Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vüsalə Ağarazıyeva
Vüsalə Naib qızı Ağarazıyeva (d. 12 iyul, 1990, Bakı) – Azərbaycan rəssamı, keramist, Azərbaycanda üçölçülü monumental küçə rəsmini yaradan ilk müasir sənətkar. == Həyatı == Vüsalə Ağarazıyeva 12 iyul 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keramika üzrə bakalavr və magistr təhsili almışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda və xaricdə bir sıra qrup və fərdi sərgilərdə onun rəsmləri, instalyasiyaları və video sənətləri nümayiş olunmuşdur. 2012-ci ildən başlayaraq V. Ağarazıyevanın yaradıcılıq emalatxanası Bakıda, İçərişəhərdə yerləşir. == Yaradıcılığı == 2017-ci ildə Bakının qədim İçərişəhər divarlarında üçölçülü (3D) monumental rəsm əsəri təsvir edərək ölkəmizdə belə üsulda monumental küçə rəsmini yaradan ilk sənətkar oldu. Bununla da burada mural art sənətinin inkişafının təməli qoyuldu. 2017-ci ildən 2021-ci ilədək ideya müəllifi və rəssam kimi çalışaraq, komandasının rəssamları Daşqın Bayramov və Ağayar Barışov ilə birlikdə paytaxtın mərkəzi küçələrində və ölkənin bölgələrində fərqli monumental rəsmlər yaratdılar.
Vüsalə Dadaşova
Vüsalə Dadaşova (Vüsalə Valeh qızı Dadaşova; ) — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasının müəllimi. == Həyat və fəaliyyəti == 1970-ci il oktyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bakı şəhəri 159 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. === Ailəsi === Evlidir. 2 övladı var. == Təhsili, elmi dərəcəsi və adları == 1992-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə «GaSxSe1-x bərk məhlul kristallarının elektrik və fotoelektrik xassələri və onlar əsasında funksional elementlər» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.04.07-Bərk cisim fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. == Əmək fəaliyyəti == 1992-1997, Bakı şəhəri 286 saylı orta ümumtəhsil məktəbində müəllim. 1997-2006, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında baş laborant. 2006-cı ildən Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında müəllim.
Vüsalə Kərimova
Vüsalə Kərimova (jurnalist)
Vüsalə Mahirqızı
Abışova Vüsalə Mahir qızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Əməkdar jurnalist; "APA-Holding" MMC-nin prezidenti. == Həyatı == 1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olub. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, ixtisası folklorşünas-mifoloqdur. 2005-ci ildə ixtisasca həkim olub iş adamı kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı Edip Nabikoğlu ilə ailə həyatə qurub. Sara adlı bir qızı var. == Fəaliyyəti == 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlayıb. "Bakı Universiteti", "Hürriyyət" qəzetləri ilə əməkdaşlıq edib, 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışıb. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləyib.
Vüsalə Mirzəyeva
Rejissor == Həyatı == Vüsalə Vaqif qızı Mirzəyeva 11 mart 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Televiziya Rejissorluğu” fakültəsini bitirib (1998). “Televiziya və musiqi” adlı elmi işi müdafiə edərək “magistr” dərəcəsi alıb (2002). Mətbuatda bir sıra yazılarla çıxış edib. Vüsalə Mirzəyeva Azərbaycan Dövlət Televiziyasında çalışdığı müddətdə (1998-2006) bir sıra verilişlərin həm müəllifi, həm də rejissoru olub. 2000-ci ildə "Sabah" yaradıcılıq birliyinə dəvət alıb və birliyin rəhbəri Ramiz Həsənoğlunun bir sıra film-tamaşalarında ikinci rejissor kimi fəaliyyət göstərib. 2006-cı ildən Space Televiziyasında öncə “Xəbərlər” departamentinin baş rejissoru, sonra isə “musiqili layihələr qrupu”nun rejissoru kimi fəaliyyət göstərib. Eləcə də bir çox verilişlərə quruluş verib. Eyni zamanda müstəqil fəaliyyət göstərərək br neçə şirkət və prodakşnlarla da əməkdaşlıq edib və kliplərin, müxtəlif tədbir və konsertlərin (Yaşıl Teatr konsertlərinin televiziya versiyası, Səs organization, 2007; Dünya Güləş Çempionatının açılış mərasimi, 2007) quruluşçu rejissoru olub. 2008-ci ildən Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
Vüsalə Seyfədinnova
Vüsalə Seyfədinnova (11 mart 2000, Azərbaycan) — Azərbaycan futbolçusu. == Həyatı == === Erkən illəri === === Klub karyerası === 2019-cu ildə Rusiyanın "Ryazan" futbol komandasının formasını geyinib. 2020-cu ildə Türkiyənin "ALG Spor" klubuna transfer olunub. 2022-ci ildə isə "Çaykur Rizəspor" futbol klubunun heyətinə qoşulub.
