Azərbaycan dilinin etimologiya lüğəti

  • TƏRXUN

    Farsca “qanı təzələyən” deməkdir (tər sözü “təzə”, xun isə “qan” deməkdir). Farslar innaba təbərxun deyirlər, görünür, bu da qan anlamı ilə bağlıdır

    Tam oxu »
  • TƏRİQƏT

    Ərəbcədir, təriq (yol) sözü ilə qohumdur. Mənası sufilərdə “mənəvi ka­mil­ləş­mə üsulu, yolu” (dinə daxili inam, “нравстенность”) deməkdir

    Tam oxu »
  • TƏRK

    Farscadır (əsli: tarek) və çoxlu mənaları var: tərk etmək (qoyub getmək); dib (quyunun təki və ya tərki); yəhərin dal tərəfi; üst tərəf (papağın tərki

    Tam oxu »
  • TƏRLAN

    Güman edirəm ki, əsli turalan kimi olub, yəni “tura (dağ keçisinə) hücum edən” mənası ilə bağlıdır. (Bəşir Əhmədov

    Tam oxu »
  • TƏRPƏNMƏK

    Tərpə-t, tərpə-n tipli sözlər göstərir ki, törəmə kök tərpə feilidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏRS

    Tovuz rayonunda (Alakol kəndində) qaratikan kolu basmış bir sahə vardı. Ona tərs yer deyirdilər. Buradakı tərs sözünün mənası “dönük” (превратный), “a

    Tam oxu »
  • TƏRSİMİ

    Tərsimi həndəsə fənni var, ərəb sözüdür, rəsm kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏSBEH

    Ərəb mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏSDİQ

    Ərəbcə sidq, sadiq, müsəddiq sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏSƏRRÜFAT

    Ərəbcədədir, sərf, məsrəf, israf, sərfə, təsərrüf (sahib olma, qənaət etmə) sözləri ilə qohumdur. Hərfi mənası “qənaətlə sərf etmək” deməkdir

    Tam oxu »
  • TƏSFİYƏÇİLİK

    Ərəb sözüdür, saf kəlməsi ilə kökdaşdır. Saflaşdırma (təmizlik) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏSHİH

    Ərəbcə səhih (doğru, düzgün) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏSKİN

    Ərəbcə sükunət, səkinə, məskən, sakin sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏSNİFAT

    Ərəbcə sinif sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏSRİF

    Ərəbcə sərf (dəyişmə) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏŞBEH

    Ərəb mənşəlidir, şəbeh (oxşatma) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏŞVİQ

    Ərəbcədir, “həvəsləndirmə”, “maraqlandırma” deməkdir, şövq sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏŞVİQAT

    Ərəbcə şövq sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏTİK

    Tüfəngin çaxmağına tətik də deyirik. Tətik sözü çəkik kimi olub və çəkmək feili zəminində yaranıb. (Bəşir Əhmədov

    Tam oxu »
  • TƏTİL

    Ərəbcədədir “dayandırma” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏVƏKKÜL

    Ərəbcədir, vəkil, müvəkkil sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏVƏLLÜD

    Ərəbcə övlad, valideyn, validə, mövlud sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏZAD

    Ərəbcə zidd sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏZƏ

    Farsca taxtən məsdərinin əsasıdır və “tər” mənasını əks etdirir. Farsca tazə kimi işlədilir. (Bəşir Əhmədov

    Tam oxu »
  • TƏZKİRƏ

    Ərəbcə zikr sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏZMİNAT

    Ərəbcə zəmanət, zamin sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TIĞ

    Taxılı, bostan məhsullarını və s. təpəcik halında bir yerə yığır və adını tığ qoyurlar. Sözün əsli yığ (topa) kimi olub

    Tam oxu »
  • TIXAMAQ

    Tıxmaq feilinin intensivlik bildirən variantıdır (-a şəkilçisi intensivlik mənası yaradır). (Bəşir Əhmədov

    Tam oxu »
  • TINCIXMAQ

    Tınc (nəfəs kimi tərcümə olunur) sözü ilə bağlıdır. Təngnəfəs “задыхаться” anlamında işlədilir. Söz ot-ux-maq qəlibi üzrə yaranıb

    Tam oxu »
  • TISBAĞA

    Kəllə sözünün sinonimi qafatasıdır. Deməli, tas sümükdür, çanaqdır. Tısbağa “tası (çanağı) olan bağa” deməkdir

