AZƏRBAYCANLI
AZƏRİCƏ
OBASTAN VİKİ
Azəri
Azərbaycanlılar (az.-əski. آذربایجانلیلار‎), Azərbaycan türkləri, azəri türkləri və ya azərilər (az.-əski. آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).
Azəri Star
Azəri Star mahnı müsabiqəsi — 2004–2011-ci illər Azərbaycanda, Space telekanalında yayımlanmış musiqi televiziya müsabiqəsi Azəri Star müsabiqəsi Azəri Star Production tərəfindən hazırlanmışdı. Layihənin yaradıcısı Kemal Cenk İçten idi. İlkin müsabiqə 2004-cü ildə baş tutmuşdu. Müsabiqənin qalibləri SMS vasitəsilə TV izləyiciləri tərəfindən müəyyən olunurdu. Azəri Star müsabiqəsinin baş vokal məllimi – Teymur Əmrah olmuşdu.
Hüseyn Azəri
Hüseyn Azəri (Hüseyn Eyvaz oğlu Əzizov; 1979, Bakı) — jurnalist. == Həyatı == Hüseyn Azəri 1979-cu ildə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. Zabrat-1 qəsəbəsindəki 192 saylı orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib. İxtisasca hüquqşünasdır. 1997-ci ildən jurnalistika sahəsində çalışır. "İnternews Azerbaijan"da "Güzgü", ANS TV də "İç xəbər", "Poçt qutusu", "Kişi işi" verilişlərində müxbir, aparıcı və redaktor vəzifələrində çalışıb. İctimai Televiziyada "Carçı" xəbərlər proqramının, ARB-24 TV-də əsas xəbər aparıcılarından olub, baş redaktor vəzifəsinədək yüksəlib. Dövlət Bayrağı Meydanında mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib. Hazırda Dövlət Reklam Agentliyinin mətbuat katibidir. Ailəlidir, 2 övladı var.
Kəbir Azəri
Kəbir Azəri (tam adı: Kəbir Məmmədov; 21 may 1960, Buzovna – 19 yanvar 1997, Bakı) — Azərbaycanlı meyxanaçı. == Həyatı == === Erkən illəri === 1960-cı il mayın 21-də Bakının Buzovna kəndində anadan olub. Kimya Texnologiyası Texnikumunda təhsil alıb. İlk dəfə meyxananı 12 yaşında deyib. === Yaradıcılığı === Meyxanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi olub. === Ölümü === O, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Nizami Rəmzi ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu.
Rahib Azəri
Rahib Azəri — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi. Televiziya və radio verilişlərinin aparıcısı. Müxtəlif televiziya və radio verilişlərinin müəllif və tərtibçisi. Əməkdar mədəniyyət işçisi (2016). Rahib Azəri 1962-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlib. Atası mühəndis, anası isə uşaq həkimi işləyib. 1969-cu ildə Bakı şəhəri 132 nömrəli orta məktəbə daxil olub. 1979-cu ildə orta məktəbi bitirib. Özü jurnalist olmaq istəsə də həmin il atasının istəyi ilə M. Əzizbəyov adına Neft Kimya İnsitutunun, energetika fakultəsinə daxil olub. 1984-cü ildə institutu bitirb və 10 il ixtisası üzrə energetik kimi çalışıb.
Sabir Azəri
Sabir Əli oğlu Azəri — nasir, tərcüməçi, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964). 1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961). Sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), "Ulduz" jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir (1976-1993). Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. "Duman çəkilir" pyesi tamaşaya qoyulmuş, onun əsasında "Köhnə bərə" fılmi çəkilmişdir. "Dalanda" romanı Moskvada "Sovetski pisatel" jurnalında və onun əlavəsi "Roman-qazeta"da (1990, N 22) kütləvi tirajla buraxılmışdır. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri onun yaradıcılığına ciddi maraq oyatmış, "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatları povest və hekayələrini dönə-dönə kütləvi tirajla buraxmışlar. "Qorxu" povesti "Karvan" jurnalında (1990, N7), "Sonsuzluq" romanı "Azərbaycan" jurnalında (1990, Nll-12) dərc olunmuşdur. Yazıçı otuza yaxın kitabın müəllifidir.
