Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uçaklı (Arxangel)
Uçaklı (başq. Уҫаҡлы, rus. Усаклы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 28 km, kənd sovetliyindən (Bakaldı): 15 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (49%), ruslar (40%) üstünlük təşkil edir.
Uçaq
Təyyarə, uçaq və ya aeroplan — havadan ağır, atmosferdə mühərriklərin və tərpənməz qanadların yardımıyla uçuş etmək üçün uçuş vasitəsi. Təyyarə qanadların qaldırıcılıq qüvvəsindən istifadə edərək özünü havada böyük sürətlə hərəkət etdirmək qabiliyyətinə malikdir. Tərpənməz qanadlar və mühərrikləri onları yelpəkciklərlə uçaqlardan və planerlərdən fərqləndirirlər. Təyyarələr müxtəlif konstruksiyalara malik olsalar da onların bir ümumi cəhətləri vardır. Onlar dinamik qaldırma qüvvəsindən istifadə edirlər. Havadan yüngül uçaqlardan (hava balonları, hava gəmiləri) fərqli olaraq təyyarələrdə qalxma, hava qanadların səthi üzrə axmağa başlayandan sonra baş verir. Təyyarələr müxtəlif göstəriçilərinə görə (məs. təyinatı, konstruksiyası, mühərrikin növünə görə, üçüş-texniki parametrləri və s.) səciyyələnirlər. Təyinatına görə Sərnişin Hərbi Qırıcı Qırıcı-bombardmançı Bombardmançı Raketdaşıyıcılar Hücumçular Kəşfiyyat Korrektəçilər Çoxməqsədli və xüsusi Nəqliyyat Desant Havada yanacaq dolduranlar Hava təyyarə daşıyıcısı Mülki təyyarələr Sərnişin nəql edənlər Nəqliyyat (yüklərin daşınması) Poçt Kənd təsərrüfatında kübrələrin işlənməsi Tədris-təlim İdman Sanitar Geoloji-kəşfiyyat Yanğısəndürmə Mühərriklərin tipinə görə Porşenli Turbinli Turbinreaktorlu Mühərriklərin sayına görə bir mühərrikli iki mühərrikli üç mühərrikli dörd mühərrikli altı mühərrikli səkkiz mühərrikli Sürətinə görə Səs sürətinə qədər Səs sürətindən yuxarı Hipersəs Eniş orqanlarına görə Quruda Gəmidə Hidrotəyyarələr Uçan gəmilər Uçuş və enişə görə Şaquli Qısa Adi Çəkmə mənbəyinə görə Vintli Reaktiv İdarəetmə növünə görə Pilotlu Avtomatlaşdırılmış, Pilotsuz Daxili yanma mühərriklərinin yaranması aviasiyanın da yaranmasında əsas rol oynamışdır. Öncə fikirləşirdilər ki, mühərrikin qanadlı apparata quraşdırılması nəticəsində uçmaq mümkün olar.
Uşak
Uşak — Türkiyənin Uşak ilinin inzibati mərkəzi. Uşakın Əhali Artır: TÜİK-in Mart 2023 Hesabatına Baxış Uşakın Əhali Artır.
Erhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru.
Nahapet Kuçak
Nahapet Kuçak (erm. Նահապետ Քուչակ; bilinmir – təq. 1592) — erməni şairi. Həyatı haqqında məlumat yoxdur. Ehtimallara görə, Van gölü yaxınlıqlarında, Xaraqonis kəndində (indiki Qaragündüz) anadan olmuşdur. Rübai janrında (hayren) yazmışdır. Ədəbi irsində əsas yer tutan aşiqanə şeirlərində real, azad məhəbbət tərənnüm olunur. Şeirlərinə orta əsr ehkamlarına, sosial ədalətsizlik əleyhinə çıxmış, xalqın iztirablarını ("qəriblik" hayrenləri) ürək ağrısı ilə təsvir etmişdir.
Qarasuçay (Uçar)
Qarasuçay — Ucar, Kürdəmir, Sabirabad, Əli Bayramlı rayonlarında Kür çayının qədim yatağı ilə axan çay. Çay, əslində, Göyçayın davamı olub, bataqlıq-göl və bunları birləşdirən qollardan ibarətdir. Göyçay, Girdimançay və Ağsuçayın sularından əmələ gəlir və Hacıqabul gölünə tökülür. Yay zamanı suyu çox azalır. Çayda balıq ovlanır. Qarasu bataqlığı, Şirvan Qarasuyu da adlanır.
