə 52 metrdir. Adanın mərkəzində yerləşir.
Luara torpağı
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Milne Torpağı
Milne Torpağı (dan. Milne Land; qren. Ilimananngip Nunaa) — Qrenlandiyanın şərqində yerləşən ada. Skorsbi körfəzi ndə yerləşir. Sahəsi 3913 km²təşkil edir. 113 km uzunluğa, eni isə 45 km-dir. Adanın ən hündür nöqtəsi 2200 metrdir. Burada yaşayış yoxdur. Britaniya kral donanmasının üzvü David Milnenin şərəfinə adlandırılmışdır.
Nordenşeld Torpağı
Nordenşeld Torpağı (norv. Nordenskiöld Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Öz növbəsində bir yarımadadır və adanın qərbində yerləşir. Torpaq İsford və Vanmiyenfiord arasında qərarlaşır. Torpaq finland qütb araşdırmaçısı kralı Adolf Nordenşeldin (1832—1901) şərəfinə adlandırılmışdır.
Palmer Torpağı
Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı. Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir. Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir. Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır. Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir. Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
Piri Torpağı
Piri Torpağı (dan. Peary Land) — Yarımada Qrenlandiyanın şimal qutaracağında Viktoriya-Ford və İndependes-Ford körfəzləri sahillərində yerləşir. Yarımada şimalından Linkoln dənizi və Şimal Buzlu okeanın suları yuyur. Yarımadanın qərbdən şərqə uzunluğu 375 km təşkil edir. Ərazi dağlıqdır və ən hündür zirvə 1920 m təşkil edir. Sahilləri parçalıdır və fiordlarla zəngindir. Ən iri fiord Frederik-Hayd-Frorddur. Qərb sahillərində buzlaqlar vardır. Yarımadada Qrenlandiyanın ucqar şimal nöqtəsi olan Morris-Cesul burnu yerləşir. Yarımada ABŞ qütb araşdırmaçısı Robert Pirinin şərəfinə adlandırılmışdır.
Qeorq Torpağı
Qeorq Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan Rusiyaya məxsus olan ada. Şimal Buzlu okeanın suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın uzunluğu 115 km, sahəsi — 2821 km² təşkil edir. Qeorq Torpağı arxipelaqın ən böyük adasıdır. Ən hündür zirvəsi Brusilov kupol buzlağıdır (416 m). Ada buxta və fiodlarla parçalanmışdır. Qeorq Torpağı ilə Aleksandra Torpağı arasında Kembricski boğazı yerləşir. Ada britaniyalı qütb araşdırmaçısı Benjamin Li Smit Kral V Georqun şərəfinə adlandırmışdır.
Qreyam Torpağı
Qreyam Torpağı (ing. Graham Land) — Antarktik yarımadasının şimal sahili boyunca Ceremi burnu ilə Eqessiz burnu arasında yerləşir. Onun uzunluğu 1200 km, qərbdən şərqə eni isə 200 km təşkil edir. Yarımadanın şimal hissəsi Qream Topağı (68 - 63-cü paralelər arası), cənubu isə (74 - 68-ci paralellər arası) Palmer Topağı adlanır. Qreyam Torpağının şimal hissəsi 130 km məsafədə Triniti yarımadası adlanır. Qreyam Torpağının şimal nöqtəsi Praym-Hed burnudur. Burun həmdə Antarktida materikinin ən ucqar şimal nöqtəsi hesab edilir. Bura Cənubi Amerikaya ən yaxın ərazidir. Qreyam Torpağı qərbdən Bellinshauzen dənizi, şimaldan Skotia dənizi, şərqdən isə Ueddell dənizi ilə əhatələnir. Qreyam Torpağı cənubdan Palmer Torpağı ilə sərhədlənir.
