Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andrey Urqant
Andrey Urqant (rus. Андрей Ургант; 28 noyabr 1956, Leninqrad) — sovet və rus aktyoru, teleaparıcı, şoumen. == Həyatı == Andrey Urqant 1956-cı ildə aktyorlar Lev Milinder və Nina Urqantın ailəsində anadan olub. Teleaparıcı və aktyor İvan Urqantın atasıdır. Aktyor haqqında "Moskovskiy komsomoleç" qəzetində yazılan məqalədə Urqant soyadının eston mənşəli olduğu bildirilir, eyni məlumatı "Arqumentı i faktı" qəzeti də dərc edib.1977-ci ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.1977-1979-cu illərdə V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrında işləyib. 1979-1981-ci illərdə orduda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra Lenin komsomolu adına Leninqrad teatrına qəbul olunur və burada yeddi il işləyir.Andrey Urqant 1982-ci ildən filmlərdə çəkilir. Aktyorun kinoda ilk əhəmiyyətli rolu, rejissor Yuriy Maminin 1993-cü ildə çəkdiyi iki seriyalı "Parisə pəncərə" (Rusiya-Fransa, 1993) filmində olmuşdur. Film keçmiş SSRİ ərazisində və ABŞ-da nümayiş etdirilmiş və yetərincə uğur qazanmışdır. Urqant uzun müddət Sankt-Peterburq televiziyasında çalışıb.
İvan Urqant
İvan Andreyeviç Urqant (rus. Иван Андреевич Ургант; d. 16 aprel 1978, Leninqrad, Rusiya SFSR, SSRİ) — Rusiya aktyoru, şoumeni, teleradio aparıcısı, müğənnisi, musiqiçisi və prodüseri. Hazırda "Pervıy Kanal"da yayımlanan "Axşam Urqantı" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib. Dəfələrlə "TEFİ" mükafatının laureatı olub. 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib.İvan Urqant 1996-cı ildən günümüzədək müxtəlif filmlərdə aktyor kimi çəkilib. Onun filmoqrafiyasında — "Yolkalar" və "Vısotski. Sağ ol ki, yaşayırsan" kimi filmlər var. Ümumilikdə aktyorun filmoqrafiyasında 25-dən çox film var.
Ürgənc
Köhnə Ürgənc (Türkməncə: Köneürgenç) — Türkmənistanın şimal-şərqində Ceyhunnun cənub sahilində Taşoğuz rayonunda yerləşən ortaçağ xarabalarının adıdır. == Tarixi == Gürgənc şəhəri Əhəmənilər İmperiyasına bağlı Xarəzm bölgəsinin mərkəzi idi. Daha sonra Xarəzmşahlar dövlətinin paytaxtı olmuşdur. Ancaq Böyük Monqol imperiyası tərəfindən dağıdılmış və təkrar inşa edilmişdir. Ürgənc şəhəri müsəlman Şərqində ən böyük mədəni mərkəzlərdən biri hesab edilirdi. 1646-cı ildə şəhərin insanları yeni şehre (Taze Ürgenç’e) taşınınca, önceki şehir "Köhne Ürgenç" (Eski Ürgenç) olaraq anılmağa başladı. Bu şəhərdə XI əsrda ve XVI əsrdə qalma bir sıra qalıntı var. Qaltıntıların ən önəmlileri, bir məscid, bir karvansara qapısı, qalalar, türbəler və bir minarədir. Qalıntılar, memari və sənət aləmində təsiri İran, Əfqanıstan və daha sonra XVI əsrdəki Hindistanındaki Böyük Moğol imperiyasına qədər uzanan başarıların bir bəlgesidir. Köhnə Ürgəncdə, Kübraviyyə və Zəhəbiyyə təriqətlarının qurucusu Nəcməddin Kübranın türbesi, Türkmənlər'in dört büyük velisinin (Priyar Veli, Danıyar Veli, Şıhatar Veli ve Döven Veli) mezarları, Xarəzmşah İl Aslan'ın ve Sultan Təkişin türbesi (Gökgömmez - Mavi Kubbe olarak bilinir) ilə məscidi, Xarəzmşahlar sülaləsi hökmdarlarının sarayı olaraq işlənilən Türebeg xanım türbəsi yer alır.
