Ayranaşı

Mürəkkəb quruluşa malik olan bu sözün əsasını “ayran” sözü təşkil edir. Masallı və Amasiya şivələrində “dovğa” mənasında işlənən bu söz kök+kök+ şəkilçi modeli əsasında yaranmışdır. Bu xörəyin hazırlanma qaydası belədir: Düyü müxtəlif göy-göyərti ilə (şomun, keşniş, şüyüd, pencər, gicitkən, salmanca, unnuca, pərpəsöyün, cincilim, əvəlik və s.) qarışdırılaraq bişirilir və nəhrədə hazırlanmış ayranla qarışdırılır və nəticədə ayranaşı xörəyi əldə edilir. (Ayran sözünün etimologiyası ilə bağlı yuxarıda bəhs etdiyimizdən burada danışmağı lazım bilmədik. “Aş” sözünün mənşəyinə irəlidə ayrıca lüğət məqaləsi həsr edəcəyik)
Ayran
Ayrançilo

Digər lüğətlərdə