Salih Uçan
Salih Uçan (6 yanvar 1994, Marmaris, Muğla ili) bir türk futbolçudur . Super Liqa komandalarından biri olan Alanyaspor'da oynayır.
Uçar Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Ərhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru.
Uğur Uçar
Uğur Uçar (d. 5 aprel 1987, Bakırköy) — türk futbolçudur . O , 2.liqa komandalarından olan "Pendikspor"da çıxış edir. "Qalatasaray"ın infrastrukturunda yetişən və 2004-cü ildən A komandasında oynamaq şansı qazanan futbolçulardan biri olan Uğur Uçar müdafiənin sağ cinahında çalışır və 2006–07 mövsümündə Erik Gerets dövründə "Kayserispor" a icarəyə verilmişdir. Karl-Heinz Feldkampla yenidən Qalatasaray'a dönən Uğur 2007–08 mövsümündə müdafiədə əvəzolunmaz oldu. Üç ildir ümidli millidə də çıxış edən Uğur, qarlı hava səbəbindən təxirə salınması tələb edilən Konyaspor matçında Batista ilə toqquşaraq diz qapağını sındırıb. 1 ilə yaxın zədələnən Uğur Uçar 5 fevral 2009-cu ildə fizioterapevtlərin müşayiəti ilə məşqə qatılıb. 21 fevral 2009-cu ildə komanda ilə işləməyə başlayıb. Uğur Uçarın meydana qayıdışı 2008–09 mövsümünün son matçı olan Sivasspor matçında oldu. 23 iyun 2010-cu ildə onun "Qalatasaray" dan "Ankaragücü" yə 1,3 milyon TL qarşılığında transfer edildiyi açıqlandı.
Uçan ulduzlar
Uçan ulduzlar (serb-xorv. Летеће звезде / Leteće zvijezde) — Yuqoslaviya Sosialist Federativ Respublikasına, daha sonra isə Serbiya və Monteneqroya məxsus olmuş aerobatika eskadronudur. 1985-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikası Hərbi Hava Qüvvələri tərkibində qurulmuşdur. Uçuşlar üçün Soko J-21 Jastreb(en) Təyyarələri istifadə olunurdu. 1990-cı ildə bu təyyarələr Soko G-4 Super Galeblərlə(en) əvəz olundu. 1991-ci ildə başlayan Yuqoslaviya müharibələri əvvəlcə komandanın, daha sonra isə Yuqoslaviya dövlətinin dağılmasına səbəb oldu.
Zülküf Uçar
Zülküf Uçar (1982, Van) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Zülküf Uçar 1982-ci ildə Van ilində anadan olub. 2006-cı ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq 2007-ci ildən Van Vəkillər Kollegiyasında çalışıb. Van Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü olub. 2018-2022-ci illərdə isə Van Vəkillər Kollegiyasının prezidenti vəzifəsində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evlidir.
Bahriyə Uçok
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Ulak adası
Ulak adası ( aleutca : Yuulax̂ ) — Andreanof adalarında , xüsusən Aleut adalarında ( Alyaska ) Delarof adalarının ən qərb yarımqrupunda yaşayan kimsəsiz adadır . Ada Amatignak adasından 6 km şimal-qərbdə yerləşir . Ulak nisbətən dayaz suda yerləşir və sörf çox vaxt o qədər ağır olur ki, adaya qayıqların hərəkəti mümkün deyil. İqlim şimal enliklərində dənizə xasdır , sərin temperatur, güclü küləklər, çoxlu duman və yağış, tez-tez güclü tufanlar olur. Dəniz səviyyəsində orta sutkalıq temperatur yayda 8,8 °C , illik orta hesabla 4,8 °C-dir. İllik yağıntı 166 sm-dir. Dəniz səviyyəsində qar nadir hallarda ildə 0,5 m-dən çox olur. Permafrost torpaqları yoxdur . Bitki örtüyü dəniz və alp tundrası üçün səciyyəvidir və əsasən çəmənlər , çəmənlər , torf mamırları , likenlər və müxtəlif ot bitkilərindən ibarətdir . Ağaclar və kollar yoxdur.
Umak adası
Umak adası (ing. Umak Island, aleut. Uhmax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Kiçik tanaqa adasından şimal-şərqdə yerləşir. 11,7 metr uzunluğa, 7,8 km enə malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır.