İbrahim Azəri
A­ta­ki­şi­yev İb­ra­him Ağa Kə­rim oğ­lu (İbrahim Azəri) (21 mart 1898 – 25 yanvar 1969) — Azərbaycan aktyoru. Mil­li Təh­lü­kə­siz­lik Na­zir­li­yi­nin ar­xi­vin­də D.Bün­yad­za­də adı­na Türk Döv­lət Dram Teat­rı­nın akt­yor­la­rın­dan və ümu­mi əmək­daş­la­rın­dan Azər­bay­can Mər­kə­zi İc­raiy­yə Ko­mi­tə­si Səd­ri S.A­ğa­ma­lıoğ­lu­nun ün­va­nı­na da­xil ol­muş bir əri­zə sax­la­nı­lır. Bu əri­zə 3 no­yabr 1926-cı il­də ya­zıl­mış, 10 no­yabr 1926-cı il ta­rix­də Az.­MİK ka­tib­li­yi­nin rəi­si İ.­Sə­məd­za­də­nin və tex­ni­ki ka­tib B.Rza­bə­yo­vun mü­şai­yət mək­tu­bu ilə Azər­bay­can Döv­lət Si­ya­si ida­rə­si­nə (QPU) gön­də­ril­miş­dir. Əri­zə­nin mət­ni be­lə­dir: "Bu il okt­yab­rın or­ta­la­rın­da əmək­da­şı­mız İb­ra­him Azə­ri­nin (Ata­ki­şi­ye­vin) va­li­deyn­lə­ri onun ba­ğış­lan­ma­sı haq­qın­da bi­zə mü­ra­ciət et­miş­lər. Şüb­hə­siz, bu mü­ra­ciət bi­zi öz iş yol­da­şı­mı­zın ax­ta­rı­şı­na sövq et­mə­yə bil­məz­di. O öz hə­ya­tın­da elə pis hə­rə­kət et­mə­miş­dir. Be­lə ki, biz onu yax­şı ta­nı­yı­rıq. Azə­ri­nin va­li­deyn­lə­ri­nin əri­zə­lə­rin­dən dər­hal son­ra biz onun Döv­lət Si­ya­si İda­rə­si (DSİ) tə­rə­fin­dən həbs edil­di­yi­ni eşit­dik. DSİ ki­mi ida­rə­nin iş­lə­ri­nə əx­la­qi və hü­qu­qi ba­xım­dan mü­da­xi­lə­miz düz­gün ol­ma­sa da, yol­da­şı­mı­zın həb­si­nin sə­bəb­lə­ri­ni bil­mək is­tə­mə­sək də sə­nə­tin mə­na­fe­yi xa­ti­ri­nə nə­zə­ri­ni­zə çat­dı­rı­rıq ki, bi­zim ikiil­lik iş­lə­ri­mi­zin ha­zır­lıq mər­hə­lə­si yol­daş Azə­ri­nin fəa­liy­yə­ti ilə sıx bağ­lı ol­muş­dur. Əgər müm­kün ol­sa biz yol­da­şı­mız Azə­ri­yə zə­ma­nət ver­mə­yə, ona za­min dur­ma­ğa ha­zı­rıq.
Əli Azəri
Əli Azəri (d.1900-v.1966) — filologiya elmləri namizədi. "Ölülər"in Təbriz tamaşasında Şeyx Nəsurullah rolunu ifa edən Əli Azəri 1921-ci ildə Cəlil Məmmədquluzadə ilə birlikdə Təbrizdən köçüb Bakıya gəlmiş, ömrünün sonuna kimi burada yaşamışdır. Əli Azəri uzun illər Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllimlik etmiş, fars dilinin tədrisi üzrə bir neçə dərslik və Mirzə Cəlil haqqındakı xatirələrini əhatə edən "Bircə yarpaq" (1966) kitabçasını yazmışdır. "Bircə yarpaq", Bakı, 1966.
