Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turşu
Turşu — metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddə. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən dissosiasiya zamanı kation kimi yalnız hidrogen ionu əmələ gətirən elektrolitlərə turşu deyilir. Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir. Tərkibinə görə turşular iki qrupa bölünür: oksigensiz və oksigenli. Oksigensiz turşular: HF, HCl, HBr, H2S, HCN və s. Dövri sistemin VI və VII qrup qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz turşuların nümayəndələridir. Oksigenli turşular: HNO3, H2SO4, H3PO4 və s. Turşuların tərkibindəki metalla əvəz oluna bilən hidrogen atomlarının sayı turşuların əsaslığını və turşu qalığının valentliyini göstərir. Əsaslığına görə turşular birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.), ikiəsaslı (H2SO4, H2S, H2C2O4 və s.), üçəsaslı (H3BO2, H3PO4 və s.) və dördəsaslı (H4P2O4 və s.) olur. Turşuların qüvvətliliyi onların su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni dissosiasiya dərəcəsi ilə müəyyən edilir.
Əsas
Əsas bünövrə, özül, bina, təməl; başlıca, ən mühüm, zəruri. Məsələn, əsas səbəb, əsas məsələ; bir hərəkətin və s.-nin düzgünlüyünü, gerçəkliyini izah edən, əsaslandıran, ona haqq qazandıran, ağlabatan ciddi səbəb, bəhanə, dəlil, sübut; adətən cəm şəklində: əsaslar – hər hansı bir elmin başlıca müddəaları, prinsipləri, elementləri. Məsələn, kimyanın əsasları, nəzəri mexanikanın əsasları; qrammatikada sözün, sözdəyişdirici şəkilçidən qabaq gələn başlıca (sadə, düzəltmə və ya mürəkkəb) hissəsi. R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Asetilsalisilli turşu
Asetilsalisilli turşu, aspirin, (lat. Acidum acetylsalicylicum, ing. Acetylsalicylic acid) — analgetik (ağrıkəsici), temperatur salan, qan duruldan təsirli dərman preparatı. Ağ xırda iynəuclu kristallı poroşok, otaq temperaturunda suda az həll edilir, qaynar suda, spirtdə tez həll edilir. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən onu kəşf edib. Asetilsalisilli turşusu satışda "aspirin" adı ilə tanınır.
Qarışıq turşu
Göy bibər - 6 kq Göy pomidor - 4 kq Kök - 4 kq Kələm - 4 kq Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə. Duz - 250 qram Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır. Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
Turşu-sıyıq
Turşu-sıyıq - Azərbaycanın milli yeməyi. Bulyon - 40q, düyü - 30q, baş soğan - 24q, göy soğan - 26q, yerkökü - 40q, ispanaq - 50q, quzuqulağı - 50q, ərinmiş yağ - 15q, keşniş və ya nanə - 10q, lavaşana - 50q, duz, istiot. Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy srğan, ispanaq və quzuqulağı qatılıb bişirilir. Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir.
Turşu (qida)
Turşu və ya şoraba — Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar. Azərbaycan mətbəxində sirkəyə (turşuya) və duza qoyulmuş məhsullar xüsusi yer tutur. Belə məhsullar iştaha artırır, bişirilmiş xörəyin ləzzətini yüksəldir, qış fəslində köməyimizə yetir. Azərbaycan mətbəxində turşu və ya şorabalar müxtəlif üsul və qaydalarla hazırlanır. Arxaik mədəniyyətdə ilk dəfə torpaqdan edilmə böyük boy küplər içərisində quraşdırılması yapılmaktaydı. Ticari məhsul olaraq istifadə edilməyə başlandığı antik çağlarda taxtadan edilən qablarla daşındığı və saxlandığı da görülməklə birlikdə taxta və turşunun reaksiyaları səbəbiylə qalıcı olaraq həmişə torpaq qablar edilmişdir. İndiki vaxtda bu tür torpaq qabların yerini plastik, şüşə qab, paslanmayan tənəkə qablar almışdır.
Turşu qovurma
3x3 sm həcmində doğranmış qoyun əti Baş soğan Şabalıd Albuxara Limon turşusu Sarıkök Duz, istiot Əti yuyub bişirin. Şabalıdı çərtib 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3–4 dəq. suda saxlayıb suyu boşaldın. Baş soğanı həlqəli doğrayıb yağda "ölənədək" (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır. Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun.
Turşu yağışı
Turşu yağışı — tərkibində turşular olan, yəni yüksək miqdarda hidrogen ionlarına sahib olan atmosfer yağıntısıdır (alçaq pH). Turşu yağışının bitkilər, su heyvanları və infrastuktur üzərində zərərli təsirləri ola bilər. Turşu yağışı havanın tərkibində olan kükürd və azot oksidlərinin su molekulları ilə birləşərək turşu əmələ gətirməsinə görə baş verir. Hökumətlər 1970-ci ildə bəri havadakı kükürd-dioksidin miqdarının azaldıması üçün səy göstərirlər. Azot oksidləri təbiətdə ildırım çaxması zamanı kükürd-dioksid isə vulkan püskürmələrindən əmələ gəlir. Turşu yağışındakı kimyəvi maddələr dəmir qurğuların korroziyasına və daş heykəllərin erroziyasına səbəb olur. 1950-ci ildə İsveç və Norveçin əhalisi çay və göllərdən balıqların yoxa çıxmasını müşahidə etməyə başladılar. Bu gün üçün təkcə İsveçdə 14000-dən çox gölün suyu yüksək turşuluğa malikdir. Bu problem Şotlandiyada, Alpın yüksək dağlıq zonasında, Kolsk yarımadasında, Taymırda, Avrasiyanın və Mərkəzi Amerikanın başqa yerlərində də mövcuddur. Torpağın turşuluğunun yüksəlməsi bitkilərin qidalanması üçün mineral elementlərin azalmasına, onun strukturunda və su-hava rejimində arzuedilməz dəyişikliklərə, bunların nəticəsi kimi isə münbitliyin azalmasına gətirib çıxarır.