Vüsalə Əliyeva
Vüsalə Abazər qızı Əliyeva (2 sentyabr 1981, Cəhri, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı. == Həyatı == Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir. 1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir. 2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır. === Ailəsi === Ailəlidir, 2 övladı var. === Siyasi fəaliyyəti === 2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir. Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının üzvü olmuşdur. Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin və İntizam komissiyasının üzvüdür.
Vüsalə Əlizadə
Vüsalə Rəfail qızı Əlizadə (12 iyul 1984, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Vüsalə Əlizadə 1984-cü il 12 iyulda Bakı şəhərində anadan olub. Vüsalə Əlizadənin özündən başqa, üç bacısı və bir qardaşı var. Vüsalə Əlizadə, 9-cu sinifə qədər Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra isə o, Turan Liseyini bitirib. Ali təhsili isə Vüsalə Əlizadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində alıb. == Fəaliyyəti == Vüsalə Əlizadə, 2002–2014-cü illərdə "Lider" TV-də yayımlanan "Pərdə" maqazin verilişdə redaktor vəzifəsində çalışıb. 2014–2016-cı illərdə Vüsalə Əlizadə, "APA Holding"-in nəzdində fəaliyyət göstərən "APA" TV-də yayımlanan "Səhər zəngi" verilişinin aparıcısı olub. Vüsalə Əlizadə, 2015-ci ildən etibarən isə ATV-də yayımlanan "Qadına görə" verilişinin aparıcısıdır. Vüsalə Əlizadə, 2017-ci ilin oktyabr ayında ATV-də yayımlanan Maşın Realiti Şousunun Xanımlar və Cənablar adlanan 15-ci sürətinə qatıldı.
Vüsalə Kərimova (idmançı)
Vüsalə Akif qızı Kərimova (d. 1987; Bakı, Azərbaycan) — əlil arabasında rəqs idman növü üzrə çıxış edən Azərbaycanlı para-idmançı. == Həyatı == Vüsalə Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub.Vüsalə travma almış insandır.O, 15 yaşında pəncərədən yıxılmışdı və bundan sonra yeriyə bilməmişdi.Əlil olandan sonra 2-ci həyatına başlamışdır.Onun məşğul olduğu idman növü-əlil arabasıyla rəqss etməkdir.İlk dəfə ona əlil arabasıyla rəqs etməyi təklif etdilər. "Mənim özümə çox maraqlı gəlirdi ki, əlil arabasında rəqs necə ola bilər. Müəyyən videolara baxmışdım, amma hələ təsəvvür formalaşmamışdı. İlk dəfə Minskə səfərimiz olmuşdu və təlim-məşq toplantılarına qatılmışdıq. İlk dəfə orada əlil arabasında idman rəqsinin nə olduğunu anladım. Mənə çox müsbət təsir elədi və qərar verdim ki, bu idmanla məşğul olmalıyam. Biz ilk dəfə digər əlilliyi olan şəxslə- Kamal Məmmədovla rəqs etməyə başladıq. Bu iki əlil arabasında olan şəxsin rəqsi demək idi.
Vüsalə Kərimova (jurnalist)
Vüsalə Vaqif qızı Kərimova — Azərbaycan jurnalisti, telejurnalist, "SOY" prodakşnın hazırladığı və "Space" televizyasında yayımlanan "Gün aydın" verlişinin aparıcısı. == Həyatı == Vüsalə Kərimova 25 oktyabr 1977-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. İxtisası - telejurnalistdir. İlk televiziya fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının 1-ci kanalında «Manevr» hərbi proqramından başlayıb. Eyni zamanda dövrü mətbuatda da sosial, siyasi, mədəni və digər sahələri əhatə edən məqalələri işıq üzü görüb. Daha sonra "Sara" televiziyasında "Ana xəbər"i aparıb, "Lider" və "Space" kanallarında qısa müddətdə bir sıra verilişlərdə çalışıb. Daha sonra 5 il ATV telekanalında "Ana xəbər" bülletenini təqdim edib. Sonra Azərbaycanda fəaliyyət göstərən bir neçə televiziya kanalında müxtəlif sahələrdə fəaliyyət göstərib. 2001-ci ildən etibarən isə yalnız «Xəbər» sahəsində çalışır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin «İnformasiya» departamentinin direktor müavini və «Carçı» informasiya proqramının aparıcısı kimi çalışıbdır.
