Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alptəkin
Alp Təkin (962–963) — Qəznənin ilk türk hakimi. == Həyatı == Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi. == Ailəsi == Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi. Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
Erkin Alptəkin
Erkin Alptəkin (4 iyul 1939) — Uyğur əsilli yazıçı və siyasi fəal. Bir çox beynəlxalq təşkilatların qurulması üçün çox önəmli rol oynamışdır. Bunlardan ən məşhurları Dünya Uyğur Qurultayı və Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatıdır. == Həyatı == 4 iyul 1939-cu ildə Sintszyan-Uyğur Muxtar Rayonunda dünyaya gəlmişdir. 1949-cu ildə Sincanın sülh yolu ilə azad edilməsindən və yeni Çin Xalq Respublikasının qurulmasından sonra ailəsi ilə Kəşmirdəki Srinaqara qaçdı. Burada katolik məktəbində oxuduqdan sonra Convent Kollecində oxumağa başladı. Sonra isə İstanbul Jurnalistika İnstitutunda təhsilini başa vurdu. Təhsilini bitirdikdən sonra Almaniyaya köçmüş ancaq 1954-cü ildə yenidən Türkiyəyə qayıtmışdır. == Fəaliyyəti == 1971-ci ildə, atasının əlaqələri səbəbindən Münhendə Azadlıq / Azadlıq Radiosuna işə gəldi. "Baş Siyasət Müşaviri" olaraq çalışdı və 1979-cu ilə qədər Uyğur dilli verilişlər AzadlıqRadiosunun izlədiyi bir auditoriya olmaması üçün dayandırıldığı zaman Uyğur şöbəsinə rəhbərlik etdi.
Lev Slutskin
Lev Solomonoviç Slutskin (1902–1971) — tibb elmləri doktoru, professor == Həyatı == Lev Solomonoviç Slutskinin Azərbaycan oftalmologiyasının inkişafında xidmətləri çoxdur. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun uşaqlarda gözün patologiyası şöbəsində müdir vəzifəsində çalışmışdır. Prof. Slutskinin traxoma, herpes mənşəli buynuz qişanın zədələnmələri, buynuzqişanın irinli yaraları kimi ağır göz xəstəliklərinə həsr olunmuş elmi əsərləri vardır. O, institutda elmi kadrların hazırlanmasında da iştirak etmiş, 2 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.
Nəzir Eltəkin
Nəzir Əhmədov və ya Nəzir Eltəkin (azərb. Nəzir Laçın oğlu Əhmədov‎; 27 dekabr 1925, Kəhrizoba, Nuxa rayonu – 5 mart 2005, Bakı) — şair, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ali Sovetinin deputatı (1967–1971), Şəki şəhər İcra hakimiyyətinin başçısı (1993–1998), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2001). Nəzir Əhmədov 1925-ci il dekabrın 27-də Azərbaycanın Şəki rayonunun Dağ Qaraqoyunlu kəndində Kəhriz obasında anadan olub. Kənd yeddiillik məktəbi bitirdikdən sonra Şəki pedaqoji məktəbinə qəbul olunmasına baxmayaraq 1942-ci ildə məktəbin 2-ci kursunda oxuyarkən könüllü olaraq hərbi xidmətə getmişdir. 1944–1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində təhsil almış, 1946–1950-ci illərdə Sovet sərəhəd qoşunları hissəsində qulluq etmişdir. 1950–1955-ci illərdə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirən publisist 1955–1957-ci illərdə Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri, 1954–1974-cü illərdə Zaqatala rayon komitəsinin birinci katibi, 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin təbiəti mühafizə daimi komissiyasının sədri, 1974–1975-ci illərdə Abşeron rayon komitəsinin birinci katibi, 1975–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin elmi-tədqiqat institutunda baş elmi işçi və şöbə müdiri, 1993–1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı, 1998–2002-ci illərdə isə Azərbaycan iqtisadiyyat nazirinin müavini vəzifələrini icra etmişdir. 1991–1993-cü illərdə Şəki, Balakən və digər bölgələrdə milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1965–1970-ci illərdə Çexoslovakiya, Kuba, Amerika, Macarıstan və Rumıniya ölkələrinə rəsmi nümayəndə heyəti tərkibində xarici səfərlərdə olan şair, eyni zamanda 1966–1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1967–1971-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. "Desələr xatırlayın" (1955); "İzim qala" (1995); "Sarı Laçın" (1996); "Ömür körpüsü" (1998); "İsmipünhan sorağında" (poema) (1998); "Qaçaq Abbas" (poema) (2001); "Ömrün son baharı" (şeirlər və poemalar) (2006) 1966-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1968-ci ildə "Lenin ordeni", 1969-cu ildə "Şərəf nişanı" ordeni, 1967–1970-ci illərdə SSRİ XTNS-nin 2 qızıl medalına və birinci dərəcəli diplomlarına, əlavə 15 medalla da təltif olunmuşdu.