Turşu ədədi
Turşu ədədi - turşu, yaxud turşu qarışığının ekvivaleit kütləsini, həmçinin bəzi texniki və təbii məhlulların, sərbəst turşuların miqdarını xarakterizə edən kəmiyyət. Turşu ədədi götürülmüş 1 q maddənin neytrallaşmasına sərf olunan KOH-ın milliqramla miqdarına bərabərdir.
Lipoik turşu
Lipoik turşu ( lipoat ), həmçinin α-lipoik turşusu və ya tioktik turşu kimi də adlandırılır və kükürdlü üzvi birləşmələrə aid olmaqla bir çox ferment kompleksləri üçün vacib koenzim hesab olunur. Molekul bir siklik tioefiri olan karbon turşudur. Lipoat oksigen balansı üçün vacibdir və geniş yayılmış qida əlavəsidir. Lipoat oksigen mübadiləsində, xüsusən də piruvat dehidrogenaz kompleksində koenzim rolunu oynayır. Lipoik turşunun oral qəbulu zamanı onun biomənimsənilməsi təxminən 30% təşkil edir. Tibbdə vitaminə bənzər bir maddə kimi tətbiq edilir və bəzən "Vitamin N" olaraq qeyd edilir. Lipoik turşu ilk dəfə 1937-ci ildə bir qrup alim tərəfindən kəşf edilmiş və sonradan lipoik turşusu adlandırılan bir maddənin təbii antioksidant olduğu bəlli olmuşdur. 1939-cu ildə maya ilə sintez edilən məhsullardan təcrid olundu, sonra insan orqanizminin bu vitamini müstəqil şəkildə sintez etməyə qadir olmadığı qənaətinə gəldilər. Lakin onun insan orqanizmi üçün vacib rolu artıq məlum idi. Yalnız bu yaxınlarda elm adamları lipoik turşunun insan orqanizmində istehsal oluna biləcəyini kəşf etdilər.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Əsas cəhətlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.
Əsas gəlir
Əsas gəlir, bəzən qeyd-şərtsiz əsas gəlir, təməl gəlir, və ya universal əsas gəlir kimi qeyd olunur — bir vasitə testi və ya iş tələbi olmadan əhalinin müəyyən hissəsinin bütün vətəndaşlarına çatdırılan dövri bir ödəmə üçün hökumət dövlət proqramı. Əsas gəlir milli, regional və ya yerli formada həyata keçirilə bilər.
Əsas kapital
Əsas mübadilə
Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur: Oyaqlıq vəziyyətində Səhər acqarına uzanmış vəziyyətdə psixoloji və emosional sakitlikdə rahatlıq temperaturu (18 - 20º). Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir. Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır. Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır. BÇ- bədən çəkisi (kq) B – boyu (m) ƏM - əsas mübadilə ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.
Əsas məna
Əsas məna; Bir sözün ortaya çıxmasına səbəb olan, həmin sözün zehndə meydana gətirdiyi ilkin mənasıdır. Bu mənadan əmələ gələn və sıx əlaqəli olan yeni mənalar törəmə mənalar adlanır. Əsas və köməkçi mənalar birlikdə “həqiqi mənaları” təşkil edir. Məsələn, “ayaq” sözü canlılardakı əzalardan biridir. Bu məna sözün əsas mənasıdır. Eyni söz masa ayağı üçün istifadə edildikdə, törəmə mənalardan birinə çevrilir. Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözlər əsas mənalarında istifadə olunmuşdur: Həkim ağrıyan gözümü diqqətlə müayinə etdi. Uşaq ağzını salfetlə sildi. Tez otağın qapısını bağladım.
Əsas qiymət
Əsas qiymət və ya baza qiyməti — satıcı ilə alıcı arasında aparılan danışıqlarda opsion əməliyyatının bağlanması zamanı təyin olunan malın qiymətidir. Baza qiymət əşyanın faktiki qiymətini müəyyən edir. Baza qiymətinə əlavə ödənişlər və endirimlər miqyası var. Bazar şəraiti dəyişdikdə, əsas qiymətlər sabit qalır, əlavə haqlar və endirimlər isə dəyişilə bilər ki, bu da qiymətlərin müvafiq artımına və ya azalmasına səbəb olur. Faktiki qiymətlərin baza qiymətlərindən kənara çıxma dərəcəsi satış şərtləri və iqtisadiyyatın vəziyyəti ilə müəyyən edilir. Planlaşdırma və statistik uçotda əsas qiymət dedikdə istehsalın dinamikasını, maya dəyərini və xalq təsərrüfatının inkişafının digər göstəricilərini xarakterizə edən indekslər hesablanarkən qəbul edilən qiymət başa düşülür. Əsas qiymətlərdən ona görə istifadə olunur ki, eyni məhsulun qiymətlərinin səviyyəsi ildən-ilə dəyişə bilər və müxtəlif illərdə milli iqtisadiyyatda maya dəyəri göstəricilərinin cari qiymətlərlə ölçülməsi və müqayisəsi onların real dəyişməsi haqqında düzgün təsəvvür yaratmır. Xarici iqtisadi fəaliyyətdə baza qiymət ümumən və ayrı-ayrı mal qrupları üzrə beynəlxalq ticarətin (ixrac və idxal) qiymət indeksinin müəyyən edilməsi üçün əsas rolunu oynayır. Beynəlxalq və xarici ticarət statistikasında, BMT-nin iqtisadi dövri nəşrlərində dərc edilmişdir. Baza qiymətinə sistematik şəkildə yenidən baxılır ki, bu da xarici ticarət dövriyyəsinin diapazonunda dəyişiklikləri nəzərə almağa imkan verir, xüsusən də baza qiymətləri vahid dəyər kimi hesablanan hazır məhsullar üçün.
