Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan incəsənəti minilliklər boyunca (film, 2014)
Oyuncaq
Oynamaq üçün istifadə oluna bilən hər bir əşya oyuncaqdır. Ümumiyyətlə, oyuncaqlar uşaqlar və ev heyvanları ilə bağlıdır. Oyuncaqlarla oynamaq çox vaxt ən xoşagələn əyləncə növü sayılır. Hər yaşda olan uşaqlara görə oyuncaqların daha əyləncəli olması üçün müxtəlif materiallardan istifadə olunur. Oyuncaq kimi düzəldilən əşyalardan əlavə digər məqsədlər üçün hazırlanmış vəsaitlər də oyuncaq kimi işlədilir. Məsələn, körpə uşaq hər hansı bir ev əşyasını götürərək təyyarə sanıb havada uçura bilər. Digər bir yanaşmada, interaktiv rəqəmsal əyləncə sayılan videooyunlar da oyuncaq növlərinə aid edilir. Bəzi oyuncaqlar isə əsasən, oyun üçün yox məhz kolleksiyada nümayiş olunmaq üçün istehsal olunur. Oyuncağın tarixi qədimdir. İnsan, heyvan, əsgər və digər fiqurlu oyuncaqlar arxeolojı qazıntılar zamanı belə aşkar olunub.
Gəlincik (oyuncaq)
Gəlincik — insanı təsvir edən oyuncaq növü. == Gəlinciklərə İranda münasibət == İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub. İranın baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb. Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompüter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər. İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.
Kazım Koyuncu
Kazım Qoyuncu — (türk. Kazım Koyuncu; d. 7 noyabr 1971, Hopa, Artvin, Türkiyə — ö. 25 iyun 2005, Şişli, İstanbul, Türkiyə) — laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir. == Həyatı == Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində, türkcə və qara dəniz bölgəsinin unudulmaq üzrə olan məhəlli dillərində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Çünki bu dillərdə mahnılar Rock janrı ilə çox uyğunlaşmışdı.
Kazım Qoyuncu
Kazım Qoyuncu — (türk. Kazım Koyuncu; d. 7 noyabr 1971, Hopa, Artvin, Türkiyə — ö. 25 iyun 2005, Şişli, İstanbul, Türkiyə) — laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir. == Həyatı == Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində, türkcə və qara dəniz bölgəsinin unudulmaq üzrə olan məhəlli dillərində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Çünki bu dillərdə mahnılar Rock janrı ilə çox uyğunlaşmışdı.
Oyuncaq (1976)
"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi. Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar.
İnternetime Dokunma!
İnternetimə toxunma! (türk. İnternetime Dokunma!) — 15 may 2011-ci ildə Türkiyənin 30 şəhərində eyni anda keçirilən etiraz aksiyası. Aksiyalar İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən ölkədə internetə senzura gətirilməsi səbəbindən başladı. 22 avqustda tətbiq ediləcək senzuraya qarşı çıxmaq məqsədilə bir çox ildə etiraz aksiyaları keçirildi. 15 may 2011-ci ildə Amsterdam, Köln və Vyana ilə Türkiyədə 30 fərqli ildə senzuraya qarşı etirazlar keçirildi.
Boyuna eyakulyasiya
Boyuna eyakulyasiya, boyuna boşalma, boyun boşalması — cinsi akt üçün istifadə edilən jarqondur. Kişinin spermasını başqasının boynuna, döşünə, döşünün üstünə, sinəsinə və ya sinəsinin üstünə eyakulyasiya etməsidir. Bu üsul prezervativ taxmamağı üstün tutan insanlar üçün təhlükəsiz seks alternativi kimi seks işçiləri tərəfindən müntəzəm olaraq istifadə edilir.
Oyuncaq (film, 1976)
"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi. Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar.
