Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xomeyn
Xomeyn — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Xomeyn şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 64,031 nəfər və 17,399 ailədən ibarət idi.
Azeym
Azeym (ərəb. العظيم‎) — İraqda çay. Çayın mənbəyi Süleymaniyyə mühafəzəsində, Zaqros dağlarındadır. 230 kilometr (140 mil) məsafədən sonra Dəclə çayına birləşir. Çayın hövzəsi 12,965 kv. metkilor (5,006 kv. mil) qədərdir. Çay yağış suları ilə qidalanır.
Zazen
Zazen (hərfi mənada "oturmuş meditasiya "; yap. 座禅 ; simplified Chinese, tələffüz olunur [tswô ʈʂʰa ̌ n]) adətən Zen Buddist ənənəsinin əsas təcrübəsi olan meditativ praktikadır. Zazenin mənası və metodu məktəbdən məktəbə fərqli şəkildə qavranılır, lakin ümumilikdə onu varlığın təbiətini dərk etmək vasitəsi kimi qəbul etmək olar. Yapon Rinzai məktəbində zazen adətən koanların öyrənilməsi ilə əlaqələndirilir. Yaponiyanın Sōtō Məktəbi isə nadir hallarda koanları zazenə daxil edir, zehnin heç bir obyekti olmayan şikantaza kimi tanınan yanaşmaya üstünlük verir. == Əhəmiyyəti == Zazen Yapon Sōtō Zen Buddist təcrübəsinin ürəyi hesab olunur. Zazenin məqsədi sadəcə oturmaq, yəni bütün mühakimə düşüncələrini dayandırmaq və sözlərin, fikirlərin, şəkillərin və düşüncələrin onlara qarışmadan keçməsinə icazə verməkdir. == Metodlar == === Oturmaq === Zen məbədlərində və monastırlarında praktikantlar ənənəvi olaraq zendo adlanan meditasiya zallarında qrup şəklində zazen otururlar. Kiminsə yerində oturmazdan əvvəl və zazen başa çatdıqdan və ayağa qalxdıqdan sonra Zenlə məşğul olmuş tələbə oturacağına və digər praktikantlara təzim edir. Zazen dövrünün başlanğıcı ənənəvi olaraq üç dəfə zəng çalmaqla ( şijoşo ), zazenin sonunda isə zəngi bir və ya iki dəfə (hozensho) çalmaqla elan edilir.
Cek Laleyn
Francois Henri LaLanne (ing. Jack LaLanne; 26 sentyabr 1914 – 23 yanvar 2011) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Xomeyn şəhristanı
Xomeyn şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xomeyn şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 108,840 nəfər və 29,888 ailədən ibarət idi.
Xaen
Xaen (isp. Jaén) — İspaniyanın Andalusiya avtonom icmasında yerləşən inzibati mərkəz sayılan Хaen bələdiyyəsində yerləşən şəhərdir. 424,30 кm² əraziyə malikdir. Əhalisi (2010-cu il-ə) 116 790 nəfərdən ibarətdir. Bələdiyyə Böyük Xaen rayonu tərkibində yerləşir. Şəhər provinsiyanın inzibati və sənaye mərkəzidir. Burada dəri zavodu, kimyəvi kombinat, qənnadı və tekstil fabrikləri vardır. Həmçinin istehsal həcminə görə maye qızıl kimi tanınan zeytun yağının Dünya Paytaxtı sayılır. 1 aprel 1938-ci ildə İspaniyada vətəndaş müharibəsi zamanı şəhər Alman-Faşistləri tərəfindən bombalanmışdır. Tarixi tikililərindən biri olan müqəddəs Yekatirina qəsri (Castillo de Santa Catalina) şəhər yaxınlığında görkəmli təpələrdən birinin üzərində yerləşir.
Xeyn
𐕀 (səslənməsi: /x/; transkripsiyası: X, x) — Alban əlifbasının 17-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Խէ՛ն (Xḗn) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur və fonetik olaraq novlu dildibi-boğaz samiti olan X səsini ifadə edir. Rəqəm dəyəri 80-dir.