Köhnə Ürgənc
Köhnə Ürgənc (Türkməncə: Köneürgenç) — Türkmənistanın şimal-şərqində Ceyhunnun cənub sahilində Taşoğuz rayonunda yerləşən ortaçağ xarabalarının adıdır. == Tarixi == Gürgənc şəhəri Əhəmənilər İmperiyasına bağlı Xarəzm bölgəsinin mərkəzi idi. Daha sonra Xarəzmşahlar dövlətinin paytaxtı olmuşdur. Ancaq Böyük Monqol imperiyası tərəfindən dağıdılmış və təkrar inşa edilmişdir. Ürgənc şəhəri müsəlman Şərqində ən böyük mədəni mərkəzlərdən biri hesab edilirdi. 1646-cı ildə şəhərin insanları yeni şehre (Taze Ürgenç’e) taşınınca, önceki şehir "Köhne Ürgenç" (Eski Ürgenç) olaraq anılmağa başladı. Bu şəhərdə XI əsrda ve XVI əsrdə qalma bir sıra qalıntı var. Qaltıntıların ən önəmlileri, bir məscid, bir karvansara qapısı, qalalar, türbəler və bir minarədir. Qalıntılar, memari və sənət aləmində təsiri İran, Əfqanıstan və daha sonra XVI əsrdəki Hindistanındaki Böyük Moğol imperiyasına qədər uzanan başarıların bir bəlgesidir. Köhnə Ürgəncdə, Kübraviyyə və Zəhəbiyyə təriqətlarının qurucusu Nəcməddin Kübranın türbesi, Türkmənlər'in dört büyük velisinin (Priyar Veli, Danıyar Veli, Şıhatar Veli ve Döven Veli) mezarları, Xarəzmşah İl Aslan'ın ve Sultan Təkişin türbesi (Gökgömmez - Mavi Kubbe olarak bilinir) ilə məscidi, Xarəzmşahlar sülaləsi hökmdarlarının sarayı olaraq işlənilən Türebeg xanım türbəsi yer alır.
Ürgənc (Özbəkistan)
Ürgənc (özb. Urganch) — Özbəkistanın Xarəzm vilayətində şəhər. == Tarixi == İndiki Ürgənci (1929-cu ilədək - Yeni Ürgənc), XVII əsrdə Amudərya çayının dəyişməsindən qaynaqlanan suyun olmaması səbəbindən doğma yurdlarından köçmək məcburiyyətində qalan Köhnə Ürgənclilər qurmuşdur . Əski Ürgənc indiki Türkmənistan ərazisində , dövlət sərhədindən çox uzaqda yerləşir. Yaşayış yerinin düzgün çağı bəlli deyil, ancaq bəzi qaynaqlara görə bu şəhərin artıq eramızın I əsrində mövcud olduğu düşünülür. == Əhalisi == === Milli tərkibi === Əhalinin 90% yerli Özbəklər olmaqla, burada az sayda Rus, Qazax, Türkmən və Koreyalı azlıqlarda yaşamaqdadırlar. == İqtisadiyyat == Ürgəncdə Pambıq təmizləmə, yağ çıxarma, yem yığan maşın qayırma, təmir-ekskavator, təkər təmiri, ipək sarma və tikiş fabrikləri vardır.
Regent
Regentlik (lat. regens, "idarə edən") — monarxın yoxluğu və ya azyaşlılığı dövründə dövlət başçısı funksiyasını yerinə yetirən şəxs (regent) və ya kollegial orqan (regent şurası). == Tarixi == İlk dəfə regentlik İngiltərədə baş verib.Kral III Georq(1738 - 1820) ruhi xəstə olduğu üçün oğlu VI Georq(1762 - 1830) taxta çıxır.Və krallığı o idarə etməyə başlayır.Onun dövründə İngiltərə daha təkmilləşmiş, incəsənət , dizayn , moda və arxitektura və texnika daha çox irəliləmişdir.
Ergene iyesi
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Marko Arment
Marko Arment – tanınmış amerikalı mobil aplikasiya yaradıcısı, proqramçısıdır. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007-10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi. Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır.