Əsas sümük
Əsas sümük (lat. Os sphenoidale) yarasa və ya uçan kəpənəyə bənzər sümükdür və kəllə əsasının ortasında üfuqi bir vəziyyətdə yerləşmışdır. Bunun cismi — lat. corpus, bir cüt böyük qanadlar — lat. alae majoris (alae magnae — BNA), bir cüt kiçik qanadları — lat. alae minores (arae parvae —BNA) və bir cüt qanadabənzər çıxıntıları — lat. processus pterygoidei vardır. Cisminin daxilində əsas cibi — lat. sinus sphenoidalis deyilən boşluq vardır. Həmin cib lat.
Əsas səhifə
Əsas səhifə (ing. homepage; türk. anasayfa) — hər hansı bir internet saytına girildiyində qarşımıza gələn ilk səhifə və ya web saytının başlanğıc səhifəsi mənalarına gəlir. Bu xüsusi URL-ləri ən ümumi və məşhur istifadəsində olan və bu səhifənin fayl adı ümumiyyətlə index.html-dir.
Əsas səmtlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.
Əsas tezis
Mətn (lat. textus "parça; hörülmə, əlaqə, uyğungəlmə") — bir qrup cümlənin uyğun halda və məntiqli əlaqəsi. “Mətn” anlayışının iki əsas şərhi var: immanent (genişlənmiş, fəlsəfi yüklü) və reprezentativ (daha özəl). İmmanent yanaşma mətnə ​​muxtar reallıq kimi münasibəti, onun daxili strukturunun açılmasına diqqəti nəzərdə tutur. Nümayəndə - mətnin xarici reallığı haqqında məlumatın təqdim edilməsinin xüsusi forması kimi nəzərdən keçirilməsi. Dilçilikdə “mətn” termini şifahi nitq nümunələri də daxil olmaqla geniş mənada işlənir. Mətn qavrayışı mətn dilçiliyi və psixolinqvistika çərçivəsində öyrənilir. Beləliklə, məsələn, I. R. Qalperin mətni belə müəyyənləşdirir: “Bu, yazılı sənəd şəklində obyektivləşdirilmiş, müxtəlif növ leksik, qrammatik və məntiqi əlaqələrlə birləşən bir sıra ifadələrdən ibarət, müəyyən bir xüsusiyyətə malik olan yazılı bir mesajdır. mənəvi xarakter, praqmatik münasibət və buna uyğun olaraq ədəbi işlənmişdir". Mətn oxuyan zaman hər bir hərf beyinə ayrıca siqnal vahidi kimi göndərilir.
Əsas instinkt
Əsas instinkt (ing. Basic instinct) — Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə çəkilmiş ABŞ erotik trilleridir. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun canlandırmışdır. Filmin mərkəzində zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) obrazıdır. Tədqiqatlar zamanı Kurran cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır. Hələ satışa çıxarılmamışdan xeyli əvvəl, Əsas İnstinkt cinsəl və şiddət səhnələri ilə müzakirələrə səbəb olmuşdu. Homoseksual səhnələrinin də yer aldığı film, geylərin hüquqlarının müdafiəçiləri tərəfindən, biseksual qadının qatil xasiyyətli insan kimi göstərilməsi səbəbiylə ciddi tənqid hədəfinə çevrilmişdi. Bütün tənqidlərə və mənfi rəylərə baxmayaraq, Əsas İnstinq $352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olmuşdur. Videokaset, ℅DVD və Blu-ray disklərdə satışa çıxarılmış filmin eyni zamanda, rejissor tərəfindən kəsilmiş və Şimali Amerika kinoteatrlarında göstərilməmiş səhnələri də izləyicilərə təqdim edilmişdir. Filmin davamı kimi 2006-cı ildə çəkilmiş Əsas İnstinkt 2 filmi isə böyük tənqidlərə məruz qalmış və ciddi maddi itki ilə üzləşmişdi.