    Tam oxu »
  • TİFAQ

    Alınma sözdür və “ev, ailə” mənasını verir. Dialektlərdə təhrif edilib və tufana şəklində işlədilir (qarğış edəndə tifaqın dağılsın əvəzinə, tufanan d

    Tam oxu »
  • TİFTİK

    Mənbələrdə tifək sözü “yumşaq yun” kimi açıqlanıb. Tiftik indi “saç” anla­mın­da işlədilir. Rus dilindəki тюфяк (yumşaq mənasında) sözü də buradandır

    Tam oxu »
  • TİKAN

    Tikmək feilindən əmələ gəlib. Tikmək sözünün qədim mənası “sancmaq”, “deşmək” deməkdir, tikan əvvəlcə feili sifət olub, “sancan” anlamını əks etdirib

    Tam oxu »
  • TİKMƏK

    Ən qədim mənası “deşmək” deməkdir, “шить” mənası sonradan əmələ gəlib. Dədəm Qorqud iynəyə tikən deməyib, çünki iynə “yığan” deməkdir, tikən de­mək de

    Tam oxu »
  • TİMSAH

    Alınma sözdür, M.Kaşğarinin dövründə türklər timsah yerinə alavan sözünü işlədiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TİRAN

    Yunanıstan tarixinin ilk çağlarında onun şəhərləri çarlar tərəfindən idarə olunurdu. Həmin çarlar eyni zamanda din xadimi vəzifəsini də yerinə yetirir

    Tam oxu »
  • TİRƏ

    “Bir nəsildən olanların yaşadığı ərazi” mənasını bildirir. Təqirə kimi də işlədilib. Mənası “qohumların yaşadığı dairə, ərazi” demək olub, sözün mənşə

    Tam oxu »
  • TİTRƏMƏK

    Mənbələrdə “дрожание” anlamını verən tir sözü var (tir-tir əsmək). Görünür, titrə sözü tirtə kimi olub, sonra formasını dəyişib

    Tam oxu »
  • TİYƏ

    Farsca tiğ “qılınc”, “tiyə” deməkdir. Söz bununla bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TOFİQ

    Ərəbcə “kömək edən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TOĞAN

    Şahin növüdür, mənbələrdə duyğun kimi verilib. Torağay (çəkik də deyiblər) yerinə, duyğar yazılıb. Görünür, duymaq feili ilə bağlıdır

    Tam oxu »
  • TOĞLU

    Qoyunun balası 6 aya qədər quzu, sonra isə (1 yaşa qədər) toğlu adlanır. Bu söz, məncə, tük sözü ilə bağlıdır

    Tam oxu »
  • TOĞRUL

    Durna ovlayan quşa deyiblər, durnaquşu kimi də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TOĞULUQ

    Toğlu sözündən əmələ gəlib. Sahibkarın qoyununu otaran şəxs bunun müqabilində ildə hər 25 qoyun üçün bir toğlu haqq alırmış

    Tam oxu »
  • TOX

    Doymaq kəlməsi ilə qohumdur, doymaq mənbələrdə həm də t (toymaq) ilə yazılıb. Son samitin dəyişməsi sözün mənaca fərqlənməsinə səbəb olub

    Tam oxu »
  • TOXA

    Toxunmaq (zərbə endirmək) sözü ilə kökdaşdır. Sözün kökü “tox”dur, ondan toxa ismi, toxu və toxmaq feilləri əmələ gəlib (indi toxmaq isim kimi işlədil

    Tam oxu »
  • TOXMAQ

    Toxu, toxunmaq, toxa kimi sözlər eyni kökə malikdir. Toxa (kətmən) elə toxunmaqla (zərbə endirməklə) əlaqədar sözdür

    Tam oxu »
  • TOXTA

    “Утешение” anlamında toq sözü mövcud olub. Onun da əsasında toxta kəlməsi yaranıb (tap-da-maq modeli üzrə)

    Tam oxu »
  • TOXUM

    Fars dilindən alınma sözdür. Bizdə onun yerinə uruk, uruğ, orluq kimi kəlmələr işlədilib. Görünür, “biçmək” anlamını verən or sözü də yuxarıdakılarla

    Tam oxu »
  • TOXUMAQ

    ”Zərbə endirmək” mənasını verən toxu feili ilə bağlıdır. Kilim və s. şeyləri həvə, kirkid kimi alətlərlə toxuyurlar

    Tam oxu »