Ben Bazen
Ben Bazen (azərb. Mən bəzən‎) — Türk müğənni Simgə Sağının ilk studiya albomu. DMC tərəfindən 1 iyun 2018 tarixində yayımlanmışdır. Oriental janrda olan "Miş Miş" musiqisi yüzlərlə musiqi siyahısında uzun müddət ilk yerdə qərarlaşmış və Simgə Sağının nüfuzunu artırmış, sonralar daha yavaş templi "Yankı" adlı musiqisi sərbəst buraxılmışdır. Bu iki məşhur musiqisilə birlikdə musiqi tərzi ilə bağlı məlumatlar da verməyə başlamışdır. Ozan Bayraşa ilə birlikdə dörd ildə hazırladığı albomunun istehsalını öz üzərinə götürdü və Bayraşa da daxil olmaqla Alper Narman, Ersay Üner, Onurr və Sezən Aksu kimi məşhurlarla çalışdı. Ümumiyyətlə dans-pop üslubunda olan "Ben Bazen" albomu, dip-hauz, R&B, rok, trep və türkü kimi müxtəlif musiqi üslublarından da əsinlənmişdir. Albomda Simgə, sevgidən ötrü yaşadığı şəhərdən bunalan bir qadın obrazını səsləndirmişdir. Musiqi tənqidçiləri albomu bəyənmiş, musiqi müxtəlifliyini yüksək qiymətləndirmiş və uğurlu bir komanda işi ilə yaradıldığına diqqət çəkmişdir. Əsərin foto çəkilişləri Nihat Odabaşı tərəfindən və müğənninin bir əli və mikrofonu ilə gitara tutduğu örtükdə bir fotoşəkildən istifadə olunub.
Aşağı Xazay (Sayınqala)
Aşağı Xazay (fars. خزائي سفلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (15 ailə).
Hazen Spiller evi
Hazen Spiller evi — Massaçusets ştatının Heyverill şəhərində, Qroveland küçəsində yerləşən tarixi evdir. Hazen Spiller evi Riçard Hazen tərəfindən 1724-cü ildə tikilmiş, dövrün kərpic ev modelinin nadir bir nümunəsidir. XX əsrin əvvəllərində Hazen Spiller evində bərpa işləri aparılmışdır. Ev iki mərtəbəlidir. Hazen Spiller evi 1911-ci ildə binaların ilk dövrün xüsusiyyətlərini ətraflı şəkildə qeyd edən Vlliam Taylor tərəfindən qeydə alınmışdır. 1915-ci ildə Teylor evi Nattinq Vollesə satdı. Volles daha sonra evdə bərpa işləri aparmış, bu proses Hazen Spiller evi ilə yanaşı erazidəki digər tikililərə də mənfi təsir göstərmişdir. Ev, Nattinqin sahibi olduğu və müstəmləkə üslubunu yaymaq üçün istifadə etdiyi "Şəkil evləri zənciri" kitabçasında nümayiş olunan seriyadan biri idi. Ev 1990-cı ildə "Tarixi Yerlərin Milli Reyestri"nə verilmişdir.
Yuxarı Xazay (Sayınqala)
Yuxarı Xazay (fars. خزايي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (46 ailə).
Şeyx Məhəmmədəli Xazin
Şeyx Məhəmmədəli Həzin (1692, İsfahan, -1766) — İran şairi və ensiklopediyaçı-alimi. == Həyatı == Şeyx Məhəmmədəli Həzin Hindistanda fars ədəbiyyatının yayılmasında mühüm rol oynamışdı. Dehli şəhərində yaşamışdı. == Əsərləri == Куллияте Хазин, Лакноу, 1292 с. г. х. (1913); Тарихе Хазин, Исфахан, 1332 с. г. х. (1953); Тазкере-йе Хазин..., 2 изд., Исфахан, 1334 с.
Billi Zeyn
Uilyam Corc Zeyn Jr. (ing. William George Zane Jr.); (24 fevral 1966, Çikaqo, İllinoys) – yunan əsilli, ABŞ-lı aktyor və rejissor. == Həyatı == Zeynin həqiqi ailə soyadı Tzanetakosdur. İlk böyük rolunu Gələcəyə Dönüş filmi ilə qazandı. Billi Zane, beynəlxalq şöhrətini Dead Calm filmindəki Hughie Warriner rolu ilə qazandı. Zeynin 1989-cu ildə rol aldığı bir digər istehsal isə NBC televiziyası üçün çəkilən The Case of the Hillside Stranglers oldu. 1999-cu ildən etibarən bir çox film və televiziya istehsalında rollar almağa başlayan Zeyn, 1997-ci ildə çəkilən Titanik filmi ilə dillər əzbəri oldu. Bu rolu ilə çoxlu sayda mükafatın sahibi oldu. 1998-ci ildə çəkilən I Woke Up Early The Day I Died filmi ilə də çoxlu sayda mükafat qazanmağı bacardı.