Rupertin torpağı
Rupertin torpağı, və ya Şahzadə Rupertin torpağı — Şimali Amerikadakı ərazi, Hudzon körfəzi hidroqrafik hövzəsinin bir hissəsini işğal etdi. Hudson's Bay şirkətinə aiddir. Bölgəyə şirkətin ilk qubernatoru Şahzadə Rupertin adı verildi. Rupertin Torpağı müasir Kanadanın mərkəzi hissəsini tutur, lakin kiçik bir hissəsi Amerika Birləşmiş Ştatlarındadır. Əvvəllər Rupertin ərazisi olan ərazi demək olar ki, Manitobanın hamısını, Saskaçevanın əksəriyyətini, cənub Alberta, cənub Nunavut, Ontario və Kvebekin şimal hissələrini, habelə Minnesota və Şimali Dakota əyalətlərinin bir hissəsini əhatə edir. 1670-ci ildə İngiltərə Kralı II Çarlz Hudzon Körfezi Şirkəti adlanan bir şirkətə Hudson Körfəzinə axan bütün çayların istismarı üzərində inhisar verdi və beləliklə şirkəti nəhəng bir ərazinin sahibi etdi. Təxminən 3.9 milyon kvadrat kilometrə sahib idi - bu, bugünkü Kanada ərazisinin üçdə birindən çoxdur. 1821-ci ildə Monreal Şimali-Qərb şirkəti və Hudzon Körfezi Şirkəti birləşdirildi və şirkət genişləndi. 1870-dən bir müddət əvvəl ticarət inhisarı ləğv edildi və ərazidə ticarət istənilən sahibkar üçün açıq idi. Şirkət, Rupertin 1868-ci il tarixli Torpaq Qanununa uyğun olaraq sahib olduğu yerləri Kanada Dominionuna satdı.
Sannikov Torpağı
Sannikov Torpağı — Şimal Buzlu okeanında, Yeni Sibir adalarından şimalında görülməsi ehtimal edilən kabus ada. Sannikov Torpağı haqqında ilk məlumatı 1810-cu ildə mamont sümüyü toplamaq hüququnu özündə saxlayan Yakov Sannikov vermişdir. O, təcrübəli qütb araşdırmaçısı, Stolbovoy adası və Faddeyevski adaları kəşf etmiş bir səyyahdır. O, Kotelnı adasından şimalda geniş torpaq sahəsinin olması fikrini irəli sürmüşdür. Ovçunun dözlərinə görə dənizin ortasında hündür daşlı dağlar müşahidə edilir. Torpağın mövcudluğuna şübhə yaradan məqam qazların yazda şimala gedərək payızda isə baları ilə geri qayıtması olur. Qazların buzlaq üzərində yuva qurub bala çıxarda bilməməsi şimalda onu deməyə əsas verirdi ki, şimalda əlverşli torpaq sahəsi vardır. Torpağın ehtimal olunduğu yer Yeni Sibir adalarından şimalda yerləşdiyindən daimi dəniz səht buzlağı ilə tam örtülü olması ehtimal edilirdi. Hətta Yeni Sibir adaları daimi buzlaqların sərhəddində yerləşir. Bu səbəbdən burada yerləşən adaların ətrafı cəmi iki ay müddətində buzdan azad olur.
Sebin Torpağı
Sebin Torpağı (norv. Sabine Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Sebin Torpağı adanın şərq hissəsini təşkil edir. Sahəsi 1 900 km²-dir. Ərazisinin bir hissəsini Neqribrin buzlağı örtür. Torpaq irland alimi Edvard Sebinin şərəfinə adlandırılmışdır. O, 1898—1907-ci illərdə arktikaya təşkil edilən ekspedisiyanı maliyyələşdirmişdir.
