Gürcü Yusif Paşa (d. 1652 - ö. 1713) — III Əhmədin səltənətində 11 ay 22 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Gürcü Yusif Paşa | |
---|---|
20 noyabr 1711 – 12 noyabr 1712 (ləqəbi: ağa) | |
Əvvəlki | Baltaçı Mehmed Paşa |
Sonrakı | Silahdar Süleyman Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1652 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | edam |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | Sünni, İslam |
Hərbi xidmət | |
Qoşun növü | Osmanlı ordusu |
Rütbəsi | general |
Əslən gürcü olub, 1652-ci ildə dünyaya gəldi.. Yeniçəri ocağında yetişmiş, padşahın ov itlərindən məsul olan zağarçılar bölüyündə xidmət etmişdir. 1702, 1703 və 1704-cü illərdə 3 dəfə ordu kəndxudası olaraq xidmət etmiş, bu səbəblə gələcək illərdə ağa ləqəbi qazanmışdır. 1706-cı ilin oktyabrında öncə Resmo, ardından İnəbaxdı sancaqbəyliyinə təyin edilsə də, 1708-ci ildə təqaüdə ayrıldı və Ədirnədə yaşamağa başladı. 26 sentyabr 1710-cu ildə yeniçəri ağası olaraq təyin olundu və bu vəzifəsi davam edərkən 1711-ci ilin iyununda vəzir rütbəsi aldı. Bu vəzifəylə 1710-1713 Rusiya-Osmanlı müharibəsində iştirak etdi və şöhrət qazandı. Müharibə davam edərkən Ədirnəyə gələn sərdar Baltaçı Mehmed Paşanın vəzifədən alınmasıyla 20 noyabr 1711-ci ildə sədarətə gətirildi.
Ağa Yusif Paşa sülh tərəfdarı idi və Rusiyanın bağlanan Prut sülhünün şərtlərinə uyğun hərəkət edəcəyini güman edirdi. Ancaq Sultan Əhmədin ətrafına toplanan müharibə tərəfdarları padşahı müharibəyə sövq edirdi. Bu səbəblə sədrəzəmlə padşah arasında anlaşmazlıq yarandı və 12 noyabr 1712-ci ildə Yusif Paşa vəzifədən alındı.
Vəzifədən ayrılmasının ardından Rodos adasına sürgün edilən Yusif Paşa 1713-cü ildə haqqında yazılan bir fərmanla burada edam edildi. Bədəni Rodosda dəfn edilmiş, kəsik başı isə o əsnada Vidosda olan Sultan Əhmədə göndərildi. Bir müddət sultan çadırının önündə asılan başı İstanbula aparıldı və Aksarayda inşa etdirdiyi çeşmə və məktəbin yaxınlığına basdırıldı.