Azəri (dəqiqləşdirmə)
Azərbaycanlılar və ya qısaca Azərilər — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Azəri həmçinin bu mənaları ifadə edə bilər: Azəri (anlayış) — müxtəlif xalq və dilləri təsvir etmək üçün istifadə edilən anlayış. Qədim azəri dili — Atropatenanın ölü İran dili. Azəri səbkisi — XIII–XIV əsrlərdə Azərbaycan memarlıq səbkisi. Azəri Bakı FK — 1991-ci ildə Bakı şəhərində yaradılmış və 1991–1994-cü illərdə aktiv olmuş və Bakını təmsil etmiş futbol klubu. Azəri Press Agentliyi (və ya qısaca APA) — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biri. Azəri–Çıraq–Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Azəri Türk (jurnal) — Azərbaycan mühacir jurnalı. Azərin — Azərbaycan müğənnisi. === Azeri === Azeri (volost) — Estoniyada balaca bir volost.
Azəri Türkcəsi
Azərbaycan dili və ya Azərbaycan türkcəsi keçmişdə Azərbaycan Respublikasında Sadəcə Türk Dili (Güney Azərbaycanda: Türk dili) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, Güney Azərbaycan, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırılır. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Azəri (anlayış)
Azəri ― müxtəlif xalq və dilləri təsvir etmək üçün istifadə edilən anlayış. == Tarixi == === Linqvonim === Bir çox Avropa dillərində, məsələn ingilis və fransız dillərində, həmçinin Türkiyə türkcəsində "azəri" linqvonimi Azərbaycan dili üçün istifadə edilir. Orta əsr ərəb müəllifləri (Balazuri, Yəqubi, ibn Həqvəl, Müqəddəsi) "azəri" anlayışını İran Azərbaycanında mövcud olmuş qədim azəri dili üçün istifadə etmişdir. Daha sonra bu dilİ türk mənşəli Azərbaycan dili əvəz etmişdir. Ancaq XIX əsrdə İran və Avropada bir çox müəlliflər qədim azəri dilinin mövcud olduğunu bilmədikləri üçün hesab etmişdilər ki, ərəb müəllifləri "azəri" deyərkən türk mənşəli Azərbaycan dilindən danışır. Fuat Köprülü və Əlisöhbət Sumbatzadə belə səhvi edənlər arasında ingilis şərqşünası Q. L. Ştranqı, həmçinin Qacar dövrü əsəri "Nameh-i Daneşvaran"ı qeyd edir. "Nameh-i Daneşvaran"da Xatib Təbrizi haqqında hekayədə "azəri" sözü səhvən "zaban-i turk" ("türk dili") kimi tərcümə edilib. Necə yaranmasında asılı olmayaraq, "azəri" linqvoniminin Azərbaycan dilinə münasibətdə işlədilməsi geniş vüsət almışdır. Böyük Sovet Ensiklopediyasının (1926) və Kiçik Sovet Ensiklopediyasının (1928) ilk nəşrlərində iki ad — "azərbaycanca" və "azəricə" (Böyük Sovet Ensiklopediyasına görə "Azəri dilinin ləhcəsi" kimi) nəzərə çarpır. Vasili Bartold İstanbul mühazirələrindən birində (1926) bildirmişdir ki, əvvəllər İran ləhcəsini bildirən "azəri" sözü Azərbaycanın "türk ləhcəsi"nin adına çevrilmişdir.
Azəri-Press Agentliyi
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. == Haqqında == "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Azəri-Çıraq-Günəşli
Azəri–Çıraq–Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır. == İnkişaf mərhələləri == == Platformalar == 2011-ci ilin məlumatına görə AÇG yatağında beş platforma fəaliyyət göstərir. ABƏŞ konsorsiumunun sifarişi əsasında Qərbi Çıraq yatağı üçün növbəti, altıncı platformanın tikintisinə 2010-cu ildə başlanılıb. Platformanın tikintisinın 2013-cü ilin mart ayında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır. Çıraq platforması — Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma Azəri–Çıraq–Günəşli (AÇG) yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.