Linares (Xaen)
Linares (Xaen) (isp. Linares (Jaén)) — İspaniyada şəhər. Andalusiya muxtar birliyinin tərkibindəki Xaen əyalətində, əyalət mərkəzindən 51 km. aralıda yerləşir. Bələdiyyə Syerra-Morena rayonunun (komarka) tərkibindədir. Şəhərin ərazisi 195,1 km², əhalisi 61 306 nəfərdir (2010). Uzun illərdir ki, bu şəhərdə dünyanın ən mötəbər şahmat turnirlərindən biri keçirilir. Bu turnirdə Harri Kasparov, Anatoli Karpov, Vladimir Kramnik kimi dünya şöhrətli şahmatçılar iştirak etmişlər. == Əhalisi == == Şəkilləri == == Xarici keçidlər == Rəsmi saytı Página web del Excmo. Ayuntamiento de Linares Escuela Politécnica Superior de Linares Arxivləşdirilib 2008-04-09 at the Wayback Machine Cámara Oficial de Comercio e Industria de Linares Orquesta Sinfónica Ciudad de Linares Guía virtual de Linares LinaresVirtu@l Wiki-Enciclopedia de Linares tu portal de Linares Arxivləşdirilib 2008-05-13 at the Wayback Machine Culmina, Servicios Turísticos y Culturales.
Mahir Zeyn
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir. 2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.
Zeyn Malik
Zayn Malik (əsl adı Zain Jawaad ​​Malik; 12 yanvar 1993, Bredford, İngiltərə) — İngiltərə müğənnisi və söz yazarı, One Direction qrupunun üzvü. 2015-ci ildə qrupdan ayrılmışdır. == Həyatı == Zayn Malik 12 yanvar 1993-cü ildə pakistanlı Yaser Malik və ingilis Trisha Malikin ailəsində İngiltərə Bradfordda dünyaya gəlmişdir. Onun Doniya (22 yaş), Valiyha (15 yaş) və Safaa (12 yaş) adlı üç bacısı var. O, Bradfordun İst Boulinq məhəlləsində böyümüşdür. Çox dəcəl uşaq olub. Zayn Malik saçlarına görə məktəbdən qovulduğunu, amma bacıları ilə başqa məktəbə keçdikdən sonra ora uyğunlaşdığını deyir. Malik ilk mərhələni keçdikdən sonra Boot Campa'a qədər irəliləyir. Boot Campdan sonra kişi kateqoriyasında bacarıqsız olur, amma onun və digər dörd insan üçün ikinci şans olan One Direction qrupuna qoyulur. Zayn bu haqqda "heç bir qrupa daxil olacağımı düşünməmişdim, əvvəlcə qəbul etməyəcəkdim" deyir.Zayn bir R&B pərəstişkarı və X-Factor seçkilərində R&B mahnısı "Let Me Love You" söylədi.
Zeyn Vaddell
Zeyn-ül Hacılı (Üskü)
Zeyn-ül Hacılı (fars. زين الحاجيلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.443 nəfər yaşayır (357 ailə).
Su xizəyi
Su xizəyi, suyun üzərində oynanan bir idman növüdür. Bu idman ilk dəfə Ralph Samuelson tərəfindən 1922-ci ildə Lake City, Minnesotada keçirilmişdir. Su xizəyi dəniz, göl kənarında yerləşən ölkələrdə populyar idman növünə çevrilmişdir. Standart su xizəkləri əvvəllər ağacdan düzəldilirdi, indi isə düzəldilməsində texnoloji alətlərin və cihazların köməyi ilə şüşə liflərdən istifadə olunur. Bu xizəklərdə xizəkçinin ayağını yerləşdirə biləcək bir yer olmalıdır. Sürətli qayığının arxasındakı ipə tutunaraq xizək üzərində getməyə çalışırlar. Təcrübəsiz xizəkçilər üçün qayıq saatda 25–35 km sürətlə getdiyi halda, təcrübəli xizəkçilər üçün qayıq saatda 45–55 km sürətlə gedir.
Dağ xizəyi baleti
Dağ xizəyi baleti — Fristayl üzrə yarış növü. Uzunu 2.50 metr, eni 35 metrə qədər olan dağ yamacında xizəklərdə 2–2,5 dəqiqə ərzində musiqi altında müxtəlif rəqs hərəkətlərinin, gimnastika və akrobatika elementlərinin icrası daxil edilmiş fiqurlu sürüşmə.