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Tahirov Vüsal
Vüsal Mehdi oğlu Tahirov (1 may 1997, Danyeri, Naxçıvan Muxtar Respublikası – 16 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Tahirov 1997-ci il mayın 1-də Şərur rayonunun Danyeri kəndində anadan olub. 2004-2015-ci illərdə Xırdalan şəhərində 9 nömrəli tam orta məktədə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Vüsal Tahirov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri olan Vüsal Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Tahirov noyabrın 16-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Tahirov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Vüsal Abbasov
Vüsal Telman oğlu Abbasov (12 avqust 1983; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Abbasov 12 avqust 1983-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Vüsal Abbasov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Abbasov 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Abdullayev
Vüsal Şakir oğlu Abdullayev (15 mart 1986, Sarısu, Jdanov rayonu – 22 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İkinci Qarabağ müharibəsi şəhidi Vüsal Şakir oğlu Abdullayev 1986-cı il 15 martda Beyləqan rayonunun Sarısu kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə məktəbə gedib. Məktəb doqquzillik olduğuna görə 9-cu sinfi bitirəndən sonra təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Atası Şakir kişi sovxozda traktorçu işləyib. Lap kiçik yaşlarından zəhmətə qatlaşan Vüsal elə o vaxtlardan da traktor sürməyi öyrəndiyi üçün kənddə atası kim traktor işlədib. == Hərbi xidməti == Vüsal Abdullayev 2003-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini Tərtər bölgəsində keçirib. Çox fəal əsgər olduğu üçün həmişə valideynlərinə təşəkkürnamə gəlib. Əsgərlik xidmətin 2004-cü ilin dekabr ayında başa vurub öz kəndlərinə qayıdan Vüsal yenə də təsərrüfat işlərinə başlayıb.
Vüsal Abdullazadə
Vüsal Abdullazadə (12 sentyabr 1992, Tircan, İsmayıllı rayonu) — Dağıstan, Ləzgi əsilli Azərbaycan karateçisi, üç qat dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı, yeddi qat Azərbaycan çempionu, Bakı Karate-do Akademiyasının prezidenti və şef-instruktoru, Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi, 5-ci dan beynəlxalq qara kəmər ustası, gənc ictimai xadim. == Həyatı == Azərbaycanlı karateçi, dünya və Avropa çempionu, yüksək səviyyəli beynəlxalq yarışların qalibi Vüsal Abdullazadə 12 sentyabr 1992-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub. 2011-ci ildə yüksək idman dərəcələrinə görə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə müsabiqədənkənar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2015-ci ilin iyun ayında Akademiyanı əla qiymətlərlə bitirib. 2015–2016 illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ordu sıralarının cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdir. 25 avqust 2016 tarixindən Bakı Karate-do Akademiyasının baş məşqçisi və prezidentidir. 2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisinə Növbədən kənar Parlament seçkilərində Deputatlığa namizəd olub. 1 aprel 2021-ci il tarixində Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri Federasiyasının birinci vitse-prezidenti təyin edilib. 01.10.2022-ci il tarixində Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri Federasiyasının birinci vitse-prezidenti vəzifəsi postundan istefa verib. 1 yanvar 2021-ci il tarixində Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi seçilib.
Vüsal Allahverdiyev
Vüsal Allahverdiyev (əsgər, 2002) (25.07.2002) — əsgər, Vətən müharibəsi şəhidi. Vüsal Allahverdiyev (əsgər, 1988) (16.08.1988) — əsgər, Vətən müharibəsi şəhidi.
Vüsal Allahyarov
Vüsal Şakir oğlu Allahyarov (22 aprel 1988; Sumqayıt, Azərbaycan SSR — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, yarımqrup komandiri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Allahyarov 1988-ci il aprelin 22-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüsal Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Allahyarov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Alıyev
Vüsal İlham oğlu Alıyev (4 oktyabr 1996; Şəmkir rayonu, Azərbaycan — 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşlərinin şəhidi. == Həyatı == Vüsal Alıyev 1996-cu il oktyabrın 4-da Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vüsal Alıyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan Aprel döyüşlərində savaşıb. Vüsal Alıyev aprelin 2-də Tərtər istiqamətində Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Aprelin 9-da Şəmkir rayonunun Kür qəsəbəsində dəfn olunub. Vüsal Alıyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.