Azəri Bakı FK
Azəri Bakı FK — Bakını təmsil etmiş futbol klubu. == Tarixi == Bakı şəhərində yaranmışdır. == Fəaliyyəti == 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Azəri Press Agentliyi
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. == Haqqında == "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Azəri Qızı Günel
Günel Rəhman qızı Zeynalova vəya Azəri Qızı Günel (25 oktyabr 1985, Ağdam) — əslən azərbaycanlı olan Türkiyə müğənnisi. == Həyatı == Günel Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdamda anadan olmuşdur. == Karyerası == Hal-hazırda Türkiyədə fəaliyyət göstərir. == Albomları == === Ne olur Allahım (1998) === 25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi: 01. Azeri Kızı Günel — Ne Olur Allahım 02. Azeri Kızı Günel — Kimlere Kaldı Dünya 03. Azeri Kızı Günel — Ağrıma Gidiyor 04. Azeri Kızı Günel — Çoçukların Günahı Ne 05. Azeri Kızı Günel — Herşey Yolunda 06. Azeri Kızı Günel — Bizim Köy 07.
Əhməd Azəri Qumi
Əhməd Azəri Qumi Bəydili — Şiə ruhani, fəqih və siyasətçi.O, həmçinin İranın Ekspertlər məclisinin üzvü idi. 1925-ci ildə Qumda dünyaya gəlmişdir.
Əli Bəy Azəri
Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev; d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, "Rəsmi Bakı" qəzetinin və "Xəzan" jurnalının baş redaktoru, müharibə veteranı Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur. Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə "leytenant" hərbi rütbəsi verilməklə "tank qoşunları üzrə taktiki əməliyyat komandiri" hərbi, "təkərli və tırtıllı texnikanın mühəndisi" mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.
Azəri–Çıraq–Günəşli
Azəri–Çıraq–Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır. == İnkişaf mərhələləri == == Platformalar == 2011-ci ilin məlumatına görə AÇG yatağında beş platforma fəaliyyət göstərir. ABƏŞ konsorsiumunun sifarişi əsasında Qərbi Çıraq yatağı üçün növbəti, altıncı platformanın tikintisinə 2010-cu ildə başlanılıb. Platformanın tikintisinın 2013-cü ilin mart ayında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır. Çıraq platforması — Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma Azəri–Çıraq–Günəşli (AÇG) yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.
Qədim Azəri dili
Azəri (azari, adari, fars. آذری‎ āḏarī [ , ərəb. الأذرية‎ əl-āḏarīya) — Atropatenanın ölü iran dili o zaman regionda geniş yayılmışdır. Regionun tam türkləşməsindən sonra Azərbaycan türkcəsi ilə yerdəyişməsi baş vermişdir. 10–12-ci əsrlərdə ərəb coğrafiyaşünaslarından azərilərin Atropatenanı təsvir etdiyinə dair sübutlar var. Bu barədə əl-Məsudi yazırdı. İbn Haukal, Yakut əl-Həməvi, əl-Bəlazuri və digər ərəb müəllifləri də bu barədə xəbər verirlər. Azəri dili haqqında yalnız 20-ci əsrdə, Əhməd Kəsrəvinin (1890–1946) "Azəri yoxsa Azərbaycanın qədim dili" (fars. آذری یا زبان باستان آذربایجان‎) adlı kitabında məlumat verilir. Kitab 1926-cı ildə Tehranda işıq üzü görmüşdür.
