Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Telman
Telman — Kişi adı. Telman Adıgözəlov — Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru Telman Abdinov — rəssam Telman Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru Telman Bəkirov — Alim, texnika elmləri doktoru Telman Ağdamski — azərbaycanlı kimyaçı Telman Ağayev — biologiya elmləri doktoru, professor Telman İsmayılov — Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi Telman Orucov — Azərbaycan dövlət və siyasi xadimi Telman Nüsrətoğlu — tarix elmləri doktoru Telman Tatarayev — coğrafiya elmləri doktoru, professor Telman İbadov — azərbaycanlı dövlət və siyasi xadim Telman İmanov — İqtisad elmləri doktoru, professor Telman Həmidov — Texnika elmləri namizədi, dosent Telman Qurbanov — professor Telman Kazımov — dövlət xadimi Telman Miriyev — Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri Telman Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru Telman Paşayev — sovet sərbəst güləşçisi Telman Xəlilov — coğrafiya elmləri doktoru, professor Telman Salahov — Azərbaycanlı futbolçu və məşqçi Telman Zeynalov — Azərbaycan heykəltəraşı Telman Cəfərov Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı Telman Hüseyn — şair Telman Hüseynov Telman Hüseynov (iqtisadçı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Telman Hüseynov (hərbçi) — Vətən Müharibəsi Qəhrəmanı Telman Hacıyev Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı. Telman Hacıyev (professor) — professor. Telman Hacıyev (fleytaçı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi Telman Hacıyev (mühəndis) — elmlər doktoru, professor Telman Hacıyev (polkovnik) — Ədliyyə polkovniki Telman Quliyev — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010).
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun Yalman kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Yalman oyk, sadə. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Riçard Belman
Riçard Belman (26.08.1920 – 19.03.1984) Amerikalı tətbiqi riyaziyyatçıdır. O, 1953-cü ildə dinamik proqramlaşdırmanı yaratmış və eləcə də riyaziyyatın digər sahələrində böyük işlər görmüşdür. == Elmi işləri == O, karyerası boyunca 619 məqalə və 39 kitab çap etmişdi. Ömrünün son 11 ilində ağır beyin əməliyyatları (Dreyfus, 2003) keçirsə də, bu müddət ərzində 100-dən çox məqalə çap etmişdi. Bəzi seçmələr: 1957. Dynamic Programming 1959. Asymptotic Behavior of Solutions of Differential Equations 1961. An Introduction to Inequalities 1961. Adaptive Control Processes: A Guided Tour 1962. Applied Dynamic Programming 1967.
Telman (Astara)
Çayoba (əvvəlki adı:Telman (?-2015)) — Azərbaycan Respublikasının Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılmışdır. Kəndin ən ilk adı Dızdəvişə (talışca "dızd"-oğru, "vişə"-meşə) olmuş, Sovet hakimiyyəti illərində Telman adlanmışdır.
Telman (dəqiqləşdirmə)
Telman (Astara) — Astara rayonunun Çayoba kəndinin 2015-ci ilə qədər adı. Telman kolxozu — Bərdə rayonunda mövcud olmuş kolxoz. Telman bələdiyyəsi — Azərbaycan Respublikasının Astara rayonunda bələdiyyə. == Həmçinin bax == Telman — kişi adı.
Telman Abdinov
Telman Abdinov — Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002). == Həyatı == Telman Manaf oğlu Abdinov 1954-cü ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. SSRİ Rəssamlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (1988). Boya, qrafika janrlarında əsərlərin müəllifidir. Bir çox xarici ölkələrdə sərgiləri təşkil olunub. Yaradıcılığında portret və mənzərə janrı mühüm yer tutur. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı adına layiq görülüb.
Telman Abdullayev
Telman Abışev
Telman Adıgözəlov
Telman Abbasqulu oğlu Adıgözəlov (17 iyul 1953, Balakən – 15 aprel 2010, Bakı) — Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olmuşdur. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır. Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Telman Allahverənov
Telman Aslanov
Telman Ağakərim oğlu Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Aslanov Telman Agakərim oglu 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965–1971-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kimya-texnologiya fakültəsində mühəndis-texnoloq ixtisası üzrə təhsil aldıqdan sonra 1971-ci ildə Neft Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında baş laborant vəzifəsində işə başlamışdır. 1973–1987-ci ilə kimi həmin laboratoriyada k.e.i. vəzifəsində çalışmış T. A. Aslanov 1984-cü ildə Neft-Kimya Prosesləri İnstitutunda elmlər namizədi dissertasiya işini müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1987-ci ildə isə o, baş elmi işçi vəzifəsinə keçirilmişdir. Aslanov T. A. 1997–2014-cü illərdə AMEA PMİ-nin 13 saylı "Polikondensləşmə" laboratoriyasının müdiri vəzifəsində çalışmışdir. 2007-ci ildə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur. Yüksəkmolekullu Birləşmələr Kimyası sahəsində bir mütəxəssis kimi o, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunda keçirilən sorğuya görə "İlin adamı" (tibb və sağlamlıq sahəsində) adına layiq görülmüşdür.
