Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xosep Bartomeu
Xosep Mariya Bartomeu Floreta (6 fevral 1963, Barselona) — biznesmen, tacir, sahibkar. 6 fevral 1963-cü ildə Barselonada doğulub.
Xosep Qvardiola
Xosep Qvardiola (18 yanvar 1971[…]) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi. Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-cı ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990–2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub. Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib.
Elşad Xose
Elşad Xose (tam adı: Elşad Əliyev; 25 sentyabr 1979, Bakı) — Azərbaycan repçisi. Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === 1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib. === Populyarlıq qazanması === 1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb. 2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır. O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır.
San-Xose
San-Xose (Kaliforniya) —
San Xose
San-Xose (Kaliforniya) —
Xose Eçegeray
Xose Eçeqaray (isp. José Echegaray y Eizaguirre; 19 aprel 1832[…], Madrid – 14 sentyabr 1916, Madrid) — ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904). Tam adı Xose Mariya Valdo Eçeqaray-i-Eysaqirre olan bask əsilli ispan dramaturqu Madriddə doğulmuşdu. Atası yunan dili müəllimi idi. Kiçik yaşlarından vunderkind kimi tanınan Xose Mariya latın və yunan dillərini, habelə təbiət tarixini mükəmməl öyrənmiş və 14 yaşında fəlsəfə bakalavrı dərəcəsi qazanmışdı. Sonra isə Madriddəki Eskuelo de Kaminosu — Texniki Məktəbi riyaziyyat ixtisası üzrə vaxtından əvvəl uğurla başa vurmuşdu. Bir müddət mühəndis kimi işlədikdən sonra həmin məktəbdə riyaziyyatdan mühazirələr oxumuşdu. Gənc yaşlarından İspaniyanın görkəmli riyaziyyatçı-alimi adını qazanan Eçeqaray nəzəri və tətbiqi riyaziyyatla bağlı məqalələr və monoqrafiyalar çap etdirmişdi, lakin onun istedadı yalnız bir sahə ilə məhdudlaşmırdı. Eçeqaray siyasi iqtisad, fəlsəfə və coğrafiyaya dair əsərlərin də müəllifi idi. Ədəbiyyatla ciddi məşğul olmadığı dövrlərdə də geniş mütaliəsi ilə seçilirdi.
Xose Eçeqaray
Xose Eçeqaray (isp. José Echegaray y Eizaguirre; 19 aprel 1832[…], Madrid – 14 sentyabr 1916, Madrid) — ispan dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904). Tam adı Xose Mariya Valdo Eçeqaray-i-Eysaqirre olan bask əsilli ispan dramaturqu Madriddə doğulmuşdu. Atası yunan dili müəllimi idi. Kiçik yaşlarından vunderkind kimi tanınan Xose Mariya latın və yunan dillərini, habelə təbiət tarixini mükəmməl öyrənmiş və 14 yaşında fəlsəfə bakalavrı dərəcəsi qazanmışdı. Sonra isə Madriddəki Eskuelo de Kaminosu — Texniki Məktəbi riyaziyyat ixtisası üzrə vaxtından əvvəl uğurla başa vurmuşdu. Bir müddət mühəndis kimi işlədikdən sonra həmin məktəbdə riyaziyyatdan mühazirələr oxumuşdu. Gənc yaşlarından İspaniyanın görkəmli riyaziyyatçı-alimi adını qazanan Eçeqaray nəzəri və tətbiqi riyaziyyatla bağlı məqalələr və monoqrafiyalar çap etdirmişdi, lakin onun istedadı yalnız bir sahə ilə məhdudlaşmırdı. Eçeqaray siyasi iqtisad, fəlsəfə və coğrafiyaya dair əsərlərin də müəllifi idi. Ədəbiyyatla ciddi məşğul olmadığı dövrlərdə də geniş mütaliəsi ilə seçilirdi.
Xose Hernandez
Xose Rafael Hernandez (26 iyun 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. Hernandez Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Xose Karreras
Xose Karreras (5 dekabr 1946[…], Sants[d]) –Dünya şöhrətli opera müğənnisi, ispan tenoru. Xose Karreras müasir dövrün ən uğurlu tenorlarından biri sayılır. O, ilk növbədə Puççinini intrepretasiya etməsi, eləcə də Pavarotti və Dominqo ilə bir yerdə "Üç tenor" layihəsi ilə məşhurdur. 1987-ci ildə leykemiyaya tutulan müğənni sağalan kimi xəstəlikdən əziyyət çəkənlər üçün fond yaradıb.