İsa Yusif Alptəkin
İsa Yusif Alptəkin (uyğ. ئەيسا يۈسۈپ ئالپتېكىن (عيسى يوسف الپتگین or عيسى يوسف الپتكین; türkcə: İsa Yusuf Alptekin; çin. 艾萨·玉素甫·阿布甫泰肯; pinyin: Àisà Yùsùfŭ Ābùfŭtàikěn 1901 – 17 dekabr 1995, İstanbul) — Uyğur yazıçı, siyasətçi. İsa Yusif Alptəkin Homindan rejimi dövründə müxtəlif vəxifələrdə çalışmışdır. Şərqi Türkistan İslam Respublikası həm də İkinci Şərqi Türkistan Respublikası dövründə türkçülük möqeyindən çıxış edən siyasi fiqur idi. Şərqi Türkistan (Sincan) Çin Xalq Respublikasının nəzarətinə keçdikdə, Alptekin 1949-cu ildə Çindən mühacirət etmişdir. İsa Yusif Alptəkin 1901-ci ildə Sin sülaləsi dövründə Qaşqar İlinin Yenihisar qəsəbəsində anadan olub. Aliptəkin siyasi karyerasına 1926–1928-ci illərdə Əndicandakı Çin konsulluğunda tərcüməçi və katib kimi başlamışdır. Alptəkin Əndicanda işləyərkən Sovet rejiminin uyğurları silahlandırmaq və Şərqi Türkistanı Çin nəzarətindən azad etmək planları ilə razılaşıb-razılaşdırılmayacağına dair onunla məsləhətləşən uyğur tacirləri ilə görüşmüşdü. 1928-ci ildə Alptəkinin işi yüksək qiymətləndirildi və çox pis xəstələnmiş çinli diplomatı Pekinə müşayiət etmək tapşırığını aldı.
Gültəkin
Gültəkin — qadın adı. Gültəkin Əsgərova — Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Hacıbəyli — Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı Gültəkin Cabbarlı — Gültəkin Qafarova — tibb bacısı Gültəkin Uysal — Türkiyə siyasətçisi. Əmin Abid Gültəkin — ədəbiyyatşünas, şair.
Gültəkin Cabbarlı
Gültəkin Əjdər qızı Cabbarlı (9 mart 1929, Bakı – 15 oktyabr 1996, Bakı) — 1950-ci il fevralın 6-dan Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru, Azərbaycan SSR əməkdar artisti (1990). == Həyatı == Gültəkin Cabbarlının Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub. O, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. 1947-ci ildə orta məktəbi bitirib. 1950-ci il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub. 1990-cı ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülüb. 1996-cı il oktyabrın 15-də dünyasını dəyişib.
Gültəkin Hacıbəyli
Gültəkin Yunis qızı Hacıbəyli (13 oktyabr 1973, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü. == Həyatı == Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Hüseyn Cavid adına 132 saylı orta məktəbi Qızıl medalla bitirib. Kimya, fizika və tarix fənləri üzrə respublika olimpiadalarının, bədii qiraət üzrə respublika müsabiqələrin qalibi olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrini Fərqlənmə diplomu ilə bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub. 1995–1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996–2002-ci illərdə Qərb Universitetində İngilis dili və Hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi olaraq çalışıb.
Gültəkin Hacıyeva
Gültəkin Yunis qızı Hacıbəyli (13 oktyabr 1973, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü. == Həyatı == Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Hüseyn Cavid adına 132 saylı orta məktəbi Qızıl medalla bitirib. Kimya, fizika və tarix fənləri üzrə respublika olimpiadalarının, bədii qiraət üzrə respublika müsabiqələrin qalibi olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrini Fərqlənmə diplomu ilə bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub. 1995–1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996–2002-ci illərdə Qərb Universitetində İngilis dili və Hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi olaraq çalışıb.