Oyuncaq Muzeyi (Malakka)
Oyuncaq körpələr adası
Oyuncaq körpələr adası (isp. La Isla de las Muñecas) — Meksikada turizm bölgəsi; Bu ada görünüşü ilə qorxu filmlərini xatırladır. Çünki adanın hər tərəfində çirkli paltarları, dolaşıq saçları, sınmış qol və ayaqları olan, gözləri çıxmış yüzlərlə oyuncaq var. Bu ərazi bir vaxtlar Don Culian Santana adlı bir əkinçiyə məxsus imiş. Əfsanəyə görə, 1950-ci ildə adada yaşayan kiçik qız uşağı yaxınlıqdakı kanalda boğulub öldükdən sonra onun ruhu Santananı narahat etməyə başlayıb. Buna görə də Santana özünü ruhlardan qorumaq üçün zibilliklərdən və küçələrdən oyuncaq körpələri yığıb ağaclara asmağa başlayıb. 50 ildən çox müddət ərzində burada 1500-dən çox oyuncaq toplanıb. Adanın girişində asılmış oyuncaq körpələrin ən köhnəsi çürüməkdə olan uşaq bədənini xatırladır. Məqsədinin buradakı kanalda boğularaq ölən uşağın ruhunu şad etmək olduğunu deyən Santana nəticə etibarilə çox sayda turistin dəhşətli dərəcədə qorxmasına səbəb olmuşdur. Bu gün turist axınının çox olduğu ada 2001-ci ildə dünyasını dəyişən Santananın əmisi oğlu Anastasio tərəfindən idarə edilir.
Oyuncaq ördək hadisəsi
Oyuncaq ördək hadisəsi — hadisə özəl şirkət tərəfindən Honq-Konqdan sifariş edilən plastik oyuncaq ördəkə bənzər vanna oyuncaqları olan konteynerin Sakit okeana düşməsi nəticəsində baş verib. Konteynerdəki 28.000 oyuncaq okean axınlarını göstərmək üçün səpələnmiş və elmi araşdırmalar üçün mühüm fürsət təmin etmişdir. Okeanoloq Kurtis Ebbesmeyer 1992-ci il hadisəsindən sonra okeana səpələnmiş oyuncaqları izləyərək mühüm elmi nəticələr çıxarmışdır. The First Years şirkəti adından Çində istehsal olunduqdan sonra Honq-Konq limanından ABŞ-nin Vaşinqton ştatının Tacoma şəhərinə getmək üçün konteyner gəmisinə yüklənib. 1992-ci il yanvarın 10-da Sakit okeanın şimal bölgəsində fırtınaya düşən gəminin bəzi konteynerləri sürüşərək dənizə düşüb. Dənizə düşən 12 ədəd 40 futluq yük konteynerinin birində 28.800 plastik oyuncaq var idi. Plastik oyuncaqlar daha çox oyuncaq ördək, qurbağa, tısbağa kimi dəniz heyvanları idi. Qəza zamanı konteyner zərbə nəticəsində açılıb və plastik oyuncaqlar okeana səpələnib. Oyuncaqlar müxtəlif bağlamalara bükülsə də, təcrübələr bu bağlamaların müəyyən müddətdə deformasiyaya uğradığını göstərib. Üzərində deşik olmadığı üçün batmaq riski olmayan oyuncaqlar okean boyu sürünməyə başlayıb.