İsrail Torpağı
İsrail Torpağı (ivr. ‏אֶרֶץ יִשְׂרָאֵל‏‎, Ereş Yisrael) — Cənubi Levant ərazisi üçün ənənəvi iudaist ad. Əlaqədar "Bibliya" və dini terminlərə Kənan torpaqları, Vəd edilmiş torpaqlar, Müqəddəs torpaqlar və Fələstin daxildir. Bu ərazinin sərhədlərinin tərifləri "Yəhudi Bibliyası"nda keçidlər arasında dəyişir. "Müqəddəs Kitab"ın başqa yerlərində doqquz dəfə "Dandan Beer-Şevaya", üç dəfə isə "Hamatın girişindən Misir çayına qədər" kimi xatırlanır. İsrail Torpağı konsepsiyası İsrail Dövlətinin qurucuları tərəfindən irəli sürülüb. Bu, tez-tez iki tarixi yəhudi krallığının adından İsrailin rəsmi diskursunda İudeya və Samariya dairəsi kimi xatırlanan İordan çayının qərb sahilinin statusu ilə bağlı siyasi müzakirələrdə üzə çıxır. İsrail tarixi Fələstin Davies, W. D., The Territorial Dimension of Judaism (1982), University of California Press Goldberg, Michael. Jews and Christians: Getting Our Stories Straight. Wipf and Stock Publishers.
Rekultivasiya
Rekultivasiya (lat. re-yenidən başlama, təzədən təkrar edilmə; cultivo-becərirəm)- torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış işləri zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen relyef əmələgəlir və s. Rekultivasiya nəticəsində pozulmuş torpaq sahələrindən kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. Torpağın rekultivasiyası adətən iki mərhələdə aparılır: texniki (səthin planirovkası, onun münbit qatla örtülməsi və ya torpağın yaxşılaşdırılması, yolların salınması, hidrotexniki və meliorativ qurğuların tikilməsi) bioloji (rekultivasiya aparılan sahədə aqrotexniki və fitomeliorasiya tədbirləri yerinə yetirərək, münbitliyi bərpa etmək, torpaqəmələgəlmə prosesini sürətləndirmək, flora və faunanın bərpasına şərait yaratmaq) Rekultivasiya üsulları torpaqların rekultivasiyasında tətbiq olunan, daha doğrusu, pozulmuş və çirklənmiş torpaqların münbitliyinin bərpa olunmasına yönəldilən fəaliyyət və tədbirlər sistemidir. Bura töküntü süxurların yamaclarının bərkidilməsi, neftlə çirklənmiş torpaqlarda texniki və bioloji rekultivasiya, münbit torpaq qatının qazılması, daşınması, bioloji preparatlarla neftli torpaqların qatışdırılması, kanalların, karxanaların doldurulması, aqrotexniki, fitomeliorativ, meliorativ və s. tədbirlərin həyata keçirilməsi kimi işlər daxildir. Bu üsulda neftlə çirklənmiş torpaq qatı sahədən çıxarılaraq yuma sexinə daşınılır.
Dağ texniki rekultivasiya
Dağ texniki rekultivasiya — texniki rekultivasiyanın növlərindən biri. Faydalı qazıntıların çıxarılması və emalı zamanı pozulmuş torpaqların rekultivasiya mərhələsidir. Dağ texniki rekultivasiyanın optimal həlli dağ işlərinin bir hissəsi olub, əsasən istismar texnikası vasitəsilə yerinə yetirilir. == Dağ texniki rekultivasiyanın işlər planı == Maddi-texniki və əmək ehtiyatların, müəyyən dövrdə yerinə yetirdiyi, işin həcmini, növlərini özündə birləşdirən dağ plan işlərinin əsas tərkib hissəsidir. == Dağ hamarlama işləri == Töküntü yamaclannın, karxanaların, çökəklərin, pozulmuş sahələrin hamaralanması, düzəldilməsi və bərpa işlərinin aparılmasıdır. == Depresiya qıfları == Yeraltı suların çıxarıldığı sahələrdə suyun enən və azalan piezometrik səthidir. Dağ sənaye rayonlarında belə qıflara tez-tez rast gəlinir. == Draqa töküntüləri == Pərakəndə (dağıntı halında) yayılmış faydalı qazıntıların istehsalında draylınq texnikası ilə daşınması, toplanması və yatağa döşənməsi mümkün olan töküntülərdir.
Torpaqlı
Torpaqlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Torpaqlı Axtarma (palçıq vulkanı) — Abşeronda palçıq vulkanı.