1. Evin ehtiyacı üçün bazardan alınan gündəlik şeylər, xırda-xırda.
[Şahmar bəy:] Mən gedirəm Hacı Osmanın yurduna, görüm nə var, nə yox, … bir az da ayın-oyun gətirim.
// Ümumiyyətlə, xırım-xırda şey.
Həmzənin çoxdan söndürülmüş mağazasında, deyəsən, yenə ora-buranı axtaran, ayın-oyun tapıb aparanlar vardı.
İbrahim hər gün çıxıb bazara, ayın-oyundan gətirib qarı ilə yeyirdi. ( ).
2. məc. Mənasız, boş söz; cəfəngiyat. Ayın-oyun danışmaq.