Uçan Hollandiyalı
Uçan Hollandiyalı (nid. De Vliegende Hollander, ing. The Flying Dutchman) — folklora görə okeanlarda həmişə üzməyə duçar edilmiş əfsanəvi yelkən qarabasma gəmisi. "Uçan Hollandiyalı" gəmisini görən dənizçilər uğursuz və ya ölmüş olacaqlar. Əfsanə XV–XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə gəmisinin kapitanı söz vermişdir ki, ona hətta məhşər kimi vaxt lazım olarsa o, Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəmi lənətləndirilmişdir. 1826-cı ildə ingilis yazıçısı Edvard Fitsboll "Uçan Hollandiyalı" melodramını və 1839-cu ildə Frederik Marryat "Kabus gəmisi" romanı yazmışdılar. Alman bəstəkarı Rixard Vaqner 1843-cü ildə "Uçan Hollandiyalı" operasını yazmışdır. Vaşinqton İrvinqin də 1855-ci ildə qələmə aldığı "Tappan dənizdə Uçan Hollandiyalı" əsəri var.
Uçan ağıl
Uçan ağıl — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonun Sirab kəndindən şimalda yerləşir. Uçan ağıl 2015-2017-ci illərdə Vəli Baxşəliyev və Katrin Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntılarla öyrənilmişdir. Uçan ağıl yaşayış yerinin yerüstü materialları boyalı qablar və samanlı keramika nümunələrindən ibarətdir. Tapıntılar arasında Kür-Araz mədəniyyətinə aid keramika parçalarına da rast gəlinmişdir. Tapıntılar arasında Duzdağdan məlum olan daş baltalara bənzər bir ədəd əmək alətinin aşkar olunması da diqqətəlayiqdir. Yaşayış yerində üç yerdə qazıntı aparılmışdır. Birinci sahənin ölçüsü 5x5 m, ikinci sahənin ölçüsü 5x5 m, üçüncü sahənin ölçüsü 5x10 m olmuşdur. Qazıntılar mədəni təbəqənin relyefdən asılı olaraq 0, 20-1, 20 sm arasında qaldığını göstərir. Uçan ağıl yaşayış yerinin tədqiqi zamanı saman qarışığı olan qırmızı rəngli keramika nümunələri, o cümlədən boyalı qabların parçaları aşkar olunmuşdur.
Uçan balıqlar
Uçan balıqlar — Exocoetidae ailəsini əmələ gətirən balıq növlərinin ortaq adıdır. Uçan Balıqlar Yerdəki bütün okeanlarda yaşayırlar. Xüsusilə də tropik bölgələrdə görülürlər. Əcdadlarından ayrıldıqdan sonra, pektoral üzgəcləri fərqliləşərək qanadvari bir xüsusiyyət qazanmışdır. Bu qanad bənzəri strukturlar sayəsində sudan sıçrayaraq uçan balıqlar, növdən növə dəyişən müddətlərdə havada qala bilirlər. Qanad bənzəri üzgəclərinin digər balıqlarda olan eyni anatomik quruluşa sahib olması, Təkamülün ən gözəl nümunələrindəndir. Uçan balıqlar suyun səthindən havaya sıçraya bilmək üçün quyruqlarını havada dəqiqədə 70 dəfə çırpırlar və müəyyən bir yüksəkliyə sıçradıqdan sonra yan üzgəclərini (2 ya da 4 ədəd ola bilər) açaraq uçurlar. "Uçan balıq" ifadəsi əslində səhvdir, çünki bu balıqlar hələ ki tam uça bilmirlər, süzürlər. Məlum olan ən uzun süzülüş, Yaponiyadakı Yakushima adalarındakı bir uçan balığın etdiyi 45 saniyəlik süzülüşdür. Bu süzülərək havada qalma müddətində balıq, sıçradığı nöqtədən 200 metr uzağa, saatda 70 km sürətlə irəliləyə bilir və arxasındakı ovçularından qaça bilir.
Uçan gəmi
Uçan gəmi, bir gövdəyə malik və əsasəndə hər hansısa bir eniş dəstinə malik olmayan bir sabit qanadlı hidrotəyyarədir.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
Uçan possumlar
Uçan opossumlar (lat. Petauridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Uçan tülkü
İriqanad və ya uçan tülkü (lat. Pteropus) — Yarasalar dəstəsinə aid məməli heyvan cinsi. İri olurlar, quyruqları yoxdur.Bəzilərinin qanadları açılmış halda 1.4 m-dək olur.Dəstə ilə uçurlar.Burnu sivri, qulaqları xırdadır.Başı it, yaxud tülkü başına oxşayır. Cənubi və Cənub-Şərqi Asiyada, Yeni Qvineyada, Avstraliyada yayılmışdır. Əti yeməlidir.