Döyüşçü
Döyüşçü (film, 2011)
Dyuna (roman)
Dyuna — amerikalı yazıçı Frenk Herbertin 1965-ci il tarixli epik elmi fantastika romanıdır, ilkin olaraq Analoq jurnalında iki ayrı seriya (1963–64 romanı "Dun Dünyası" və 1965-ci ildə "Dun peyğəmbəri" romanı) kimi nəşr edilmişdir. O, Rocer Zelazninin "Ən yaxşı roman" nominasiyasında Hüqo Mükafatına görə "Bu Ölümsüz" romanı ilə birləşdi və 1966-cı ildə "Ən Yaxşı Roman" nominasiyasında ilk Nebula Mükafatını qazandı. Bu Dune Chronicles'ın ilk hissəsidir. Dünyanın ən çox satılan fantastika romanlarından biridir. == İstinadlar == == Xarici keçidlər == Official website for Dune and its sequels Turner, Paul. "Vertex Interviews Frank Herbert" (Müsahibə). 1 (4). October 1973. May 19, 2009 tarixində orijinalından arxivləşdirilib. Spark Notes: Dune, ətraflı öyrənmə təlimatı DuneQuotes.com – Collection of quotes from the Dune series Dune by Frank Herbert, Ted Gioia tərəfindən nəzərdən keçirilmişdir.
Oyunçu
Oyunçu — hər hansı oyunda iştirak edən şəxs. Həmçinin bu mənalara da gələ bilər: Oyunçu ya da geymer — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Oyunçu ya da futbolçu — idmanın futbol növü ilə məşğul olan şəxs. Oyunçu ya da rəqqas, rəqqasə — rəqs ilə məşğul olan şəxs.
Oyunda (film, 2009)
Oyunda (rus.:"На игре") — 2009-cu ildə Aleksandr Çubaryanın "Həyat Oyunları" kitabının motivləri əsasında Pavel Sanaevin çəkdiyi rus döyuş filmi. Filmin premyerası 26 noyabr 2009-cu il tarixində baş tutub. 2010-cu ilin aprelində filmin davamı olaraq "Oyunda: yeni səviyyə" filmi çəkilib. 2012-ci ilin yazında "STS" kanalında "Oyunda" və "Oyunda: yeni səviyyə" filmlərinin davamı olan 8 seriyalı "oyunçular"serialının premyerası olub. Film quldur avtoritetlər olan Matveyin və onun dostlarının evindəki səhnədən başlayır. Onlara gənc bir vampir oğlan müraciət edərək mühafizəçini öldürdüyünü və onlarla danışmaq istədiyini bildirir. Filmdə bir ay əvvəl baş verən hadisələrə keçid edilir. Şəhərdə Kiber idman turniri keçirilir. Turnirdə Vampir, Dok, Komar, Uzun və Yanın üzv olduğu "Grandmaster" komandası qalib gəlir. Vampirin qız dostu Rita avtomobil yarışlarında ikinci yeri tutur.
Tateşina Oyuncaq Ayı Muzeyi
Tateşina Oyuncaq Ayı Muzeyi (蓼科テディベア美術館, Tateşina Teddi Bea Bicutsukan) – Yaponiyanın Naqano prefekturasının Tateşina qəsəbəsində, Şirakaba gölünün sahilində yerləşən muzey. Dünyada ən böyük oyuncaq ayı muzeyidir. Muzey 1995-ci ildə Yaponiyanın ilk oyuncaq ayı muzeyi kimi açılmışdır. 2011-ci ildə muzeydə yenidənqurma işləri aparılmış və 30 iyul 2011-ci ildə yenidən açılmışdır. Muzeydə 15 fərqli ölkədən və 18 fərqli mövzuda olan 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzey sərgisi 18 kabinə bölünmüşdür. Muzeydə tez-tez oyuncaq ayı axtarma oyunları keçirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyası var. Bu kolleksiyaya daxil olan 0,8 millimetr ölçüsündəki oyuncaq ayı dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Muzeyin sahəsi 3,300 m2 təşkil edir və dünyadakı ən böyük oyuncaq ayı muzeyidir.