Əsas sərnişin
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Determinantın əsas xassələri
Determinant — çoxluq bir matris ilə bağlı xüsusi düzülüş. Bir A matrisin determinantı det(A) və ya det A şəklindədir. Determinant modul işarəsi tərkibində yazılır. 2 × 2 ölçülü matris halında determinant belə hesablanır: | A | = | a b c d | = a d − b c . {\displaystyle {\begin{aligned}|A|={\begin{vmatrix}a&b\\c&d\end{vmatrix}}=ad-bc.\end{aligned}}} Oxşar olaraq, 3 × 3 ölçülü A matrisinin determinantı: | A | = | a b c d e f g h i | = a | ◻ ◻ ◻ ◻ e f ◻ h i | − b | ◻ ◻ ◻ d ◻ f g ◻ i | + c | ◻ ◻ ◻ d e ◻ g h ◻ | = a | e f h i | − b | d f g i | + c | d e g h | = a e i + b f g + c d h − c e g − b d i − a f h . {\displaystyle {\begin{aligned}|A|={\begin{vmatrix}a&b&c\\d&e&f\\g&h&i\end{vmatrix}}=a\,{\begin{vmatrix}\Box &\Box &\Box \\\Box &e&f\\\Box &h&i\end{vmatrix}}-b\,{\begin{vmatrix}\Box &\Box &\Box \\d&\Box &f\\g&\Box &i\end{vmatrix}}+c\,{\begin{vmatrix}\Box &\Box &\Box \\d&e&\Box \\g&h&\Box \end{vmatrix}}&=a\,{\begin{vmatrix}e&f\\h&i\end{vmatrix}}-b\,{\begin{vmatrix}d&f\\g&i\end{vmatrix}}+c\,{\begin{vmatrix}d&e\\g&h\end{vmatrix}}\\&=aei+bfg+cdh-ceg-bdi-afh.\end{aligned}}} Bu hesablamada 2 × 2 ölçülü hər bir matrisin determinantı A matrisinin kiçik xətti matrisi adlanır. Bu prosedur oxşar şəkildə n × n ölçülü istənilən matris üçün tətbiq edilə bilər. Determinantın xassələri: Determinantda sətir və sütunların uyğun olaraq yerini dəyişsək, determinantın qiyməti dəyişməz. Buradan belə nəticəyə gəlmək olar ki, determinantda sətir və sütunlar eyni hüquludur. Determinantda iki sətrin (və yaxud sütunun) bir-birilə yerini dəyişsək determinantən ancaq işarəsi dəyişər.
Yerin əsas suayrıcı
Yerin əsas suayrıcı (rus. главный водораздел Земли, ing. continental divide, continental watershed) — Atlantik və Şimal Buzlu okeanlarına tökülən çay hövzələrini Sakit və Hind okeanlarına tökülən çay hövzələrindən ayıran suayrıcı. Avstraliyadan başqa bütün materiklərdən keçir.
Turku
Turku (keçmiş adı Abo, fin Turku, isv. Åbo) — Finlandiyanın cənub-qərbində Aurayokinin Arxipelaq dənizinə tökülən yerdə şəhər və port.Varsinays-Suomi vilayətinin inzibati mərkəzidir. 31 avqust 2013-cü il tarixinə əsasən əhali sayı 181 569 nəfərdir.
Turşsu
Yaşayış məntəqələri Turşsu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Turşsu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Turşsu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda qəsəbə. Digər Turşsu (içki) — təbii, müalicəvi mineral süfrə suyu.
Triqonometriyanın əsas düsturları
Triqonometriyada triqonometrik eyniliklər triqonometrik funksiyaların daxil olduğu bərabərliklərdir. Həndəsi olaraq isə bu eyniliklər bir və ya bir neçə bucağın müəyyən funksiyalarını ehtiva edən eyniliklərdir. Sinus və kosinus arasındakı əsas əlaqə Pifaqorun triqonometrik eyniliyi ilə verilir: sin 2 ⁡ θ + cos 2 ⁡ θ = 1 , {\displaystyle \sin ^{2}\theta +\cos ^{2}\theta =1,} burada sin 2 ⁡ θ {\displaystyle \sin ^{2}\theta } – ( sin ⁡ θ ) 2 {\displaystyle (\sin \theta )^{2}} , cos 2 ⁡ θ {\displaystyle \cos ^{2}\theta } – ( cos ⁡ θ ) 2 {\displaystyle (\cos \theta )^{2}} deməkdir. Bu bərabərlikdən sinus və kosinusu tapmaq mümkündür: sin ⁡ θ = ± 1 − cos 2 ⁡ θ , cos ⁡ θ = ± 1 − sin 2 ⁡ θ . {\displaystyle {\begin{aligned}\sin \theta &=\pm {\sqrt {1-\cos ^{2}\theta }},\\\cos \theta &=\pm {\sqrt {1-\sin ^{2}\theta }}.