Gültəkin Qafarova
Gültəkin Qafarova (Tam adı: Gültəkin Ələsgər qızı Qafarova; d.15 avqust 1961, Bakı — ö.12 yanvar 2009, Bakı— tibb bacısı. "Florens Naytingel" medalı mükafatçısı. == Həyatı və fəaliyyəti == Gültəkin Qafarova 1961-ci ildə avqustun 15-də Bakı şəhərində anadan olmuşdur. 1995–1997-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu fərqlənmə ilə bitirmişdir. 1978-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü olmuşdur. 1979–1988-ci illər ərzində AzQAC Nəsimi rayon bölməsində patronaj tibb bacısı vəzifəsində çalışmışdır. 1993–2001-ci illər ərzində AzQAC Nərimanov, 2002–2006-cı illərdə isə Qaradağ rayon bölməsində patronaj tibb bacısı vəzifəsində işləmişdir. 2006–2008-ci illər ərzində AzQAC Katibliyinin Sağlamlıq və qayğı şöbəsində baş tibb bacısı vəzifəsində çalışmışdır. Ayrı-ayrı illərdə o, Azərbaycan QAC-ın İcraiyyə Komitəsinin üzvü, müxtəlif konfrans və Baş Məclislərinin nümayəndəsi olmuşdur. Gültəkin Qafarova-Əsgərzadənin evdə qulluq sahəsində böyük təcrübəyə malik olduğundan o, 1996–2000-ci illər ərzində Cəmiyyətdə həyata keçirilən "Mərhəmət"adlı layihəyə cəlb olunmuşdur.
Gültəkin Əsgərova
Gültəkin Məlik qızı Əsgərova (20 noyabr 1960, Bakı – 20 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. === Şəxsi həyatı === Ailəli idi, Əminə adlı qızı yadigar qalıb. === Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.
Gültəkin Uysal
Gültəkin Uysal (türk. Gültekin Uysal; 1976, İscehisar[d], Afyonqarahisar ili) — Türkiyə siyasətçisi. O, Demokrat Partiyanın sədri və Afyonqarahisar millət vəkili olmuşdur. == Erkən illəri == Gültəkin Uysal 3 aprel 1976-cı ildə Türkiyədə, Afyonqarahisarda anadan olmuşdur. İbtidai təhsilini Afyonqarahisarda yerləşən Gedik Əhməd Paşa İbtidai məktəbində, orta təhsilini isə İstanbulda yerləşən Özəl Üsküdar Fazilet Oğlan Liseyində bitirmişdir. Uysal universitet təhsili üçün ABŞ-yə getmişdir. O, Hyuston Universitetində siyasi elmlər üzrə bakalavr təhsilinə başlamışdır. Uysal bakalavr təhsilini Bilkənd Universitetinin Siyasi Elmlər və Dövlət İdarəçiliyi fakültəsində bitirmişdir. Uysal Rəisoğlu Mərmər ailə şirkətində çalışmışdır. O, Türk Ocaqları Afyonqarahisar şöbəsi, Liberal Düşüncə Cəmiyyəti, Afyon Təhsil Vəqfi, Yörük-Türkmən Federasiyası kimi təşkilatlarda fəaliyyət göstərmişdir.
Fatih Gültəkin
Fatih Gültəkin (1966, Konya) — Türk alim, professor, həkim, Loğman Həkim Universitetinin rektoru. == Həyatı və fəaliyyəti == Fatih Gültəkin 1966-cı ildə Konyada anadan olub. 1990-cı ildə Səlcuq Universitetinin Tibb fakültəsini bitirdikdən sonra Konya xəstəxanasının təcili yardım şöbəsində çalışıb. Bu müddət ərzində o, həmin universitetdə təhsilini davam etdirərək 1996-cı ildə alkoqol qəbul edənlərdə plazma, eritrosit və leykosit lipid peroksidləşməsinin və antioksidant fermentlərin fəaliyyətinin tədqiqi üzrə dissertasiyasını müdafiə edərək biokimya üzrə doktorluq dərəcəsini bitirib. 1997-ci ildə İsparta Süleyman Dəmirəl Universiteti Tibb Fakültəsinin Biokimya kafedrasında assistent, 2002-ci ildə isə dosenti olub. 2007-ci ildə professor elmi adını alıb. 2015-ci ildə Alanya Ələddin Keykubat Universitetinin Tibb fakültəsinin təsisçi dekanı vəzifəsinə təyin edilib. Dekan olduğu müddətdə o, eyni zamanda prorektor vəzifəsində də çalışıb. Tibb fakültəsinin yaradılması prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra 2017-ci ildə Səhiyyə Elmləri Universitetinə keçib. 2022-ci ildə Loğman Həkim Universitetinin rektoru təyin olunub.
Əmin Abid Gültəkin
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir.