Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşa Astafeva
Darya "Daşa" Viktorivna Astafeva (ukr. Дар'я Вікторівна Астаф’єва; 4 avqust 1985) — Ukrayna aktrisası, müğənnisi və fotomodeli.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. == Sözün mənşəyi == Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Abaza paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Akif Paşa
Akif Paşa (türk. Bozoklu Akif Paşa; 25 dekabr 1787, Yozqat – 1845, İsgəndəriyyə) — Osmanlı dövlət adamı, şair və yazıçı. == Həyatı == Akif Paşa 1787-ci ildə Yozğadda anadan olmuşdur. Atası Ayıntabizadə Müdərris Mehmet Əfəndidir. İlk dəfə əmək fəaliyyətinə Divani humadunda başlayıb. Siyasət aləminə düşdükdən sonra bu sahədəki rəqibi Ədhəm Paşa imiş və ömrünün sonuna qədər onunla çarpışmışdır. Fəqət Akif Paşa bu mübarizədə məğlub olmuşdur. Akif Paşa 1845-ci ildə vəfat etmişdir.
Arif Paşa
Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Ehtiyatda olan polkovnikdir. == Həyatı == Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub. 1966–1976-cı illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982–1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib. == Həbsi == 1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin 4-cü maddəsində ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.
Aşiq Paşa
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı. == Həyatı == Aşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır. Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir.
Aşıq Paşa
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı. == Həyatı == Aşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır. Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir.
Barbaros paşa
Xeyrəddin Barbarossa (Barbaros Xeyrəddin Paşa və ya Xızır Xeyrəddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Xızır Rəis; 1478 və ya 1484 – 4 iyul 1546, Konstantinopol) — Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Sultan Süleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəisə qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar. Xızır ve Oruc qardaşları 1516-cı ildə ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq Yavuz Sultan Səlim də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516–1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518-ci ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər.
Bayram Paşa
Ladikli Bayram Paşa (ö. 26 avqust 1638, İstanbul) — IV Murad dönəmində 2 fevral 1637 - 26 avqust 1638 tarixlərində ümumilikdə 1 il 6 ay 24 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda İstanbulun Bayrampaşa səmti də məhz Bayram Paşanın adı ilə bağlıdır. Sədrəzəmliyi dövründə haqqında həcv yazan Nefinin edamında günahlandırılır. == Həyatı == Əslən Samsunun Ladik bölgəsindən olan Qurd ağanın oğlu olaraq İstanbulda dünyaya gəlmişdir. Yeniçəri ocağına alınaraq burada yetişdirildi və 1622-ci ildə durnaçıbaşı, 1623-cü ildə zağarçıbaşı oldu və Rumelidə Yeniçəri ocağı üçün uşaq dəvşirməklə vəzifələndirildi. Ardından həmin il yeniçəri kəndxudası və yeniçəri ağalığına gətirildi. Yeniçəri kəndxudası ikən I Əhmədin qızı Xanzadə Sultanla evləndi. Ancaq Yeniçəri ocağında yaranan qarışıqlıq səbəbilə bu vəzifəsindən azad edildi və qübbə vəzirliyinə gətirildi. 1625-ci ildə Misir hakimliyinə yüksəldi və 3 ildən sonra yenidən qübbə vəziri olaraq paytaxta geri çağırıldı.
Camal Paşa
Camal Paşa (əsl adı Əhməd Camal) (6 may 1872[…], Mitilini – 21 iyul 1922[…], Tiflis) — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. == Həyatı == 1913 ildə İstanbulun hərbi qubernatoru, 1914-18 illərdə dəniz naziri olmuşdur. Ənvər paşa və Tələt paşa ilə birlikdə hakim triumviratrın (üçlüyün) üzvü olmuşdur. 1914-17 illərdə Suriya və Fələstindəki türk ordularına komandanlıq etmişdir. 1918-22 illərdə Almaniya, İsveçrə və Əfqanıstanda mühacirətdə olmuşdur. "Daşnaksutyun" partiyası uydurma "erməni soyqırımı"na görə, Tələt paşa kimi onun da qətlə yetirilməsi barədə hökm çıxarmışdı. Əfqanıstandakı səfirlikdə müşavir olan Camal paşa geri qayıdarkən Tiflisdə "Daşnaksutyun" partiyasının üzvü tərəfindən qətlə yetirilmişdi. == Əsərləri == Plevne Müdafaası (1898) Alte Denkmaeler aus Syrien,Palastina und West Arabien (1918) (Suriye, Filistin ve Batı Arabistan'daki Eski Anıtlar) Cemal Paşa Hatırası 1913-1922 (1923) Birinci Dünya Harbi'nde Suriye Hatıraları (2003) — Ali Fuad Erden == Mənbə == Залесский К.А. Кто был кто в Первой мировой войне. — М.: АСТ, 2003.
Davud Paşa
Davud paşa (Qarabağ)
Dilavər Paşa
Dilavər Paşa (XVI əsr – 1622, Konstantinopol) — II Osman dönəmində 17 sentyabr 1621 - 19 may 1622 tarixlərində ümumilikdə 8 ay 2 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Xorvat əsilli olub, Əndərunda təhsil almışdır. Əvvəlcə sarayda, ardından Misirdə bir çox vəzifələrdə xidmət göstərdi. Daha sonra İstanbula çağırılaraq sarayda çeşnigirbaşı təyin olundu. 1610-cu ildə Krım xanı Səlamət Gəray vəfat etmiş, İstanbulda olan Canı bəy Gərayla birlikdə Krıma gedərək onun xan olmağında köməklik göstərdi. 1613-cü ildə çeşnigirbaşlığından Kipr bəylərbəyiliyinə gətirilən Dilavər Paşa, bir il sonra Cığalızadə Mahmud Paşanın yerinə vəzir rütbəsiylə Bağdad bəylərbəyi oldu. 1616-cı ildə baş tutan İrəvan səfərinə Diyarbəkir bəylərbəyi olaraq qatıldı və bölgədə 2 qala inşa etdirərək döyüş sursatlarını bölgəyə gətirtdi. Burada mükəmməl idarəçilik məharətilə yerini sabitləyən Dilavər Paşa II Osmanın taxta çıxışından sonra (1618) Rumeli bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən Kürəkən Xəlil Paşa ilə birlikdə Səfəvilər üzərinə səfərə çıxdı. 10 sentyabr 1618 tarixində baş verən Sınıq körpü döyüşündə Osmanlı ordusu məğlub olmuş, bu məğlubiyyətin ardından ikinci dəfə Diyarbəkir bəylərbəyiliyinə gətirildi.
Fuad Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Həsən paşa
Həsən paşa (v. 1770, Ukrayna) — 1759-cu ildə atasının yerinə paşa olmuş, sonra elə həmin il paşalıqdan kənarlaşdırılıb yerinə İbrahim paşa gətirilmişdir. Lakin xalqın 1761-ci ildə üsyan etməsindən sonra yenidən paşalığa qaytarılmışdır. Rus-Osmanlı müharibəsi dövründə Ukraynaya göndərilmiş, Xotin qalasını müdafiə etmişdir.
Laşa Bekauri
Laşa Bekauri (26 iyul 2000, Archiloskalo[d], Dedoplistsğaro rayonu, Gürcüstan) — Gürcüstanlı cüdoçudur. Gürcüstan adından beynəlxalq turnirlərdə yarışır. Son qələbələri arasında 2019 Dünya Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer və eyni zamanda 2019 Avropa Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer var. Xatırladaq ki, Laşa Bekauri 2018-ci ildə Baham adalarının paytaxtı Nassauda keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının qalibi də oldu. 2021-ci ildə Qətərin Doha şəhərində keçirilən 2021 cüdo üzrə 90 kq çəkidə Dünya Mastersində kişilər arasında bürünc medallardan birini qazandı.Bir ay sonra İsrailin Tel-Əviv şəhərində təşkil olunan 2021 cüdo Grand Slam Tel Əvivində qızıl medal qazandı. == Haqqında == 8 dekabr 2019-cu ildə Laşa Bekauri Facebook-da polis məmurlarını zorakılıq və fiziki zorakılıqda günahlandıran bir yazı yayımladı.Dövlət Müfəttişliyi, cüdoçu Laşa Bekauri'ye qarşı mümkün polis zorakılığı ilə əlaqədar istintaq başlatdı eyni zamanda Daxili İşlər Nazirliyi, Laşa Bekauri-yə qarşı İnzibati Xətalar Məcəlləsinin ikinci maddəsi ilə istintaq başlatdı.
Laşa Talaxadze
Laşa Talaxadze (gürc. ლაშა ტალახაძე; 2 oktyabr 1993) — 109 kq-dan yuxarı çəki dərəcəsində yarışan gürcüstanlı ağırlıqqaldıran. İkiqat Olimpiya, altıqat dünya və yeddiqat Avropa çempionu. == Karyerası == 2010-cu ildə beynəlxalq arenada debüt edib. Öz idman karyerası ərzində 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib. 2013-cü il oktyabrın 17-də yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında qadağan olunmuş preparatlar qəbul etdiyinə görə cəzalandırılmışdır. Cəzası 17 oktyabr 2015-ci ildə başa çatıb. 2015-ci ildə ABŞ-nin Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanıb. O, birdən qaldırmanı 207, təkanla qaldırmanı isə 247 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 454 kiloqramlıq göstəriciyə nail olub.
Laşa Şavdatuaşvili
Laşa Şavdatuaşvili (gürc. ლაშა შავდათუაშვილი; 31 yanvar 1992, Qori) — Gürcüstan cüdo güləşçisi, Olimpiya çempionu və medal sahibi, komanda oyunlarında dünya çempionu, fərdi və komanda çempionatlarında Avropa Çempionatının təkrar çempionu və medal sahibi olmuşdur. == Bioqrafiya == Laşa Şavdatuaşvili, 1992-ci ildə anadan olmuşdur. 2010-cu ildə İliadis Kuboku turnirində 20 yaşınadək gənclər arasında Gürcüstan çempionatında üçüncü yeri tutub, Praqada gənclər arasında Avropa kubokunu qazanıb.2011-ci ildə İliadis Kuboku gənclər arasında ikinci, Dünya Gənclər Çempionatında üçüncü yeri qazanmış, Gürcüstan çempionatında gənclər arasında, Avropa çempionatında, Avropa kubokunda çıxışları heç-heçə ilə nəticələnmişdir. 2012-ci ildə yalnız böyüklər arasında oynayıb, Tbilisi, Praqa və Buenos Ayres turnirlərində Dünya Kuboku qazanaraq, IJF Grand Slam turnirində üçüncü oldu. Avropa çempionatında fərdi çıxış edərək üçüncü oldu, lakin komanda çempionatında Avropa çempionu oldu. 2012-ci il Olimpiadasında oynadığı 66 kiloqrama qədər olan 36 cüdo güləşçisi ilə mübarizə etdi. İdmançılar 4 qrupa bölündülər, onlardan dördü cüdoçuların çempionatda nəticələrinə görə yarımfinallara vəsiqə qazandı. Müsabiqəyə başlamazdan əvvəl Laşa Şavdatuaşvili açıq-aşkar seçilmiş tərəflər arasında yox idi. Lakin cüdoçu ilk 4 oyununda, müxtəlif üsulları nümayiş etdirib, müsabiqəni dəqiq bir qələbə ilə başa çatdırdı.
Lonardo Şaşa
Lonardo Şaşa (it. Leonardo Sciascia; 8 yanvar 1921[…], Rakalmuto[d], Siciliya – 20 noyabr 1989[…], Palermo) — italyan ədəbiyyatında mahir detektiv ustası. == Həyatı == Lonardo Şaşa 8 yanvar 1921- ci ildə Siciliyanın Racalmuto şəhərində, qulluqcu ailəsində anadan olmuşdur. Yazıçının 1961- ci ildə işıq üzü görmüş “Bayquşun günü” romanı indiyədək də onun ən güniş yayılmış, ən şox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi uguru sayılır. Romanda ilk dəfə olaraq italya mafiyasının kəndlərdəki hökümranlığının şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə Lonardo Şaşa görkəmli həmyerlisi L. Pirandellaya hər olunmuş “Pirandello və Siciliya” adlı elmi- tənqidi esselər toplusunu da çap etdirir. Lonardo Şaşa ziddiyatlı şəxsiyyət idi. Ötən əsrin 60- 80- ci illərində İtalyanın mürəkkəb ictimai- siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi dilemmalardan, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçını 1979- cu ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi- ictimai kredosu və siyasi baxışları ilə daha yaxından tanış olmağa imkan verir. Lonardo Şaşa tez- tez qeyd edirdi: “Boynuma alıram ki, mənə yersiz görünməmək, münasib olmaq, müdriklik qabiliyəti verməyib, ancaq hər şey necə olubsa, necə varsa, elədir...” Lonardo Şaşa 9 noyabr 1989-cu ildə Siciliyanın Palermo şəhərində vəfat edib.
Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564, 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsi ilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. == Tarixi == 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
Yasa
Yasa (monq. Их засаг хууль) — Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi belə adlanırdı. Böyük Yasa da deyilirdi. == Tarixi == Böyük öndər Çingiz xan (1162-1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur. Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən əvvəlki uyğur əlifbasını monqol dilinə tətbiq etməklə isə öz oğlanlarını və rəsmi dövlət məmurlarını xarici katiblərin asılılığından xilas etmişdir. Bunun da nəticəsində onlar hamının riayət etməli olduğu qanunları yazıya ala və öz tarixlərinin yazılmasına nəzarət edə bilmişlər. Demokratiyanın ilkin şərtləri üçün lazımi şərait yaradan Çingiz xan liberal demokratiyanın bir sıra dəyərlərini praktik surətdə öz hökumətinə də tətbiq etmişdir. Bu dəyərlərdən bir çoxu sonralar ənənəvi monqol mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir.
Ayşe Şasa
Ayşe Şasa(d. 1 yanvar 1941, İstanbul, Türkiyə Respublikası - 16 iyun 2014, İstanbul, Türkiyə Respublikası) — çərkəz əsilli türkiyəli senarist və yazıçı. == Həyatı == Çərkəz əsilli ana və yarı çərkəz əsilli atanın övladı olaraq dünyaya gələn Ayşe Şasa 1 yanvar 1941-ci ildə İstanbulda anadan olmuşdu. Babası Bəkir Şasa Meşə İdarələrində müdirlik etmişdir. Ankaranın Əskişəhər çıxışında onun xatirəsinə həsr edilmiş meşə sahəsi mövcuddur. 3 evliliyi olmuşdur. İkinci evliliyi məşhur rejissor Atıf Yılmaz ilə olmuşdur. Atıf Yılmaz öz dövrünün məşhur rejissoru, senaristi və film prodüseri olmuşdur. 16 iyun 2014-cü ildə bir müddət müalicə aldığı ağciyər iltihabından vəfat etmişdir. Sahrayıcedid məzarlığında dəfn edilmişdir.
Baba burnu
Baba burnu (türk. Bababurnu) — Türkiyənin Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Sahillərini Egey dənizinin suları yuyur. Burun Asiya qitəsinin ucqar qərb nöqtəsini təşkil edir. == Tarixi == 31 may 1828 il. Baba burnu döyüşü zamanı Yunanlar tərəfindən iki Osmanlı korveti babatırılmışdır. 8 mart 1915 ildə Baba burnundan alman minadaşıyan «Teymur-Hissar» keçmişdir. 19 dekabr 1941 burun yaxınlığında «Varlan Avanesov» gəmisi Qara dəniz Uzaq şərq maşrutu üzrə hərəkət edərkən qəzaya uğramışdır.
Abaşa
Abaşa (gürc. აბაშა) — Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Casa Sindical
Casa Sindical — (azərb. Həmkarlar İttifaqı evi‎ İspaniyanın Madrid şəhərində bir bina. Hal hazırda İspaniya Səhiyyə Nazirliyinin qərargahına ev sahibliyi edir. == Tarixi == FET, CONS həmkarlar ittifaqlarının o zamankı milli nümayəndəsi Fermin Sanz Oriyo tərəfindən dəvət edilən layihə üçün müsabiqə qaydaları 1949-cu ilin aprel ayında dərc edildi. o layihə, nəhayət, Francisco de Asis Cabrero və Rafael de Aburtoya keçmiş aequo-ya tapşırıldı. 1951-ci ildə bitən, III Milli Fəhlə Konqresinin qeyd edilməsindən yararlanaraq bəzi asılılıqlar 1955-ci ilin iyulunda açılmışdır. 27 oktyabr 1955-ci ildə Fransisko Franco tərəfindən rəsmi olaraq açılışı edildi. == Təsviri == Prado Muzeyinin qarşısında, 60 metr hündürlüyə çatan mərkəzi prizmatik 16 mərtəbəli kərpic qülləsi var. Landmark, ənənəvi estetikadan uzaqlaşaraq, memarlıq dili baxımından frankist rejimi tərəfindən müasir memarlığı qəbul etməsini simvolik olaraq qeyd etdi. Bu, tez-tez italyan faşist memarı Cüzeppe Terragninin əsərləri ilə əlaqələndirilmişdir.
Mıxlı baba hərəkatı
Mıxlı baba hərəkatı və ya Mıxlı vardapet hərəkatı — 1625-ci ildə Azərbaycanda baş vermiş antifeodal hərəkat. Erməni və azərbaycanlıların iştirak etdiyi hərəkata Mıxlı baba başçılıq etmişdir. == Zəmin == Mıxlı baba Gəncədə anadan olmuşdur. Əsl adı məlum deyil. Milliyətcə udin olan Mıxlı babaya təqribən 1624-cü ildə arxidyakon, sonralar dyakon dini rütbələri verilmişdir. Gecə əbasının sinəsinə ürəyi səmtində İsanın çarmıxa çəkilməsi rəmzi kimi iki ədəd mıx bərkitdiyi üçün, onu azərbaycanlılar "Mıxlı baba", ermənilər isə "Mıxlı vardapet" adlandırmışdır. Səfəvi hökmdarı I Şah Abbasın himayə etdiyi erməni kilsələrinin Gəncə-Qarabağ zonasında xeyli torpaq sahəsi var idi. Burada minlərlə kəndli işləyirdi. == Hərəkat == Mıxlı baba Qarabağ və Gəncədə yaşayan azərbaycanlıları, erməni və udinləri kilsə və feodallar əleyhinə çıxmağa təbliğ edirdi. Erməni salnaməçisi Kanakerli Zəkəriyyənin məlumatına görə Qarabağ, Gəncə və Çuxursəəd də Mıxlı babanı 500 nəfərdən ibarət dəstə müşayiət edirdi.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Abaza Həsən Paşa
Abaza Həsən Paşa (osman. ابازه حسن پاشا), həmçinin Qara Həsən Paşa və ya Cəlalı Həsən Paşa —XVII əsrin ortalarında Osmanlı bəylərbəyi və cəlali üsyançısı. O, Osmanlı hökumətinə qarşı iki üsyan qaldırmış, ikincisi və ən böyüyü 16 fevral 1659-cu ildə onun Hələbdə sui-qəsdə uğraması ilə başa çatmışdır. Abaza Həsən Paşa sədrəzəm Köprülü Mehmed Paşanı devirməyə məcbur etməyə cəhd göstərmiş, lakin uğursuz olmuşdur. Böyük cəlali üsyançılarının sonuncusu olan Abaza Həsənin məğlubiyyəti Anadoluda uzun sürən qeyri-sabitlik dövrünün sona çatmasına səbəb olmuşdur. Vilayət 1622-ci ildə Abaza Mehmed Paşanın üsyanından sonra bəylərbəylər tərəfindən qaldırılmış üsyanlardan əziyyət çəkirdi.
Abaza Mehmed Paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Bada
Bada (kor. 바다 — dəniz) — sensor ekranlı mobil telefonlar üçün platformadır. Samsung Electronics şirkəti tərəfindən SHP (Samsung Hand-Held Platform) platformasının üzərində davamı kimi hazırlanıb. == Tarix == İlk versiyası 10 noyabr 2009-cu ildə anons edilmişdir. Platformanın 1.0 versiyası və ilk bada-telefonu(badafon) Samsung Wave S8500 14 fevral 2010-cu ildə Barselonada təqdim olunmuşdur. 2010-cu ilin may ayında isə Samsung Wave S8500-in satışı başlanmışdır. Həmçinin bada SDK/IDE proqramm təminatının yaradılması üçün ilk alətlər vasitəsi istifadəyə verilmişdir. 15 fevral 2011-ci ildə bada 2.0 alfa versiyası nümayiş olundu. == Təsvir == bada bağlı tipli platformadı, hansında ki istehsalçının SDK-sını istifadə etməklə, yalnız bu platformada işləyən programlar yaratmaq mümkündür. bada çoxsəviyyəli arxitekturaya malikdir.
Gürcü Mehmed Paşa
Gürcü Mehmed Paşa (ö. 7 aprel 1666) — IV Mehmed dövründə 7 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Qafqaz əsilli olan Mehmed ağa sədrəzəm Qoca Sənan Paşanın köləsi ikən sonralar öz istəyilə saraya alınmış, Əndərun təhsilini başa vurduqdan sonra sarayda müxtəlif vəzifələrdə xidmət göstərmişdir. Bilinən ilk xidməti saray mətbəxində olmuş, 1614-cü ilin iyulunda baş cəbəci seçilmişdir. Bu vəzifədə ikən Öküz Mehmed Paşanın şərq səfərinə qatılmış, 1617-ci ilin noyabrında baş çavuş olub paytaxta geri dönmüşdür. 1620-ci ilin fevralında qapıçıbaşı olaraq Gənc Osmanın Lehistan səfərində iştirak etdi. Bu illərdə sədarətə gətirilən Öküz Mehmed Paşa və ardından Gözəlcə Əli Paşaya sədarət möhürünü məhz Mehmed ağa vermişdir. Biləcikli Mustafa Paşa sədarətə gətirildikdən sonra 1622-ci ilin avqustunda baş miraxur təyin olundu. 9 ay sonra isə Rumeli bəylərbəyi olaraq saraydan ayrıldı (may 1623). Sədrəzəm Çərkəz Mehmed Əli Paşanın rəhbərliyi ilə Abxaz Paşa üzərinə tərtiblənən səfərdə iştirak etdi, ardından Hafiz Əhməd Paşanın Bağdad mühasirəsinə qatıldı.
Gürcü Mustafa Paşa
Gürcü Mustafa Paşa (ö. 1664) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən gürcü olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra 1652-ci ilin martında yeniçəri ağası təyin edildi. Ancaq həmin ilin dekabrında vəzifədən alındı. 1654-cü ildə Kanija, ardından Maraş, 1657-ci ilin yanvarında vəzirliklə Ərzurum, 1659-cu ildə Şam və 1660-cı ilin iyununda Misir bəylərbəyliyinə gətirildi. Ancaq 3 may 1661-ci ildə vəzifədən alındı və öncə Kəfə, ardından yenidən Ərzurum bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1664-cü ildə Ərzurumda vəfat etdi. == Mənbə == Sicill-i Osmani IV, səh.
Gürcü Yusif Paşa
Gürcü Yusif Paşa (d. 1652 - ö. 1713) — III Əhmədin səltənətində 11 ay 22 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Əslən gürcü olub, 1652-ci ildə dünyaya gəldi.. Yeniçəri ocağında yetişmiş, padşahın ov itlərindən məsul olan zağarçılar bölüyündə xidmət etmişdir. 1702, 1703 və 1704-cü illərdə 3 dəfə ordu kəndxudası olaraq xidmət etmiş, bu səbəblə gələcək illərdə ağa ləqəbi qazanmışdır. 1706-cı ilin oktyabrında öncə Resmo, ardından İnəbaxdı sancaqbəyliyinə təyin edilsə də, 1708-ci ildə təqaüdə ayrıldı və Ədirnədə yaşamağa başladı. 26 sentyabr 1710-cu ildə yeniçəri ağası olaraq təyin olundu və bu vəzifəsi davam edərkən 1711-ci ilin iyununda vəzir rütbəsi aldı. Bu vəzifəylə 1710-1713 Rusiya-Osmanlı müharibəsində iştirak etdi və şöhrət qazandı. Müharibə davam edərkən Ədirnəyə gələn sərdar Baltaçı Mehmed Paşanın vəzifədən alınmasıyla 20 noyabr 1711-ci ildə sədarətə gətirildi.
Gürcü Kənan Paşa
Gürcü Kənan Paşa (v. 1652, Konstantinopol, Osmanlı imperiyası) — II Osman və IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əslən gürcü olub, saray hərəmində silahdar olaraq xidmət etdiyi bilinir. 1619-cu ildə vəzir rütbəsi alaraq divana daxil olan Kənan Paşa Qara dəniz sərdarlığına gətirildi və bu vəzifədə ikən quldur kazak dəstələriylə mübarizə apardı. 1627-ci ilin martında sədarət naibi Rəcəb Paşanın tövsiyəsi və Sultan Muradın əmriylə Rumeliyə göndərilən Kənan Paşa bölgədə mərkəzi hakimiyyəti gücləndirdi və üsyan çıxaran dəstələri zərərsizləşdirdi. Bu səbəblə 2 il davam edən bu vəzifəsinin ardından Ədirnəyə gələn Kənan Paşa Sultan Murad tərəfindən xələt geyindirilərək mükafatlandırıldı. Vəfatına qədər Sultan Murad, Sultan İbrahim və Sultan Mehmed səltənətlərində müxtəlif dövlət vəzifələrində xidmət edən Kənan Paşa 1634-cü ildə Sultan Əhmədin qızlarından Burnaz Atikə Sultanla nigahlandı. Həmin il Ədirnəyə səyahət edən Sultan Murad tərəfindən İstanbul naibi elan olundu. 1635-ci ildə çıxılan İrəvan səfərinə vəzir ünvanıyla qatılan Kənan Paşa Ahıska qalasının fəth olunmasında mühüm rol oynadı.