\end{aligned}}} Bərabərliyin tərəflərini ayrı-ayrılıqda sinusa və kosinusa və ya hər ikisinə böldükdə aşağıdakı eyniliklər alınır: 1 + cot 2 ⁡ θ = csc 2 ⁡ θ 1 + tan 2 ⁡ θ = sec 2 ⁡ θ sec 2 ⁡ θ + csc 2 ⁡ θ = sec 2 ⁡ θ csc 2 ⁡ θ {\displaystyle {\begin{aligned}&1+\cot ^{2}\theta =\csc ^{2}\theta \\&1+\tan ^{2}\theta =\sec ^{2}\theta \\&\sec ^{2}\theta +\csc ^{2}\theta =\sec ^{2}\theta \csc ^{2}\theta \end{aligned}}} Bu eyniliklərdən istifadə edərək hər hansı bir triqonometrik funksiyanı digəri ilə ifadə etmək mümkündür: Triqonometrik funksiyaların işarəsi bucağın rübündən asılıdır. Əgər − π < θ ≤ π {\displaystyle {-\pi }<\theta \leq \pi } və sgn işarə funksiyasını ifadə edərsə, sgn ⁡ ( sin ⁡ θ ) = sgn ⁡ ( csc ⁡ θ ) = { + 1 if 0 < θ < π − 1 if − π < θ < 0 0 if θ ∈ { 0 , π } sgn ⁡ ( cos ⁡ θ ) = sgn ⁡ ( sec ⁡ θ ) = { + 1 if − 1 2 π < θ < 1 2 π − 1 if − π < θ < − 1 2 π or 1 2 π < θ < π 0 if θ ∈ { − 1 2 π , 1 2 π } sgn ⁡ ( tan ⁡ θ ) = sgn ⁡ ( cot ⁡ θ ) = { + 1 if − π < θ < − 1 2 π or 0 < θ < 1 2 π − 1 if − 1 2 π < θ < 0 or 1 2 π < θ < π 0 if θ ∈ { − 1 2 π , 0 , 1 2 π , π } {\displaystyle {\begin{aligned}\operatorname {sgn}(\sin \theta )=\operatorname {sgn}(\csc \theta )&={\begin{cases}+1&{\text{if}}\ \ 0<\theta <\pi \\-1&{\text{if}}\ \ {-\pi }<\theta <0\\0&{\text{if}}\ \ \theta \in \{0,\pi \}\end{cases}}\\[5mu]\operatorname {sgn}(\cos \theta )=\operatorname {sgn}(\sec \theta )&={\begin{cases}+1&{\text{if}}\ \ {-{\tfrac {1}{2}}\pi }<\theta <{\tfrac {1}{2}}\pi \\-1&{\text{if}}\ \ {-\pi }<\theta <-{\tfrac {1}{2}}\pi \ \ {\text{or}}\ \ {\tfrac {1}{2}}\pi <\theta <\pi \\0&{\text{if}}\ \ \theta \in {\bigl \{}{-{\tfrac {1}{2}}\pi },{\tfrac {1}{2}}\pi {\bigr \}}\end{cases}}\\[5mu]\operatorname {sgn}(\tan \theta )=\operatorname {sgn}(\cot \theta )&={\begin{cases}+1&{\text{if}}\ \ {-\pi }<\theta <-{\tfrac {1}{2}}\pi \ \ {\text{or}}\ \ 0<\theta <{\tfrac {1}{2}}\pi \\-1&{\text{if}}\ \ {-{\tfrac {1}{2}}\pi }<\theta <0\ \ {\text{or}}\ \ {\tfrac {1}{2}}\pi <\theta <\pi \\0&{\text{if}}\ \ \theta \in {\bigl \{}{-{\tfrac {1}{2}}\pi },0,{\tfrac {1}{2}}\pi ,\pi {\bigr \}}\end{cases}}\end{aligned}}} sin ⁡ ( α + β ) = sin ⁡ α cos ⁡ β + cos ⁡ α sin ⁡ β sin ⁡ ( α − β ) = sin ⁡ α cos ⁡ β − cos ⁡ α sin ⁡ β cos ⁡ ( α + β ) = cos ⁡ α cos ⁡ β − sin ⁡ α sin ⁡ β cos ⁡ ( α − β ) = cos ⁡ α cos ⁡ β + sin ⁡ α sin ⁡ β {\displaystyle {\begin{aligned}\sin(\alpha +\beta )&=\sin \alpha \cos \beta +\cos \alpha \sin \beta \\\sin(\alpha -\beta )&=\sin \alpha \cos \beta -\cos \alpha \sin \beta \\\cos(\alpha +\beta )&=\cos \alpha \cos \beta -\sin \alpha \sin \beta \\\cos(\alpha -\beta )&=\cos \alpha \cos \beta +\sin \alpha \sin \beta \end{aligned}}} sin ⁡ ( α − β ) {\displaystyle \sin(\alpha -\beta )} və cos ⁡ ( α − β ) {\displaystyle \cos(\alpha -\beta )} bucaq fərqlərini " β {\displaystyle \beta } " -nı " − β {\displaystyle -\beta } " ilə əvəz etməklə və sin ⁡ ( − β ) = − sin ⁡ ( β ) {\displaystyle \sin(-\beta )=-\sin(\beta )} və cos ⁡ ( − β ) = cos ⁡ ( β ) {\displaystyle \cos(-\beta )=\cos(\beta )} faktına əsaslanaraq da tapmaq olar.