Qurgen Antonyan
Qurgen Gerasimoviç Antonyan (erm. Գուրգեն Գերասիմի Անտոնյան; 3 yanvar 1911, Çıraqlı, Cavanşir qəzası – 7 may 1984, Bakı) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943–1974). == Həyatı == Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur. 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934–1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937–1974-cü illərdə Bakıda V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943–1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974–1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır. 7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Qurgen Arutyunyan
Qurgen Mixayloviç Arutyunyan (9 (22) iyun 1905, Yelizavetpol – 2 yanvar 1973, Stepanakert) — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1957). == Həyatı == Qurgen Arutyunyan 22 iyun 1905-ci ildə hazırkı Gəncə şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1929-cu ildə Bakı Erməni Teatrında başlamışdır. 1949-cu ildən Stepanakert Dövlət Teatrındakı tamaşalarda aktyor kimi çıxış etmişdir. Əsasən komik və xarakter rollarını ifa etmişdir.Qurgen Arutyunyan 1941-ci ildən Sov.İKP üzvü olmuşdur. O, 2 yanvar 1973-cü ildə hazırkı Xankəndidə vəfat etmişdir. == Mükafatları == Azərbaycan SSR əməkdar artisti fəxri adı — 17 iyun 1943 Azərbaycan SSR xalq artisti fəxri adı — 16 may 1957 "Şərəf nişanı" ordeni == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус».
Qurgen Dalibaltayan
Qurgen Harutyun oğlu Dalibaltayan (5 iyun 1926, Böyük Swift[d] – 1 sentyabr 2015, İrəvan) — erməni əsilli SSRİ və Ermənistan hərbiçisi, Ermənistan ordusunun yaradıcılarından biri, “qəhramanı”, Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi əməliyyatların aktiv iştirakçısı, Ermənistan silahlı qüvvələrinin general-polkovniki. == Həyatı == Bu soyad “Dəlibaltayan”, azərbaycanlılardan oğurladıqları yüzlərlə soyadlardan biridir. Bu soyadın mənbəyi ermənilərin türkləri qətlə yetirdikləri Türkiyənin Qars vilayətində günahsız insanları işgəncə ilə, qadın, uşaq, qoca demədən işgəncə verib, balta ilə doğrayan bir nəslin nümayəndələrinə verilən “dəli baltalar” ləqəbindən götürülüb. Müsahibələrinin birində baba qardaşının Göycə mahalında, Andranik Ozanyanın dəstəsində Şişqaya, Zod və digər kəndlərdə günahsız azərbaycanlıları qətlə yetirən dəstənin baş bilənlərindən olduğu ilə fəxr edən Dalibaltayan daim bu fikirləri erməni millətinə təlqin etmişdir. O zaman, Göycə mahalında 150 kənddən 30-u yerlə-yeksan edilmiş, sonrakı geriyə dönmək məqamında da həmin kəndlərdə yaşayan olmamışdı, yəni, əhali qalmamış, eləcə də Basarkeçər və Çəmbərək bölgəsinin 60-dan artıq kəndinin əhalisi amansız zülmün, xüsusilə də, terror əməliyyatının qurbanı olmuşdur. Məhz bu terrorçuların davamçısı, onların əməllərini özünə soyad götürüb, daşıyıçısı olan Qurqen Harutyun oğlu Dalibaltayan SSRİ-də yüksək hərbi vəzifələrdə xidmət etmiş, XX əsrin 90-cı illərdə Ermənistana gələrək babasının etdiyi eyni hərəkətləri Şuşada etmişdir. Bunun nəticəsində Şuşada 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Vəfatından sonra Ermənistan ictimayəti həmin cəlladı xalqın qəhrəmanı, igid oğlu, xilaskarı kimi dəfn edir. Bu dəfə erməlilər üçün balta igidlik rəmzinə çevriləcək.
Qurgen Markaryan
Qurqen Markaryan (erm. Գուրգեն Մարգարյան; 26 sentyabr 1978, İrəvan – 19 fevral 2004, Budapeşt) — Erməni leytenantı. Qurqen Markaryan 2004-cü ilin 2 fevralında Ramil Səfərovla münaqişə əsnasında ölmüşdür.
Qurgen Melkumyan
Melkumyan Qurgen Allahverdiyeviç (7 noyabr 1915, Şuşa qəzası – 18 noyabr 2007, Xankəndi) — Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi == Həyatı == Qurgen Melkumyan 7 noyabr 1915-ci il tarixində Şuşa qəzasında kəndli ailəsində doğulmuşdur. Sov. İKP MK-nın 3 illik Ali Partiya Məktəbini bitirmişdir.