Xose Kintanilla
Xose Luyindula
Xose Luyindula (18 noyabr 1986) — Konqo DR-nı təmsil edən stolüstü tennisçi. Xose Luyindula Konqo DR-nı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Xose Madraso
Xose Madraso (isp. José de Madrazo; 22 aprel 1781[…], Santander – 8 may 1859[…], Madrid) — İspaniya rəssamı və qravürçüsü. Həm barokko, həm də neoklassisizm üslubunda əsərlər yaratmışdır. Oğlu Federiko Madraso, nəvəsi Raymundo Madrasodur. Madraso Qregorio Ferronun şagirdi olmuşdur. Ferro rəssama Anton Rafael Menqsin stil və texnikasını San Fernandodakı İncəsənət Akademiyasında öyrətmişdir. 1803-cü ildə Parisdə Jak-Lui David ilə işləmişdir. Bu zaman neoklassisizmə daha da yaxınlaşmışdır. Həmin il Jan Ogüst Dominik Enqr ilə dost olmuşdur. 1806-cı ildə müəllimi David Madrasonu Romaya gedib klassik rəsm əsərləri ilə tanış olmağa razı saldı.
Xose Marti
Xose Xulian Marti Peres (isp. José Julián Martí Pérez; 28 yanvar 1853[…], Havana, İspaniya imperiyası – 19 may 1895[…]) — Kuba şairi, yazıçısı, publisisti, siyasətçisi, Kubada azadlıq hərəkatının lideri, Kuba İnqilab Partiyasının qurucusu. "Kubanın müstəqilliyinin həvarisi" hesab edilir. Xose Marti 28 yanvar 1853-cü ildə Havananın Paula küçəsi 41 ünvanında valensiyalı ata Mariano Marti Navarro və Kanar adalarından olan Leonor Peres Kabreranın ailəsində anadan olub. Marti yeddi bacının böyük qardaşı idi: Leonor, Mariana, Maria del Carmen, Maria del Pilar, Rita Amelia, Antonia və Dolores. Xose Marti 1865-ci ildə Rafael Maria de Mendivenin rəhbərlik etdiyi oğlanlar üçün ali ibtidai bələdiyyə məktəbinə (isp. Escuela de Instrucción Primaria Superior Municipal de Varones) qəbul oldu. Mendive Martinin siyasi fəlsəfəsinin inkişafına təsir etmişdir. 1866-cı ildə Marti, Mendivenin təhsilini maliyyələşdirdiyi "Instituto de Segunda Enseñanza"ya daxil oldu. Martinin siyasi ideyaları mənəviyyat və həmrəyliyi vurğulayan Krausist liberalizmdən təsirləndi.
Xose Muxika
Xose Muxika (20 may 1935, Montevideo) — Uruqvay prezidenti. Xose Muxika 1960–1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı"dır) üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər. Xose Muxika yalnız 2010-cu ildə maşın sahibi olub. Bu 1987 istehsalı və qiyməti 1810 $ olan Wolksvagen Beatles idi. Prezidentlik dövründə isə yeganə aldığı qiyməti 1945 $ olan Wolksvagen Juke avtomobili olmuşdur. O,dünyada ən kasıb (əliaçıq) prezident sayılır.
Xose Qomeş
Xose Qomeş (8 aprel 1999, Bisau, Qvineya-Bisau) — Premyer Liqa təmsilçilərindən olan Benfika FK klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. Qomeş Qvineya-Bisaunun Bisau şəhərində anadan olmuşdur. Qomeş Portuqaliyada gənclər turnirində iştirak etdikdən sonra, 2011-ci ildə 13 yaşı olarkən Benfika FK klubunun gənclər akademiyasına daxil oldu. Bir il sonra isə yenidən öz ölkəsinə qayıtdı. Qomeş öz peşəkar karyerasında debütünü 6 avqust 2016-cı ildə Benfika B klubu ilə 2016-17 LiqaPro görüşündə Kova da Piyedade klubuna qarşı oyunda etmişdir. 22 gün sonra o, reserv komanda ilə ilk qoluna imza atmışdır. Həmin görüşdə Benfika Vizela klubuna səfərdə 2-1 hesabı ilə qələbə qazanmışdır. Qomeş əsas komanda ilə debütünü 9 sentyabr 2016-cı ildə Premyer Liqada Aruka klubuna qarşı oyunda etmişdir. Sadəcə 128 saniyə meydanda olan Qomeşin komandası görüşdə 2-1 hesabı ilə qələbə qazanmışdır. Qomeş Benfikanın əsas komandası ilə debüt edən üçüncü ən gənc oyunçudur.