Triqonometriyanın əsas formulları
Triqonometriyada triqonometrik eyniliklər triqonometrik funksiyaların daxil olduğu bərabərliklərdir. Həndəsi olaraq isə bu eyniliklər bir və ya bir neçə bucağın müəyyən funksiyalarını ehtiva edən eyniliklərdir. Sinus və kosinus arasındakı əsas əlaqə Pifaqorun triqonometrik eyniliyi ilə verilir: sin 2 ⁡ θ + cos 2 ⁡ θ = 1 , {\displaystyle \sin ^{2}\theta +\cos ^{2}\theta =1,} burada sin 2 ⁡ θ {\displaystyle \sin ^{2}\theta } – ( sin ⁡ θ ) 2 {\displaystyle (\sin \theta )^{2}} , cos 2 ⁡ θ {\displaystyle \cos ^{2}\theta } – ( cos ⁡ θ ) 2 {\displaystyle (\cos \theta )^{2}} deməkdir. Bu bərabərlikdən sinus və kosinusu tapmaq mümkündür: sin ⁡ θ = ± 1 − cos 2 ⁡ θ , cos ⁡ θ = ± 1 − sin 2 ⁡ θ . {\displaystyle {\begin{aligned}\sin \theta &=\pm {\sqrt {1-\cos ^{2}\theta }},\\\cos \theta &=\pm {\sqrt {1-\sin ^{2}\theta }}.\end{aligned}}} Bərabərliyin tərəflərini ayrı-ayrılıqda sinusa və kosinusa və ya hər ikisinə böldükdə aşağıdakı eyniliklər alınır: 1 + cot 2 ⁡ θ = csc 2 ⁡ θ 1 + tan 2 ⁡ θ = sec 2 ⁡ θ sec 2 ⁡ θ + csc 2 ⁡ θ = sec 2 ⁡ θ csc 2 ⁡ θ {\displaystyle {\begin{aligned}&1+\cot ^{2}\theta =\csc ^{2}\theta \\&1+\tan ^{2}\theta =\sec ^{2}\theta \\&\sec ^{2}\theta +\csc ^{2}\theta =\sec ^{2}\theta \csc ^{2}\theta \end{aligned}}} Bu eyniliklərdən istifadə edərək hər hansı bir triqonometrik funksiyanı digəri ilə ifadə etmək mümkündür: Triqonometrik funksiyaların işarəsi bucağın rübündən asılıdır. Əgər − π < θ ≤ π {\displaystyle {-\pi }<\theta \leq \pi } və sgn işarə funksiyasını ifadə edərsə, sgn ⁡ ( sin ⁡ θ ) = sgn ⁡ ( csc ⁡ θ ) = { + 1 if 0 < θ < π − 1 if − π < θ < 0 0 if θ ∈ { 0 , π } sgn ⁡ ( cos ⁡ θ ) = sgn ⁡ ( sec ⁡ θ ) = { + 1 if − 1 2 π < θ < 1 2 π − 1 if − π < θ < − 1 2 π or 1 2 π < θ < π 0 if θ ∈ { − 1 2 π , 1 2 π } sgn ⁡ ( tan ⁡ θ ) = sgn ⁡ ( cot ⁡ θ ) = { + 1 if − π < θ < − 1 2 π or 0 < θ < 1 2 π − 1 if − 1 2 π < θ < 0 or 1 2 π < θ < π 0 if θ ∈ { − 1 2 π , 0 , 1 2 π , π } {\displaystyle {\begin{aligned}\operatorname {sgn}(\sin \theta )=\operatorname {sgn}(\csc \theta )&={\begin{cases}+1&{\text{if}}\ \ 0<\theta <\pi \\-1&{\text{if}}\ \ {-\pi }<\theta <0\\0&{\text{if}}\ \ \theta \in \{0,\pi \}\end{cases}}\\[5mu]\operatorname {sgn}(\cos \theta )=\operatorname {sgn}(\sec \theta )&={\begin{cases}+1&{\text{if}}\ \ {-{\tfrac {1}{2}}\pi }<\theta <{\tfrac {1}{2}}\pi \\-1&{\text{if}}\ \ {-\pi }<\theta <-{\tfrac {1}{2}}\pi \ \ {\text{or}}\ \ {\tfrac {1}{2}}\pi <\theta <\pi \\0&{\text{if}}\ \ \theta \in {\bigl \{}{-{\tfrac {1}{2}}\pi },{\tfrac {1}{2}}\pi {\bigr \}}\end{cases}}\\[5mu]\operatorname {sgn}(\tan \theta )=\operatorname {sgn}(\cot \theta )&={\begin{cases}+1&{\text{if}}\ \ {-\pi }<\theta <-{\tfrac {1}{2}}\pi \ \ {\text{or}}\ \ 0<\theta <{\tfrac {1}{2}}\pi \\-1&{\text{if}}\ \ {-{\tfrac {1}{2}}\pi }<\theta <0\ \ {\text{or}}\ \ {\tfrac {1}{2}}\pi <\theta <\pi \\0&{\text{if}}\ \ \theta \in {\bigl \{}{-{\tfrac {1}{2}}\pi },0,{\tfrac {1}{2}}\pi ,\pi {\bigr \}}\end{cases}}\end{aligned}}} sin ⁡ ( α + β ) = sin ⁡ α cos ⁡ β + cos ⁡ α sin ⁡ β sin ⁡ ( α − β ) = sin ⁡ α cos ⁡ β − cos ⁡ α sin ⁡ β cos ⁡ ( α + β ) = cos ⁡ α cos ⁡ β − sin ⁡ α sin ⁡ β cos ⁡ ( α − β ) = cos ⁡ α cos ⁡ β + sin ⁡ α sin ⁡ β {\displaystyle {\begin{aligned}\sin(\alpha +\beta )&=\sin \alpha \cos \beta +\cos \alpha \sin \beta \\\sin(\alpha -\beta )&=\sin \alpha \cos \beta -\cos \alpha \sin \beta \\\cos(\alpha +\beta )&=\cos \alpha \cos \beta -\sin \alpha \sin \beta \\\cos(\alpha -\beta )&=\cos \alpha \cos \beta +\sin \alpha \sin \beta \end{aligned}}} sin ⁡ ( α − β ) {\displaystyle \sin(\alpha -\beta )} və cos ⁡ ( α − β ) {\displaystyle \cos(\alpha -\beta )} bucaq fərqlərini " β {\displaystyle \beta } " -nı " − β {\displaystyle -\beta } " ilə əvəz etməklə və sin ⁡ ( − β ) = − sin ⁡ ( β ) {\displaystyle \sin(-\beta )=-\sin(\beta )} və cos ⁡ ( − β ) = cos ⁡ ( β ) {\displaystyle \cos(-\beta )=\cos(\beta )} faktına əsaslanaraq da tapmaq olar.