Qurgen Qabrielyan
Qurqen Qabrielyan (erm. Գուրգեն Արտեմի Գաբրիելյան; 11 iyun 1927, Xanyeri, Əsgəran rayonu[d] – 15 noyabr 2005, Xankəndi) — erməni şair və yazıçı. Qarabağdakı erməni separatizminin öncüllərindən. 1986-cı ildə Azərbaycan SSR-nın əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. Qurqen Qabrielyan 1927-ci ildə Xocalı rayonunun Xanyeri kəndində anadan olmuş, 2005-ci ildə Xankəndi şəhərində vəfat etmişdir. Əsərlərindən bəziləri Azərbaycan dilinə tərcümə edilmişdir. 1949-cu ildə ikiillik Xankəndi Pedoqoji İnstitunda təhsilini başa vurmuş, 1954-cü ildə Azərbaycan Pedoqoji İnstitutunun Filologiya şöbəsində qiyabi oxumuşdur. 1940-1950-ci illərdə Xocalının Badara kənd məktəbində erməni dili və ədəbiyyatı müəllimi işləmişdir. 1950-1960-cı illərdə Xocalının Yemişcan kəndində müəllim fəaliyyətinə davam etmişdir. 1960-1963-cü illərdə, Xankəndi Xalq Yaradıcılıq Evinin direktoru, 1963-1966-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mədəniyyət Şöbəsinin direktoru, 1971-1974-cü illərdə Radio redaktoru, 1974-1976-cı illdər Xankəndidə Maksim Qorki adına Erməni dram Teatrının direktoru, 1978-1988-ci illərdə isə "Sovet Qarabağı" (rus.
Qurgen Tonunts
Qurgen Ovanesoviç Tonunts — erməni mənşəli sovet kinoaktyoru. == Həyatı == 1922-ci il sentyabrın 2-də Tbilisidə anadan olub. 1938-1941-ci illərdə Murmansk gəmiçilik məktəbində oxuyub. Tonunts paralel olaraq yerli teatr studiyasında çalışıb. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Hərbi xidmətini Şimal donanmasındakı SKR-19 mühafizə gəmisində (“Semyon Dejnev adına buzqıran paraxod) keçib. 1942-ci il avqustun 27-də Dikson limanında alman ağır kreyseri “Admiral Şeer”lə döyüşdə iştirak edən Qurgen Tonunts yaralanıb. Onun kino debütü 1947-ci ildə baş tutur. Həmin il erməni aktyor Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur və Lev Kuleşovun qrupunda təhsil alır. Təhsilini 1952-ci ildə başa vurur.
Qurgen Yanikyan
Qürgen Yanıkyan (erm. Գուրգեն Եանիկեան; 24 dekabr 1895, Ərzurum, Ərzurum vilayəti – 27 mart 1984 və ya 29 fevral 1984, Kaliforniya) — erməni terrorçusu, türk diplomatlarının qatili. == Həyatı == Qürgen Yanıkyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsindən sonra ABŞ–a köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur. Yanıkyan ABŞ–da bir neçə roman nəşr etdirir. 27 yanvar 1973–cü ildə 77 yaşlı Qürgen Yanıkyan Santa Barbara şəhərində yerləşən "Baltimor" otelində Türkiyənin Los-Ancelesdəki konsulu Mehmet Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanıkyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanıkyan öz cinayəti barədə bunları demişdi: "Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər" Həmin il məhkəmənin gərarı ilə Yanıkyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq Yanıkyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir.
Yurgen Habermas
Yurgen Habermas (alm. Jürgen Habermas‎; 18 iyun 1929[…]) — Alman filosof və sosioloq, Qərb fəlsəfəsinin görkəmli nümayəndələrindən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Amerikan praqmatizminin inkişafında xidmətləri olmuşdur.
Yurgen Klinsman
Yurgen Klinsman (30 iyul 1964[…]) — Alman futbol mütəxəssisi, FİFA 100 siyahısına daxildir.
Yurgen Klopp
Yurqen Norbert Klopp (16 iyun 1967[…], Ştutqart) — alman futbolçu və futbol məşqçisi. Hazırda Premyer Liqa komandalarından olan Liverpulun baş məşqçisi olan Klopp, buna qədər Borussia Dortmund və Mainz05 komandalarında baş məşqçilik edib.