Döyüşçü (İrəvani)
Döyüşçü — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Zirehli geyimdə təsvir edilmiş "Döyüşçü" yaşıl oturacaq üzərində əyləşmiş vəziyyətdə təsvir edilmişdir. Onun sərt xəttlərlə vurğulanmış üz cizgiləri az ifadəlidir. Böyük oval gözləri geniş qara qaşlarla əhatələnib, böyük qıvrım bığı isə dodağını kölgədə qoyur. Baş geyimi dəmir dəbilqə və çiyinlərə qədər düşən dəmir tordan ibarətdir. Qoşqu şəklində olan ağ parça tirmədir. Bu cür parça dəbilqənin başda möhkəm oturması üçün istifadə edilirdi. Dizlik və sinəlik sadə oyma naxışlarla bəzədilmişdir. Metalın traktovkası cüzi kölgələnməyə malik boz rəngdədir.
Muzdlu döyüşçü
Muzdlu döyüşçü (ing. Mercenary; rus. Наёмник) — Hər hansısa müharibəyə mənfəət əldə etmək üçün qatılan döyüşçü. Muzdlu döyüşçülər iştirak etdikləri döyüşlərin siyasi və ya iqtisadi nəticələri ilə maraqlanmayaraq onlara vəd edilən mükafatın əldə olunmasına maraqlı olurlar. Fərdi şəkildə muzdlu döyüşçülər olduğu kimi bu işlə qrup, tayfa və ya təşkilat formasında məşğul olma hallarıda tarixdə görülmüşdür. Bir çox Yunan muzdlu döyüşçü Yunan-İran müharibələri zamanı Əhəmənilər İmperiyası tərəfindən döyüşmüşdür.
Dyuna: İkinci hissə
Dune: İkinci hissə (ing. Dune: Part Two) — ssenarini Jon Spaihts ilə birgə yazan Deni Vilnöv tərəfindən rejissorluq və prodüserlik etdiyi 2024-cü il Amerika epik elmi fantastika filmidir. "Dyuna" (2021) filminin davamı, Frenk Herbertin 1965-ci ildə yazdığı Dune romanının iki hissəli uyğunlaşdırılmasının ikincisidir. Paul Atreides, Arrakis səhra planetinin Fremen xalqı ilə Harkonnen evinə qarşı müharibə aparmaq üçün birləşərkən izləyir. Timoti Şalame, Rebecca Ferguson, Josh Brolin, Stellan Skarsqard, Dave Bautista, Zendaya, Charlotte Rampling və Xavier Bardem ilk filmdəki rollarını yenidən canlandırır, Ostin Batler, Florens Pyu, Kristofer Uoken, Léahe Sedoub və Yaensei Soyunqla birlikdə tökmə. İnkişaf, Legendary Entertainment 2016-cı ildə Dune seriyası üçün film və televiziya hüquqlarını əldə etdikdən sonra başladı. Villeneuve 2017-ci ildə mürəkkəbliyinə görə romanın iki hissəli adaptasiyasını hazırlamaq niyyəti ilə rejissor kimi imza atdı. İstehsal müqavilələri yalnız birinci film üçün təmin edilmişdir; Birinci filmin uğuruna əsaslanaraq, ikinci filmə yaşıl işıq yandırılmalı idi. İlk film kinoteatrlarda və HBO Max-da eyni vaxtda yayımlandıqdan sonra Villeneuve davamın əminliyindən narahat olsa da, Warner Bros. Şəkillər onu əmin etdi ki, HBO Max-da yaxşı çıxış etsə, davamı olacaq.
Dyuna (film, 2021)
Dyuna (ing. Dune) — Deni Vilnövün 2021-ci ildə ekranlaşdırdığı elmi fantastika filmi. Yazıçı Frenk Herbertin 1965-ci ildə müəllifi olduğu eyniadlı romanı əsasında çəkilmiş ikinci filmdir.