Üç əsas rəng
Üç əsas rəng — 1756-cı ildə görkəmli rus alimi Mixail Vasilyeviç Lomonosov ilk dəfə fikir yürütmüşdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl) müəyyən nisbətlə qarışdırmaq kifayətdir. Təsvirlərin kompüter kodlaşdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında qurulmuşdur. Görmə zamanı rənglərin müxtəlifliyinin hiss edilməsini insanın əsəb sistemində 3 tip oyanışın kombinasiyalarının müxtəlifliyi ilə izah etmək olar. Bir çox təsvirin emalı proqramlarında HSV (hue – rəng keyfiyyəti, saturation – dolğunluq, value – həcm, parlaqlıq) və CMYK (cyan – mavi, magenta – yasəmən, yellow – sarı) kodlaşma sxemlərindən də istifadə olunur. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
İqtisadi əsas cərəyan
İqtisadi əsas cərəyan (ing. mainstream — hakim cərəyan) və ya iqtisadi düşüncənin əsas axını — iqtisadçıların ümumiyyətlə onlardan başladığı, dünyada öyrədilən biliklər, nəzəriyyələr və iqtisadiyyat modelləri məcmusudur. "Ortodoksal iqtisadiyyat" olaraq da bilinən qeyri-adi iqtisadiyyatla fərqli məktəbləri və ya yalnız azlıqlı iqtisadçılar tərəfindən qəbul edilən yanaşmaları əhatə edən iqtisadiyyata qarşı qoymaq olar. İqtisadi peşə ümumiyyətlə neoklasik iqtisadiyyatla və neoklassik sintezlə əlaqələndirilir və XX əsrin ortalarından etibarən makroiqtisadiyyata Keynesian yanaşmasını da əhatə etmişdir. Neoklassik iqtisadi nəzəriyyənin əsas konsepsiyası fərdlərin rasional subyektlər kimi, iqtisadi sistemin isə tarazlığa can atması kimi fikirləridir. İqtisadiyyat bir çox iqtisadi düşüncə məktəbi ilə həmişə fərqlənmişdir və fərqli məktəblər fərqli ölkələrdə və zamanla fərqli şöhrət qazanmışlar. "İqtisadi əsas axın" ifadəsinin hazırkı istifadəsi II Dünya Müharibəsindən sonrakı dövr üçün, xüsusən də ingilisdilli dünyada və daha az qlobal səviyyədə xarakterikdir. Klassik iqtisadiyyatın inkişafından və yayılmasından əvvəl Avropada hakim məktəb merkantilizm idi, bu institusional məktəbdən daha çox əlaqəli fikirlər toplusu idi. XVIII əsrin sonunda şərti olaraq Adam Smitin "Millətlərin Sərvətinin Təbiəti və Səbəbləri haqqında Tədqiqat" adlanan müasir iqtisadiyyatın inkişafı ilə İngilis iqtisadiyyatı inkişaf etdi və indi klassik məktəb adlanan bölgədə üstünlük təşkil etməyə başladı. Xalqların zənginliyindən Böyük Depressiyaya qədər İngilis dilində danışan dünyada hakim məktəb klassik iqtisadiyyat idi və neoklassik iqtisadiyyat onun davamçısı idi.
Əsas Effektivlik Göstəriciləri
Bir çox müəlliflər müasir dövrdə istifadə edilən üç əsas performans ölçmə vasitələrinin olduğunu qeyd edirlər. KRI (key result indicators) - Bunlar nəticələrə əsaslanaraq şirkətin nə qədər başarılı olduğunu göstərir. Qısacası şirkətin keçmişi haqqında məlumat verir. PI (performance indicators) - Bu ölçüm vasitələri şirkətin mövcud vəziyyəti haqqında məlumat verir və nə etmək lazım olduğunu göstərir. KPI (key performance indicators) - Bu vasitələr isə şirkətin performansında mühüm artım əldə edə bilməsi üçün üzərində durulması lazım olan əhəmiyyətli nöqtələri müəyyən edir. Eyni zamanda bir şirkət üçün bu göstəricilərin “10-80-10” nisbətində olması məsləhət görülür. Əsas Effektivlik Göstəriciləri Əsas Effektivlik Göstəriciləri - Key Performance Indicator (KPI) şirkətin bugünkü və gələcək uğuru üçün kritik əhəmiyyətə malik olan faktorların müəyyən edilərək onların üzərində fokuslanması və əldə edilən nəticələrin bu istiqamətdə istifadə edilməsindən ibarətdir. Sistem şirkət xərclərinin proseslərin yaxşıladırılması hesabına azaldılmasını məqsədləyir və şirkətin ayrı-ayrı şöbələrinə və işçilərə tətbiq edilməsinə əsaslanır. Bunun üçün əsas məsələ öncə şirkətin hədəfləri istiqamətində doğru göstəricilər seçilməli, bu göstəricilərin hesablanması üçün davamlı məlumatın toplandığı sistem qurulmalı, əldə edilən nəticələr analiz edilməli və bunların əsasında yeni strategiya və hədəflər müəyyən edilməlidir. KPI-ların 7 əsas xüsusiyyəti: Mali olmayan Mütəmadi olaraq yoxlanan (günlük, həftəlik 7/24) CEO və ya rəhbərlik tərəfindən tətbiq edilən Hər bir içi tərəfindən qəbul olunan Xüsusi bir komanda tərəfindən həyata keçirilən Əhəmiyyətli təsirə malik olan Müsbət təsirə malik olan göstəricilərdir.