Telman Ağayev
Ağayev Telman Məmmədəli oğlu (10 oktyabr 1935, Vağudi, Qarakilsə rayonu – 9 may 2020) — biologiya elmləri doktoru (1983), professor (1989), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Telman Ağayev 10 oktyabr 1935-ci ildə Ermənistan Respublikasının Sisyan rayonunun Vağudi kəndində anadan olub. Ali təhsilini 1959-cu ildə Azərbaycan Kənd Təsərüfatı İnstitutunun Zootexnika fakültəsində alıb. == Əmək fəaliyyəti == Telman Ağayev 1960-cı ildən Naxçıvan MSSR Nazirlər Sovetində təlimatçı, kənd təsərrüfatı üzrə referant vəzifələrini icra edib. 1963-cü ildə Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq şöbəsinin müdiri olan Telman Ağayev 1967-ci ildə Elmlər Akademiyasının Fiziologiya İnstitutunda kiçik elmi işçi, 1973-cü ildə isə böyük elmi işçi kimi fəaliyyət göstərib. Alim 1975–2019-cu illərdə isə laboratoriya rəhbəri vəzifəsini icra edib. Telman Ağayev 1993–1995-ci illərdə Azərbaycan EA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1995–2003-cü illərdə həmin institutun direktoru vəzifəsini icra edib. Alim 2020-ci ildən bu elmi müəssisədə baş elmi işçi kimi fəaliyyət göstərib. Telman Ağayev AMEA-nın "Xəbərləri" (biologiya və tibb elmləri seriyası), "Ekoenergetika" və Gürcüstan EA "Xəbərləri" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib (2012).
Telman Ağdamski
Telman Əhməd oğlu Ağdamski (6 avqust 1936, Ağdaş – 19 fevral 2024) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2012). == Həyatı == Telman Ağdamski (Bədəlbəyli) 6 avqust 1936-cı ildə Ağdaşda anadan olmuşdur. Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin oğludur. Ağdaş orta məktəbini bitirmiş (1943–1953), ADU-nun Kimya fakültəsində təhsil almışdır (1953–1958). Tələbə olarkən Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda lobarant kimi əmək fəaliyyətinə başlamışdır (1957). Həmin institutun aspiranturasına daxil olub (1958), "Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında xrom-alüminium katalizatorunda nadir torpaq elementlərinin və əlaqələndiricilərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). İnstitutun kiçik elmi işçisi olmuş, sonralar APİ-nin Analitik və fiziki kimya kafedrasında dosent (1967), Kimya fakültəsinin dekanı (1972–1981 illər) vəzifələrində işləmişdir. "İkivalentli nadir — torpaq elementlərinin tsiklopentadienil (arenil) metalkarbonilte-trahidrofuranat komplekslərinin sintezi, quruluşu və katalitik xassələri" mövzusunda dissertasiyasına görə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır (1992). "Fiziki kimya" ixtisası üzrə professordur (1995). Hazırda Analitik və fiziki kimya kafedrasının professorudur.
Telman Bağırov
Telman Bəkirov
Telman Muxtar oğlu Bəkirov — Alim, texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-Tədqiqat Qaz İnstitutunun laboratoriya rəhbəri. == Həyatı və elmi fəaliyyəti == Telman Bəkirov 1941-ci ildə Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olmuş və 1965-ci ildə bitirmişdir. 1965–1970-ci illərdə Respublikanın kimya və qaz sənayesi müəssisələrində mühəndis vəzifəsində işləmişdir. 1970-ci ildə Moskvaya gedərək Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda aspirant, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1972-ci ildə "Yüksək təzyiqdə karbohidrogenli qazların absorbsiya qabiliyyətinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildə "Təbii qazların ilkin emalının absorbsiya prosseslərinin intensivləşdirilməsi" mövzusunda dissertasiya işini mudafiə edərək texnika elmləri doktoru elm dərəcəsi almışdır. Tədqiqat işləri ittifaqın neft və qaz yataqlarında geniş tətbiq olunmuş, Urenqoy və Yamburqda çox səmərəli nəticələr vermişdir. 200-dən çox elmi əsərin, 4 monoqrafiyanın, bir kitabın, 20 kəşfin müəllifidir.
Telman Cəfərov
Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor. Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı.