Mərdimazar oyunçu
Mərdimazar oyunçu (ing. griefer) – Onlayn oyunlarda udmaq üçün deyil, başqa oyunçuların oyununu qəsdən korlamaq üçün oynayan oyunçu. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Globe and Mail: "Frontier justice: Can virtual worlds be civilized?" "Ready, set, game: Learn how to keep video gaming safe and fun." Documented incident of griefing during a virtual interview, see also Anshe Chung Research paper on griefing. To view this PDF paper, the host website requires a subscription to the digital library. "Feature: The Griefer Within", GamePro. "Mutilated Furries, Flying Phalluses: Put the Blame on Griefers", WIRED MAGAZINE: ISSUE 16.02 "Griefer Madness: Terrorizing Virtual Worlds" Can you grief it?
Oyunçu (termin)
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Oyunçu personaj
Oyunçu personaj (abr. OP; ing. Player character, abr. PC) və ya oynalına bilən personaj (ing. Playable character) — rol oyunularında və ya videooyunlarda hərəkətləri oyun qaydaları yerinə birbaşa olaraq bir oyunçu tərəfindən idarə edilən uydurma personaj. Əksər hallarda, oyunçu personaj oyunun protaqonisti (baş qəhrəman) olur. Bir oyunçu tərəfindən idarə olunmayan personajlara qeyri-oyunçu personajlar (abr. QOP) deyilir. Qeyri-oyunçu personajların hərəkətləri videooyunlarda oyunun özü tərəfindən, stolüstü rol oyunlarında isə hakim rolunu öz boynuna götürən geymmaster tərəfindən idarə edilir. Oyunçu personaj onu idarə edən oyunçuya uydurma, alternativ bədən kimi funksiya göstərir.
"Cəsur döyüşçü" medalı
"Cəsur döyüşçü" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Cəsur döyüşçü" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "İgidliyə görə" medalından sonra taxılır.
Döyüşçü (film, 2011)
Döyüşçü 2011-ci ildə çəkilmiş Amerika dram filmidir. Rejissoru Gavin O'Connor olan filmdə baş rolları Tom Hardy, Joel Edgerton, Jennifer Morrison və Nik Nolte canlandırıb. Filmdə iki qardaş arasındakı rəqabət və keçmişdə baş vermiş bir hadisə ilə bağlı olaraq onlar arasında yaranmış kinin nəticələrini ortaya qoyan bir mövzu işlənmişdir.
Döyüşçü (teleserial, 2017)
Döyüşçü (türk. Savaşçı) — Süleyman Çobanoğlunun yazdığı ssenari əsasında Volkan Qocatürkün rejissoruluğu ilə çəkilən Türkiyə döyüş və hərbi teleserialı. Teleserialda Bərk Oqtay, Murad Sərəzli, Sarp Ləvəndoğlu və Ulduz Çağrı Atiksoy rol alıblar. == Süjet == Teleserialın süjeti 15 iyul 2016-cı il tarixində, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı başlayır. Kapitan Kağan Bozok (Bərk Oqtay) və polkovnik Xəlil İbrahim Kopuz (Murad Sərəzli) daha əvvəlki məhkəmə işləri nəticəsində həbsə düşmüş iki Türkiyə Silahlı Qüvvələri zabitidir. 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən sonra dövlətin ali qurumları Kopuzun vəzifəsinə geri qayıtmağını tələb edir. Kopuz, əvvəllər rəhbərlik etdiyi "Qılınc Əməliyyat Qrupu" (türk. Kılıç Timi) heyətinin yenidən qurulması şərti ilə vəzifəsinə geri qayıdacığını deyir. İlk vaxtlarda etiraz edilsə də, polkovnik Kopuzun vəzifəsinə geri qayıtması üçün daha sonra əməliyyat qrupu yenidən yığılır. Qılınc Əməliyyat Qurpunun bəzi üzvləri ordudan atılmış, bəziləri isə həbsə düşmüşdülər.