Əsas döyüş tankı
Əsas döyüş tankı və ya digər adı ilə döyüş tankı bir çox müasir ölkələrin silahlı qüvvələrində döyüş əməliyyatları zamanı birbaşa atəş və manevr rolunu yerinə yetirən, zirehlə müdafiə olunan tanklardır. 1960-cı illərdən etibarən bu cür döyüş maşınları silahlanmada olan bütün digər tank növlərini əvəz etməyə başlamışdır. Hazırda, əsas döyüş tankları müasir orduların hər birində vacib rol oynayır. Müasir ƏDT-lər döyüş ərzində düşmən qüvvələrinə maksimum zərər vurma, piyada qoşunların təhlükəsiz hərəkətini təmin etmə və onlara atəş dəstəyi vermə kimi bir çox mühüm funksiyaları yerinə yetirir. Döyüş zamanı ƏDT-lərin atəş dəstəyi ilə təmin olunmasında isə kəşfiyyat və hücum təyyarələri mühüm rol oynayır. Tank T-90 Leopard 2 Type 10 Type 99 Колёса или траки?
Əsas makroiqtisadi anlayışlar
Makroiqtisadiyyat çoxsayda anlayışları və görtəriciləri əhatə edir, ancaq bunlar 3 mərkəzi kateqoriyada birləşir. Makroiqtisadiyyat adətən istehsal, işsizlik və inflyasiya fenomenləri ilə əlaqəlidir. Makroiqtisadiyyatdan kənarda da bu göstəricilər bütün iqtisadi agentlər (işçilər, alıcılar və istehsalçılar) üçün də əhəmiyyətlidir. Milli iqtisadiyyatın vəziyyətinin ölçülməsinin ən yaxşı üsulu müəyyən müddət ərzində istehsal olunan son əmtəə xə xidmətlərin həcminin müəyyən edilməsidir. Bunu ifadə etmək üçün istifadə olunan əsas göstərici Ümumi Daxili Məhsuldur (ÜDM). ÜDM müəyyən dövrdə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının və xidmətlərinin bazar dəyəridir ÜDM iki məvhumu eyni anda ölçür: iqtisadiyyatdakı hər kəsin məcmu gəlirini və mal və xidmətlərin alınmasına çəkilən məcmu xərcləri. ÜDM bu xüsusiyyəti məcmu xərclərlə məcmu gəlirlərin bir-birinə bərabər olmasından irəli gəlir. Çünki, iqtisadiyyatda hər bir transaksiya əməliyyatında iki tərəf olur: Alıcı və satıcı. Kiminsə hər hansı məhsul (və ya xidmət) almaq üçün xərclədiyi pul digərinin gəlirinə çevrilir. Dövrü axın modelində bu açıq şəkildə göstərilmişdir.
Kürsü
Kürsü — qışda evləri qızdırılması üçün istifadə olunan cihaz. Kürsü bunlardan ibarətdir: bir qısa masa və altında keyfiyyətli, uzun müddət yanan və aşağı tüstü verən kömür ilə dolu manqal və kürsü yorğanı. Kürsü yorğanı masanın üstünə çəkilər ki, isti masanın altından çıxmasın və boşa getməsin. Azərbaycan və İranda Çillə gecəsində ailə kürsü ətrafında toplanır və bu gecəni qeyd edərdilər.[mənbə göstərin] Bir Kotatsu adlı oxşar məhsul Yaponiyada istifadə olunur. Kürsü nədir?
Nursu
Nursu (əvvəlki adı: Nurs) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kənd inzibati ərazi dairəsi tərkibindəki Nurs kəndi Nursu kəndi adlandırılmışdır. Rayon mərkəzindən 8 km şm,-ş-də dağətəyi ərazidədir. Əhalsisi 768 nəfər (2000); bağçılıq və heyvandarlıqla məşğuldur. orta məktəb, klub, kitabxana ambulatoriya, rabitə şöbəsi var. Nursu-Şahbuz rayonunda ça. Naxçıvançayın sol qolu. Mənsəbindən 46 km məsafədə ona tökülür.Uzunluğu 13 km, hövzəsinin sahəsi 52 km² -die. Əsasən, qar və qrunt. qismən yağış suları ilə qidalanır.
Tural-Turan
TuralTuranX – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər. Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur. 2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar.
Əşnas
Əbu Cəfər Əşnas (?-17.10.844)—Abbasilər ordusunun sərkərdəsi. Əşnas bir türk qulamıdır. O, Abbasilərin topladığı türk qulam qvardiyasında xidmət etmişdi. Tez bir zamanda sərkərdə mərtəbəsinə ucalmışdı. Babəkin üsyanı Xəlifə Mötəsim Orta Asiyada, Altay və Tyan-Şan dağlarının ətəklərində yaşayan türklərə istinad etməyə, onlardan ordusunun özəyini yenidən qurmağa məcbur etdi. O, hər ehtimala görə türklərə qarşı qoymaq üçün orduda bərbərlərdən (məğriblilərdən) ibarət alaylar da düzəltdi. Bunun özü isə, Mötəsimin türklərə inanmaması demək idi. Lakin, əsasən türklər fiziki cəhətdən xüsusi olaraq qüvvətli və cəld döyüşçülər yetişdirdiyindən, Mötəsim onarı kütləvi surətdə orduya topladı. İtax, Əşnas Türki, Böyük Buğa, Cəfər əl-Xəyyat, Vasif və s. türk sərkərdələrini Mötəsim şücaətlərinə görə seçib götürmüşdü.