Xose Rizal
Xose Rizal (José Protacio Rizal Mercado y Alonso Realonda; 19 iyun 1861[…], Kalamba[d], İspaniya imperiyası – 30 dekabr 1896[…], Manila, İspaniya imperiyası) — Filippin şairi və yazıçısı, müstəqillik uğrunda mübarizənin öncülü idi. O, yazıları və çıxışları ilə xalqının milli kimliyinə töhfələr verən yenilikçi, uzaqgörən bir qəhrəmandır. Onun əslən ispan dilində olan "Noli Me Tangere" və "El Filibusterismo" romanları İspan hökmranlığı altında müstəmləkə həyatını təsvir edir və Filippin məktəblərində tədris olunur.
Xose Saramaqo
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…], Azinyaqa[d] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Xose Sosa
Xoze Ernesto Sosa (d. 19 iyun 1985, Argentina) - Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça PFK klubunda çıxış edən Argentina’lı peşəkar futbolçudur. Sosa əsasən hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir. 35 yaşlı futbolçu peşəkar karyerasına Argentinanın "Estudiantes" klubunda başlayıb, daha sonra Almaniyanın "Bavariya", İtaliyanın "Napoli" və Ukraynanın "Metallist Xarkov", İspaniyanın "Atletiko Madrid" kimi klublarında çıxış edib. 2014-cü ilin qışında isə futbolçu "Beşiktaş" klubuna transfer olunub. Argentina milli komandasıyla 19 oyuna çıxan Sosa 1 qolla yadda qalıb. 2016-ci ilin yay transfer pəncərəsi zamanı İtaliya klublarından Milan’a transfer olunan futbolçu 2017-ci ildən Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edir. Bu klubdakı debütünü 4. turda Gənclərbirliyi qarşısında edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xose Vilyalonqa
Xose Vilyalonqa (12 dekabr 1950-8 avqust 1973). 1950-1960-cı illərdə fəaliyyət göstərmiş ispan məşqçi.
Kamilo Xose Sela
Kamilo Xose Sela (isp. Camilo José Cela; 11 may 1916[…], İria Flavia[d], Qalisiya – 17 yanvar 2002[…], Madrid) — ispan yazıçı və publisist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1989), İspaniya Kral Elmlər Akademiyasının üzvü (1957), Migel de Servantes mükafatı laureatı (1995). == Həyatı == Yazıçı və dramaturq Kamil Xose Selo XX əsrdə ispan ədəbiyyatı və ədəbi dilin inkişafında böyük rolu olan sənətkarlardan biridir. O, İspaniyanın La Korunya əyalətindəki kiçik Padron şəhərində doğulmuşdu. Atası qalisiyalı ispan, anası isə ingilis idi. Ali təhsilini Madrid universitetinin hüquq fakültəsində alsa da, bu sahədə heç vaxt çalışmamışdı. Erkən yaşlarından ədəbiyyatla maraqlanan Kamilo Xose sənət müəllimləri sırasında, ilk növbədə ispan yazıçıları Migel de Unamuno və Pio Baroxunun adını çəkir. İspan ədəbiyyatının klassiki Servantes, habelə böyük rus yazıçıları Lev Tolstoy və Dostoyevski həyatının müxtəlif çağlarında onun şəxsiyyət və yaradıcılıqlarına dönə-dönə müraciət etdiyi sənətkarlar olmuşdular. İspanlar üçün seçim anı sayılan 1937-ci ildə Kamilo Xose diktator Frankonun tərəfində respublikaçılara qarşı döyüşlərdə iştirak etmişdi. Yaralandığı üçün ordudan tərxis olunmuş, bir sıra inzibati işlərdə çalışmışdı.