Telman Hacıyev
Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı.
Telman Hüseyn
Telman Hüseyn — Azərbaycan Yazıçılar Birliyinin üzvü(1998), şair. == Həyatı == Hüseynоv Telman Canbaхış оğlu, 2 fevral 1941-ci ildə Vedi (Qarabağlar) rayоnunun Haхıs kəndində anadan оlub. 1951-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycandan Bərdə rayоnunun Otuzikilər kəndinə depоrtasiya оlunmuşdur. 1958-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqоji İnstitutunun filоlоgiya fakültəsinə qəbul оlmuş və 1972-ci ildə həmin iхtisası bitirmişdir. Telman Hüseynin ilk şeiri 1968-ci ildə "Gənc müəllim" qəzetində çap оlunmuşdur. 1972-1974-cü illərdə təyinatla İmişli rayоnunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildən hal-hazıra qədər Bərdə rayоnunun Оtuzikilər kəndində kənd оrta məktəbinin ədəbiyyat müəllimi işləyir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2006-cı ildən Bərdə "Söz" ədəbi birliyinin sədridir.
Telman Hüseynov
Telman Hüseynov (iqtisadçı) (azərb. Telman Əlihüseyn oğlu Hüseynov‎) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. Telman Hüseynov (hərbçi) (azərb. Telman Əsgər oğlu Hüseynov‎) – Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı.
Telman Həmidov
Telman Həmidov — Texnika elmləri namizədi, dosent. Telman Muxtar oğlu Həmidov 1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. O,1948–1958-ci illərdə orta məktəbdə oxumuş, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1953-cü ildə institutun inşaat fakültəsini qurtarmışdır. Oxuduğu illərdə nümunəvi tələbə olduğundan, institutu qurtaran kimi "Mühəndis rəsmxəti" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. İnstitutda işlədiyi ilk gündən onu qabiliyyətli, bacarıqlı, təvazökar və savadlı bir müəllim kimi tanımışlar. Buna görə də T. Həmidov 1969-cu ilbə baş müəllim vəzifəsinə keçirilmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra T. Həmidov öz fəaliyyətini burada "Mühəndis qrafikası" kafedrasında davam etdirmişdir. T. M. Həmidov 1975-ci ildə görkəmli alim, texnika elmləri doktoru, professor A. Mustafayevin rəhbərliyi altında hazırladığı elmi dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1991-ci ildə dosent elmi adını almışdır. T. Həmidov dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir ki, əsərlərdən 5-i fransız dilində nəşr edilmişdir.
Telman Həsənli
Telman Həsənov
Telman Kazımov
Telman Məmməd oğlu Kazımov (9 fevral 1937, Lənkəran – 31 oktyabr 2016) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988), Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi (1976–1982), Azərbaycan SSR əməkdar inşaatçısı. == Həyatı == Telman Məmməd oğlu Kazımov 9 fevral 1937-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə buradakı 4 nömrəli orta məktəbi bitirmiş, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində "İstilik-qaz təchizatı və ventilyasiyası" ixtisası üzrə təhsil almışdır. İnstitutda kafedra assistenti olmuşdur. Əmək fəaliyyətinə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin Rostov şəhərindəki "Qavsantexquraşdırma" trestinin Bakı Quraşdırma İdarəsində usta vəzifəsində başlayan Telman Kazımov 1962–1966-cı illərdə Bakı Quraşdırma İdarəsində istehsalat şöbəsinin müdiri olmuş, Abşeron Mexanikləşdirilmiş Səyyar Dəstəsində rəis işləmişdir. 1966–1972-ci illərdə isə Bakı "Santexquraşdırma" idarəsinin rəisi vəzifəsində çalışmışdır. Telman Kazımov 1972–1976-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini, 1976–1982-ci illərdə isə idarənin rəisi olmuşdur. 1982-ci ildə bu idarənin bazasında Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi yaradılmış və o, nazir vəzifəsinə təyin edilmişdir. 1988-ci ildə nazirlik ləğv edildikdən sonra Telman Kazımov SSRİ Quraşdırma və "Azərquraşdırmaxüsusitikinti" ərazi tikinti-quraşdırma birliyinin rəisi və "Azərquraşdırmaxüsusitikinti" istehsalat tikinti-quraşdırma birliyinin rəisi olmuşdur. 1991-ci ildən "AzQUR" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.
Telman Kəlbiyev
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Səlman Farsi
Salman Farsi (ərəb. سلمان الفارسي‎, fars. سلمان فارسی‎; 568, Kazeroun, Sasanilər dövləti – 657, Ktesifon) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Səlman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bildi. Peyğəmbər Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.” Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.