Uçan tülkülər
İriqanad və ya uçan tülkü (lat. Pteropus) — Yarasalar dəstəsinə aid məməli heyvan cinsi. İri olurlar, quyruqları yoxdur.Bəzilərinin qanadları açılmış halda 1.4 m-dək olur.Dəstə ilə uçurlar.Burnu sivri, qulaqları xırdadır.Başı it, yaxud tülkü başına oxşayır. Cənubi və Cənub-Şərqi Asiyada, Yeni Qvineyada, Avstraliyada yayılmışdır. Əti yeməlidir.
Uçan xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur. Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Uçan Öküzlər
Uçan Öküzlər (ing. Flying Bulls) Çex aerobatika komandasıdır. Red Bull GmbH-ə tabedir.Uçuşlar üçün 4 ədəd XtremeAir Sbach 342 təyyarəsi istifadə olunur. Təyyarələr komandanın sponsoru olan Red Bull enerji içkisi rənglərinə boyanmışdır. Bütün təyyarələr ağ tüstü generatorları ilə təchiz olunmuşdur.
Uşak ili
Uşak ili — Türkiyədə il.
Ucan
Ucan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Uçan kimi əksini tapmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli uc etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlib «ucların yaşadığı yer, uclara məxsus kənd» deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər, 1918-ci ildə 300 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Ucar
Ucar — Azərbaycanın Ucar rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır. Ucar rayonu 24 yanvar 1939-cu ildə yaradılmışdır. Rayon haqqında çoxlu fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-İstəxrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözündən əmələ gəlmişdir.Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. 1930-cu ildə qəza bölgüsü ləğv edilmiş və rayon inzibati ərazi bölgüsünə köçürülmüşdür.
Alpout (Ucar)
Alpout — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Laçın, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır.
Gəraybəyli (Ucar)
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır. == Toponimikası == Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır. Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.
Lək (Ucar)
Lək — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Tarixi == Kəndin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab, gümüş kəmər, xəncər, balta, kətmən, bel, dəryaz, oraqa demək olar ki,hər ailədə evdə rast gəlmək mümkün idi. Qeyd edilən plov qazanlarından tovuz, qazax bölgələrində bugünkü, günə qədər kəndlərdə evlərdə rast gəlmək olar. Burada yerli əhali bu plov qazanlarını "ucar qazanları" kimi tanıyır. Bu plov qazanlarının gəncə-basar bölgəsinə gəlib çıxmasında ehtimal ki, kənd əhalisi bu bölgəyə səfər edərək bu plov qazanlarını burada təhvil verib əvəzində taxıl alarmışlar. Kənd əhalisinin bir qismi indiki Göyçay şəhərində məskunlaşmışlar. Yerli əhalinin onların məskunlaşdığı yerə el dilində ləklilər məhəlləsi deyirlər. Bu kəndin gənclərinin 1941-45-ci illər böyük vətən müharibəsində faşizim üzərində qələbə çalınmasında özünəməxsus payı var.
Qarabəyli (Ucar)
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır. Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır. Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.
Qaracallı (Ucar)
Qaracallı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Ucar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar. Yaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır. Kənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır. Kənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir. Əhalisi 4500 nəfər.
Qaradağlı (Ucar)
Qaradağlı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 3440 nəfərdir. Yaşayış məntəqəsi çaylaq ərazidə yerləşdiyi üçün 1930-cu ilə­dək Çaykənd Qaradağlısı da adlanırdı. Qara­dağlı ən böyük Azərbaycan ellərindən birinin adı­dır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur.
Qazyan (Ucar)
Qazyan — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin dediyinə görə Qazyan kəndi XX əsrin əvvəllərində Çar hökuməti tərəfindən xüsusi fərmanları Zaqafqaziya Şeyxülislamı Babayev Baba ağaya bağışlanmışdır. Kəndin düzgün adı "Qazian"dır (yəni qazılar). Ərəb dilində qazi "kafirlərə qarşı vuruşan döyüşçü vədəstə, qoşun başçısı" mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. "Kitabi Dədə Qorqudda qazi – ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardır. Respublikamızın ərazisindəki Qazian (Qazyan) adlı toponimlər bu tayfaların adı ilə bağlıdır. Toponim əslində Qazian – qailər olmalıdır ki, bu da ərəbcə qalib, fateh mənasındadır. “Dədə – Qorqud” dastanında qazi – ərənlər formasında “igid, qəhrəman” mənasında işlənib.