Mariya Xose Ribera
Mikel San Xose
Mikel Sao Xose (30 may 1989[…]) — Atletik Bilbao klubunun Yarıımmüdafiəçisi. Mikel 30 may 1989-cu ildə İspaniyada doğulub.
San-Xose (Kaliforniya)
San Jose — Amerika Birləşmiş Ştatlarının onuncu ən iri şəhəri və Kaliforniya əyalətinin üçüncü ən iri şəhəridir.
San-Xose (şəhər)
San-Xose — Kosta-Rikanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda San-Xose vilayətinin mərkəzi. Kosta-Rikanın mərkəzi hissəsində , dəniz səviyyəsindən 1170 metr hündürlükdə yerləşir. Əhalisi 350 min nəfər (2008), 1950-ci ildə əhali sayı 86 900 nəfər idi. San-Xose şəhər aqlomerasiyasında 1 milyondan yuxarı əhali var.
San Xose (Kaliforniya)
San Jose — Amerika Birləşmiş Ştatlarının onuncu ən iri şəhəri və Kaliforniya əyalətinin üçüncü ən iri şəhəridir.
Xəşəm
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır.
Xörək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Şöşə
Şöşə- İranın Kürdüstan ostanının Sənəndəc şəhristanının Kəlatrazan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,136 nəfər və 280 ailədən ibarət idi.
Beşbarmaq (xörək)
Beşbarmaq (qırğ. beşbarmak - "beş barmaq") — Orta Asiya mətbəxinin milli yeməklərindən biri. Beşbarmaq ümumiyyətlə əriştə ilə incə doğranmış, qaynadılmış ətdən hazırlanır və tez-tez soğan sousu olan çık ilə süfrəyə verilir. Tipik olaraq, şorbadan sonra bir neçə nəfər arasında bölüşdürülən iri sinilərdə süfrələrə verilir ki, bu da ilk növbədə kasa adlı qablarda qoyun əti bulyonunun verilməsi ilə başlayır. Bundan sonra ağ-sərkə ( qımız və ya ayranla qarışdırılmış şorba) bulyonu verilir. Bayram süfrəsi beşbarmağı, qazı-karta və sucuqla birlikdə bişirilir. Beşbarmaq termini "beş barmaq" deməkdir, çünki köçərilər ənənəvi olaraq bu yeməyi əlləri ilə yeyirlər. Sincanda, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda narin, Qaraqalpaqıstan, Şimali Qafqaz və Türkmənistanda turama , Başqırdıstanda və Tatarıstanda qullama da bilinir. == Tarixi == Orta Asiya mətbəxi, insanların heyvanlarından tamamilə istifadə etdiyi bir zamanda köçəri həyatın məhdudiyyətləri daxilində inkişaf etdi. Bu, ət və süd məhsulları ilə zəngin olan Orta Asiya yeməklərində özünü göstərirdi.
Gürzə (xörək)
Gürzə - Azərbaycanın milli xörəklərindən biri. Gürzə əsasən qış aylarında hazırlanan xörəklər sırasına daxil edilir. Xəmirdən hazırlanan ət xörəklərindəndir. Əsasən çəkilmiş qoyun ətindən hazırlanır. Tərkibi zövqə görə ədvalarla zənginləşdirilə bilər. Onlardan sumaq, sarıkök, istiot və s. Sarımsaq, turşu da əlavə edilə bilər. Kalorili yeməklər sırasına daxildir.
Julyen (xörək)
Julyen (fr. julienne) — Fransızların məşhur yeməyi olub, fransız qadın adı-Julienne dan götürülmüşdür. Əsasən yay fəslində nazik doğranmış təzə tərəvəzlərdən hazırlanır. Belə ki, nazik doğranmış tərəvəzlər əlavə edilən suplar, salatlar julyen adlanır. Buraya nazik doğranmış soğan, pomidor dilimlərini də misal çəkə bilərik. Rusiyada isə julyen bir qədər başqa cür hazırlanır. == İstifadə edilən ərzaqlar == Julyeni hazırlayan zaman soğan, göbələk, toyuğun döş əti, holland pendiri, xama və ya qaymaqdan istifadə edirlər.