Azəri dili (dəqiqləşdirmə)
Azərbaycan dili və ya qısaca Azəri dili — Müasir dövrdə əsasən azərbaycanlılar tərəfindən danışılan dil. Azərbaycan xalqının və Azərbaycandakı digər azsaylı xalqların dili. Həmçinin Azərbaycanın və Dağıstanın rəsmi dövlət dili. Azərbaycan dili və ya Azəri dili həmçinin bu mənaları ifadə edə bilər: Azərbaycan dilinin formalarının siyahısı Qədim Azərbaycan dili — Azərbaycan dilinin başlanğıc dövrü. Orta azərbaycanca — Azərbaycan dilinin XV–XVIII əsrlərdə danışılan forması. Standart azərbaycanca — Müasir Azərbaycan ədəbi dili. Azərbaycan dilinin dialektləri Azərbaycan dilinin qərb dialekti. hal-hazırda Azərbaycan Respublikasının qərb (Gəncəbasar adlanan ərazi) və Gürcüstanın cənub-şərq bölgələrində işlənən danışıq dili. Qədim azəri dili — Atropatenanın ölü iran dili.
Azəri Torpağı
Azəri Torpağı — 1999-ci il Eyyub Yaqubovun Duet Amburan albomundan olan mahnı.
Azəri dili
Azərbaycan dili və ya Azərbaycan türkcəsi keçmişdə Azərbaycan Respublikasında Sadəcə Türk Dili (Güney Azərbaycanda: Türk dili) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, Güney Azərbaycan, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırılır. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Azəri soyqırımı
Azəri Torpağı (mahnı)
Azəri Torpağı — 1999-ci il Eyyub Yaqubovun Duet Amburan albomundan olan mahnı.
Məhəmməd Cavad Azəri Cəhromi
Məhəmməd Cavad Azəri Cəhromi (fars. محمدجواد آذری جهرمی‎; d. 13 oktyabr 1982, Cəhrom, İran) — İranlı bürokrat və siyasətçi. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri (2017-cı 2021). Məhəmməd Cavad Azəri Cəhromi 13 oktyabr 1982-ci ildə İranın Cəhrom şəhərində dünyaya gəlmişdir. Su və Enerji Sənayesi Universitetində elektrik mühəndisliyi üzrə ali təhsil almışdır. Cəhromi 2002-ci ildən 2009-cu ilədək İran İslam Respublikasının Kəşfiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2009-2014-cü illərdə İranın Rabitə Tənzimləmə Qurumunda Təhlükəsizlik sistemləri şöbəsinin baş direktoru kimi fəaliyyət göstərmişdir. O, 2016-cı ildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini və Telekommunikasiya İnfrastrukturu Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 20 avqust 2016-cı ildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri təyin olunmuşdur.
Məşhur azərilər
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Azəricə
Azərbaycan dili və ya Azərbaycan türkcəsi keçmişdə Azərbaycan Respublikasında Sadəcə Türk Dili (Güney Azərbaycanda: Türk dili) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, Güney Azərbaycan, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırılır. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Qədim Azəricə
Azəri (azari, adari, fars. آذری‎ āḏarī [ , ərəb. الأذرية‎ əl-āḏarīya) — Atropatenanın ölü iran dili o zaman regionda geniş yayılmışdır. Regionun tam türkləşməsindən sonra Azərbaycan türkcəsi ilə yerdəyişməsi baş vermişdir. 10–12-ci əsrlərdə ərəb coğrafiyaşünaslarından azərilərin Atropatenanı təsvir etdiyinə dair sübutlar var. Bu barədə əl-Məsudi yazırdı. İbn Haukal, Yakut əl-Həməvi, əl-Bəlazuri və digər ərəb müəllifləri də bu barədə xəbər verirlər. Azəri dili haqqında yalnız 20-ci əsrdə, Əhməd Kəsrəvinin (1890–1946) "Azəri yoxsa Azərbaycanın qədim dili" (fars. آذری یا زبان باستان آذربایجان‎) adlı kitabında məlumat verilir. Kitab 1926-cı ildə Tehranda işıq üzü görmüşdür.

Digər lüğətlərdə