Ramal (Ucar)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Çiyni (Ucar)
Çiyni — Azərbaycan Respublikasının Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Çiyni kəndinin oykonimi çiyni tayfasının adını əks etdirir. Etnotoponimdir. XVI əsrdə qızılbaş tayfalarından biri olan və mənşəcə qacar tayfasına mənsub çiyniləri Səfəvi şah Təhmasib (1524-76) üsyankar xarakterlərinə görə ölkənin müxtəlif ərazilərində yerləşdirmişdi. İran ərazisində çiynilər daha geniş yayılmışdılar.
Əlikənd (Ucar)
Əlikənd — Azərbaycan Respublikasının Ucar rayonunun Qazıqumlaq inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 815 nəfərdir. Əlikənd Ucar rayonunun eyniadlı və Qazıqumlaq inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonim "Əliyə məxsus kənd, Əlinin kəndi" mənasındadır.
Balaj Cucak
Balázs Dzsudzsák ( hu ; D. 23 dekabr 1986, Debrecen ) — sol cinahda açıq mövqedə çıxış edən Macarıstan milli futbolçusu . == Klub karyerası == === İlk illər === Macarıstanın Nyírlugos şəhərində anadan olan Dzsudzsák kəndlilərə "vaxtının çox hissəsini futbol meydançasında keçirən oğlan" kimi tanınırdı. Onun istedadları erkən yaşda kəşf edilmiş və Olasz Focisuli tərəfindən Debreceni VSC- nin infrastrukturuna gətirilmişdir. 17 yaşında icarə əsasında 3-cü Divizion komandalarından biri olan "Létavertes"ə keçdi. Dzsudzsák 2005-ci ildə Debrecenidə debüt etdi. === PSV === Dzsudzsák 24 oktyabr 2007-ci ildə Eredivisie komandaları PSV ilə 5 illik müqavilə imzaladı. Bu transferi 2008-ci ilin yayında həyata keçirməyi planlaşdıran PSV, oyunçusu Kennet Peres komandadan ayrıldıqdan sonra 2008-ci ilin yanvarında transfer etməli oldu. Dzsudzsák Eredivisie-də debütünü 12 yanvar 2008-ci ildə etdi. "Feyenoord" la görüş PSV-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 1-1 hesabı ilə başa çatan VVV-Venlo ilə növbəti matçda Dzsudzsák liqada ilk qolunu vurdu.
Ucaku Akita
Ucaku Akita (秋田 雨雀, Akita Ucaku, 30 yanvar 1883, Aomori – 12 may 1962, Nakamaruço[d]) və ya doğum adı ilə Tokuzo Akita – Yaponiya yazıçısı, şairi və esperantoçusu. O, esperanto dilinin Yaponiyada populyarlaşmasında vacib rol oynamış və Yeni dram hərəkatının qabaqcılı olmuşdur. Ucaku Akita 30 yanvar 1883-cü ildə Yaponiyanın Aomori prefekturasının Kuroişi şəhərində anadan olmuşdur. Anasının adı Matsu, atasının adı Qenan idi. Onun doğum adı Tokuzo olsa da, utancaq və xəstə oğlan olduğu üçün özünü Ucaku (yapon dilində zəif mənasına gələn sözdən) adlandırmağa başlamış, daha sonra bu adı özünə təxəllüs kimi seçmişdir. Ucaku 1887-ci ildə Kuroişi ibtidai məktəbində təhsil almağa başlamışdır. Sinif yoldaşı və gələcəkdə tanka şairi olan Yokiçi Narumi onun ən yaxın dostu və rəqibinə çevrilmişdir. Ucaku 1897-ci ildə Aomori prefektural liseyinə daxil olmuş, 1902–1907-ci illərdə Vaseda Universitetinin ingilis ədəbiyyatı fakültəsində təhsil almışdır. Ucaku 1907-ci ilin iyununda "Homoseksual sevgi" adlı ilk romanını yazmışdır. Tezliklə Vaseda Universitetinin tanınmış romançılarından biri olmuşdur.