REKTOR
REQRESSİYA
OBASTAN VİKİ
Rekultivasiya
Rekultivasiya (lat. re-yenidən başlama, təzədən təkrar edilmə; cultivo-becərirəm)- torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış işləri zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen relyef əmələgəlir və s. Rekultivasiya nəticəsində pozulmuş torpaq sahələrindən kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. Torpağın rekultivasiyası adətən iki mərhələdə aparılır: texniki (səthin planirovkası, onun münbit qatla örtülməsi və ya torpağın yaxşılaşdırılması, yolların salınması, hidrotexniki və meliorativ qurğuların tikilməsi) bioloji (rekultivasiya aparılan sahədə aqrotexniki və fitomeliorasiya tədbirləri yerinə yetirərək, münbitliyi bərpa etmək, torpaqəmələgəlmə prosesini sürətləndirmək, flora və faunanın bərpasına şərait yaratmaq) == Rekultivasiya üsulları == Rekultivasiya üsulları torpaqların rekultivasiyasında tətbiq olunan, daha doğrusu, pozulmuş və çirklənmiş torpaqların münbitliyinin bərpa olunmasına yönəldilən fəaliyyət və tədbirlər sistemidir. Bura töküntü süxurların yamaclarının bərkidilməsi, neftlə çirklənmiş torpaqlarda texniki və bioloji rekultivasiya, münbit torpaq qatının qazılması, daşınması, bioloji preparatlarla neftli torpaqların qatışdırılması, kanalların, karxanaların doldurulması, aqrotexniki, fitomeliorativ, meliorativ və s. tədbirlərin həyata keçirilməsi kimi işlər daxildir. === Mexaniki rekultivasiya === Bu üsulda neftlə çirklənmiş torpaq qatı sahədən çıxarılaraq yuma sexinə daşınılır.
Dağ texniki rekultivasiya
Dağ texniki rekultivasiya - texniki rekultivasiyanın növlərindən biridir. Faydalı qazıntıların çıxarılması və emalı zamanı pozulmuş torpaqların rekultivasiya mərhələsidir. Dağ texniki rekultivasiyanın optimal həlli dağ işlərinin bir hissəsi olub, əsasən istismar texnikası vasitəsi ilə yerinə yetirilir. == Dağ texniki rekultivasiyanın işlər planı == Maddi texniki və əmək ehtiyatların, müəyyən dövrdə yerinə yetirdiyi, işin həcmini, növlərini özündə birləşdirən dağ plan işlərinin əsas tərkib hissəsidir. == Dağ hamarlama işləri == Töküntü yamaclannın, karxanaların, çökəklərin, pozulmuş sahələrin hamaralanması, düzəldilməsi və bərpa işlərinin aparılmasıdır. == Depresiya qıfları == Yeraltı suların çıxarıldığı sahələrdə suyun enən və azalan piezometrik səthidir. Dağ sənaye rayonlarında belə qıflara tez-tez rast gəlinir. == Draqa töküntüləri == Pərakəndə (dağıntı halında) yayılmış faydalı qazıntıların istehsalında draylınq texnikası ilə daşınması, toplanması və yatağa döşənməsi mümkün olan töküntülərdir.

Значение слова в других словарях

зашвыря́ться пельме́нчик пости́лка прожига́ние разлюби́ться храпои́дол ба́рхатно батальо́нный возбуждённость демагоги́ческий кла́ссовость нада́вливать пирами́да пустёхонький соли́дность хап adulteration Alemanic cassinette energy gap mikron pedomotive warcraft скулить фанатичка