Yurgen Vogel
Yurgen Peter Vogel (29 aprel 1968[…], Hamburq) - Alman aktyor, rejissor, prodüser və müğənnidir.
Dario Argento
Dario Argento (7 sentyabr 1940, Roma, İtaliya krallığı) — İtaliya kinorejissoru, prodüseri, redaktor və ssenari müəllifi.
Regent Universiteti
Regent Universiteti (əvvəllər Regents College) — İngiltərənin London şəhərində yerləşən özəl universitet. O, Avropanın ən böyük ali təhsil təminatçısı olan Galileo Global Education-ın bir hissəsidir.Regents Universiteti 1984-cü ildə Regent Kolleci olaraq təsis edilmişdir. 2012-ci ildə təhsil dərəcələri vermə səlahiyyətini aldı və 2013-cü ildə universitet oldu. İngiltərədəki beş özəl universitetdən biridir. Universitetin kampusu Mərkəzi Londonda, Regent Parkında yerləşir.
Qurgen Nersisyan
Qurgen Qarnikoviç Nersiyan (erm. Գուրգեն Գառնիկի Ներսիյան; 15 oktyabr 1985, Stepanakert) — Ermənistan siyasətçisi, 2021-2023-cü illərdə DQR-nin baş prokuroru, 22 fevral 2023-cü ildən avqust ayına qədər DQR-nin dövlət naziri. == Həyatı == Qurgen Nersisyan 14 oktyabr 1985-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. 2002-ci ildə Xankəndində Avetik İsaakyan adına 10 saylı məktəbi, 2007-ci ildə Xankəndi Universitetinin İqtisadiyyat-hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirmişdir. 2007-ci ildən DQR-nin prokurorluq sistemində işləmiş və Ağdərə rayon prokurorunun köməkçisi-stajyeri təyin edilmişdir. 2008–2009-cu illərdə Ağdərə rayon prokurorunun köməkçisi və həmin prokurorluğun prokuroru vəzifələrində çalışmışdır. 2009–2011-ci illərdə Xankəndi şəhər Prokurorluğunda prokuror vəzifəsində işləmişdir. 2011–2015-ci illərdə Baş Prokurorluğun Korrupsiyaya, əmlak və iqtisadi fəaliyyətə qarşı mübarizə idarəsinin prokuroru, 2019-cu ilə qədər isə böyük prokuror vəzifələrində çalışmışdır. 2019–2020-ci illərdə Baş Prokurorluqda prokuror vəzifəsində çalışmışdır. 2020-ci ilin iyul ayından hüquq müdafiəsi fəaliyyəti ilə məşğuldur.11 fevral 2021-ci il tarixində DQR Milli Assambleyasının qərarı ilə Qurgen Nersisyan DQR-nin Baş prokuroru vəzifəsinə seçilmişdir.
Gent
Gent — Belçika şəhəri. Bu şəhər orta əsrlərdə paltar ticarət mərkəzi və Parisdən sonra ən böyük Avropa şəhəri olmuşdur. Bu gün bu qədim şəhərin Müqəddəs Bavo Baş Kilsəsi, Qraflıqlar Qəsri daxil olmaqla tarixi binaları mövcuddur.
Agent-transfer
Agent 007
Ceyms Bond, həmçinin Agent 007 — Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı. Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazmışlar. Əvvəllər bu personaj kitablara əsasən tanınırdısa hal-hazırda onu əsasən filmlərdən tanıyırlar. Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Şon Konneri (1962–1967; 1971) Corc Leyzenbi (1969) Rocer Mur (1973–1985) Timoti Dalton (1987–1989) Pirs Brosnan (1995–2002) Deniel Kreyq (2006-) == Ceyms Bond haqqında filmlər == == Xarici keçidlər == Ceyms Bond əslində kim idi?