Gürcü Xədim Mehmed Paşa
Gürcü Mehmed Paşa (ö. 13 iyul 1626) — I Mustafanın ikinci səltənəti dönəmində ümumilikdə 4 ay 10 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Hərəmxanaya alınaraq tərbiyə olunduğu üçün tarixi mənbələrdə xədim ləqəbi ilə tanınır. Bəzi mənbələrə görə, Səmiz Əli Paşa tərəfindən, bəzi mənbələrə görə isə II Səlimin Ərzurum bəylərbəyi Hüsrəv Paşa tərəfindən saraya hədiyyə edilmişdir. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrə gətirilmişdir. I Əhmədin taxta çıxışının ardından qapı ağası Mustafa ağanın yerinə has odabaşı oldu (5 yanvar 1604). Həmin il mərkəzdə vəzir olmaması səbəbilə divan məclisinin qurula bilməməsindən şikayətlənən sədarət naibi Sarıqçı Mustafa Paşanın səyləri ilə, baş qapıçıbaşı Davud ağa, miraxur Mustafa ağa və has odabaşı Mehmed ağa vəzirliyə gətirildi (21 sentyabr 1604). Bir ay sonra Misir bəylərbəyi Hacı İbrahim Paşanın üsyançılar tərəfindən öldürülməsi səbəbilə, Misirdəki vəziyyəti sabitləşdirmək üçün Misir bəylərbəyi seçildi (22 oktyabr 1604). Hava şəraitinin pis olmasına baxmayaraq fırtınalı bir havada yola çıxdı və Misirə yola düşdü. Üsyançılara qarşı aldığı tədbirlər o qədər sərt və zülmkarcasına idi ki, 7 ay sonra bu vəzifədən alındı və yerinə Yəmənli Həsən Paşa gətirildi (25 iyun 1605).
Qurçu Başı
Qurçu Başı — İranın Mərkəzi ostanının Xomeyn şəhristanının Kəmərə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,522 nəfər və 416 ailədən ibarət idi.
Dana Baş
Dana Baş (ing. Dana Bash) tam adı (Dana Rut Şvarts ing. Dana Ruth Schwartz; d. 15 iyun 1971, Montvale, Nyu-Cersi, ABŞ) — ABŞ jurnalisti. CNN-in siyasi məsələlər üzrə baş müxbiri.
Hurdy Gurdy
Hurdy Gurdy — Musiqi aləti. Hurdy- gurdy (Çexcə Niněra) çarxla tellərə sürtünərək səs çıxaran simli alətdir. Çarxın funksiyası daha çox skripka yayına bənzəməklə onda çalınan melodyalar da skripkanınkına bənzəyir. Melodyalar tonlarını dəyişmək üçün klaviaturanın üzərində çalınır. Çoxu simli alət kimi simlərin titrəməsini eşidiləbilər hala gətirən səs taxtası vardır. Hurdy gurdynin mənşəyinin ümumiyyətlə skripkadan, həmçinin 11-ci əsrdən əvvəl Avropadan və ya Orta Şərqdən (məs: rebab aləti) gəldiyi düşünülür. 17-ci əsrdə musiqi zövqünün dəyişməsi ilə əlaqədar və hurdy gurdynin verə biləcəyindən daha çox polifonik istedad istədi və alət ən düşük sosail siniflərə itələndi. XVIII əsrdə hurdy gurdy yenidən məşhurlaşmağa və üst siniflərə geri dönməyə başladı. Bu müddət ərzində artıq onun müxtəlif növləri qərbi slavyan ölkələrinə, alman dilli ərazilərə, Macarıstana və həmçinin Mərkəzi Avropaya da yayılmışdı.