Vüsal Ağalarov
Vüsal Zahid oğlu Ağalarov (20 oktyabr 1991, Gəncə) — Azərbaycanlı Pauerlifter, Respublika dərəcəli İdman ustası, Azərbaycan Pauerliftinq Federasiyasının (APF) yığma komandasının üzvü. == Rəsmi Yarış nəticələri == |Squat (wraps): 320 KG |Bench press: 205 KG |Deadlift: 322.5 KG |Total: 847.5 KG RAW == Həyatı == Ağalarov Vüsal 1991-ci il oktyabrın 10-da Gəncə şəhərində anadan olmuşdur. 1998-ci ildə Gəncədə 34 saylı orta məktəbə getmiş və 2009-cu ildə həmin məktəbin məzunu olmuşdur. Məktəbi bitirdikdən sonra 2011-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. == İdman Fəaliyyəti == Hələ erkən yaşlarında idmana yaranan həvəs sayəsində 6 yaşından 14 yaşına kimi boksla məşğul olub. 14 yaşından 16 yaşına qədər isə ağır atletika idman növündə də özünü sınayıb və bu idman ona daha da motivasiya verib. Aradan bir neçə il keçməsinə baxmayaraq 22 yaşından pauerliftinq idman növünə atılmağa qərar verir və getdikcə özündə olan potensial sayəsində yüksək nailiyyət əldə etmişdir. Dəfələrlə respublika yarışlarında özünü doğruldaraq növbəti hədəfində avropa və dünya yarışlarında uğur qazanmaq üçün daha çox çalışır. Avropa və dünya çempionatlarında da yüksək nailiyyət əldə edib.
Vüsal Babayev
Vüsal Sübbuh oğlu Babayev (8 yanvar 1992, Pirallahı – 21 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsal Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhərinin Pirallahı rayonunun Pirallahı adasında anadan olub. O, Pirallahı rayon 186 nömrəli tam orta məktəbini bitirib. Ailəli idi, iki övladı yadigar qaldı. Ailəsi şəhid Vüsal Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb. == Hərbi xidməti == Vüsal babayev orta məktəbi bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib.Vüsal Babayev 2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib.
Vüsal Cəfərov
Vüsal Cəfərov (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Vüsal Cəfərov (əsgər, 1990) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi. Vüsal Cəfərov (əsgər, 1989) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), Vətən müharibəsi şəhidi.
Vüsal Dəmirov
Vüsal Aydın oğlu Dəmirov (10 sentyabr 1993; İsmayıllı, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu,BTR sürücüsü, MAHHXQ İkinci Qarabağ müharibəsi şəhidi. Tovuz döyüşləri, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüşdür. == Həyatı == Vüsal Dəmirov 1993-cü il sentyabrın 10-da İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Vüsal Dəmirov 2014 cu ildə hərbi xidmətə başlayıb. Aprel döyüşündə , Tovuz döyüşündə fəal iştirak etmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Dəmirov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Dəmirov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Güləliyev
Güləliyev Vüsal Azər oğlu (19 noyabr 2001; Siyəzən, - 29 oktyabr 2020; Xocavənd), — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Güləliyev Vüsal Azər oğlu 19 noyabr 2001-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 2008-ci ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbin 1- ci sinifinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2020 -ci ilin yanvarın 6-da həqiqi hərbi xidmətə yollanmışdır. 29 oktyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Döyüş yolu == Müharibənin ilk günlərində döyüşlərə qatılaraq Füzuli rayonunun işğaldan azad olunmasında böyük igidlik göstərib. Xocavənd uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləliyev Vüsal Azər oğlu ölümündən sonra "Vətən uğrunda" medalı təltif olunub.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Güləliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüsal Hadıyev
Vüsal Hadıyev(azərb. Hadıyev Vüsal Balarəzi oğlu‎; 18 oktyabr 2000, Gəgiran, Lənkəran rayonu – 20 oktyabr 2020, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Hadıyev Vüsal 18 oktyabr 2000-ci ildə Lənkəran şəhəri Gəgiran kəndində anadan olmuşdur. Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçürlər. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alır. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunmuşdur. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Vətən Müharibəsinin başladığı ilk günlərdən etibarən döyüşlərdə iştirak etmiş və 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 oktyabr 2020-ci ildə Masallı şəhər məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüsal Həsənov
Vüsal Həsənov (əsgər, 1986)
Sülalə
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslərYaşayış məntəqələriMusalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.