Agent 47
Agent 47 — Hitman adlı videooyun seriyasındakı xəyal məhsulu olan bir baş qəhrəmandır. IO Interactive tərəfindən hazırlanmışdır və səsləndirməsini David Bateson etməkdədir. Agent 47, 5 sentyabr 1964-cü ildə Rumıniyada alman həkim Otto Wolfgang Ort-Meyer tərəfindən genetikası dəyişdirilərək yaradılmış birinci sinif bir insan klonudur. Agent 47 doğulduğunda ona ad yerinə ona təyin edilən 640509–040147 kodu verilmişdir və eyni zamanda bu kod başının arxasında barkod şəklində bir döymə olaraq görünməkdədir. Agent 47'nin adı isə bu kodun son iki rəqəmindən alınmışdır. Ümumiyyətlə qara kostyumlu, qırmızı qalstuklu, qara əlcəkli bir şəkildə görünür və Silverballer adındakı silahını heç bir zaman yanından ayırmaz. Xarakterik olaraq, Agent 47 lazımsız danışıqlardan qaçınan, soyuq qanlı, ətrafını yaxşı gözləyəbilən, hissləri qüvvətli və ən əsası hər zaman qarşılaşdığı hadisələr əsnasında tez və alternativ vəziyyətləri düşünə bilən ağıllı bir agentdir. Ətrafındakı hər cür əşyanı silah olaraq istifadə edə bilməsi və müxtəlif silah növlərini ustalıqla istifadə onu digər təhsilli agentlərdən və suiqəstçilərdən üstün etmişdir. Agent 47 Beynəlxalq Kontrakt Agentliyinə bağlı olaraq çalışan bir sui-qəsdçi, eyni zamanda bir agentdir. Vəzifələri və ya hədəfləri haqqındakı xülasə məlumatları, yenə eyni kontrakt agentliyində çalışan Diana Burnwood adlı xanımdan alır.
Gürgən
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Rügen
Rügen — Baltik dənizində adadır. Almaniyanın daxilində ən böyük adadır (ümumi ərazi 926 km²). Meklenburq-Ön Pomeraniya federativ vilayətinin tərkibinə daxildir. Əhalisi təxminən 77 min nəfər təşkil edir. == Coğrafiyası == Adanın ümumi forması kifayət qədər əcaibdir, sahillər güclü kəsik-kəsik edilmişdir, onların əyrilikləri bir çox körfəz, körfəz, yarımada və burun yaradır. Rügenin cənub sahili Pomeraniyanın sahilləri boyunca uzanır. Cənubda adanın eni 41 kilometrə çatır, şimaldan cənuba maksimal uzunluğu 52 kilometrdir. Rügenin şimal-şərqində Yasmund (Jasmund) yarımadasında 1990-cı ildə əsası qoyulmuş 3000 hektar sahəsi olan eyni adlı milli park yerləşir. Tabaşirli qayalar Yasmundun ən məşhur simvoludur. Rügenin ən yüksək nöqtəsi — Pikberqdir (161 metr).
Urğun
Urğun - türk, anadolu və ltay xalq mədəniyyətində cin. Orgun və ya Vurğun da deyilir. Atəşdən yaradılmışdır. Tək ağacların altında, su sahillərində yaşayırlar. Həm yaxşısı, həm pisi ("müsəlmanı" və "kafiri") vardır. Qaranlıqdan sonra çıxarlar ortaya. İnsanı qaranlıq yerdə və ya sudan keçərkən vurur. Vurğun yemə deyilən bu cin vurmasına yakala adam bir müddət ölü kimi yatar. Və ya uzunca bir zaman kar və dilsiz gəzər. Vurğun vurma olaraq da adlandırılan bu narahatlıq çox təhlükəlidir.
Ülgen
Ülgən
Euqent Buşpepa
Euqent Buşpepa (alb. Eugent Bushpepa; d. 2 iyul 1984, Reşen, Albaniya) və ya sadəcə Qent Buşpepa — Albaniya müğənnisi və bəstəkarı. O, ifa etdiyi "Mall" (azərb. Həsrət‎) mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı müsabiqəsində qələbə qazanmışdır. Həmin mahnı ilə Euqent Albaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == === Erkən illəri === Euqent Buşpepa 2 iyul 1984-cü ildə Albaniyanın Reşen şəhərində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə həvəsi olan Euqent təhsilini bitirdikdən sonra Albaniyadan İtaliyaya köçmüşdür. Albaniyaya geri döndükdə Euqent musiqi karyerasına başlamışdır. === Musiqi karyerası === 2006-cı ildə Euqent Buşpepa Albaniyanın Top Channel telekanalında yayımlanan şoulardan birində ifaçı olaraq fəaliyyətə başlamışdır.
Gürgən (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgən bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.