Makedoniya (xörək)
Makedoniya- meyvə və ya tərəvəzlərin kiçik parçalara doğranaraq qarışdırılması ilə hazırlanan salat növü. Meyvəli Makedoniya salatı Yunanıstan, Rumıniya, İspaniya, Fransa, İtaliya və Latın Amerikasında qəlyanaltı kimi təqdim edilir. Tərəvəzdən hazırlanan Makedoniya salatı soyuq şəkildə təqdim edilir, Fransada isə tərkibinə qırmızı lobya qatılır. Macédoine de légumes isə eyni tərəvəzlərdən hazırlansa da, isti şəkildə yağ ilə təqdim edilir.
Narin (xörək)
Narin (qırğ. наарын, нарын; qaz. нарын; özb. норин; uyğ. нерин) — türkdilli xalqların ənənəvi ət yeməyi. Ümumiyyətlə, yemək soğan sousu ilə incə doğranmış qaynadılmış ətdir, əksər hallarda incə doğranmış əriştə də əlavə olunur. Narin ən qədim və məşhur ənənəvi qırğız yeməklərindən biridir. Xalq nağıllarında, mahnılarında və dastanlarında bu yeməyin adına istinadlar tez-tez rast gəlinir. Əvvəllər narin, demək olar ki, bütün bayramlarda, toylarda bişirilirdi. Narin ət yemək ritualının ayrılmaz hissəsidir.
Qırmızıdodaq xəşəm
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır.
Xörək duzu
Xörək duzu — əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. Əli: "Yeməyinizi duzla başlayın.
Xörək çuğunduru
Xörək çuğunduru və ya aşxana çuğunduru — digər çuğundur növləri ilə müqayisədə tərkibində şəkər, mineral maddələr və vitaminlər nisbətən çoxdur. Onun ətli hissəsi zərif, rəngi tünd qırmızı olur. Aşxana çuğundurunda 3,0-12,0% şəkər, 0,5-3,6% azotlu maddə var. Bunlardan zülalın payına orta hesabla 1,5% düşür. 0,4-2,1% sellüloza, 0,1-2,3% kül, 0,7-2% pektin maddəsi, 1,3% pentozanlar olur. Quru maddənin ümumi miqdarı 15-20%-dir. Monoşəkərlərdən çuğundurun tərkibində 0,3-1,3% qlükoza və fruktoza vardır. Saxaroza çoxluq təşkil edir və onun miqdarı 2,7-10,7%-dir. Yetişmə və saxlanılma zamanı invertaza fermentinin az aktiv olması nəticəsində saxaroza çoxalır. Saxlanılma zamanı saxarozanın inversiyası nəticəsində monoşəkərlərin miqdarı nisbətən artır, lakin saxarozadan çox olmur.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Nosel
Nosel (Averon)
POSIX
POSIX (ing. Portable Operating System Interface for Unix — azərb. Unix üçün daşına bilən əməliyyat sistemləri interfeysi‎) Bir əməliyyat sistemi xidmətini təyin edən Elektrik və Elektronik Mühəndisləri İnstitutu (IEEE) standartı. POSIX standartını istifadə edən proqramlar bir sistemdən digərinə asanca daşına bilər. POSIX, UNIX sistem xidmətlərinə dayanır, ancaq başqa əməliyyat sistemləri tərəfindən də inkişaf etdirilə biləcək şəkildə yaradılmışdır.
Rolex
Rolex — saatlar və aksessuarlar istehsal edən İsveçrə saat şirkətidir. Rolex ildə yarım milyondan çox saat istehsal edir. Rolex saatları ən yaxşı xam materiallardan və detallara xüsusi diqqət ayırmaqla hazırlanır. Hər bir komponent ən yüksək standartlara uyğun şəkildə dizayn edilir, hazırlanır və istehsal edilir.
Sorex
Qonurdiş (lat. Sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan cinsi.
Xoselu
Xose Luiz Mato Sanmartin qısaldılmış adı ilə Xoselu (27 mart 1990, Ştutqart) — İspaniya peşəkar futbol liqası klublarından Real Madridin heyətində hücumçu mövqeyində çıxış edən, müqavilə ilə Sequnda Divizion təmsilçisi Espanyola məxsus İspaniya millisinin futbolçusudur. 27 mart 1990-cı ildə Qərbi Almaniyanın Ştutqart şəhərində anadan olan Xoselu karyerasına 2009-cu ilin yayında Real Madrid tərəfindən satın alınmazdan əvvəl Selta Viqoda başlayıb.