Mənbələrdə göstərilir ki, oy (ay) sözünün bir mənası “ağıl”, “fikir” deməkdir. Oyaq və oyan sözlərinin törəmə etimoloji kökü “oya”dır. Daha qədim kök isə “oy”dur. -a şəkilçisi isə onu feilə (yaş-a-maq modeli üzrə), -q şəkilçisi (əsli; -aq şəkilçisi) isə sifətə çevirmiş, -n şəkilçisi isə feilin qayıdış növünü yaratmışdır. Ayıq, “ağıllı”, “fikri yerində olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)