Döyüşçü klubu (roman)
Döyüşçü klubu (ing. Fight Club) – Çak Palanik tərəfindən 1996-cı ildə yazılmış roman. == Məzmun == Romanın mərkəzində istehlak cəmiyyətinin aktiv nümayəndəsi lakin, yuxusuzluqdan əziyyət çəkən şəxsdir. Həkiminin məsləhəti ilə müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların dəstək qruplarında iştirak etməyə başlayır və orada meditativ proseduraların iştirakçısı olur. Praktiki olaraq ölümə məhkum olan və sadəcə onu gözləyən insanlarla özünü müqayisə edən qəhrəman müəyyən qədər yuxusuzluq problemi həll olunsa da, bir müddət sonra bu kifayət etmir. Şəxsiyyət ikiləşməsi yaşayan əsərin qəhrəmanı Tayler Darden vasitəsiylə özünəməxsus psixoterapiya forması olan Döyüşçü klubunu yaradır. == Əsərin yazılması == Yazıçı qeyd edir ki, "Döyüşçü klubu"nu yazmaq ideyası onda yay düşərgəsi zamanı iştirak etdiyi bir əlbəyaxa döyüşdən sonra yaranıb. Dostları ondan sifətindəki yaraların səbəblərini soruşmayıblar. Vaxt keçdikcə yazıçının arzusu daha da möhkəmlənib, amma birinci dəfə "Görünməzlər" romanını nəşr etdirmək istəyir. Nəşriyyat isə romana biabırçı statusu verərək nəşrindən imtina edir.
Nəbi Məmmədov (döyüşçü)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Yusif Qasımov (döyüşçü)
Yusif Qasımovun həyat yolu doğulduğu kənddən başlanmışdır. O, 1910-cu ildə indiki Babək rayonunun Cəhri kəndində anadan olmuş, sonralar həmin kənddə səkkizillik natamam orta təhsil almışdır. Ailənin maddi təminatının ödənilməsinə kömək etmək məqsədilə erkən yaşlarında əmək cəbhəsinə atılan Yusif Qasımov öz işində möhkəmlənmiş, əmək qabaqcılı kimi tanınmağa başlanmışdır. Təsadüf deyil ki, kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə adı Ümumittifaq Kənd Təsərrüfatı sərgisinin “Şərəf kitabına” na yazılmış, ona Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Baş Komitəsi tərəfindən 144807 №-li şəhadətnamə təqdim olunmuşdur. 7 oğul, 4 qız övladı, 46 nəvəsi var. Yusif Qasımov müharibə başlanandan qurtaranadək Mozdokdan Berlinə kimi böyük döyüş yolu keçmiş, bütün vuruşlarda şücaət göstərmişdir. Böyük Vətən Müharibəsinin başlanması ilə əmək fəaliyyətini döyüş fəaliyyəti ilə əvəz edən Yusif Qasımov 10 mart 1942-ci ildə Naxçıvan MSSR Hərbi Komissarlığı tərəfindən cəbhəyə çağırıldı. Alman faşist işğalçılarına qarşı müharibə meydanında döyüşə başlayan Yusif Qasımov mərdliklə döyüşür, igidliklər göstərirdi. 416-cı Tanaqroq Atıcı diviziyasının 1054-cü artilleriya polkunun ordu komandiri Yusif Qasımov 1943-cü ilin fevral ayında Rostov şəhərinin faşistlərdən təmizlənməsində böyük döyüş əməliyyatı təşkil etmiş, düşmənin 6 tankının külünü göyə sovurmuşdur. Bu döyüşlərdə alay komandiri Yusif Qasımovun sinəsinə “Qırmızı Bayraq” ordenini sancmışdır.
13-cü döyüşçü
"13-cü döyüşçü" — 1999-cu il istehsalı ABŞ filmi. == Məzmun == Şərq ölkələrindən birində zadəgan və saray şairi olan Əhməd ibn Fəhdlan cəzalandırılaraq şimala, vəhşi vikinqlərin ölkəsinə səfir göndərilir. O burada vikinqlərlə birlikdə vəhşi meyid yeyən millət olan vendallara qarşı döyüşdə iştirak edir.